3 Haziran 2017 Cumartesi

                   QILMAN EYVAZOV

Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün
Çağırışaqədərki hazırlıq fənni üzrə
                         DƏRSLİK
Bu nəşrlə bağlı irad və təkliflərinizi
info@eastwest.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik! LAYİHƏ



“Çağırışaqədərki̇ hazırlıq” fənni̇ni̇n məqsəd və vəzi̇fələri̇...................................................... 5
I BÖLMƏ. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Fəsil 1. Azərbaycan Respubli̇kası Si̇lahlı Qüvvələri̇......................................................... 9
1.1.1. Azərbaycan Respubli̇kasının dövlət rəmzləri................................................... 9
1.1.2. Azərbaycan Respubli̇kası Si̇lahlı Qüvvələri̇................................................... 13
1.1.3. Azərbaycan Respubli̇kasının başqa si̇lahlı bi̇rləşmələri̇................................. 18
1.1.4. Azərbaycan Respubli̇kasının hərbi̇ atri̇butları................................................ 21
1.1.5. Azərbaycan Respubli̇kasının Konsti̇tusi̇yasında və
di̇gər qanunveri̇ci̇li̇k aktlarında hərbi̇ xi̇dmətə dai̇r müddəalar....................... 26
1.1.6. Azərbaycan Respublikası Si̇lahlı Qüvvələri̇nin Daxi̇li̇ Xi̇dmət Ni̇zamnaməsi̇.. 30
1.1.7. Azərbaycan Respublikası Si̇lahlı Qüvvələri̇nin İnti̇zam Ni̇zamnaməsi̇............ 34
1.1.8. Azərbaycan Respublikası Si̇lahlı Qüvvələri̇nin Qarni̇zon və Qarovul
Xi̇dmətləri̇ Ni̇zamnaməsi̇................................................................................. 38
1.1.9. Azərbaycan Respublikası Si̇lahlı Qüvvələri̇nin Sıra Ni̇zamnaməsi̇................. 42
1.1.10. Si̇lahsız sıra üsulları və hərəkətlər.................................................................. 46
II BÖLMƏ. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Fəsil 2. Taktiki hazırlıq.................................................................................................... 51
2.2.1. Müasi̇r ümumqoşun döyüşü............................................................................ 51
2.2.2. Motoatıcı manqanın (MAM) quruluşu və döyüş i̇mkanı................................. 55
2.2.3. Əsgəri̇n döyüşdə vəzi̇fələri̇.............................................................................. 59
2.2.4. Əsgəri̇n döyüşdə hərəkətləri̇............................................................................ 63
2.2.5. Əsgəri̇n hücumda hərəkətləri̇........................................................................... 67
2.2.6. Əsgəri̇n müdafi̇ədə hərəkətləri̇......................................................................... 71
Fəsil 3. Döyüş təminatı................................................................................................... 74
2.3.1. Döyüş təmi̇natı................................................................................................. 74
2.3.2. Zi̇rehli̇ texni̇kalar............................................................................................. 79
2.3.3. Motoatıcı manqanın mövqeyi̇ni̇n mühəndi̇s təchi̇zatı...................................... 83
2.3.4. Mühəndi̇s maneələri̇........................................................................................ 87
Fəsil 4. Atəş hazırlığı....................................................................................................... 94
2.4.1. 7,62 mm-li̇k və 5,45 mm-li̇k Kalaşni̇kov avtomatları və əl pulemyotları............94
2.4.2. 7,62 mm-lik və 5,45 mm-lik Kalaşni̇kov avtomatlarının və
əl pulemyotlarının natamam sökülməsi̇ və yığılması.................................... 100
2.4.3. Atışın əsasları................................................................................................. 108
2.4.4. 7,62 mm-li̇k SVD ti̇pli̇ snayper tüfəngi̇......................................................... 113
2.4.5. PK, PKM və PKT pulemyotları..................................................................... 119
2.4.6. 40 mm-lik RPQ-7 ti̇pli̇ tank əleyhi̇nə əl qumbaraatanı.................................. 129
2.4.7. Əl qumbaraları............................................................................................... 137
2.4.8. 9 mm-li̇k Makarov tapançası (PM)................................................................ 141
Fəsil 5. Hərbi topoqrafiya.............................................................................................. 147
2.5.1. Hərbi̇ topoqrafi̇ya........................................................................................... 147
2.5.2. Ərazidə xəri̇təsi̇z səmtlənmə.......................................................................... 152
2.5.3. Azi̇mut istiqamətində hərəkət........................................................................ 158
Fəsil 6. Mülki müdafiə.................................................................................................. 163
2.6.1. Fövqəladə halların təsni̇fatı........................................................................... 163
2.6.2. Texnogen və sosi̇al xarakterli̇ fəlakətlər........................................................ 167
2.6.3. Təbi̇i̇ fəlakətlər............................................................................................... 173
2.6.4. Kütləvi qırğın si̇lahları və onların fəsadları................................................... 181
2.6.5. Fərdi və kollektiv mühafizə vasitələri........................................................... 189
III BÖLMƏ. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Fəsil 7. Hərbi tibbi hazırlıq........................................................................................... 195
3.7.1. Sağlam həyat tərzi......................................................................................... 195
3.7.2. Müxtəlif növ xəsarətlər zamanı ilk tibbi yardım qaydaları........................... 198
İstifadə olunmuş ədəbiyyat................................................................................................. 208
MÜNDƏRİCAT
LAYİHƏ
5
“ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ”
FƏNNİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Çağırışaqədərki hazırlığın bir fənn kimi tədrisi Azərbaycan xalqının və dövlətçiliyinin
qorunmasının, onun ərazi bütövlüyünün təmin edilməsinin
əsas qarantı olan
Silahlı Qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclərin hazırlanması zərurətindən
irəli gəlir.
Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləmək,
hər
an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri
hesab
olunur. “Çağırışaqədərki hazırlıq” fənninin tədrisi bu keyfiyyətlərin
formalaşması
üçün geniş imkanlar yaradır.
“Çağırışaqədərki hazırlıq” fənninin məqsədi yeniyetmələri
Azərbaycan
Respublikası Konstitusiyasının
qanunları və hərbi xidmətə
dair müddəalarla
tanış etmək, onların hərbi və vətənpərvər
ruhda tərbiyəsinə nail olmaq, şagirdlərə atəş hazırlığı,
mülki müdafiə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərin
verilməsini təmin etməkdən ibarətdir.
Əziz gənclər!
“Çağırışaqədərki hazırlıq” kitabından siz Azərbaycan Respublikası Silahlı Qüvvələri,
ordu quruculuğu və s. haqqında bir çox məsələləri öyrənəcək,
müxtəlif
situasiyalarla qarşılaşacaq, onlara münasibət bildirəcək, hadisələri
düzgün təhlil
edərək əsgəri vərdişlərə yiyələnəcəksiniz.
Siz “Çağırışaqədərki hazırlıq” fənnini aşağıdakı istiqamətlər üzrə öyrənəcəksiniz:
dövlət təhlükəsizliyinin
tarixi və hüquqi əsasları, həyat fəaliyyətinin
təhlükəsizliyinin
təminatı, tibbi biliklər və ilk tibbi yardım qaydaları.
Yer üzündə baş verən müharibə və qarşıdurmalar insanların
yaşamaq istəyini daha da qüvvətləndirmiş, onlar mənsub olduqları
xalqın, yaşadıqları ölkənin maraqlarını qorumağı hər şeydən
üstün hesab etmişlər.
LAYİHƏ
6
Dövlət təhlükəsizliyinin
tarixi və
hüquqi əsasları
Həyat fəaliyyətinin
təhlükəsizliyinin
təminatı
Siz Azərbaycan Respublikasının ərazi bütövlüyünün
pozulduğu, separatçıların
terror
təhdidi və işğalı ilə üz-üzə qaldığı bir dövrdə həyat fəaliyyətinin təhlükəsizliyinin təminatına
dair zəruri biliklər alacaq, ümumqoşun döyüşünün əsasları, taktika və müasir
silahlar
haqqında biliklərə, topoqrafiya, mülki müdafiə üzrə bacarıqlara yiyələnəcəksiniz.
Unutmayın ki, əldə olunan bilik və bacarıqlar, ilk növbədə, hərbi xidmətə gedəcək siz
gənclərin
çağırışaqədərki hazırlıq dövrü üçün böyük əhəmiyyət kəsb edir.
LAYİHƏ
7
1. Öyrəndikləriniz əsasında “Çağırışaqədərki hazırlıq” fənninin məqsəd və
vəzifələri haqqında yığcam danışın.
2. Sizcə, Silahlı Qüvvələr və başqa silahlı birləşmələrdə
xidmət etmək üçün
“Çağırışaqədərki hazırlıq” fənninin istiqamətverici əhəmiyyəti nədən ibarətdir?
3. Sizcə, “Çağırışaqədərki hazırlıq” fənni gənclərdə mənəvi keyfiyyətlərin formalaşmasına
necə nail ola bilər?
4. Həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasında “Çağırışaqədərki
hazırlıq” fənninin rolu nədən ibarətdir?
5. İlk tibbi yardım zamanı humanist
yanaşma, əsl insani keyfiyyətlər
nümayiş
etdirmək dedikdə nə başa düşürsünüz?
Sual və tapşırıqlar
Tibbi biliklər
və ilk tibbi yardım
qaydaları
LAYİHƏ
I BÖLMƏ. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Fəsil 1. Azərbaycan Respublikası Silahlı Qüvvələri
1.1.1. Azərbaycan Respubli̇kasının dövlət rəmzləri
1.1.2. Azərbaycan Respubli̇kası Si̇lahlı Qüvvələri̇
1.1.3. Azərbaycan Respubli̇kasının başqa si̇lahlı bi̇rləşmələri̇
1.1.4. Azərbaycan Respubli̇kasının hərbi̇ atri̇butları
1.1.5. Azərbaycan Respubli̇kasının Konsti̇tusi̇yasında və di̇gər qanunveri̇ci̇li̇k
aktlarında hərbi̇ xi̇dmətə dai̇r müddəalar
1.1.6. Azərbaycan Respublikası Si̇lahlı Qüvvələrinin Daxi̇li̇ Xi̇dmət Ni̇zamnaməsi̇
1.1.7. İnti̇zam Ni̇zamnaməsi̇
1.1.8. Qarni̇zon və Qarovul Xi̇dmətləri̇ Ni̇zamnaməsi̇
1.1.9. Sıra Ni̇zamnaməsi̇
1.1.10. Si̇lahsiz sıra üsulları və hərəkətlər LAYİHƏ
9
1.1.1. AZƏRBAYCAN RESPUBLIKASININ
DÖVLƏT RƏMZLƏRİ
Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət
Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının
Dövlət Himnidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il
noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
qərarı
ilə qəbul edilmişdir.
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti
süqut etdikdən sonra
Azərbaycanda
bu bayraqdan istifadə olunmamışdır. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın
17-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevral ayının 5-də
üçrəngli bayrağın Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Dövlət Bayrağı
kimi qəbul edilməsi haqqında qərar verildi.
Hər bir ölkənin dövlət
və hərbi rəmzləri vardır.
Rəmzlər bütün dövrlərdə
mövcud olmuşdur. Tarixi mənbələr,
maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki,
keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin
müxtəlif rəmzləri,
həndəsi və nəbati ornamentlərdən, quş və
heyvan təsvirlərindən
ibarət nişan və emblemləri,
üzərində ərəb
hərfləri ilə yazılmış
möhürləri və tuğraları* olmuşdur. Belə
rəmzlər Azərbaycanda
müstəqil və yarımmüstəqil kiçik dövlət
qurumları sayılan xanlıqlar
dövründə də geniş yayılmışdır.
Hələ XIX əsrdə Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd,
İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri olmuş və
bunlar maddi mədəniyyət abidələrində,
rəsmi sənədlərdə öz
əksini tapmışdır.
Sizcə, dövlət və hərbi rəmzlərin olması nəyin göstəricisidir?
Azərbaycan Respublikasının rəmzləri nəyi təcəssüm
etdirir?
Fəsil 1. Azərbaycan Respublikası Silahlı Qüvvələri
Tuğra hökmdarın adını, titulunu
göstərən fərdi nişandır.
LAYİHƏ
10
Azərbaycan
Respublikasının Dövlət Bayrağı binanın divarına dirəksiz şaquli şəkildə
bərkidildikdə
bayrağın mavi zolağı qarşıdan
baxılarkən sol tərəfə yerləşməlidir.
Azərbaycan Respublikasının müstəqilliyinin 93-cü ildönümü ərəfəsində vətənimizin
paytaxtı Bakı şəhərində Bayraq Meydanı inşa edilmişdir. Meydanda
səkkizguşəli
ulduz formasında
Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bütöv olmalı və solğun görünməməlidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı masaların və ya kürsülərin
üstünə örtük kimi sərilə, oturacaqların üzərinə və ayaq basılan yerlərə
qoyula bilməz.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər
enli üç üfüqi zolaqdan ibarətdir.
Yuxarı zolaq
mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Qırmızı zolağın ortasında bayrağın hər iki
üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
1991-ci ildə Azərbaycan bayrağı nə üçün məhz
üçrəngli bayraq kimi qəbul edildi?
LAYİHƏ
11
Azərbaycan Respublikasının Dövlət Bayrağı elə qaldırılmalıdır ki, onun
parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.
Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan
Respublikası 1993-cü il yanvarın
19-da
qəbul
etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə
hazırlanmış dövlət gerbi layihələrindən birini
müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının
Dövlət Gerbi kimi təsdiq etmişdir.
Dünya heraldika* sahəsində dövlət gerblərinin qalxan
üzərində
verilməsi təcrübəsi geniş yayılmışdır. Qalxandan
dünya xalqları min illər boyu müdafiə, eləcə də
milli simvolların
nümayiş etdirilməsi məqsədilə istifadə
edib. Bu da bəllidir
ki, Şərq xalqlarında qalxan milli
döyüş alətlərindən
biri olub, qəhrəmanlıq simvoludur.
Qərb ölkələrində
gerblər müxtəlif formada olsa da,
Şərqdə ancaq dairəvi formadadır.
Dövlət gerbinin dairəvi qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti
olduğunu, mədəniyyətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini
bildirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz Günəşin simvoludur. Günəş
(eləcə də Ay) dünya heraldika elmində “əbədi, daimi, sonsuz həyat” mənasındadır.
Günəş simvolunun ağ rənglə verilməsi isə “əmin-amanlıq, sülhsevərlik, barış” mənalarını
verir. Günəşin mərkəzində
alov təsviri “Odlar Yurdu”nu – Azərbaycanı simvolizə
edir. Ümumiyyətlə,
alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Palıd budaqları
– milli hərbi qüdrətimizi, sünbül – Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə
olan müqəddəs münasibətini göstəririr.
Azərbaycan Respublikasının Dövlət Himni
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin
Nazirlər Şurası
cümhuriyyətin milli himninin və dövlət gerbinin hazırlanması haqqında qərar vermiş,
Heraldika ən qədim dövrdən mövcud olmuş möhür,
emblem və nişanları öyrənən elmdir.
LAYİHƏ
12
bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci
il aprelin 28-də Xalq Cümhuriyyətinin
süqutu Azərbaycanın milli himninin qəbul
edilməsinə
imkan verməmişdir.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının
Dövlət Himni haqqında” Qanun qəbul etdi. Qanuna
əsasən, Əhməd Cavadın sözlərinə 1919-cu ildə dahi bəstəkar
Üzeyir Hacıbəylinin bəstələdiyi “Azərbaycan
marşı” Azərbaycanın
Dövlət
Himni kimi təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət Himni tədbirlərdə ifa olunarkən
tədbir iştirakçıları
himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
Bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının
Dövlət Himninin öyrənilməsinə və ifasına həsr edilir.
Himnimizə dərin ehtiram bəsləmək hər bir vətəndaşın vətənpərvərlik borcudur.
1. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət rəmzlərinə münasibət
necə əks olunub?
2. Konstitusiyada dövlət atributları ilə bağlı olan müddəalar haqqında
danışın.
3. Dövlət atributlarının mahiyyət və əhəmiyyətinin geniş təbliğ olunması
nəyə xidmət edir?
4. Dövlət atributlarının rəmzi mənalarını şərh edin. Rəmzləri şərh etmək
üçün nəyə çox diqqət yetirməlisiniz?
5. “Gənclər siyasəti haqqında” qanunda dövlət atributlarına hörmət öz əksini
necə tapmışdır?
6. İlk Azərbaycan gerbinin layihəsinin nə vaxt hazırlandığını və nə ilə nəticələndiyini
araşdırın.
7. Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə qaydaları haqqında
təqdimat hazırlayın.
Sual və tapşırıqlar
LAYİHƏ
13
1991-ci il avqust ayının 30-da Azərbaycanın dövlət müstəqilliyinin
bərpa olunması haqqında Bəyannamə qəbul edildi və
respublikamız
müstəqil dövlət kimi öz Silahlı Qüvvələrini
yaratmaq
hüququ əldə etdi. Azərbaycanın dövlət müstəqilliyinin
bərpasından
sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan
Silahlı
Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
Sizcə, Silahlı Qüvvələr hansı zərurətdən
yarandı?
Azərbaycan
Respublikasının Silahlı Qüvvələri nə məqsədlə
yaradıldı?
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin əsas vəzifələri
hansılardır?
1.1.2. AZƏRBAYCAN RESPUBLIKASI
SILAHLI QÜVVƏLƏRI
Azərbaycan Respublikası Silahlı Qüvvələri təşkilati cəhətdən silahlı qüvvələr
növünə, qoşun növlərinə, xüsusi qoşunlara və arxa təminat xidmətinə ayrılır. Onlar
mərkəzi idarəetmə orqanlarından, o cümlədən Baş Qərargahdan, birlik və birləşmədən,
hərbi hissə, müəssisə, təşkilat və hərbi təhsil müəssisələrindən ibarətdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri üç əsas növə bölünür:
Quru Qoşunları Hava Hücumundan Müdafiə
Qoşunları
və Hərbi Hava Qüvvələri
Hərbi Dəniz
Qüvvələri
Quru qoşunları
motoatıcı, tank qoşunları, rabitə qoşunları, mühəndis qoşunları, madditexniki
təminat bölmələri, kimya bölmələri, raket-artilleriya qoşunları və
xüsusi təyinatlı qoşunlarından ibarətdir.
LAYİHƏ
14
Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri
hava hücumundan müdafiə qoşunları və hərbi hava qüvvələrindən, zenitraket
qoşunlarından, radio-texniki qoşunlardan, maddi-texniki təminat
bölmələrindən ibarətdir.
Hərbi Dəniz Qüvvələri
suüstü qüvvələrdən, xüsusi qoşunlardan, maddi-texniki təminat bölmələrindən
ibarətdir.
Müharibə
dövründə başqa silahlı birləşmələrin də qatıldığı bütün hərbi əməliyyatların
idarə edilməsini Silahlı Qüvvələrin Baş Qərargahı həyata keçirir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə rəhbərliyi Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir.
SILAHLI QÜVVƏLƏRİN QOŞUN NÖVLƏRININ TƏYINATI
Quru Qoşunları
Quru Qoşunları ən çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür,
böyük
atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına
malikdir. Quru Qoşunları düşmən qruplaşmalarını darmadağın etmək, onun
nəzarətində
olan ərazi sahələrini, mövqelərini ələ keçirmək və saxlamaq üçün
nəzərdə tutulmuşdur.
Motoatıcı qoşunlar. Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin
istər yerüstü bölmələri, istərsə də alçaqdan uçan hava hədəfləri ilə mübarizə
aparmağa
qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir.
LAYİHƏ
15
Tank qoşunları Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri
kimi tank bölmələrinin texniki vasitələrinin idarəetmə,
naviqasiya cihazları müasirləşdirilmiş,
dayanıqlılığı artırılmış, silahlanmasına
yeni nəsil tankları daxil edilmişdir.
Raket-Artilleriya qoşunları Quru Qoşunlarının əsas atəş gücünü təşkil edir.
Artilleriya bölmələrimizin
istifadəsində görünən və örtü arxasında yerləşən düşmən
hədəflərinə zərərvurma imkanına, dəqiq və dağıdıcı atəş gücünə malik artilleriya
qurğuları vardır.
2016-cı ilin aprel ayının əvvəlində cəbhədə
düşmənin təxribatının qarşısının alınması
zamanı topçularımız sərrast atəşlə
qarşı tərəfin xeyli döyüş texnikasını və canlı
qüvvəsini, eləcə də dərinlikdə yerləşən
idarəetmə
məntəqələrini
sıradan çıxarmışlar.
Hərbi Hava Qüvvələri
Hərbi Hava Qüvvələri əsas zərbə gücü olmaqla hərbi hava qüvvələri, aviasiya
və hava hücumundan müdafiə qoşunlarından ibarətdir. Müasir sistemlərlə
yenilənmiş
aviasiyamız gündəlik uçuş təlimləri yerinə yetirməklə
döyüş vərdişlərini artırmağa
davam edir. Gecəgörmə cihazları və müasir naviqasiya sistemləri ilə təchiz
edilmiş döyüş helikopterlərimiz düşmənin
hava hədəflərini, döyüş texnikalarını və
onun canlı qüvvəsini sutkanın istənilən vaxtında məhv etməyə qadirdir.
Əliağa Şıxlinski Port Artur uğrunda
gedən
döyüşdə iki topla yaponların
18 topuna qarşı vuruşmuş və qalib
gəlmişdir.
Bunu bilmək maraqlıdır
LAYİHƏ
16
Sevindirici haldır ki, bütün növ uçuş aparatlarının pilotları Azərbaycan Ali Hərbi
Təyyarəçilik Məktəbinin yetirmələridir. Onlar vətənpərvər, qorxmaz milli şahinlərimizdir.
Hava hücumundan müdafiə və zenitraket
qoşunları ölkəmizin havadan müdafiəsini
təmin edir. Müasir müdafiə sistemləri
və raket kompleksləri ilə təmin edilmiş hava
hücumundan müdafiə qoşunlarımız öz sayıqlıqlarını
daim artırır. 2014-cü ilin noyabr
ayında cəbhə xəttində təxribat törətməyə

ön xətdə yerləşən bölmələrimiz üzərinə hücuma
keçməyə çalışan düşmən helikopteri hava hücumundan
müdafiə bölmələrimiz
tərəfindən vurularaq zərərsizləşdirilmişdir.
Hərbi Dəniz Qüvvələri
Hərbi Dəniz Qüvvələrinin vəzifəsi Azərbaycanın dənizdən təhlükəsizliyini, dəniz
enerji infrastrukturlarının mühafizəsini və su sərhədlərinin
qorunmasını təmin etməkLAYİHƏ
17
dən ibarətdir. Eyni zamanda onlar döyüş əməliyyatları zamanı Quru Qoşunları
ilə
əlaqəli fəaliyyət
göstərərək dənizkənarı və sahil zonalarında düşmən
qüvvələrinə
qarşı birgə mübarizə aparmaq, onun sahilə çıxarmağa cəhd edə biləcək dəniz
desantı bölmələrini məhvetmə tapşırığını yerinə yetirməyə daim hazırdırlar.
Bütün qoşun növlərində xidmət edən zabitlərin hazırlanması üçün aşağıdakı
təhsil müəssisələri mövcuddur:
Silahlı Qüvvələrin Hərbi
Akademiyası
Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbi
Cəmşid Naxçıvanski adına
Hərbi Lisey
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinin
Təlim-Tədris Mərkəzi
Heydər Əliyev adına
Hərbi Lisey
Azərbaycan Tibb
Universitetinin nəzdində
hərbi tibb fakültəsi
Hərbi kadrların hazırlandığı
təhsil müəssisələri
1. Müharibə dövründə başqa silahlı birləşmələrin Silahlı Qüvvələrin Baş
Qərargahı
tərəfindən idarə olunmasını təmin edən amil hansıdır?
2. Silahlı Qüvvələrin hansı qoşun növündə xidmət etmək istərdiniz və niyə?
3. Dünya artilleriyasının inkişafında azərbaycanlıların rolu nədən ibarətdir?
4. Necə düşünürsünüz, hərbi təhsil müəssisələrinin yaradılması və zabit kadrlarının
yetişdirilməsi hansı zərurətdən irəli gəlir?
5. Təsəvvür edin ki, döyüş növbətçiliyi sizə tapşırılıb. Düşmənin aşağıdan
uçan hədəflərini aşkar etdikdə ilk anda nə edərdiniz?
6. Dənizdəki kommunikasiyaları düşmənin hərbi dəniz qüvvələrindən qorumaq
üçün hansı səmərəli təklifləri verərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
18
1.1.3. AZƏRBAYCAN RESPUBLIKASININ
BAŞQA SILAHLI BIRLƏŞMƏLƏRI
Daxili Qoşunlar
Daxili Qoşunlar 1991-ci ildə
yaradılmışdır.
Hərbi qanunvericilik, nizamnamələr, hərbi qulluqçuların xidmət keçməsi məsələləri
üzrə Daxili Qoşunların fəaliyyəti Silahlı Qüvvələr üçün müəyyən edilmiş hərbinormativ
aktlarla nizamlanır.
Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
(DSX) 2002-ci il 31 iyul tarixində yaradılmışdır.
DSX Azərbaycan Respublikasının
dövlət
sərhədinin
mühafizəsi sahəsində Azərbaycan
Respublikasının
qanunvericiliyi ilə
müəyyən edilmiş
səlahiyyətləri
həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanıdır.
Daxili Qoşunlar şəxsin, cəmiyyətin
və dövlətin mənafeyinin,
vətəndaşların
konstitusiya
hüquq və azadlıqlarının
cinayətkar qəsdlərdən
qorunması,
mühüm dövlət obyektlərinin,
kommunikasiya
qurğularının
mühafizəsinin
həyata keçirilməsi, ictimai asayişin mühafizəsi,
kütləvi
tədbirlər keçirilərkən
ictimai təhlükəsizliyin
təmin olunması,
kütləvi iğtişaşların qarşısının alınması,
habelə
qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələrin
yerinə yetirilməsi üzrə fəaliyyət göstərir.
Sizcə, başqa silahlı birləşmələrin yaranması hansı zərurətin
nəticəsidir?
LAYİHƏ
19
Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin
mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir.
Xüsusi Dövlət Mühafizə Xidməti
Azərbaycanda mühafizə xidmətinin dövlət səviyyəsində qurulması işinə ilk dəfə
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır. Sovet
imperiyası dağıldıqdan sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda siyasi, iqtisadi,
qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma
işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başlandı.
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət
mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə
olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi
dövlət rabitəsinin,
dövlət orqanlarının xüsusi təyinatlı informasiyatelekommunikasiya
sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının,
təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində
səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidməti Azərbaycan
Respublikasının Prezidentinin
2002-ci il tarixli Sərəncamı
ilə
yaradılmışdır.
Mülki Müdafiə Qoşunları
Fövqəladə Hallar Nazirliyinin mühüm qurumlarından biriolan
Mülki Müdafiə qoşunları 16 dekabr 2005-ci ildə yaradılmışdır.
Onun tapşırıqlarını müəyyənləşdirən
əsasnamə 29 dekabr
2006-cı ildə qüvvəyə minmişdir. LAYİHƏ
20
Mülki Müdafiə qoşunları ölkəmizin ərazisində mülki müdafiə tədbirlərini həyata
keçirərək əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması,
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması
zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin öhdəsindən layiqincə gəlir.
Yarandığı ilk gündən Mülki Müdafiə qoşunlarının şəxsi heyəti Fövqəladə Hallar Nazirliyinin
digər qüvvələri ilə birgə ölkə ərazisində baş verən təbii və texnogen qəzaların
nəticələrinin aradan qaldırılması, humanitar yüklərin ünvanına çatdırılması, subasmaya,
güclü küləyə məruz qalan ərazilərdə, torpaq sürüşməsi zamanı yaranan təhlükənin
aradan qaldırılması, baş verən meşə yanğınlarının söndürülməsi, zərərçəkmiş əhaliyə
ilkin tibbi yardımın göstərilməsi və digər təhlükəli vəziyyətlərin qarşısının alınması
kimi xüsusi əməliyyatları və xilasetmə işlərini uğurla yerinə yetirmişdir.
Azərbaycan Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərsləri
bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini
təşkil edir. Azərbaycan Demokratik Respublikasının
təcrübəsi və günümüzün müasir
reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin
təminatçısı və ərazi bütövlüyünün
müdafiəçisidir.
1. Kütləvi tədbirlər keçirilərkən
ictimai təhlükəsizliyin təmin olunmasında,
ictimai asayişin qorunmasında Daxili Qoşunların fəaliyyətini qiymətləndirin.
2. Dövlət Sərhəd Xidmətinin hansı fəaliyyəti
haqqında kütləvi informasiya
vasitələrində daha çox məlumata rast gəlirsiniz?
3. Mülki Müdafiə qoşunlarının bildiyiniz fəaliyyətləri
haqqında danışın.
4. Dövlət Sərhəd Xidmətinin yaranması tarixini araşdırın və yığcam təqdimat
hazırlayın.
Sual və tapşırıqlar LAYİHƏ
21
Döyüş Bayrağı
Döyüş Bayrağı bütün dövrlərdə
hərbi şərəf simvolu
hesab edilir.
Hərbi hissələrə yarandığı ilk
gündən Azərbaycan
Respublikası
Prezidentinin
xüsusi fərmanı ilə
Döyüş Bayrağı təqdim edilir.
Döyüş Bayrağı sülh dövründə
hərbi hissənin qərargahında
xüsusi
hazırlanmış yerdə saxlanılır.
Onun mühafizəsi
üçün ayrıca post
yaradılır və bu posta ən hazırlıqlı
əsgərlərdən
təyin edilmiş saatdar
qoyulur. Müharibə zamanı isə Döyüş
Bayrağı hissənin döyüş apardığı
bölgədə yerləşir. O, hərbi hissənin
mövcudluğunun göstəricisidir.
Döyüş Bayrağı hərbi hissənin
döyüş ənənələrini, əsgəri şərəf,
şöhrət və şücaətini təcəssüm
etdirir,
onun təyinatını və hansı qoşun
növünə mənsub
olduğunu
göstərir.
Hərbi Dəniz Qüvvələri gəmilərinə
təqdim edilən Döyüş
Bayrağı
gəminin
hansı ölkəyə mənsubluğunu
və toxunulmazlığını
bildirir.
Döyüş Bayrağı hərbi hissənin
bütün
mövcudluğu dövründə
hərbi
hissədə
saxlanılır.
1.1.4. AZƏRBAYCAN RESPUBLIKASININ
HƏRBI ATRIBUTLARI
Azərbaycan
Respublikası
Silahlı
Qüvvələrinin
Döyüş Bayrağı
Azərbaycan Respublikası
Quru
Qoşunlarının
Döyüş Bayrağı
Azərbaycan Respublikasının
Hərbi Dəniz
Qüvvələrinin Döyüş
Bayrağı
Azərbaycan Respublikası
Hava Hücumundan
Müdafiə
Qoşunları və Hərbi
Hava Qüvvələrinin
Döyüş Bayrağı
Azərbaycan
Respublikası
Silahlı
Qüvvələri Ali Baş
Komandanının
Döyüş Bayrağı
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin
Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir.
Hərbi hissənin döyüş bayrağı nə üçün təsis olunur?
LAYİHƏ
22
Döyüş Bayrağı
hər bir hərbi qulluqçuya qəhrəmanlıq
ənənələrini aşılayır, onu müqəddəs
borcu
olan Vətənin müdafiəsinə ruhlandırır.
Döyüş Bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna
Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən
onu mərdliklə, bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən
qorumaq borcunu xatırlatmaq üçündür.
Hərbi hissənin açılmış Döyüş Bayrağı önündə çəkilmiş şəkillə təltif edilmə
əsgər üçün ən yüksək fəxri təltif hesab edilir.
Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə
qorumalı,
onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir.
Döyüş Bayrağının itirilməsi böyük rüsvayçılıq hesab edilir. Bu cür hallarda
hərbi hissənin komandiri və bilavasitə müqəssir olan hərbi qulluqçular
məhkəməyə
verilir, hərbi hissə isə ləğv edilir.
Silahlı Qüvvələrin emblemi
Silahlı Qüvvələrin emblemi Silahlı Qüvvələri başqa hərbi birləşmələrdən
fərqləndirən əsas rəsmi rəmz hesab edilir. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin emblemi hərbi qulluqçuların,
həmçinin silahların, hərbi texnikanın və digər texnikanın Silahlı
Qüvvələrə mənsubiyyətini bildirən nişandır.
Hərbi geyim forması
Hərbi geyim forması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
şəxsi heyəti
və hərbi liseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim
predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir.
Hərbi geyim predmetlərinə üst geyimləri, baş geyimləri, ayaqqabılar və s. aiddir.
Hərbi qulluqçuların fərqləndirmə nişanlarına paqonlar,
yaxa nişanları, döş və qol nişanları, kokardlar*,
paqon və yaxalıqlardakı
nişanlar
(emblemlər,
ulduzlar və s.), kantlar
və lampaslar* aiddir.
Hərbi geyim forması mərasim, gündəlik, səhra
geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə, öz növbəsində, yay
və qış geyimlərinə
bölünür.
Kokarda baş geyimindəki
nişandır.
Lampas ali zabitlərin şalvarındakı
zolaqdır. LAYİHƏ
23
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların
fərqləndirmə nişanları olan geyim formasını geyinməsi qadağandır.
Hərbi rütbələr və paqonlar
Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının
hərbi rütbəyə görə
fərqləndirmə nişanları – paqonlar, eləcə də hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarıdır.
Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya
xüsusi hazırlığından, hərbi xidmət müddətindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Xüsusi geyim xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim, xüsusi xidmət
formaları, xüsusi texniki, xüsusi peşə, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay,
xüsusi hospital, xüsusi mülki paltarlardır.
Xüsusi xidmət geyim formasını yeraltı qurğularda döyüş növbəsi çəkən,
komendant xidməti, patrul xidməti, qarovul xidməti, sülhməramlı əməliyyatları
yerinə yetirən və s. xidməti fəaliyyətdə olan hərbi qulluqçular geyinirlər.
Xüsusi iş paltarını hərbi qulluqçular təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə,
müalicə müəssisələrində, yeməkxanalarda işlədikdə, texnika və silahlara qulluq
etdikdə, habelə bundan sonra HHQ və HHM qoşunları uçuş heyəti uçuşları
yerinə yetirdikdə, HDQ gəmi heyəti gəmi səfəri zamanı geyinir.
Səhra geyim forması döyüş şəraitində, sutkalıq naryadlarda
(qərargahlar,
idarələr və müəssisələrdə növbətçiliklərdən
başqa), təlimlərdə, manevrlərdə,
döyüş
növbələrində və təlim mərkəzindəki məşğələlərdə geyinmək
üçün nəzərdə tutulmuşdur.
Gündəlik geyim forması qalan bütün hallarda geyinilməsi
nəzərdə tutulmuşdur.
Mərasim geyim forması xüsusilə təntənəli hallarda,
istirahət və bayram günlərində,
habelə xidmətdənkənar
vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.
LAYİHƏ
24
Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Ümumi hərbi Hərbi Dəniz
Əsgərlər: Matroslar:
Əsgər (kursant) Baş əsgər Matros (kursant) Baş matros
Çavuşlar:
Kiçik çavuş Çavuş Baş çavuş Kiçik çavuş Çavuş Baş çavuş
Gizirlər:
Kiçik gizir Gizir Baş gizir
Miçmanlar:
Kiçik miçman Miçman Baş miçman
Kiçik zabit heyəti:
Kiçik
leytenant
Leytenant Baş
leytenant
Kapitan Kiçik
leytenant
Leytenant Baş
leytenant
Kapitan-
Leytenant
Baş zabit heyəti:
Mayor Polkovnikleytenant
Polkovnik III dərəcəli
kapitan
II dərəcəli
kapitan
I dərəcəli
kapitan
LAYİHƏ
25
Ali zabit heyəti:
Generalmayor
Generalleytenant
Generalpolkovnik
Ordu
generalı
Kontr-admiral Vitse-admiral Admiral
Tibb və hüquqşünas ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə
müvafiq olaraq “tibb xidməti” və “ədliyyə” sözləri əlavə edilir.
Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü
göstərilmədən verilir.
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada
olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.
Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir.
1. Hərbi hissənin açılmış Döyüş Bayrağı önündə şəklinizin çəkilməsini istərdinizmi?
Niyə?
2. Silahlı Qüvvələrin emblemi nə üçün əsas rəmz hesab edilir?
3. Hərbi geyimin mülki vətəndaşlar tərəfindən geyinilməsi mümkündürmü?
Fikrinizi faktlarla əsaslandırın.
4. Hərbi rütbələrin nəyə görə verildiyini araşdırın.
5. Təsəvvür edin ki, hücumun gedişində müxtəlif istiqamətlərdə düşmənin
çoxlu maddi-texniki vəsaitləri və döyüş bayrağı ilə rastlaşmısınız. İlk anda hansını
ələ keçirmək üçün səylərinizi cəm edərdiniz? Niyə? Fikrinizi əsaslandırın.
Sual və tapşırıqlar
LAYİHƏ
26
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yeni, müasir Beynəlxalq
Hüquq Normalarını, vətəndaşların hüquq və azadlıqlarını özündə əks etdirən,
cəmiyyətin bütün təbəqələrinin həyat fəaliyyətini, firavan yaşayışını və təhlükəsizliyini
təmin edəcək qanunlara malik yeni konstitusiyası
qəbul olundu. Bu Konstitusiyada
Azərbaycan Respublikasının özünümüdafiə
hüququ və onun əsas icraçısı
olan Silahlı Qüvvələrin
yaradılması əsas maddələrdən biri idi.
Maddə 9. Silahlı Qüvvələr
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək
məqsədilə
Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
II. Azәrbaycan Respublikası başqa dövlәtlәrin müstәqilliyinә qәsd vasitәsi
kimi
vә beynәlxalq münaqişәlәrin hәlli üsulu kimi müharibәni
rәdd edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası
Silahlı
Qüvvələrinin
Ali Baş Komandanıdır.
Maddə 74. Vətənə sədaqət
I. Vətənə sədaqət müqəddəsdir.
Maddə 76. Vətəni müdafiə
I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş
qaydada
vətəndaşlar hərbi xidmət keçirlər.
II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən
edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Hərbi doktrina
Azərbaycan Respublikasının Hərbi doktrinası Azərbaycan
Respublikasının
milli təhlükəsizliyinin təminatı
strategiyasının
tərkib hissəsi olaraq, insanın, cəmiyyə1.1.5.
AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASINDA
VƏ DIGƏR QANUNVERICILIK AKTLARINDA
HƏRBI XIDMƏTƏ DAIR MÜDDƏALAR
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq
aləmdə hüquqi mövcudluğunu təmin etmək, eləcə də ölkədaxili
vəziyyəti tənzimləmək və digər ölkələrlə hüquqi əlaqələr yaratmağa
imkan verən bir sıra qanunlar qəbul etdi. Bunlardan ən
əsası Azərbaycan Respublikasının Konstitusiyası
idi.
Silahlı Qüvvələrin yaranması Konstitusiyada öz əksini necə
tapmışdır?
Hərbi doktrina* nədir?
Doktrina (latın sözüdür)
elmi, fəlsəfi və ya siyasi
nəzəriyyə, sistem
deməkdir.
LAYİHƏ
27
tin, dövlətin hüquq və mənafelərinin
daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına
yönəlmiş hərbi təhlükəsizlik
sisteminin konseptual əsasını müəyyənləşdirən
sənəddir.
Bu sənəddə respublikamızın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün,
konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin
və dövlətin hüquq və mənafelərinin
hərbi və siyasi, habelə digər təhdidlərdən qorunması
dövlətin hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində başlıca vəzifələrindən
biri hesab edilir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrin
vəzifələri, onlarda hərbi xidmətkeçmənin əsasları, vətəndaşların hərbi qeydiyyat
üzrə vəzifələri və s. öz əksini tapmışdır.
Hər bi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan
Respublikası
vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı,
hərbi
xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda
olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin
yerinə yetirilməsidir.
Çağ ırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli
həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşlarıdır.
Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir.
Hər bi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Hər bi vəzifəli olmayanlar – hərbi qeydiyyata götürülməli olmayan və ya hərbi
qeydiyyatdan çıxarılmış, o cümlədən istefaya buraxılmış Azərbaycan Respublikasının
vətəndaşlarıdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikasının Qanunu.
Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması.
Hər il yanvar-mart ayları ərzində həmin
il 16 yaşı tamam olan Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşları
yaşayış və ya olduğu yer üzrə müvafiq
icra hakimiyyəti orqanında ilkin hərbi
qeydiyyata
alınmalıdır.
Azərbaycan Respublikasının 18 yaşına
çatmış və sağlamlıq vəziyyətinə
görə hərbi xidmətə yararlı hər bir kişi
cinsli vətəndaşı Azərbaycan RespubLAYİHƏ
28
likasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə
bu Qanunla müəyyən edilmiş
qaydada müddətli həqiqi hərbi xidmət
keçməlidir.
Hərbi vəzifəlilər ehtiyata keçirildikdən
sonra 7 gün müddətində yaşayış yeri
üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə
yaşayış yeri üzrə hərbi qeydiyyatdan keçməli və olduğu yer üzrə hərbi qeydiyyata
durmalıdırlar.
Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində
hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.
Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin
biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi
məqsədləri üçün ümumtəhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində
keçirilir. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.
Hərbi and həqiqi hərbi xidmətə çağırılmış
hər bir Azərbaycan Respublikası
vətəndaşının Azərbaycan Respublikasına və onun xalqına sadiq olacağı
barədə içdiyi təntənəli
anddır.
Mən – Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına
daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm.
Təntənəli surətdə and içirəm:
Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və
müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm.
Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini
yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.
Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf
etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.
Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət
daşımağa hazıram. LAYİHƏ
29
Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra onlara silah və hərbi texnika
təhkim olunur, döyüş növbətçiliyinə təyin edilmə və ya döyüş tapşırığının yerinə
yetirilməsinə cəlb edilmə şərəfinə nail ola bilirlər.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti
kimi
Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz Silahlı Qüvvələrinə
malikdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri qanunçuluq, nizami ordu, qarışıq
komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək
hərbi intizam,
daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin
təmin olunması prinsipləri əsasında qurulur və fəaliyyət göstərir.
“Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında”
Azərbaycan
Respublikasının Qanunu lokal və regional münaqişələrin qarşısının
alınması,
nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda
Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını
müəyyən
edir.
Bu Qanunda sülhməramlı əməliyyatlarda iştirak dünya birliyi, beynəlxalq təşkilatlar,
dövlətlərin koalisiyaları, ayrı-ayrı dövlətlər, dövlət orqanları və qeyri-hökumət
təşkilatları tərəfindən lokal və regional münaqişələrin qarşısının alınması, həll olunması,
nizamlanması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirilən
kompleks fəaliyyətin tərkib hissəsi kimi müəyyən edilir.
1. Konstitusiyada vətənə sədaqət, vətəni müdafiə və hərbi xidmət məsələləri
necə müəyyənləşdirilmişdir?
