“İqtisadiyyatın əsasları” fənn müəllimi N. Behdiyev adına
İsmayıllı şəhər 6 saylı tam orta məktəbin
müəllimi Manafov Əsgər Əmirxan
oğludur .
IX
Siniflər üçün dərs mövzuları.
Bölmə- I
“ İqtisadiyyatın əsasları” fənninin ümumi giriş mövzuları.
Mövzu 1.”İqtisadiyyatın əsasları” fənni nəyi öyrədir
Tədqiqat
suallar:
l 1)”Oykononomiya”
nə deməkdir və nə vaxt bu anlayış dilə gətirilib.
l (Bu söz ilk dəfə yunan filosofu Aristotel(e.ə.384-322) tərəfindən
işlədilmişdir)
(2) “Oykos” və ” nomos “ sözlərinin hərfi
mənasını deyin ?
l (ev
təsərrüfatın; qanun,qayda).
(3) “İqtisadiyyat (iqtisad) elmi ” əvvəllər
və indi nə adlanır ?
l (Əvvəllər-“Siyasi
iqtisad “ indi-“İqtisadi nəzəriyyə.
4) “İqtisadiyyat hansə mənada başa düşülür(işlədilir) ?
(3 mənada : 1)Cəmiyyətin iqtisadi
özülü-bazisı mənasında. 2)Təsərrüfat sahəsinin, rayonların,ölkələrin ,bütün
dünyanın iqtisadiyyatı mənasında .3)Bütövlükdə iqtisadiyyatı və onun ayrı-ayrı
sahələrin öyrənən elm və fənn mənasında.)
5.İqtisadi
bazis nə deməkdir?
(
Cəmiyyətin həyatında mühüm rol oynayan maddi nemətlər istehsalının onların
bölgüsünün mübadiləsinin və istehlakının birgə mənasında başa
düşülür.)
6.İqtisadi
elmin neçə sahəsi var və biz orta məktəblərdə
hansı sahəsini öyrənirik?
2-ci movzu
:İqtisadiyyatın məqsədi və ona nail olmaq vasitələri.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.İqtisadiyyatın
məqsədi nədir?
(1.Bütün
dövlətlərdə iqtisadiyyatın başlıca məqsədi öz ölkəsinin qüdrətini
artırmaq,vətəndaşlarının maddi , mənəvi
və mədəni təlabatını daha yaxşı
ödəməkdir .İqtisadiyyatın başlıca məqsədinə nail olmaq üçün elmi-
texniki tərəqqinin son nailiyyətlərini
istehsala tədbiq etməkdir.Əmək
məhsuldarlığına ən çox təsir edən amil
yeni texnika və texnologiya yaratmaq və istehsala tətbiq
etməkdir.İstehsala tətbiq edilən müasir
texnika və maşınlara xidmət edə bilən yüksək ixtisaslı mütəxəssislər hazırlanmalı və işə cəlb
edilməlidir.İqtisadiyyat bütün sənaye ,kənd
təsərrüfatı,nəqliyyat,rabitə,ticarət sahələrini əhatə etdiyi üçün bunlarln hamısı əlaqəli şəkildə inkişaf
etdirilməlidir. )
2.Maddi
tələbatı dedikdə nə başa düşürük?
(Əhalinin
artmaqda olan maddi təlabatını daha dolğun ödəmək üçün həm çox və müxtəlif, həm
də yüksək keyfiyyətli məhsul istehsal
etmək lazımdır.)
3.Mənəvi
tələbatı dedikdə nə başa düşürük?
(Xalqın
mənəvi tələbatının ödənilməsi heç də maddi tələbatdan az əhəmiyyəti yoxdur.
İnsan bioloji və sosial varlıq olduğu üçün mənəvi tələbatın əsasında iqtisadi fəaliyyət azadlığı durur. İnkişaf
edən demokratik ölkələr üçün iqtisadi fəaliyyət,söz,mətbuat,dini azadlıqlar
xarakterikdir.)
4.Mədəni
tələbatı dedikdə nə başa düşürük?
(İqtisadiyyatın
məqsədi xalqın mədəni səviyyəsini yüksəltmək,insanların
savadını artırmaq ,bütün mədəniyyət ocaqlarının kifayət qədər olması nəzərdə
tutulur.)
5.İqtisadiyyatın
vəzifələrini sayın?
(Ölkənin
siyasi və iqtisadi təhlükəsizliyini
qorumaq, ərazi bütövlüyünü təmin etmək iqtisadiyyatın ən mühüm
vəzifələrindən biridir.)
6.Azərbaycanın
milli təhlükəsizliyinin təmin edilməsinin başqa dövlətlərdən çətin olmasının
səbəbləri hansılardır?
(Azərbaycan
əlverişli təbii-coğrafi mövqeydə
yerləşdiyi üçün müdafiyə qüdrətini artırmalı və ərazi bütövlüyünü təmin
edilməsinə çox vəsait ayırmalıdır.)
3-4-cü
mövzü:İqtisadi katiqoriyalar(anlayışlar)
və iqtisadi qanunlar.
Tədqiqat sualları.
Tədqiqat sualları.
1.İqtisadi
münasibətlər nəyə deyilir?
(Maddi
nemətlər istehsalı prosesində insanlar arasında yaranan münasibətlərə iqtisadi münasibətlər deyilir.)
2)İqtisadi katiqoriyalar hansılardır?
(Mülkiyyət,istehsal,bölgü,
əmtəə mübadiləsi, pul, dəyər, qiymət,mənfəət, renta,faiz,kapital, milli məhsul, əmək haqqı, istehsalat qüvvələri.)
3)Məhsuldar
qüvvələr nəyə deyilir?
(İstehsal vasitələri və onları hərəkətə
gətirən iş qabiliyyəti olan insanlara
cəmiyyətin məhsuldar qüvvələri
deyilir.)
4)İqtisadi
qanun nəyə deyilir?
(İqtisadi
hadisə və proseslər arasında sabit, daim
təkrarlanan ,ən mühüm və
zəruri-nəticə əlaqələri ilə səciyyələnən iqtisadi katiqoriyaya iqtisadi qanun deyilir .)
5) İqtisadi
qanunlar nə vaxt yaranır?
(İnsanların
istehsal fəaliyyəti və iqtisadi münasibətlər zamanı yaranır.)
6)Təbiət
qanunları ilə iqtisadi qanunların ümumi
və fərqli
cəhətləri hansılardır?
(İqtisadi qanunlar təbiət qanunları kimi obyektiv xarakter daşısa da,onun arasında
fərqlər var:
A)Təbiət
qanunları insanların fəaliyyəti olmadan
meydana gəlib təsir göstərir. İqtisadi qanunlar isə insanların istehsal
fəaliyyəti,iqtisadi münasibətləri zamanı
yaranır.
B)Təbiət qanunları daimi və nisbətən uzunmüddətli qanunlardır.
İqtisadi qanunlar isə təbiət qanunlarına nisbətən uzunömürlü deyillər.Kim və hansı
cəmiyyət iqtisadi qanun-ların mahiyyətini,onun tələblərini öyrənərsə və həyatda onları normal fəaliyyət
göstərməsinə şərait yaradarsa iqtisadiy-yatın sürətli inkişafını təmin
edə bilər.)
5-cü mövzü:İqtisadi tələbat.
Tədqiqat sualları.
Tədqiqat sualları.
1.Ehtiyac
nədir?
(İnsanların
ehtiyacları və tələbatları müxtəlif və mürəkkəbdir.
Bunlara həm
qida,geyimə ,istiliyi və təhlükəsizliyə olan əsas iqtisadi ehtiyaclardır, həm
də hər cür şəxsi ehtiyaclar aiddir.)
2.Tələbatın
formaları.
(Normal
tələbat, zəruri tələbat , qeyri-normal
tələbat formaları vardır.)
3.Tədiyyə
qabliyyətli tələb nəyə deyilir?
( Tələb
–bazarda təcəssüm olunan və
tələbatların ifadə formasıdır.Tələb tədiyyə qabiliyyərli tələbatdır.Tələb həmişə
tələbatı məhdudlaşdırır.)
4. Normal
tələbat, zəruri tələbat , qeyri-normal
anlayışları biri- birindən fərqləndirin.
( Normal
yaşayıb işləməsi üçün lazım olan zəruri istehlak şeylərinə , maddi və
intelektual vasitələrə olan tələbat normal tələbatdır. Yemək, geymək,mənzil
birinci zəruri tələbatdır. Modabazliğa, həddindən çox yeyib- içməyə olan
tələbat qeyri-normal tələbatdır.)
5.Tələbatın
artması iqtisadi qanunu haqqında danışın.
(Tələbatın
artması obyektiv qanundur.İctimai tələbatın inkişaf
istiqamətini kəmiyyət və keyfiyyətcə özündə əks etdirir. Kəmiy-yətin inkişafı
ilə əlaqədar tələbat artır.Tələbat istehsaldan daha sürətlə artır.)
6-7-cü mövzü:Makroiqtisadiyyat
və mikroiqtisadiyyat.
Tədqiqat sualları.
Tədqiqat sualları.
1.Çoxsahəli
iqtisadiyyat nə deməkdir?
(Bütün ölkədə
bu və digər dərəcədə sənaye ,kənd təsərrüfatı ,nəqliyyat, tikinti və sairə
sahələr inkişaf etdirilir.)
2. Çoxsahəli
iqtisadiyyatın yaranmasının səbəbləri nədir?
(Hər bir
dövlət bütövlükdə xarici bazardan asılı olmasın.)
3.Makroiqtisadiyyat
nədir?
(Milli
iqtisadiyyatın cəmiyyət səviyyəsində götürülməsi makroiqtisadiyyatdır.İqtisadi
artım və məşğulluq , imkanlar və
iqtisadi mexanizmdə ziddiyyyətlər olması, dövlətin iqtisadi vəzifələri iqtisadi
siyasəti, bütövlükdə təssərüfatı cəmiyyət miqyasında öyrənən elm bölməsinə makroiqtisadiyyat
deyilir.)
4. Mikroiqtisadiyyat
nədir?
(İstehsalın
müəssisə səviyyəsində təşkil və idarə edilməsinə mikroiqtisadiyyat deyilir.)
5. Mikroiqtisadiyyatla
makroiqtisadiyyatın qarşılıqlı əlaqəsi
nədədir?
(Ayrı-ayrı
bazarlarda tələb və təklifi mikroiqtisadiyyat öyrədirsə, bütövlükdə , cəmiyyət
miqyasında, milli bazarda tələbatı və təklifi makroiqtisadiyyat öyrədir.Mikro
və makro-iqtisadiyyat arasında sədd yoxdur.İnsan fəaliyyətinin hər iki sahəsi,
iqtisadiyyat elminin hər iki hissəsi sıx şəkildə bir- birilə əlaqədardır.)
8-9-cu mövzü:İqtisadi
fikir tarixinin qısa icmalı.
Tədqiqat sualları.
Tədqiqat sualları.
1.İqtisadi
fikir və təlimimlər tarixinin
öyrənilməsi
vacibdirmi
?
( Bəli, birinci mövzuda göstərildiyi kimi”
İqtisadiyyatın əsasları” fənni bu sahədəki
iqtisadi münasibətləri öyrənən
elmdir. Iqtisadi elminin öyrənilməsində onun tarixinə nəzər
salmağın əhəmiyyəti vardır. Məsələn Şərqin dahi mütəfəkkiri İbn
Sinanın çoxcildli ” Təbiətin qanunu” əsəri Avropa dövlətlərində uzun illər dərslik kimi
istifadə olunmuşdur. Qədim yunan
filosofu Aristotel iqtisadi fikirləri məhşur
iqtisadçıların yeniləşdirilməsində az rol oynamamışdır. Aristotelin fikirincə
iqtisadiyyat quldarlıq təsərrüfatının
qanunların öyrənmək, siyasət isə dövlət
quruluşu ilə məşğul olmalıdır.
2.Merkantilistlərin
,fiziokratların xidmətləri və nöqsanları hansılardır?
(“Merkantilizm”-sözü italyanca tacir sözündən əmələ gəlmişdir. Onların fikincə
xarici olkələrə daha çox mal satmaq və oradan az mal almaqla xəzinəni doldurmaq dövlətin əsas vəzifəsi olmalıdır.
Onlar sərvətin mənbəyini istehsalda deyil, tədavüldə görürdülər.
Fiziokratiya
sözü –iki yunan sözündən “fizis” təbiət və “kratos” –hakim-iyyət sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Mənası
“təbiətin hakimiyyəti”
deməkdir.Fiziokratlar( nümayəndəsi və yaradıcısı Fransua Kene) sərvətin
mənbəyini tədavüldən isthsala keçirdilər. Bunların səhfi isə istehsal deyəndə
yalnız kənd təsərrüfatı nəzərdə tutulurdu və başqa sahələr nəzərə alınmamışdır.
3.İngilis
klassik iqtisadçılarının iqtisad elminin
inkişafdakı xidməti nədədir?
(İngilis
klassik iqtisadçılarının iqtisad elminin
inkişafdakı xidməti böyük
olmuşdur. XVII- XVIII əsrlərdə və sonrakı dövrlərdə İnkiltərədə
iqtisadiyyatın bütün sahələrində yüksək
sürətlə irəliləyirdi İngilis klassik iqtisadçıları içərisində elmə ən çox
xidmət göstərən və iqtisad elmini bir
sistem şəkilində yaradan , dünyada məşhurlaşdıran Uilyam Petti(1623-1687),Adam Smit(1723-1790)
və David Rikardo(1772-1823) olmuşdur.
İngilis
klassik iqtisadçıları sübut etdilər ki,sərvətin dəyərinin əsası əməkdir. Onlar
əmək-dəyər nəzəriyyəsini yaratmaqla iqtisad elminin inkişafına böyük xidmət göstərmişlər.
4.Marksist
iqtisadi nəzəriyyənin müsbət və mənfi cəhətləri
hansılardır?
(K.Marks və
F.Engels iqtisad elminin bütün nəzəri məsələlərində sinifli və
partiyalı baxımından yanaşmış,
azad sahibkarlığın kommunizmlə əvəz olunmasının
nəzəri istiqamətlərindən işləyib
hazırlamışlar. Onların
xidmətləri əmək- dəyər
nəzəriyyəsini qəbul etmişlər,bu elmdə varisliyə sadiq qalmaları idi.
5.Azərbaycan mütəfəkkirlərinin iqtisadi
fikirlərdən misallar gətirin.
(“Kitabi-Dədə
Qorqud” dastanında və “Oğuznamələrdə” keçmiş dövrün
iqtisadi və sosial şəraiti
haqqında geniş məlumat verilir.
“Kitabi-Dədə Qorqud” dastanında müxtəlif iqtisadi anlayışlar haqqında, əmtəə ,
pul, mübadilə , ticar sosial və digər elmlərə dair zəngin fikirlərlə mövcuddur.
Nizami
Gəncəvinin” Xəmsə” əsərlərində maddi və
mənəvi sərvətlərin yaranmasında əməyin böyük rolunu bildirmişdir.
Nizami
Gəncəvi dəbdəbəli həyat sürənləri ,sərvətə qızıla alüdə olanları tənqid
etmişdir.
Azərbaycanda
ictimai-nəzəri fikrin inkişafında böyük xidmət
göstərən-lərdən biri də Nəsrəddin Tusidir. Nəsrəddin Tusi “ Əxlaqi
Nasiri” əsərində göstərir ki, insan öz tələbatını ödəmək üçün
əməylə və istehsal fəaliyyətlə məşğul olmalıdır.Məhsusun istehsalı üzrə
ixtisaslaşması vacibdir.
XIX-XX
əsrlərdə də Azərbaycanda peşəkar iqtisadçı şəxsiyyətlər
olmuşdur.M.F.Axundov,H.Zərdabi, N.Vəzirov,Z.Marağayi M.Ə. Ələkbərzadə,C. Məmmədquluzadə,Ü.
Hacıbəyov, Ə.Haqverdiyev, M. Ə. Rəsulzadə.F Xoyski xalqımızın o dövürdə
mütəfəkkirlər sıralarına adların çəkmək olar.
M.F.Axundov
əməyi sərvətin mənbəyi heysab edirdi.
H.Zərdabi”Əkinci”nin
səhifələrində həyatda əməyin əhəmiyyəti
vərolu haqqında çox yazırdı.
N.Vəzirovun
xalqı tərəqqiyə çağırmaq haqqında qiymətli fikriləri vardır.
Z.Marağayi
“Səyahətnamə” əsərində əhalini tərəqqiyə
və sivilizasiyaya çağırırdı.)
10-cu mövzu:
I-ci bölmədə keçirilən mövzuların
təkrarı.
Tədqiqat
sualları.
İqtisadçı qrupu
1)”Oykononomiya”
nə deməkdir və nə vaxt bu anlayış dilə gətirilib.
2.İqtisadi
elmin neçə sahəsi var və biz orta məktəblərdə
hansı sahəsini öyrənirik?
3.İqtisadiyyatın
vəzifələrini sayın?
4.Məhsuldar
qüvvələr nəyə deyilir?
5.Tədiyyə
qabliyyətli tələb nəyə deyilir?
6.Merkantilistlərin ,fiziokratların xidmətləri
və nöqsanları hansılardır?
Fermer qrupu
1. “Oykos” və
” nomos “ sözlərinin hərfi mənasını
deyin ?
2.
İqtisadiyyatın məqsədi nədir?
3.Azərbaycanın
milli təhlükəsizliyinin təmin edilməsinin başqa dövlətlərdən çətin olmasının
səbəbləri hansılardır?
4. İqtisadi
qanun nəyə deyilir?
5. Normal tələbat, zəruri tələbat , qeyri-normal anlayışları biri-
birindən fərqləndirin.
6.Mikroiqtisadiyyat nədir?
7.Azərbaycan
mütəfəkkirlərinin iqtisadi fikirlərdən
misallar gətirin.
Sahibkar
qrupu
1.“İqtisadiyyat (iqtisad) elmi ” əvvəllər və
indi nə adlanır ?
2. Maddi
tələbatı dedikdə nə başa düşürük?
3.İqtisadi qanunlar nə vaxt yaranır?
4.Təbiət qanunları ilə iqtisadi qanunların
ümumi
və fərqli
cəhətləri hansılardır?
5.Tələbatın artması iqtisadi qanunu haqqında
danışın.
6. Mikroiqtisadiyyatla makroiqtisadiyyatın qarşılıqlı əlaqəsi
nədədir?
Bankir qrupu
1.“İqtisadiyyat ” hansı mənada işlədilir
2.Mənəvi
tələbatı dedikdə nə başa düşürük? ?
3.İqtisadi
münasibətlər nəyə deyilir? 4. Ehtiyac nədir?
5.Çoxsahəli
iqtisadiyyat nə deməkdir?
6. İqtisadi
fikir və təlimimlər tarixinin
öyrənilməsi vacibdirmi ?
İstehlakçı qrupu
1.İqtisadi bazis nə deməkdir?
2.Mədəni tələbatı dedikdə nə başa düşürük?
3.İqtisadi katiqoriyalar hansılardır?
4. Tələbatın
formaları hansılardır?
5.Çoxsahəli
iqtisadiyyatın yaranmasının səbəbləri nədir?
6.Makroiqtisadiyyat
nədir?
7. Marksist
iqtisadi nəzəriyyənin müsbət və mənfi cəhətləri
hansılardır?
Bölmə- II İqtisadi sistem.
1-ci mövzu:
İqtisadi sistemin mahiyyəti və növləri.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.İqtisadi
sistem nədir?
---Cəmiyyətdə
hakim iqtisadi münasibətlər və təşkilat formaları əsasında təşəkkül tapmış
iqtisadi proseslərin məcmusuna iqtisadi sistem deyilir.
2. İqtisadi
sistemlərin formaları hansılardır?
1)-bazar iqtisadi sistem, 2)inzibati-amirlik iqtisadi sistem, 3)qarışıq
iqtisadi sistem, 4) ənənəvi iqtisadi
sistem
3.Bazar iqtisadiyyatı
sisteminin iki mərhələsi onların ümumi
və fərqli
cəhətləri hansılardır?
---Bazar iqtisadiyyatı sisteminin iki
mərhələsi /tipi\ var. XVII əsrdən XX
əsrin əvvəlinə qədər azad rəqabət.İkinci
mərhələ /tipi\ müasir bazar
iqtisadiyyatdır. Burada fərqli cəhət azad rəqabət iqtisadi sistemdə
investisiya ehtiyatları xususi mülkiyyət-çilərin sərəncamında olmuş, azad rəqabət əsasında mikroiqtisadi
fəaliyyət bazar mexanizmi vasitəsilə tənzimlənmişdir. Müasir bazar iqtisadi sistem əvvəlkinə nisbətən /çevik\ elastikdir.MBİ sistemdə daxili və xarici
şərait dəyişirdikcə bazar iqtisadiyyati
təkmiləşir,elmi-texniki tərəqqi geniş miqyas alır,istehsal,sosial və bazar
infostrukturları inkişaf edir,dövlət milli iqtisadiyyatın inkişafına daha fəal
təsir göstərir. Bu müsbət cəhətlələ bəbabər mənfi cəhətlərdə özünü
göstərir.Gəlirlərin bölgüsündə qeyri-bəbabərlik,məqğulluq və sabit qiymət
təminatın olmamasıdır.
4. Bazar
iqtisadi sistemi ilə inzibati-amirlik sistemini müqaisə edin və hansının
nisbətən üstün olmasını göstərin.
---İnzibati-amirlik
sistemi keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrdə olmuşdur.İndi kommunist
partiyası ÇXR-də ,Kubada,Şimalı Koreyada fəaliyyər göstərir. İnzibati-amirlik
sistemidə insanların mülkiyyət hüquqları əllərindən alınır, təkrar istehsal
fazaları arasındakı əlaqə pozulur. İnzibati-amirlik sistemidə ağılı işlətmək və
ondan istifadə etmək üçün şərait yaratmır.
5. Qarışıq
və ənənəvi iqtisadi sistemin səciyyəvi cəhətlərin söyləyin.
---Bu sistem ilk növbədə bazar və inzibati
sistemlərin qarışığı kimi, yəni bu sistem sırf xalis formada fəaliyyət
göstərir.Dünyada bir çox ölkələr , o cümlədən bizim ölkəmizdə keçid dövründə qarışıq iqtisadi
sistem mövcuddur.Resursların bölgüsü qarışıq iqtisadi sistemdə müxtəlif
şəkildə, yəni inzibatcılıq sistemindəki
kimi dövlətin mərkəzi plan orqanları ,
bazar sistemində isə xüsusi sahibkarlıq
həyata keçirir.
