28 Kasım 2013 Perşembe

Gənc döyüşçülərin məharətləndirmə hazırlıqı


Gənclərin çağırışaqədərki hazırlıq fənninə aid
 suallar və cavablar.
Əsgəri intizam nə deməkdir? Hərbi İntizam nədir?
-Əsgəri intizam bütün hərbi xidmətçilərin dövlət qanunları, əsgəri nizamnamələr və komandirlərin əmrlərilə müəyyən edilmiş qayda qanunu (nizam-intizamı) ciddi və dürüst yerinə yetirmək de­mək­dir.
Əsgəri intizam nəyə əsaslanır?
-Əsgəri intizam hər bir hərbi xitmətçinin əsgəri vəzifəsini və öz Vətəninin müdafiəsi üçün şəxsicavabdehliyini dərk etməsinə əsas­lanır.
Tabelikdə olan üçün rəisin əmri hansı əhəmiyyəti daşıyır?
 -Komandirin (rəisin) əmri tabelikdə olan üçün qanundur. Əmr danışıqsız, dürüst, vaxtında yerinə yetirilməlidir.
Əgər əsgər əmrlə komandaya başçı təyin edilibsə, onun nə (hansı) inzibati səlahiyyətləri olur?
-Əgər Əsgər əmrlə komandaya başçı təyin edilibsə, o, komanda­nın hər hansı bir üzvü barədə bölük starşinasının hüquqlarına malik olur.
Manqa komandirinin hansı fərqləndirmə (təşviq) hüquqları var?
-Manqa komandirinin hüquqları aşağıdakılardır:
-təşəkkür elan etmək;
-əvvəl verilmiş cəzanı üzərindən götürmək;
-hissədən kənara bir növbədən əlavə buraxılma vermək;
Starşina ilə taqım komandiri müavinin şirnikləndirmə hüquq­la­rında nə fərq var?
-Bölük starşinası əsgər və çavuşları 1 (bir) sutka müddətə qədər növbədən əlavə buraxa bilər, taqım komandiri müavini isə, bunu edə bilməz.
Şirnikləndirmə növünü təyin edərkən nələr nəzərə alın­malı­dır?
-Şirtnikləndirmə növünü seçərkən hərbi xidmətçinin ləyaqəti və onun fərqlənməsinin xüsusiyyətləri, habelə onun xidmətə əvvəlki münasibəti nəzərə alınır.
Cəzası olan əsgər necə təşviq olunur?
-Götürülməmiş cəzası olan hərbi xidmətçilər bir qayda olaraq əvvəldən verilmiş cəzanın götürülmçəsi ilə təşviq olunurlar.
Əsgər bir kəs cinayət etmişsə, o, nə cəza alacaq?
-Cinayət törətmiş hərbi xidmətçi inzibati tənbeh çəkib, sonra cinayət cəzası da ala bilər. İnzibati cəza almaq onu cinayət cəzasından azad etmir.
Məzuniyyət və ya ezamiyyətdə olan hərbi xidmətçiyə qəbahə­tinə görə kim cəza verə bilər?
-Məzuniyyətdə yaxud ezamiyyətdə olanlara qəbahət və pozun­tu­larına görə şəhər komendantı, stansiya, port komendantları və rayon, vilayət hərbi komissarları cəza verə bilərlər.
Buraxılmada olan əsgəri kim və nəyə görə həbs edə bilər?
 -İntizamı, İctimai asayışı, yaxud əsgəri salam qaydalarını pozan əsgəri əgər ona verilən göstərişdən sonra da pozuntu davam edərsə, zabit və generallar həbsə ala bilətlər.
Komandir tabeliyində olana cəza verərkən nəyi nəzərə almalıdır?
-Cəza tədbirinin ölçü və növünü seçərkən komandir qəbahətin xüsusiyyətini, qəbahətin törədilməsi şəraitini və onun nəticələrini, həm də təqsırkarın əvvəlki davranışı, onun xidmətdə olduğu müddəti nəzərə almalıdır.
Cəza verərkən nə qadağandır?
-Eyni qəbahətə görə bir neçə cəza vermək, yaxud bir cəzanı o birisi ilə birləşdirmək, bütün şəxsi heyyətə cəza vermək, müddətini müəyən etmədən inzibati həbsə almaq qadağandır.
Cəza verərkən nələr cəzanı ağırlaşdırıcı hal sayılır?
-Qəbahət təkrarən yaxud dəfələrlə, dəstə ilə, xidmət vəzifəsini ye­ri­nə yetirərkən, döyüş növbəsindən, sərxoş halda edildiyi və bu qəba­hət asayışın ciddi pozulmasına səbəb olduğu hallarda törədildikdə cəzanın ağırlaşdırıcı halları sayılır.
Xəta edildikdən nə qədər sonra cəza vermək olar?
-İnzibati cəza xəta haqda komandirə məlum olduqdan sonrakı 10 gün müddətində verilməlidir; əgər istintaq gedirsə, cəza istintaq qurtarandan sonrakı 10 gün müddətində verilməlidir.
Cəza verilməsi necə elan olunur?
-Əsgərlərə inzibati cəza sıra qarsısında, yaxud şəxsən elan olunur; cavuşlara cəza ya şəxsən, yaxud cavuşların iclasında və ya cavuşların sırası qarşısında elan olunur.
 Təşviq etmə və inzibati cəzaları uçotu necə aparılır?
-Cəza və şirnikləndirmələrin uçotu bütün bölmələrdə aparılır. Onlar hər bir hərbi xidmətçinin xidmət kartasına 7 gün müddətdə yazılmalıdır.
Xidmət kartası necə göstərilir?
-Hərbi xidmətçinin yeri dəyişildikdə, yaxud onu keçirdikdə xidmət kartası yeni xidmət yerinə göndərilir.
Nələr haqda məlumat vermək hər bir hərbi xidmətçinin borcudur?
-Hərbi əmlakın oğurlanması, ya xarab olmasında, pul vəsaitinin qeyri-qanunu sərf edilməsindən, qoşun təchizatında sui-istifadədən, silah və texnikanın saxlanmasındakı əyər-əskikdən, müəyyən edilmiş təminat normaları qaydalarının yerinə yetirilməsindən xəbər tutan hər bir hərbi xidmətçinin bu barədə xəbər vermək borcudu.
Hərbi xidmətçi nədən şikayət edə bilər?
-Hərbi xidmətçi onun barəsində komandirlərin qeyri-qanunu hərəkətlərindən, müəyyən edilmiş hüqüq və üstünlüklərinin pozulmasından, yaxud hərbi xidmətçinin müəyyən edilmiş təminatının ödənilməməsindən şikayət edə bilər.
Nədən şikayət etmək qadağandır?
-Əgər komandir ona verilmiş inzibati səlahiyyəti aşmayıbsa, cəzanın şiddətliyindən şikayət etmək qadağandır.
Şikayət kimə və necə verilir?
-Şikayət kimdən şikayət edilirsə onun rəisinə, yaxud komanda ilə verilir.
Tağımla şikayət etmək olarmı?
 -Hərbi xidmətçinin ancaq öz adından şikayət etməyə ixtiyarı var. Qurupla şikayət etmək, yaxud başqasının adından şikayət etmək qadağandır. Tağımla şikayət etmək olmaz.
Hərbi xidmətçilərin şikayət və təkliflərinə nə qədər müddətdə baxılmalıdır?
-Hərbi xidmətçilərinin verdikləri şikayət və təkliflərə onların verildiyi gündən alayda 7 gündən gec olmayaraq baxılmalıdır. Yuxarı qərargahlarda ən çoxu 15 sutka vaxt qoyulub.
Həbsi kim və necə icraya yetirir?
-Əsgər və çavuşların həbsinin icrası bölük starşinasına həvalə edilir.
Həbs vərəqəsinin məzmunu nədir?
-Həbs vərəqəsində həbs olunmuş hərbi xidmətçinin bölüyü, vəzifəsi, adı atasının adı və familiyası, onu kimin və və nəyə görə, neçə sutqalıq həbsə aldığı, saxlanacağı kamera göstərilir.

Həbsə alınmışdan nələr alınır və nələr saxlanıla bilər?
-Həbsə alınmışdan silah, sursat, pul və həbsxanada olmamalı şeylər alınır. Onun dəsmalı, gündəlik libas paltarı, cib yaylıqları, yaxalıqları və tualet ləvazimatı saxlanılır.
Məzuniyyət və ezamiyyət vaxtı verilmiş həbs necə icraya yetirilir?
-Belə halda həbsə alan böyük həbsə alınanı qarnizon komendan­tının yanına göndərir və bu barədə özü komendanta da xəbər verir. Həbsə alınan komendantın yanına gəlib kimin tərəfindən və nə üçün həbsə alındığını xəbər verir. Komendant həbsi rəsmiləşdirir və bu barədə həbsə alınanın komandirinə xəbər verir
Sıra nədir (nə deməkdir)?
-Sıra –Hərbi xidmətçilərin və bölmələrin birgə hərəkəti üçün nizamnamə ilə müəyyən edilmiş düzülüşdür.
Döyüşçülər sıra təlimi məşğələlərində nə öyrənirlər?
-Sıra təlimi məşğələlərində əsgərlər silahla və silahsız sıra üsullarının icrasının, döyüş çölündə hərəkət etməyi, piyada sıralarda və maşınla da birgə hərəkətlər etməyi öyrənirlər.
Sıra təlimi məşğələlərində əsgərlərdə hansı keyfiyyətlər tərbiyə olunur?
-Sıra təlimi məşğələlərində əsgərlər, əsasən, yoldaşlıq ruhunda tərbiyə olunurlar.
Cinah nədir?
-Sıranın kənarları cinah adlanır.
Sırada neçə cinah olur? Onların adlarını deyin.
-Sırada iki cinah olur, -sağ cinah və sol cinah. Sıra döndükdə cinahlar dəyişmir.
“Ön” sözünün hansı mənalarını bilirsiniz?
-Bu sözün mənalarından biri sıranın baxdığı tərəfidir. İkinci mənası isə döyüş gedən xətdir.
Kolon ilə cərgənin fərqi nədir?
-Cərgədə əsgərlər bir –birinin yanında bir düzz xətt üzrə, kolonda isə biri o birinin arxasınca dururlar.
Kolonda birinci duran döyüşçü necə adlanır?
-Səfər sırasında (kolonda) birinci duran döyüşçü yönəldici adlanır. Kolonda axırıncı duran döyüşçü necə adlanır?
-Kolonda axırıncı dayanan döyüşçü tamamlayıcı adlanır.
Sıra duruşuna hansı komanda ilə keçilir?
-Sıra duruşuna “Düzül”komandası ilə keçirlər. Əgər döyüşçü sıradan kənardadırsa, o “Farağat” komandası ilə sərbəst sıra duruşu vəziyyətinə keçir.
Hansı hallarda döyüşçü sıra duruşuna komandasız keçir?
-Döyüşçü əmr alarkən, ya verərkən, məlumat və ya əsgəri salam verərkən, habelə biri –birinə müraciət edərkən komandasız sıra duruşuna keçir .