2. Sizcə, 16 yaşı tamam olan il kişi cinsli vətəndaşların hərbi qeydiyyata
alınmasının
məqsədi
nədir?
3. Hərbi andın mətni ilə tanış olun. Onun tələblərini yerinə yetirməyə hazırsınızmı?
4. Hərbi andın hərbi xidmətdə rolu haqqında təqdimat hazırlayın.
Sual və tapşırıqlar
LAYİHƏ
30
Hərbi qulluqçuların ümumi vəzifələri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni
– Azərbaycan Respublikasının müdafiəçisidir.
Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan
dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin
möhkəmlənməsinə
səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına
müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, Hərbi Andı yerinə
yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə
yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə canını əsirgəməməyə, komandirlərə
(rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin
Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
Rəislər və tabe olanlar, böyüklər və kiçiklər
Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə
rəis və yaxud tabe olandır.
1.1.6. AZƏRBAYCAN RESPUBLIKASI SILAHLI
QÜVVƏLƏRININ DAXILI XIDMƏT NIZAMNAMƏSI
Bu Nizamnamə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr
tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmişdir.
Bu Nizamnamə Azərbaycan Respublikası Silahlı Qiıvvələri hərbi qulluqçularının
ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri,
briqadada və onun bölmələrində daxili qayda-qanunları və həmçinin
əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir.
Daxili Xidmət Nizamnaməsini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi hissələri və bölmələri ilə bərabər, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin qərargahları, idarələri, müəssisələri və hərbi
məktəbləri də rəhbər tuturlar.
Təlimlərdə və hərbi qulluqçulara döyüşdə hərəkət qaydaları öyrədilən
məşğələlərdə, eləcə də müharibə dövründə döyüş əməliyyatları zamanı
daxili xidmət bu Nizamnamə ilə yanaşı döyüş nizamnamələri və təlimatlarla
müəyyən edilir.
Sizcə, Daxili Xidmət Nizamnaməsində hansı müddəalar öz əksini
tapmalıdır?
LAYİHƏ
31
Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri
əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə
sözsüz tabe olmağa borcludurlar.
Əmrlərin verilməsi və yerinə yetirilməsi qaydaları
Əmrləri, bir qayda olaraq, tabelilik üzrə verirlər. Böyük rəis zəruri hallarda tabe
olana, onun bilavasitə rəisinə bildirmədən əmr verə bilər.
Hərbi qulluqçuya əmr verildikdə o, “Oldu” cavabını verərək əmri yerinə yetirməlidir.
Zəruri hallarda tabelikdə olanın verilən əmri düzgün başa düşdüyünə
əmin
olmaq məqsədilə rəis verilən əmrin qısa şəkildə təkrar olunmasını ondan tələb edir.
Əmr yerinə yetirildikdən sonra hərbi qulluqçu bu barədə əmri vermiş rəisə və
bilavasitə öz rəisinə məlumat verməlidir.
Əsgər (matros) sülh və müharibə dövründə ona həvalə edilmiş vəzifələrin
və verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin
öz silahının, ona tapşırılan döyüş texnikasının və digər texnikanın
vəziyyətinə cavabdehdir.
O, manqa komandirinə tabedir.
Əsgərin (matrosun) vəzifəsidir:
 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsü
kimi öz borcunu dərindən
dərk etmək, Azərbaycan Respublikasının
Konstitusiyasına
və qanunlarına
müqəddəscəsinə
və sarsılmazcasına
riayət etmək, Hərbi Andı yerinə
yetirmək; Azərbaycan
dövlətinin işinə və mənafeyinə uyğun
sayıq, namuslu, sədaqətli olmaq və bunun uğrunda mübarizədə
öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;
 hərbi işi vicdanla öyrənmək, komandirlərin (rəislərin) ona
öyrətdiklərini
möhkəm və səylə yadda saxlamaq; öz xidməti
vəzifələrini nümunəvi yerinə yetirmək; hərbi nizamnamələrin
tələblərini möhkəm bilmək və vicdanla
yerinə
yetirmək;
 komandirlərin (rəislərin) əmr və sərəncamlarını sözsüz,
dəqiq və tez yerinə yetirmək;
 igid və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və
yoldaşlarını da belə hərəkətlərdən çəkindirmək;
 dövlət sirrini ciddi saxlamaq;
 komandirlərə (rəislərə) və böyüklərə hörmət göstərmək, hərbi nəzakət,
davranış
və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək; LAYİHƏ
32
 öz silahını, döyüş texnikasını və digər texnikanı mükəmməl bilmək, həmişə saz,
təmiz və döyüşə hazır saxlamaq;
 diviziya (gəmilər briqadası) komandiri də daxil olmaqla, özünün birbaşa rəislərinin
vəzifəsini, hərbi rütbəsini və soyadını bilmək;
 dövlət əmlakını qorumaq, geyimini və ayaqqabısını ehtiyatla geyinmək, onları
vaxtında və səliqə ilə təmir etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;
 şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;
 silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda
təhlükəsizlik
tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
 hissənin (bölmənin) yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bunun
üçün manqa komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə
məlumat vermək;
 həmişə forma üzrə və səliqəli geyinmək;
 hissədən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq
və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək.
Hərbi nəzakət və hərbi qulluqçuların davranış qaydaları
Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli
olmalıdırlar.
Vəzifəsindən asılı olmayaraq hərbi qulluqçular
xidmət məsələləri
üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər.
Rəislər və böyüklər tabeliklərində olanlara və kiçiklərə xidmət üzrə müraciət
etdikdə onların hərbi rütbəsini və soyadını və ya ancaq hərbi rütbəsini deməlidirlər.
Məsələn: “Əsgər Həsənov”, “Yoldaş əsgər”, “Çavuş Babayev”, “Yoldaş çavuş”, “Gizir
Səmədov”, “Yoldaş gizir”, “Baş leytenant
Zeynalov”, “Yoldaş baş leytenant” və s.
Tabelikdə olanlar və kiçiklər öz rəislərinə və böyüklərinə müraciət etdikdə onların
hərbi rütbəsini deməli və hərbi rütbənin qabağına “yoldaş” sözü əlavə etməlidirlər.
Məsələn: “Yoldaş kapitan”.
Hərbi qulluqçular sırada olmayanda bir-birinə müraciət etdikdə, həmçinin
əmr
alanda və əmr verəndə “farağat” vəziyyətində olmalı, sağ əlin orta barmağının ucunu
sağ qaşın sağ ucuna yaxınlaşdırmalı, sonra aşağı salmalıdırlar.
Hərbi qulluqçu komandirin (rəisin) və ya böyüyün yanında başqa hərbi qulluqçuya
müraciət etmək üçün komandirdən (rəisdən) və ya böyükdən icazə almalıdır.
Məsələn: “Yoldaş mayor, icazə verin, kapitan Abdullayevə müraciət edim”.
LAYİHƏ
33
Rəisin və ya böyüyün sualına təsdiq cavabı vermək lazım gəldikdə “Bəli”, inkar
cavabı vermək lazım gəldikdə isə “Xeyr” deyilməlidir.
Hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin
nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə
aparmalıdırlar.
Hərbi qulluqçu ictimai yerlərdə, həmçinin avtobusda,
metroda, şəhərətrafı qatarlarda
içəri daxil olan rəisə və ya böyüyə əsgəri salam verməli, əgər boş yer yoxdursa,
ona öz yerini təklif etməlidir.
Əgər üz-üzə gəldikdə rəislə (böyüklə) sərbəst şəkildə bir-birinin yanından
keçib
getmək mümkün deyildirsə, onda tabe olan (kiçik) qarşıdan gələn rəisə (böyüyə)
əsgəri salam verməklə ona yol verməlidir. Əgər rəisi (böyüyü) ötüb-keçmək lazımdırsa,
hərbi qulluqçu rəisdən (böyükdən) icazə almalıdır.
Hərbi qulluqçu dəmir yolu, su yolu və hava nəqliyyatında gedərkən vaqondan,
kayutdan,
təyyarədən çıxan zaman hərbi forma üzrə geyinməlidir.
Hərbi qulluqçular mülki əhaliyə qarşı nəzakətli olmalı, vətəndaşların şərəf və
ləyaqətinin qorunmasına, ictimai qayda-qanunun saxlanmasına yardım etməli, həmçinin
bədbəxt hadisə, yanğın və təbii fəlakət zamanı əhaliyə kömək göstərməlidirlər.
Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya
böyüyün
icazəsi olmadan onların yanında oturmaq və ya papiros
çəkmək
qadağandır.
Hərbi qulluqçunun xidmət yerində və ictimai yerlərdə sərxoş vəziyyətdə olması
yolverilməzdir. Bu hal baş verirsə, o, hərbi qulluqçu şərəfini və ləyaqətini
ləkələyir
və buna görə ciddi məsuliyyətə cəlb edilməlidir.
Hərbi qulluqçular küçədə və ya icazə verilməyən yerlərdə papiros çəkməkdən
özlərini saxlamalıdırlar.
1. Sizcə, niyə Daxili Xidmət Nizamnaməsi adı çəkilən qoşun növlərində və
digər silahlı birləşmələrdə hərbi idarə və məktəblərdə rəhbər tutulur?
2. Sizcə, əmrin qısa şəkildə təkrarlanmasına ehtiyac varmı? Fikrinizi əsaslandırın.
3. Şagirdlə əsgərin ortaq vəzifələrini müəyyənləşdirin.
4. Daxili Xidmət Nizamnaməsinin tələblərinin pozulması nə ilə nəticələnə bilər?
5. Siz bu tələbləri yerinə yetirməyə hazırsınızmı?
Sual və tapşırıqlar LAYİHƏ
34
1.1.7. AZƏRBAYCAN RESPUBLIKASI SILAHLI
QÜVVƏLƏRININ İNTİZAM NİZAMNAMƏSİ
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların
yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə,
xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət
bəsləmələrinə
əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi
qulluqçulara
məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.
Bütün komandirlər bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə
hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar.
Hərbi intizam hər bir hərbi qulluqçunu:
 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə,
Hərbi Andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin
(rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa;
 hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə,
hərbi borcunu yerinə yetirərkən öz qanını və hətta həyatını
belə əsirgəməməyə;
 hərbi və dövlət sirlərini möhkəm saxlamağa;
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli
885 saylı Qanunu ilə təsdiq edilmişdir.
Möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli
olmağın əsas şərtidir. Silahlı Qüvvələr Azərbaycan cəmiyyətinin
ayrılmaz hissəsidir. Onun hərbi qulluqçuları bütün Azərbaycan
vətəndaşları kimi Azərbaycan Respublikasının qanunlarına
ciddi riayət etməlidirlər. Silahlı Qüvvələrin sıralarına daxil olarkən
hərbi qulluqçular Vətənə sadiq olmaqla
yanaşı, intizamlı olmağa
da and içirlər və andı pozarlarsa, Azərbaycan Respublikasının
qanunlarına əsasən, tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazır
olduqlarını dərk edirlər.
İntizam nədir?
Hərbi intizam dedikdə nə başa düşürsünüz?
Hərbi intizam – bütün hərbi qulluqçuların Azərbaycan
Respublikası
qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş
qaydalara ciddi riayət etməsi deməkdir.
LAYİHƏ
35
 namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı,
döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə
qorumağa;
 komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə
qaydalarına əməl etməyə;
 hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai
asayişin
özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların
şərəf və
ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir.
Yüksək hərbi intizama:
● hərbi qulluqçularda yüksək mənəvi və döyüş keyfiyyətləri və komandirlərə
(rəislərə) şüurlu surətdə tabe olmaq hisləri tərbiyə etməklə;
● hissədə (bölmədə) Nizamnamə qaydalarına riayət etməklə;
● komandirlərin (rəislərin) öz tabeliyində olanlara gündəlik tələbkarlığı, onların
şəxsi ləyaqətinə hörmət etməsi, hərbi qulluqçulara daim qayğı göstərməsi,
inandırma və məcburiyyət tədbirlərini bacarıqla və düzgün əlaqələndirib,
tətbiq etməsi ilə nail olmaq mümkündür.
Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini
sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu
şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli,
intizamı pozanlara
qarşı isə ciddi tədbirlər görməlidir.
Komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz,
dəqiq və vaxtında yerinə yetirilməlidir.
Hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə
(rəisə) kömək etməyə borcludur.
Hər bir komandir bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində
olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə,
rəşadətlərinə
və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir.
Həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın
möhkəmləndirilməsi üçün mühüm vasitədir.
Həvəsləndirmə – xidmətində, davranışında, dürüstlüyündə, sadiqliyində və hərbi
borcunu yerinə yetirərkən fərqləndiyinə görə hərbi qulluqçuya verilən qiymətdir.
LAYİHƏ
36
Əsgərlər, matroslar və çavuşlar üçün tətbiq edilən həvəsləndirmələr:
● təşəkkür elan etmək;
● əvvəl verilmiş intizam cəzasını götürmək;
● müddətli xidmət əsgərləri, matrosları və çavuşlarını bir dəfə növbədənkənar
hissənin
yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq;
● fərmanla, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
● hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli
ilə mükafatlandırmaq;
● hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu
nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat
vermək;
● baş əsgər (baş matros) hərbi rütbəsi vermək;
● əlaçı döş nişanı ilə mükafatlandırmaq;
● əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin)
Fəxri kitabına
yazmaq;
● müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına məzuniyyət yerinə gedibqayıtma
vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli
məzuniyyət
vermək.
LAYİHƏ
37
İntizam cəzası da hərbi qulluqçunun tərbiyələndirilməsi və intizamın möhkəmləndirilməsi
məqsədilə tətbiq edilir. Burada başlıca məqsəd digər hərbi qulluqçuların
oxşar hallara yol verməsinin qarşısını almaqdır.
Əsgərlərə və matroslara verilən intizam cəzaları:
‒ məzəmmət;
‒ töhmət;
‒ şiddətli töhmət;
‒ hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan
məhrumetmə;
‒ növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş
növbətçiliyinə
göndərmək istisna edilməklə) – 5 xidmət naryadına qədər;
‒ hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;
‒ əlaçı döş nişanından məhrumetmə;
‒ baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər.
1. Hərbi qulluqçular hərbi intizamın tələblərini pozarlarsa, nə baş verər?
Məktəbdə
şəxsi nümunənizə əsasən fikrinizi əsaslandırın.
2. Oxuduğunuz məktəbdə daxili nizam-intizam qaydalarına necə riayət
olunur?
3. Oxuduğunuz məktəbdə yüksək nizam-intizama necə nail olursunuz? Siz
daxili nizam-intizamın keyfiyyətinin daha da artırılması istiqamətində
hansı
təklifləri verərdiniz?
4. Hər hansı bir səhlənkarlığınıza görə layiq görüldüyünüz intizam cəzasının
üzərinizdən götürülməsi üçün nə edərdiniz?
5. Biriniz rəis rolunda çıxış etməklə tapşırıq verin, digəriniz tabeolan rolunda
həmin tapşırığı icra edin. Tapşırığı icra etməyinizlə bağlı yoldaşlarınızın rəylərinə
münasibətinizi bildirin.
Sual və tapşırıqlar
LAYİHƏ
38
Qarovul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirmək deməkdir və
şəxsi heyətdən bu Nizamnamənin bütün müddəalarına dəqiq əməl etməyi, yüksək
sayıqlıq, sarsılmaz qətiyyət və təşəbbüskarlıq göstərməyi tələb edir. Qarovul xidməti
tələblərinin pozulmasında təqsirkarlar intizam
və cinayət məsuliyyəti daşıyırlar.
Döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin mühafizəsi

müdafiəsi,
həmçinin hauptvaxtda və intizam taborunda
saxlanan
şəxslərin
mühafizəsi üzrə döyüş tapşırığını yerinə yetirməkdən
ötrü təyin edilmiş silahlı bölmə qarovul adlanır.
Qarovul xidmətini yerinə yetirmək üçün qarovullar təyin edilir.
Qarovulun tərkibinə qarovul rəisi, postların və növbələrin sayına görə qarovul
nəfərləri, dəyişdiricilər, zərurət olduqda isə qarovul rəisinin köməkçisi və nəqliyyat
vasitələrinin sürücüləri təyin edilirlər.
Obyektlərin bilavasitə mühafizəsi və müdafiəsi üçün qarovulun tərkibindən
saatdarlar
qoyulur.
1.1.8. AZƏRBAYCAN RESPUBLIKASI SILAHLI
QÜVVƏLƏRININ QARNIZON VƏ QAROVUL
XIDMƏTLƏRI NIZAMNAMƏSI
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli,
886 saylı Qanunu ilə təsdiq edilmiş Nizamnamədə qarnizon və
qarovul xidmətlərinin təşkili və həyata keçirilməsi qaydaları
izah
edilir, həmçinin qarnizonun vəzifəli şəxslərinin, bu xidmətləri yerinə
yetirən
hərbi qulluqçuların hüquqları və vəzifələri müəyyən
olunur. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan
Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş digər
qoşunların
bütün hərbi hissələri, hərbi məktəbləri, qərargahları,
idarə, müəssisə və təşkilatları
bu Nizamnaməni rəhbər tutmağa
borcludur.
Qarovul nədir və nə üçün lazımdır?
Qarovul xidməti dedikdə nə başa düşürsünüz?
LAYİHƏ
39
Saatdar ona tapşırılmış postu mühafizə və müdafiə etmək üçün döyüş
tapşırığını yerinə yetirən silahlı qarovul nəfəridir.
Mühafizə və müdafiə edilməsi saatdara tapşırılmış bütün obyektlər,
həmçinin
onun öz vəzifəsini icra etdiyi yer və ya sahə post adlanır.
Saatdarın avtomatının ayaq üstə atmaq
üçün hazır vəziyyəti
Müşahidə qülləsindən müşahidə
etməklə obyektin mühafizəsi
Saatdar Döyüş Bayrağının yanındakı postda öz vəzifəsini ayaq üstə “Azad”
vəziyyətində yerinə yetirir. Hərbi qulluqçular Döyüş Bayrağına əsgəri salam verdikdə
saatdar “Farağat” vəziyyəti almalıdır.
Saatdarlar obyektlərin mühafizəsini onun ətrafındakı bayır və daxili hasarlar
arasında dolanmaq, həmçinin müşahidə qülləsindən müşahidə etmək yolu ilə həyata
keçirirlər.
Saatdarlar hərəkət marşrutları üzrə obyektlərin etibarlı mühafizəsini təmin edən
sürətlə piyada hərəkət edir, ərazini və hasarları gözdən keçirmək, xidmət çəkməsi
barədə qarovul rəisinə rabitə vasitələri ilə məlumat vermək və siqnalizasiya mənLAYİHƏ
40
təqələrindən keçərkən, müəyyən edilmiş siqnalı vermək üçün qısa müddətə dayanırlar.
Qış vaxtı onlar xizəklə hərəkət edə bilərlər. Ətraf yaxşı görünəndə ərazi
şəraiti imkan verirsə, saatdarlar mühafizə olunan obyektləri və onların giriş yollarını
xüsusi hazırlanmış qüllələrdən müşahidə edə bilərlər.
Saatdar toxunulmaz
şəxsdir:
Hüququ və şəxsi ləyaqəti
qanunla xüsusi qorunur.
Vəzifəsi ilə müəyyən edilmiş tələblər
bütün şəxslər tərəfindən
sözsüz
yerinə
yetirilir.
Bu Nizamnamədə göstərilən
hallarda
və qaydada ona silah
işlətmək
hüququ verilir.
Ancaq müəyyən şəxslərə – qarovul
rəisinə, qarovul rəisinin köməkçisinə
və öz dəyişdiricisinə
tabe olur.
Saatdarın
toxunulmazlığı
Saatdarın vəzifəsidir:
 öz postunu sayıq mühafizə və mətanətlə müdafiə etmək;
 ayıq xidmət etmək, fikrini yayındırmamaq, silahını əlindən buraxmamaq
və onu
tabe olduğu şəxslər də daxil olmaqla, heç kimə verməmək;
 təyin olunmuş marşrutla hərəkət edərək postun yaxınlığındakı girəcəkləri
və hasarları
nəzərdən keçirmək, həmçinin siqnalizasiya vasitələrinin sazlığını yoxlamaq;
 həyatı təhlükədə olsa belə, dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk
etməmək;
 postda tapşırığı yerinə yetirərkən 107-ci maddədə göstərilən qayda üzrə dolu və
həmişə atışa hazır silahı olmaq;
 postlar tabelində göstərilən və yer sahəsində işarə qoyulmuş yerdən posta yaxın
məsafəyə qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, özünün dəyişdiriLAYİHƏ
41
cisindən və onların müşayiət etdikləri şəxslərdən, həmçinin bu Nizamnamənin
168-ci maddəsində göstərilən hallarda qarovullar (hərbi hissə) növbətçisindən
başqa heç kəsi buraxmamaq;
 qarovulun nəqliyyat vasitələrinin marşrutunu, hərəkət qrafikini, həmçinin
onların
fərqlənmə nişanlarını və siqnallarını bildirmək;
 postdakı yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq;
 bu Nizamnamənin 180-ci maddəsində göstərildiyi kimi əsgəri salam vermək;
 obyektin hasarında (postda) hər hansı bir nasazlığı və öz postu, yaxud qonşu
postun yaxınlığında hər hansı qayda-qanun pozuntusunu gördükdə, qarovul rəisini
çağırmaq;
 qarovul itinin hürməsini eşitdikdə, dərhal müəyyən edilmiş siqnalla qarovul otağına
xəbər vermək.
