13 Kasım 2014 Perşembe

Dusmene aman vermeyin, o menfur ermeniye kim oldugumuzu subut edin!


Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Muradov İlkin Məmməd oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə"        3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.








8 Kasım 2014 Cumartesi

9 noyabr -Dövlət Bayrağı günüdür.

İsmayıllı rayonunun Mərkəzi Meydanında Dövlət Bayrağı Günü münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib.
Bayramınız mübarək.
 Əziz həmvətənlər dostum Şahməmməd  Dağlaroğlunun "Azərbaycan Bayrağı "  şeirindən bir parça sizlərə təqdim edirəm. !!
 
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı