30 Kasım 2013 Cumartesi

GÇH fənn üzrə Dayaq məntəsi aktiv fəaliyyət göstərir.

İsmayıllı rayon GÇH  fənni üzrə  Dayaq məntəqəsində 46 tam orta məktəblərin hərbi rəhbərləri əhatə olunub. Dayaq məntəqəsi   iki məktəbdə təşkil olunub. Dayaq məntəqəsinin biri İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə təşkil olmaqla  23 məktəbin GÇH fənn müəllimlərini  birləşdirir.
Dayaq məntəqəsinin rəhbəri Əsgər Manafovdur.
                                   Dayaq məntəqəsinin üzvüləri:                      
  1.Əliyev Əli Tağı o.--şəhər 2 nömrəli
       2.Əliyev Oktay Tağı o.--şəhər 3 nömrəli
3.Şahalıyev Azər Cahangir o. --şəhər 4 nömrəli
4.Hacıyev Şahlar Xanalı o.--şəhər 5 nömrəli
6.Bağırov Eynulla Cahan o.--Təzəkənd məktəbi
7.Bayramov Nəbi Qaraş o.--Xəlili məktəbi
8.Əbilov Məzahir Yusif o.--Mican məktəbi 
9.SalahovRza Əzim oş--Sumağallı məktəbi
10.Məmmədov Əlimuxtar o.--Qalaciq məkrəbi
11.Hidayətov Cəlil Hüseyin o.--Qalınşağ məktəbi
12.Məmmədov Elşən Aydın o.-- Topçu məktəbi
13.Vəliyev Rövşən Əhmədalı o.--Mücühəftəran məktəbi
14.Hacıməmmədov Valeh Yelmar o.--Vəng məktəbi
15.Nəsibov Rəfayıl Nəbi o.--Qoşakənd məktəbi.
16.Abdullayev Əlibala Səftər o.--Talıstan məktəbi
17.Salmanov Mail Şahalı o.--Uştal məktəbi
18.Volkov Viktor Vasilyeviç--İvanovka məktəbi
19.İsmayilov Yaşar Məhərrəm o. -Mollaisaqlı məktəbi
20.Mürsəlov Balamirzə Əlmurad o.--Qurbanəfəndi məktəbi
21.Yaqubov Mirzəağa Mirzəkərim o.--İstisu məktəbi
22Səlimov Vüqar Ata o.--Hacıhıtəmli məktəbi 
23.İbrahimov Malik Alməməd o. --Aşıqbayram məktəbi