Saatdara yatmaq, oturmaq, nəyə isə söykənmək, yazmaq, kitab oxumaq, mahnı
oxumaq, danışmaq, yemək, içmək, papiros çəkmək, təbii ehtiyaclarını yerinə
yetirmək,
kimdənsə nəsə almaq və kiməsə nəsə vermək, zərurət olmadıqda
patronu
yuvasına yeritmək qadağandır.
Saatdar ancaq qarovul rəisinin, onun köməkçisinin, öz dəyişdiricisinin və yoxlamağa
gəlmiş şəxslərin suallarına cavab verməlidir.
1. “Qaravul xidməti sülh dövründə döyüş tapşırığını yerinə yetirməkdir” fikrinin
düzgün olub-olmadığını faktlarla əsaslandırın.
2. Əgər sizi qarovula təyin etsələr, bu işin öhdəsindən necə gələrdiniz?
3. Saatdarın toxunulmaz olması hansı zərurətdən irəli gəlir?
4. Saatdar aşağıdakı hallar baş verdikdə nə etməlidir?
• Postdan kənarda iğtişaşlar baş verdikdə;
• Postda yanğın baş verdikdə;
• Posta hücum olduqda;
• Təbii fəlakət baş verdikdə.
5. Postun yanından keçən hərbi hissə komandirinin verdiyi tapşırığı saatdar
necə icra etməlidir? Cavabınızı əsaslandırın.
Sual və tapşırıqlar
LAYİHƏ
42
1.1.9. AZƏRBAYCAN RESPUBLIKASI SILAHLI
QÜVVƏLƏRININ SIRA NİZAMNAMƏSİ
Müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli 73 №-li qərarı
ilə qüvvəyə minmiş bu Nizamnamə hərbi qulluqçuların silahsız və
silahla sıra hərəkətlərini, yerişini, bölmə və hissələrin piyada və
nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlaşma qaydalarını,
sıra baxışının keçirilməsini, hərbi hissənin Döyüş Bayrağının
sırada vəziyyətini, onun çıxarılmasını
və qaytarılmasını, hərbi qulluqçuların
düzülüşdən qabaq və sırada vəzifələrini müəyyənləşdirir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri,
gəmiləri və bölmələri ilə bərabər, bütün qərargah və idarələri,
xüsusi təyinatlı təhsil müəssisələri bu Nizamnaməni rəhbər tutur.
Sıra nədir və necə idarə olunur?
Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsinin əsas mövzularından
biridir.
O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Sıra Nizamnaməsi
əsasında
hazırlanır
və keçirilir.
Sıra hazırlığı dərslərində hərbi qulluqçulara səliqəlilik, diqqətlilik, nizam-intizam
aşılanır və tək sıra üsullarının bölmə tərkibində yerinə yetirilməsi bacarığı təkmilləşdirilir.
Hərbi qulluqçuların sıra hazırlığı taktiki, fiziki, atəş hazırlığı və digər məşğələlərdə,
düzülüşlərdə, müxtəlif yerdəyişmələrdə və gündəlik həyat fəaliyyətində təkmilləşdirilir.
Sıralar və onların idarə edilməsi
Sırada hərəkət və üsulların müvəffəqiyyətli
yerinə yetirilməsi üçün hərbi qulluqçu
sıra haqqında təsəvvürə malik olmalı, onun elementlərini, komandaların
yerinə yetirilmə qaydalarını, düzülüşdən əvvəl və sırada vəzifələrini bilməlidir.
Sıranın eni
sağ cinah interval sol cinah LAYİHƏ
43
Sıra hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda
birgə hərəkəti
üçün nizamnamə ilə müəyyən edilmiş düzülüşüdür.
Cərgə hərbi qulluqçuların biri o birinin yanında bir xətt üzərində düzüldüyü
sıradır.
Cinah sıranın sağ (sol) kənarıdır. Sıra döndükdə cinahların adı dəyişmir.
İnterval hərbi qulluqçular (maşınlar), bölmələr və hissələr arasında ön boyu məsafədir.
Distansiya hərbi qulluqçular (maşınlar), bölmələr və hissələr arasında dərinliyə görə
məsafədir.
Sıranın eni cinahlar arasındakı məsafədir.
Sıranın dərinliyi birinci cərgədən (qabaqda duran hərbi qulluqçudan) axırıncı cərgəyə
(arxada duran hərbi qulluqçuya), maşınlarda hərəkət edərkən maşınların
birinci xəttindən (qabaqdakı maşından) maşınların axırıncı xəttinə (arxadakı maşına)
qədər olan məsafədir.
İki cərgəli sıra bir cərgənin hərbi qulluqçularının o biri cərgənin hərbi qulluqçularının
arxasında biraddımlıq (qabağa uzadılmış əlin barmaqlarının
qarşıda duranın
çiyninə çatana qədər olan məsafə) distansiyada
düzülüşüdür. Cərgələr birinci
və ikinci adlanır, sıra döndükdə cərgələrin adı dəyişir.
Kolon hərbi qulluqçuların, bölmələrin (maşınların) bir-birinin arxasında Nizamnamə,
yaxud komandirin göstərişi ilə müəyyən edilmiş distansiyalarda düzüldükləri sıradır.
İki-iki kolon
axırıncı
istiqamətləndirici
distansiya
sıranın dərinliyi
Bir-bir kolon
LAYİHƏ
44
Açıq sıra bölmələrin ön boyu bir xətt üzrə bir cərgə, ya da iki cərgə (maşınlar xəttində),
kolonlar xətti sırasında, yaxud Nizamnamə, ya da komandirin təyin etdiyi
intervalda düzülüşüdür.
Səfər sırası bölmə kolonda, yaxud bölmələr kolonlarda biri o birinin arxasında Nizamnamə,
ya da komandirin müəyyən etdiyi distansiyalarda düzülüşdür.
İstiqamətləndirici
göstərilmiş istiqamətdə qabaqda gedən hərbi qulluqçudur (bölmədir,
maşındır). Qalan hərbi qulluqçular (bölmələr, maşınlar) öz hərəkətlərini
istiqamətləndirici ilə uyğunlaşdırmalıdırlar.
Axırıncı kolonun axırında hərəkət edən hərbi qulluqçudur (bölmədir, maşındır).
Komanda komandirlərin verdiyi əmrin qısa ifadəsidir.
Sıranın idarə edilməsi komandirlərin səsi, şəxsi nümayişi, habelə
siqnal və texniki
səyyar rabitə vasitələri ilə verilən komanda və sərəncamları
ilə həyata keçirilir.
Komandalar xəbərdarlıq və icra komandalarından, yaxud yalnız icra komandasından
ibarət ola bilər. Xəbərdarlıq komandası komandirin sıradakılardan

tələb etdiyini düzgün anlamaları üçün ucadan, aydın və uzadılaraq verilir. Hər
hansı xəbərdarlıq komandası veriləndə sırada və sıradan kənarda olan hərbi
qulluqçular “Farağat” vəziyyəti alırlar; sırada hərəkət edənlər ayaqlarını yerə daha
möhkəm basırlar. İcra komandası qısa fasilədən sonra ucadan, kəskin və aydın
verilməlidir. İcra komandası dərhal və dəqiq yerinə yetirilir.
Bölmənin və ya hərbi qulluqçunun diqqətini cəlb etmək məqsədilə xəbərdarlıq
komandasında lazım gəldikdə bölmənin adı, yaxud hərbi qulluqçunun rütbəsi və
soyadı deyilir: məsələn, “Taqım (2-ci taqım) – Dur”; “Əsgər Talıblı, geriyə – Dön”.
Silahla hərəkətlər yerinə yetirilərkən xəbərdarlıq komandasında silahın adı da göstərilə
bilər, məsələn, “Avtomatları sinəyə – Al”.
Əsgərlərin (matrosların) düzülüşqabağı və sırada vəzifələri:
 öz silahının, ona təhkim edilmiş və tapşırılmış döyüş və digər texnikanın, döyüş
sursatının, fərdi mühafizə vasitələrinin, qazma alətlərinin və ləvazimatın saz və
işlək vəziyyətdə olduğunu, hərbi geyim formasını yoxlamaq;
 hərbi formanın geyim qaydalarına riayət etmək, formanı və ləvazimatı öz bədəninə
uyğunlaşdırmaq, yoldaşında gördüyü nöqsanları aradan qaldırmağa yardım
etmək;
 sırada öz yerini bilmək, onu tez və təlaşsız tutmağı bacarmaq, hərəkət zamanı
təyin edilmiş interval və distansiyanı saxlamaq, sıradan (maşından) icazəsiz
çıxmamaq (düşməmək);
LAYİHƏ
45
 sırada icazəsiz danışmamaq, tam sakitliyə riayət etmək;
 öz komandirlərinin əmrləri və komandalarına (siqnallarına) diqqətli olmaq, onları
digər hərbi qulluqçulara mane olmadan düzgün və tez icra etmək;
 müşahidəçi olarkən əmr, göstəriş və komandaları (siqnalları) təhrif etmədən
dəqiq, yüksək səslə və aydın ötürmək.
Bütün hərbi qulluqçuların saçı qısa və səliqəli olmalıdır.
Qadın hərbi qulluqçuların saçı çiyinlərini örtməməli, uzun olduqda arxadan
yığılmalı,
baş geyiminin daşınmasına mane olmamalıdır. Xidmət vaxtı makiyaj nəzərə
çarpmamalı, zinət əşyalarından istifadə olunmamalıdır.
1. Əsgərin düzülüşqabağı və sırada vəzifələrini müqayisə edin.
2. Açıq sıranın elementlərini praktiki nümayiş etdirin.
3. Səfər sırasının elementlərini praktiki olaraq nümayiş etdirin.
4. Aşağıdakı sıralarda hansı qayda pozulmuşdur?
5. Uyğunluğu müəyyənləşdirin.
Sıra Nizamnaməsi Qarnizon və Qarovul
Xidmət Nizamnaməsi
a) silahı əlindən verməmək
b) təntənəli keçid
c) müəyyən olunmuş marşrutla hərəkət etmək
d) baxış üçün düzülmək
e) hücumun dəf edilməsi
1 __________________ 2_________________
Sual və tapşırıqlar
LAYİHƏ
46
Sıra duruşu
Sıra duruşu “Düzül” komandası ilə alınır. Bu komanda
ilə
hərbi qulluqçu cəld sıraya durmalıdır. Hərbi qulluqçu düz,
dabanları birgə, ayaqqabıların burnunu ön xətt üzrə bir
pəncə enində aralamalı, ayaqlarını dizlərdə gərginləşdirməməlidir.
Gövdə dik tutulur, sinə bir qədər qabardılır, qarın
boşluğu içəri çəkilir, çiyinlər bərabər yüksəklikdə
tutulur və
yuxarı qaldırılmadan bir az geriyə alınır. Qollar sərbəst
vəziyyətdə
aşağı salınır. Əllərin barmaqları bitişik vəziyyətdə
və orta barmaq şalvarın yan tikişi üzərinə qoyulur,
ovuclar tam ayaqlara yapışdırılır. Baş yuxarı və düz saxlanılır,
çənə qabağa verilmir, baxışlar irəli yönəlir. Hərbi
qulluqçu hərəkətə hər an hazır vəziyyəti alır.
“Farağat” komandası verildikdə dərhal sıra duruşuna keçilməli və tərpənilməməlidir.
Bu komanda ilə hərbi qulluqçu “Farağat” vəziyyətində durmalı,
yerindən çıxmamalı, diqqəti yayındırmamalı və danışmamalıdır.
Əmr verildikdə və alındıqda, raport verildikdə, hərbi qulluqçular bir-birinə müraciət
etdikdə, Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, əsgəri
salam və komandalar verildikdə “Farağat” vəziyyəti komandasız
alınır.
Azad vəziyyəti “Azad” komandası ilə alınır.
“Azad” komandası ilə sol ayaq çiyin bərabərliyində
aralıda qoyulur, qollar arxaya
gətirilir, əllər bel kəmərinin səviyyəsində,
sağ əlin bilək hissəsi sol əlin ovcunun
içinə
gəlir və sol əlin barmaqları ilə yüngülcə
sıxılır, sağ əlin barmaqları yarıbükülmüş,
bədən düz vəziyyətdə sərbəst saxlanılır.
Sıraya “Azad” komandası verildikdə və
bundan sonra komandir (rəis) sıraya müraciət
etdikdə əlavə komandaya qədər sıra
“Azad” vəziyyətində durmağa davam edir.
1.1.10. SILAHSIZ SIRA ÜSULLARI VƏ HƏRƏKƏTLƏR
LAYİHƏ
47
“Geyim formasını – Düzəlt!” komandası ilə sırada öz yerini tərk etmədən
silahı,
geyimi və ləvazimatı düzəltməli, sıradan çıxmaq üçün bilavasitə rəisə müraciət
edilməlidir. Yalnız böyük komandirin icazəsi ilə danışmaq və papiros çəkmək olar.
“Geyim formasını – Düzəlt!” komandasından əvvəl “Azad” komandası
verilir.
Baş geyimlərini çıxartmaq üçün “Baş geyimini (baş geyimlərini) – Çıxart!”
komandası, baş geyimlərini geyinmək üçün “Baş geyimini (baş geyimlərini)
– Geyin” komandası verilir. Təklikdə hərbi qulluqçular ehtiyac
olduqda baş
geyimini komandasız çıxarır və geyinirlər.
Baş geyimi sağ əllə çıxarılaraq sol ələ ötürülür, sol əl azad buraxılmaqla baş
geyiminin içəri tərəfi sol ayağa yapışdırılır və baş geyiminin kokardası qabağa
baxaraq saxlanılır.
Yerində dönmələr
Yerində dönmələr “Sağa – Dön”, “Yarımsağa – Dön”, “Sola – Dön”, “Yarımsola
– Dön”, “Geriyə – Dön” komandaları ilə yerinə yetirilir.
Geriyə (1/2 dairə), sola (1/4 dairə), yarımsola (1/8 dairə) dönmə sol qola tərəf
sol daban və sağ pəncə üstündə; sağa, yarımsağa, sağ qola tərəf sağ daban və sol
pəncə üstündə yerinə yetirilir.
Dönmələr iki sayda yerinə yetirilir: birinci sayda sıra duruşunu saxlayaraq ayaqları
dizdən bükmədən dönməli, bədənin ağırlığını qabaqdakı ayağın üstünə keçirməli,
ikinci sayda o biri ayağı ən qısa yolla qabaqdakı ayağın yanına qoymalı. LAYİHƏ
48
Hərəkət
Hərəkətlər addımla və ya qaçaraq yerinə yetirilir. Addımla hərəkətin normal
sürəti dəqiqədə 110–120 addım, addımın ölçüsü 70–80 sm olmalıdır. Qaçaraq
hərəkətin normal sürəti dəqiqədə 165–180 addım, addımın ölçüsü 85–90 sm
olmalıdır.
Addımlar iki cür olur: sıra və səfər addımları.
Səfər addımları ilə hərəkət edərkən “Farağat” komandası ilə sıra addımlarına
keçilir. Sıra addımları ilə hərəkət edərkən “Azad” komandası ilə səfər addımlarına
keçilir.
Sıra addımı ilə hərəkət edərkən pəncə yerə paralel, ayaqqabının burnu dartılmış
vəziyyətə gətirilməli, ayaq yerdən 15–20 sm qaldırılaraq yerə pəncə-daban
üstündə möhkəm basılmalı və dərhal o biri ayaq yerdən aralanmalıdır.
Sıra addımları ilə hərəkətdə barmaqlar yarıbükülmüş vəziyyətdə, ovucun içi
yerə baxaraq, qollar ilkin vəziyyətdən dirsəklər bükülmədən irəli çiyin səviyyəsinə
və geriyə tam arxaya qədər açılır.
Səfər addımları ilə hərəkət edərkən ayaqqabının burnunu dartmadan ayağı sərbəst
qabağa çıxarmalı və yerə adi hərəkətdə olduğu kimi basmalı; qolları irəlidə
kəmər səviyyəsinə qədər qaldırmaqla sərbəst hərəkət edilməlidir.
15–20 sm
Sıra addımı Səfər addımı
Hərəkəti dayandırmaq üçün komanda verilir: məsələn, “Əsgər – Dur”. Bu komanda
ilə sağ və ya sol ayaq yerə basılaraq bir addım daha atılır və ayaqlar birləşdirilərək
“Farağat” vəziyyəti alınır.
Addımla hərəkətdə dönmələr “Sağa – Dön”, “Yarımsağa – Dön”, “Sola – Dön”,
“Yarımsola – Dön”, “Geriyə – Marş” komandaları ilə yerinə yetirilir.
Sağa və yarımsağa dönmək üçün icra komandası sağ ayağın yerə basılması ilə
eyni vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım ataraq sol ayağın pəncəsi
üstündə
dönməklə, eyni vaxtda sağ ayağı irəli ataraq yeni istiqamətdə hərəkət etməli. LAYİHƏ
49
Sola və yarımsola dönmək üçün icra komandası sol ayağın yerə basılması ilə
eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir addım atılır, sağ ayağın pəncəsi
üstündə dönməklə eyni vaxtda sol ayaq irəli atılır və yeni istiqamətdə hərəkət edilir.
Geriyə dönmək üçün icra komandası sağ ayağın yerə basılması ilə eyni vaxtda
verilir. Bu komanda ilə sol ayaqla bir addım da atılır (birinci sayla), sağ ayağı yarım
addım irəli və bir qədər sola qoymaqla (ikinci sayla), hər iki pəncə üstündə, qolları
ayaqların yanına sıxaraq, sol çiyin üstündə cəld dönülür, sol ayaqla hərəkət yeni
istiqamətdə davam etdirilir (üçüncü sayla).
Qaçaraq hərəkət “Qaçaraq – Marş” komandası ilə başlanır. Hərəkət durduğu
yerdən başlandıqda xəbərdarlıq komandasında bədəni bir az irəli verməli, qollar
yarımbükülü olmalı, dirsəkləri bir az arxaya aparmalı; icra komandasında hərəkəti
sol ayaqla başlamalı, qollar irəliyə və geriyə sərbəst hərəkət etməlidir.
Addımla yerişdən qaçışa keçmək üçün xəbərdarlıq komandası ilə qollar yarımbükülü,
dirsəkləri bir az arxaya aparmalı; icra komandası sol ayağın yerə basılması
ilə eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir addım da atılaraq sol ayaqla
hərəkətə başlanılır. Qaçışdan addımla hərəkətə keçmək üçün “Addımla – Marş”
komandası verilir. İcra komandası sağ ayağın yerə basılması ilə eyni vaxtda verilir.
Bu komanda ilə iki addım da qaçaraq sol ayaqla hərəkətə keçilir.
1. Sıra duruşunu ardıcıllıqla icra edin.
2. Komanda verilmədən “Farağat” vəziyyətinin alınmasının mahiyyətini izah
edin.
3. Sizcə, “Geyim formasını – Düzəlt!” komandası hansı zərurətdən verilir?
4. Baş geyimini çıxarıb-geyinməyi göstərilən ardıcıllıqla yerinə yetirin.
5. Şəkillərdəki uyğunsuzluğu
müəyyənləşdirin.
Sual və tapşırıqlar
LAYİHƏ
50
II BÖLMƏ. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Fəsil 2. Taktiki hazırlıq
2.2.1. Müasi̇r ümumqoşun döyüşü
2.2.2. Motoatıcı manqa (MAM), quruluşu və döyüş i̇mkanı
2.2.3. Əsgəri̇n döyüşdə vəzi̇fələri̇
2.2.4. Əsgəri̇n döyüşdə hərəkətləri̇
2.2.5. Əsgəri̇n hücumda hərəkətləri̇
2.2.6. Əsgəri̇n müdafi̇ədə hərəkətləri̇
Fəsil 3. Döyüş təminatı
2.3.1. Döyüş təmi̇natı
2.3.2. Zi̇rehli̇ texni̇kalar
2.3.3. Motoatıcı manqanın mövqeyi̇ni̇n mühəndi̇s təchi̇zatı
2.3.4. Mühəndi̇s maneələri̇
Fəsil 4. Atəş hazırlığı
2.4.1. 7,62 mm-li̇k və 5,45 mm-li̇k Kalaşni̇kov avtomatları və əl pulemyotları
2.4.2. 7,62 mm-lik və 5,45 mm-lik Kalaşni̇kov avtomatlarının və əl pulemyotlarının
natamam sökülməsi̇ və yığılması
2.4.3. Atışın əsasları
2.4.4. 7,62 mm-li̇k SVD ti̇pli̇ snayper tüfəngi̇
2.4.5. PK, PKM və PKT pulemyotları
2.4.6. 40 mm-lik RPQ-7 ti̇pli̇ tank əleyhi̇nə əl qumbaraatanı
2.4.7. Əl qumbaraları
2.4.8. 9 mm-li̇k Makarov tapançası (PM)
Fəsil 5. Hərbi topoqrafiya
2.5.1. Hərbi̇ topoqrafi̇ya
2.5.2. Ərazidə xəri̇təsi̇z səmtlənmə
2.5.3. Azi̇mut istiqamətində hərəkət
Fəsil 6. Mülki müdafiə
2.6.1. Fövqəladə halların təsni̇fatı
2.6.2. Texnogen və sosi̇al xarakterli̇ fəlakətlər
2.6.3. Təbi̇i̇ fəlakətlər
2.6.4. Kütləvi qırğın si̇lahları və onların fəsadları
2.6.5. Fərdi və kollektiv mühafizə vasitələri LAYİHƏ
51
2.2.1. MÜASIR ÜMUMQOŞUN DÖYÜŞÜ
1941–1945-ci illərdə alman faşizminə qarşı müharibədə taktika sürətlə inkişaf
etdirilmişdir. Bu müharibədə bir çox komandanlar əldə etdikləri uğurlara döyüşlərdəki
taktiki gedişlər nəticəsində nail olmuşlar. Həmyerlimiz, iki dəfə Sovet İttifaqı
Qəhrəmanı
adına layiq görülmüş tank qoşunları general-mayoru Həzi Aslanov sərkərdəlik
qabiliyyəti sayəsində Stalinqrad ətrafinda Paulyusun 6-cı ordusunu xilas
etməyə atılan E.Manşteynin “Don” qruplaşmasını darmadağın etmişdi.