Döyüşçünün “Farağat” və “Azad” komandalarında hərəkətlə­ri nə ilə fərqlənir?
-“Farağat” komandasında döyüşçü düz, gərginliksiz durur; dabanlar bir yerdə, pəncələr ön xətti üzrə bir pəncə enində aralı olur, qıçlar dizdən düz, fəqət gərgin olmur, döş azca qalxır, bütövlükdə isə bədən bir qədər qabağa verilir,qarın yığılır, çiyinlər sallanmır, qollar elə sallanır ki, ovuc içəriyə çevrilmiş, biləklər ombanın ortasına düşür, baş yuxarı tutulur və düz saxlanılır, çənə qabağa çıxmır, döyüşçü düz qabağa baxır. “Azad” komandasında hərbi xidmətçi sol ayağını çiyninin bərabərində aralanır.
Yeriş hansı komanda ilə başlayır?
-Yeriş “Addımla –Marş”, yaxud “Qaçaraq Marş” komandaları ilə başlayır.
Döyüşçü xəbərdarlıq komandasında nə edir?
-Xəbərdarlıq komandasında döyüşçü “Farağat” vəziyyəti tutub icra komandasında hərəkəti yerinə yetirməyə hazırlaşır.
Xəbərdarlıq və icra komandaları necə verilir?
-Sırada dayananların komandirin onlardan nə hərəkətlər tələb etdiyini yaxşı başa düşməsi üçün xəbərdarlıq komandası bərkdən, aydın və uzadılaraq verilir. İcra komandası pauzadan sonra ucadan qüvvətli və kəskin verilir.
Döyüşçülər sırada hansı hallarda səfər addımları ilə yeriyirlər?
-Döyüşçülər yerişin başlanğıcında “Addımla –Marş” komanda­sında və yeriş vaxtı “Farağat” komandasından sonra verilən “Azad” komandasında səfər addımları ilə yeriyirlər.
Sıra addımı nə üçün tətbiq olunur?
-Sıra addımı bölmələr təntənəli marşla keçdikdə, yerişdə əsgəri salam verdikdə, rəisə yaxınlaşanda və ondan aralananda, sıradan cıxanda və sıraya qayıdanda və habelə sıra təlimi məşğələlərində tətbiq olunur.

Azad” komandasında döyüşçüyə nəyə içazə verilir?
-“Azad” komandasında döyüşçüyə sərbəst durub sağ, ya sol qıçını çiyninin bərabərində aralamağa icazə verilir, lakin o, diqqətini azaltmamalı və yerini dəyişməməlidir.
Hansı komandalarda yerişin sürəti dəyişdirilir?
-Yerişin sürətini dəyişmək üçün “Yarım Addım”, “Tam Addım”, “Qısa Addım”, “Sey-rək”, “Tez-Tez” Addım” və “Gen Addım” komandalarından biri verilir.
Hərəkətin istiqamətini dəyişdirmək üçün hansı komandalar verilir?
-Hərəkətin istiqamətini dəyişdirmək üçün belə komandalar verilir:
- “Manqa (tağım, bölük), sağ (sol) çiyin irəli – MARŞ !”;
 - “Manqa (tağım, bölük), arxamca – MARŞ !”;
 - “Bölük (manqa, tağım), geriyə - MARŞ !”;
 - “Sıravi Sarxanov, sağa (sola) – DÖN !”;
Sıradan çıxmaq üçün hansı komandalar verilir?
-Hərbi xidmətçinin sıradan çıxması üçün komanda verilir, “Sıravi Əliyev, sıradan (filan qədər) addım çıx”, yaxud “Çavuş Mahmudov, yanıma (qacaraq yanıma)”.
“...sıradan 3 addım çıx” komandasında nə etmək lazımdır?
-Bu komanda ilə sıranın birinci cərgəsindən sayaraq sıra addımları ilə 3 addım qabağa çıxıb, sıranın qabağında dayanmaq və sonra üzü sıraya tərəf dönmək lazımdı.
Rəisə necə yaxınlaşmaq lazımdı?
-“Yanıma” komandası ilə döyüşçü sıranın 1-ci cərgəsindən 2-3 addım qabağa çıxıb, dayanmadan rəisə tərəf dönüb və qısasına addımları ilə (qacaraq) rəisə yaxınlaşır və gəldiyini xəbər verir.
Sıravi Məmmədova komanda verin ki, o sıradan çıxsın, sola dönsün, sağa dönsün, geriyə donsün və sıraya dursun.
-“Sıravi Məmmədov, sıradan 5 addım çıx”, “Sıravi Məmmədov, sola – DÖN”, “Sıravi Məmmədov, sağa – DÖN”, “Sıravi Məmmədov, geriyə - DÖN”, “Sıravi Məmmədov – SIRAYA DUR”.
Hansı sıralar olur?
-Açıq sıra və səfər sıraları olur. Sıra üzü istənilən tərəfə çevrılmiş cərdələrdən ibarətdir; onlar bir və ikicərgəli olur. Səfər üçün düzülmüş kolonlar bir-bir, iki-iki, üç-üç və s. olur.
Manqanın açıq sıraya düzülməsi üçün hansı komandalar verilir?
-Manqanın açıq sıraya düzülməsi üçün “Manqa, bir cərgə (iki cərgə) –DÜZÜL !” komandası vermək lazımdır.
Manqanın açıq sırasını səfər sırasına çevirmək üçün hansı komanda verilir?
-Bunun üçün “Manqa, sağa –Dön!” komandası verilir.
Maşınların Yanına” komandasında əsgərlər nə edirlər?
-“Maşınların Yanına” komandasında şəxsi heyyət, əgər minmə yan bortlardandırsa, sıranın başı dal təkərlər tuşunda maşının yanında düzülür; minmə dal bortlardan olduqda isə sıranın başı dal bortun yanında düzülür.
Hansı komanda ilə əsgərlər MAŞINDA öz yerlərini tuturlar?
-“HƏR KƏS ÖZ YERİNƏ” komandası (işarəsi) ilə bölmələr cəld maşınlarda öz yerlərini tuturlar. Minmə arxa bortdan, yaxud sağ, sol və arxa bortlardan eyni vaxtda ola bilər. Minmədə təkərlərdən və pillələrdən istifadə etmək olar.
Hansı komanda ilə düşmək icra olunur?
-Düşmə üçün “Maşınların Yanına” komandası verilir.
Əsgərin sıradakı vəzifələrini danışın?
-Sırada duran əsgərin borcudur: icazəsiz danışmasın, öz komandirinin komandalarına (işarələrinə) diqqətli olsun onları başqalarına mane olmadan tez və düzgün icra etsin; komandaları (işarələri) və əmrləri təhrifsiz, bərkdən və aydın ötürsün.
Sıranın yerində döndərmək üçün hansı komandalar yadınızdadır?
-Sıranı, məsələn manqanı, yerində döndərmək üçün bu komandalar yadımdadır: “Manqa, sağa –Dön”, “Manqa sola –Dön”, “Manqa geriyə -Dön”, “Manqa yarım sağa –Dön”, “manqa yarım sola –Dön”.
Əsgərin düzülmədən qabaq borcu nədir?
-Düzülmədən qabaq əsgərin borcudur: öz silahının, ona tapşırılmış hərbi və digər texnikanın, sursatın, kimya əleyhinə fərdi mühafizə vasitələrinin, qazıma alətlərinin paltar və ləvazimatının sazlığını yoxlasın; paltarını səliqəli geyinsin, ləvazimatı düzgün geyib uyğunlaşdırsın, yoldaşlarında olan çatışmamazlıqları düzəltməyə kömək etsin; sırada öz yerini bilsin və onu təlaşsız cəld tuta bilsin.
“Düzül” komandası nə üçün verilir?
-“Düzül”komandası bölmələri (manqa, taqım v. s) düzmək üçün verilir. Xəbərdarlıq komandasında kimin və hansı sıraya düzülməsi tələb olunduğu göstərilir.
Sırada döyüşçülər “Düzlən” komandasında nə edirlər?
-“Düzülən” komandasında sıranın bütün döyüşçüləri (sağ cinahda durandan başqa) başlarını sağa döndərirlər (sağ qulaq soldan bir
qədər yuxarı, çənə bir az qaldırılıb) və elə düzlənirlər ki, hər kəs özündən sonrakı dördüncü yoldaşının döşünü görsün. Düzlənən döyüşçülər bir qədər yana, irəli və geriyə tərpənə bilərlər. Ayaq yanında olan karabinlə düzlənəndə icra komandası ilə süngünü özünə tərəf çəkib sağ böyürə sıxırlar.
Hansı sıraya açıq sıra deyilir?
-Açıq sıra elə sıradır ki, onda bölmələr bir cərgə, yaxud iki cərgə sıralarda bir xətt üzrə, yaxud Nizamnamə və ya komandirin əmri ilə müəyyən ara saxlamaqla kolonlar xəttində düzülür.
İki cərgə düzülmə üçün komanda verin.
-“Manqa, iki cərgə -Düzül”
Avtomabildən düşmə vaxtı silahı necə tutmaq lazımdır?
-Avtomabildən düşərkən silahı necə rahatdırsa, elə də tutmaq olar; pulemyotları isə qabaqcadan düşmüş yoldaşa vermnək lazımdır.
Açıq sıralar hansı hallarda tətbiq edilir?
-Açıq sıralar yoxlamalar, baxışlar, rəsmi –keçidlərdə və başqa lazım olan hallarda tətbiq olunur.
Kolonun tərifini verin.
-Kolon elə sıradır ki, hərbi xidmətçilər bir-birinin arxasında durur­lar, bölmələr və ya maşınlar isə biri o birini ardınca düzülür. Kolon­lar bir-bir, iki-iki, üç-üç, dörd-dörd və s. olur. Kolon bölmələri və hissələri açıq sıraya, yaxud səfər sırasına düzmək üçün tətbiq edilir.
İcranı ləğv etmək, yaxud sıranı əvvəlki vəziyyətə qaytarmaq üçün hansı komanda verilir?
-Hər hansı icranı dayandırmaq, yaxud geriyə qaytarmaq üçün “Olmadı” komandası verilir. Bu komandada icradan qabaqkı vəziy­yə­tə qayıdırlar.
Hərbi xidmətçi şəxsən nəyə cavabdehdir?
-Hərbi xidmətçi öz Vətəninin müdafiəsi üçün şəxsən cavabdehdir.
Hərbi xidmətçi öz şəxsi cavabdehliyini yerinə yetirmək üçün nə etməlidir?
-Bu cavabdehliyini yerinə yetirmək üçün o öz dövlətinin mənafeyini qorumalı, onun qüdrətinin və hörmətinin artmasına kömək etməli, Konstitutsiyaya müqəddəscəsinə və pozulmaz riayət etməli, hərbi andı yerinə yetirməlidir; komandir və rəislərə danışıqsız itaət etməli və onları döyüşdə qorumalıdır; hissənin Döyüş Bayrağını fədakarcasına Mühafizə etməlidir.
Hərbi xidmətçi nəyi möhkəm bilməli və ciddi yerinə yetirməlidir?