Ənənəvi iqtisadi sistemin dedikdə, milli adət və
ənənələrə əsasla-naraq iqtisadiyyatın inkişaf etdilməsi başa düşülür. İqtisadiyyat
vərəsəlik prinsipinə tabe edilir. Resurslar və gəlirlər bölgüsü adət və ənənələr qaydasında aparılır. Bu, indi
Afrikanın bəzi ölkələ-rində mövcuddur.
2-3-cü mövzu:
İqtisadi sistem və mülkiyyət.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.İbtidai icma cəmiyyətini səciyyələndirin.
---Əmək alətlərinin
təkminləşməsi onunla nəticələndi ki, ibtidai insan öz zəruri tələbatından artıq
məhsul əldə edə bildi.Məhz bu artıq məhsuli tayfanın ağsaqqalları məninsəməyə
başladəlar. Bu, xususi mülkiyyətin yaranmasının başlanğıcı idi. Əmək
alətlərinin təkminləşməsi həmdə öz növbəsində iqtisadiyyatın daha da inkişafına
təkan vermiş, cəmiyyətin inkişafını sürətləndirmişdir. Bütün bunlar feodalizm
quruluşun yaranmasına səbəb olmuşdur.
2.Feodalizm cəmiyyətinin əsas cəhətlərini şərh edin.
---Feodalizmdə xususi mülkiyyət yeni mahiyyət və xarakter kəsb edir. Əvvəlki
dövrə nisbətən feodalizmin başlıca
üstünlük istehsalçı olan kəndli özünəməxsus torpaq sahələrində işlədiyi zaman
öz əməyinin nəticəsi ilə maddi cəhətdən
maraqlı olur.Bu iqtisadiyyatın
inkişafına təkan verən amildi.
3.Azad sahibkarlığın /kapitalizmin\ meydana gəlməsinin ilkin şərhləri hansılardır?
---Feodalizm sisteminin qaydaları müəyyən dövrdən
sonra iqtisa-diyyatın inkişafına mane olmağa başladı və bu zaman insanlar
istehsalın yeni formalarını təşkil etməyə başladılar. Bu vaxtdan yeni sistemin
yaranması və inkişafı üçün iqtisadi əsas
dayaranır. Feodalizm şəraitində tədricən muzlu əmək tətbiq edən
müəssisə-lər meydana gəlir.Bu artıq
bazar iqtisadi münasibətlərinin formalaşmasının başlanğıcə olmuşdur.
4.Əmək məhsuldarlığının yüksəlməsinin üç mərhələsi
bir-birindən fərqləndirin?
---Əmək məhsuldarlığının yüksəlməsinin əsas
tarixi üç mərhələsi bunlardır: 1-sadə
əmək kooperasiyası,2-əmək bölgüsü,3-manu-faktura və iri maşınlı sənayə. Bir çox şəxsin eyni bir
istehsal prosesində və ya müxtəlif, lakin bir-biri ilə əlaqədar istetsal proseslərində
birgə işləmə formalarına əmək kooperasiyası deyilir.İlk sahibkar
müəssisəsi sadə sahibkar əmək kooperasiyası şəklində əmələ gəlmişdir. İstehsal
inkişaf etdikcə əməyin təşkili forması da təkminləşdi. Sadə sahibkar kooperasiyasını manu-faktura əvəz etdi. Manufaktura sahibkar
fabrikinə,iri maşınlı sənayeyə keçmək üçün şərait yaradır. İri maşınlı
sənayeyə isthsal sahibkarlığın ictimai əmək məhsuldarlığını yüksəldən üçüncü
pillədir. Manufakturadan iri maşınlı sənayeyə keçid hər şeydən əvvəl manufaktura fəhləsinin
sənətkar alətlərinin iş maşını ilə əvəz olunması yolu ilə baş vermişdir. İri
maşınlı istehsala keçid sahibkarlıq
iqtisadiyyatının inqilabi texniki əsasını qoydu.
5.Mülkiyyətin bir iqtisadi anlayış/katiqoriya\ kimi
mahiyyəti nədən ibarətdir?
---İstehsal vasitələri,sərvət üzərində mülkiyyət
tipləri, formaları, bunlarla bağlı münasibətlər iqtisadi sistemin mahiyyətini müəyyən edən amildir. Mülkiyyət
bir iqtisadi anlayış kimi aşağıdakı tərifi vermək olar. Mülkiyyət mövcud
iqtisadi sistemdə ən başlıca, ən dərin mahiyyərli anlayışdır. Mülkiyyət
bilavasitə maddi nemətlərin, sərvətlərin mənimsənilməsini ifadə edir.
6.Mülkiyyətin obyektləri və subyektlərini göstərin.
--- Maddi zəmində mülkiyyətin
obyektləri-əmək,istehsal və istehlak vasitələridir/torpaq,zavod,
fabrik,material,xammal, mal-qara,bina,avadanlıq və s.\ Qeyri-maddi
mülkiyyət aiddir- iş qüvvəsi üzərində mülkiyyt, intelektual mülkiyyət.
Mülkiyyətin subyektini isə şəxslər,kollektiv sosial
qrup, icma, müxtəlif cəmiyyətlər, təşkilatlar, dövlət və s. təşkil edir.
7.İnsan həyatını əsasını nə təşkil edir?
--Maddi nemətlərin istehsalı- insan həyatını
əsasıdır.
4-5-cü mövzu:
Mülkiyyətin tarixi və müasir formaları.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.Xırda əmtəə
istehsalı ilə əlaqədar mülkiyyət forması nədir?
---Bu
mülkiyyət formasında muzdlu əməkdən istifadə edilmir. Bu mülkiyyət formasına
aid olan təsərrüfat subyektləri fiziki
şəxs kimi fəaliyyət göstərirlər.
2.Xüsusi mülkiyyət
forması nədir?
---Bu
mülkiyyət formasının əsas cəhəti ondan
ibarətdir ki, fərdi sahibkarlar əsaslı vəsaiti sərf etməklə kiçik,orta,iri tipli müəssisə təşkil edir.
Əldə edilən gəlir sahibkara məxsusdur.
3.Dövlət
mülkiyyəti forması nədir?
---Burada
söhbət keçmiş Sovetlər birliyində ümumxalq mülkiy-yəti altında iflasa uğramış
dövlət mülkiyyətindən getmir,baza iqtisadiyyatı şəraitində formalaşan dövlət
mülkiyyyətindən gedir.
Dövlət
mülkiyyətinə aid müəssisələri hüquqi
şəxslərdir.Gəlir dövlət büdcəsinə daxil olur.
4.Kooperativ
mülkiyyət forması nədir?
---Kooperativlər
könüllü birləşmiş üzvlərin material və pul vasitələri hesabına təşkil olunur.
Onlar hüquqi şəxslərdir,öz nizamnamələri
əsasında fəaliyyət göstərir.
5.Səhmdar
cəmiyyətinin mülkiyyət forması izah edin?
---Bu
mulkiyyətə səhmlər yoluilə təşkil olunmuş müəssisələr-dir.Səhmlər satılması həm
açıq, həm də qapalı aparıla bilər. Səhmlərin hamıya
satılırsa bu açıq, yalnız onları yaradanla satilitsa qapalı qayda kimi qiymətləndirilir.
6.Bələdiyyə mülkiyyət
forması izah edin?
---Burada
mülkiyyətin obyektləri çəhərin,rayonun,kəndin bələdiyyə idarəciliyi tabeliyində olur. Bələdiyyə
mülkiyyəti hüquqi şəxsdir.
7.Şəxsi(fərdi)
mülkiyyət formasını səciyyələndirin?
---Şəxsi
yaşayış evləri, ev əşyaları və əmlaklar,adamların pul vəsaitləri və qiymətli
kağızlar bu mülkiyyət formasına aiddir.
6-cı mövzu:
Maddi və qeyri-maddi istehsal.
Tədqiqat sualları.
Tədqiqat sualları.
1.İstehsal
nədir?
---İstehsal
maddi və mənəvi nemətlərin yaradılması prosesidir.
2. Maddi nemətlər
sahəsinin həlledici sahə olmasını sübut
edin.
---İnsanların
şəxsi, yaxud ictimai maddi və mənəvi
tələbatını ödəmək məqsədilə maddi
nemətlər istehsalında iştirak edən sahələrə maddi istehsal sahəsi deyilir.
3. Maddi nemətlər
sahəsinə hansı istehsal sahələri daxildir?
---Sənəye,
kənd təsərrüfatı, meşə təsərrüfatı, tikinti, yük nəqliy-yatı, istehsalda xidmət
edən rabitə, ticarət fəaliyyətinin müəyyən
hissəsi, iaşə, şəxsi köməkçi təsərrüfat maddi nemətlər sahəsinə aiddir.
4
.Qeyri-maddi istehsal sahəsinə hansı sahələri
daxildir?
---Bütün
təhsil sahələri, səhiyyə, bədən tərbiyəsi,elmi müəssisələr, təminat
xidməti,əhaliyəməiçət xidməti, mənzil-kommunal xidmə-ti idarələri, sərnişin
nəqliyatı, mədəniyyət incəsənət,qeyri-istehsal xidmətləri göstərən
rabitə,ticarət və ictmai iaşə,kredit və sığorta, dövlət idarə orqanları
vəasayişin qorunmasınə təmin edənorqanlar daxildir.
5. Maddi və
qeyri-maddi istehsal sahəsinin qarışıqlı əlaqələrini şərh edin.
---
Maddi istehsal sahəsinin inkişafı ilk növbədə iqtisadiyyatən inkişafı
deməkdir.Bu təhsilin, elmin, bütün qeyri-maddi istehsal sahəsininə maliyyə
vəsaitin ayrılmasına imkan verir. Şagirdlər, tələbələr elmin əsaslarını öyrənir
və ixtisaslı mütəxəsis olurlar. Mütəxəsislər elmdə, texnikada yeni
kəşflər,ixriralar edir. İstehsal prosesinin mexanikləşdirilir,istehsalın idarə
edilməsi təkminləş-dirilməsi nəticəsində daha çox maddi
nemətlər istehsal etməyə imkan verir.
6. Qeyri-maddi
istehsal sahəsinin inkişafının maddi
istehsal sahəsinin inkişafındaki rolunu izah edin.
---Maddi və
qeyri-maddi istehsal sahələri qarışıqlı əlaqə
və vəhdətdədir.Bunların arasındakı nisbət sabit deyil, elastikdir,
millətin iqtisadiyyatı inkişaf etdikcə qeyri-maddi istehsal sahəsi-nin
normal inkişafına təminat yaradır.
7-ci mövzu:
Maddi nemətlər istehsalı-cəmiyyətin
iqtisadi sisteminin təməli kimi .
Tədqiqat sualları:
Tədqiqat sualları:
1. Maddi nemətlər istehsalınin insan cəmiyyətinin
əsası olmasını şərh edin.
---İnsan
cəmiyyətinin yaranması və inkişafı öz zəruri tələbatla-rını ödəməyə
çalışmasından başlamışdır.
2. Maddi nemətlər istehsalı hansı zərurətdən
doğmuşdur?
---Cəmiyyətdə
insanların hansı sahədə fəaliyyət
göstərməsindən asılı olmayaraq
onların hamısının ümumi bir məqsədi varbır. Bu, onların maddi nemətlərə
olan tələbatın ödənilməsidir. İnsan-ların
zəruri tələbatları ödənilməzsə,insan mövcud ola bilməz. Maddi
nemətlərə malik olmaq üçün insanlar onları istehsal etməlidir.
Maddi nemətlər istehsalı--- insan
həyatının əsasıdır.
3.Əmək
prosesi nə deməkdir?
---İstehsal
prosesi tarix boyu inkişaf yolu keçmişdir. Onun əsası təbiətlə insan arasında
maddələr mübadiləsidir. Bu prosesdə isan
cəmiyyətinin əsası olan maddi nemətlər istehsalı baş verir. Bu. əmək
prosesidir.
4. Maddi nemətlər istehsalının baş verməsi üçün hansı
əlamətlər mövcud olmuşdur?
--- Maddi nemətlər istehsalının baş verməsi üçün torpaq, əmək, istehsal vasitələri(kapital),
sahibkarlıq qabiliyyəti (insan təşəb-büskarlığı, idarəetmə istedadı )olması
müəyyənləşdirilibdir.
5.Əmək
prosesində insanın yeri və rolunu izah edin.
---Əmək
yalnız insana məxsusdur.İnsanlar təbiətə
təsir edərək onu dəyişidirməklə yanaşı, öz təbiətinidə dəyişdirirlər. Əmək
prosesində əmək qabiliyyətləri inkişaf etdirir, öz biliyini zənginləşdirirlər.
6.İstehsal
vasitələri nədir və onun tərkib hissələri şərh edin.
---Əmək
vasitələri və əmək predmetləri birlikdə istehsal vasitə-ləri təşkil edir.Əmək
vasitələri yalnız əmək alətləri deyil ,həm də istehsal binaları ,yollar,
kanallar və s. daxildir. Torpaq ,əmək aləti deyil. Lakin əməyin ən ümumi şərtidir.
7. İstehsal
qüvvələrinin tərifini verin.
---İstehsal
vasitələri iləinsan birlikdə istehsal qüvvələrini (məh-suldar qüvvələri) təşkil
edir.
8. Maddi
nemətlər öz təyinatına görə iki qrupa bölünür.Onu izah edin.
---Maddi nemətlər iki qrupa: şəxsi istehlak
şeyləri (ərzaq,paltar, mənzil və başqaları)və istehsal vasitələrinə(əmək
alətləri, xam-mal, köməkçi materiallar və
başqaları) bölünür.
9.İqtisadi
münasibətlər nədir?
---Maddi
istehsal,bölgü, mübadilə və istehlak prosesində insanlar arasında olanların öz
şüurundan və iradəsindən asılı olmayaraq yaranan əlaqə və münasibətlərə iqtisadi
münasibətlər deyilir
10. İstehsal
qüvvələri ilə iqtisadi münasibətlər arasında diolektik ziddiyyər və cəmiyyətin
inkişafında onun rolu barədə danışın.
--- Bu
ziddiyyətin kökü istehsal qüvvələrini iqtisadi münasibətlər nisbətən daha fəal inkişaf etməsidir. İqtisadi
münasibətlər də inkişaf edir. Lakinonun
inkişafı istehsal qüvvələrinin inkişafından geri qala bilər .İnsan daha çox
maddi nemətlər istehsal etmək xatirinə həmişə istehsal qüvvələrini təkminləşdirir, bu prosesdə insan özü də inkişaf edir,biliyi,
istehsal təcrübəsi artır. Deməli, istehsal qüvvələri hər vaxt
inkişafdadır.Deyildiyi kimi, iqtisadi
münasibətlər istehsal qüvvələrinin inkişaf sviyyəsinə uyğunlaşmağa meyli nəzərə alınsa da ondan geri qalır.
8-9-cu mövzu:
Maddi nemətlər istehsalı sahələri.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.Hansı
sahələrə maddi nemətlər istehsalı sahələri deyilir? Onları sadalayın.
---Müxtəlif
məhsullar,nemətlər yaradılan sahələrə maddi nemətlər istehsalı sahələri
deyilir.Buraya əsasən sənaye, kənd təsərrüfatı, tikinti,nəqliyyat,rabitə
daxildir.
2.Nə üçün
maddi nemətlər istehsalı sahələri insan fəaliyyətinin əsas sahələri
adlanır?Bunu əsaslandırın.
--- İnsan
fəaliyyətinin əsas sahələri maddi nemətlər istehsalı sahələri adlanır ona görə
ki,həm cəmiyyətin mövcud olması, həm də iş qabilıyyətlə əhalinin əksəriyyəti bu
sahədə çalışır və yalnız bunun sayəsində
müxtəlif məhsullar meydana gəlir.
3.Sənəyenin
inkişaf mərhələlərini və onun maddi
nemətlər istehsalı sahəsində aparıcı rolu malik olmasını şərh edin.
---İstehsal
qüvvələri inkişaf etdikcə əmək bölgüsü daha da dərinləşir və bununla əlaqədar
olaraq maddi nemətlər istehsalı sahəsində sənayedə də inkişaf edir.XVIII əsrin
sonunda yüngül və yeyinti sənayesi üstünlük
təşkil edirdisə,XX əsrin ortalarında ağır sənayeini inkişafı sürətlənir
və ön sıraya keçir. Elmi –texniki inqilab nəticəsində da başqa sahələr, o
cümlədən enerqetika, metolurqiya, kimya ,neft kimyası yaranmağa
vəsurətləinkişaf etməyə başladı.Radiotexnika,elektrotexnika və dəqiq
cihaz-qayırma elmi –texniki inqilabə sürətləndirən sahələr yaratdı. Sənayenin
köməyi vəiştiraki olmadan maddi nemətlər istehsalı-nın digər sahələri inkişaf edə bilməz.
4.Kənd
təsərrüfatı maddi nemətlər istehsalı sahəsində yeri və rolu, onun xususiyyətiləri
və quruluşunu izah edin.
---Kənd
təsərrüfatı sənayeni xammalla, əhalini isə ərzaqla təmin edir. Kənd təsərrüfatı
öz daxilində əkinçilik, heyvandarlıq, bitkiçilik və s. sahələrə bölünür.
5.Tikinti,
nəqliyyat və rabitənin bir hissəsinin maddi nemətlər istehsalı sahəsinə aid
olmasını sübut edin.
---Əgər
tikinti (zavod, fabrika) maddi nemətlər istehsalı sahəsinə aiddir.Nəqliyyatda yük daşıyan qatarlar,yük
daşıyan maşınlar , yük daşıyan gəmilər, yük daşıyan təyyarələri maddi nemətlər
istehsalı sahəsinə aiddir.İşküzar rabitə
əlaqələrin yarandıqda da maddi nemətlər istehsalı sahəsinə inkişafina təsir
göstərir.
6.Elmin istehsal qüvvələrinı çevrilməsini,
onun maddi nemətlər istehsalında rolunu ,məhsul istehsaının çoxalmasında əhəmiy-yətinin artmasını şərh edin.
---Elmin
inkişafı nəticəsində yeni əmik predmetləri yaranır. Məsələn, süni və sintetik
materiallar istehsalı əlvan metalların əvəz edilməsinə gəririb cixardır.Bu əmək
ptedmetləri təbii materiallardan bir neçə dəfə ucuzdur və nəticə olaraq az
xərcələ daha çox maddi nemətlər istehsal etməyə imkan verir. Təkcə elmin
inkişafı maddi nemətlər istehsal deyil, həmdə istehsal sahələrin xidmət və
idarə edilməsində böyük rol oynayır(hey-sablama maşınları,kompyuterlər).
10-11-ci mövzu:Aqrar münasibətlər.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1. Aqrar
münasibətlər nədir?
---Maddi
nemətlər istehsalı prosesində torpaqla əlaqədar olaraq yaranan bu iqtisadi
münasibətlərin məcmusu aqrar münasibərlər adlanır.
2.Kənd
təsərrüfatı istehsalnın xüsusiyyətlərini və onun mexanik-ləşdirilməsinin
cətinliklərini şərh edin.
--- Kənd
təsərrüfatı mürəkkəb iqtisadi,təbii və bioloji bir sistem-dir. Təkrar istehsal
torpaqdan,əməkdən,bitki və heyvanat aləmin-dən istifadədəyə əsaslanır.Ona
görədə kənd təsərrüfatı idarə olun-masinda iqtisadi,təbii və bioloji
qanunlardan əlaqəli şəkildə
istifa-də edilməlidir. Kənd
təsərrüfatı isrehsal prosesini mexanikləşdir-mək cətin olduğundan demək olar ki,bütün ölkələr geri
qalır. Məsələn,taxılyığan kombayndan 30 -40 gün, toxumsəpən maşın-dan 5-10 gün
istifadə olunur ki,buda istehsal alətləri nisbətən qısa müddət ərzində istifadə
olunur.
3.Feodalizimdə
rentanın və onun inkişaf formalarını izah edin. Torpaq rentasının bir formadan
digər formaya çevrilməsinin səbəbi nədir?
--- ”Renta”alman
sözü olub torpaqdan istifadəyə gökə
torpaq mülkiyyətçisinə haqq
vermək deməkdir. Torpaq rentasının tarixi feodalizmdən başlayır. Həm
işləyib ödəmə və yaxud biyar rentası, həm məhsul və yaxud töycü rentası, həm də
pul rentası feodal torpaq rentasının formalarıdır. Biyarı rentasında həftənin
3-4 gün feodal üçün işləyir. Feodallar
görürlər ki,təhkimli kəndli öz pay
torpağında həvəsə işləyir halda ,feodalın malika-nəsində maraqsız işləyir. Feodallar
təhkimli kəndlinin pay torpağını müəyyən
qədər artırmalı olur və əvəzində müəyyən qədər məhsul alacaq. Bu da biyarı məhsul rentası əvəz edir.
4.Feodal
torpaq rentasının inkişaf edərək kapitalist torpaq rentasına çevrilməsini şərh
edin.
---Feodalizmin
inkişafın son mərhələsində,Şəmtəə-pul(bazar) münasibətlərinin inkişaşı ilə əlaqədər
olaraq məhsul rentası pul rentası iləəvəz ilunur,Şbaşqa sözlə, məhsulun əvəzinə pul alınır.Məhz bunun əsasında feodal
torpaq rentası kapitalist torpaq
rentasına çevrilir.
12-ci
mövzu:İstehsal amilləri.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.İstehsal
prosesinin baş verməsini təmin edən amillər hansılardır?
-- İstehsal
prosesinin baş verməsini təmin edən amillər bunlardır: a)əmək-(iş
qüvvəsi),b)təbii resurslar, c)istehsal vasitələri (kapital), d) sahibkarlıq
fəaliyyəti və idarəetmə qabiliyyəti(istedadı).
2. İstehsal
prosesinin baş verməsində şəxsi amilin mühüm rolu oynamağınə şərh edin?
--- İş
qüvvəsi istehsalın şəxsi amilidir. İş
qüvvəsi insanın fiziki və əqli qabiliyyətlətinin məcmusudur. Şəxsi amil istehsal
prosesinin aparıcı qüvvəsi olduğu uçun mühüm rolu oynayır.
3.Müasir
dövrdə istehsalın inkişafında insanın rolu daha da artmışdır.Bunun səbəblərini
izah edin.
---Cəmiyyətin
inkişafının bütün mərhələlərində istehsalın
inkişafında insanın rolu böyük olmuşdur.Elmi-texniki inqilab insanın
istehsalda təşkilatçı və tənzimləyici rolu artırır. Müasir dövrdə istehsalın
inkişafı ilə bərabər, təbii sərvətlərin azalmasına və ekoloji böhrana səbəb
olur.Buna görədə insanlar məhdud ehtiyatlardan daha səmərəli istifadə
etməlidir.