Taktiki hazırlıq hissə və bölmələrin şəxsi heyətinin döyüşə hazırlıq və onun
aparılmasının üsul və qaydasının öyrədilməsi məqsədilə aparılır, hissə və bölmələrin
çöl vərdişlərinin əsasını təşkil edir.
Ümumqoşun bölmələrinin müharibələrdə və silahlı münaqişələrdə tətbiqi onların
taktiki fəaliyyətlərdə iştirakı ilə həyata keçirilir.
Müasir silah və döyüş texnikası ilə təchiz olunmuş ordumuz
başqa silahlı birləşmələrlə birlikdə doğma Vətənimizi, xalqımızın
dinc həyatını, dövlət sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü
etibarlı şəkildə qorumağa qadirdir.
Taktika* orduların yaranması ilə meydana gəldi. Silahlar təkmilləşdikcə,
yeni silahlı mübarizə vasitələri yarandıqca, döyüş tapşırıqlarının
yerinə yetirilməsinə cəlb olunan döyüş texnikasının sayı
çoxaldıqca və şəxsi heyətin hazırlıq keyfiyyəti artdıqca taktikada
da nəzərəçarpacaq dərəcədə inkişafa nail olundu.
Taktika dedikdə nə başa düşürsünüz?
Döyüşdə taktikanın
rolu nədir?
Fəsil 2. Taktiki hazırlıq
Taktika hərb sənətinin tərkib hissəsi olub
döyüşə hazırlıq və onun aparılmasının üsul və
qaydalarının
nəzəriyyəsi və praktikasıdır.
Silahlı Qüvvələrin hərbi təlimləri
LAYİHƏ
52
Taktiki fəaliyyətin əsas növləri:
müdafiə hücum yerdəyişmə ərazidə
yerləşmə
Döyüş fəaliyyəti – müxtəlif forma və fəaliyyət üsullarının tətbiqi ilə tapşırığın
yerinə yetirilməsində birləşmə və hissələrin mütəşəkkil fəaliyyətidir. Qoşunların,
aviasiya və donanmanın taktiki fəaliyyətinin əsas formasıdır.
Döyüş fəaliyyətinin əsas növləri: hücum, müdafiə.
Döyüş taktiki fəaliyyətin əsas formasıdır.
Döyüş – müəyyən bir ərazidə qısa vaxt ərzində düşməni darmadağın etmək
və digər tapşırıqları yerinə yetirmək məqsədilə bölmə, hissə və birləşmələrin
razılaşdırılmış zərbə, atəş və manevridir.
Döyüş qələbəyə
nail olmağın
yeganə
vasitəsidir.
Düşmənin darmadağın edilməsi və döyüşdə qələbə bütün silah növlərinin güclü
zərbələri, onların nəticələrindən vaxtında istifadə, birləşmə, hissə və bölmələrin fəal
və qətiyyətli hərəkətləri ilə qazanılır.
Daha əlverişli vəziyyətin tutulması, bölmələrin zərbə altından çıxarılması, lazımi
vaxtda və yerdə güc və vasitələrin zəruri qruplaşmasının yaradılması məqsədilə
bölmələrlə manevr həyata keçirilir. Bölmələrlə manevrin növləri – dövrələmə, yandankeçmə,
mövqedəyişmədir.
Ümumqoşun döyüşü – Quru Qoşunlarının bölmə, hissə və birləşmələrinin taktiki
fəaliyyətinin əsas forması kimi, ordu və ordu korpusu əməliyyatlarının və bir sıra
birgə əməliyyatların əsasını təşkil edir və QQ-nin müxtəlif qoşun növləri və xüsusi
qoşunlarının, HHQ-nin, sahilyanı ərazilərdə isə HDQ-nin birgə səyi ilə aparılır.
Müasir ümumqoşun döyüşü – yüksək gərginliyi, döyüş fəaliyyətinin dinamikliyi,
iti sürətliliyi, yerüstü və hava xarakterli olması, tərəflərin eyni vaxtda güclü
atəşə məruz qalması, mürəkkəb taktiki vəziyyət və döyüş fəaliyyətinin bir növündən
digərinə sürətli keçilməsi ilə səciyyələnir.
Ümumqoşun döyüşündə bölmələrdən kəşfiyyatın fasiləsiz aparılması, silah və
hərbi texnikanın, mühafizə və maskalanma vasitələrinin bacarıqlı tətbiqi, yüksək
hərəkətlilik və mütəşəkkillik, bütün mənəvi və fiziki gücün tam gərginliyi, yüksək
qələbə əzmi, möhkəm intizam və birlik tələb olunur.
LAYİHƏ
53
Təlimdə tər, döyüşdə zəfər!
Yalnız adi silahların tətbiqi ilə aparılan ümumqoşun döyüşünün əsasını düşmən
bölmələrinin ardıcıl darmadağın olunması təşkil edir. Bu zaman onlara etibarlı atəş
və radioelektron zərərvurma, eyni vaxtda onun ehtiyatlarına və dərinlikdə olan mühüm
obyektlərinə güclü təsir, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün
güc və vasitələrin vaxtında cəmləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
1. T-34 markalı 17 nömrəli tank sizə kimi xatırladır?
2. Müasir ümumqoşun döyüşünün dinamikliyini, sürətliliyini, döyüş qabiliyyətinin
bir növündən digərinə tez keçməsini nə ilə əsaslandıra bilərsiniz?
3. Döyüşdə düşmənin darmadağın edilməsi prosesini mexaniki saatın iş prinsipi
ilə müqayisə edin.
4. 2016-cı il 4 aprel döyüşləri haqqında məlumat toplayıb təqdimat hazırlayın.
5. Döyüş fəaliyyətinin əsas növlərinin gündəlik həyatımızda yeri və rolu haqqında
məruzə hazırlayın.
Sual və tapşırıqlar
LAYİHƏ
54
Silah işarələri Texniki işarələr
1. Əsas işarə
2. Silah növü
2.1. Əsas işarənin üstünə çəkilir.
– piyada silahı
– reaktiv qurğu və qumbaraatan
– idarəolunan raket silahı
– çoxatımlı idarəolunan raket
– odsaçan silah
2.2. Əsas işarənin altına çəkilir
– yüksək trayektoriyalı silah
– zenit silahı
– tank əleyhinə silah
Tank
PDM
ZTR
DKM
Zirehli maşın (ümumi)
Zirehsiz maşın (ümumi)
Zirehli təkərli maşın
Üzən yük daşıma maşını
Mina trallı tank
Mina silindrli tank
Atıcı bölmə
Motoatıcı bölmə (avtomobil üzərində)
Motoatıcı bölmə (ZTR üzərində)
Mexanikləşdirilmiş bölmə
Tank bölməsi
Qumbaraatan bölməsi
Kəşfiyyat bölməsi
Zirehli kəşfiyyat bölməsi
Artilleriya bölməsi
Özüyeriyən artilleriya bölməsi
Reaktiv artilleriya (yarış) bölməsi
Özüyeriyən (təkərli) yarış bölməsi
Taktik raket bölməsi
Operativ-taktiki raket bölməsi
Tankəleyhinə bölmə
Təmir bölməsi
Özüyeriyən təmir bölməsi
Tank əleyhinə artilleriya bölməsi
Tank əleyhinə qumbaraatan bölməsi
Qoşun növü, xidmət və bölmə (hissə, birləşmə) işarələri
LAYİHƏ
55
2.2.2. MOTOATICI MANQANIN (MAM)
QURULUŞU VƏ DÖYÜŞ IMKANI
PDM tırtıllı, zirehli maşındır, şəxsi heyəti ön xəttə çatdırmaq, onun mobilliyini və
silah gücünü artırmaq, tanklarla birgə hərəkətini təmin etmək üçündür. Onun üzərində
METİS (FAQOT) tipli tank əleyhinə idarəolunan raket (TƏİR), 30 mm-lik avtomatik
top, 7,62 mm-lik Kalaşnikov pulemyotu quraşdırılmışdır. Bu maşın yüksək
manevr imkanına malikdir. Su maneələrindən, yolsuz ərazilərdən, bataqlıq və qalın
qar olan yerlərdən keçməyə qadirdir. O, nüvə silahından mühafizə və gecəgörmə
cihazları ilə təchiz olunmuşdur.
Manqa komandiri K AK-74
Pulemyotçu P RPK -74
Qumbaraatan Q RPQ-7
Atıcı-qumbaraatan
köməkçisi Qk AK-74
Baş atıcı Ba AK-74
Atıcı A AK-74
Atıcı A AK-74
Sürücü-mexanik Sm PM
Tuşlayıcı-operator To АК-74
Sürücü S AK-74
Pulemyotçu P АК-74
Pulemyotçu P PKM
Sürücü S AK-74
PDM ZTR
Avtomobil
Motoatıcı manqa (MAM) ən kiçik taktiki bölmədir. O, təşkilati olaraq motoatıcı
taqımın tərkibinə daxildir. Manqa piyadaların döyüş maşını (PDM) və ya zirehli
transportyor (ZТR), yaxud avtomobil üzərində ola bilir.
Motoatıcı bölmənin döyüş imkanı nədir?
LAYİHƏ
56
ZTR – təkərli döyüş maşınıdır, manqanın şəxsi heyətini ön xəttə çatdırmaq, onun
mobilliyini və silah gücünü artırmaq üçündür. 14,5 mm-lik KPVT, 7,62 mm-lik PKT
pulemyotları ilə təchiz olunmuşdur.
Avtomobil üzərində təşkilatlanan manqanın ön xəttə çatdırılması və mobilliyinin
artırılması QAZ-3308 Sadko markalı avtomobillərdə həyata keçirilir.
Döyüş imkanı – bölmələrin müəyyən edilmiş müddətdə və konkret
şəraitdə hər hansı tapşırığı yerinə yetirmək imkanı ilə xarakterizə edilən
keyfiyyət göstəricisidir.
Manqanın döyüş imkanı:
 şəxsi heyətin sayından;
 şəxsi heyətin döyüş hazırlığının səviyyəsindən;
 şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən;
 mövcud silah və texnikanın vəziyyətindən;
 manqa komandirinin hazırlığından asılıdır.
Döyüş imkanına düşmənin əks-təsirinin xarakteri, ərazi, havanın şəraiti, sutkanın
(gecə və ya gündüz) vaxtı əhəmiyyətli dərəcədə təsir göstərir.
Motoatıcı manqanın döyüş imkanları onun atəşaçma və manevretmə imkanları
ilə xarakterizə olunur.
Manqanın döyüş imkanına, əsasən, onun həmlə obyekti, səngərdə düşmənin
canlı qüvvəsi və hücumun davamı istiqamətində olan tank, top, pulemyot və başqa
atəş vasitələri daxil ola bilər. Manqa mövqeyi müdafiə edərkən tankla gücləndirilmiş
motoatıcı taqımın həmləsini dəf edə bilər.
Motoatıcı manqanın müdafiəsinin quruluşuna aşağıdakılar daxildir:
– döyüş düzülüşü;
– döyüş mövqeləri;
– atəş sistemi.
Motoatıcı manqanın mövqeyi LAYİHƏ
57
Motoatıcı manqanın döyüş düzülüşü:
manevr qrupu atəş qrupu piyadanın
döyüş maşını
Manevr qrupu baş atıcı və iki atıcıdan, atəş qrupu isə manqa komandiri,
qumbaraatan, qumbaraatanın
köməkçisi və pulemyotçudan
ibarətdir.
Motoatıcı manqa taqımın tərkibində
hücuma keçir və ya tank taqımına verilir.
Piyada düzülüşündə
motoatıcı manqa 50 m qədər cəbhədə hücuma keçir.
Hücumda manqanın manevr imkanı hücumun
tempi, müdafiədə isə müəyyən
vaxt ərzində mövqedəyişmə imkanı ilə xarakterizə olunur.
LAYİHƏ
58
Hücumda motoatıcı manqaya həmlə obyekti və hücumun sonrakı istiqaməti təyin
olunur.
Həmlə obyekti, adətən, birinci səngərdə və müdafiənin yaxın dərinliyində düşmənin
səngərlərdə və digər mühəndis qurğularında müşahidə olunan canlı qüvvəsi,
həmçinin tanklar, toplar, tank əleyhinə raket kompleksləri, pulemyotlar və düşmənin
digər atəş vasitələridir.
Motoatıcı manqa müdafiədə, bir qayda olaraq, motoatıcı taqımın tərkibində fəaliyyət
göstərir. Müdafiədə cəbhə boyu 60-80 metrə qədər mövqeni müdafiə edir.
Dağlıq, meşəlik və digər çətin keçilən ərazilərdə manqanın döyüş mövqeyi müxtəlif
ölçülərdə ola bilər.
Müasir silahlarla silahlanmış Motoatıcı manqa düşmənin tankları və zirehli maşınları,
alçaqdan uçan təyyarə və helikopterlə uğurlu mübarizə aparmağa, onun atəş
vasitələrini və canlı qüvvəsini məhv etməyə qadirdir. O, hücumda düşmənin 1-2 tankını,
БТР-ini, bir qrup əsgərini (həmlə obyekti), müdafiədə isə 2-3 tankını, 1-2 ZТR-ni
və 12-15 əsgərini məhv etmə imkanına malikdir.
1. Bu manqalarda silahların fərqli olmasını necə əsaslandırırsınız?
2. Döyüş imkanı ilə şagirdlərin bilik imkanını müqayisə edin.
3. Manqanın mövqeyi dağlıq, meşəlik və çətin keçilən ərazilərdə müxtəlif
ölçülərdə olmasını necə izah edə bilərsiniz?
4. MAM-ın döyüş imkanının mətndə göstərilən faktlardan (səh. 55) asılılığını
izah edin.
5. Məktəbinizin XI sinif şagirdlərinin qatıldığı sınaq imtahanının nəticələrinə
görə, hər sinfin bilik imkanını hesablayın.
Sual və tapşırıqlar
LAYİHƏ
59
2.2.3. ƏSGƏRIN DÖYÜŞDƏ VƏZIFƏLƏRI
Hər bir hərbi qulluqçunun borcudur:
– döyüşdə fəaliyyətlərin üsul və fəndlərini bilmək, silahla davranış bacarıqlarını
vərdiş halına gətirmək;
– alınmış tapşırığı bilmək və anlamaq;
– ərazinin və düşmənin kəşfiyyatını aparmağı bacarmaq, düşməni vaxtında
aşkarlamaq və məhv etmək;
– atəş mövqeyini seçməyi və təchiz etməyi bacarmaq;
– səngəri və sığınacağı cəld hazırlamağı, onların maskalanmasını bacarmaq;
– müdafiədə mətin və iradəli, hücumda qətiyyətli və cəsarətli olmaq;
– düşmənin alçaqdan uçan hava hədəflərinə atəş açmağı bacarmaq;
– tank və piyada əleyhinə minaları qurmaq və zərərsizləşdirmək;
– döyüşdə öz yerini komandirin icazəsi və ya əmri olmadan tərk etməmək;
– silahları və döyüş sursatını hazırlamağı, maqazinləri, qatarları cəld doldurmağı
bacarmaq, sursatın sərfiyyatına nəzarət etmək, döyüş sursatı ehtiyatlarının
yarısının sərfi barədə komandirinə vaxtında məruzə etmək.
Hər bir əsgər və çavuş öz komandirini döyüşdə müdafiə etməli, o yaralandıqda
və ya həlak olduqda bölmə üzərində komandanlığı cəsarətlə
öz üzərinə götürməlidir.
Manqa komandirinin borcudur:
– manqaya bacarıqla rəhbərlik etmək və alınmış tapşırığın yerinə yetirilməsini
inadla həyata keçirmək;
– tabeçilikdə olanlara fəallıq, cəsarətlilik nümunəsi göstərmək;
– rabitə vasitələri ilə işləməyi bacarmaq, taqım komandiri ilə dayanıqlı rabitə
əlaqəsi saxlamaq;
– taqımın silahlarından və döyüş maşınından sərrast atəş açmağı bacarmaq;
– topoqrafik xəritələrlə işləməyi, hədəflərin yerini müəyyən etməyi və onları
xəritəyə qeyd etməyi bacarmaq;
– döyüş maşınını və manqanın silahlarını bilmək, onları saz vəziyyətdə saxlamaq;
– taqım komandiri və onun müavininin vəzifələrini bilmək, ehtiyac olduqda
icra etmək.
Hər bir hərbi qulluqçu öz silahını və döyüş texnikasını mükəmməl
bilməli, daima döyüşə hazır vəziyyətdə saxlamalıdır. Silahını
ustalıqla
tətbiq etməli, yoldaşı yaralandıqda, yaxud həlak olduqda
onu əvəz etməyə daim hazır olmalıdır.
Döyüşdə əsgərin vəzifələrini necə təsəvvür edirsiniz?
LAYİHƏ
60
Qumbaraatanın, atıcı-qumbaraatan köməkçisinin, pulemyotçunun, baş atıcının
və atıcının borcudur:
– döyüşdə fəaliyyətlərin üsul və fəndlərini bilmək, onları avtomatizmə çatdırmaq;
– silahını mükəmməl bilmək, onu daima döyüşə hazır vəziyyətdə saxlamaq,
ondan sərrast atəş açmağı bacarmaq;
– fasiləsiz müşahidə aparmaq;
– qonşuları müşahidə etmək və onları atəşlə dəstəkləmək;
– desant bölməsindəki cihaz və mexanizmlərdən istifadə etməyi bacarmaq;
– döyüş sursatının hazırlanması və yüklənməsi zamanı tuşlayıcı-operatora,
texniki qulluq və təmir zamanı isə sürücü-mexanikə kömək etmək;
– manqasından aralı düşdükdə dərhal yaxındakı manqaya qoşularaq döyüşü
davam etdirmək.
Tuşlayıcı-operatorun (pulemyotçunun) borcudur:
– döyüş maşınının silahlarından, müşahidə, nişanalma cihazlarından bacarıqla
istifadə etmək və onları saz vəziyyətdə saxlamaq;
– silahla davranış bacarığını avtomatizmə çatdırmaq;
– komanda ilə və ya sərbəst aşkar edilmiş hədəfləri məhv etmək;
– döyüş maşını silahlarının atəşi ilə motoatıcı manqanın fəaliyyətini dəstəkləmək;
– atəş mövqeyi seçərkən ərazidən yararlanmaq;
– silahlara və nişangah qurğularına texniki qulluq göstərmək;
Azərbaycan Müdafiə Sənayesinin
istehsalı, TƏQ-7V2 tipli tank
əleyhinə əl qumbaraatanı
LAYİHƏ
61
– döyüş sursatlarını döyüşə hazır vəziyyətə gətirməyi və yerləşdirməyi bacarmaq;
– rabitə vasitələri ilə işləməyi bacarmaq;
– manqa komandirinin vəzifələrini bilmək, ehtiyac olduqda onu əvəz etmək.
Sürücü-mexanikin borcudur:
– döyüş maşınının quruluşunu, texniki imkanlarını, texniki qulluq qaydalarını bilmək,
daima döyüşə hazır vəziyyətdə saxlamaq;
– ilin və sutkanın istənilən vaxtında və müxtəlif ərazidə döyüş maşınını bacarıqla
idarə etmək;
– müxtəlif düzülüşdə yerini, ara məsafəsini, sürəti saxlamaq;
– bölməsinin yerini və ya fəaliyyət istiqamətini bilmək;
– komandaları, idarəetmə siqnallarını bilmək və yerinə yetirmək;
– nasazlıq baş verərsə, onun aradan qaldırılması üçün tədbir görmək;
– yanacaq və yanacaq sürtkü materialları növlərini və sərfi normalarını bilmək;
– hərəkət zamanı ərazidən bacarıqla istifadə etmək;
– atəş və müşahidə aparmaq üçün əlverişli şərait yaratmaq;
– atəş mövqeyini vaxtında və cəld dəyişmək;
– döyüş maşını silahlarından atəş açmağı bacarmaq.
Snayperin borcudur:
– snayper fəaliyyətinin üsul və fəndlərini bilmək, avtomatizmə çatdırmaq;
– silahını mükəmməl bilmək, onu daima döyüşə hazır vəziyyətdə saxlamaq,
ondan sərrast atəş açmağı bacarmaq;
– fasiləsiz müşahidə aparmaq, komanda ilə, yaxud müstəqil aşkar etdiyi hədəflərin
ən vacibini
məhv etmək;
Azərbaycan Müdafiə Sənayesinin
istehsalı, 14,5 mm-lik
İSTİQLAL snayper tüfəngi LAYİHƏ
62
– ərazidə səmtlənməyi, əlverişli mövqeyi tutmaq məqsədilə cəld və gizli hərəkət
etmək üçün ərazidən faydalanmağı bacarmaq.
Sanitar-atıcının borcudur:
– ilk yardım göstərilməsi üçün tibbi avadanlığı bilmək, əlaltı vasitələrdən bacarıqla
istifadə etmək;
– döyüş meydanında xəstələrin və yaralıların axtarıb tapılmasını, toplanmasını,
qorunmasını həyata keçirmək və onlara ilk yardım göstərmək;
– hərəkət imkanı olan yaralı və xəstələrə tibb postunun yerini göstərmək;
– döyüş maşınında yaralıları təxliyə etməyi bacarmaq.