-Hərbi xidmətçi nizamnamələrin tələblərini və öz vəzifələrini mükəmməl bilməli, bacarıqla və vicdanla yerinə yetirməlidir.
Əsgəri yoldaşlıq barədə hərbi xidmətçinin vəzifələri hansılardır?
-Hərbi xidmətçi əsgəri yoldaşlığın qədrini bilməli, öz həyatını əsirgəmədən yoldaşlarını çətinlikdən xilas etməli, onlara işi əməli ilə kömək etməlidir; onların milli təkəbbürünə hörmət bəsləməli, yoldaşlar barədə lovğalığa, kobudluğa, rişxəndə yol verməməli, onları pis əməllərdən saxlamalıdır.
Şəxsi və xidmət məsələləri haqda hərbi xidmətçi kimə müraciət etməlidir?
-Hərbi xidmətçi xidmət məsələləri haqda özünün bilavasitə rəisinə müraciət etməlidir və onun icazəsi ilə tabelik prinsipi üzrə daha yuxarı rəisə müraciət edə bilər. Yazılı surətdə hərbi xidmətçi rəislərə ancaq tabeçilikdə pillələri ilə müraciət edə bilər.
Xidmət vəziyyətinə görə öz yoldaşlarınıza nisbətən hansı mövqedə ola bilərsiniz?
-Xidmət vəziyyətinə və hərbi rütbəsinə görə hərbi xidmətçilər bir –birinə münasibətdə ya rəis, yaxud tabelikdə olurlar. Rəislər tabe­likdə olanlara əmr vermək hüququna malikdirlər, tabelikdə olanlar isə rəislərə sözsüz tabe olmalıdırlar.
Rəislər və tabelikdə olanlar haqında nə bilirsiniz?
-Hərbi xidmətçinin xidmətə görə müvəqqəti də olsa, tabe olduğu rəislər birbaşa rəislər adlanırlar. Tabelikdə olana yaxın birbaşa rəis bilavasitə rəis adlanır.
(Öz) hərbi rütbəsinə görə kimlər əsgərlər üçün rəisdirlər?
-Hərbi rütbələrinə görə bütün generallar və zabitlər, habelə öz hissəsinin çavuşları əsgərlər üçün rəisdirlər.
Silahlı Qüvvələrdə üstünlük barəsində nə bilirsiniz?
-Bir –birinə xidmət vəziyyəti və hərbi rütbəsinə görə rəis və ya tabe olmayan hərbi xidmətçilər böyük, yaxud kiçik olurlar. Böyük –kiçiklik hərbi xidmətçilərin hərbi rütbələrinə görə müəyyən edilir.
Əmr verməyin qaydası necədir?
-Əmrlər, bir qayda olaraq, tabeçilik qaydasında verilir. Müstəsna hallarda böyük rəis tabeliyində olana onun bilavasitə rəisini ötərək əmr verə bilər.
Əmr almış hərbi xidmətçi nə edir?
-Əmr alan hərbi xidmətçi “Baş üstə” deyir və sonra aldığı əmri yerinə yetirir. Alınmış əmri yerinə yetirdiyi haqda hərbi xidmətçi əmri vermiş rəisə, yaxud öz bilavasitə rəisinə xəbər verməlidir.
Əmri yerinə yetirmək haqda İntizam nizamnaməsinin hansı müddəasını bilirsiniz?
-Əmr düzgün, sözsüz və vaxtında yerinə yetirilməlidir.
Hərbi xidmətçi kimlərə əsgəri salam verməlidir?
-Hərbi xidmətçilər bir-birilə qarşılaşanda (bir-birini ötəndə) Sıra Təlimi Nizamnaməsinin qoyduğu qaydalara ciddi əməl edərək bir-birinə əsgəri salam verirlər.
Birinci kim salam verir?
-Tabelikdə olan və rütbəsinə görə kiçiklər salamı birinci verirlər.
Hərbi xidmətçilər nələrə əsgəri salam verməlidirlər?
-Hərbi xidmətçilər aşağıdakılara salam verirlər.
- hərbi hissələrin Döyüş Bayraqlarına;
- bölmələrin müşayiət etdikləri dəfn mərasimlərinə.
Sinif məşğələlərində rəsmi təzim etmək üçün neçə dəfə “Farağat” komandası verilir?
-Sinif məşğələlərində “Farağat”, “Qalx Farağat”, yaxud “Yoldaş Zabitlər” komandası hər məşğələnin başlanğıcında və sonunda verilir.
Azərbaycan Respublikasının Dövlət himhi çalınarkən sıradan kənarda olan hərbi xidmətçilər nə etməlidirlər?
-Azərbaycan Respublikasının Dövlət himni ifa olunanda hərbi xidmətçilər komandasız “Farağat” vəriyyəti alırlar, başında örtüyü olanlar əlini ona yapışdırırlar.
Hansı hallarda bölmələrlə rəsmi təzim etmək üçün “Farağat” komandası verilmir?
-Təntənəli iclaslarda, konfraslar, tamaşalar, konsert və kinolarda rəsmi təzim üçün komanda verilmir.
Hansı iclaslarda rəsmi təzim üçün komanda verilir?
-Şəxsi heyətin ümumi iclaslarında rəsmi təzim üçün “Farağat”, yaxud “Qalx, Farağat” komandası və komandirə məlumat verilir.
Hərbi xidmətçilər bir –birinə necə müraciət edirlər?
-Hərbi xidmətçilər bir –birinə müraciət edərkən nəzakət gözləməli və təmkinli olmalıdırlar. Həmişə “Siz” deyə müraciət edirlər. Şəxsən müraciət edərkən hərbi rütbə qoşun xidmət növü göstərilmədən deyilir.
Tabelikdə olanlar rəislərinə necə müraciət edir və rəislər onlara daha necə müraciət edə bilərlər?
-Tabelikdə olanlar və kiçiklər rəislərə və böyüklərə müraciət edərkən onların hərbi rütbələrini deyir, rütbənin önünə “yoldaş” sözü əlavə edirlər. Rəislər və böyüklər bundan başqa tabeliklərində olanlara və
kiçiklərə onların hərbi rütbəsi və familiyasını deyib, yaxud rütbəsinin
önünə “yoldaş” əlavə edib müraciət edə bilərlər.
Komandirin (böyüyün) yanındakı şəxsə necə müraciət etmək lazımdır?
-Komandirin (rəisin), eləcə də böyüyün yanındakı şəxsə müraciət etmək üçün komandirdən (rəisdən, böyükdən) icazə almaq lazımdır.
Rəisin rəğbətinə necə cavab vermək lazımdır?
-“Azərbaycan Respublikasına xidmət edirəm”.
Rəisin bölmənin təbrikinə necə cavab vermək lazımdır?
-Hissə (bölmə) onu təbrik edən komandirə (rəisə) “Sağ ol!” ilə cavab verir.
Əsgəri nəzakət və davranış qaydaları hərbi xidmətçidən ictimai yerlərdə və nəqliyyatda olarkən nə tələb edir?
-İctimai yerlərdə, habelə tramvayda, avtobusda, trolleybusda, metro və şəhərətrafı qatar vaqonunda və s. yerlərdə boş yer olmadıqda hərbi xidmətçi rəisə (böyüyə) öz yerini təklif etməlidir. Nəqliyyat vasitəsindən çıxarkən hərbi xidmətçi forma geyinmiş olmalıdır. Mülki əhaliyə bədbəxt hadisələrdə kömək etmək hərbi xidmətçinin borcudur.
Nəzakət və davranış qaydaları hərbi xidmətçiyə nələri qadağan edir?
-Hərbi xidmətçiyə əllərini ciblərində saxlamaq, eləcə də rəisin (böyüyün) yanında ondan icazəsiz papiros çəkmək, ya oturmaq qadağandır. Hərbi xidmətçi şəhər küçələrində, habelə icazə verilməyən yerlərdə papiros çəkməkdən özünü saxlamalıdır.
Müddəti xidmətdə olan əsgər, ya çavuş mülki paltar nə vaxt geyə bilər?
-Müddəti xidmətdə olan əsgər və çavuşlar öz yaşadıqları yerdə qısa müddətli məzuniyyət dövründə mülki paltar geyə bilərlər.
Əsgərin ümumi vəzifələri hansılardır?
-Əsgərin ümumi vəzifələri aşağıdakılardı:
-özünün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüşçüsü vəzifəsini dərindən dərk etsin, dövlət qanunlarına müqəddəs və pozulmazcasına riayət etsin, hərbi andı yerinə yetirsin; namuslu və sadıq olsun, öz dövlətinin mənafeyinə sadiq olsun, onun uğrunda mübarizədə öz gücünü və hətta həyatını əsirgəməsin;
-hərbi işi vicdanla öyrənsin, komandirlərin (rəislərin) ona
öyrətdiklərini mənimsəsin; öz xidməti vəzifəsini fəal və təşəbbüskarlıqla yerinə yetirsin; əsgəri nizamnamələrin tələblərini bilsin və səylə yetinə yetirsin;
-komandirlərin (rəislərin) əmirlərini sözsüz, düzgün və vaxtında yerinə yetirsin;
-qocaq və intizamlı olsun; özü nalayıq hərəkətlər etməsin və yoldaşlarını belə hərəkətlərdən yayındırsın;
-hərbi və dövlət sirlərini ciddi qorusun;
-komandirlərə (rəislərə) və böyüklərə hörmət etsin, öz xidmət yoldaşlarının şərəf və ləyaqətinə hörmət etsin; hərbi nəzakət, davraniş və rəsmi təzim qaydalarına ciddi riayət etsin;
-silah və texnikanı mükəmməl bilsin, onları həmişə saz, təmiz və döyüşə hazır saxlasın;
-həmişə forma ilə və səliqəli geyinmiş olsun;
-özünün divizya komandirinə qədər olan bütün birbaşa rəislərin vəzifə, rütbə və familyasını bilsin;
-hərbi və ictimai əmlakı qorusun, paltar ayaqqabını qayğı ilə geysin, onları vaxtlı-vaxtında təmir etsin, təmizləsin və göstərilən yerdə saxlasın;
-şəxsi və ictimai gigitena qaydalarına riayət etsin
-silahla, texnika ilə işlədikdə və başqa hallarda təhlükəsizlik qaydalarına riayət etsin, yangın təhlükəsizliyi qaydalarına əməl etsin; alayın daxilində bir yerə gedəndə manqa komandirindən icazə alsın və qayıdanda ona xəbər versin;
-alaydan kənarda olanda özünü ləyaqət və şərafətlə aparsın, ictimai qaydaları pozmağa və mülki əhali barəsində ləyaqətsiz hərəkətlərə yol verməsin.
Hər bir bölüyün yerləşməsi üçün hansı yerlər nəzərdə tutulur?
-Hər bir bölüyün yerləşdirilməsi üçün aşağıdakılar nəzərdə tutulur:
-bölük dəftərxanası;
-yataq otağı;
-silah (saxlama) otağı;
-silah təmizləmə otağı (yaxud yeri);
-məişət xidməri otağı;
-anbar;
-idman otağı (yaxud yeri);
-papiros çəkmə otağı (yaxud yeri);
-yuyunma otağı;
-qurutma yeri;
-ayaqyolu;
Bunlardan əlavə hər bir taborda hansı otaqlara rast gəlmək olar?
