1. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : Əyani
Təhsil müddəti : 4 il
Yaş həddi : 15 sentyabr 2015-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublıkası vətəndaşları (yalnız oğlanlar).
Azərbaycan Ali Hərbi Məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunurlar, ayda 100 manat məbləğində təqaüd alırlar.
2. SƏNƏDLƏRİN QƏBULU:
Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olmaq arzusunda olan namizədlər 01.04.2015- ci il tarixindən etibarən 10.05.2015-ci il tarixə kimi ərizə ilə (Ərizədə hərbi təsil müəssisəsinin adı göstərilməlidir) məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- tərcümeyi hal;
- tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- nikah haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- uşaqların doğum haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
- oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
- evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil ( baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4,5x6 sm ölçüdə;
- 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusundan təsdiq olunmuş razılıq ərizələri;
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- exokardioqrafiya;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın QİCS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrin nəticələri;
- qanın hepatit B və hepatit C-yə aid müayinələrin nəticələri;
- sidiyin ümumi analizi;
-psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
3. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):
I MƏRHƏLƏ
Birinci mərhələdə namizədlər, müvafiq olaraq Heydər Əliyev adına AAHM-də hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildirilir. Heydər Əliyev adına AAHM-ə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
II MƏRHƏLƏ
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1-ci ixtisas qrupu üzrə test üsulu ilə keçirilən aşağıdakı fənlərdən qəbul imtahanı verirlər:
- Azərbaycan dili; - Riyaziyyat; - Fizika; - Kimya; - Xarici dil.
Namizədlər Heydər Əliyev adına AAHM-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər. Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində oxumaq arzusunda olan abituriyentlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra xüsusi seçimindən keçirilir və müvafiq məktəblərə göndərilirlər.
- Sənədlər Bakı şəhəri, Ziğ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunurlar.Əlaqətelefonu: (012) 479-78-43
- İmtahanın tarixi əlavə olaraq bildiriləcəkdir.
Hiç yorum yok:
Yorum Gönder