1. Nə üçün döyüşçüdən bu xüsusiyyətlər tələb olunur?
2. Snayperin vəzifələrində hansı fərqli xüsusiyyətləri gördünüz?
3. Döyüş sursatının hazırlanması dedikdə nə başa düşürsünüz?
4. MAM-ın hərbi qulluqçularının vəzifələrinin oxşar və fərqli cəhətlərini
izah edin.
Pulemyotçu Snayper
a) diqqətlə müşahidə aparmaq, aşkar etdiyi hədəfin ən vacibini məhv
etmək
b) qonşuları müşahidə etmək və onları atəşlə dəstəkləmək
c) silahını mükəmməl bilmək və onu daima döyüşə hazır vəziyyətdə
saxlamaq,
ondan sərrast atəş açmağı bacarmaq
d) ərazidə səmtlənməyi, əlverişli mövqeyi tutmaq məqsədilə cəld və gizli
hərəkət etmək
e) desant bölməsindəki cihaz və mexanizmlərdən istifadə etməyi bacarmaq
Sual və tapşırıqlar
LAYİHƏ
63
2.2.4. ƏSGƏRIN DÖYÜŞDƏ HƏRƏKƏTLƏRI
Əsgərin hərəkət etməsi
Müasir ümumqoşun döyüşündə şərait çox tez dəyişir. Bölmələr müxtəlif fənd və
üsullar tətbiq etmək məcburiyyətində qalırlar. Əsgər döyüş meydanında istənilən
ərazi şərtlərində düşmənin atəşi altında öz silahından bacarıqla istifadə etməklə
düşməni zərərsizləşdirib məharətlə irəliləməlidir.
Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov 19 iyun 2010-cu ildə gecə saatlarında
Tərtər istiqamətində bir kilometrlik minalanmış məsafəni keçərək işğal altında
olan Çaylı kəndindəki mənfur düşmənin çox sayda əsgər və zabitini məhv etmişdir.
Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək təkbaşına 5 saat ərzində
düşmən ordusuna qarşı döyüşmüşdür. Ermənilər əvvəl elə zənn etmişdilər ki, onlara
qarşı Azərbaycan Ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən
əlavə qüvvələrini də köməyə çağırmışdı.
Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu və qəhrəmanlıq Azərbaycan
əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etmişdir.
Piyada hərəkət zamanı ərazidən və düşmənin atəşindən asılı olaraq əsgər
müxtəlif üsullarla irəliləyə bilər:
– sürətli addımlarla, qaçaraq (ayaq üstə, yaxud əyilərək);
– qaçaraq yerdəyişmə, yaxud sürünərək keçmə.
Məsələn, həmlənin gedişində əsgər qaçaraq, yaxud sürətli addımla əl qumbarasını
tulladıqdan sonra, adətən, qaçaraq irəliləyir. Düşmənin müdafiəsinin dərinliyində
hücum zamanı şəraitə uyğun olaraq bütün üsullar tətbiq edilir.
Müasir döyüşdə döyüşçünün rolu və əhəmiyyəti çox böyükdür.
Döyüşdə qələbəyə ayrı-ayrı əsgərlərin, tankın və digər zirehli döyüş
texnikasının, topun, minaatanın və onların heyətlərinin uğurlu hərəkətləri
ilə nail olunur. Hər bir döyüşçü düşməni canlı qüvvə və döyüş
texnikası sarıdan nə qədər çox itkiyə məruz qoyarsa, hücumda
bölmənin
irəliləmə tempi yüksələr, müdafiə isə düşmən üçün alınmaz olar.
Müasir ümumqoşun döyüşündə əsgərin rolu nədən ibarətdir?
Qələbəyə necə nail olmaq olar?
Dirsəklər üstündə sürünərək keçmə Sıçrayışla qaçış
LAYİHƏ
64
Açıq ərazidə düşmənin atəşi altında ona yaxınlaşıb
həmlə hüduduna çıxmaq
üçün qaçaraq irəliləyirlər. Bunun üçün uzanmış vəziyyətdə hərəkət
marşrutu və
nəfəs dərmək üçün gizli yer gözaltı edilməlidir. Sonra cəld qalxaraq həmin nöqtəyə
irəliləmək lazımdır. Gözaltı edilmiş nöqtəyə
çatdıqda sol böyrü üstə uzanaraq
üzü
üstə çevrilmək
və kənara diyirlənmək (sürünmək) lazımdır.
Qaçaraq hərəkətdə məsafə orta hesabla 20-40 addım təşkil edir. Bu vaxt ərzində
düşmən fiziki olaraq atəş açmağa macal tapmır. Komandirin göstərdiyi
hüdudda
əsgər başqa əsgərlərin qaçaraq
keçməsini himayə etmək və müşahidə üçün əlverişli
yer seçərək atəşə hazırlaşır.
Döyüşdə müəyyən məsafəni düşmənə hiss etdirmədən qətetmə zərurəti yarandıqda
sürünərək irəliləmək lazımdır. İstənilən üsulla sürünərkən silah qoruyucuda
olmalı, çirklənmə və zərbələrdən
qorunmalıdır. Deməli, düşməni məhv etmək, özü
isə sağ qalıb döyüş tapşırığını yerinə yetirməkdən ötrü onu birinci görmək, qabaqlayaraq
atəş açmaq və elə ilk atışda məhv etmək lazımdır.
Əsgər döyüşdə silahını və qumbarasını komanda ilə, yaxud müstəqil tətbiq edir.
Müstəqil, adətən, yaxın döyüşdə atəş açılır, qumbara atılır. Bu vaxt yüksək sayıqlıq,
silahı tətbiq etməyə həmişə hazır olmaq, əsgəri bacarıqlılıq vacib əhəmiyyət kəsb
edir. Döyüşdə hərəkətdə, dayanmada, dizi üstə, uzanaraq, səngərdən, daldalanacaqdan,
pəncərədən, aşağıdan-yuxarı, yuxarıdan-aşağı, döyüş maşınının mağzalından,
ağacın arxasından və s. vəziyyətlərdən atəş açmaq qaçılmazdır. Bütün
bunlara əsgər hazırlıqlı olmalıdır.
Döyüşdə maneələrin dəf edilməsi
Döyüş şəraitində döyüşçülər müxtəlif təbii və süni maneələri dəf etmək məcburiyyətində
qalırlar. Çayları və müxtəlif su maneələrini, adətən, daimi və ya xüsusi
düzəldilmiş körpülərdən, bərələrdən, yaxud üzən döyüş maşınlarının köməyi ilə keçirlər.
Su maneələrini dayanmadan, düşmən üçün gözlənilmədən
keçmək
çox vacibdir.
Çayın kənarında ləngimək hücumun tempini aşağı salır və bu, düşmənin mənafeyinə
xidmət edəcəkdir.
28 iyun 1944-cü ildə 35-ci tank alayı Həzi Aslanovun komandanlığı altında
Berezna çayının sahilinə çıxır. İstehkamçıların hazırladıqları körpü tankların ağırlığına
davam gətirmir. Batırılmış tanklardan körpü improvizə edilərək Həzi Aslanov
“Vilis”ində bir zirehli transportyorun və avtomatçı taborun müşayiəti ilə çayın qərb
sahilinə keçir. İyunun 29-dan 30-na keçən gecə qəfil həmlə ilə Pleşeniçı rayonunun
mərkəzini ələ keçirərək Sovet ordusunun Berezna çayını bütün cəbhə boyu keçməsinə
şərait yaradır. Bu hücum nəinki alman, elə sovet komandanlığı üçün də
gözlənilməz olur. Göstərdiyi bu qəhrəmanlığa görə tank qoşunları general-mayoru
Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
Əsgərlər su maneələrini bir-bir, yaxud iki-iki keçirlər. Şərait imkan verdikdə
ayaqqabılarını və təchizatlarının bir hissəsini çıxardaraq çiyinlərində keçirməyə icazə
verilir. Axın sürətli olduqda çayı keçərkən suyun aparmasına yol verməmək üçün
sahildən sahilə kəndir çəkilib bərkidilir. Əsgərlər kəndirdən tutaraq 8-10 m ara məsafəsi
ilə üzüb keçirlər.
LAYİHƏ
65
Suya girməzdən əvvəl qol və ayaq köbələrini açmaq, cibləri tərsinə çevirmək,
ayaqqabıları kəmərin altına keçirmək, əşya torbasını geyinmək, silahı əşya torbasının
üstünə qoyaraq və qayışı qolların altına salaraq sinə üzərindən keçirmək lazımdır.
Müasir döyüşdə müxtəlif mühəndis maneələri geniş tətbiq olunur. Düşmənin
qurduğu maneələri və onları qoruyan atəş vasitələrini aşkar etmək üçün fasiləsiz
kəşfiyyat aparmaq lazımdır. Həmin atəş vasitələri susdurulduqdan sonra bu maneələr
keçidlər açılmaqla dəf edilir. Keçidləri qaranlıqdan, məhdudgörmə şəraitindən
yararlanaraq gizlincə də dəf etmək olar. Otu saralmış kiçik təpəciklər, yol örtüyünün
pozulması, torpağın çökməsi, yerdən hündür çəkilmiş məftil, qar üzərində ayaq və
maşın təkərinin izləri və s. əlamətlər minaları aşkar etməyə kömək edir.
Meşədə hücum edən döyüşçülər qalaqlarla, şəhərdə isə barrikadalarla rastlaşa
bilərlər. Tikanlı məftildən piyada, dəmir yolu relslərindən isə tank əleyhinə kirpi hazırlanır,
hər ikisi minalanmış ola bilər.
Zəhərli sahənin (ərazinin) dəf edilməsi
Hücumun qarşısını almaq və ya onu ləngitmək məqsədilə düşmən başqa keçid
olmayan yerdə zəhərlənmiş sahələr yaradır. Zəhərli maddələrdən zədə almamaq
üçün çox diqqətli olmaq lazımdır. Zəhərli maddələrin tətbiqi əlamətlərini aşkar edən
kimi əsgər əleyhqaz geyinməli, komandirinə məruzə etməli və sonra onun göstərişi
ilə hərəkət etməlidir. Hücumda zəhərli ərazinin yanından ötüb-keçmək mümkün
deyilsə, bu ərazini əvvəlki döyüş düzülüşündə keçmək lazımdır.
Əsgər zərərli ərazini uzunməsafəli qaçışla çox cəld keçməlidir. Bu zaman nəzərəçarpan
çox zəhərlənmiş sahələri dolanaraq dəf etməlidir. Nəfəs dərmək üçün yeri
bitki örtüyü olmayan sahədə seçmək lazımdır. Bütün hallarda xəndəklərdən, çuxurlardan,
səngərlərdən və s. yerlərdən kənar keçilməlidir. Belə çuxurlarda zəhərli hava
çöküntü əmələ gətirir. Toz qaldırmaq, bitkilərə bədənin açıq yeri ilə toxunmaq olmaz.
Zəhərli maddələrə toxunduqda əsgər döyüş tapşırığını yerinə yetirməklə yanaşı,
eyni zamanda təchizatını və silahını fərdi təmizləmə paketinin köməyi ilə təmizləyir.
Deqazasiya – zəhərli maddələrin paltarın, təchizatın və silahın üzərindən
təmizlənməsi
deməkdir. Bu əməliyyat fərdi deqazasiya
paketi vasitəsilə yerinə yetirilir.
Zəhərlənmiş ərazidən çıxdıqdan sonra silahın tam sanitar təmizləmə və deqazasiyası
həyata keçirilir. Bundan sonra mühafizə vasitəsi çıxarılır. Bu vaxt əsgər
arxasını küləyə əks döndərməlidir. Mühafizə vasitəsini küləyin əsdiyi istiqamətdə
tullayaraq geri çəkilmək lazımdır.
Atış üçün yerin seçilməsi
Yuxarıda qeyd edildiyi kimi, döyüşün əsas məqsədi düşməni məhv etməkdir.
Bunun üçün əsas vasitə atəşdir. Hücumun gedişində əks-həmləni dəf edərkən, yaxud
LAYİHƏ
66
müdafiəyə keçərkən hər bir əsgər, hər şeydən əvvəl, atış üçün əlverişli mövqe seçir
və onu təchiz edir. Bu mövqe elə seçilir ki, düşməni müşahidə etmək, ona atəş açmaq
mümkün olsun, seçilmiş mövqe düşmənin müşahidəsindən gizli qalsın və onun
atəşindən qorunmuş olsun.
Açıq ərazidə komandirin göstərdiyi yeri seçmək, səngər qazmaq və tez maskalanmaq
vacibdir. Dağlıq ərazidə, dağın zirvəsində, topoqrafik yalında mövqe seçmək
olmaz. Düşmən
tərəfə olan yamacda mövqe tutmaq məqsədəuyğundur. Mövqeni
hazırlayarkən
əsgər bir an belə müşahidəni zəiflətməməlidir.
Artilleriya mərmisinin əmələ gətirdiyi çuxur, demək olar ki, hazır səngərdir, düşmən
tərəfdən divarı çapmaq və ehtiyac olarsa, dərinləşdirmək lazımdır.
Yaşayış məntəqəsində hasarlar, daş binalar, divar qalıqları və s. düşmənin atəşindən
qorunmaq üçün geniş istifadə edilir. Bacarıqlı döyüşçü daş tikilidən ağılla
istifadə etdikdə düşmənin üstün qüvvələrinin həmlələrini dəf edə bilər.
1. Gözaltı etdiyin nöqtəyə çatdıqda sol böyrü üstə uzanaraq üzü üstə çevrilmək
və kənara diyirlənmək. Bu hərəkəti praktiki yerinə yetirin. Kənara diyirlənməyə
ehtiyac varmı?
2. Çayın kənarında ləngimək təkcə hücumun tempini aşağı salır?
3. Su maneəsini keçməzdən əvvəl qol və ayaq köbələrini açmaq, cibləri isə
tərsinə çevirmək nə məqsədlə həyata keçirilir?
4. Sizcə, dağın zirvəsində, topoqrafik yalında mövqe tutmaq nə qədər məqsədəuyğundur?
5. Sizcə, zəhərli ərazinin yanından keçmək üçün hansı faktorları nəzərə almaq
lazımdır?
6. Manqalarınızı MAM tərkibindəki vəzifələrə uyğunlaşdırın, qaçaraq yerdəyişmə
ilə irəliləməni praktik olaraq idman zalında, məktəbin həyətində yerinə yetirin.
7. Mübarizin vida məktubunu diqqətlə oxuyun.
8. “Düşmənin öz silahlarını özünə qarşı istifadə etmək” dedikdə nə başa düşürsünüz?
Sual və tapşırıqlar
LAYİHƏ
67
2.2.5. ƏSGƏRIN HÜCUMDA HƏRƏKƏTLƏRI
Hücum düşməni darmadağın (məhv) etmək, təyin olunmuş obyekti ələ
keçirmək və sonrakı fəaliyyətlərin aparılması üçün şərait yaratmaq məqsədilə
aparılır.
Darmadağın dedikdə düşməni elə bir təlafata uğratmaq başa düşülür ki,
o, tam və ya qismən döyüş qabiliyyətini itirmiş olsun.
Əsgər döyüş tapşırığını alarkən aydınlaşdırmalıdır:
● hücumun istiqamətini;
● düşmənin heyətini, yerini, fəaliyyətini;
● taqımın, manqanın döyüş tapşırığını və öz vəzifələrini;
● PDM-dən düşürüləcəyi yeri və qaydasını;
● mühəndis maneələrini (əngəlləri) dəfetmə qaydasını;
● idarəetmə və qarşılıqlı əlaqə siqnallarını;
● hücuma hazırolma vaxtını;
● hansı tankın arxasınca fəaliyyət göstərəcəyini;
● tankın və artilleriyanın atəşindən istifadəni.
Əsgər hücumda, bir qayda olaraq, manqanın tərkibində fəaliyyət
göstərir. Hücum tapşırığını manqa komandirindən alır. Manqa
komandiri ərazinin relyefini, hava şəraitini, düşməni, əsgərin silahının
döyüş imkanını və ən başlıcası, aldığı döyüş tapşırığını əsas
götürərək şəxsi heyət arasında vəzifə bölgüsü aparır.
Futbol oynadığınız zaman hücum etmədən rəqib komandanın
qapısına qol vurmaq mümkündürmü?
MAM-ın
PDM-dən
düşmə anı
LAYİHƏ
68
Hücuma hazırlaşmaq qaydası
Əsgər hücuma hazırlaşarkən:
● silahının saz olmasını bir daha yoxlayır və onu döyüşə hazırlayır;
● döyüş sursatının lazımi qədər olduğunu yoxlayır;
● fərdi mühafizə vasitələrinin sazlığını yoxlayır;
● səngərdən rahat çıxmaq üçün onun ön divarında oyuq açır.
Gecə hücumuna hazırlaşarkən:
● gecə vaxtı istiqaməti bəlli edə biləcək yerli əşyaları yadında saxlayır;
● gecə nişangahı olan əsgərlər onların da saz vəziyyətdə olmasını yoxlayır;
● izburaxan güllələri maqazinlərə 2/1 qaydasında doldurur.
Həmləyə keçmək qaydası
“Manqa, həmləyə hazırlaş!” komandası ilə əsgər:
● süngü-bıçağını avtomata birləşdirir;
● nişangahı “п” və ya “3” vəziyyətinə gətirir;
● təchizatını hərəkət zamanı mane olmaması üçün bərkidir;
● ayağını oyuğa qoyub əllərini sipərə dirəyərək səngərdən cəld çıxmağa hazır
olur;
● bu zaman düşməni daha diqqətlə müşahidə edir.
“Manqa, həmləyə irəli!” komandası ilə əsgər:
● Digər əsgərlərlə birlikdə səngəri tərk edir və tankın ardınca manqanın döyüş
zəncirində irəli atılır;
● Öz atəşi ilə düşmənin atəş vasitələrini (ilk növbədə tank əleyhinə silahlarını)
məhv edir;
● Düşmənin ön xəttinə 25-40 m qalmış manqa komandirinin “Manqa, qumbaralarla
atəş!” komandası ilə əl qumbarasını düşmənin səngərinə atır;
● “Vətən uğrunda irəli!” qışqıraraq düşmənin ön xəttinə soxulur;
● Sağ qalan düşməni məhv edərək göstərilən istiqamətdə irəliləyir.
Tanklar geri qaldıqda manqa ləngimədən, artilleriya və minaatanların
atəşindən faydalanaraq irəliləməli, düşmənə həmlə etməlidir. Hətta bir
əsgərin də irəliləməsi digərləri və ümumilikdə manqa tərəfindən himayə
edilməlidir. LAYİHƏ
69
Həmlə vaxtı düşməni məhv etmək
fəndləri aşağıdakılardır:
● hərəkətdə;
● qısa müddət dayanaraq;
● yaxın atəşlə;
● əl qumbarası ilə;
● süngü və qundaq vasitəsilə.
Maneələrin keçidlər vasitəsilə dəf edilməsi
Düşmənin müdafiə xəttinin qarşısındakı maneələri əsgər manqanın manevr və
ya atəş qrupunun tərkibində, bir kolonda qaçaraq dəf edir.
Mina sahəsinə yaxınlaşdıqda manqa komandiri komanda verir: “Manevr qrupu,
keçidə, filan həddə (aralıq həddi göstərir) qaçaraq marş!” Manevr qrupu atəş qrupunun
və döyüş texnikasının atəş himayəsi altında mina sahəsini dəf edir, göstərilən
həddi tutur və sərrast atəşlə atəş qrupunun mina sahəsini dəf etməsini himayə
edir. Döyüş maşını mina sahəsini motoatıcıların ardınca onların atəş himayəsi
altında keçir.
Keçid yerində ləngimək və toplaşmaq qadağandır!
Manevr qrupunun yerdəyişməsi Atəş qrupunun yerdəyişməsi
LAYİHƏ
70
Səngərlərdə qalmış düşməni məhv etmək tapşırığı almış manevr qrupu düşmənə
qumbara atır, sürətlə səngərə atılır, onun içi ilə hərəkət edir, sağ qalmış düşməni
atəşlə, süngü-bıçaqla, atəş nöqtələrini isə qumbara ilə məhv edərək döngədən
döngəyə
hərəkət edir.
Atəş qrupu səngərin hər iki tərəfi ilə hərəkət etməklə manevr qrupunu yuxarıdan
atəşlə himayə edir, düşmənin atəş vasitələrini və səngəri tərk etməyə cəhd
edən qüvvələrini məhv edir.
Blindajlarda və digər müdafiə qurğularında yerləşmiş düşmənin canlı qüvvəsi
və atəş vasitələrinə qumbara atılır. Ehtiyac olduqda manevr qrupu blindaja soxulur
və atəşlə işi başa çatdırır. Bu vaxt atəş qrupu blindajın girişini və çıxışını nəzarətdə
saxlayır.
Həmlə obyekti alındıqdan sonra (səngərlərdə, əlaqə yollarında və digər istehkam
qurğularında düşməni məhv etdikdən sonra) əsgər ləngimədən digər əsgərlərlə və
döyüş texnikaları ilə qarşılıqlı əlaqədə hücumun sonrakı istiqamətində hərəkət edir.
Piyada hərəkət edən manqanın döyüş düzülüşündə hərəkət istiqamətinin dəyişməsi
“Manqa, sağa (sola) filan obyekt istiqamətində, istiqamətləndirici filankəs –
Marş!” komandası ilə yerinə yetirilir. İstiqamətləndirici istiqamətini göstərilən obyektə
tərəf dəyişir. Qalan əsgərlər onun arxasınca düzlənməli və ara məsafəsini gözləyərək
hərəkətə davam etməlidirlər.
1. İzburaxan güllələrin ½ doldurulması hansı məqsədlə həyata keçirilir?
2. Əsgər hücumda tanklar və artilleriyanın atəşindən necə yararlana bilər?
3. İlk növbədə tank əleyhinə silahları məhv etməyin mahiyyəti nədir?