4.Torpoğın ən
ümumi istehsal vasitəsi olmasını sübut edin və onun digər istehsal
vasitələrindən üstünlüklərini şərh edin.
---Torpaq
vasitəsilə bitki və heyvan yetişdirildiyi üçün o, həm əmək vasitəsi, həm də
əmək predmetidir,çünki onun üzərində əmək sərf
edilir.
5.Elmi-texniki
tərəqqi ilə əlaqdar olaraq istehsalın hansı yeni amilləri yaranıb.
---İnformasiya
olmadan çox mürəkkəbləşmiş müasir istehsalı təşkil etmək,idarə etmək mümkün
olmaz.Müasir idarəetmə sistemi işçinin ixtisasının yüksəldilməsini tələb edir.
6.İstehsal
amilləri içərisində sahibkarlıq qabliyyətinin
öz yeri var.
İstehsalın
inkişafında sahibkarlıq qabliyyətinin rolunu şərh edin.
---Sahibkar
məhsul istehsalında digər amilləri birləşdirmək, onlar arasında qarşılıqlı
əlaqə yaratmaq, mövcud ehtiyatlardan daha səmərəli istifadə etmək kimi çox mühüm,
vacib və məhsuliyyətli işi oz üzərinə götürür.
13-ci
mövzu:İqtisadiyyatda(maddi nemətlər istehsa-lında) insanın aparıcı rolu.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.İnsanın
təbiətə münasibətinin xususiyəti nədədir?
--İnsan
ictimai varlıg olduğuna görə
təbiətə təsiri çox böyükdur.
İnsan
təbiətə adətən şuurlu münasibət
bəsləyir.
2. İnsaın
təbiətə təsirinin səbəbini danışın.
--İnsan
təbiətdən səmərəli istifadə edərsə,təkrar istehsala şərait yaradarsa,təbiət
qanunlarini dərk edərək öz məqsədi üçün düz-gün
istifadə edərsə təbiər tarazlığı pozulmaz. İnsan təbiətə müna-sıbətdə
dağıdicı rol da oynaya bilər. Bu ən çox
müstəmləkə ölkələrində baş verir.
3.Milli,
müstəqil dövlətin yaranmasının insan fəallaşmasında rolunu izah edin.
--İstehsal
vasitələrinin mülkiyyətçisi istehsalçılar özləri olarsa ,bu zaman istehsalın
nəticəsi də onlar mənimsəyərlər.Bu isə müstəqil , milli dövlətin yaranması və inkişafı
zamanı mümkündür.Milli dövlətin iqtisadiyyatının inkiçafı, onun
vətəndaşların vəziyyət-lərinin
yaxşılaşmasına xidmət etməsinə ,insan amilinin fəallaş-masına təsir göstətən
əsas şərtdir.
4.İnsan
ictimai tərəqqinin əsasıdır.Bunu şərh edin.
--İnsan
yalnız iş qüvvəsinin daşıyıcısı deyil, eyni zamanda ictimai münasibətlər
sistemində fəaliyyət göstərən canlı varlıqdır.İnsan təkcə fiziki yox,həm də
sosial varlıqdır.İnsan təbiətin , cəmiyyətin, texnikanın sirlərini bilən işçi,mütəfəkkir,vətəndaş və
ictimai xadimdir.İnsan yaradıcılıq qabililiyyəti təkcə təbiətin verdiyi istedad deyil, eyni
zamanda tarixi inkişafın məhsuludur.
5. Elmi-texniki
tərəqqi ilə insan amili arasındakı münasibəti barədə nə deyə bilərsiniz?
--Ən mürəkkəb
müasir mexanizmlər insan nəsilinin çox illər boyu inkişaf
etdirdiyi,təkminləşdirdiyi,kəşf və ixtira etdiyi fəaliyyətin nəticəsidir.ETT
–nin indiki dövürdə iqtisadiyyatın inkişafında insan amilinin rolu daha da
artmışdır.
14-ci
mövzu:Elmi-texniki tərəqqi.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.İqtisadi
tərəqqinin yüksəldilməsində elmi-texniki tərəqqinin rolunu nədən ibarətdir?
---İqtisadi
həyatda texniki tərəqqiyə doğru meyl baş verməzsə, onda digər amillər təcrid
olunmuş şəkildə fəaliyyət göstərər və istənilən nəticə əldə olunmaz.ETT
fasiləsiz prosesdir və onun rolu çox böyükdür.
2.Sənayə
inqilabı nə deməkdir və onun bazası nə vaxt yaran-mışdır?
---XVIII
əsrin sonu XIX əsrin əvvəllərində texniki və sənaye inqilabı baş verir və nəticədə azad sahibkarlığın
maddi- texniki bazası olan iri maşınlı
sənaye yaranır. İri maşınlı sənayenin inkişafı istehsal qüvvələrinin
inkişafına böyük təkan vermiş, texniki
tərəqqini sürətləndirmiş və elmi-texniki inqilabın baş verməsi üçün şərait yaratmışdır.
3. Elmi-texniki
inqilabı nə vaxt baş verdi və onun xarakterik xususiyyətləri hansılardır?
---
Elmi-texniki inqilabı XX əsrin ortalarında başlayıb.ETT-nin əsas məqsədi
canlı və maddiləşmiş əməyə qənaət etmək,
isteh-salın səmərililyini yüksəltmək
əsasında cəmiyyətin iqtisadi tərəqqisinə daim kömək etməkdir.
4. Elmi-texniki
inqilabın müsbət və mənfi cəhətlərini
şərh edin.
---ETİ
insanın imkanlarını və yaradıcı gücünü
artırmağa ,maddi və mənəvi nemətlər bölgüsü yaratmağa şərait yaradır, əmək məhsuldarlığını
yüksəldir.Digər tərəfdən işləyənlərin
sayı ixtisar olunur,təbii sərvətlərdən vəhşicəsinə istifadə
olunur.Nəticədə ekoloji böhran yaranır.ETİ-nın hərbi məqsədlərə istifadə
edilməsi ən böyük təhlükələrə səbəb
olur.
15-ci mövzu: İqtisadi
sistem mövzusunda təkrar.
Tədqiqat sualları:
Tədqiqat sualları:
Bankir
1. Aqrar
münasibətlər nədir?
2.Kənd
təsərrüfatı istehsalnın xüsusiyyətlərini və onun mexanik-ləşdirilməsinin
cətinliklərini şərh edin.
3.Feodalizimdə
rentanın və onun inkişaf formalarını izah edin. Torpaq rentasının bir formadan
digər formaya çevrilməsinin səbəbi nədir?
4.Feodal
torpaq rentasının inkişaf edərək kapitalist torpaq rentasına çevrilməsini şərh
edin.
Sahibkar
1.İstehsal
prosesinin baş verməsini təmin edən amillər hansılardır?
2. İstehsal
prosesinin baş verməsində şəxsi amilin mühüm rolu oynamağınə şərh edin?
3.Müasir
dövrdə istehsalın inkişafında insanın rolu daha da artmışdır.Bunun səbəblərini
izah edin
4.Torpoğın ən
ümumi istehsal vasitəsi olmasını sübut edin və onun digər istehsal
vasitələrindən üstünlüklərini şərh edin
5.Elmi-texniki
tərəqqi ilə əlaqdar olaraq istehsalın hansı yeni amilləri yaranıb.
6.İstehsal
amilləri içərisində sahibkarlıq qabliyyətinin
öz yeri var.
İstehsalın
inkişafında sahibkarlıq qabliyyətinin rolunu şərh edin.
İqtisadçı
1.İnsanın
təbiətə münasibətinin xususiyəti nədədir?
2. İnsaın
təbiətə təsirinin səbəbini danışın.
3.Müasir
dövrdə istehsalın inkişafında insanın rolu daha da artmışdır.Bunun səbəblərini
izah edin.
4.İnsan ictimai tərəqqinin əsasıdır.Bunu şərh edin
5.
Elmi-texniki tərəqqi ilə insan amili arasındakı münasibəti barədə nə deyə bilərsiniz?
Fermer
1.İqtisadi
tərəqqinin yüksəldilməsində elmi-texniki tərəqqinin rolunu nədən ibarətdir?
2.Sənayə
inqilabı nə deməkdir və onun bazası nə vaxt yaranmışdır?
3. Elmi-texniki inqilabı nə vaxt baş verdi və onun
xarakterik xususiyyətləri hansılardır?
4. Elmi-texniki inqilabın müsbət və mənfi cəhətlərini şərh edin
Bölmə- III Əmək.
1-ci mövzu:
Əmək və onun mahiyyəti.
Tədqiqat sualları:
Tədqiqat sualları:
1.Əmək nədir
və onun məhsul istehsalının
artırılmasında
onun rolu
nədən ibarətdir?
--Sərvətin
yaradılmasının və artırılmasının əsas
əmillərdən biri əməkdir. Əmək yalnız insana məxsusdur. İnsan ,əmək
vasitəsilə təbiət predmetlərinin
şəkilini öz tələbatına uyğun dəyişdirir.
2.Əməklə iş
qüvvəsinin bir-birindən fərqi nədir?
-- Əməklə iş
qüvvəsinin arasında hec bir fərq yoxdur.
Lakin insan istehsal prosesində əmək sərf
etdiydə iş qüvvəsinə çevrilir.
3. Əməyin
ictimai xarakter daşıması nə deməkdir?
--Əməyin
ictimai xarakter daşımış ,daşıyır və daşıyacaqdır. İnsanlar özlərinə olan maddi
nemətlər hamısın tək istehsal edə bilməz.Taxıl əkəninin , mal-qara yetişdirənin , neft çıxaranın bir- birinin
məhsuluna ehtiyacıları vardır. İnsanlar bir-birilə üzvi surətdə qarşılıqlı fəaliyyət göstərirlər.Bu
qanunauyğunluq olmasa cəmiyyət də mövcud olmaz.
4. Əməyin
məzmunu, sadə və mürəkkəb əmək haqqında
danışın.
----Hər bir
insanın vəzifəsi özündən sonra gələn gənc nəsilin həddi-buluğa
çatana qədər yaşamasına, tərbiyə olunmasına, təhsil almasına ,
ixtisas qazanmasına kömək etməlidir.
Sadə əmək heç bir ixtisası olmayan
əməkdir. Mürəkkəb əmək isə ixtisası olan
əməkdir.
5. Özü üçün
və cəmiyyət üçün olan əməyi şərh edin.
--Özü üçün
sərf olunan əmək zəruri məhsulun
dəyərini yaradır və onu əmək haqqı, gəlir və başqa formalarda alır.Bundan əməkçinin
özünün və ailəsinin normal fiziki və mənəvi tələbatını ödəmək üçün istifadə
edir.Cəmiyyət üçün iş vaxtında isə artıq məhsulun dəyəri yaradılır. Bu
yaradılan artıq dəyər müxtəlif iqtisadi
vasitələrlə(məsələn vergi) dövlət büdcəsinə daxil olur.
2-ci mövzu:Əmək
fəaliyyəti və onun növləri.
Tədqiqat
sualları:
1. Əməyin
növlərə ayrılma səbəblərini izah edin.
-- İstehsal(məhsuldar)
qüvvələri inkişaf etdikcə və ictimai
əmək bölgüsü dərinləşdikcə yüzlərlə əmək növləri yaradır. ETT-də
ixtisaslaşmanı sürətləndirir və bununla əmək növlərin sayı getdikcə daha
da çoxalır.
2. Məhsuldar
əmək nədir?
-- İqtisadi ədəbiyyatda
əməklərin məhsuldar və
qeyri-məh-suldar əmək növlərinə bölünməsi ifadə edilir. Məhsuldar əmək maddi nemətlər istehsalında tətbiq olunan
və öz iş qüvvəsinin təkrar istehsalı üçün lazım olduğu qədər məhsul
istehsal edən əməkdir. Maddi istehsalda məhsuldar əməyin bir sıra vəzifələri var. Məhsul yaratmaq,
maddi istehsal , təkrar istehsal və
maddi sərvətin artırılması kimi vəzifələri yerinə yetirir.
3.Qeyri-
məhsuldar əmək nədir?
--Qeyri-
məhsuldar əmək qeyri- istehsal sahələrində sərf olunan əmək adlanır.
4. Məhsuldar
əməyin xüsusi çəkisinin azalmasının səbəbi nədir?
-- Qeyri- məhsuldar
əmək məhsuldar əmək nisbətən daha
sürətlə inkişaf edir və bununda səbəbi ETT-nin geniş və sürət miqyas almaqdır.
5. Qeyri-
məhsuldar əməyin məhsuldarlığının yüksəldilməsinə təsirini söyləyin.
-- ETT-i elm,
təhsil, mədəniyyət, incəsənət,səhiyyə, xidmət sahələri maddi istehsal
sahələrinə nisbətən daha sürətlə inkişaf edir. Bu mənada qeyri- məhsuldar
əməyin xususi çəkisi məhsul-dar əməyə
nisbətən üstün artır. Məsələn:ABŞ-da
əmək qabiliy-yətli əhalinin 4-5
faizi kənd təsərrüfatı sahəsində məhsuldar əməklə məşğuldur.
3-4-cü mövzu:Əmək
bölgüsü.
Tədqiqat
sualları:
1.İlk
böyük ictimayi əmək bölgüləri hansılar olumuşdur. Onları ayrı- ayrılıqda
izah edin.
--İbtidai
icma cəmiyyətinin ilk mərhələsində insanlar
təbiətin hazır verdiyi
məhsulundan istifadə edib .Zaman keçdikcə insanların şuurları inkişaf etmiş əkinçiliklə
məşğul qaydaların və vəhşi heyvanların əhliləşdirilməsini də öyrənmişlər. Yerli şəraitdən asılı olaraq icmaların biri əkinçilik , digəri
maldar-lıqla ixtisaslaşmağa
başladı.Heyvandalığın əkinçilikdən ayrılması
birinci əmək bölgüsü idi.
2.Əmək
bölgülərinin hər birini ayrılıqda şərh edin.
-- Əmək
bölgüsü üç növə bölünür:1)ümumi ,2)xüsusi, 3)fərdi.
Ümumi əmək
bölgüsü cəmiyyət miqyasında istehsalat sahələrinə bölünmüşdir. Xüsusi əmək
bölgüsü müəyyən istehsal sahəsi daxilində əmək bölgüsüdür.Müəssisə daxili əmək
bölgüsünə fərdi əmək bölgüsü deyilir.
3.Əmək
bölgüsinin ümumi iqtisadi qanun olmasını sübut edin.
--Əmək
bölgüsü cəmiyyətin iqtisadi münasibətlərində, bu münasibətlərin tarixi
təkminləşməsində və inkişafında xüsusi rola malikdir.İqtisadi mütəfəkkirlər
düzgün olaraq əbədi zəkanın bir sıra
təkamüllərinin ,məhz,əmək bölgüsündən başlanmasını göstərmişlər.Əmək bölgüsü
sadə bir iqtisadi kateqoriya yox, ümumi
iqtisadı qanunlardan biridir.
4.Əmək
bölgüsü haqqında məhşur ingilis iqtisadçısının fikirlərini şərh edin.
--Adam Smit
görə yeni məhsulların istehsalı və istehlakının həcmi iki amildən asılıdır: əhalinin məhsuldar əməklə məşğul
olmasından və əmək məhsuldarlığından .
5-ci mövzu:Əmək
resursları(ehtiyatları).
Tədqiqat
sualları:
1. Əmək ehtiyatlarının məhdud olmasını nə ilə izah
edilir?
--Məlumdur ki,insanların
tələbatı sonsuzdur,iqtisadi ehtiyatlar əmək ehtiyatları məhduddur.Ona görə
ondan da səmərəli istifadə etmək
lazımdır.Cəmiyyət istehsalı elə təşkil
etməlidir ki, iş qabiliyyəti olan və işləmək istəyən şəxslər işlə təmin edilsin və istehsal avadanlıqları boş
qalmasın.
2. Əmək
ehtiyatlarından səmərəli istifadə
etməyin zəruriliyi nədir?
--Əmək
ehtiyyatlardan səmərəli istifadə etmək təkcə iş qabiliyyəti olanları və
işləmək istəyənləri işlə təmin etməklə
bitmir. Əmək ehtiyyatlarının düzgün bölgüsü də onun səmərəli istifadə
edilməsinin əsas şərtlərindən biridir və məhsul isteh-salının artımına müsbət
təsir göstərir. Hamı öz ixtisasına uyğun iş sahəsində çalışsın.
3 . Əmək ehtiyatlarına əhalinin hansı hissəsi
daxildir?
--Fiziki
cəhətdən inkişaf etmiş,zehni,əqli,bacarığı ,qabiliyyəti və müəyyən biliyə malik
olan əhali əmək resursları təşkil edir.
4.İşsizliyin
formaları:friksion və struktur işsizlik barədə danışın.
--Friksion
işsizlik insanların arzu və istəyindən
asılı olmayaraq həmişə olub. Bəzi işçilər könüllü olaraq bir işdən çıxıb başqa
iş axtarır . Onlar öz xarakter və
qabiliyyətlərinə uyğun iş tapana kimi işsiz qalır ,bəziləri iş qabiliyyətinə
uyğun iş tapmaq üçün gözləməli olur.Sturuktur işsizlik ETT
–in nəticəsində çoxlu peşələrə ehtiyac azalır və işçi
işsiz qalır.
6-cı mövzu:Əmək
məhsuldarlığı.
Tədqiqat
sualları:
1.Əmək
məhsuldarlığı nədir?
-- Əmək məhsuldarlığı iş vaxtı vahidi ərzində
istehsal edilmiş məhsulun miqdarı ilə
müəyyən edilir.
2. Əmək məhsuldarlığının yüksəldilməsində
ETT-nin rolu nədən ibarətdir?
-- Əmək
məhsuldarlığının yüksəldilməsinin maddi əsası elmi-texniki tərəqqidir.İş
prosesinin mexanikləşdirilməsi, istehsalın eləktrikləşdirilməsi ilə
ayrılmazdır. Eləktrikləşdirmə olmadan kompleks
mexanikləşdirmə, avtomatlaşdirma ola bilməz, bunlarsız isə müasir dövrdə
əmək məhsuldarlığını artırmaq mümkün deyil.
3.ETT-nin
inkişafında elmin rolunu şərh edin.
---Təcrübədə
sübut olunub ki,elm sahəsinə qoyulan
kapital daha çox mənfəət gətirir.
İnkişaf etmiş dövlətlərdə elmin, təhsilin inkişafına böyük həcmdə maliyyə
vəsaiti ayırmaq təsadüfi deyildir.
4.Əməyin
intensivliyi və onun əmək
məhsuldarlığının yüksəldilməsinə
təsirini danışın.
---Əmək
intensivliyi dərəcəsi dedikdə , vaxt vahidi ərzində iş qüvvəsinin nə qədər sərf
edilməsi başa düşülür. Eyni vaxtda daha intensiv əmək az intensiv əməyə nisbətən daha çox səmərə verir.
5.Normal və qeyri-normal
əməyin intensivliyi nədir?
---Əmək
intensivliyi normadan yüksək olduqda , məhsul istehsalı çoxalsa da, insanın
sağlamlığına mənfi təsir göstərir. Eyni zamanda normadan aşağı əmək
intensivliyi də mənfi haldır. Bu ,təkcə əmək məhsuldarlığının aşağı düşməsinə
səbəb olmur, eyni zamanda istehsalın əsas amili insanı passivləşdirir, istehsal
vasitələrinin səmərəsiz istifadəsinə gətirib çıxarır. Normal intensivlik
iqtisadiyyatın inkişafını təmin edir.
6. Əmək
məhsuldarlığının yüksəldilməsində əməyin təşkilinin rolu nədən ibarətdir?
---Əmək vasitələrinin saz, xammalın yerində olması, iş yeri-nin işıqlı ,rahat
, səs-küyün həddindən çox olmaması , nəqliy-yatın normal işləməsi, idarə edənlərin işçilərə
qayğı, xoş ,mədəni və mehriban münasibətləri də istehsalın elmi təşkilinə
daxildir.
7.Əmək
intizamı və əmək məhsuldarlığı arasında
əlaqənin olmasını şərh edin.
---Əmək
məhsuldarlığı və əmək intensivliyi əmək intizamı ilə də sıx bağlıdır.Şuurlu
əmək intizamının yaranması əmək məh-suldarlığının yüksəldilməsində mühüm
şərtdir.Yaponiya ölkəsinin sürətli inkişafı ,hər şeydən əvvəl, orada yüksək şüurlu
əmək intizamı ilə bağlıdır.
7-ci mövzu:Əmək
hüququ.
Tədqiqat
sualları:
1.Hüquqi
qanunlar,o cümlədən əmək hüququ qanunları qəbul olunarkən dövlət nəyə
əsaslanır?
---Hər bir
dövlətin əmək hüququ,həmin dövlətin konstitutsiyasında öz əksini tapır. 1995-ci
ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitutsiyasında respublika vətəndaşlarının əmək hüququ
müəyyənləşdirilmişdir.
2.Bazar
iqtisadiyyatı ölkələrində işə cəlbolnma metodu necədir?
---Normal
bazar iqtisadiyyatı istiqamətində inkişaf edən dövlətlərdə heç kəs zorla
işlədilə bizməz. Vətəndaş əmək hüququ əmək müqavilələri əsasında həyata
keçirir.
3.İnzibati-
amirlik sistemi ölkələrində əhalini işə cəlbolnma metodu necə olmuşdur?
--- İnzibati-
amirlik sistemi ölkələrində əhalini işə cəlbolnma metodu məcburi
olmuşdur.Çox vaxt əmrlə minlərlə azərbaycanlı SSRİ –nin bir sıra regeonlarına, Sibirə,Cernobila
göndərilmişdi.
4.Məcburi
əməyə cəlb etmə hansı hallarda ola
bilər?
---
Azərbaycan Respublikasının Konstitutsiyasında
bəzi hallarda məcburi əməyə cəlb etmək də nəzərdə tutulub.Məhkəmə qərarı
əsasında fövqəladə vəziyyət və hərbi
vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol
verilir.
5.Vətəndaşların
əmək hüququnun qarşısında həmkarlar təşkilatının rolu nədən ibarətdir?
--- Vətəndaşların
əmək hüququnun qorunması dövlət
orqanları və həmkarlar təşkilatının
vəzifəsıdir. Həmkarlar təşkilatı
hər bir müəssisədə işçilərin əmək hüquqlarını müdafiə edir.
6.Zəhmətkeşlərin
tətil etmək hüququ varmı və hansı hallarda tətil etmək qanunla qadağandır?
