Haqqımızda






                         

                                 



     
     Manafov Əsgər Əmirxan oğlu 

        1957ci ildə  Bakı şəhərində neftçi ailəsində anadan olub.
1989-cü ildə  Moskva şəhərində Şvernik  adına  Həmkarlar  Hərəkatının Ali məktəbinin  iqtisadiyyat fakültəsini bitirib.
1988-cı ildən  İsmayıllı rayon 138 saylı texniki  peşə məktəbində pedaqoji  fəaliyyətə başlamışdır.
1992-1998-ci   ildən İsmayıllı şəhər 3 və 4 saylı tam orta  məktəblərində   Gənclərin Çağırışaqədərki Hazırlıq fənn müəllimi işləmişdir.
1998-ci  ildən   hal-hazıradək  Natiq  Behdiyev  adına İsmayıllı şəhər 6 saylı tam  orta  məktəbində  Gənclərin Çağırışaqədərki Hazırlığı fənn  müəllimi kimi öz fəaliyyətini davam etdirir.
1998-ci ildə   qabaqcıl   iş   təcrübəsinin   öyrənib  yayılması  İsmayıllı  Rayon   Təhsil  şöbəsində rəsmiləşdirilmişdir.Ali kateqoriyalı müəllimdir.
2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdür.Müxtəlif   illərdə  bir çox   fəxri fərmanlar,   diplomlar   və   qiymətli   hədiyyələrlə mükafatlandırılmışdır.
Onun hazırladığı komandası 2008-ci ildə şagirdi “Cəsurlar ” hərbi idman yarışında fərqləndiyinə  görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Fəxri Fərman”ı  ilə təltif olunmuşdur.
 Əsgər müəllimin “Vətənin Müdafiəsinə Hazıram” komandası Azərbaycan Respublikasının çempiyonatının yekun mərhələsində    2008-ci ildə I (birinci),  2009-cu ildə II (ikinci) yeri tutmuşdur.
2009- ci ildə "Şahin" hərbi-idman komandasi  final yarışında qalib gələrək  ölkə çempionu olmuşdur .
2011-ci ildə "Qarabağ uğrunda qələbəyə doğru " şüarı altında keçirilən güllə atıcılğında komandası  respublikanın final  yarışında  I yer   olmuşdur.
2012-ci ildə yaz çağrışına həsr olunmuş yarışında “Vətənin Müdafiəsinə Hazıram” komandası Azərbaycan Respublikasının çempiyonatının yekun mərhələsində I (birinci) yeri tutmuşdur.
2012 ci ildə “Gənc xilasedici  və yanğınsöndürən “ komandası   Respublika   final  yarışında II  yeri tutmuşdur .
2013 ci ildə “Gənc xilasedici  və yanğınsöndürən “ komandası Zona yarışında I yeri, Respublika   final  yarışında II  yeri tutmuşdur.
Əsgər müəllimin  işlədiyi dövr ərzində   “Cəsurlar ” , “ Şahin” , “Vətənin Müdafiəsinə Hazıram” hərbi- idman komandaları  rayon turlarında mütəmadi   olaraq  I və II yerləri  tutmuşdur.      
      Dörd kitabın  müəllifidir.  “Gənc döyüşçünün Məharətlənmə hazırlığı”, “Öyrəndik ki, öyrədək”, “Vətən çağırır”, “İqtisadi biliklər zamanın tələbidir”  Əsgər müəllimə ,, Öyrədən,,   statusu   verilmişdir.
24 sentyabr 2010- cu ildə , 25 iyun 2010-cu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi ilə Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda yeniyetmə və gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda  maarifləndirməsi, sağlam həyat tərzinin təbliği və nəticələrin ictimai  müzakirəsinin təşəbbüsü”lahiyəsinin fəal iştirakına görə
Əsgər       müəllimin  dərs dediyi  şagirdlərdən  64  nəfəri Ali hərbi məktəbi bitirərək  zabit kimi vətənə xidmət edirlər.
 Gənclərin  Çağırışaqədərki   Hazırlıq  fənni  üzrə  dayaq məntəqəsinin rəhbəridir.
Azərbaycan   Respublikası   Silahlı    qüvvələrinin ehtiyyatda olan zabitlərin Şirvan regionu üzrə sədr müavinidir. 
Azərbaycan  Respublikası müəllimlər qurultayının nümayəndəsi olmuşdur.  
2011-ci ildə keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin 28 iyun 2011- ci il tarixi, 1582 nömrəli Sərəncamı ilə  “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
 2012- ci ildə Azərbaycan Respubıikası Təhsil  Nazirliyi tərəfindən Əsgər müəllim 
Azərbaycan Respublikasının Qabaqcıl Təhsil  işçisi” adına layiq görülmüşdür.
2013 ci ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının  sərəncamı ilə Azərbaycan Respublikasının təhsilində göstərdiyi xidmətə görə"Tərəqqi" medalı ilə təltif olunmuşdur.
05 may 2014-cü il Azərbaycan Qızıl Aypara Cəmiyyətinin”Təhlükəsiz və möhkəm İcmallarının qurulmasının layihəsində  fəal iştirakına görə Qızıl Aypara Cəmiyyətinin

Prezidenti  tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırılıb.







                 "Azərbaycan müəllimi" qəzeti-16 may 2014 ci il



Hiç yorum yok:

Yorum Gönder