27 Eylül 2015 Pazar


    “İqtisadiyyatın əsasları”  fənn müəllimi N. Behdiyev   adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin  müəllimi Manafov  Əsgər Əmirxan oğludur .
                                   IX Siniflər üçün dərs mövzuları.
                                  
  Bölmə- I   “ İqtisadiyyatın əsasları” fənninin  ümumi giriş mövzuları.

Mövzu 1.”İqtisadiyyatın əsasları” fənni nəyi öyrədir
Tədqiqat suallar:
l  1)”Oykononomiya” nə deməkdir və nə vaxt  bu anlayış  dilə gətirilib.
l   (Bu söz ilk dəfə yunan filosofu Aristotel(e.ə.384-322)  tərəfindən  işlədilmişdir)
   (2) “Oykos” və ” nomos “ sözlərinin  hərfi  mənasını   deyin ?                                                                                              
l  (ev təsərrüfatın; qanun,qayda).
   (3) “İqtisadiyyat (iqtisad) elmi ” əvvəllər və indi nə adlanır ?                                                                                  
l  (Əvvəllər-“Siyasi iqtisad “ indi-“İqtisadi nəzəriyyə.
 4) “İqtisadiyyat   hansə mənada başa düşülür(işlədilir) ?
     (3 mənada : 1)Cəmiyyətin iqtisadi özülü-bazisı mənasında. 2)Təsərrüfat sahəsinin, rayonların,ölkələrin ,bütün dünyanın iqtisadiyyatı mənasında .3)Bütövlükdə iqtisadiyyatı və onun ayrı-ayrı sahələrin öyrənən elm  və fənn mənasında.)
5.İqtisadi bazis nə deməkdir? 
( Cəmiyyətin həyatında mühüm rol oynayan maddi nemətlər istehsalının onların bölgüsünün  mübadiləsinin  və istehlakının birgə mənasında başa düşülür.)
6.İqtisadi elmin neçə sahəsi var və biz orta məktəblərdə  hansı sahəsini öyrənirik?
(   Nəzəri sahəsini və tətbiqi sahəsini. Biz orta məktəblərdə nəzəri sahəsini öyrənirik  )

26 Eylül 2015 Cumartesi

HEYDƏR ƏLIYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ TƏLƏBƏ QƏBUL QAYDALARI:


1. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : Əyani
Təhsil müddəti : 4 il
Yaş həddi : 15 sentyabr 2015-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublıkası vətəndaşları (yalnız oğlanlar).
Azərbaycan Ali Hərbi Məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunurlar, ayda 100 manat məbləğində təqaüd alırlar.
2. SƏNƏDLƏRİN QƏBULU:
Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olmaq arzusunda olan namizədlər 01.04.2015- ci il tarixindən etibarən 10.05.2015-ci il tarixə kimi ərizə ilə (Ərizədə hərbi təsil müəssisəsinin adı göstərilməlidir) məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- tərcümeyi hal;
- tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- nikah haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- uşaqların doğum haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
- evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil ( baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4,5x6 sm ölçüdə;
- 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusundan təsdiq olunmuş razılıq ərizələri;
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- exokardioqrafiya;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın QİCS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrin nəticələri;
- qanın hepatit B və hepatit C-yə aid müayinələrin nəticələri;
- sidiyin ümumi analizi;
-psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
3. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):
I MƏRHƏLƏ
Birinci mərhələdə namizədlər, müvafiq olaraq Heydər Əliyev adına AAHM-də hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildirilir. Heydər Əliyev adına AAHM-ə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
II MƏRHƏLƏ
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1-ci ixtisas qrupu üzrə test üsulu ilə keçirilən aşağıdakı fənlərdən qəbul imtahanı verirlər:
- Azərbaycan dili; - Riyaziyyat; - Fizika; - Kimya; - Xarici dil.
Namizədlər Heydər Əliyev adına AAHM-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər. Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində oxumaq arzusunda olan abituriyentlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra xüsusi seçimindən keçirilir və müvafiq məktəblərə göndərilirlər.
- Sənədlər Bakı şəhəri, Ziğ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunurlar.Əlaqətelefonu: (012) 479-78-43
- İmtahanın tarixi əlavə olaraq bildiriləcəkdir.

21 Eylül 2015 Pazartesi

Azərbaycan Təhsil Şurasının “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində kitab cap olundu




Yazıçı-jurnalist Böyükağa Mikayıllı “Yaradıcılıq axtarışları” kitabı ilə oxucularının görüşünə gəlib. Qeyd edək ki, bu kitab B.Mikayıllının “İşıq” sənədli romanından sonra işıq üzü görən ilk kitabıdır.

16 Eylül 2015 Çarşamba

15 sentyabr -Bilik günüdür!

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə Bilik günü münasibəti ilə tədbir keçirildi Tədbirdə İsmayıllı şəhər bələdiyyəsinin sədr müavini Cümşüd Hacıyev iştirak edirdi .Məktəbin 2014-2015 ci dərs ilində qazanılan uğurlardan və yeni dərs ilində daha yüksək nəticələr əldə etmək əzmi ilə dərs alanlarla dərs verənlər üzərlərinə öhdəlik götürdülər. Yeni dərs ilində təhsildə çalışan bütün həmkarlarıma uğurlar arzulayıram. Bayramınız mübarək.