---Konstitutsiyasının
36-cı maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə
tətil etmək hüququ vardır. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən
hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər
7.Əhalinin
istirahət və sosial təminat hüququnu
necə başa düşürsünüz?
--- Əmək
müqavilələrində işləyənlərə qanunla
bayram və istirahət gündə 8 saatdan artıq olmayaraq iş günü ,
ildə bir dəfə ödənişli məzuniyyər verilməsi təmin edilir. Konstitutsiyada hər
bir vətəndaş müəyyən yaş həddinə çatdıqda, xəstəliyinə,əliliyinə, əmək qabiliyyətini itirdiyinə və qanunla nəzərdə
tutulmuş digər hallarda sosial təminat hüquqna
malikdir.
“İqtisadiyyatın
əsasları” fənn müəllimi N. Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta
məktəbin müəllimi Manafov Əsgər Əmirxan oğludur
.
X Siniflər üçün dərs mövzuları.
1 həftənin X Siniflər üçün dərs mövzusu
Bölmə-
IV “İstehsal və İstehlak”
Mövzu -1.”İstehsal və təkrar istehsal”
Mövzu -1.”İstehsal və təkrar istehsal”
Köməkçi
suallar:
1)Təkrar istehsal
nədir və nə üçün zəruridir?
--(Daimi
əlaqələrdə fasiləsiz axın yolu ilə bərpa olunan ictimai istehsal prosesinə
təkrar istehsal deyilir. Maddi nemətlər daim yaradılmalıdır, istehsal ildən-
ilə fasiləsiz surətdə təkrar olunmalıdır)
2)Sadə
təkrar istehsal nədir və onun xüsusiyyətləri nədən ibarətdir?
--(
Həmişə eyni miqdarda məhsul yaradılırsa
sadə istehsal baş verir.)
3)Geniş
təkrar istehsal nədir və onun xüsusiyyətləri nədən ibarətdir?
--(Artan
miqdarda təşkil olunan istehsal
prosesinə geniş təkrar istehsalı deyilir.
4)
Geniş təkrar istehsalı zəruri edən şərtlər hansılardır?
--(
Geniş təkrar istehsalı təmin etmək üçün bazarda zəruri istehsal
vasitələri,yaşayış vasitələri,azad fəhlə olur. İstehlak olunmuş məhsulun yerini
doldurmaq üçün yeni məhsulun təkrar istehsalına zərurət yaranır.)
5)
Geniş təkrar istehsalın hansı tipləri var?
--(1. Ekstensiv,2.İntensiv,3.Qarışıq tipləri
vardır.
Ekstensiv
–İstifadə olunan istehsal amillərinin
miqdarının artması nəticəsində
istehsal potensialının artması.
İntensiv
–texnikanın və texnologiyaların təkminləşdiriməsi nəticəsində istehsal
potensialının artması.
Qarışıq-
İstifadə olunan istehsal amillərinin
artması, texnikanın və texnologiyaların təkminləşdiriməsi nəticəsində
istehsal gücünün artması.
6)İstehsalın
intensivləşdirilməsinin mənfi cəhətləri nədir?
--( Ekoloji
böhran dərinləşir, bu isə nəiki
sənayedə,kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə , havanın
,suyun ,torpağın zəhərlənməsinə,hətta canlı aləəmin məhv olunmasına gətirib
çıxarır.)
2 həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
2.”Ümumi milli məhsul”
Tədqiqat suallar:
1)İqtisadiyyatın
vəziyyətinin göstəricilərindən biri ümumi milli məhsuldur.Onun tərifini deyin.
--(
İl ərzində ölkədə istehsal olunmuş hazır
məhsul və xərclərin cəminə ümumi milli
məhsul deilir(ÜMM).
2)
Ümumi milli məhsulun fiziki və dəyəri ölcülərini izah edin.
--(ÜMM-un həcminin fiziki ölçüsü ton, metr,ədəd və s.
ilə ifadə olunur.Dəyər ölçüsü isə pul ilə müəyyən olunan bazar dəyərləridir.)
3)Son
və aralıq məhsul anlayışını şərh edin.
--(
ÜMM-un həcmi müəyyən edərkən aralıq əmtəələr deyil, əmtəələrin son
istehsalı əsas götürülür.)
4)
Ümumi milli məhsulun hesablanmasının iki metodu var.Onun hər birini ayrı-ayrılıqda
izah edin.
--(
Biri ÜMM-un xərcləri üzrə, diyəri isə ÜMM-un gəlirləri üzrə. Hər iki üsul
qarışılıqlı surətdə əlaqədardır.İstehlakçının
məhsulun əldə olunmasına sərf etdiyi xərclər istehsalçı gəlir şəkilində
alır. Birinci yanaşma son məhsul heysablanmasına müncər edilir. İkinci isə
əlavə olunmuş dəyərə əsaslanır.)
5)Ehtiyat
fondları nədir,o, nə üçün yaranır,o
fondlar ümumi milli məhsulun xərclərinə daxil edilirmi?
--(
Hər bir dövlət təkrar istehsalın
fasiləsiz baş verməsini təmin etmək
məqsədilə ehdiyat fondları yaradır. Ehdiyatda xammal ,maşın,avadanlıq
saxlayır.Bu on görə lazımdır ki, təbii fəlakət baş verə bilər,müharibələr
olar.Buna görə də bu ehti-yatlar üçün
çəkilən xərclər də ÜMM-un istehsal xərclərinə daxıl edilir.)
6)
İdxal və ixrac əmtəələrinə və xidmətlərinə çəkilən xərclər ÜMM-un xərclərinə
daxil edilirimi?
--( İdxal və
ixrac əmtəələrinə və xidmətlərinə çəkilən xərclər ÜMM-un xərclərinə daxil
edilir.Hər bir dövlət çalışır ki,ixrac itxaldan üstün olsun .İxrac üstünlük
təşkil etdiydə dövlətin gəliri çox olur.ÜMM-un gəlir lərin böyük hissəsini əmək
haqqi təşkil edir.Buraya müəssisələrin
sosial sığorta fondu, pensiya təminatı, tibbi xidmət vəişsizlik üzrə
müavinat fondlarınında yaradılmasına ödənişlərdə daxildir.
3 həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 3. “Milli gəlir.(Xalis milli məhsul)
Tədqiqat
suallar:
1)
Ümumi milli məhsulu və milli gəliri bir-birindən fərqləndirin.
--İstehsal
prosesində istehlak olunmuş istehsal
vasetəlrinin dəyəri ümumi məhsuldan çıxılmır, amartizasiya
ayırmaları da ümumi milli məhsula daxil
deyil. Xalis milli məhsul
hesablanarkən ümumi milli məhsulun dəyərindən istehsal prosesində
istehlak olunmuş istehsal vasitəlrinin dəyəri çıxılır.
2)Milli
gəlirin tərifini deyin.
--Ümumi
milli məhsulun dəyər tərkibindən
istehlak olunmuş istehsal vasitələrinin dəyəri
çıxdıqdan sonra yerdə qalan hissəsinə Milli gəlir(Xalis milli məhsul
XMM) deyilir
3)Milli
gəlir hansı sahələrdə yaranır?
--Milli
gəliri istehsal sahəsində yaradır.
4)Milli
gəlirin artırılmasına hansı amillər təsir göstərir?
--Milli
gəlirinaşağıdaki amillərdən asılıdır: a)maddi istehsal dairəsində tətbiq edilən
əməyin kütləsindən, b) maddi istehsal dairəsi
işçilərin əmək məhsuldar-lığınım
artmasından,c) istehsal vasitələrinə qənaət edilməsi də milli gəlirin artmasına
səbəb olur.
5)Milli
gəlirin çoxaldılması və onun əhalinin həyat səviyyəsinin yüksəldilməsində
millətin müstəqil olmasının əhəmiyyətini şərh edin.
--İqtisadiyatmızın
inkişafı müstəqiliyimizin qorunub
saxlanması ,əhalinin hyat səviyyəsinin yüksəldilməsi milli gəlirin artım sürətindən asılıdır.
6)Keçmiş
SSRİ-də nə üçün Azərbaycan Respublikasında adambaşına düşən milli gəlir çox
aşağı olmuşdur?
--XX əsrin
əvvəlində dünyada istehsal olunan
neftin yarsından çoxu Abşeron
yarmadasının payına düşmüşdür. Amma burada
insanların həyat səviyyəsi o vaxt da çox aşağı idi. Müstəmləkə və asılı
ölkələri impiriyadan asılı vəziyyətdə
saxlamaqla ,həmin ölkələrin təbbi sərvətini talamaqdır.
4
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu
-4.”İstehsal ilə istehlakın qarşılıqlı vəhdəti”
Tədqiqat suallar:
1)İctimai istehsalın fazalarını sayın?
--Maddi
istehsal prosesi dörd fazadan-
istehsal,bölgü,mübadilə və istehlak mərtələsindən kecir.Təkrar itehsal
prosesində istehsal fazası aparıcıdır.
2)İstehsal və istehlakın tərifini deyin və
istehlakın 2 növünü bir-birindən fərqləndirin.
--İstehlak
məfhumu altında iki növ istehlak nəzərdə tutulur: şəxsi istehlak və istehsal
istehlakı.Şəxsi istehlak məhsullarn
insanların öz tələbatlarını
ödəməsi deməkdir.Əgək məhsullar bilavasitə istehsal prosesində istifadə edilirsə,buna istehsal istehlakı deyilir.
İstehsal istehlakına məhsuldar istehlak
da deyilir.
3) İstehsal ilə istehlakın qarşılıqlı əlaqəsini
və bir-birini şərtləndirdiyini şərh edin.
--İstehsal
fərdi və ictimai formalarda baş verir .Bunlar
həm bir-birilə əlaqədardır,həm də bir- birindən fərqlənirlər.İstehsal
edən fərd müstəqil deyil,tama,bütövə
mənsüb kimi meydana çıxır.
4) İstehsalın
inkişafında təbii şəraitin rolu varmi, əgər varsa hansı şərt daxilində müsbət
rol oyanaya bilər?
-- İstehsalın
inkişafında təbii şərait, yəni torpağın məhsuldar-lığı,yeraltı sərvəttlərin
zənginliyi,iqlim təhsir göstərir.Bu
şərtlə ki,dövlət müstəqil olsun.
5) İstehlak
İstehsalın inkişafına necə tesir
göstərdiyini izah edin.
--Məhsul
yalnız istehlakda son nğqtəsinə çatır.İstehsalsız istehlak yoxdur, çünki bu
halda istehsal məqsəqsiz olardı.
6)İstehsalın yeni təlabatlar yaratmasını sübut edin.
--İstehlak
yeni istehsala təlabat doğurur. İstehlak istehsal üçün hərəkətverici amil olur. Təlabat fasiləsiz olaraq artır
,həmdə tələbat istehsalı qabaqlayır .İstehsal isə , artan tələbatı ödəməlidir.
Beləliklə,istehsal ilə istehlak qarışıqlı təsiri istehsalın inkişafına təkan
verir.
5
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu -5.” İstehsal fondları və
onların dövranı”
Tədqiqat suallar:
1) İstehsal
fondları nədir?
---Müəssisələrin
sərəncamında olan istehsal prosesində xidmət edən maddi vəsaitlər onların
istehsal fondlarını təşkil edir.
2) Hansı
şəraitdə pul kapitala çevrilir və o, hansı formalar alır?
---P—Ə=<Iq/Iv.Dövranın
bu mərhələsində pul kapitalın istehsal
forması alan kapitala çevrilir. Yəni pul ilə istehsal vasitələri alınır.Əmtəə
yaradıldıq-dan sonra istehsal prosesi kəsilir .Məhsuldar kapital isə əmtəə
kapitalına
Ə–yə
çevrilir.
3) İstehsal
fondlarının dövranını və 3 mərhələdən keçməsini izah edin.
---İstehsal fondlarının üçüncü mərhələsi Ə-P
şəkilində ifadə olunur. Əmtəələrin
satılması nəticəsində kapital
yenidən əvvəlki formanı –pul formasını alır.
4.İstehsal fondlarının dövranın bir-biri
ilə əlaqədar olmasının və onun 2
mərhələsinin həlledici olmasını izah edin.
---
İstehsal fondlarının dövranın bir-biri ilə qarışıqlı əlaqədardır.İstehsal
fondlarının hərəkəti bu və ya digər
mərhələdə ləngiyirsə,deməli ,bütövlükdə onun dövranı normal həyata keçirilmir.
5.İstehsal fondlarının dövranın tərifini
verin.
---İstehsal
fondlarının dövranı istehsal prosesinin və tədavül prosesindən
ibarətdir.Kapital əmtəə formasından pul formasına və pul formasından daəmtəə
formasına çevrilir.
6.Tədavül
xərcləri nədir?
---
Tədavül xərclərinə iş qüvvəsi,istehsal vasitələri alınmasna, idarə işçilərin
saxlanması üçün verilən xərclər, habelə
alınmış materialların,xammalın, avadanlıqların daşınması ilə əlaqədar olan
xərclərdə daxildir.Bundan başqa istehsal edilmiş əmtəələri satmaq üçün
fəhlələrinin və qulluqçularının saxlanması,ambarlar və s. (reklamlara) lazımdır.
7.Xalis
tədavül xərclərini istehsalın davamı ilə əlaqədar olan tədavül xərclərindən
fərqləndirin.
---
Əmtəələrin qablaşdırılması,saxlanması və
istehlakçıya çatdərəlması ilə bağlı xərclər məhsuldar xərclər adlanır. Dəyərin
formalarının dəyişməməsi ilə əlaqədar çəkilən
xərclərə xalis tədavül
xərcləri deyilir.
6
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu -6.” İstehsal fondlarının
dövriyəsi.
Əsas və dövriyyə fondları”
Tədqiqat suallar:
1)
İstehsal fondlarının dövranı
ilə dövriyyəsinin bir-birindən fərqini və üzvi əlaqəsini göstərin.
---İstehsal
fondlarının dövranı ilə dövriyyəsi arasında
üzvi əlaqə vardır. İstehsal fondlarının dövranı müxtəlif istehsal və
tədavül şəraiti ilə əlaqədardır.
Fasiləsiz surətdə təkrar olunan və istehsalçıların sərf etdiyi dəyərin öz ilkin
formasına tam qayıtması ilə nəticələnən
prosesə fondların dövriyyəsi deyilir.
2)
İstehsal fondları 2 hissəyə
bölünür-əsas və dövriyyə fondlarına.Bunların tərifini deyin və şərh edin.
---
İstehsal fondlarının dövriyyə surətinə
təsir edən mühüm amillərdən biri
istehsal fondlarının əsas və dövriyyə
fondlarına bölünməsidir İstehsal fondlarının istehsal prosesəndə
bütünlüklə iştirak edən, öz şəkilini
saxlayan ,öz dəyərini məhsul üzərinəən ünsürlərinə əsas istehsal fondları
deyilir.
3)
Əsas fondlar hansı tərkib
hissələrə bölünür?
---
Əsas fondların tərkibində aktiv və passiv ünsürləri fərqləndirmək
lazımdır. Aktiv ünsürlər (maşınlar, avadanlıqlar, ölçü və tənzimləyici
cihazlar)əmək predmetinə təsir göstərir. Əsas fondların passiv (binalar,
qurğular) ünsürləri istehsal prosesinə xidmət edir.
4)
Hər bir dövlət və sahibkar
əsas fondların tərkibində aktiv hissəsini artirmağa çalışırlar. Bunda məqsəd
nədir?
5)
--- Əsas fondların tərkibində aktiv hissəsini
artirmağa çalışırlar ona görə ki,ETT və bunun əsasında əmək məhsuldarlığının
yüksəldilməsi bundan çox asılıdır.
6)
İstehsal fondlarının dövriyyəsinə
hansı amillər təsir göstərir?
---Dövriyyə
surəti nə qədər çox olarsa iqtisadiyyat daha güclü olar.Çünki istehsal fondlarınin
dövriyyə sürəti geniş təkrar istehsalın
maneısiz inkişafına şərait
yaradır.
7
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
7.”Əsas fondların fiziki və mənəvi aşınması”
Tədqiqat
suallar:
1)
İstehsal fondlarının fiziki
aşınması və onun 2 yolunu şərh edin.
---Əsas
istehsal fondlarının istehsal prosesində öz hissə-hissə yeni yaranan əmtəənin
üzərinə keçməsinə dəyərini əsas fondların fiziki aşınması deyilir.Birinci,istehsalat
fondları istehsal prosesində işləyən zaman
aşınır, yeyilir,köhnəlir, müəyyən olunmuç vaxtda öz dəyərini
yeni istehsal olunmuş əmtəənin üzərinə keçirir.İkinci,əmək vasitələri
istehsala tətbiq edilmədən təbii şəraitin(yağıçın,güünəşin altında,açıq havada
sanlanılır) təsiri altında öz xassələrini itirir.
2)
Bazar sistemi ölkələrində istehsal fondlarından
səmərəli istifadə olunmasının səbəbləri hansılardır?
---
Bazar iqtisadi sistemində sahibkar bisavasitə istehsal fondların mülkiyyətçisi
olduğuna görə ondan səmərəli istifadə
etməyə,ona xidməti daha yaxşı təşkil etməyə çalışır və ona nail olur.
3)
İnzibati-amirlik sistemi
ölkələrində əsas
fondlardan düzgun istifadə edilməsinin səbəbi və onun mənfi nəticələrini izah
edin.
---
İnzibati-amirlik sistemində əsas istehsal fondları dövlətin inhisarında olduğuna
görə ondan səmərəli istifadəni normal
təşkil edə bilmir.Bu sistemində
istehsala rəhbərlik edənlərin və istehsalçıların istehsal fondlarından
səmərəli istifadə etməkdə maddi maraqları olmur.
4)
İstehsal fondlarının mənəvi
aşınmasının səbəblərini danışın.
---İstehsal
fondlarının mənəvi aşınması fiziki aşınmasıdan fərqli bir formada baş verir. İstehsal fondlarının
mənəvi aşınmasının əsas səbəbi ETT-dir.
5)
Amortizasiya fondu nədir?
---
İstehsal prosesində istehsal fondlarının dəyəri
yeni yaranmış əmtəənin üzərinə
keçir və əmtəə reallaşdıqdan sonra həmin hissə pul şəkilində sahibkarın sərəncamina keçir .Bu məblığ
amartizasiya fondunu təşkil edir. Amartizasiya ayırmaları nə qədər
çox olarsa istehsalin daha yaxşı inkişaf edir.
6)
Dövriyyə vaxtı və onun tərkib
hissələrini izah edin.
---
Dövriyyə vaxtı istehsal vaxtı ilə tədavül
vaxtının cəmidir.
8 həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu -8.” İstehsal xərcləri”
Tədqiqat suallar:
1)
İstehsal xərcləri nədir və onu
hesablamağı zəruri edən şərtlər hansılardır?
---Məlumdur
ki,məhsulun qiyməti dəyərlə bərabər,
tələb və təklifin qarışıqlı təsiri nəticəsində müəyyən müəyyən olunir.Bazara
çıxarılan məhsulun kəmiyyət və keyfiyyəti isə istehsal xərclərindən
asılıdır.İstehsal xərcləri qiymətin müəyyən
olunması üçün əsas amildir.
2)
İqtisadi ehtiyatlara nələr
daxildir və onlardan səmərəli istifadə etməyin zəruriliyi nəyə görə lazımdır?
---İstehsal
xərclərinin səviyyəsi əmtəənin istehsalı
üçün zəruri iqtisadi ehtiyatlardan(torpaq,su,faydalı qazıntılar, insan
ehtiyatları.istehsal vasitələr) səmərəli
istifadə edilməsindən çox asılıdır.
3)
İstehsal xərclərinin
strukturunu şərh edin.
---İstehsal
xərcləri quruluşuna istehsal binaların istismarına görə xərc ,dəzgah,maşın,
avadanlıqın alınması və quraşdırılması xərcləri,icarə haqqı,xammal.köməkçi
material,enerji,yanacağa çəkilən xərclər ,fəhlələrin və qulluqçuların əməh haqqı daxildir.
4)
İstehsal xərclərinin aşağı
salınmasında sahibkarın rolunu izah edin.
---
İstehsal xərclərinin aşağı salınmasında həm dövlət, həm də sahibkar-lar
maraqlıdırlar. Onlar istehsal xərclərini aşağı salmaq üçün bütün vasitələrdən
istifadə edirlər .
5)
İstehsal xərclərinin aşağı salınmasının
yollarını şərh edin.
------
İstehsal xərclərinin aşağı salınmasında
həlledici amili əmək məhsuldarlığıdır.Əmək
məhsuldarlığı işçilərin əmək haqqina nisbətən daha surətlə artarsa canlı qənaət
edilmiş olur.Yeni texnikanın tətbiqi və yüksək keyfiyyətli əmək predmitləridən istifadə edilməsi
istehsal xərclərinin azaldılmasınım başlıca amillərdən biridir.
6)
Alternativ xərclər nədir və
onun nəzərə alınmasının əhəmiyyəti nədən ibarətdir?
---Sahibkar
öz pul ehtiyatlarını müxtəlif cür,həm mövcud istehsalın
genişlən-dirilməsinə,həm də yeni növ istehsalın təşkili üçün istifadə edə
bilər.Hansı yeni miqdar istehsal
xərcləri ilə daha çox gəlir verərsə,o sahəni seçmək lazım gəlir.
9
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 9.” İstehsalın səmərəliyi”
Tədqiqat
suallar:
1)
İstehsalın
səmərəliyi nə deməkdir?
--İstehsalın
səmərəliliyi,ən az xərclərlə məhsul,əmtəə istehsal etmək,müəyyən həcimdə
keyfiyyətli məhsul istehsalı üçün ehtiyatlardan
mümkün qədər qənaətlə istifadə etmək deməkdir.
2)
Bazar sistemi ölkələrində istehsalın
səmərəliyinin yüksəldilməsi təmin edən şərtləri izah edin.
--Bazar sistemi müəssisə səviyyəsində,əsasən ,
istehsalın səmərəliliyini təmin edir.Səmərəli təsərrüfat qurmayanların bazarda
yeri yoxdur.
3)
İnzibati-amirlik sistemi
ölkələrində istehsalın həm mikro, həmdə makro səviyyədə istehsalın səmərəlilyinin
yüksəldilməsi coxlu maneələrə rast gəlir.Bunun səbəbini izah edin.
--İnzibati-amirlik sistemində mərkəzdən
verilmiş dövlət planları müəssisə hökman yerinə yetirməyi qarşısına məqsəd
qoyur.Maddi maraq və ciddi məhsuliyyət olmadığı üçün müəssisələrdə
israfçılıq,bədxərclik son həddə çatır.