-Hər bir taborda bunlardan əlavə tabor komandirinin kabineti, taborun qərərgahı, tabor komandiri müavinləri otağı və zabitlər üçün istirahət, vətənpərvərlik otaqları (qəhrəman guşəsi) iclaslar otaqları olur.
Çarpayıyanı dolabça nə üçündür?
-Çarpayıyanı dolabça tualet ləvazimatı, yaxaaltı ağlar, cib yaylıqları, kitab, dəftərlər və xırda şəxsi istifadə əşyalarını saxlamaq üçündür.
Hər bir əsgərin yorğan –döşək dəstəsinə nə daxildir?
-Hər bir əsgərin kazarmada yatacaq dəsti yorğandan, 2 döşəkağından, döşək, balış, balışüzü və sərmədən ibarətdir.
Silah otağının qapı və pəncərələri necə düzəldilibdir?
-Silah saxlama otağının pəncərələrinə dəmir şəbəkə düzəldilib, qapısında kiçik nəzarət pəncərəsi var; qapı və pəncərələrində muhafizə siqnalizasiyası qoyulur.
Piramidalarda nələr saxlanılır?
-Piramidalarda pulemyotları, avtomat və karabinləri, qum­ba­ra­atanları, süngüləri və əleyhqazları saxlayırlar.
Piramidaları kim bağlayır və möhürləyir?
-Silah olan piramidaları, silah otağını bölük baş növbətçisi bağlayır, möhürləyir və açır.
Hər piramidada nə asılır və piramida özü necə tərtib olunur?
-Piramidalarda onlarda olan silahların sayı və növünün siyahısı asılır. Hər bir oyuqda silahın və əleyhqazın nömrələrini və bunların sahibinin familiyasını göstərən birka yapışdırılır.
Məişət xidməti otağında əsgər üçün nələr ola bilər?
-Məişət xidməti otağında paltar ütüləmək stolu, ütü, ayaqqabı və paltarı təmir etmək üçün iynə, sap, alətlər və həm də hərbi libasları geyməyə dair plakatlar tapa bilər.
Çağırışçının şəxsi şeyləri hara verilir?
-Çağırışçının şəxsi şeyləri (alt və üst paltar, ayaqqabı) təmizləndirilib bağlanılır və hərbi hissədən çağırışçı göstərən ünvana göndərilir.
Yataq otaqlarında hansı sənədlər asılır?
-Yataq otaqlarında xüsusi lövhələrdə dərs cədvəli, naryadlar vərəqəsi və şəxsi heyətin yerləşməsi sxemi asılır.
Bölüyün otaqlarını kim və necə silib süpürür?
-Otaqları hər gün bölük baş növbətçisinin rəhbərliyi altında növbətçi süpürgəçilər silib –süpürürlər.
Kazarma binasında sıralara sıra addımları ilə yerimək olarmı?
-Kazarma binalarında sıralara say (sıra) addımları ilə yerimək olmaz.
Qışda yataq otaqlarında temperatur nə qədər olmalıdır?
-Qışda yaşayış binalarında temperatur ən azı 18 dərəcə olmalıdır.
Qışda otaqların qızdırılması ilə kim məşğul olur?
-Sobaları hissə üzrə əmrlə mövsümi təyin edilmiş əsgərlər –ocaqçılar qalayırlar.
Bölüyün otaqlarının havası necə dəyişdirilir?
-Binaların havasını baş növbətçilərin rəhbərliyi altında növbətçilər dəyişdirirlər, yataq otaqlarında yuxudan əvvəl və sonra, sinif otaqlarında –məşğələlərdən əvvəl və tənəffüslərdə.
Gecə bölüyün otaqları necə işıqlandırılır?
-Yataq otaqları yuxu vaxtı zəif işıqlandırılır, kazarmanın girişi, silah otaqları, pilləkanlar, dəhlizlər və ayaqyolu qaranlıq düşəndən işıqlanana qədər tam işıqlandırılır.
Hissənin gündəlik nizam qaydalarında nələr nəzərdə tutulur?
-Gündəlik nizam qaydalarında səhər gimnastikası, səhər baxışı, axşam yoxlaması, axşam gəzintisi, yemək vaxtı, yeməkdən qabaq yuyunmaq, tədris məşğələləri, silah və texnikaya qulluq, səhər və axşam tualeti, kütləvi və idman işləri, həm də hərbi xidmətçilərin şəxsi təlabatı və istirahət (yatmaq) üçün vaxt nəzərdə tutulur.
Yeməklər arasında nə qədər vaxt olmadır?
-Yeməklər arasındakı vaxt 6 – 7 saatda artıq olmamalıdır.
İclas və müşavirələr nə vaxt keçirilir?
-İclas, müşavirə, habelə teatr, kino və başqa tədbirlər axşam yoxlamasına qədər qurtarmalıdır.
Səhər gimnastikası hər günmü keçirilir?
-İstirahət və bayram günləri səhər gimnastikası olmaya bilər.
Səhər baxışları necə aparılır?
-Bölük baş növbətçisi komanda verir: “Bölük, səhər baxışına – Düzül”. Sonra bölüyü düzlədib starşınaya bölüyün baxışa hazır olduğunu xəbər verir. Starşınanın əmri ilə taqım komandirlərinin müavinləri və manqa komandirləri səhər baxışını keçirirlər.
Səhər baxışlarında nələr yoxlanılır?
-Səhər baxışında adamların mövcudluğu, zahiri görünüşü və onların şəxsi gigiyena qaydalarına riayət etmələri yoxlanılır. Tibbi yardıma ehtiyacı olanları bölüyün baş növbətçisi tibb məntəqəsinə göndərmək üçün xəstələr qeydiyyatı dəftərinə yazır.
Əsgərlərin ayaqları, corabları və alt paltarı nə vaxt yoxlanılır?
-Əsgərlərinin ayaqlarının, corablarının və alt paltarının vəziyyəti vaxtaşırı, adətən yatmamışdan qabaq yoxlanılır.
Əsgərlər axşam gəzintisində nə edirlər?
-Əsgərlər axşam gəzintisində bütün bölmə ilə sıra mahnıları oxuyurlar.
Axşam yoxlaması necə aparılır?
-Bölüyün baş növbətçisi “Bölük, axşam yoxlamasına Düzül” komandası verir. Taqım komandirlərinin müavinləri taqımları düzürlər. Bölük baş növbətçisi bölüyü düzüb, axşam yoxlamasına hazır olduğunu starşinaya xəbər verir.
Axşam yoxlamasında nə yoxlanılır və nə edilir?
-Axşam yoxlamasında əvvəlcə starşina bölüyün şəxsi heyətini adlar siyahısı ilə yoxlayır.Sonra starşina əmr və sərəncamları, sabahkı günə naryadı elan edir və yanğın, həyəcan halı üçün döyüş dəstələrini dəqiqləşdirir.
Məşğələ və təlimlər qurtarandan sonra kim və nəyi yoxlayır?
-Məşğələ və təlimlər qurtarandan sonra bölük komandiri bütün silah və texnikanın, atıcı silahların və cihazların mövcudluğunu yox­layır. Silah və mağazin çantalarını manqa komandirləri yoxlayırlar.
Müddəti xidmət hərbi xidmətçilərinin yeməkxanaya getmək qaydası necədir?
-Əsgər və çavuşlar yeməkxanaya təmizlənmiş paltar və ayaqqabıda starşinanın, yaxud çavuşun komandası altında sıra ilə gəlirlər. Yeməkxanada yemək vaxtı müəyyən edilmiş qayda gözlənilməlidir. Yeməkxanaya iş paltarında gəlmək qadağandır.
Bölüyün heyətin nə qədəri və nə vaxta qədər hissədən kənara buraxıla bilər?
-Eyni vaxtda bölmənin şəxsi heyətinin ən çoxu 30 % -i buraxıla bilər. Buraxılış “Yat” siqnalına qədər olur; şənbə, bayramqabağı günlər –saat 24 - ə qədər.
Əsgər hərbi hissənin mövqeyindən 1 sutka müddətinə hansı hallarda və necə buraxıla bilər?
-Əsgər və çavuşlar hissənin mövqeyindən 1 sutka müddətinə şirnikləndirmə kimi şənbə və bayramqabağı günlərdə buraxıla bilərlər.
Birinci xidmət ilində əsgər nədən sonra buraxılma ala bilər?
-Birinci xidmət ilində siravilər “Hərbi Andı” qəbul etdikdən sonra hissədən kənara buraxılırlar.
Növbəti buraxılmaların uçotunu kim aparır?
-Buraxılışların növbəsini taqım komandirinin müavini aparır.
Bölükdə buraxılma necə gedir?
-Təyin edilmiş saatda bölüyün baş növbətçisi buraxılanları düzür və starşinaya xəbər verir. Starşina buraxılanları gözdən keçirir, onla­rın başının və üzünün yaxşı qırxılmasını, paltar və ayaqqabılarının vəziyyəti və uyğunlaşdırılmasını, hərbi salam vermə qaydalarını, özünü küçədə və ictimai yerlərdə aparma qaydalarını bilmələrini yoxlayır. Sonra starşina buraxma vərəqələrini paylayır. Bölüyün baş növbətçisi buraxılanları dəftərə yazır, onların siyahısını tərtib edir, buraxılanları və siyahını alay növbətçisinə təqdim edir.
Buraxılmış əsgər və çavuşun əllərində hansı sənədlər olma­lıdır?
-Hissədən kənara buraxılmış əsgər və çavuşlar özləri ilə buraxılma vərəqəsindən başqa, hərbi biletlərini götürməlidirlər.
Əsgər buraxılmadan qayıdıb kimə məlumat verməlidir?
-Buraxılmadan qayıdan hərbi xidmətçilər alay növbətçisinin yanına gəlib qayıtdıqlarını xəbər verirlər; sonra bölməyə gəlib baş növbətçiyə buraxılma vərəqəsini təhvil verir və özünün bilavasitə rəisinə qayıtdığını xəbər verir.
Döyüş növbəsinə kimləri təyin etmək qadağandır?
-Döyüş növbəsinə hərbi and içməmişlər, müvafiq proqramın müəyyən həcmini mənimsəməmişləri, haqqında istintaq aparılan qəbahətə yol vermişləri və xəstələri təyin etmək qadağandır.
Növbətçi növbənin şəxsi heyətinə döyüş növbəsində nə qadağan edilir?
-Döyüş növbəsində növbətçi növbənin şəxsi heyətinə aşağıdakılar qadağandır:
-Növbətçi qüvvələr və vasitələr komandirinin icazəsi olmadan öz döyüş növbəsi vəzifələrini hər hansı bir kəsə, hətta müvəqqəti də olsa həvalə etmək;
-diqqətini yayındırmaq, döyüş növbəsi vəzifəsi ilə bağlı olmayan işlərlə məşğul olmaq;
-döyüş növbəsi postundan, yaxud döyüş növbəsinin başqa yerindən özbaşına getmək;
-silah və texnika ilə onların müəyyən edilmiş hazırlığını zəiflədən iş aparmaq.
