7 Mayıs 2016 Cumartesi

 Böyük Vətən Müharibəsi Oələbənin 71  illiyi ilə əlaqədar bu gün  N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində Böyük Vətən Müharibəsinin veteranı Niyaz Ağayevlə, Qarabağ müharibəsinin veteranlar və şəhid ailələri içtimai birliyin İsmayıllı rayon şöbəsinin sədir müavini Kamil Dadaşovla, 1-ci qrup  Qarabağ müharibəsinin  əlili Əlsahib Əzizovla və  İsa Musayevlə məktəblilərin görüşü təşkil olunmuşdur. Tədbirdə Böyük Vətən Müharibəsinin veteranı Niyaz Ağayev, Qarabağ müharibəsinin veteranlar və şəhid ailələri içtimai birliyin İsmayıllı rayon şöbəsinin sədir müavini Kamil Dadaşov, 1-ci qrup  Qarabağ müharibəsinin  əlili Əlsahib Əzizov və  İsa Musayev çıxış etdilər.
Tədbirdə  məktəbin tarix müəllimi Aybəniz Əsədova etmiş və çağrışaqədərki hazırlığı üzrə fənn müəllimi Əsgər Manafovda bayramla əlaqədar təqdimat  etmişdir. Məktəblilərin vətənpərvərlik şeyirləri hamını Vətənin müdafiəsinə səslədi.Tədbirin sonunda məktəbin direktoru Qalib Bəşirov gələn qonağlara təşəkkürünü bildirdi.
Məktəbin şəhid məzunlarının xatirəsinə keçirilmiş esse müsabiqəsində  qalib gələnlərə və  bir qrup  vətənpəvərlik  tədbirlərində fəal iştirak edən şagirdlərə  diplomlar və tərifnamələr təqdim olunmuşdur.