                                         Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Çağırışaqədərki hazırlıq f'ənni üzrə təhsil proqramı (kurikulumu) (X-XI siniflər)
l. “Çağırışaqədərki hazırlıq” fənni üzrə ümumi təlim nəticəiəri
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 
•Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, strukturu, inkişafı haqqında məlumatları, hərbi xidmət və hərbi vəzifə  barədə qanunun tələblərini şərh edir;
•Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında olan hərbi texnika,silah və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamə¬lərində təsbit olunmuş əsas müddəaları mənimsədiyini,kütləvi qırğın silahlarının dağıdıcı faktorlarından və müxtəlif xarakterli fövqəladə hadisələrdən mühafizə və tibbi yardım üzrə bacarıqlara, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
•müxtəlif xarakterli fövqəladə hallarla əlaqədar yaranmış vəziyyətlərdə  hərəkət və davranış  qaydaları üzrə üsul və vasitələrdən istifadə edir;
• sıra təliminin tələbləri üzrə bütün elementləri mülki müdafiə və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
•müasir ordu quruculuğu şəraitində Azərbaycan Silahiı Qüvvələrini qonşu və digər inkişaf etmiş dövlətlərin orduları ilə müqayisə edir,onların təşkilatı,silahlanması və manqa səviyyəsində taktiki hərəkəti barədə məlumat verir.
2. Məzmun xətləri üzrə ümumi təlim nəticəiəri
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:
•Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi, strukturu və başqa silahlı birləşmələr  haqqında məlumatları şərh edir;
•hərbi xidmət haqqında qanun və nizamnamələrin tələblərini şərh edir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
•Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında olan hərbi texnika, silah və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir;
•topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
•sıra təlimi elementlərinə və fiziki hazırlıq üzrə normativləriə uyğun bacarıqlar nümayiş etdirir;
•kütləvi qırğın silahlarının törətdiyi və müxtəlif xarakterli fövqəladə hadisələrlə əlaqədar yaranmış vəziyyətlərdə  üsul və vasitələrdən qaydalara uyğun istifadə edir;
•mülki müdafiəyə aid normativləri yerinə yetirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
•yaralanma və zədələr zamanı zəruri olan ilk tibbi yardım vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
X sinif
Х sinfin sonunda şagird:
•Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını, Azərbaycan Silahlı Qüvvələrinin strukturunu, dövlət  atributlarını və hərbi atributları təsvir edir;
•daxili xidmət, qarnizon qaravul xidməti və intizam nizamnamələri haqqında təqdimatlar edir;
•müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini və istifadə qaydalarını şərh edir;
•ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti şərh  edir;
•fövqəladə hadisələri və kütləvi qırğın silahlarının dağıdıcı vasitələri haqqında məlumatları, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarının quruluşunu və iş prinsiplərini, sağlam həyat tərzinin mahiyyətini,kimyəvi, bioloji və bakteriyoloji vasitələr, yoluxucu xəstəliklər haqqında biliklərini şərh edir;
•zədələnmə ocaqlarında ilk tibbi yardım göstərir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları   
Şagird: 
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1. Dövliət və hərbi atributları tanıdığını və mahiy¬yətini bildiyini nümayiş etdirir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturu və vəzifələri barədə təqdimatlar edir.
1.2.Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir. 
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələbləri¬nin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir. 
1.3.2.Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir. 
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı. 
Şagird: 
2.1. Müasir ümumqoşun döyüşü üzrə biliklər nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün növlərini və döyüş təminatını izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili  və döyüş imkanları haqqında biliklərini şərh edir. 
2.2. Müasir döyüş vasitələri barədə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimatlar edir.
2.2.2.Manqanın mövqeyinin mühəndis təminatı barədə biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqları nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti şərh edir. 
2.4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Kütləvi qırğın silahları haqqında biliklər nümayiş etdirir.
2.5. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir. 
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Kollektiv mühafizə vasitələrindən istifadə edir.
4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird: 
4.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır.
4.2. İlk tibbi yardımın göstərilməsi barədə bacarıqlar nümayiş etdirir.
4.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərmək haqqında biliklərini şərh edir.
4.2.2. Radiasiya şüalanmaları və kimyəvi zədələn¬mələr zamanı ilk tibbi yardım göstərmək barədə biliklər nümayiş etdirir.
4.2.3. Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
XI sinif
ХI sinfin sonunda şagird:
•Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı, struktur vəzifələri, hərbi nizamnamələrdəki ümumi müddəaları, qarnizon, qarovul xidməti və sıra təlimi qaydalarını nizamnaməyə uyğun şərh edir;
•hədəflərə uyğun mübarizə üsullarını müəyyənləşdirir;
•atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə, mühəndis maneələr haqqında, minalar, onların ümumi quruluşu və istifadə qaydalarına dair təqdimatlar edir;
•topoqrafik xəritələr  və onlardan istifadəyə dair təqdimatlar edir;
•fövqəladə hadisələr zamanı əhalini və obyektləri mühafizə qaydalarını şərh edir;
•sağlamlığa təsir edən amillər, yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında təqdimatlar edir;
•fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasına və ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
•radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları   
Şagird: 
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barə bilik və bacarıqlar nümayiş etdirir.  
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və inkişafı haqqında təqdimatlar edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında biliklərə malik olduğunu  nümayiş etdirir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin yerinə yetirilməsinin məsuliyyətini dərk  edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird: 
2.1.Müasir ümumqoşun döyüşü üzrə biliklər nümayiş etdirir. 
2.1.1. Hədəfləri təyin edərək mübarizə üsullarini izah edir.
2.1.2.Mühəndis maneələr haqqında anlayışlara malik olduğunu  nümayiş etdirir.
2.2. Müasir döyüş vasitələri haqda biliklər nümayiş etdirir.
2.2.1.Atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət haqqında bilik və bacarıqlar nümayiş etdirir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə haqqında təqdimat¬lar edir. 
2.4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı əhalinin mü¬hafizəsi qaydalarını izah edir.
2.4.2. Obyektlərdə  mühafizə qaydalarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.5.1. Müxtəlif fərdi mühafizə vasitələrini fərqləndirir və onlardan istifadə edir. 
2.5.2. Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə bacarıqları nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird: 
4.1. Sağlam həyat tərzi barədə biliklər nümayiş etdirir.
4.1.1.Sağlamlığın mühafizəsi haqqında təqdimatlar edir. 
4.2. İlk tibbi yardımın göstərilməsi barədə bilik və bacarıq nümayiş etdirir.
4.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasını və ilk tibbi yardım qaydalarını tədbiq etmək haqqında biliklər  nümayiş etdirir.
4.2.2. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqları nümayiş etdirir.
4.2.3. Yolxucu  xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklər  nümayiş etdirir










Hiç yorum yok:

Yorum Gönder