4)
İstehsalın səmərəliyinin
yüksəldilməsində əmək məhsuldarlığının əsas amil olmasını sübut edin.
---
İstehsalın səmərəliyinin yüksəldilməsində
əmək məhsuldarlığının artımının dörddə üç hissəsi istehsalın texniki səviyyəsinin yüksəlməsi ilə müəyyən olunur.
5)
İstehsalın səmərəliyinin
yüksəldilməsinə təsir göstərən amillərdən biri istehsalın quruluşu və onların
arasındakı əlaqələrin mükkəməl olmasıdır. Bunu
izah edin.
--İstehsalın səmərəliyinin yüksəldilməsinə
təsir göstərən amillərdən biri istehsalın quruluşu və onların arasındakı
əlaqələrin təkminləşdirilməsi-dir.Biri-biri üçün məhsul istehsal edən sahələr
arasında(hasiledici sənayə sahələri ilə emaledici sənaye arasında) optimal nisbət yaradılmalıdır.
10 həftənin X Siniflər üçün dərs mövzusu
10-cu mövzü: ” İstehlakın səmərəliyi”
Tədqiqat suallar:
1.Səmərəli istehlakı zəruri edən şərtləri sayın və onu əsaslandırın.
---Bir tərəfdən əhalinin sayının
artması,digər tərəfdən onun mədəni səviyyəsinin yüksəlməsi daha çox məhsul
yaratmağı,həm də istehlakın səmərəli
təşkilini tələb edir. Təbii sərvətlər sonsuz deyildir. Bu istehlakın
səmərəli təşkilini zəruri edir.
2.İstehlakın səmərəliyini yüksəltməyin hansı yolları var?
--- İstehlakın səmərəliyini
yüksəltməyin yolları ehtiyatlardan səmərəli və qənaətlə istifadə etməkdir.
3. Rus- Sovet imperiyası dövründə Azərbaycanın neft ehtiyatlarının
vəhşicəsinə istismarını sübut edən faktlar gətirin və bunun istehlakın səmərəliyinə mənfi təsir gostərməsini
sübut edin.
--- Çar rusiyası , Rus- Sovet imperiyası
dövründə Azərbaycanın neft ehtiyatlarının vəhşicəsinə istismar
etmişlər.Nəticədə köhnə neft mədənlərində çıxarılan neft son dərəcə
azalmışdır.Hazırda neft və qaz əsasən dənizdə çıxarılır.İstehsal baha başa
gəldiyi üçün istehlakında səmərəliliyini aşağı salır.
4.Məhsuldar istehlakın səmərəli təşkilini istehsalın inkişafına müsbət
təsirini şərh edin.
--- Məhsuldar istehlakın səmərəli təşkilini
istehsalın inkişafına müsbət təsir göstərən amillərdən biridir. İstehsal
fondları istehsal prosesində istehlak olunur.
5.İş qüvvəsinin səmərəli istehlakı nə deməkdir və onun elmi təşkili
istehsalın inkişafına nece təsir göstərir?
--- İş qüvvəsi istehsal prosesində
istehlak olunur. İş qüvvəsidə məhsuldar istehlaka aiddir.İsrehsalın elmi
təşkili o deməkdir ki,i. günü ərzində bütün
qabliyyət və bacarığını məhsulun
istehsalına yönəldə bilsin.
6.İş qüvvəsinin təkrar istehsalın səmərəli təşkilində əmək haqqının və
qiymət səviyyəsinin rolu nədən ibarətdir?
--- İş qüvvəsinin təkrar istehsalın
səmərəli təşkilində əmək haqqının və qiymət səviyyəsindən asılıdır.Hər bir şəxs
i.dən sonra normal istirahət edərsə,fizioloji tələbatını ödəmək üçün lazım olan qida məhsulları istehlak
edərsə işçi sağlam ,gumrah və çevik
olar.Bunlar da,öz növbəsində əmək məhsuldarlığına müsbət təsir göstərir. Bunlar
da yeni istehsalın və eyni zamanda istehlakın səmərəliliyinə aid edilə bilər
11
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 11.” Azərbaycanın istehsal
(iqtisadi) potensialı, iqtisadi inkişaf səviyyəsi və strukturu”
Tədqiqat suallar:
1)Xalq
təsərüfatının kompleks inkişafı nə deməkdir?
-- Xalq
təsərüfatının kompleks inkişaf nəticə etibarilə mövcud iqtisadi potensial-dan
sosial-iqtisadi səmərə ilə, normal istifadə edilməsi deməkdir.
2)Iqtisadi
potensial nədir və onun tərkib hissələrni izah edin.
--- Iqtisadi
potensial anlayışına hələ məhsuldar qüvvələr kimi fəaliyyət göstərmə-yən, lakim
gələcəkdə belə bir qüvvə kimi çıxış edə biləcək ünsürlər də daxildir. Iqtisadi
potensial aşağıdakılar daxildir:1)hər cür əmək vasitələri; 2)hər cür əmək
predmetləri; 3)əmək ehtiyatları; 4)istehsala cəlb edilə biləcək təbii
ehtiyatlar;
5)
mövcud məcmu məhsul və onun əvvəlki
illərdən toplanmış ehtiyatlar;
6) valyuta
ehtiyaları;7) cəmiyyətin istehlak qabiliyyəti;8)elmi potensial. Iqtisadi
potensial iki qrupa bölmək olar.İstehsal və qeyri- istehsal təyinatlı iqtisadi potensial.
3)Respublikamızın
istehsal fondlarının kəmiyyət və keyfiyyət durumunu izah edin.
---
Respublikamızın istehsal fondlarının kəmiyyət və keyfiyyətcə atrmasında
əhəmiyyətli dərəcədə irəliləyiş
olmuşdur. Məhz bunun nəticəsində Azərbaycan
iqtisadiyyatının inkişaf tempi artmış vəMDB ölkələri arasında lider dövlətə çevrilmişdir.
4)İstehsal
infrastrukturu nədir və iqtisadiyyatın kompleks inkişafında onun rolu nədən
ibarətdir?
--İnfrastruktur
anlayışına maddi istehsalın fəaliyyə
göstərməsinə xidmət edən sahə və bölmələr daxildir.İnfrastrukturun ən mühüm
sahəsi nəqliyyatdır. Respublikamızda xalq təsərrüfatında nəqliyyatın bütün
növləri –dəmir yolu, dəniz,cay, avtomobil, hava , boru-kəmər vəs. istifadə
edilir.
12 həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 12 ” IV bölmədə keçirilən
mövzuların
təkrarı.”
13
həftənin X Siniflər üçün dərs mövzusu
Bölmə- V “Bazar iqtisadiyyatı və onun məzmunu”
Mövzu-
1.”Əmtəə istehsalı”
Tədqiqat suallar:
1)Natural və əmtəə təsərrüfatı barədə rəy
söyləyin.
-- Natural və
əmtəə təsərrüfat sahələri bir-birindən fərqlənirlər.
-- Natural
təsərrüfat sahələrində məhsul istehlaka birbaşa, əmtəə təsərrüfatı sahəsində
alqı-satqı yolu ilə daxil olur.
2)Əmtəə istehsalın şərtləri hansılardır?
--Satış üçün
istehsal olunan məhsula əmtəə
deyilir.İstehsalçı məhsulu özünün
tələbatını ödəmək üçün deyil,satmaq məqsədlə istehsal olunur.
3)Əmtəənin xassələrini göstərin.
-- Əmtıınin
iki xassəsi vardır:istehlak dəyəri və dəyər. İstehlak dəyəri məhsulun
faydalı(maddi,mədəni,mənəvi tələbatlar ödənilməsi) olmasının göstəricisidir.
4)Əmtəənin dəyər kəmiyyəti nədir?
--Əmtəənin
dəyər kəmiyyəti həmin əmtəədə
maddiləşmiş ictimai əmək kimi qəbul edilmişdir.Əmtənin dəyəri onun
istehsalına sərf olunmuş fərdi əməklə deyil,ictimai əməklə ölçülür.
5)Fərdi və ictimai dəyəri səciyyələndirin.
--Fərdi əmək bu və digər əmtəənin istehsalına sərf olunmuş əməkdir.Bu əmək
əmtəəsinə fərdi dəyətini yaradır.Əmtəələrin fərdi dəyəri müxtəlifdir.Bazarda
əmtəələr satılarkən fərdi dəyərinə uyğun deyil,ictimai dəyərə,bazar qiymətinə
uyğun satılır.İctimai dəyər əmtəədə maddiləşmiş ictimai əməkdir.
6)Mübadilə
dəyəri nəyə deyilir?
---Bazarda
alqı-satqı prosesində dəyər özünü mübadilə dəyəri şəklində təzahür
etdirir.Mübadilə dəyəri ,bir istehlak dəyərinin diğər istehlak dəyərinə dəyişdirilməsindəki nisbətə deyilir.
Mübadilə dəyəri əmtəələrin alqı-satqı prosesində baş verir
14
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 2.” Əmtəə tədavülü”
Tədqiqat suallar:
1)İstehsal ilə mübadilənin qarşılıqlı əlaqəsi necə baş verir?
---İctimai
istehsal fazaları bir-biri qarışıqlı əlaqıdardır.İstehsal digər fazların
matiyyətini müəyyən edir,lakin onlar da istehsala passiv deyildir,əksinə ,ona
mühüm təsir göstərirlər.
2)Alqı-satqının baş verməsində
mübadilənin rolu nədən ibarətdir?
---Əmtəə-pul
münasibətləri şəraitində əmtəə tədavülü olmadan ümumi milli məhsulun təkrar
istehsalı qeyri –mümkündür. Əmtəələrin hər biri alqı-satqı aktında həm tədiyyə
qabiliyyətli tələbatın ödənilməsi,həmdə də dəyərin önənilməsi həyata keçirilir.
3)Tədavül
xərcləri nədir?
--Əmtəələrin alınıb-satılması müəyyən
məsrəflərin olması tələb edir.Bu məsrəflər tədavül xərcəri adlanır.Tədavül
xərcləri iki yerə-əlavə tədavül xərcləri və xalis tədavül xərclərinə bölünür.
4) Əlavə tədavül xərcləri nədir?
---İstehsal
olunmuş məhsulu seçmək ,qablaşdırmaq,nəqliyyat vasitələrinə yükləmək,daşımaq,ambarlara
yığmaq,orada müəy-yən müddətə qədər saxlamaq zəruridir.Bu işlərərin hamısına
əlavə tədavül xərcləri deyilir.
5)Xalis tədavül xərcləri nədir?
---Əmtəələrin alqı-satqısı,haqq-hesab,tələb
vətəklifin öyrənilməsi,ticarət müəssi-sələrin saxlanması,saticıların əmək
haqqı,reklam xərcləri ilə olan xərclərə xalis tədavül xərcləri deyilir.
6)Xalis
tədavül xərcləri nə üçün daha sürətlə artır? Bunun mənfi və müsbət cəhətləri
nədən ibarətdir?
---Sahibkarlar
əmtəələrin reallaşmasını sürətləndirmək məqsədilə reklam əməliyyatını
genişləndirirlər. Bu isə xalis tədavül xərclərinin artmasına səbəb olur. Xalis
tədavül xərclərinin xeyli hissəsi reklam
xərclərinin payına düşür. Reklamın müsbət cəhəti rəqabətin mövcud olmasına
şərait yaradır və inhisar-çılığı zəiflədir.Reklamın mənfi cəhəti daha çox
təbliğat xarakter daşıyır isteh-laçıları
çaşdırır,onları aldadır.
7)Reklam
nədir ?
---Reklam
məhsulların reallaşmasını sürətləndirir,az xərclə daha çox gəlir götürməyə
imkan verir.
15
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 3.”Ticarət və onun növləri”
Tədqiqat suallar:
1)Ticarət
kapitalı necə yaranmışdır?
---İstehsal
qüvvələrinin inkişafı,mübadilnin genişlənməsi,metal pulların meydana gəlməsi
nəticəində üçüncü böyük ictimai əmək bölgüsü yarandı.Bu ixtisaslaşmış bir
sahənin -ticarətlə məşğul olan tacirlərin yaranmasına səbəb oldu.
2)Kapitalizmin
inkişafında ticarət kapitalı nə kimi rol oynamışdır?
---Tacirlər
istehsalçılarla istehlakçılar arasında sadəcə vasitəçi deyil,eyni zamanda ,
onlar əmtəə istehsalçılarına sifarişlər verirlər,istehsalçılar öz məhsullarının satılacağına təminat aldığına
görə fəalliyət dairələrini daha da genişləndirirlər.
4)İstehsalın
normal inkişafında ticarətin rolu nədən ibarətdir?
---Kapitalist
istehsal üsulundan əvvəl yaranmış ticarət kapitalı onun inkişafında müsbət rol
oynayır.Lakin kapitalizm ,başqa sözlə ,bazar iqtisadyyatı şəraitində ,buradaki
münasibətlərə uyğun ,ticarət kapitalı yaranır.
5)Ticarətin
hansı formaları var?
--- Ticarətin
iki forması var---topdansatış və pərakəndə satışı.
6)Topdansatış
və pərakəndəsatış ticarəti necə təşkil olunur?
---Topdansatış
ticarəti adətən ticatət birjalarında ,yarmarkalarda həyata keçirilir.
Topdansatış ticarəti sahibkarların əmtəələrini iri partiyalarla
satılmasıdır.Pərakəndə satışda ticarət vasitəsilə əmtəələr bisavasitə
istehlakçılara çatdırılır , satılır.
16
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
4.”Bazar iqtisadiyyatının mahiyyəti”
Tədqiqat suallar:
1)Mülkiyyət
plüralizmi nədir?
---Bazar
iqtisadiyyatı,hər şeydən əvvəl , mülkiyyət plüralizmi(yeni rəngarəng
çoxluğu)ilə ,sahibkarlıq və biznes fəaliyyəti ilə səciyyəvidir.
2)Bazarda
hansı iqtisadi qanunlar fəaliyyət göstərir?
---İstehsalın
idarə və təşkil edilməsi bazar qanun və qaydalari əsasında aparılır.
3)Rəqabət
qanununun istehsalın inkişafında rolunu izah edin.
---Bazar
qanunlarının fəaliyyət göstərməsinə geniş
şərait yaratdığına görə , istehsaçılar arasında rəqabət yaranır.
4)Bazar
iqtisadiyyatının üstünlüklərini şərh edin.
--- Azad
rəqabətə əsaslanan bazar iqtisadiyyatı digər iqtisadi sistemdən üstündür.
Çünki
istehsalın nəticəsinə maddi marağın təmin edilməsi və rəqabətdə məğlub olmaq
təhlükəsi bazar subyektlərinin var gücləri ilə işləməsinə şərayit yaradər.
5)Bazar
iqtisadiyyatı şəraitində istehsalçıların istehlakçılar üzərində hökmranlığı
aradan qalxar. Bu proses necə baş verir və əhəmiyyəti nədir?
---Hər bir
satıcı öz əmtəəsinə daha baha qiymət qoymağa çalışsa da bazarda satıcılar çox
olduğuna görə alıcıların tələbinin təsiri altında ümumi qiyməti tənləşdirməyə
məcbur olurlar.Beləliklə, istehsalçıların istehlakçılar üzərində hökmranlığı
aradan çıxır və azad rəqabət baş verir.
17
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
5.”Bazar və onun növləri”
Tədqiqat suallar:
1)Bazar nədir?
---Bazar—müəyyən
əmtəə və xidmətlərin alıcı və satıcılarına birgə vasitəçilik idilməsi ifadə
edir.Bazar əmtəə təqavülünün konkret təzhür formasıdır.
2)Bazarın genişlənməsi nə ilə əlaqədardır?
---Azad
sahibkarlıq dövründə əmtəə tədavül dairəsi son dərəcə genişlənir və bununla
əlaqədar bazar sistemi də genişlənir.
3)Bazarın hansı növləri vardır?
---İstehsal
vasitələri bazarı,istehlak şeyləri bazarı,iş qüvvəsi bazarı,kapital bazarı,
qiymətli kağızlar bazarı kimi bazar
növləri var.Bazar növlərindən biridə auksiondur(hərracdır).
4)Bazar iqtisadiyyatı və inzibati-amirlik
sistemlərində bazarın xüsusiyyətlərini
göstərin.
---
Bazar iqtisadi sistemində istehsal
vasitələri bazrinda rəqabət və digər
qanunlar fəaliyyət göstrdiyinı görə istehsal vasitələri istehsalıedən
sahibkarlar əmtəələri keyfiyyətini yaxşılaşdırmaq və kəmiyyətini artırmağa çalışırlar.
İnzibati-amirlik sistemində istehsal vasitələri
istehsal edən muəssisələr əmindirlər ki,onların əmtəələri keyfiyyətdən,qiymətdən və növündən
asılı olmayaraq reallaşacaqdir Ona görə
də onlar yalnız planda göstərilən miqdarda istehsal vasitələri istehsal etməyi
qarşılarına məqsəd qoyurlar.
5)İnzibati-amirlik
sistemi ölkələrində nə üçün iş qüvvəsi bazarı olmamışdır?
---İnzibati-amirlik
sistemində iş qüvvəsinin dəyəri başqa
əmtəələr kimi mərkəzdən inzibati yolla müəyyən edilirdi. Bu sistemdə iş qüvvəsinin
dəyəri ən aşağı qabiliyyətli işçilərin
əsasında müəyyən edilmişdir.
18
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
6.”Birja”
Tədqiqat suallar:
1)Birja nədir?
---Birja
alman sözü olub,Azərbaycan dilində mənası çanta deməkdir. Birja bazarın
infrastrukturuna daxildir.
2)Birja nə vaxt və nə üçün yaradılıb?
---Birjanın
yaranması azad sahibkarlığın inkişafının yüksək mərhələsində zərurətə
çevrilmişdir.İqtisadiyyatın daha sürətlə inkişafı ilı əlaqədar olaraq tədavülə
dahaçox ,həm də müxtəlif əmtəələr daxil olduğuna görə onların reallaşması
çətinləşir.Bununla da bazarda birja növünü təşkil etmək zərurəti yaranır.
3)Birjaları kimlər təşkil edə bilər?
---Birja
ayrı-ayrı şəxslər və dövlət tərəfindən təşkil olunur Birjanı təşkilatçıları alıcı və satıcılara
xidmət göstərdiklərinə və vasitəçilik etdiklərinə görə ondan xidmət haqqı
alırlar.
4)Birjanın hansı növləri vardır?
---Birjanın
əmtəə,fond,valyuta,əmək birjaları kimi növləri vardır.
5)Broker və diler nədir, onların hansı
vəzifələri yerinə yetirilər, onların fərqləri nədən ibarətdir?
---Broker
ingilis sözüdür,nənası-vasitəçi deməkdir.Broker birjanın üzvü olmalıdır və öz vasitəçilik vəzifəsini yerinə yetirmək
üçün bazarda yer almalıdır.
Bazar
iqtisadiyyatı sistemində bazar subyektlərdən biri də dillerdir.Əgər broker
alqı-satqıda yalnız vasitəçilik edir və buna görə də haqq alırsa,diller həm də sonradan daha baha satmaq məqsədilə
qiymətli kağızlər alır Brokerlər kimi, əmtəələrin reallaşmasının
sürətlənməsində dillerlərin də xüsusi
rolu vardır.
19-20 həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
7.”Marketinq”
Tədqiqat suallar:
1)Marketinq nədir və ilk dəfə harda
yaradılmışdır?
---“Marketinq”ingilis
termini olub,”market” sözündən əmələ gəlmiş və mənası bazar yaratmaq deməkdir.
Marketinq ilk dəfə XX əsrin əvvələrində ABŞ-da yaranmışdır.
2) Marketinqin yaradılmasını zəruri edən
şərtləri şərh edin.
--- Marketinqin
zəruriliyinə ehtiyac yalnız istehsalın vəbazarın inkişafı üçündür. Bazar
iqtisadiyyatı şəraitində istehsalçılar rəqabət
mübarizəsində məğlub olmamaq üçün müxtəlif vasitələrdən istifadə editlər
ki,bunlarda biri də marketinqdir
3)Marketinqin vəzifəsi nədir və istehsalın
inkişafında onun nə kimi əhəmiyyəti
vardır?
---. Marketinqin tətbiqinin son məqsədi
firmaların gəlirlərini artırmaq və istehsal xərclərini azaltmaqdır. Marketinqin
bazarı, tələbatın strukturunu və dinamikasını daöyrənir.
4)Marketinqin prinsiplerini sayın və onları izah
edin.
---Əmtəə
istehsalının alıcıların tələbaından asılılığını öyrənmək,müəssisənin
rəqabər gücünün
artırılmasını.istehsalın və
maliyyələşdirmənin əlaqələndirilməsini,satışın daha yeni, formalarını tapmaq kimi prinsipləri hazırlamaq və həyata keçirilməsini təmin
etmək.
5)Marketinqin strategiyasını və taktikasını
şərh edin.
--- Marketinqin
strategiyasına yeni bazarın
tapılması,orada əmtəələrin satışını genişləndirmək,yeni əmtəələr üçün
bazarlarınxarakterini və xüsusiyyətləri öyrənmək də daxildir. Marketinqin taktikasından biri bazar marketinqinin
tədqiqidir.Bunun məqsədi bazarı kompleks öyrənməkdir. Bazar marketinqi sahibkarlara əmtəənin istehsal həcmini və
satışını müəyyən edərkən səhvlərdən
qaçmaqda kömək edir.
21
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-
8.”Tələb və təklif”
Tədqiqat suallar:
1)Tələb və təklifin hər birini ayrıca izah
edin.
---Tələb
bazarda təcəssüm olunan vəmüvafiq pul vəsaitilə təmin olunan tələbatların ifadə formasıdır.Tələb tədiyyə
qabiliyyətli tələbatdır.Təklif bazarda yerləşən və oraya göndərilə bilən
əmtəələrin və xidmətlərin məcmusudur.Təklif istehsalın və xidmətlərin həcmi ilə
müəyyən olunur.
2)İstehsalla istehlak arasında zidiyyət necə
əmələ gəlir və cəmiyyətin inkişafına necə
təsir göstərir?
--- Tələblə
təklif arasında ziddiyyət ondan ibarətdir ki, istehlak istehsaldan üstün sürətlə artdığı
kimi,tələbat da tələbdən sürətlə artır.
3)Tələb və təlabatın ödənilməsinin
bir-birindən fərqləri hansılardır?