Sutka naryadı nə üçün təyin edilir?
-Sutka naryadı daxili nizam qaydalarını saxlamaq, silahları, texnika və döyüş sursatını, binaları və əmlakı qorumaq, bölmələrdəki vəziyyəti bilmək və nəzarət etmək, pozuntuların qarşısını almaq üçün ölçü götürmək və vaxtında bunların hamısı haqda komanda ilə məlumat vermək üçün təyin edilir.
Bölük növbətçisi nə ilə silahlanır və o bu silahı necə gəzdirir?
-Bölük baş növbətçiləri qınında olan süngü –bıçaqla silahlanırlar; süngü –bıçaq bel kəmərində sol tərəfdə toqqadan bir əl aralı gəzdirilir.
Kim kimlərin naryadının uçotunu aparır?
-Naryad vərəqələri hər ay üçün ayrı yazılır; əsgərlər üçün taqım komandirinin müavini, çavuşlar üçün isə starşina yazır.
Sutka naryadı yerbəyer üçün necə düzülür?
-Sutka naryadı yerbəyer üçün belə düzülür: sağ cinahda –qarovullar; sonra sağdan sola: park baş növbətçisi, növbətçi feldşer, nəzarət –buraxılış məntəqəsinin növbətçisi, alay qərargahı növbətçisi, bölmələrin sırası ilə bölük baş növbətçilərin, ayaqçılar, yeməkxana naryadı və siqnalçı. Bölük növbətçiləri öz baş növbətçilərinin arxasında düzülürlər. Günün nizam qaydaları ilə dəyişilmə üçün qoyulan vaxta 10 dəq. qalmış zabitlərdən olan yeni alay növbətçisinin köməkçisi sutka naryadını düzməyə başlayır.
Komandaların öz təyinat yerlərinə kömək qaydası necədir?
-Üç nəfər və çox olan komandalar təyin edilmiş yerə başçının komandası altında sıra ilə gedirlər.Gecə vaxtı bədbəxt hadisələr baş verməsin deyə piyada gedən sıralar kolonun başında və arxasında siqnal fənəri aparmalıdırlar. Gündüz fənər əvəzinə siqnal bayraqçıları olmalıdır.
Bölük baş növbətçisi nə vaxt və nə qədər dincəlir?
-Bölük baş növbətçisinə qoyulmuş vaxtda soyunmadan və ləvazimatını çıxartmadan ayaqqabılarını çıxardıb 4 saata qədər uzanaraq dincəlmək (yatmaq) icazə verilir.
Bölük növbətçisi nə vaxt dincəlir?
-Bölük növbətçilərinin bekar (azad) növbəsinə soyunmuş halda “Yat” siqnalından “Qalx” siqnalına qədər növbə ilə dörd saata kimi
dincəlməyə icazə verilir.
Bölük baş növbətçisi nəyə cavabdehdir?
-Bölüyün baş növbətçisi bölükdə daxili nizam qaydaları saxlanılmasına və günün nizam qaydalarının düzgün yerinə yetirilməsinə, silahların, sursat qutularının, bölüyün əmlakının, əsgər və çavuşların şəxsi şeylərinin qorunmasına bölük növbətçilərinin düzgün xidmət aparmalarına cavabdehdir.
Bölük baş növbətçisi silahları necə qəbul edir?
-Bölük baş növbətçisi silahları ədədlə, nömrələri və dəsti ilə qəbul edir. Bu zaman qıfılların, siqnalizasiyanın, şkafların, möhürlərin və başqa avadanlığın sazlığını da yoxlayır.
Həyəcan elan edilərkən bölüyün baş növbətçisi nə etməlidir?
-Həyəcan elan ediləndə bölük baş növbətçisi bölüyün şəxsi heyətini qaldırır (oyadır), zabitləri gizirləri və müddətdən artıq qulluq edənləri xəbərdar edir, onlar gələnə kimi alay növbətçisinin göstərişlərini yerinə yetirir.
Bölük baş növbətçisi silahı necə təhvil verir və qəbul edir?
-Bölük baş növbətçisi silahı bölük komandiri, yaxud starşinanın əmrinə əsasən verərək, bu barədə silahvermə dəftərində qeyd edir: silahı qəbul edərkən onların nömrələrini və dəstliyini yoxlayır.
Bölük baş növbətçisi yanğın baş verdikdə nə edir?
-Yanğın baş verdikdə bölük baş növbətçisi yanğın komandasını çağırır, onu söndürmək üçün ölçü götürür və dərhal alay növbətçisinə və bölük komandirinə xəbər verir, eyni zamanda adamları, silah və əmlakı yanğın təhlükəsi olan otaqlardan çıxartmaq tədbirləri görür.
Bölük baş növbətçisi növbə vaxtı neçə dəfə alay növbətçisinin yanına gəlir və nə barədə məlumat verir?
-Bölük baş növbətçisi öz növbəsi vaxtı alay növbətçisinə məlumat vermək üçün iki dəfə gəlir. Birinci dəfə axşam yoxlamasından sonra starşinadan qaiblərin siyahısını alıb alay növbətçisinə xəbər verir. İkinci dəfə səhər baxışından sonra şəxsi heyətin mövcudluğu və məsrəfi, gecə olmuş hadisələr haqda məlumat verir, buraxılmadan gecikmişlərin və özbaşına getmişlərin siyahısını təqdim edir.
Bölük növbəti növbətçisinin vəzifəsi nədir?
-Bölük növbətçisi onun nəzarəti altında olan silah, tapançalar qutusu (şkafı), döyüş sursatı qutuları, bölüyün əsgər və çavuşların əmlakının qorunmasına cavabdehdir.
Bölük növbəti növbətçisinə nə qadağandır?
-Növbəti bölük növbətçisinə oturmaq, üstünün ləvazimatını çıxartmaq və yaxasını açmaq qadağandır.
Bölük bekar növbətçisinin vəzifəsi nədir?
-Bekar (azad) bölük növbətçisi bölüyün otaqlarında təmizlik və qaydanı saxlamalı, baş növbətçidən icazəsiz heç yerə getməməli, ona əsgər və çavuşlar arasında nizamnamələrlə qoyulmuş münasibətlər pozuntularını qaydaya salmaqda kömək etməlidir. O, baş növbətçinin əvəzinə qalanda onun vəzifələrini yerinə yetirməlidir.
Park növbətçisi nəyə cavabdehdir?
-Park növbətçisi parkda müəyyən edilmiş qaydaların yerinə yetirilməsinə maşınların bayıra –içəri buraxılmasının düzgünlüyünə cavabdehdir.
Əsgərlərə necə saç saxlamağa icazə verilir?
-Əsgərə qısa, səliqəli saç saxlamağa icazə verilir.
Əsgərlər üçün neçə dəfə əsaslı tibbi müayinə aparılır?
-Əsgər və çavuşların əsaslı tibbi müayinəsi ildə 2 dəfə aparılır: yay və qış təlim dövrlərindən əvvəl .
Hərbi xidmətçi xəstələndikdə nə etməlidir?
-Hərbi xidmətçi xəstələndiyini gizlətməməlidir, dərhal bilavəsitə rəisinə xəbər verməli və onun icazəsi ilə tibbi yardım üçün alayın tibb məntəqəsinə müraciət etməlidir.
Əsgərlər neçə dəfə hamamda çimməlidirlər?
-Əsgər və çavuşlar həftədə 1 dəfədən az olmayaraq hamamda çimməlidirlər.
Əsgərlərin yorğan –döşək ağı, alt paltarı, dəsmalları, dolaqları və corabları neçə gündən bir dəyişdirilir?
-Döşəkağı, alt paltarı, dəsmal, dolaqlar və corablar həftədə 1 dəfədən az olmayaraq, adətən hamamda çimmə günlərində dəyişdirilməlidir.
Əsgər və matroslar nə vaxt “Hərbi And” içirlər?
-Komplektləşdirmə üçün gələn əsgərlər münasib proqramı keçdikdən və əsgərin əsas vəzifələrini mənimsədikdən, hərbi andın, hissənin, Döyüş Bayrağının və hərbi intizamın mənasını mənimsə­dikdən sonra, fəqət hissəyə gəldiklərindən bir ay yarımdan gec olmayaraq “Hərbi And” içirlər.
Bölük baş növbətçisinin hansı sənədləri yadınızda qalıb?
-Mənim yadımda bu sənədlər qalıb:
-növbətçilərin verdikləri komanda və siqnalların siyahısı;
-bölüyün kazarmadan kənarda yaşayan hərbi xidmətçilərinin ünvanlarını, telefonlarını, onların çağırma yolları və çaparlarını göstərən siyahı;
-bölüyün ona təhkim edilmiş təmizləmə sahəsinin sxemi;
-silah və döyüş sursatının buraxılış dəftəri;
-xəstələrin qeydə alınması dəftəri;
-buraxılanlar dəftəri;
Qarovul nəyə deyilir?
-Vacib əhəmiyyətli hərbi obyektləri qorumaq və mühafizə etmək üçün təyin edilmiş silahlı bölmə qarovul adlanır. Qarovul xidmətində fasilə yoxdur. Saatlar postlarında həmişə sayıq olmalıdırlar.
Qarovul heyətinə kimlər təyin edilir?
-Qarovul heyətinə qarovul rəisi, postların və onların növbələrinin sayına münasib qarovulçular, dəyişdiricilər, lazım olanda qarovul rəisinin köməkçisi, çıxarıcı və nəqliyyat vasitəsinin sürücüsü təyin edilir.
Kimi qarovula rəis təyin edirlər?
-Obyektdə 5 –dən çoxt post olarsa, qarovul rəisi zabit, az olduqda, - çavuş təyin edilir.
Qarovullarda dəyişdiricilərin və qarovulçuların sayı nədən asılıdır?
-Dəyişdiricilərin sayı postların sayından və onların dəyişdirilməsi üçün yarım saatdan çox vaxt sərf olunmamasından asılıdır. Sutkalıq postlar üçün 3 nəfər, gecə postlarına isə, 2 nəfər qarovulçu lazımdır. Qarovulun heyəti xidmətin başlanğıcına ən azı bir gün qalmış təyin edilir.
Əsgərlərin qarovulda vəzifələrini yerinə yetirməyə hazırlıq necə keçir?
-Qarovul heyətinin öz vəzifəsini yerinə yetirməyə hazırlığını bölmə komandiri şəxsən özü aparır. O, hər bir əsgərə onun öz postuna münasib vəzifələrini aydınlaşdırır. Müəyyən edilmiş vaxtda qarovullar yerbəyer olur və dəyişdirilir.
Qarovulların yerbəyeri nədən ibarətdir?
-Qarovulların yerbəyeri qarovul heyətlərinin xidməti yerinə yetirməyə hazır olduqlarını yoxlamaq üçündür. O, yerbəyerdə qarovul rəislərinə parol yazılmış kağız verib öz yerlərinə yol salır.