4. Keçid yerində ləngimək və toplaşmaq nəyə görə qadağandır?
5. Keçid manqa tərkibində deyil, qruplar tərkibində keçilir fikrini əsaslandırın
və manqalarınızla şərti mina sahəsindəki keçiddən keçməyi yerinə yetirin.
• Manqa komandirləri əsgərlərə döyüş tapşırığının verilməsini, əsgərlər isə
öz tapşırığını aydınlaşdırmanı praktik yerinə yetirsinlər.
• Məktəbin həyətində və ya idman zalında “Manqa, həmləyə irəli!” komandasını
parktiki yerinə yetirin.
Sual və tapşırıqlar
LAYİHƏ
71
2.2.6. ƏSGƏRIN MÜDAFIƏDƏ HƏRƏKƏTLƏRI
Döyüş mövqeyini tutduqdan sonra manqanın şəxsi heyəti onun mühəndis
hazırlığına
başlayır.
Bu tələblərin yerinə yetirilməsi üçün mühəndis işləri yüksək səviyyədə görülməlidir.
Müdafiə dayanıqlı və fəallığı ilə yanaşı, bütün növ silahların,
üstün tank və piyada
qruplaşmasının hücumunu dəfetmə imkanına malik olmalıdır.
Düşmənin qəfil basqınını dəf etmək, onun kəşfiyyat aparan və ya bizim maneələrdə
keçid açmaq istəyən kiçik qruplarının məhv edilməsi üçün növbətçi atəş
vasitəsi təyin olunur. Onlar, bir qayda olaraq, ehtiyat və ya müvəqqəti atəş mövqeyində
yerləşirlər. Qalan şəxsi heyət vəziyyətdən asılı olaraq mövqeyini mühəndis
cəhətdən təkmilləşdirir, döyüş hazırlığı ilə məşğul olur və ya dincəlir.
Əsgər müdafiədə, bir qayda olaraq, manqanın tərkibində fəaliyyət
göstərir. Müdafiə tapşırığını manqa komandirindən alır.
Sizcə, manqa komandiri vəzifə bölgüsü apararkən nələri nəzərə
almalıdır?
Növbətçi atəş vasitəsi LAYİHƏ
72
Düşmən hücumunun atəş hazırlığı vaxtı manqa komandiri və müşahidəçidən
başqa qalan şəxsi heyət blindajlarda, səngərlərin dibində, qəlpə əleyhinə sipəraltı
səngərlərdə, oyuqlarda gizlənir, öz mövqelərini cəld tutmaq üçün hazır olurlar.
Düşmən hücuma keçərkən komandirin əmri ilə manqa dərhal döyüşə hazırlaşır.
Silahların təsirli atəş məsafəsinə yaxınlaşdığı zaman düşmənə atəş açılır.
Düşmən müdafiənin ön xəttinə yaxınlaşdığı anda atəş ən yüksək intensivliyə
çatdırılır. Onun döyüş texnikası tank əleyhinə idarəolunan raketlərin, qumbaraatanların
və PDM-lərin atəşləri və qumbaralarla məhv edilir. Düşmən piyadaları pulemyot
və avtomatların atəşi ilə tanklardan uzaqlaşdırılaraq məhv edilir. Manqanın tank
əleyhinə vasitələrinin atəşləri, ilk növbədə, ön xətdəki maneələri keçməyə çalışan
trallı tanklara istiqamətləndirilir, sonra başqa zirehli maşınlara atəş açılır. Zədələnmiş
tankı tərk edən ekipaj isə atıcı silahların atəşi ilə məhv edilir.
Düşmən piyadaları mövqeyə 30–40 m yaxınlaşan zaman manqanın şəxsi heyəti
onları qumbaralarla atəşə tutur, mövqeyə soxulmuş düşməni yaxından atəşlə, əlbəyaxa
döyüşlə məhv edir.
Qumbaraatanın doldurulması anı
Düşmənin əlaqə yolları ilə yayılmasının qarşısını almaqdan ötrü əvvəlcədən hazırlanmış
tank əleyhinə kirpi və başqa daşınan maneələr qurulur, yaxından atəşlə,
süngü və ya qundaqla vurmaqla məhv edilir.
LAYİHƏ
73
Əgər düşmən qonşu manqanın döyüş mövqeyinə hücum edirsə, manqa cinahdan
atəş açmaqla kömək edir.
Motoatıcı manqanın şəxsi heyəti düşmənin həmləsini dəf etdikdən sonra:
● Silahını sahmana salır;
● Sərf olunan döyüş sursatının yerini tamamlayır;
● Səngərin, blindajın uçub-dağılmış yerlərini bərpa edir;
● Düşmənin təkrar həmləsini dəf etməyə hazırlaşır.
Bütün bu vaxt ərzində müşahidə fasiləsiz aparılır.
Daimi döyüşə hazırlıq – verilən tapşırığı müəyyən olunmuş vaxtda,
minimal itki ilə və mütəşəkkil qaydada yerinə yetirmə imkanı deməkdir.
Bu baxımdan əsgər öz silahını, ona təhkim olunan döyüş
və digər texnikanı mükəmməl bilməli, döyüşdə də tətbiq etməyi
bacarmalıdır.
1. Sizcə, növbətçi atəş vasitəsinə təyin edilmiş əsgər digər yoldaşlarından nə
ilə fərqlənir?
2. Düşmənin hücumunun atəş hazırlığı dedikdə nə başa düşürsünüz?
3. Düşmənin hücuma keçmə anını necə başa düşmək olar?
4. Sizcə, həmləni dəf etdikdən sonra silahını sahmana salmaq dedikdə nə
başa düşülür?
5. Düşmənin atəş hazırlığı vaxtı manqa komandirinin və müşahidəçinin haqqında
müqayisə aparmaqla danışın.
Sual və tapşırıqlar
LAYİHƏ
74
2.3.1. DÖYÜŞ TƏMINATI
Döyüş təminatı öz bölmələrimizin, silah və döyüş texnikamızın tətbiqinin
effektliliyinin
artırılması və düşmənin qoşun, güc və vasitələrinin tətbiqinin
effektliliyinin azaldılması məqsədilə təşkil olunur və aparılır.
Motoatıcı manqada kəşfiyyat, mühafizə, taktiki maskalanma, mühəndis
təminatı, radiasiya, kimyəvi və bioloji (bakterioloji) mühafizə təşkil olunur.
Kəşfiyyat alınmış tapşırığın hazırlanması, müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün düşmən və ərazi haqqında məlumatların əldə olunması
məqsədilə təşkil edilir və aparılır. Kəşfiyyatın əsas məqsədi düşmənin
qəfil fəaliyyətinin qarşısının alınmasıdır.
Düşmənin kəşfi onun yerini, tərkibini, fəaliyyətinin xarakterini, mövqelərinin mühəndis
təchizatını, maneələr sistemini təyin etmək və s. məqsədilə aparılır.
Ərazinin vizual kəşfiyyatı relyef xüsusiyyətlərini, təbii əngəllərin mövcudluğunu,
torpağın, yolların, su mənbələrinin vəziyyətini, su maneələrinin xarakterini, ərazinin
bölmələrinin fəaliyyətinə təsirini və s. müəyyən etmək məqsədilə aparılır.
Kəşfiyyata olan əsas tələblər: operativlik, gizlilik, dürüstlük, dəqiqlik. Məlumatlar
müəyyən olunmuş vaxtda, xüsusi əhəmiyyətlilər isə dərhal məruzə edilir.
Düşməni, radioaktiv, kimyəvi, bioloji, bakterioloji şəraiti müşahidə etmək üçün
kəşfiyyat hər bir manqada (tankda) aparılır. Müşahidə cəbhənin önündə, cinahlarda
düşməni və ərazini yaxşı görməyi, düşmən atəşindən qorunmağı təmin etməlidir,
bölmələrimizdən oraya gizli yollar olmalıdır.
Müşahidə postu (müşahidəçi) düşməni və ərazini yaxşı müşahidə etməyi təmin
edən ərazidə yerləşdirilir.
Müasir ümumqoşun döyüşündə, eləcə də lokal müharibələrdə
qələbə bütün qoşun növlərinin birgə fəaliyyəti və döyüşün hərtərəfli
təminatı nəticəsində əldə olunur.
Döyüş təminatı nədir?
Fəsil 3. Döyüş təminatı
LAYİHƏ
75
Müşahidəçi oriyentirlər sxemi, müşahidə jurnalı, kompas, saat, rabitə vasitəsi,
siqnalvermə
vasitəsi, radiasiya və kimyəvi kəşfiyyat cihazı ilə təmin olunur. Müşahidə
postunun
yeri, tərkibi, oriyentirlər
üzrə müşahidə sektoru, nəyə xüsusi diqqət
yetirilməli
olduğu müşahidə postuna
tapşırıq verilərkən göstərilir.
Kimyəvi və ya bioloji zəhərlənmə əlamətləri aşkar
edildikdə post böyüyü dərhal
“kimyəvi həyəcan” siqnalı verir və postu təyin etmiş komandirə məlumat verir.
Müşahidə postu
OR1 Tək ağac
200 m OR2 Yol ayrıcı
300 m
Yaxın zona
Orta zona
OR4 Adsız yüksəklik Uzaq zona
800 m
OR3 Binalar
600 m
LAYİHƏ
76
Mühafizə
Mühafizə düşmən kəşfiyyatının
qoşunlarımızın yerləşdiyi rayona daxil olmasına
yol verməmək, bölmələrimizin
açılıb döyüşə hazır
vəziyyətə gətirilməsinə vaxt
qazanmaq və əlverişli şərait yaratmaq məqsədilə təşkil edilir və həyata keçirilir.
O, əsas qüvvələrdən düşmənin ehtimal olunduğu istiqamətdə aralıda manqa komandiri
tərəfindən taqım komandirinin göstərişi ilə təşkil edilir.
Mühafizə – müşahidə, növbətçi atəş vasitələri, manqa taqımdan aralıda
yerləşdiyi vaxtlarda isə cüt patrullarla həyata keçirilir.
Öz hərbi qulluqçularını tanımaq üçün sutkalıq buraxılış sözü təyin edilir. Buraxılış
sözü kimi silahın, yaxud döyüş texnikasının adı – “Tank”, cavab sözü kimi isə
buraxılış sözünün baş hərfi ilə başlayan yaşayış məntəqəsinin adı, məsələn, “Tərtər”
təyin edilir.
Mühəndis təminatı
Mühəndis təminatı qoşunlara vaxtında və gizli hərəkət etmək, açılmaq, manevr
etmək və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi şərait
yaratmaq, qoşunların və obyektlərin bütün məhvetmə vasitələrinin dərəcəsini artırmaq,
həmçinin düşməni itkiyə məruz qoymaq və onun fəaliyyətini çətinləşdirmək
məqsədilə təşkil olunur və həyata keçirilir.
Mühəndis təminatı zamanı düşmənin və obyektlərin, ərazinin mühəndis kəşfiyyatı
aparılır, qoşunlar yerləşdiyi rayonların və onların tutduqları müdafiə mövqelərinin,
komandirlərin döyüşü idarə etdikləri məntəqələr hazırlanır.
Düşmənin hərəkətini dayandıracaq, onu ləngidəcək maneələr qurulur, yollarda
və keçidlərdə dağıntılar törədilir.
Qoşunlarımızın hücuma keçməsinə şərait yaratmaq üçün maneələrdən, dağıntılardan
keçidlər açılır və onlar düşməndən qorunur. Ərazilər və obyektlər minalardan
təmizlənir, yollar çəkilir və onlar qorunur.
Qoşunlar yerləşdiyi yerlərdə gizliliyi təmin etmək üçün maskalanır, suyun çıxarılması,
təmizlənməsi və bölmələrə paylanmasına dair tədbirlər görülür. Bütün bunlar
mühəndis təminatının əsas tapşırıqlarıdır.
Mühəndis təminatında müvəffəqiyyət əldə etmək üçün hissə və bölmələr yüksək
mühəndis hazırlıqlı olmalı və mühəndis təminatı tapşırıqlarını sərbəst yerinə
yetirməyi bacarmalıdırlar. Mühəndis vasitələrindən bacarıqla istifadə edilməlidir.
Düşmənin və ərazinin mühəndis kəşfiyyatı fasiləsiz aparılmalı, döyüşün gedişində
ərazidən və yerli materiallardan bacarıqla istifadə edilməlidir.
LAYİHƏ
77
Mühəndis təminatı tapşırıqları manqanın bütün şəxsi heyəti tərəfindən yerinə
yetirilir. Manqa öz gücü ilə atəş və müşahidə aparmaq üçün qurğular, sığınacaqlar
qurur, öz mövqelərini maskalayır.
Kimya təminatı
Kimya təminatı bölmələrə Kütləvi Qırğın Silahları (KQS) zərərvurma amillərinin,
obyektlərdə dağıntıların təsirinin azaldılması, odsaçan-yandırıcı vasitələrlə düşmənin
itkiyə məruz qoyulması məqsədilə təşkil edilir və yerinə yetirilir.
Hücuma hazırlaşmaq qaydası
Manqanın kimyəvi təminatının və KQS-dən qorunmasının
əsas tapşırıqları aşağıdakılardır:
● radiasiya, kimyəvi, bioloji çirklənmə barədə bölmələrə
xəbərdarlıq edilməsi;
● fərdi və kollektiv qorunma vasitələrinin, silahların, döyüş
texnikasının qorunma xüsusiyyətlərindən istifadə edilməsi;
● şəxsi heyətin, silahın qismən xüsusi təmizlənməsi;
● düşmənin kəşfiyyat vasitələrinə qarşı aerozol əks-təsiri.
Şəxsi heyətin qismən sanitar təmizlənməsi dərinin açıq hissələrindən, fərdi qorunma
vasitələrindən, ləvazimat və ayaqqabıdan radioaktiv maddələrin təmizlənməsindən
ibarətdir.
Dərinin açıq hissəsinin, geyim və ləvazimatın deqazasiyası üçün fərdi paket
istifadə olunur.
Geyim və ləvazimatın zarin tipli zəhərli maddənin buxarı ilə çirklənməsi zamanı
deqazasiya paketi istifadə edilir. Çirklənmiş ərazidə təmizlənmə zamanı respirator
çıxardılmır. Qışda geyim, ləvazimat və ayaqqabını çirklənməmiş qarla təmizləmək olar.
Taktiki maskalanma
Taktiki maskalanma bölmələrin fəaliyyətinin qəfilliyinə nail olunması, həyatda
qalmasının artırılması, döyüş qabiliyyətinin saxlanmasını təmin etmək üçün onların
tərkibi, yeri, vəziyyəti, təyinatı, fəaliyyəti, xarakteri və gələcək fəaliyyətinin məqsədi
baxımından düşməni aldatmaq məqsədilə təşkil edilir və həyata keçirilir.
Taktiki maskalanmanın əsas tapşırığı taqımın fəaliyyətinin gizliliyini, qoşunların
aldadıcı fəaliyyətinin isə həqiqətə uyğunluğunu təmin etməkdən ibarətdir.
Taqımda taktiki maskalanma tapşırıqları gizlətmə, təqlidetmə və nümayiş fəaliyyəti
üsulları ilə yerinə yetirilir.
LAYİHƏ
78
Gizlətmə – bölmələrin, silahların və döyüş
texnikasının yerini, tərkibini, vəziyyətini və
fəaliyyətini aşkar etdirən əlamətlərin aradan
qaldırılması və ya minimuma endirilməsindən
ibarətdir.
Taktiki maskalanma bölmələrin yerləşməsinin ərazinin maskalanma xüsusiyyətlərindən,
təbii və süni sığınacaqlardan, bitki örtüyündən istifadə edilməklə hava şəraitinin,
ilin və sutkanın məhdudgörmə şəraitinin nəzərə alınması ilə əldə edilir.
Taktiki maskalanma manqanın öz gücü ilə yerinə yetirilir.
Təqlidetmə – silah və döyüş texnikasının
fəaliyyətini aşkar etdirən əlamətlərin
əks etdirilməsi ilə onların təyin edilmiş
rayonlarda yerinin, tərkibinin
dəyişməsini
göstərməkdir. O, saxta mövqelərin,
hədlərin hazırlanması, maketlərdən istifadə
edərək saxta silah və döyüş
texnikası obyektlərinin, qurğuların quraşdırılması
ilə həyata keçirilir.
Nümayiş fəaliyyət – saxta mövqelərdə xüsusi təyin edilmiş güc və vasitələrlə
bölmələrin fəaliyyətini, atəş vasitələrinin yerləşdirilməsini və s.
düşmənə göstərməkdən ibarətdir.
Düşməni aldatmaq üçün Qırmızı Xaç Cəmiyyətinin və BMT-nin fərqlənmə nişanından
istifadə etmək qadağandır.
1. Sizcə, döyüş təminatı düşmənin qoşun, güc və vasitələrinin tətbiqinin effektivliyini
necə azalda bilər?
2. Manqanızda təqlidetmə ilə düşməni yanıltmaq üçün hansı tədbirləri görərdiniz?
3. Siz mühafizəyə təyin olunmuş manqanın tərkibində xidmət edirsiniz. Düşmənin
kəşfiyyat-diversiya qrupu, mühəndis manqası, I eşalon bölmələri ilə qarşılaşdıqda
nə edərdiniz?
4. Müşahidəyə təyin olunmuş əsgərin fəaliyyətini necə təsəvvür edirsiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
79
2.3.2. ZIREHLI TEXNIKALAR
Körfəz müharibəsində T-72-lər ABŞ-ın M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz
olduğu üçün onlar inkişaf etdirilməyə başlanmışdır. T-90-lar hazırda Rusiya,
Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tanklardır. Bu tanklar
daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.
Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən, T-90
tanklarının “Bişma” adı ilə Hindistanda ortaq istehsal olunur. Hindistan
1000 ədəddən
çox tank istehsal etməyi planlaşdırır.
T-90 tanklarına məxsus olan Tank Əleyhinə İdarəolunan Raket (TƏİR) kompleksi
5 km məsafədə olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə
məhv etmək imkanına malikdir. Gecə-gündüz görüntüsünə malik optik lazernişangah
tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf
üzərində saxlamaq imkanı yaradır. Alçaqdan uçan hava hədəflərini məhv etmək
üçün tankın üzərində 12.7 mm-lik pulemyot (DŞK, NSVT, KORD) quraşdırılıb.
T-72 tankları 1973-cü ildə silahlanmaya
qəbul edilib. SSRİ-nin 2-ci nəsildən olan
ən çoxsaylı döyüş tankıdır. Müstəqil
Dövlətlər Birliyi ölkələrinin və “Varşava
Bloku”na daxil
olan ölkələrin ordularında
bu gün də istifadə olunur. SSRİ-də,
Polşada, Çexoslovakiyada,
İraqda və
Hindistanda istehsal olunurdu.
SSRİnin
süqutundan sonra İranda da istehsal
edilir. Hindistanda istehsal olunan
T-72 tankını “Ajeya” adlandırırlar.
Tankların və digər zirehli döyüş texnikalarının qorunma
səviyyəsi dedikdə nə başa düşürsünüz?
Teplovizor tədqiq olunan səthin temperaturunu
müşahidə etmək üçün cihazdır.
T-90 – Rusiya istehsalı olan 3-cü nəsil müharibə
tankıdır. Bu tankların seriyalı istehsalına
1992-ci
ildən başlanıb. T-72 tankının əsasında yaradılan
T-90 qoruma səviyyəsi, avadanlıqları ilə sələfindən
fərqlənir. Tank teplovizora*, gücləndirilmiş
zirehə,
aktiv müdafiə
sisteminə malikdir.
LAYİHƏ
80
Tankların taktiki-texniki xüsusiyyətləri
T-90 T-72 T-55
Çəkisi: ton 46,5–50 41 36
Uzunluğu:
lülə daxil olmaqla
yalnız gövdə
Eni
Hündürlüyü
9,53 m
6,86 m
3,37 m
2,23 m
9,53 m
6,9 m
3,6 m
2,2 m
• 9 m
• 6,2 m
• 3,27 m
• 2,35 m
Heyət 3 sürücü, tuşlayıcıoperator,
tank komandiri
3 sürücü,
tuşlayıcı-operator,
tank komandiri
4 sürücü, tuşlayıcıoperator,
doldurucu,
tank komandiri
Sürəti:
şose yolda
torpaq yolda
65 km/saat
50 km/saat
75 km/saat
50 km/saat
50 km/saat
Mühərrik 1000 AG turbo dizel
1000 AG dizel
780 AG
Dizel 582 kW
Dizel 580 AG
В-55В
Gediş ehtiyatı
375 km
550-650 km
298 km
410 km 500 km
Zireh 830 mm 600 mm 100 mm
Silahı
125 mm-lik yivsiz top,
7,62 mm-lik PKT
12,7 mm-lik NSVT (KORD)
125 mm-lik
Yivsiz top
7,62 mm-lik PKT
12,7 mm-lik NSVT
100 mm yivli top
2×7,62-mm PKT
12,7 mm-lik DŞK
T-55 – 1947-ci ildə silahlanmaya qəbul
edilmiş,
T-54 tankını əvəz etmişdir. 1968-ci
ilə qədər tankın üzərində o qədər çox
dəyişiklik edilmişdi ki, tankın T-55 kod
adı ilə adlandırılmasına qərar verilmişdi.
T-55 tankı qərb tanklarına nisbətən çox
ucuz, sürətli və asan istehsal olunurdu.
O, dünyanın ən çox istehsal edilmiş və
ən çox ölkə tərəfindən istifadə olunmuş
tankıdır.
Əvvəl SSRİ-də, sonra isə Polşada, Rumıniyada və Çexoslovakiyada istehsal
olunmuşdur və bütün Varşava bloku ölkələrinə paylanılmışdır. Bununla yanaşı,
ucuzluğu və sadə quruluşu sayəsində üçüncü dünya ölkələrinin və Ərəb ölkələrinin
üstünlük verdiyi əsas tanklardan biridir.