---Tələbin
formalaşmasına qiymət amilləri ilə bərabər qeyri-qiymət amilləri də təsir
göstərir. Əhalinin gəliri artıqca tələbi
22-23 həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu- 9.”Rəqabət, onun mahiyyəti və
metodları”
Tədqiqat
suallar:
1)Rəqabət nədir?
---Rəqabət, sahibkarlar arasında çox mənfəət
götürmək, daha əlverişli şərtlərlə daha çox gəlir gətirən sahələrə kapital qoymaq
uğrunda mübarizədir.
2)Rəqabətdə məqsəd nədir?
---Rəqabət aparan subyektlər heç biri-birinə
düşnən deyil .Məqsəd rəqibini geri atmaq, özünün irəliyə getməsini, ondan çox
gəlir əldə etməsini təmin etməkdir.
3)Rəqabətin baş verməsi üçün hansı şərtlər
olmalıdır?
---Sahibkarın sərəncamında olan mövcud
vasitələrdən səmərəli istifadə etmək və qənaət rejiminə əməl etmək də rəqabətdə
qalib gəlməyin şərtlərindən biridir.
4)Rəqabətdə hansı sahibkarlar qalib
gəlirlər?
---Sahibkarlar bazarda rəqiblərinə qalib gəlmək naminə daha
ucuz başa gələn xammal mənbələri axtarırlar və istehsalı onun əsasında qurmağa
çalışırlar.Daha çox mənfəət götürən sahibkar həm də rəqibini bazarda
sıxışdırmağa nail olur. Nəticədə daha güclü, yaranmış vəziyyətə yaxşı
uyğunlaşan firmalar bazarda öz mövqelərini qoruyub saxlayır və daha da
möhkəmləndirir.
5)İqtisadiyyatn inkişafnda rəqabətin nə kimi
rolu var?
---Rəqabət iqtisadiyyatın inkişafında mühüm
rola malikdir. Əmtəələrin qiymətinin
əsası fərdi dəyərlə deyil, ictimai dəyərlə müəyyən olunur.
Məğlubiyyətdən xilas olmağın yeganə yolu əmtəələrin fərdi dəyərini ictimai
dəyərdən aşağı salmaqdır.Bunun üçüb sahibkar əmək məhsuldarlığını
yüksəltməlidir. Rəqabət sahibkarları
elmin, texnikanın ən yeni nailiyyətlərini istehsala tətbiq edilməyə şövq edir.
6)Rəqabətin hansı formaları var?
--- Sahədaxili , sahəarasi və dövlətlərarası rəqabət forması vardir.
7)Sahədaxili rəqabət nədir?
--- Sahədaxili rəqabət – istetsalın və əmtəənin satışının daha əlverişli şərait
uğrunda , üstəlik mənfəət əldə etmək uğrunda eyni bir istehsal sahəsinin
sahibkarlar arasında gedən mübarizədir. Sahədaxili rəqabət daha vacib
bir vəzifəni də yerinə yetirir, elmi- texniki tərəqqiyə stimul yaradır və
irəlilədir, ictimai istehsalı təkminləşdirir.
8) Sahəarası rəqabət nədir?
--- Sahəarası rəqabət müxtəlif xalq təsərrüfat
sahələrin sahibkarlar arasındaki
rəqabətdir.Sahəarası rəqabət ona gətirib çıxarır ki, çox mənfəət yaradılan sahədə bu mənfəətin bir hissəsi başqa bir sahəyə keçir və nəticədə
sahibkarlar mənfəəti öz aralarında yenidən bölürlər.
9)Dövlətlərarası rəqabət nədir?
---Beynəlxalq əmək bölgüsünün yaranması və
onun dərinləşməsi dünya bazarının
yaranmasına səbəb olmuşdur..Təbiidir ki, belə bir şəraitdə dövlətlərarası və regionlararası rəqabət mübarizəsi də
yaranır.
10) Rəqabətdə qalib gəlmək üçün hansı
metodlardan istifadə olunur?
--- Rəqabətdə qalib gəlmək üçün əsasını
iqtisadi metod təşkil edir . Məhsulun keyfiyyətinin yüksəldilməsi, möhlətlə
satışın təşkili, təminatlı xidmət müddətinin uzadılması, reklamların təşkili
və başqaları da rəqabətdə qalib gəlməyin metodlarıdır.
24
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-10.”Azərbaycanda
bazar iqtisadiyyatına kecid, onun zəruriliyi və xüsusiyyətləri”
Tədqiqat suallar:
1)Azərbaycan bazar iqtisadiyatina keçməsi
zəruriliyini aydınlaşdırın.
---Müstəqilliyə
nail olduqdan sonra Azərbaycanın bazar iqtisadiyyatına keçməsi obyektiv zərurət
kəsb edir.
2) Azərbaycan bazar iqtisadiyatina keçidin
çətinliklərini sadalayın.
---Əvvəldən
təbii-tarixi bir proseslə irəliləyən ölkələr bu səciyyəli çətinliklərlə
qarşılaşmamışlar.Çünki onlarda inzibati-amirlik sistemi ,planlı iqtisadiyyat
qurumu olmamışdır.Bazar iqtisadiyyatına keçmək üçün ictimai mülkiyyəti özəl
mülkiyyətlə əvəz olunur.İkinci böyük səbəb sabiq ittifaqın ərazisində yerləşən
müəssisələrlə istehsal prosesi zamanı yaranmış əlaqələr dayandırılmışdır.Üçünci
səbəblərdən biridə ölkəmizin müharibə şəraitində olmasıdır.Adamlarımızın 70 ildən artıq sosializm quruluşunda
yaşamaları,o şəraitdə yaşamaq vərdişləri də
bazar sisteminə asanlıqla keçməyə manə olan amillərdən biridir.
3)Hansı yollarla həmin çətinlikləri aradan
qaldırmaq olar?
---İqtisadi
islahatların həyata keçirilməsi ilə, mülkiyyətin özəlləşdirilmə prosesinin
miqyas alması ilə,əhalinin əlində artıq pul vəsaitlərinin toplanması ilə,xarici
investorların axınının geniş miqyas alması, müharibə ağırlıqlarının aradan qalxması
ilə çətinlikləri aradan qalxacaq.
25həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-11.” V
bölmədə keçirilən mövzuların təkrarı”.
26 həftənin X Siniflər üçün dərs mövzusu
Bölmə- VI “Pul, maliyyə, kredit”
Mövzu-1.”Pulun
mahiyyəti”
Tədqiqat suallar:
1)Mübadilə
nədir?
---Mübadilə
bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar
nisbətində dəyişdirilməsi deməkdir.
2)Mübadilə
ilə tədavülün ümumi və fərqli cəhətləri
nədir?
---Mübadilə
ilə tədavülün ümumi cəhəti insanların
tələbatların ödəmək üçündür. Tədavülün mübadilə ilə fərqli cəhətləri ondan ibarətdir ki, tədavüldə puldan istifadə
olunur.
3)Pulun meydana gəlməsi.
---Pul özü də
insan əməyinin məhsuludur.Müəyyən dəyərə
malik olan xüsusi bir əmtəədir.Bütün başqa əmtəələrin dəyərini ölçə bilir və
vasitəçi rolunu yerinə yetirir.İlk kağız pul XII əsirdə Çində buraxılmışdır.
4)Pulun
funksiyaları hansılardır?
---Pulun 5 funksiyası vardır.
Birincisi,əmtəələrin
dəyər ölcüsüdür.
İkincisi,pul
əmtəələrin tədavülü vasıtəsidir.
Üçüncüsü,pul
dəfinə yığmaq vasıtəsi rolunu oynayır.
Dördüncüsü,pul
tədiyyə vasitəsidir.Əmtəələr möhlətlə satıldıqda tədiyyə vasitəsi vəzifəsini
yerinə yetirir.
Beşincisi,ölkələr
arasındakı münasibətlərdə pul dünya pulu kimi meydana çıxır və səviyyəsi də
yüksəlir.
27
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-2.”Maliyyə”
Tədqiqat suallar:
1)Maliyyə vəsaitinin mənbəyi nədir və o, necə
yaranır?
---Dövlətin
maliyyəsi onun şah damarıdır.Çünki iqtisadiyyatın inkişafı və dövlətin qüdrəti
onun maliyyəsinin həcmindən və düzgün istifadəsindən asılıdır.İqtisadiyyatın
inkişafı ilə maliyyə vəsaitinin yaranmasının əsasıdır. Dövlətin maliyyəsi
müxtəlif mənbələrdən formalaşır.Sahibkarın əldə etdiyi mənfəət bir hissəsi
vergi şəklində dövlət büdcəsinə yönəldirilir.Əhali də gəlirindən dövlətə vergi verir.Bundan
başqa,gömrük haqqı və s. yollarla dövlət büdcəsinə pul toplanır.
2) Maliyyə vəsaitinin yaranması nə üçün
zəruridir və onun iqtisadiyyatda rolu
nədən ibarətdir?
---Maliyyə
ölkənin iqtisadiyyatının inkişafında,onun ərazi bütövlüyünün təmin olunmasında
mühüm vasitədir. Maliyyə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində
mühüm rol oynayır.
3)Maliyyə milli gəlirin bölgüsü və yenidən
bölgüsünü necə yerinə yetirir?
---Ümumi
daxili məhsulun bölgüsü və yenidən bölgüsü də maliyyə vasitəsilə həyata
keçirilir.Qeyri-istehsal sahəsində işləyənlər ümumi daxili məhsulun bölgüsündə
ondan pay ala bilmirlər.Dövlət büdcəsilə ümumi daxili məhsul yenidən bölünən
zaman həmin sahədə işləyənlər milli gəlirdən pay alırlar.
4)Qeyri-istehsal sahəsinin saxlanılması və
inkişafında maliyyənin rolu nədir?
---Elmi-texniki tərəqqini təmin edən sahələrin
yaranması və inkişafında da maliyyə mühüm rol oynayır. Ümumdövlət əhəmiyyəti
olan müəssisə və sahələr adətən dövlət büdcəsindən maliyyələşdirilir.Dövlət
maliyyə mənbəyi hesabına iri elektrik stansiyalarının,zavodların tikintisini,
meliorasiya işlərini,yeni torpaqların istifadəyə verilməsini həyata keçirir.
28
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-3”Büdcə
və onun növləri”
Tədqiqat suallar:
1)Büdcə nədir?
---Büdcə
dövlətin ,müəssisənin, idarənin,ailənin müəyyən müddət üçün nəzərdə tutuğu
gəlir və xərclərin məcmusudur.
2)Büdcənin hansı növləri vardır və onların
ümumi cəhətləri hansılardır?
---Büdcə
aşağıdaki növlərə ayrılır: dövlət, yerli, müəssisə, birlik, ailə büdcələri və
s. Bütün büdcənin ümumi cəhətləri gəlirdir(mədaxil) və məxaricdir.
3)Dövlətin maliyyə sistemində dövlət
büdcəsinin yerini və rolunu izah edin.
--- Dövlətin
maliyyə sistemində ən mühüm alət , vasitə büdcədir.ÜMM-un əhəmiyyətli
hissəsi dövlət maliyyə vasitəsilə
yenidən bölünür.Büdcə vəsaitinin hesabına xalq təsərrüfatının ,elm və
mədəniyyətin inkişafı,dövlətin idarəetmə orqanlarının saxlanması, dövlərin müdafiəsinin
maliyyələşdirilməsi təmin edilir.
4)Dövlət büdcəsi hansı mənbələr hesabına formalaşır?
4)Dövlət büdcəsi hansı mənbələr hesabına formalaşır?
---Azərbaycan
Respublikasının dövlət büdcəsinin gəliri aşağıdaki mənbələr hesabına
formalaşır. Əlavə dəyər vergisi,gəlir vergisi, mənfəətdən alınan vergi, aksizlər(geniş
işlənən mallar üzərində qoyulan vasitəli vergi), lisenziya alınması şəkilində
ödənilən vergi,gömürük vergisi,torpaq vergisi və s.
5)Dövlət büdcəsidən hansı məqsədlər üçün
istifadə edilir?
--- Dövlət
büdcəsi maliyyə sisteminin mərkəzi halqası, maddi istehsalın və qeyri- istehsal
sahəsinin inkişafının vacib şərti olmaq
etibarilə cəmiyyətin iqtisadi və mədəni həyatında əvəzsiz rol oynayır.
6)Dövlət büdcəsinin defsitli kəsirli olması nə
deməkdir?
---Xərclər
gəlirdən çox olan büdcəyə defisitli büdcə deyilir.Defisitli büdcədə nəzərdə
tutulan gəlir tam yerinə yetirilmir və xərc isə əvvəlki kimi qalır.
29
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-4”Vergi
sistemi.Vergilərin növləri”
Tədqiqat suallar:
1)Vergi nədir və dövlət büdcəsinin
formalaşmasında onun nə kimi rolu var?
---Vergi
dövlət tərəfindən ,müəssisələrdən ,təşkilatlardan, və vətəndaşlardan tutulan
məcburi ödəmələrdir.Vergilər büdcəni formolaşdırmaqda dövlətin əlində qüdrətli silahdır. Onun əsas
və başlıca gəlir mənbəyidir. Vergilər bir tərəfdən ,dövlət büdcəsini maliyyə ehtiyatları
ilə təmin edir,digər tərəfdən, istehsal
xərclərinin aşağı salınmasını tənzim edir.
2)Dövlət vergi siyasəti işləyib hazırlayarkən
hansı prinsipləri əsas götürülməli və
nəyə söykənməlidir?
--- Vergi siyasəti həm sərt ,həm də olduqca
ədalətli olmalıdır.Düzgün verci siyasəti
büdcə kəsirini aradan qaldırmağın mövcud yollarından biridir.
3)Verginin
hansı vəzifələri var?
--- Vergilər
üç əsas vəzifəni yerinə yetirməlidir. 1.Dövlət xərclərinin maliyyələşdirilməsini
təmin etməlidir; 2. Sosial tarazlığı saxlamalıdır. Bu o, deməkdir ki ,ayrı-ayrı
sosial qrupların gəlirlərinin dəyişməsilə əlaqədar olaraq vergilər
dəyişdirilməli və bütün sosial qrupların arasında ədalətlə paylanmalıdır; 3.Dövlətin
iqtisadiyyatın tənzimlənməsinə nail olmalıdır. Buna tənzimedici funksiya deyilir.
4)Verginin
növlərini sayın və onları bir-biri ilə
müqayisə edin.
--- Vergiləri
əsasən iki yerə ayırmaq olar; müstəqim (birbaşa) və dolayı vergilərə.
Birinci müəssisələrin
mənfəətindən və əhalinin gəlirlərindən tutulan vergilərdir.
İkinci isə
dolayı və ya əlavə vergi, bəzi ərzaq və ya ziynət əşyalara qoyulan vergilərdir.
30
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-5”Kredit
və bank işi”
Tədqiqat suallar:
1)Kredit nədir və borc verilən pul vəsaiti
necə yaranır?
---Kredit
qaytarılmaq və əlavə faiz ödənilmək şərtilə pul və ya əmtəə formasında verilən
borca deyilir.Dövriyyə kapitalının hərəkəti zamanı da müvəqqəti pul vəsaiti
yaranır.Yeni xammal alana qədər həmin pul sahibkarın əlində sərbəst şəkildə
qalır və o həmin pulu banklara qoyur və
bankdan faiz alır.
2)Bank
mənfəəti nədir?Onun yaranmasını izah edin.
---Banklar
şərbəst pulu qəbul edəndə nisbətən aşağı, borc verəndə isə daha yuxarı faizlə
verirlər Bu fərq bank mənfəətini əmələ gətirir
3)Kreditin
hansı növləri var?
---Kommersiya
və bank kreditlərdən başqa dövlət,istehlak,ipoteka,beynəlxalq kredit növləri
vardır.Kredit uzunmüddətli və qısamüddətli olur.
Kommersiya
krediti-sahibkarların biri-birinə əmtəə kapitalı şəkilində verdikləri
kreditdir.
Bank krediti
banların fəaliyyətdə olan sahibkarlara pul
borclərı şəkilində verdikləri
kreditə deyilir.
İstehlak
krediti əhaliyə istehlak malların alınması və məişət xidmətlərinin ödənilməsi
üçün verilən kreditdir.
İpoteka krediti -əmlakın girov qoyulması əsasında
verilən kreditdir.İpoteka sözü latın sözündən əmələ gəlib,mənası girov deməkdir.
4)Kredit hansı prinsiplər əsasında
verilir?
--- Kredit verilərkən aşağıdaki prinsiplər
əsas götürülür:
müəyyən artımla,faizi geri
qaytarılması,məqsədli,təminat verilməsi, fərqləndirici.
6)Azərbaycan
Respublikasında bankların hansı növləri vardır və onlar hansı istiqamətdə
fəaliyyət göstərir?
--- Respublikanın
səhimdar-kommersiya əmanət bankı respublikada əmanət işinin
təşkilatçısıdır.O,əhalinin kassa xidmətlərini və hesablaşmaları həyata keçirir
Sənaye- investisiya
bankı sənayedə,nəqliyyatda və başqa sahələrdə investisiyalara və kreditlərə
nəzarət edir.
Respublikanın
beynəlxalq bankı ixtacat və qeyri- ticarət əməliyyarları üzrə hesablaşmaları
həyara keçirir və təşkil edir.
31həftənin
X Siniflər üçün dərs mövzusu
Mövzu-4”Vergi
sistemi.Vergilərin növləri”
Tədqiqat suallar:
1)Vergi nədir və dövlət büdcəsinin
formalaşmasında onun nə kimi rolu var?
2)Dövlət vergi siyasəti işləyib hazırlayarkən
hansı prinsipləri əsas götürülməli və
nəyə söykənməlidir?
3)Vergi siyasətinin düzgün tətbiq edilməsinin
ölkənin iqtisadiyyatının inkişafına və ərazi bütovlüyünün saxlanmasına nə kimi təsir göstərir?
4)Verginin
hansı vəzifələri var?
5)Verginin
növlərini sayın və onları bir-biri ilə
müqayisə edin. 6)Azərbaycanda vergi siyasərinin xüsusiyyətləri
hansılardır və onların səbəbləri nədən ibarətdir?
32
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-5”Kredit
və bank işi”
Tədqiqat suallar:
1)Kredit nədir və borc verilən pul vəsaiti
necə yaranır?
2)Bank
mənfəəti nədir?Onun yaranmasını izah edin.
3)Kreditin
hansı növləri var?
4)Kredit hansı prinsiplər əsasında
verilir?
5)Dövlətin kredit siyasətinin həyata keçirilməsində bankların rolunu izah edin.
6)Azərbaycan Respublikasında bankların hansı
növləri
vardır və onlar hansı istiqamətdə fəaliyyət
göstərir?
33
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-6”Qiymət
və onun vəzifələri”
Tədqiqat suallar:
1)Qiymət nədir və onun əsasını nə təşkil edir?
2)Fərdi və ictimai dəyər nədir?
3)Qiymətin əmələ gəlməsində tələb və təklifin
təsiri nədən ibarətdir?
4)Qiymətin vəzifələri hansılardır?
5) Bazar iqtisadiyyatı ölkələrində qiymətlərin
vəzifələri ilə inzibati-amirlik sistemi ölkələrində qiymətlərin vəzifələri arasında hansı fərqlər
var?
34
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-7”Qiymətin
növləri”
Tədqiqat suallar:
1)Topdansatış qiymət nədir?
2)Pərakəndə satış qiymətləri nədir?
3)Bazar iqtisadiyyatı ölkələrində
qiymətqoyma inzibati- amirlik sistemi
ölkələrindən nə ilə fərqlənirdi?
4)Pərakəndə qiymətləri əhalinin həyat
səviyyəsinə necə təsir göstərir?
5)Beynəlxalq qiymətlərin əmələ gəlməsinin
səbəblərini izah edin.
32
həftənin X Siniflər üçün dərs mövzusu
Mövzu-8”İnflyasiya”
Tədqiqat suallar:
1)Tədavülə buraxılan pulun miqdarını necə
müəyyən etmək olar?
2) Tədavüldə qızıl və yaxud kağız pulların
işlədilməs nə ilə nəticələnir?
3)İnflyasiya nədir?
4)İnflyasiyanın baş verməsinin səbəbləri və
nəticələri.
5)Kapitalizmin inkişafının əvvəlki mərhələsi
ilə müasir mərhələsidəki inflyasiyanın bir-birindən fərqi nədir?
6)Azərbaycanda inflyasiyanın səbəbləri
və xüsusiyyətləri nədən ibarətdir?
7)İnfilyasiyanın qarşısının alınmasında
hansı vasitlərindən istifadə edilir?
8)Devalivasiya, deflyasiya, nulifikasiya və
revalivasiya nədir?
“İqtisadiyyatın əsasları” fənn müəllimi N.Behdiyev adına İsmayıllı şəhər
6 saylı tam orta məktəbin müəllimi Manafov Əsgər Əmirxan oğludur
.
XI Siniflər üçün dərs mövzuları.
1-ci həftənin
XI Siniflər üçün dərs mövzusu
Bölmə-
VII”Sahibkarlıq Fəaliyyəti”
Mövzu-1”Sahibkarlıq və onun mahiyyəti”
Tədqiqat sualları üçün köməkçi suallar:
1)Hansı xarakterli adamlardan sahibkar olar?
--(Yaradıcıliq,təşəbbüskarlıq,problemləri
həll edə bilmək , güzəştə getmək və adamlarla dil tapmaq qabiliyyəti ilə bağlı
olan keyfiyyət, bacarıq və çeviklik özündə birləşdirən şəxslər ola bilər.Habelə
sahibkarın əlverişli imkan əldən
verməmək kimi keyfiyyəti olmalıdır
,təhlükəli vəziyyətdən, riskli və naməlum
bir şətinliklə üzləşəndə özünü itirməməlidir. Sahibkar təşkilatçılıqda
nüfuzlu bir şəxs olmalıdır.)
2)Sahibkarların möhtəkirlərdən və
menecerləri fərqi nədir?
---(Sahibkarları möhtəkirlərlə və menecerlərlə qarışdırmaq
olmaz.Bunların arasında istehsalı təşkil və idarəetmədə müəyyən ümumilik olsa
da, aralarında mühüm fərqlər də vardır.
Sahibkarlıq onlara nisbətən daha geniş anlayışdır. Daha doğrusu onlara nisbətən
onun fəaliyyət dairəsi genişdir.)
3)Sahibkarların
bəşəriyyətə maddi nemətlər bolluğu
gətirən islahatçığını nədə görürsünüz?