Qarovullar yerbəyerdən sonra haraya gedirlər?
-Qarovullar yerbəyerdən sonra mühafizə edəcəkləri obyektlərə, yaxud dəyişdirəcəkləri qarovulların otaqlarının yanına gedirlər.
Post nədir?
-Post –saatdara mühafizə və müdafiə üçün tapşırılmış bütün obyektlər, habelə saatdarın vəzifəsini yerinə yetirdiyi yerdir.
Saatdar kimdir?
-Saatdar –ona tapşırılmış obyekti, yəni postu qorumaq və müdafiə etməklə döyüş vəzifəsini yerinə yetirən silahlı qarovulçudur.
Qarovul geyim forması nədən ibarətdir?
-Qarovul geyim forması şinel (yarımkürk), bir dəst təmiz və səliqəli geyim, ayaqqabı, baş örtüyü, bel kəməri və sandıqlar çantasından ibarıtdir. Bunlardan əlavə xüsusi post paltarı da var.
Post paltarının adını deyin.
-Post paltarına daxildir:
-Qışda –kürk və keçə çəkmə;
-Yayda –plaş –çadr.
Saatdarın vəzifələri nədir?
-Saatdarın vəzifələri aşağıdakılardır:
-öz postunu sayıqlıqla qorusun və mətanətlə müdafiə etsin;
-həvəslə xidmət etsin, diqqətini yayındırmasın, silahını əlindən qoymasın və heç kəsə, hətta tabe olduğu şəxslərə belə, verməsin;
-göstərilmiş yol ilə hərəkət edərək, postunun yaxınlıqlarını və hasarını diqqətlə gözdən keçirsin, siqnalizasiyanın sazlığına nəzər yetirsin;
-dəyişilməyincə, yaxud posdan götürülməyincə, həyatı üçün təhlükə olsa belə, postdan getməsin;
-postda vəzifəsini yerinə yetirərkən silahını dolu və həmişə işə salmağa hazır saxlasın;
-qarovul rəisi, onun köməkçisi və özünün dəyişdiricisindən və onların müşaiyət etdikləri şəslərdən başqa heç kəsi postuna postlar cədvəlində göstərilmiş məsafədən yaxına buraxmasın;
-postda olan cihazları və yanğınsöndürmə alətlərini tətbiq etməyi bacarsın;
-müəyyən edilmiş qaydalarla əsgəri salam versin;
-postun özündə, ya onun hasarında nasazlıq tapsa, habelə postunun, ya qonşu postun yaxınlığında qaydalar pozuntusu olduqda qarovul rəisini çağırsın;
-qarovul itinin hürdüyünü eşidəndə bu barədə müəyyən edilmiş işarə ilə qarovul otağına xəbər versin.
Hər bir saatdarın onun qoruduğu obyektə münasib xüsusi vəzifələri vardır.
Saatdar öz postunu nə vaxt tərk edə bilər?
-Saatdar öz postundan ancaq tabe olduğu rəislərdən biri dəyişdirəndən, yaxud postdan götürəndən sonra gedə bilər.
Saatdar hansı hüquqlar verilir?
-Saatdar nizamnamədə göstərilən hallarda silah tətbiq etmək ixtiyarı verilir.
Saatdar kimə tabedir?
-Saatdar qəti müəyyən edilmiş sayda şəxslərə, -qarovul rəisinə, onun köməkçisinə və saatdarın özünün dəyişdiricisinə tabedir.
Posta girərkən saatdar nələri nəzərdən keçirir?
-Saatdar posta yerini tutarkən onu gətirmiş rəisin və əvəz edəcəyi saatdarın yanında postlar cədvəli ilə qəbul etməli olduğu bütün şeylərin tamlığını və sazlığını yoxlayır; məhbusları qoruma postunu qəbul edəndə, qıfılların, məhəccərlərin sazlığını və kameralarda məhbusların sayını yoxlayır.
Saatdar döyüş patronları ilə necə təmin olunur?
-Saatdar avtomatla silahlanmışsa 60 (iki doldurulmuş sandıq) patronla, karabinlə silahlanmışsa – 30 patronla təmin olunur.
Obyektlərin mühafizəsi yolları haqda danışın. Postda silah nə vəziyyətdə gəzdirilir?
-Saatdarın silahı süngü taxılmış olmalıdır. Silah gecə vaxtı ayaq üstündə atəşə hazır vəziyyətində, gündüz –“qayışa al” vəziyyətində gəzdirilir (saxlanılır).Sandıqlar, yaxud daraqlar olan çantanın qapağı açıq olmalıdır.
Saatdar kimləri öz postuna buraxır?
-Saatdar postlar cədvəlində müəyyən edilmiş məsafədən yaxına ancaq onun tabe olduğu şəxsləri –qarovul rəisini, onun köməkçisini və öz dəyişdiricisini və onların müşayiət etdikləri şəxsləri buraxır.
Saatdar postuna yaxınlaşanları necə dayandırır?
-Posta, yaxud qadağan xəttinə yaxınlaşan bütün başqa şəxsləri saatdar “Dayan, geriyə”,yaxud “Dayan, sağdan (soldan) keç” hayı ilə saxlayır.
Saatdar onun komandasını yerinə yetirməyəndə necə hərəkət edir?
-Posta, yaxud qadağan xəttinə yaxınlaşan şəxs saatdarın komandasını yerinə yetirməzsə o, pozucunu “Dur, vurdum” qışqırtısı ilə xəbərdar edir və dərhal qaravul rəisini, yaxud dəyişdiricini cağırır. Pozucu tələbi yerinə yetirməzsə, onda saatdar silah işlədir.
Qaranlıq, ya duman olanda saatdar necə hərəkət edir?
-Pis görünüş (gecə, duman) şəraitində postlar cədvəlimdə göstərilən məsafədə posta, ya qadağan xəttində yaxınlaşanı görmək olmursa, onda saatdar pozucunu “Dur, gələn kimdir?” hayı ilə saxlayır. Əgər pozucu dayanmırsa, posta (obyektə) soxulmaq istəyirsə, yaxud qacırsa, saatdar silah işlədir.
Saatdar nə vaxt xəbərdarlıqsız silah işlədir?
-Özünə, ya da onun qoruduğu obyektə açıq-açığına basqın olanda saatdar xəbərdarlıqsız silah işlədi.
Saatdara posta nə qadağandır?
-Saatdara yatmaq, oturmaq, kitab və mahnı oxumaq, yazmaq, danışmaq, yemək, içmək, papiros çəkmək, ayaqyoluna (çölə) çıxmaq, kimdənsə şey almaq və kiməsə şey vermək qadağandır.
Nə üçün qarovul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirməyə bərabər tutulur?
-Qarovullarda müdafiə, yaxud dövlət əhəmiyyətli obyektlər qorunduğu üçün qaravul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirməyə bərabər tutulur.
Qarovul otağı nə üçündür?
-Qarovul otağı qaravulun heyətini və onun silahlarını yerləşdirmək üçündür.
Qarovul otağında silahlar haraya və necə qoyulur?
-Qarovul otağında avtomatlar piramidaya sandığsız qoyulur.
Qarovul heyətinə necə dincəlməyə icazə verilir?
-Yaxanı açib, bel kəmərini boşaldıb, lakin ləvazimatı çıxarmadan və soyunmadan uzanaraq dincəlməyə (yatmağa) icazə verilir: qarovulçuların bir növbəsinə; - posta girəndən əvvəl, amma əvəz edilmiş növbənin qayıdıb qarovul otağına gələndə və qarovulda döyüş heyəti elan ediləndən sonra;
-ancaq gecə keşik çəkən qarovulçuların növbəsi – hər dəfə postdan qayıtdıqdan posta yenidən getməyə qədər
Qarovulçu hansı andan sonra saatdar olur və tərsinə, hansı anda saatdar qaroluçu olur?
-“...nömrəli postu təhvil aldım” deyib, xəbər vermə anından qarovulçu saatdar vəziyyətinə keçir, “...nömrəli postu təhvil verdim” deyib, saatdar saatdardan qarovulçuluğa keçir.
Saatdarın dəyişdirilməsində kimlər iştirak edir?
-Saatdarın dəyişdirilməsində onların rəisləri, - dəyişdiriçilər iştirak edirlər; qarovul rəisi və onun köməkçisi də dəyişdirilmədə iştirak edə bilər.
Postun şifahi təhvili nə deməkdir?
-Postun şifahi təhvili ondan ibarətdir ki, saatdar postunun nömrəsini deyib posta girən qarovulçuya postlarcədvəli üzrə bütün qorulası şeyləri sadalayır, öz növbəsi vaxtı post yaxınlığında gördüklərini də söyləyir.
Qarovul otağında olan şəxsi heyətə nə tələblər verilir?
-Qarovul otağında qayda və sakitlik saxlanılmalıdır. Radioya qulaq asmaq, oxumaq və musiqi alətlərində çalmaq qadağandır. Kitab oxumağa, yazmağa və şahmat və dama oynamağa icazə verilir. Papiros çəkmək müəyyən edilmiş yerdə olar. Piramidadan silahı yalnız qarovul rəisinin, yaxud onun köməkçisinin icazəsi ilə götürmək olar. Soyunmaq və ləvazimatı çixartmağa (asmağa) icazə verilmir.
Saatdarın postu qoyub getməsi necə qiymətləndirilir?
-Saatdarın postunu qoyub getməsi cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsin nəzərdə tutulur.
Qarovulda olarkən silah nə vaxt doldurulur?
-Silah qarovul otağında hər dəfə postları dəyişmək, yaxud postları yoxlamaq, məhbusları çıxartmaq, yaxud onları müşayiət etmək üçün doldurulur.
Silahları doldurarkən hansı təhlükəsizliq tədbirlərinə əməl edilməlidir?
-Silahı doldurarkən onların lülələri təhlükəsiz səmtə (yuxarı) yönəldilməlidir, silah qoruyucuya qoyulmalıdır.
Növbəti qarovul xidmətinə hazırlıq tədbirlərini sayın.
-Qarovulun heyəti 1 sutka qabaqdan təyin və elan edilir. Qarovula getmək günü bölükdə hər posta dair münasıb konkret təlimat aparılır. Yerbəyerdə hər kəsin vəzifəsini mənimsəməsi yoxlanılır, posta yola düşməmişdən qabaq qarovul rəisi qarovulçulara vəzifələrini yadla­rına salır.
Dəyişdiricinin vəzifələrini danışın.
-Dəyişdiricinin borcudur:
-öz postlarının sayını, onların yerləşdiyi yerdə mühafizə və mü­dafiə şəraiti və şərtlərini və saatdarların hər postdakı xüsusi vəzifə­lərini bilsin.
