29 Nisan 2017 Cumartesi

AzETA nın XI konfransı

AzETA nın XI konfransı çox yaxşı təşkil olunmuşdur. İsmayillıdan Ruhiyye MahmudovaLeyla Babayeva və mən iştirak etmişdim Hər üçümüz həmin konfransda təqdimatçı kimi iştirak etmişik. AzETA nın XII konfransına və bütün konfrans iştirakçılarına uğurlar arzulayıram.





8 Nisan 2017 Cumartesi

Məktəbin məzunu aprel döyüşlərin qəhrəmanı ,bizim hamımızın fəxri gizir Yaşar Ağayev ilə görüş keçirildi.


Azərbaycanda ordu quruculuğuvə ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ötən ilin aprelində düşmənə sarsıdıcı zərbə vurmağa imkan verdi. Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş başlıca vəzifələri yerinə yetirdi. Bu məqsədlə bu günlərdə N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbində kitabxanaçıvə məktəbin hərbi rəhbəri Əsgər Manafovun təşəbbüsü ilə məktəbin məzunu, Aprel döyüşlərində qəhrəmanlıq və rəşadət nümayiş etdirən Yaşar Təvəkkül oğlu ilə məktəb kollektivinin görüşü keçirildi. Tədbiri məktəbin direktor müavini Səxavət Əliyev açdı. Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Təhsil Şöbəsinin nümayəndələri Rəşid Məmmədov və İlham Vahabov da iştirak edirdi. Onlar da Yaşarın döyüşdə göstərdiyi qəhrəmanlığı bir daha yada salıb qarşısında  baş  əydilər. Məktəbin direktoru Q. Bəşirov da Yaşarla bağlı xoş təəssüratlarını bölüşdü.