---Sahibkarlar
bəşəriyyətə maddi nemətlər bolluğu gətirən islahatçılardir.Yəni müasir dövrdə
mövcud olan elm və texnikanın yeniliklərini istehsala tətbiq edir, idarəetmənin
ən mütətəqqi metodunu mənimsəyir və
gələcək nəslə öyrədir. Sahibkarlar əsas
etibarilə lazımı vasitələri axtarır tapır. Uzaq görənlik
və cəsatət sahibkar üçün xarakterik
xüsusiyyətdir.)
4)Sahibkarların
bazara yeni mal və ya xidmət növü
çixartmaq qabilliyəti olmasını sübut edin.
---İstehsalın
tələbatdan geri qalmasını, ehtiyacların qeyri-qənaətbəxç ödənilməsini görən ,
tapan,istehsala yeni texnologiya tətbiq edən və bunun nəticəsində bazara yeni-yeni
məhsullar və xidmətlər çıxarmağa müvəffəq olan sahibkardır.)
5)Sahibkarların
yeni ehtiyat mənbələri tapmaq qabilliyəti olmasını sübut edin.
---(
Sahibkarlar yararsız hesab olunan
materialdan istifadə etməyin
yollarını axtarıb tapırlar. Bu gün sahibkar sadəcə olaraq əlavə neft, təbii qaz
və nadir minerallar kimi yeni ehtiyat mənbələrini aşkar etmir,o daha artıq
işlər görür. Başqa sözlə,bu sahələrə ən yeni texnikanı tətbiq etməklə, yəni
üsul və metodlar-dan istifadə etməklə həmin məhsulların istehsalını
artırırlar.)
6)Yeni texnologiyanın tətbiq edilməsində
sahibkarın rolu nədir?
---(
Sahibkarların böyük xidmətlərindən biri yeni texnologiyanı
təkminləş-dirməkdir.Azad rəqabətdə qalib gəlməyin əsas vasitələrdən biri
istehsala ən müasir texnikanın tətbiq edilməsi və yaxud təkminləşdirilməlidir.
7.
Sahibkarlığın hansı formaları vardır?
---( Sahibkarlığın
3 formaları vardır; a) fərdi özəl təsəttüfat, b) şirkət,
c) səhimdar
cəmiyyəti.
2-ci həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-2”Kiçik
sahibkarlıq və onun üstünlükləri”
Tədqiqat sualları üçün köməkçi suallar :
1)Respublikamızda kiçik sahibkarlığın
yaranması və inkişafı üçün hansı
iqtisadi və hüquqi zəminlər vardır?
---( İqtisadiyyatın mühüm istiqamətlərindən
biri də kiçik sahibkarlığın inkişaf etdirilməsidir.Kiçik saibkarlığın iqtisadiyyatda mühüm əhəmiyyatı ilə əlaqədar olaraq onun
inkişafı haqqında ayrıca hüquqi sənədlərin qəbul edilməsi, onun təşkili və
inkişafını istiqamətləndirən dövlət strukturunun yaradılması zəruridir.)
2) Respublikamızda kiçik sahibkarlığın
yaranması nə üçün zəruridir?
--( Kiçik
sahibkarlığın çekisi ümumi sahibkarlığda 80% -85 % - dir. İri müəssisələrin manevr etmək qabiliyyəti
kiçik müəssisələrə nisbətən aşağıdır. )
3) Kiçik sahibkarlığın hansı üstünlükləri
vardır?
--( Kiçik
sahibkarlıq iqtisadiyyatın dəyişilməsində amartizator rolu oynayır. Kiçik
müəssisələr arasında rəqabət kəskin xarakter daşıyır. Kiçik müəssisələr məhv
olunmur ,öz fəaliyyətlərini başqa sahəyə keçirirlər. Heç bir iri müəssəsi bu
qabiliyyətə malik deyil.
4)Azərbaycanda
kiçik sahibkarlığın yaranmasının hansı
çətinlikləri vardır?
--(Azərbaycanda
kiçik sahibkarlığın yaranmasının heç
bir çətinlik yoxdur. Əksinə çox əlverişli potensiala(zənkin təbiəti, əmək ehtiyyatı,əhalinin müxtəlif sənət vərdişləri)
imkanlar mövcuddur.
5)Sosial problemlərin həllində kiçik
sahibkarlar nə kimi rol oynayır?
--( Kiçik
sahibkarlığın üstünlüklərdən biri də
sosial sahədə gərginliyin azadıl-masında böyük rol oynamasıdır.)
6)İstehsalın
səmərəliyinin yüksəldilməsinə kiçik sahibkarlar necə nail olurlar?
--(İqtisadi
böhran zamanı ixtisar olunmuş işsizlər kiçik müəssisələrdə işə cəlb olunurlar. Bununla da onlar işçi
qüvvəsinin xalq təsərrüfatı sahələri arasında səmərəli bölgüsündə mühüm
vasitəyə çevrilirlər ).
3-cü həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-3”Biznes
və sahibkarlıq etikası”
Tədqiqat sualları üçün köməkçi suallar:
1)Biznes və biznesmen nə deməkdir?Onun
sahibkarlıqdan fərqi nədir?
--Biznes
ingilis sözü olub,Azərbaycan dilində
mənası iş deməkdir.Gəlir əldə etmək məqsədilə ticarət və başqa sahələtdə iş görən
sahibkarlıq fəaliyyətinin bir növüdür.Biznesmen də ingilis sözü olub, Azərbaycan dilində işadamı, bacarıqlı, şəxsi ticarətlə məşğul
olan adam- sahibkar,müəssisə sahibi,yəni gəlirlə iş görən adam deməkdir.Böyük həcimdə istehsal,xidmət və kommersiya ilə
məşğul olanlar sahibkarlar,xırda və orta həcmli müəssisələr təşkil və idarə edənlərə isə biznesmenlər demək
olar.
2)Biznesin məqsədi nədir?
--Biznesmenlər
məqsədləri yüksək mənfəət əldə etməkdir.
3)Biznesmənlərdə hansı keyfiyyətlər olmalıdır?
--Biznesmendə
elə qabiliyyət və xarakter olmalıdır ki, təkcə öz maddi mənafeyini deyil, eyni
zamanda nəinki öz dövlətinin, insanların
mənafeyinə uyğun fəaliyyət göstərməyə qarşısına məqsəd qoymalıdır.
4)Sahibkarlıq əxlaqı nədir və nəyə
əsaslanmalıdır?
--Bizneslə
məşğul olan şəxsin üstünlüyü başqalarına nisbətən dana əlverişli bazar tapmaq
qabiliyyətinin olmasındadır Buna yalnız
sahibkarlıq əxlaqına əməl edən biznesmenlər nail ola bilər
5)Sahibkarlıq əxlaqını Nəsrəddin Tusi necə
səciyyələndirmişdir?
--XIII əsrdə
Nəsrəddin Tusi sahibkarlıq əxlaqını çox gözəl ifadə etmişdir. O, yazırdı”Gəlir
əldə etmək üçün əsasən üç şərti yerinə yetirmək lazımdır: birinci –zülmə yol
verməmək; ikinci-rüsvayçılığa
yol verməmək;üçüncü-alçaqlığa yol verməmək.
Zülm-pulda,çəkidə.ölçüdə,əyilməklə
əldə edilən gəlir.
Rüsvayçılıq-təlxəklik,
yaltaqlıq, başqalarına əyilməklə əldə edilən gəlir.
Alçaqlıq-“şərəfli”
sənəd olduğu halda,alçaq sənədlərlə məşğul olmaqla əldə edilən gəlir.
6)Bizneslə məşğul olanlar üçün hansı fəaliyyət
sahələri qadağan olunur?
--Dövlətin milli
mənafeyinə və ümumbəşəri dəyərlərə ziyan
vuran sahələrdə bizneslə məşğul olmaq qanunla qadağan olmuşdur.(narkotik
maddələrin ,silah istehsalı və satışı)
7)Biznesin təşkilinin hansı prinsipləri var?
--Biznesin təşkili hər şeydən əvvəl qənaətçilik .istehsalın
səmərəliliyini təmin etmək, müştərilərin
etibarını qazanmaq, maddi məhsuluyyət,maddi və hüquqi təminat prinsipinə
əsaslanır.
4-ci həftənin
XI Siniflər üçün dərs mövzusu
Mövzu-4:İnhisar(təkəlçilik)
Tədqiqat sualları üçün köməkçi suallar:
1.İnhisarların yaranmasının əsas səbəbi nədir?
---“
İnhisar” ərəb dilindən alınmış
“monopoliya” sözünün alternativi kimi
işlədilir.“ İnhisar” termini dilimizə çevrsək , hərfi mənada
“Təkəl”,”Təkəlçilik” mənasını verir, bu
da inhi-sarin mahiyyətini ifadə edir.Bazar rəqəbətinə xırda
və orta müəssisələri tab gətirə bilmədiyi üçün sıradan çıxır . İri müəs-sisələrin manevr etmək qabiliyyəti aşağı olur. Kapitalı bir sahədən digər sahəyə
çətin-liklə keçirirlər və böyük itkilər verə bilirlər.Məhsulun istehsalın əsas hissəsi bir neçə iri sahibkar-larin əlində toplandığı
üçün istehsalın həcmi, qiyməti , xammal
mənbələri,satış bazarını bölmək haqqında razılığa gəlməyə imkan verir.
2.
İnhisarların məqsədi nədir?
--- İstehsalda inhisar bir qrup ən iri
müəssisələr, firmalar, bir-liklər tərəfindən bu vədigər məhsulun istehsalı və
satışının böyük hissəsini öz əlində birləşdirir. Bununla da inhisarçılar bazatda
hökmranlığı əldə edirlər və qiymətlə bazara təsir etmək yolu ilə yüksək inhisar
mənfəətin götürülməsinə nail olurlar.
3.
İnhisarların yaranmasının mənfi
cəhətləri hansılardır?
--- İnhisarların meydana gəlməsi əmək məhsuldarlığının
yüksəlməsinə mənfi təsir göstərən amillərdəd biridir. İnhisarlar azad
rəqabətin qarşısını almaqla
iqtisadiyyatın inkişafına zərbə vurur.
5 -ci həftənin XI
Siniflər üçün dərs mövzusu
Mövzu-5.” VII bölmədə keçirilən
mövzuların təkrarı”.
6-cı həftənin XI Siniflər üçün
dərs mövzusu
Bölmə-
VIII”Sosial iqtisadiyyat”
Mövzu-1”Həyat
səviyyəsi və onun xüsusiyyətləri”
Tədqiqat sualları üçün köməkçi suallar :
1)Millətin, eyni zamanda hər bir
şəxsin həyat səviyyəsinin
yüksək olmasının əsası nədir?
---Hər bir
ölkədə əhalinin həyat səviyyəsi nəticə etibarı ilə istehsal qüvvələrinin
inkişafından asılıdır. Həyat səviyyəsi hər bir ölkədə daxildir.insanların tələbatlarının necə
ödənilməsini ifadə edir.Burada təkcə maddi tələbat deyil ,həm də mənəvi və
xidmətəolan tələbatların ödənilməsi də
2)Həyat səviyyəsinin göstəriciləri
hansılardır?
---
Millətin həyat səviyyəsini
qiymətləndirərkən,onun bütün
tələbatlarının—maddi,mənavi,sosial və intellektual tələbatlarının ödənilməsi
səviyyəsi,onların inkişaf səviyyəsi nəzərə alınmalıdır.
3)Həyat
səviyyəsinə iki cür yanaşma hansılardır?
--- Millətin
həyat səviyyəsinə məhdud və geniş mənada baxmaq olar.Məhdud
mənada həyat səviyyəsi dedikdə ,əhalinin maddi
memətlər və xidmətlərim faktiki istehlakı nəzərdə tutulur.Geniş mənada
həyat səviyyəsi dedikdə maddi tələbatın ödənilməsindən başqa mənəvi və sosial tələbatların
ödənilməsi, iş şəraitinin yaxşılaşdırılması,fəaliyyət və mülkiyyət azadlığına
malik olmasıdır.
4)Azərbaycanda əhalinin əksəryətinin həyat
səviyyəsinin
aşağı olmasının səbəbləri nədir?
--- Azərbaycanda
əhalinin əksəryətinin həyat səviyyəsinin aşağı olmasının səbəbi sosialist
dövründən miras qalmış çətinliklər, bazar iqtisadiyyatına keçid dövrünün
doğurduğu problemlərdir.Normalda ailənin gəlirin 15-18 % ərzaqa sərf olunmalıdır ,bu xərc 50%
olduqda həyat səviyyəsinin aşağı olmasının göstəricisidir.
7-ci həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-2”Gəlirlərin
formalaşması”
Tədqiqat sualları üçün köməkçi suallar :
1)İqtisadi münasibətlər sistemində bölgünün
yeri və rolu
nədən ibarətdir?
---İstehsal vasitələrinin bölgüsü birinci,
istehsalın nəticəsi olan məhsulun
bölgüsü ondan sonra baş verir. Bölgünün özü istehsalın nəticəsidir. Məhz
istehsalın nəticəsinin bölgüsü zamanı cəmiyyətin hər bir üzvünün və sosial
qruplarının gəlirləri formalaşır.
2)Gəlirlərin formalaşmasının mənbəyi nədir?
--- Cəmiyyətin hər bir üzvünün və sosial
qrupun gəlirlərin formalaşmasının mənbəyi
milli gəlirdir.
3)Milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı gəlirlər necə formalaşır?
---
Mülkiyyətçilər – bütün sahibkarlar
,torpaq mülkiyyətçiləri milli gəlirin
ilkin bölgüsündə onun bir hissəsini
mənfəət, ticarət mənfəəti, faizi və renta şəkilində mənimsəyirlər, digər
hissəsini isə mülkiyyəti olmayan maddi istehsalatda çalışmayan ,zəhmətlərinə
görə əmək haqqı formasında alırlar.Maddi istehsal sahəsində işləməyən əmək qabiliyyətli əhali isə milli gəlirin yenidən bölgüsü zamanı əmək
haqqı əlırlar. Beləliklə, milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı əmək
qabiliyyətli əhalinin bütün təbəqələri
milli gəlirdən pay alırlar və bunun əsasında onların gəlirləri
formalaşır.
4)Nominal və real gəlir nədir?
---Əhali
əlirlərindən ,onun kəiyyətindən danışarkən nominal pul gəlirləri ilə real
gəlirləi bir- birindən fərqləndirmək lazımdır. Nominal gəlirlər hər bir fərdin
və ya sosial qrupun əldə etdiyi müəyyən miqdar pul gəlirləridir.Yaranma
mənbəyin-dən asılı olmayaraq əldə edilən pul gəlirləri əhalinin həyat səviyyəsini tam əks
etdirmir.Çünki əhalinin malik olduğu pul gəlirlərinin konkret məbləği hər bir
fərd və ya ictimai qrupun onun tələbatının nə dərəcədə ödəməsi bir çox
amillər-dən və şəraitdən asılıdır.Ona
görə də əhalinin həyat səviyyəsinin ən yaxşı
göstə-ricisi real gəlirlərdir.
5)Real gəlirə hansı amillər təsir göstərir?
---Real gəlir
əhalinin alıcılıq qabiliyyətini əks etdirir.Nominal gəlirlər əhalinin pul
formasında aldığı gəlirləri,real gəlirlər isə yaşayış vasitələrində ifadə olunan gəliri əks
etdirir. Real gəlirə təsir göstərir amillərdən biri qiymətlərin
səviyyəsin-dən.Real gəlirlərin formalaşmasına təsir göstərir amillərdən biri də
vergilərin həcmidir.
8-cihəftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-3”Gəlirlərin
bölüşdürülməsi”
Tədqiqat suallar:
1)Milli gəlirin bölgüsü ,yenidən bölgüsü və
istifadə olunmasını izah edin.
---Milli
gəlirin ilk bölgüsü maddi istehsal
sahəsində baş verir. Bu ilk bölgüdə sənayeçilər və ticarətçilər
mənfəət,bankirlər faiz və torpaq mülkiyyətçiləri renta ,muzdla işləyənlər isə
əmək haqqı şəkilində gəlir götürürlər .Bir sözlə milli gəlirin ilk bölgüsü bu
şəkildə baş verir. Qeyri- istehsal
sahələrdə fəaliyyət göstərənlər milli gəlirin ilkin bölgüsündə iştirak
etmirlər.Başqa sözlə eim,təhsil,səhiyyə, incəsənət. dövlətin idarəetmə
orqanlarında, müdafiə sahəsində çalışanlar milli gəlirin yenidən
bölgüsü zamanı pay ala bilirlər. Bunlar əmək haqları büdcədən maliyyələşdirilir.
2) Milli gəlirdən səmərəli istifadə etməyi
necə başa düşürsünüz?
---Milli
gəlirin yenidən bölgüşdürülməsində dövlə
büdcəşi böyük rol oynayır. Vergi sistemi vasitəsilə sahibkarların və
zəhmətkeşlərin gəlirlərin müəyyən hissəsi dövlət büdcəsinə yığılır.Başqa
mənbələrdən də büdcəyə vəsaitlər gəlir.
3)Yığımın hansı formaları var?
--- Yığım
fondundan istehsalın genişləndirilməsinə ,ictimai ehtiyaclara,sığorta fondunun
yaranmasına sərf olunur.
4)İstehlak fondu və onun quruluşunu şərh edin.
---İstehlak
fondu hesabına maddi və qeyri- maddi istehsal sahəsihdə fəaliyyət göstərən
işçilərin əmək haqqı.sosial təminat fondu,dövlət apararının saxlan-masına sərf
olunan məsrəflər, ölkənin müdafiə fondu və s. ödənilir.
5)Yığımla
istehlak arasındakı optimal sistem olmalıdır.
Bu nə deməkdir?
---Yığım və
istehlak arasında optimal nisbət yaratmaq
və ondan səmərəli istifadə etmək
milli gəlirin kəmiyyətinin artmasına müsbət təsir göstərir.
6)Yigim
ilə istehlak arasında zidiyyət necə
əmələ gəlir, onu necə həll etmək olar ?
---Əgər milli
gəlirin çox hissəsi yığıma gedərsə
,istehlaka az qalar.Nəticədə əhali-nin həyat səviyyəsi aşağı düşər.Əksinə ,
istehlaka çox gedərsə yığıma az
qalar. Bu onunla nəticələnər ki,
istehlak fondları lazımı səviyyədə təzələnməz ,müasir texnika ləng tətbiq
edilər.Bunun nəticəsində gələcəkdə istehsalın səviyyəsi aşağı düşər və əhalinin
həyat səviyyəsi pisləşər.Bu nisbəti yaradarkən daxili və xarici şərait nəzərə
alınmalıdır.
9-cu həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-4 ”Əmək haqqı”
Tədqiqat sualları üçün köməkçi
suallar :
1)Əmək haqqı nədir?
---Əmək haqqı
vaxt vahidi ərzində(saat,gün və a. i.) əməkdən
istifadə üçün verilən paydır(haqqdır).
2)Nominal əmək haqqı nədir?
---İşçinin
pul formasında aldığı əmək haqqına nominal əmək haqqı deyilir.
3)Real əmək haqqı nədir?
---Real əmək
haqqı nominal əmək haqqı ilə nə qədər
istehlak şeyləri və xidmər əldə edilməsini əks etdirir. Real əmək haqqı
nominal əmək haqqının alıcılıq
qabiliyyətidir. Məsələn,əgər əmək haqqı 8% ,qiymətlər 5% artıbsa,deməli ,real
əmək haqqı 3 % artmış olur.
4)Əmək haqqına təsir göstərən
amillər hansılardır?
---Əmək haqqının həcminə təsir göstərən amillərdən biri də işçinin
ixtisas səviyyəsidir.
5)Əmək haqqında milli fərqlər və
onun səbəbləri nə ilə izah edilir?
---Əmək
haqqındakı milli fərqlə ən əvvəl bu və ya digər
ölkə işçilərinin öz nominal haqlarını
ala biləcəyi yaşayış
vasitələrinin müxtəlif həcimdə ifadə olunur.Müxrəlif ölkələrdə əməyə verilən
qiymətin eyni olmaması , işçilərin hazırlanması xərclərindəki,əmək
məhsuldarlığı və intensivliyindəki, qadın və uşaq əməyinin istifadəsindəki
fərqlərə görədir.
10 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-10 “İşsizlik və onun aradan qaldırırlması”
Tədqiqat
sualları üçün köməkçi suallar:
1)İşsizlik nə deməkdir?
---İşsizlik bazar iqtisadiyyatının inkişafı ilə əlaqıdar baş verən böyük
sosial bəladır.Adətən işsizlik iqtisadi böhranlar zamanı daha geniş yayılır.Bu
qanunua- uyğunluq azad sahibkarlığın ilk dövrü üçün xarakterik olmuşdur.
2)İşsizliyin yaranmasının
əsas səbəbləri nədir?
---İşsizlik,əmək bazarında iş qüvvəsinə olan tələblə ona olan təklifin
uyğunsuzluğu nəticəsində təzahür edir. İşzizliyin əsas səbəblərindən biri
ETT-dir.
3)İşsizlik haqqında hansı
nəzəriyyələr mövcuddur?
İşsizlik haqqında müxtəlif nəzəriyyələr yaranmışdı.Onlardan biri
mastusçuluqdur. İngilis iqtisadçısı Mastus(1776-1834) “Əhali qanunu haqqında
təcrübə” əsərində göstərir ki, istehlak şeyləri ədədi silsilə,əhali isə həndəsi
silsilə ilə çoxalır.Onun fikinçə işsizlik
təbii haldır,ictimai quruluşla heç bir əlaqəsi yoxdur. İşsizlik haqqında
nəzəriy-yələrdən biri dətexniki tərəqqi ilə əlaqədar olaraq texnoloji
nəzəriyyədir.
4)İşsizliyin hansı formaları var?
---İşsizlik müxtəlif formalarda olur.Bunlardan
biri friksion işsizlikdir.Friksion”friktio” latın sözüdür,azərbaycan
dilində təsir nəticəsində hərəkət edən deməkdir.Bu Friksion işsizlik zəruri və
müəyyən mənada arzu olunan işsizlikdirBu işsizlər əvvəlki iş yerinə nisbətən əmək haqqı daha yüksək olan sahəyə
can atan işsizdir.İşsizliyin digər forması struktur işsizlikdir .Buraya
o işsizlər daxildir ki,yeni texnika tətbiq olunanda onun peşə hazərlığı müasir
tələblərə cavab verə bilmir.
5)İşsizlik nə kimi nəticələr verir?
---İşsizlik cəmiyyətin potensial istehsal imkanlanının yüksəlməsinə maneçilik
törədir.ki,buda ümummilli məhsulun həcminin geri qalmasına səbəb olur.Böhran
həm iqtisadi ,həm dəsosial fəlakətdir.İqtisadi tənəzzül müəyyən mənada ixtisasların
itirilməsi,mənəvi düşkünlük ailənin dağılması,ictimai və siyasi özbaşınalıq
deməkdir.