-köhnə qarovulun dəyişdiricisindən möhürlərin və plombların üzü­nü alsın, saatdarları postlara qoyarkən onlarla postları və onlarda olan obyektləri qəbul etsin və bu barədə qarovul rəisinə məlumat versin;
-postlara yola düşməmişdən qarovulçuların öz vəzifələrini bilmə­sini yoxlasın; onların papiros çəkmə və yandırma ləvazimatlarını qarovul otağında qoymalarına göz yetirsin;
-postlara gedərkən qarovulçuların silahlarını düzgün doldurma­larına və postdan qayıdandan sonra silahlarını düzgün boşaltmalarına göz qoysun;
-hər növbənin qayıtması vaxtı dəyişilmə, postların vəziyyəti, çatışmamazlıqlar və onları ləğv etmək üçün görülmüş tədbirlər haqda qarovul rəisinə məlumat versin;
-qarovul rəisinin icazəsi ilə ona tabe olan saatdarın xidmətini yoxlasın.
Məhbusları gözləyən saatdarının vəzifələri nədir?
-Qaupvaxtda həpsə alınmışları qoruyan saatdarın borcudur:
-qoruduğu məhbusların sayını bilsin;
-kameraların qapılarının bayırında olsun və nəzarət pəncərələrində göz qoysun ki, məhbuslar onlar üşün müəyyən edilmiş qaydaları pozmasınlar, pəncərələrin çərçivə və məhəccərlərini, divar və döşəməni xarab etməsinlər
-qarovul pəisinin, onun köməkçisinin və öz dəyişdiricisinin şəxsən icazəsi olmadan məhbuslardan heç kimi bayıra buraxmasın və onların yanına heç kəsi buraxmasın;
-gecə vaxtı məhbusların kameralarında işıq olmasına göz qoysun;
-məhbuslarla danışmasın, onlardan heç bir şey almasın və onlara heç bir şey verməsin;
-məhbusların yoldan kecənlərdən şey almasın, pəncərələrdən kağız tullamasına və kənar adamlarla danışmasına yol verməsin.
Motoatıcı manqa kimlərdən ibarətdır (PDM-nda olan)?
-Motoatıcı manqa komandirlərindən, tuşlayıcı operatordan, sürücü-mexanikdən, iki pulemyotçudan, atıcı- qumbaraatançidan böyük atıcı və atıcıdan ibarətdir.
Şimalın təqribə harada olduğunu müəyyən etmək imkanı verən yer obyektləri əlamətlərini sadalayın.
-Bu əlamətlər aşağıdakilardır:
-ağacların coxunun qabığı şimal tərəfdən cənubundakından qalın və qaba olur;
-mamır və şibyə ağacların gövdələrini, köyükləri və daşların şimal tərəfdən bürüyür;
-qarışqa yuvaları ağacların, kötüklərin və kolların cənubunda olur;
-isti günlərdə şam ağaclarında qətranın çoxu onların cənub tərəfində yığılır;
-meyvə və giləmeyvə cənub tərəfində daha tez yetişir;
-yay vaxtı ağaclar, kötüklər və kolların cənubunda torpaq daha quru olur;
-dağ və təpələrdə qar cənub tərəfdə daha tez əriyir;
 Şimalı tapandan sonra cənubu tapmaq çətin deyil – Şimalın qarşı tərəfində
Üfüqün səmtlərindən biri məlumdursa, o biri səmtləri necə tapmalı?
-Yadda saxlanılmalıdır ki, düzgün səmtləşdikdə qabaq tərəfdə şimaldırsa, onda arxada cənub, sağda – şərq və solda qərb olacaq. Bunu nəzərdə saxlayıb üfüqün məlum səmtinə bədənin müvafiq tərəfi ilə dursaq bədənin o biri tərəflərində üfüqün müvafiq səmtini tapmaq olur.
Səngər yerini necə seçmək lazımdır?
-Səngər yerini elə seçmək lazımdır ki, oradan ətraf yaxşı görünsün, atəş açmaq rahat olsun, əsgər düşmənə daha az görünsün.
Təşəbbüs göstərmək nə deməkdir?
-Bu, sərbəst, öz mülahizəsi ilə hərəkət etmək deməkdir.
Döyüş şəraitində nə vaxt təşəbbüs göstərmək lazımdır?
-Döyüş şəraitində heç bir əmr və komanda olmadıqda, yaxud həm əmr var, həm də komanda var, lakin gözlənilməz vəziyyət yarandıqda təşəbbüs göstərmək lazımdır.
Döyüşdə döyüşçü necə hərəkət etməlidir: əmrə komandaya görə, yoxsa öz təşəbbüsü ilə?
-Döyüşçü şəraitdən asılı olaraq həm əmrə, həm komandaya münasib və həm də öz təşəbbüsü ilə hərəkət etməlidir.
Döyüşçünün döyüşdə məqsədi nədir?
Hər bir döyüşçünün döyüşdə məqsədi düşmənə qalib gəlməkdir.
Hücüm necə keçir?
-Çox hallarda əvvəlcə atəş hazırlığı aparılır, ondan sonra bizim bolmə və hissələrin həmləsi başlayır.
Üz – üzə döyüşü nə vaxt baş verir?
-Üz – üzə döyüşü o vaxt baş verir ki, eyni zamanda biz də hücum edirik, düşmən də.
Hansı hallarda müdafiə döyüşü aparılır?
-Müdafiə döyüşü o vaxt aparılır ki, düşmən əsgərlərinin və silahlarının sayına görə bizdən xeyli üstündür.
Müdafiə döyüşündə düşmənə qalib gəlmək nə deməkdir?
-Düşməni irəliləməyə qoymamaq, onun həmləsini pozmaq, onu geriyə oturtmaq –bunlar düşmənə bu döyüşdə qalib gəlmək deməkdir.
Dairəvi müdafiə nə deməkdir?
-Dairəvi müdafiə elə müdafiədir ki, onda mövqelər çevrə üzrə yerləşir.
Hansı hallarda bölmələr dairəvi müdafiəyə keçirlər?
-Bölmə dairəvi müdafiəyə düşmən onu dövrələyib mühasirəyə aldıqda keçir.
Ehtiyyat mövqelər nəyə lazımdır?
-Vəziyyətə görə düşmən üstün olub cinahları ötüb keçirsə və dairəvi müdafiəyə keçib vuruşmağa qüvvəmiz az olanda bölmələr ehtiyat mövqeyə geri çəkilirlər və döyüş oradan aparılır.
Üz –üzə döyüşündə kim qalib gəlir?
-Üz –üzə döyüşündə silahını yaxşı bilən, döyüş üçün birinci düzülən, təşəbbüsü ələ alıb qələbə əzmi ilə vuruşan qalib gəlir.
Səfər mühafizəsi nədir və onun vəzifəsi nədir?
-Səfər vaxtı düşmənin kolonumuza qəfil basqın etməməsi üçün kolonu qorumağa səfər mühafizəsi göndərilir. O, kolonu qoruyur, kəşfiyyat aparır, eyni zamanda yol və düşmən haqda məlumatı siqnallarla bölmə komandirinə yetirir.
Manevr nədir?
-Döyüş vaxtı tez və düşmən üçün gözlənilməz hərəkət (yerdə­yişmə) manevr adlanır.
Siz hansı manevr növləri tanıyırsınız?
-Manevr bölmələrlə və atəşlə olur: bölmələrlə manevrin növləri yanından ötüb keçmə və dövrələmədir.
Əsgərlərə döyüş tapşırığını kim verir?
-Əsgərlərə döyüş tapşırığını manqa komandiri verir.
Döyüşdə hansı hallarda qaçaraq keçməklə irəliləmək lazımdır?
-Əgər ərazi açıq yerdirsə, deməli, düçmən burada onu yaxşı görür və ona görə də qaçaraq keçmək (yerini dəyişmək) lazımdır.
Sürünərək yerimək hansı hallarda münasibdir?
-Sürünmə (iməkləmə) açıq yerdə, düşmənin güclü atəşi altında, düşmən mövqeyinin yaxınlığında hərəkət etmək üçün lazımdır.
Siz hansı sürünmə üsulları bilirsiniz?
-Dirsəklər ilə iməkləyərək və böyrü üstə.
Hansı halda dirsəklərlə, hansı hallarda böyrü üstə sürünmək lazımdır?
-Bitkisiz, yaxud alçaq otlu düz yerdə dirsəklərlə sürünmək, zə­mi­nin içi, yaxud hüdür otlu yerdə isə, böyrü üstə sürünmək lazımdır.
Kütləvi qırğın vasitələrinə (silahlarına) nələr aiddir?
-Kütləvi qırğın vasitələrinə nüvə silahı, kimyəvi və bakterioloji silahlar daxildir.
Nə üçün bu vasitələr kütləvi qırğın silahı adlanır?
-Ona görə ki, bu vasitələr çoxlu insanı böyük ərazidə sıradan çıxarır.
Nüvə silahı nəyə deyilir?
-İnsanları bəzi maddələrin (uran və s.) kiçicik hissələrinin (atom­larının) parçalanmasından əmələ gələn partlayışla zədələyən silaha nüvə silahı deyilir.
Kimyəvi silah nəyə deyilir?
-Müxtəlif zəhərləyici maddələr (qazlar, mayelər) və onları tətbiq etmə vasitələri (mərmilər, minalar, bombalar və s.) kimyəvi silaha məxsusdur.
Bakterioloji silah nəyə deyilir?
-Düşmən tərəfindən yayılan müxtəlif xəstəliklər əmələ gətirən mikroblar bakterioloji silah adlanır.
Şəxsi heyətin hansı fərdi mühafizə vasitələrini tanıyırsınız?
-Ordunun şəxsi heyətinin fərdi mühafizə vasitələrinə aiddir:
Ümumi əleyhqaz;
Xüsusi geyim (ümumqoşun mühafizə dəsti);
Fərdi aptekçə və fərdi paket .



Ölkənin əhalisini kütləvi qırğın vasitələrindən necə qorumaq olar?
-Bunun üçün qabaqcadan əhali kiçik hissələrlə yerlıəşdirilir; mühafizə üçün sığınacaqlar hazırlanır və əhali fərdi mühafizə vasitələri ilə təmin olunur.
Hər hansı şeyə (hədəfə) qədər məsafəni təyin edərkən nəyi nəzərə almaq lazımdır?
-Hər hansı bir şeyə (hədəfə) qədər məsafəni təyin edərkən nəzərə almaq lazımdır ki:
-uzaqda yerləşən şeylər uzaq olduqca kiçik görünür;
-əgər obyektə qədər yolda dərə və çaylar varsa, onda onlardan o biri tərəfdə olan obyektə qədər məsafə həqiqətdə olduğundan yaxın görünür;
-dağlıq yerdə şeylər həqiqətdə olduğundan yaxın görünür;
-kiçik şeylər (kollar,daşlar, düşmənin tək –tək əsgəri) iri şeylərdən (meşələr, dağlar, əsgərlər dəstəsi) uzaq görünür;
-paltar (ağ, narıncı) şeylər tünd (qara,göy, qəhvəyi) şeylərə nisbətən daha yaxın görünür;
-yağışlı, çisginli günlər yerdə olan şeylər uzaq, açıq günəşli günlərdə isə yaxın görünür.
Döyüşdə silah əsgərə nə üçün lazımdır?
-Döyüşdə silahsız əsgər əlsiz –ayaqsız kimidir.
Əgər birdən əsgər döyüşdə silahsız olarsa, nə baş verə bilər?