6)Azərbaycanda işsizlik hansı yollarla aradan qaldırıla bilər?
--- Azərbaycanda işsizlik aradan qaldırılmasının da özünəməxsusluğu
vardır. İşsizlik aradan qaldırılmasının
əsas yolu istehsal müəssisələrinin tam gücü ilə işləməsini təmin etməkdir.
11 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-6 “
Sosial müdafiə və sosial təminat”
Tədqiqat sualları üçün köməkçi suallar:
1)Əhalinin sosial müdafiəsi nə
deməkdir?
---İqtisadi inkişaf səviyyəsindən asılı
olmayaraq hər bir dövlətdə aşağı maddi təminatlı əhali qrupunun sosial müdafiəsi dövlətin əsas
funksiyasıdır. Minimum əmək haqqı heç olmasa ən zəruri tələbatını ödənilməsi və
iş qüvvəsinin təkrar istehsalını təmin etməlidir.
2)Əhalinin sosial müdafiəsinin hansı
formaları var?
---Əhalinin sosial müdafiə sistemində
pensiyaların verilməsi ən geniş yayılmış və sosial müdafiə sistemində xüsusi
çəkisi çox olan vasitədir.
3)Sosial müdafiəyə ehtiyacı olan əhali
qruplarını göstərin.
--Yaşa görə pensiyaçılarla yanaşı,
anadagəlmə əlilliyə, əmək əlilliyə, tənha qocaların sosial müdafiəyə ehtiyacı olan əhali
qruplarını vardır.
4)Sosial təminat nədir və ona hansı
qeyri-istehsal sahələri daxildir?
Az təminatlı əhalinində sosial
müdafiəsi ilə dövlətin vəzifəsidir.Sosial təminata qeyri-istehsal sahələrində (təhsil,elm, səhiyyə və başqa
xidmət sahələri) çalışan əhali təbəqəsidə
dövlət öz üzərinə götürür.
5)Təhsil və səhiyyə sahələrinin
təkmilləşdirilməsinin zəruriliyinin izah edin.
---Milli iqtisadyyatın tələblərinə
uyğun kadırlar hazırlanmaslıdır.Təhsil
sistemində bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq yenidən islahatlar aparılmalıdır.Xalqın
sağlamlıqlarının qorunması və
yaxşılaşlırılması,səhiyyə işlərinin düzgün qurulması və onun maddi-texniki bazasının
möhkəmləndiril-məsi ilə sıx bağlıdır. Dövlət yardımı olmadan bu mühüm sahənin
də saxlamaq , inkişaf etdirilməsi mümkün deyildir.
12 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-7
“Demoqrafiya.Azərbaycanda demoqrafik
inkişafın xüsusiyyətləri”
Tədqiqat sualları üçün köməkçi suallar :
1)Demoqrafiya elminin predmeti hansı sosial
sahəni əhatə edir?
---Demoqrafiya(yunan
sözü olub-demos-xalq+qrafiya)- əhali haqqında elimdir. Demoqrafiya əhalinin
strukturu yerlə.məsini,yerini dəyişməsini və dinamikasını,buna təsir göstərən
bir şox amillərin qarışıqlı əlaqə və təsirini ,qanuna-uyğunluqlarını öyrənir.
2)Demoqrafiya bir çox elmlərlə qarşılıqlı
əlaqədardır. Bunu şərh edin.
---
Demoqrafiya müxtəlif ictimai elmlərlə, ən
əvvəl sosiologiya elmi ilə six əlaqədardır.Hər iki elmin öyrənildiyi
obyekt insandır.
Demoqrafiya iqtisadi
nəzəriyyə ilə əlaqədardır.
3)Demoqrafiya və hüquq elminin qarşılıqlı
əlaqəsini danışın.
---Demoqrafik
prosesin öyrənilməsində hüquq elmi də iştirak edir.Hər bir dövlət özünün daxili
və beynəlxalq vəziyyəti ilə əlaqədar olaraq
özünün sosial ,o cümlədən demoqrafik siyasətini işləyib hazərlayır.
4)Miqrasiya nədir?Onun səbəbləri
hansılardır?
---Miqrasiya
latınca nuqratio sözündən olub,köçürülmə deməkdir. Miqrasiya əhalinin
köçürülməsi prosesinin hər iki tərəfini özündə birləşdirir.Bunlardan biri
emiqrasiyadır,yəni bir dövlətin ərazisindən əhalinin çıxıb getməsi,digəri isə
imiqrasiya-dır,başqa sözlə dövlətdən əhalinin
gəlməsidir. Miqrasiyanın səbəbi çoxdur .Sosial-iqtisadi vəziyyətdən və siyasi
vəziyyətdən asılıdır.
5)Miqrasiyanın nəticələrini izah edin.
---Miqrasiya
nəticəsində ərazidə iş qüvvəsinin yeidən bölgüsünə, istehsalın və digər
sahələrin yaranmasına və inkişafına,
yeni ərazilərin mənimsənilməsinə, xammal və satış bazalarının ,yeni
yaşayış yerlərinin yaranmasına,əhalinin mədəni inkişafının yüksəlməsinə səbəb
olur.
6)Demoqrafiyanın öyrənilməsi nə vaxtdan
başlamışdır?
---Demoqrafiyanın
öyrənilməsi ilk dəfə yunan filosofları Platon və Aristotel tərəfindən işlənib hazırlanmışdır.
7)Azərbaycanda demoqrafik prosesin
xüsusiyyətlərini şərh edin.
---Azərbaycanın əhalinin sayı 1913-1920-ci və
1940-1945-ci illərdə azalmışdır. 1908-1910 cı illərdə Rusyadan Azərbaycana 300
ailə köçürülməsinə baxmayaraq , respublikamızda 1920 ci ilədək əhalinin sayı
16,6%,1940-1945 –ci illərdə 17,4% azalmış-dır. Yalnız 1918-1920-ci illərdə
ermənilər 40 min azərbay-canlını vəhşicəsinə qətlə yetirmişdir.1988-ci ildə
sonra respublikamızda bir sıra sosial ,iqtisadi,milli,hərbi amillərin rəsiri
üzündən demoqrafik vəziyyət yenidən
pisləşmişdir.
13 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-8 “VIII
bölmədə keçirilən mövzuların təkrarı”.
14 həftənin XI Siniflər üçün dərs mövzusu
Bölmə-
IX”İqtisadiyyatın idarə edilməsi”
Mövzu-1” İqtisadi idarə etmənin
mahiyyəti və prinsipləri”
Tədqiqat sualları üçün köməkçi suallar:
1)İdarə etmə nə üçün zəruridir?
---Müstəqil
fəaliyyət sahəsi olan iqtisadiyyatın idrəolunması zəruridir.İdarəetmə
prosesinin pozulması,hərcmərclik prosesinin alternatividir.
2)İdarəetmənin qarşısında duran vəzifələr
hansılardır?
--- İdarəetmənin
qarşısında duran vəzifəsi mövcud sistemin otrta səviyyəli dinamik inkişaf və
tarazlığını saxlayan,təkmilləşməsini təmin etmək və arzu olunan faydalı nəticəyə nail
olmaqdır.
3)İdarəetmənin məqsədi nədir?
--- İdarəetmənin
məqsədi əmək bölgüsündə coxlu və mürəkkəb əlaqələri nizamlamaq,iqtisadi
sistemli idarə etməkdir.
4)Bazar iqtisadiyyatı ölkələrində və
inzibati-amirlik
sistemində idarəetmədəki fərqləri izah edin.
sistemində idarəetmədəki fərqləri izah edin.
--- Bazar
iqtisadiyyat sistemi ilə inzibati- amirlik sistemində idarəetmə eyni mahiyyət
,məqsəd və prinsiplər əsasında qurula
bilməz.Sovet imperiyası dövründə
inzibati-amirlik sistemində sosial inkişaf və ictimai quruculuq məsələlərində
buraxılmış bir çox nöqsanlar xeyli dərəcədə idarəetmənin bəşəri
qanunauyğunluqlarından lazımı səviyyədə istifadə olunmamasından irəli
gəlmiş-dir.
5)Müasir dövrdə idarəetmənin rolunun
artmasını faktlar gətirməklə şərh edin.
--- Müasir
dövrdə idarəetmə elminin rolu və əhəmiyyəti daha da artmışdır.Çunki bütün ölkələrdə xalq təsərrüfatının miqyası genişlənmiş,quruluşu
mürəkkəbləş-mişdir.
15 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-2”İdarəetmə
sisteminin iqtisadiyyata təsiri”
Tədqiqat sualları üçün köməkçi suallar :
1)İqtisadiyyatın inkişafında idarəetmə
sisteminin təsirini izah edin.
--- İqtisadiyyatın
inkişafında idarəetmə sistemi istehsal amillərini müxtəlif sahələr arasında
bölüşdürür,istehsalı stimullaşdırır, onun
səmərəliliyini yüksəldir və gəlirliliyini təmin edir.
2)İdarəetmənin obyektlərini və subyektlərini
sayın.
--- İdarəetmənin
obyektləri: bütövlükdə xalq təsərrüfatı; xalq təsərrüfatının ayrı-ayrı
sahələri ; səhimdar cəmiyyətlər ; trestlər,konsernlər,birliklər.Bütövlükdə ictimai təkrar istehsal və onun
fazaları-istehsal bölgü,mübadilə və istehlak- iqtisadi idarəetmə obyektləridir.
İdarəetmənin subyektləri : dövlət və onun orqanları ;inhisar
birliklərinin idarə orqanları; birliklərin idarə orqanları; müəssisələrin idarə
aparatı; sahibkarlar və menecerlər,banklar, bizneslə məşğul olan fərdlər
3)Azərbaycan Respublikası Sovet imperiyası
dövründə yaradılmış idarəetmə
sistemindən nəyə görə imtina etməlidir.
--- Sovet
imperiyası dövründə idarəetmə
sistemi ən çox imperianın mənafeyinə uyğun səmtə
yönəlmişdir. Azərbaycan Respublikasında idarəetmə sistemi milli iqtisadiyyatın inkişafına xidmət edir.
4)İdarəetmə hansı amillər nəzərə alınsa milli
iqtisadiyyatımız yarana və inkişaf edə bilər.
---Elmi
idarəetmənin mühüm vasitəsi olan tənzimləmə və onun metodlarının
təkminləşdirilməsı iqtisadiyyatın inkişafına müsbət təsir göstərər.
5)İdarəetmə münasibətləri daim
təkmiləşdirilməli və inkişaf etməlidir.Bunun əsas səbəbi nədir.
---İdarəetmə
münasibətləri geniş əhatəli münasibərlər sistemindən ibarətdir. İdarəetmə münasibətləri idarə olunanla idarə
edənlər,müəssisə və sexlər, müəssisə ilə yuxarı qurumlar arasındakı
münasibətləri əks etdirir.
16
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-3-4”İdarəetmənin metodları və növləri”
Tədqiqat sualları üçün köməkçi suallar :
1)İdarəetmə metodu
nədir və o, müəyyən edilərkən nəyə əsaslanır?
--- İdarəetmə
metodu dedikdə qarşıya qoyulan məqsədə
çatmaq üçün işlədilən fənd,girəvə, üsul və ya hər hansı idarəetmədə
iştirakçıların məqsədə necə çatması vasitəsi başa düşülür.İdarəetmə iqtisadi
qanunların tələblərinin həyata keçirilməsi metoddudur.
2)İqtisadi
idarəetmə metodu nədir və onun üstünlükləri
hansılardır?
---İqtisadi
qanunlar və amilləri nəzərə almaq və ölkənin milli mənafeyinə uyğun aparıcı
təsərrüfatçılıq metodlarına idarəetmənin iqtisadi metodları deyilir.
3)İdarəetmədə
inzibati metodu nədir və onun nöqsanları nədən ibarətdir?
---İdarəetmə
bazar və inzibati-amirlik sistemlərində istehsalın inkişafına müxtəlif cür
təsir göstərir. Əgər bazar sistemində sahibkar daha çox nənffət əldə etmək xatirinə və rəqabətdə məğlub olmaqdan xilas
olmaq üçün idarəetməni təkmilləşdirməyə can atırsa , inzibati-amirlik
sistemlərində isə müəssisə rəhbəri buna ciddi səy göstərmir.”yuxarıların “
tapşırığını gözləyir.
4)Planlaşdırma
nəyə zəruridir?
---Planlaşdırma-mövcud
istehsal potensialından səmərəli istifadə olunma, idarəetmə metodlarının
təkminləşdirilməsi ,maliyyə-kredit mexanizminin səmərəliliyinin artırılması və
s. daxildir. Planlaşdırma idarəetmənin bir istiqamətidir. Planlaşdırma müəssisə
və dövlət səviyyəsində həyata keçirilir.
5)İdarəetmənin
normativ-sərəncam metodu nədir və onun xüsusiyyətləri hansılardır?
--- İdarəetmənin
normativ-sərəncam metodunun təsir vasitələri
əsasnamələr,təlimatlar,normativlər,göstərişlərdir.Onların vasitsilə istehsalın
fəaliyyəti,istehsalçının qarşısında qoyulan vəzıfəni necə yerinə yetirməsi üzərində nəzarəttəmin edilir.
6)İdarəetmənin
təşkilati- təsir metodunu şərh edin.
--- İdarəetmənin
təşkilati- təsir metodu bir neçə növləri vardır: təçkilatı
nizamlaşdırma,təşkilatı tənzimləmə,təşkilatı normalaşdırma və təşkilatı
metodiki təlimatlandırma.
7)İdaretmənin
sosial-psixoloji metodu nədir və onun rolu müasir dövrdə nəyə görə artib?
--- İdaretmənin
sosial-psixoloji metodlarda insaniyyətlik hissinin aşılanmasına, onlar
arasında münasibətlərin nizamlanmasına kömək edir.
17 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-5”İqtisadiyyatın
dövlət tərəfindən tənzimlənməsi”
Tədqiqat sualları üçün köməkçi suallar:
1)Bazislə
(əsasla) üstqurumun qarşılıqlı əlaqəsini izah edin.
---Ustqurum
əsasın (bazisin) üzərində yüklənir.Əsas üstqurumun mahiyyətini, məqsədini
müəyyən edir.Lakin üstqurum da əsasa qarşı pasiv deyil .O da öz növbəsində öz
əsasının yaranmasına və inkişafına təsir göstərir. Üstqurumun ən fəal
ünsürlərindən biri dövlətdir.
2)Dövlətin
iqtisadiyyata qarişması nə vaxt baş verdi və nəyə görə bu zərurətə çevrildi?
---Azad
sahibkarlıq sistemi yarandıqdan sonra əmək bölgüsü yaranır və dərinləşir, əlaqələr çoxalır,
mürəkkəbləşir. Bu zaman dövlətin
iqtisadiyyatı tənzim edilməsinə ehtiyac yaranır.İnhisaçılıqın, infilyasiyanın səviyyəsinin azalmasın və
ölkəin müdafiə qüdrətinin artırılması üçün dövlətin iqtisadiyyata qarişması
zərurətə çevirir.
3)C.M.Keynsin dövlətin
iqtisadiyyata qarışması haqqında fikirləri nədən ibarətdir?
---1936- cı ildə çap etdirdiyi
”Məşğulluqun,faizin və pulun ümumi
nəzəriyyəsi” adlı əsərində dövlətin
iqtisadiyyata qarışmasına aıd yeni nəzəriyyə yaratmışdır. Keynsin
nəzəriyyəsinə görə dövlətin iqtisadiyyata müdaxiləsində məqsəd böhran
hallarını aradan qaldırmaq, maksimum məşğulluğu təmin etmək , nəticədə iqtisadi
artımın sürətini yüksəltməkdən ibarətdir.
4)Bazar
iqtisadiyyatı şəraitində dövlət iqtisadiyyatı tənzim edərkən hansı vəzifə-ləri yerinə
yetirilməlidir?
--- Bazar
iqtisadiyyatı şəraitində dövlət iqtisadiyyatı tənzimləmək üçün hüquqi bazanın
yaradılması,rəqabətin qorunub saxlanması,gəlirin və sərvətin yenidən
bölüşdürülməsi və iqtisadiyyatın sabitləşməsini
təmin etməlidir. Dövlət hüquqi
qanunlarla bərabər müəyyən inzibati amillərdən istifadə edir. Dövlət cəmiyyətdə
gəlirin yenidən bölgüsü yolu ilə ,sosial
mühafizə və sosial təminat fondunu formalaşdırır.
18 həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-6”İdarəetmə
orqanları”
Tədqiqat sualları üçün köməkçi suallar:
1)Bazar iqtisadiyyatı sistemi ölkələrində
idarəetmə orqanları istehsalın inkişafına necə təsir göstərirlər?
---Bazar iqtisadi sistemində müəssisəni idarə edən menecer şəraitlə
əlaqədar olaraq əvvəlcədən nəzərdə tutulmuq planı dəyişə bilər. Şərait
dəyişdiyinə görə, taktiki manevr etmək , işə sərbəst yanaşmaq imkanı verir.
2)İnzibati-amirlik sistemində idarəetmə
orqanlarının nöqsanları hansılardır?
--- İnzibati-amirlik
sistemində mərkəzi idarəetmə orqanları
həlledici rol oynayır.Mərkəzdən verilən
əmir, sərəncam . göstəriş səhv olsa belə
müəsisənin rəhbəri onu danışıqsız
yerinə yetirməli idi.
3)İqtisadiyyatı idarəetmə orqanlarını sayın.
--- İqtisadiyyatı
idarəetmə orqanlarını nazirliklər ,
müəssisələr rəhbərləri, sexlərin rəhbərləri, ustalar sayılır. Nazirlər və
nazirliyin digər rəhbər işçiləri onlar qarşısında qoyulan vəzifələrə görə dövlət qarşısında məsuliyyət
daşıyırlar.
4)Müəssisə
idarəetmə orqanları inkişafında nə kimi rol oynayır?
--- Müəssisə
idarəetmə orqanları inkişafında rolu
böyükdür. Hər bir müəssisə idarədən və idarə olunan sistemlərdən ibarətdir.
Bunlar arasında işgüzar münasibət yaratmaq idarə edən orqanın əsas vəzifəsidir.
İdarə edən sistem müəssisənin idatəetmə
orqanıdır.İdarə edən sistemə direktor
,onun müavinləri sex rəisləri, ustalar və s. daxildir.
19-20ci
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-7”İstehsalın
idarə edilməsi.Menecment ”
Tədqiqat
sualları üçün köməkçi suallar:
1)İstehsalın
idarə olunmasında işçilərə humanist, ədalətli münasibətin nə kimi müsbət təsiri
olur?
---
İstehsalın idarə olunmasında sahibkar və işçi arasında normal, insani münasibətlərin
yaranması uzlaşdırılmalıdır.İşçiyə qayğı,inam,etibar , qərarların qəbul
edilməsində iştirak təmin etməklə
istehsalın idarə edilməsinə
müsbət təsiri göstərər.
2)Menecment
nədir və onun üstünlükləri nədən ibarətdir?
---Menecment-
istehsalın gəlirliyini və səmərəliliyini yüksəltmək məqsədi ilə idarəetmədə
tətbiq olunan prinsip, üsul, forma və vasitələrin məcmusudur.Bazar iqtisadiyyatı sistemli
ölkələrdə istehsal müəssəsələrini idarə
edən şəxslərə menecer deyilir.Menecerlikdə
istetsalın dana yaxşı idarə edilməsi üçün zəruri olan bir çox cəhətlər –
istehsalçılarla daha yaxşı davranmaq,
idarəetmə ustalığı, xususi qabiliyyət və inzibati vərdişlər üzvi surətdə
birləşir.
3)Müasir
dövrdə menecmentliyin xarakterik xüsusiyyətləri hansılardır?
--- Müasir
dövrdə menecmentliyin xarakterik xüsusiyyətlərdən biri istehsalı sosial istiqamətə yönəltməkdir. Menecmenlik
cəmiyyətin əxlaq keyfiyyətləri ilə ədalətlilik prinsipləri arasında tarazlığı təmin edir İstehsal prosesində ədaləlilik,
doğrululuq olan yerdə əhalidə də bu keyfiyyətlər yaranır və əksinə. İdarəetmə
həm elm, həm də incəsənətdir. Həqiqi,peşəkar menecer olmaq üçün elimlik,
iqtisadçılıq və insan qəlbinin bilicisi kimi keyfiyyətlər onda birləşməlidir.
4)Yaponyada
menecerlik başqa ölkələrdən nə ilə fərqlənir və onun üstünlükləri nədən
ibarətdir.
---Yapon menecerinin ən mühüm vəzifəsi işçilərlə
normal münasibət və şərait yaratmaq, işçilərlə menecerin eyni taleyə və
şirkətin onların doğma ailəsi olmağına inam
yaratmaqdan ibarətdir.
21-ci həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-9 “IX
bölmədə keçirilən mövzuların təkrarı”
X bölmə --Dünya Təsərrüfatı sistemi
22-ci
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-1”Dünya
təsərrüfatı sisteminin mahiyyəti və onun əsas xüsusiyyətləri.”
: Tədqiqat
sualları üçün köməkçi suallar
1) Dünya
təsərrüfatı sistemi nə vaxt yarandı və
onu şərtləndirən cəhətlər hansılardır?
2) Dünya
təsərrüfatı sisteminin yaranması nə vaxt
başa çatdı?
3) Dünya
təsərrüfatı sisteminin üstünlükləri və ziddiyyətlərini şərh edin.
23-ci həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-2”Beynəlxalq
əmək bölgüsü”
Tədqiqat
sualları üçün köməkçi suallar:
24-cü
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-3 ” Beynəlxalq ticarət”
Tədqiqat suallar:
25-ci həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-4” Sərbəst iqtisadi zonalar”
Tədqiqat
suallar:
26-cı
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-5” Beynəlxalq əhali miqrasiyası
və kapital”
Tədqiqat suallar:
27-ci
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-6” Valyuta münasibətləri”
Tədqiqat
suallar:
28-ci
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-7”Azərbaycan
Respublikasının xarici iqtisadi münasibətləri və onların xüsusiyyətləri”
Tədqiqat
suallar:
29-ci həftənin XI Siniflər üçün dərs mövzusu
Mövzu-8
“Ətraf mühitin qorunması”
Tədqiqat
suallar:
30-ci
həftənin XI Siniflər üçün dərs
mövzusu
Mövzu-9“X
bölmədə keçirilən mövzuların təkrarı”
Tədqiqat
suallar:
Hiç yorum yok:
Yorum Gönder