-Onda o nə düşməni vura bilər, nə də özünü qoruya bilər.
Əsgərlərin əksəriyyətinin silahı nədir?
-Əsgərlərin əksəriyyətinin silahı avtomatlar və pulemyotlardır.
Atəş hazırlığından əsgər nəyi bilməlidir?
-Əsgər silahın quruluşunu, ondan atmağı, ondan döyüşdə istifadə etməyi, qumbara atmağı bilməlidir.
Müasir avtomat nə üçün kalaşnikov avtomatı adlanır?
-Ona görə ki, onu yaradan konstruktor M. T. Kalaşnikovdur.
Kalaşnikov avtomatının təyinatı nədir.
-7.62 çaplı kalaşnikov avtomatı fərdi silahdır və düşmənin canlı qüvvəsini məhv etmək üçündür. Düşməni Əlbəyaxa döyüşdə vurmaq üçün avtomata süngü –bıçaq taxılır.
Kalaşnikov avtomatı hansı hissə və mexanizmlərdən ibarətdir?
-Kalaşnikov avtomatı aşağıdakı hissə və mexanizmlərdən ibarətdir:
-lülə qutusu, nişangah və qundaqla birlikdə olan lülə;
-qaz porşeni ilə olan çaxmaq çərçivəsi;
-çaxmaq;
-qaytarma mexanizmi;
-örtülü qaz borusu;
-zərbə -tətik mexanizmi;
-qundaq yatağı;
-sandıq;
-süngü –bıçaq.
Kalaşnikov avtomatının natamam sökülməsi qaydası necədir?
-Kalaşnikov avtomatının natamam sökmək üçün aşağıdakı kimi hərəkət edirlər:
-sandığı avtomatdan ayırmalı;
-ləvazimat penalını ayırmalı (çıxartmalı);
-sümbəni ayırmalı;
-lülə qutusunun qapağını ayırmalı;
-qaytarma mexanizmini ayırmalı;
-çaxmağı çaxmaq çərçivəsi ilə birlikdə ayırmalı;
-çaxmağı çaxmaq çərçivəsindən ayırmalı;
-qaz borusunu lülə örtüyü ilə birlikdə ayırmalı;
Avtomatın lüləsi nə üçündür?
-Lülə gülləyə istiqamət, surət və fırlanma hərəkəti vermək üçündür.
Avtomatın nişangahı nəyə lazımdır?
-Nişangah atəşin sərrastlığını təmin edir. Onun köməyi ilə atıcı nişan alır.
Avtomayın lülə qutusu nə üçündür?
-Lülə qutusunda lülə özü və avtomatın başqa hissələri bərkidilir.
Qundaq (lülə qutusunun qapağı, süngü –bıçaq, sümbə) nə üçündür?
Qundaq atəşdə avtomatın dayağı olur (süngü –bıçaq soyuq silahdır, - kəsir və deşir, sümbə lüləni təmizləmək üçündür).
Avtomatın ləvazimatı nələrdən ibarətdir?
-Avtomatın ləvazimatına mil, pərçimaçan, penal qapağı, yağqabı, silgi, şotka və sünbə daxildir.
Sökülmüş avtomatın yığılması qaydasını danışın.
-Avtomatın natam sökülməsindən sonra onun yığılması tərsinə gedir, fəqət lülə qutusunun qapağını birləşdirəndən sonra tətiyi buraxıb keçiricini “P” -yə (qorucuya) qoymaq lazımdır.
-lülə örtüyü ilə bitlikdə qaz borusunu birləşdirməli;
-çaxmaq çərçivəsi ilə çaxmağı birləşdirməli;
-çaxmaqla birlikdə çaxmaq çərçivəsini lülə qutusuna birləşdirməli;
-qaytarma mexanizmini birləşdirməli;
-lülə qutusunun qapağını birləşdirməli
-tətiyi buraxıb keçiricini “P” vəziyyətinə keçirməli;
-sümbəni birləşdirməli;
-penalı ləvazimatla qundaqdakı yuvaya qoymalı;
-sandığı avtomata birləşdirməli.
Avtomatdan necə atəş açmaq olar?
-Avtomatdan avtomatik atəş və tək –tək atımlarla atəş açmaq olar. Avtomatik atəşi isə qısa və uzun qatarlarla açmaq olar.
Hər bir uzun və qısa qatar neçə atımdan ibarətdir?
Qısa qatar 5 -ə qədər, uzun qatar isə 6 –dan 10 –a qədər atımlardan ibarətdir.
Kalaşnikov avtomatı ilə hansı patronlarla atmaq olar?
-Kalaşnikov avtomatından 1943 –cü il nümunəli patronlarla adi, izburaxan və zirehdələn –izburaxan güllələr ilə atəş açmaq olar.
Nişangahla avtomatdan hansı məsafələrə atmaq olar?
-Nişangahla avtomatdan 1000 metrə qədər məsafəyə atmaq olar.
Avtomatdan atəş hansı məsafələrdə daha təsirlidir?
-Avtomatdan daha təsirli atəş 400 metrə qədər məsafədə olur.
Avtomatlar olduğu halda nə üçün əl qumbaraları da saxlanılır?
-Qumbara yaxın məsafə silahıdır, onlar düşmən lap yaxın olanda, məsələn, düçmən həmləsini dəf edəndə, sığınacaqda, küçələrdə lazımdır.
Atəş açmaq üçün yeri necə düzgün seçməli?
-Avtomatdan atəş açmaq üçün elə yer seçmək lazımdır ki, ora ən yaxşı görüş sahəsi və atəşə tutanı təmin etsin, avtomatçını düşmən müşahidəsindən və atəşindən qorusun və atəş üsulunu rahat yerinə yetirməyə imkan versin.
Avtomatdan atəşin hansı üsullarını bilirsiniz?
-Avtomatçı olduğu yerdən atmaq üçün ərazi şəraitindən və düşmənin atəşindən asılı olaraq ayaq üstündə, diz üstündən və uzanaraq atma vəziyyətlərindən birini tutur.
Atəş yerini harada seçmək lazımdır?
-Şəraitdən asılı olaraq atəş yeri xəndəkdə, səngərdə, mərmi çalasında, daş və kötük arxasında və başqa yerlərdə seçilir. Xüsusilə gözəçarpan tək yer cisimləri yaxınlığında və yüksəkliklərin təpəsində atəş yeri tutmaq lazım deyil.
Nə üçün dayaqlanıb atmaq daha rahatdır?
-Ona görə ki, dayaqlanıb atdıqda avtomatın vəziyyəti daha davamlı və ona görə atəş sərrast olur.
Hərəkət vaxtı avtomatdan necə atəş açmaq olar?
-Hərəkət vaxtı avtomatdan atəş “ayaqüstə” vəziyyətində dayanaraq, yaxud dayanmaqdan açılır.
Atəş yerini hansı hallarda sürünərək dəyişmək lazımdır?
-Açıq yerlərdə düşmənin şiddətli atəşi altında sürünərək atəş yerini dəyişmək lazımdır.
Yüyürərkən, iti adddımlarla yeriyəndə və sürünərkən avtomatı necə tutmaq lazımdır?
-Yüyürəndə, iti addımlarla yeriyəndə və qaçaraq keçərkən avtomat bir, ya iki əl ilə necə rahatdırsa, elə də tutulur. Sürünərkən avtomatı sağ əllə yuxarı bilərzik yanında qayışdan, yaxud qundaq yatağından tuturlar.
Haraya tuşlamaq lazımdır?
-Adətən avtomatçı tuşlama nöqtəsini sərbəst seçir, belə ki, orta trayektoriya düşmənin ən zəif yerindən keçsin. Tuşlama nöqtəsini komandir də göstərə bilər.
Necə nişan almaq lazımdır?
-Nişan almaq üçün sol gözü yummaq lazımdır. Sağ gözlə nişangahın yarığından arpacığa elə baxmaq lazımdır ki, arpacıq yarığın ortasında və arpacığın təpəsi yarığın üst xətti ilə bir səviyyədə olsun, yəni düz arpacıq götürmək lazımdır. Nəfəsi vermədən (saxlayıb) dirsəklərini əgər lazım gələrsə, bədənin ayaqların yerini dəyişməklə düz arpacığı nişanalma nöqtəsinə tuşlamalı. Eyni zamanda sağ əlin şəhadət barmağının birinci buğumu ilə tətiyi basmalı. Nişan alarkən gözləmək lazımdır ki, nişangahın plankasının yalı üfüqi vəziyyətdə olsun.
Avtomata nə etmək lazımdır ki, təsadüfü atəş olmasın?
-Bunun üçün avtomatı qoruyucuya qoymaq, yəni keçiricini “P” keçirmək lazımdır.
Atış əsnasında avtomatda nə kimi nasazlıqlar baş verə bilər?
-Atış əsnasında aşağıdakı nasazlıqlar baş verə bilər:
-patronun verilməməsi;
-patronun sancılması;
-açılmama;
-gilizin çıxmaması;
-gilizin qaytarılmaması;
Atəş açmaq nədən ibarətdir?
-Atəş açmaq nişangah qoyma, keçiricini atəş növünə qoyma, qarovula götürmə, nişanalma, dabanı buraxma və avtomatı atəş vaxtı saxlamaqdan ibarətdir.
Komandir atəş üçün verdiyi komandasında nə göstərir?
-Komandir atəş açmaq üçün verdiyi komandasında kimin, hansı hədəfə, necə nişangahla və haraya tuşlayıb atmasını göstərir.
Əl qumbaralarının hansı növləri olur?
-Təyinatlarına görə qəlpələnən və tank əleyhinə əl qumbaraları bardır. Qəlpələnən qumbaralar hücum üçün və müdafiə üçün olur.
Hansı qumbaralar qəlpələnəndir?
-Bizim Ordunun Silahlar siyahısında RQD – 5, RQ – 42 və F – 1 qəlpəli qumbaralar var. Onlardan F – 1 müdafiə üçündür.
Bəs hansı qumbara tank əleyhinə qumbaradır?
-Kumulyativ əl qumbarası RKQ – 3 tank əleyhinə qumbaradır.
Tank əleyhinə qumbara qəlpəli qumbaradan nə ilə fərqlənir?
-Tank əleyhinə qumbara zərbədən ani partlayır, qəlpəli qumbaralar isə məsafə təsirlidirlər. Tank əleyhinə qumbaranın partlayış qüvvəsi qəlpəlinin partlayış qüvvəsindən xeyli çox olur.
Əl qumbaraları hansı hissələrdən ibarətdir?
-Əl qumbaraları alışdırıcı (zapal) üçün borusu olan gövdədən, alışdırıcıdan (zapaldan) , partladıcı atımdan ibarətdir.
Qumbaraatan nə üçündür?
-Qumbaraatan tankları və başqa zirehli maşınları qırmaq və əsgər qruplarını məhv üçündür.
Qumbaraatandan atəş açmaq üçün hansı qumbaralar tətbiq olunur?

-Qumbaraatandan atəş açmaq üçün xüsusi tank əleyhinə qumbaralar tətbiq olunur. 

Hiç yorum yok:

Yorum Gönder