LAYİHƏ
81
БМП-3 – Piyadanın Döyüş Maşını şəxsi heyətin
ön xəttə daşınması, onun mobilliyinin, atəş gücünün
və nüvə silahı tətbiq edildiy təqdirdə qorunmasının
yüksəldilməsi üçün nəzərdə tutulub. Döyüş
maşını, şəxsi heyəti çevrəvarı qəlpələrdən və atıcı
silahların güllələrindən, ön hissəsi isə 30 mm-lik
mərmilərdən qoruyur. БРЭМ-Л «Беглянка» –zirehli
təmir-təxliyə maşını, БММП-3Ф – dəniz piyadasının
döyüş maşını, БМД-3 – desantın döyüş
maşını və s. kimi növləri mövcuddur.
Piyadanın döyüş maşınlarının taktiki-texniki xüsusiyyətləri
БМП-3 БМП-2 БМП-1
Silahı
100 mm-lik reaktiv top qurğusu,
30 mm-lik avtomatik top
1 ədəd 7,62 mm-lik PKT (qoşalaş.)
2 ədəd 7,62 mm-lik, kurs üzrə PKT
ПТУР-9M117 (tipli TƏYİR)
30 mm-lik avtomatik
top
7,62 mm-lik PKT
ПТРК-9К111 (113)
(tipli TƏYİR)
73 mm-lik top
7,62 mm-lik PKT
ПТУР-9M14М
“Малютка” (tipli
TƏYİR)
Heyət 3/5/2 3/7 nəfər 3/8 nəfər
Çəkisi 18,7 ton 14 ton 13 ton
Uzunluğu
Eni
Hündürlüyü
6,7 m
3,3 m
2,3 m
6,735 m
3,15 m
2,25 m
6,735 m
2,94 m
1,924 m
Sürəti:
Şose yolda
Torpaq yolda
Suda
70 km/saat
45–50 km/saat
10 km/saat
65 km/saat
40–45 km/saat
7 km/saat
65 km/saat
40–45 km/saat
7 km/saat
Gediş ehtiyatı
600 km 550–600 km 550–600 km
БМП-2 – Piyadanın Döyüş Maşınının
təyinatı БМП-3 ilə eynidir. БРЭМ-4
təmir-təxliyə maşını, БМО-2 odsaçanların
döyüş maşını, ПРП-4 səyyar kəşfiyyat
məntəqəsi, БМД-2 desantın döyüş
maşını və s. kimi növləri mövcuddur.
Zirehinin qalınlığı gövdədə və qüllədə
5-19 mm, ön hissəsində isə 23 mm-dir.
LAYİHƏ
82
БМП-1 – Piyadanın Döyüş Maşınının
təyinatı və zirehinin qalınlığı БМП-2
ilə eynidir. Sovet ordusunun ilk seriyalarla
istehsal olunan, üzən döyüş
maşınıdır. БМM-1 – zirehli tibb maşını,
БPМ-1К – kəşfiyyat döyüş maşını,
БМП-1КШ – komanda-qərargah
maşını, БМД-1 – desantın döyüş maşını və s. kimi növləri mövcuddur.
БТР-80A – təkərli, üzən döyüş maşınıdır,
motoatıcı bölmələrin daşınması
və döyüşdə
atəş dəstəyi üçün nəzərdə tutulub.
30 mm-lik avtomatik top və 7,62 mm-lik PKT
pulemyotu
ilə təchiz
edilib. Topun döyüş dəsti
300 ədəd mərmi, pulemyotun isə 2000 ədəd
patrondan ibarətdir. Sələfi BTR-80-in atəş gücünü 2 dəfə üstələyir.
Çəkisi 14,4 ton; heyəti 3/7 nəfər; sürəti 90 km/saat; suda 10 km/saat; gediş ehtiyatı
600 km; suda 12 saatdır.
1. Ordumuzun silahlanmasında olan tankların alçaq bir profilə malik olmasının
nə kimi üstünlükləri var?
2. БМП və tanklar arasında oxşar və fərqli cəhətləri sadalayın.
3. БМП və БТР-lərin oxşar və fərqli cəhətlərini sadalayın.
4. Sizcə, tüstü pərdəsi qoyma imkanı zirehli texnikalarda lazımdırmı? Fikrinizi
əsaslandırın.
5. Milli Ordumuzun silahlanmasında olan T-90 tankının dünyada ilk onluğa
daxil olmasını təmin edən amilləri sadalayın.
6. Adı çəkilən döyüş texnikalarının su maneələrini keçməsini necə təsəvvür
edirsiniz?
Sxemi tamamlayın:
Tank БМП
Oxşar
Fərqli
Sual və tapşırıqlar
LAYİHƏ
83
2.3.3. MOTOATICI MANQANIN MÖVQEYININ
MÜHƏNDIS TƏCHIZATI
Azərbaycan əsgərləri Qarabağ döyüşləri zamanı əldə etdikləri təcrübələri bu
gün də təkmilləşdirməklə daim mühəndis hazırlığına dair biliklərini artırmağa davam
edirlər. Ön cəbhədə yerləşən bölmələrimizin şəxsi heyəti bütün cəbhə boyu düşmənlə
təmas xəttində müdafiə mövqelərini mükəmməl şəkildə mühəndis cəhətdən
tam təchiz etməklə düşmən qarşısında keçilməz sədd yaratmışdır.
Müdafiə döyüşünün əsasını təşkil edən səngər və daldalanacaqlar döyüşçünün
düşmən hücumunu inamlı şəkildə dəf etməsinə imkan yaradır. Bu baxımdan manqa
mövqeyinin mühəndis təchizatı çox önəmli məsələlərdən biri olmaqla xüsusi əhəmiyyətə
malikdir.
Manqanın mövqeyi onun şəxsi heyətinin müdafiə döyüşü aparması məqsədilə
hazırlanmış atıcılar və tank əleyhinə qumbaraatan üçün səngərlər, pulemyot
üçün meydançalar, örtülü oyuq (blindaj), döyüş sursatı və ərzaq üçün taxçalar,
dalanlar və hərəkətin rahatlığı üçün geniş yerlər, arxaya əlaqə səngəri olan
tranşey sahəsidir.
Manqanın mövqeyi ərazidə elə yerləşdirilməlidir ki, onun elementləri – səngərin
içi, əlaqə yolları və səngərlərin daxili düşmən tərəfindən müşahidə olunmasın.
Eyni
zamanda mövqenin cinahlarını, maneələrə yaxınlaşma yerlərini müşahidə
etmək
və onları atəşlə nəzarətdə saxlamaq mümkün olsun.
Birinci növbədə, düşmənlə bilavasitə təmas vəziyyətində manqanın mövqeyində
avtomatçılar, pulemyotçular, qumbaraatanlar üçün tək (cüt) səngərlər, BMP
(ZTR)-lərin əsas atəş mövqeyində səngərləri qazılır, müşahidə və atəş zolaqlarının
təmizlənməsi aparılır, kütləvi qırğın silahlarından qorunmaq üçün şəxsi heyətə tək
və cüt səngərlərdə örtülü oyuqlar hazırlanır.
Tək səngərlər əsgərin uzanıqlı vəziyyətdə atış aparması üçün hazırlanmış səngərdən
başlayır. Əsgər müdafiəyə əmr aldıqdan sonra atəş aparacağı sektoru dəqiqləşdirir
və özünə uzanıqlı vəziyyətdə atış aparmaq üçün səngər qazmağa başlayır.
Müdafiə olunan sahənin etibarlı və möhkəm qorunmasını təmin
etmək üçün buradakı mövqelərin düzgün və etibarlı mühəndis
təchizatını həyata keçirmək lazımdır.
Təcrübə göstərir ki, mövqelərin mühəndis cəhətdən düşünülmüş
şəkildə hazırlanması döyüşdə nailiyyətin əsasını təşkil edir.
Mühəndis təchizatı nədir və onun döyüşdə nailiyyət qazanmaqda
rolu nədən ibarətdir?
LAYİHƏ
84
Əsgər səngər qazmaq üçün elə yer seçməlidir ki, düşməni uzaq məsafədən
müşahidə edə və ona təsirli atəş aça bilsin.
Səngər düşmənə cinah atəşinin aparılmasını təmin etməlidir.
İkinci növbədə, uzanıqlı vəziyyətdə
avtomatdan atəş açmaq üçün
hazırlanmış səngərlər diz üstə atəş
açmaq üçün 60 sm-ə qədər dərinləşdirilir,
tək (cüt) səngərlər əlaqə
xəndəkləri ilə bir-birinə birləşdirilir,
БМП (БТР)-lərin ehtiyat atəş mövqeyində
səngərlər və örtülü oyuqlar
(blindaj) qazılır.
Daha sonra səngərlər və əlaqə
xəndəkləri 110 sm-dək dərinləşdirilir, döyüş sursatları
və ərzaq üçün taxçalar qurulur,
arxa cəbhəyə və БМП (БТР)-lərin səngərlərinədək
əlaqə yolları qazılır, manqanın
mövqelərinin maskalanması və təkmilləşdirilməsi
həyata keçirilir.
Manqa mövqeyinin belə ardıcıllıqla qurulması birinci növbə tapşırıqlarına
6 saata kimi, ikinci növbə tapşırıqlarına 15 saatadək, sonrakı işlərə isə 12 saatadək
vaxt tələb olunur. Ümumilikdə manqa mövqeyinin qurulmasına 3 sutkayadək vaxt
tələb olunur.
Səngər qazılarkən çıxarılan torpaqla cəbhə və cinahlardan atıcını düşmənin
avtomat və pulemyot atəşindən, qəlpələrdən daha etibarlı qoruyacaq sipər yaradılır.
60°-dən çox olmayaraq atəş sektoru qurulur.
Şəxsi heyəti düşmənin yandırıcı və atəş vasitələrindən qorumaq məqsədilə
səngərlədə bir-iki nəfərlik sipəraltı oyuqlar qazılır.
Uzanıqlı vəziyyətdə atəş açmaq üçün səngərin qazılması ardıcıllığı
Uzanıqlı vəziyyətdə atəş açmaq üçün
səngərin ölçüləri
LAYİHƏ
85
Şəxsi heyətin və səngərlərdə olan silahların güllə və mərmilərin qəlpələrindən
qorunması üçün səngərlərin sipərlərinə və örtülü qurğuların tavanlarına qalın torpaq
tökülür.
Mühəndis baxımından yaxşı təchiz edilmiş mövqe şəxsi heyəti düşmənin yandırıcı
və atəş vasitələrindən qoruduğu üçün onun döyüşaparma, manevretmə

müşahidəaparma imkanlarını artırır.
Manqa mövqeyinin təkmilləşdirilmə ardıcıllığı
a – uzanıqlı vəziyyətdə atəş açmaq üçün tək
səngərlərin, tranşeylər və əlaqə xəndəklərinin
qazılması, döyüş maşınlarının tabel
maskalanma vasitələrilə maskalanması;
b – səngərlərin 0,6 m dərinlikdə əlaqələndirmə
xəndəkləri ilə birləşdirilməsi, döyüş
maşınları üçün səngərlərin qazılmasının
sona çatdırılması;
c – mövqeyin 1,1 m-dək dərinləşdirilməsi,
ehtiyat səngərin qazılması
və maskalanması; LAYİHƏ
86
Düşmənlə bilavasitə təmas olmadığı hallarda manqanın mövqeyinin hazırlığı
səngərin qazılacağı yerin işarələnməsi ilə başlanır. Belə hallarda yerqazan mühəndis
maşınlarından da istifadə edilir. Bilavasitə təmas şəraitində isə hər bir döyüşçü
özü üçün səngər qazmağa başlayır. Səngər qazılarkən fasiləsiz olaraq düşmən
müşahidə olunmalıdır.
1. Siz MAM-ın mövqeyini mühəndis təchizatını sürətləndirmək üçün nə
təklif edərdiniz?
2. Sizcə, MAM-ın mövqeyinin yerini seçərkən nə üçün hakim yüksəkliklərə
üstünlük verilir?
3. Sizcə, manqanın mövqeyinin mühəndis təchizatının vaxtında və keyfiyyətli
hazırlanması üçün hər bir əsgər hansı tələblərə cavab verməlidir?
4. Siz MAM mövqeyinin mühəndis təchizatını öz manqanızın şəxsi heyətilə
həyata keçirə bilərsinizmi?
5. Siz maskalanmanı daha yaxşı həyata keçirmək üçün nə təklif edərdiniz?
6. Sizcə, manqanın mövqeyinin mühəndis təchizatına, ümumiyyətlə, ehtiyac
varmı?
Sual və tapşırıqlar
LAYİHƏ
87
2.3.4. MÜHƏNDIS MANEƏLƏRI
Mühəndis Maneələri Sistemi və mühəndis sursatları bütün dövrlərdə mövcud
olmuşdur.
İstifadəsinə və düşmənə təsir xüsusiyyətinə görə
mühəndis maneələri aşağıdakılardır:
minalı-partlayan partlamayan qarışıq
Minalı-partlayan maneələr mühəndis maneələrinin əsasını təşkil edir. Minalı-partlayan
maneələrin əsasını – mina sahələri, mina qrupu və maneələr qovşağı təşkil edir.
Mühəndis maneələrinin əsasını mina-partlayan maneələr təşkil edir. Bu maneələr
düşmənin texnikalarına, canlı qüvvəsinə itki verməsi üçün nəzərdə tutulub.
Partlamayan maneələr yerli vəsaitlərlə hazırlanmış materiallardan istifadə etməklə
xəndəklər, eskarp və başqa maneələrin qazılması ilə qurulur.
Qarışıq maneələr özündə müxtəlif minalı-partlayan, partlamayan maneələri birləşdirir.
Təyinatına görə minalı-partlayan və partlamayan
mühəndis maneələri bunlardır:
Tank əleyhinə Piyada Qarışıq
əleyhinə
Tank əleyhinə maneələrə – tank əleyhinə mina sahəsi, mina qrupu, ayrıca tank
əleyhinə mina və fuqaslar, tank əleyhinə xəndəklər, eskarplar, kontur eskarplar, kirpilər,
qalaqlar, barrikadalar, divarlar, xəndəklər, dağılmış yol hissələri, körpülər, yol
keçidləri və minalanmış sahələr aiddir.
Piyada əleyhinə maneələrə – piyada əleyhinə mina sahəsi, mina qrupları və s.
aiddir.
Tank əleyhinə minalar
Tank əleyhinə
minalar ərazini düşmənin tanklarına və digər yerüstü texnikalarına
qarşı minalamaq
üçün nəzərdə tutulmuşdur.
Maneə nədir? Maneəni aradan qaldırmaq üçün nə etmək lazımdır?
LAYİHƏ
88
Tank əleyhinə minalar tırtıl əleyhinə, dib əleyhinə və bort əleyhinə minalara
bölünür.
Tırtıl əleyhinə minalar Dib əleyhinə minalar Bort əleyhinə minalar
TM-62 TM-57 TMK-2 TM-72 TM-73 TM-83
Tank əleyhinə TM-72 minası düşmənin tank, özüyeriyən raket və artilleriya qurğularını,
zirehli transportyorları və avtomobil texnikalarını sıradan çıxarmaq üçün
nəzərdə tutulmuşdur.
Tank əleyhinə TM-73 minası ərazini düşmənin tank və digər hərəkət edən yerüstü
texnikalarına qarşı minalamaq üçün təyin edilmişdir. Hədəfin qırılma naqilinə
təsiri nəticəsində partladıcı işə düşür. Atəş baş verir, qumbara hədəfə dəyən zaman
kumulyativ atım partlayır.
Tank bortu əleyhinə TM-83 minası tank yaxınlaşdıqda seysmik qəbuledicisi torpağın
titrəyişini qəbul edir və seysmik siqnalı elektrik siqnalına çevirir. Tank minanın
tuşlandığı xətti keçdikdə əsas atımı partlayır.
Piyada əleyhinə minalar
Piyada əleyhinə minalar düşmənin canlı qüvvəsinə qarşı ərazini minalamaq
üçün nəzərdə tutulub. Onlar iki yerə bölünür: fuqas tipli və qəlpəli
minalar.
Fuqas tipli minalara PMD-6, PMN, PMN-2, PFM aiddir.
PMD-6 PMN PMN-2 PFM
Minaların qurulması ilə onların quruluşunu, iş prinsipini, qurulma qaydalarını
bilən şəxslər məşğul olur.
LAYİHƏ
89
Minaları qablaşdırma vasitələri olmadan saxlamaq və daşımaq, qoruyucunu
çıxartdıqdan sonra minanın üzərinə basmaq, döyüş vəziyyətinə keçirilmiş minaları
qurulma yerlərindən çıxartmaq və başqa yerə aparmaq qadağandır.
PMN-2 minası yayda torpağın altında və
ya onun üzərində, qışda isə qarın altında,
torpağın üzərində və ya qarın içərisində qurulur.
PMN-2 minası 0,7 m-dək dərinliyi olan,
axın sürəti 0,2 m/saniyədən çox olmayan dayaz
su keçidlərində qurula bilər. Axın sürəti
0,2 m/saniyədən çox olduqda mina axının
təsiri ilə qurulduğu yerdən çıxaraq
axa bilər.
Qəlpəli minalar aşağıdakılardır:
POMZ-2M OZM-72 MON-50
MON-90 MON-100 MON-200
Piyada əleyhinə POMZ-2M minasının gövdəsi çuqundandır, xarici səthində qəlpələrin
bərabər parçalanmasını təmin etmək üçün kəsiklər vardır. Çəkmə məftilin
dartılması nəticəsində partlayır, qəlpələr düşmənin canlı qüvvəsinə zərər vurur.
Minanın torpağın altına (bərkidilmiş
qarın altına) qurulma sxemi
LAYİHƏ
90
Minanın qurulma sxemi
POMZ-2M və POMZ-2 minalarının bitki örtüyü olan ərazidə qurulması tövsiyə
olunur, bu onların yaxşı maskalanmasını təmin edir. Minalar qurularkən meşədə və
hündür otlu ərazidə onların çəkmə məftillərinin üzərinə budaqların və ya qar topalarının
düşməsi, yaxud hündür otun məftilin üzərinə yatması nəticəsində partlama
ehtimalını nəzərə almaq lazımdır. Buna görə də minanın qurulması üçün elə yer
seçmək lazımdır ki, yuxarıda göstərilən səbəblərdən minanın partlaması baş verməsin.
Minalar qurularkən meşədə və kolluq ərazidə çəkmə məftilləri kiçik ağaclara və
kollara bağlamaq tövsiyə olunmur, çünki onlar küləyin təsiri ilə yellənir, bu da minanın
partlamasına səbəb ola bilər.
Piyada əleyhinə OZM-72 minası düşmənin canlı qüvvəsinə qarşı ərazinin minalanması
üçün təyin olunmuşdur.
MON-50, MON-90, MON-100, MON-200 minaları körpülərə və su keçidlərinə
yaxınlaşma
yollarının, desantın çıxarılan yerlərin yaşayış məntəqələrindəki küçələrin,
dağlarda və meşələrdəki yolların və s. minalanması üçün tətbiq edilməsi tövsiyə
olunur.
Partlamayan maneələr
Partlamayan maneələr yerli materiallardan və sənayedə hazırlanır. Onlar torpaqdan,
ağacdan, metaldan, daşdan, betondan və s. materiallardan ola bilər.
Təyinatına görə partlamayan maneələr tank əleyhinə, nəqliyyat əleyhinə,
piyada əleyhinə, desant əleyhinə maneələrə bölünür. Qarışıq partlamayan
maneələr tank əleyhinə, piyada əleyhinə və desant əleyhinə maneələrin
birgə istifadəsidir. LAYİHƏ
91
Partlamayan maneələr stasionar – xəndək, eskarp*, kontreskarp, qalaq, tank
əleyhinə dirəklər, barrikada, qar bəndi, payalara bərkidilən məftil hasar şəklində və
daşınan – kirpi, məftil spiral və s. şəkildə ola bilər. Tank əleyhinə və nəqliyyat əleyhinə
partlamayan maneələrə xəndəklər, eskarplar,
kontreskarplar, çalalar, qalaqlar,
tank əleyhinə dirəklər, metal kirpilər, barrikadalar,
sədlər və s. aiddir.
Eskarplar yüksəkliklərin düşmənə tərəf baxan, 15-45° mailliyə malik yamaclarında,
həmçinin çayların və yarğanların eyni mailliyə malik və öz qoşunlarımızın
mövqelərinə yaxın sahillərində hazırlanır. 25°-dək mailliyi olan ərazilərdə eskarplar
bir-iki buldozerlə və bir ekskavatorla hazırlanır. Bu zaman buldozerlər ekskavatorun
dayanaraq qruntu qazması üçün üfüqi meydançanı hazırlayırlar. Meşə sahələrində
qalaqlar meşələrin kənarlarında, talalarda, meşə cığırlarında və yollarında hazırlanır.
1 – eskarp; 2 – kontreskarp
Eskarp fransız sözü “escarpe”dən götürülüb,
mənası yamac, eniş, maili səth deməkdir.
Tank əleyhinə dirəklər 25–30 sm diametrli ağaclardan, dəmir-betondan və ya
metal tirlərdən, şalbanlardan və böyük daşlardan hazırlanır.
Tank əleyhinə dirəklər tank əleyhinə
torpaq maneələrlə (eskarp, kontreskarp,
tank
əleyhinə xəndək) və təbii əngəllərlə əlaqələndirilməklə hazırlana bilər. Tankların
hərəkət sürətinin məhdud
olduğu ərazilərdə tank əleyhinə dirəklər
müstəqil maneə
kimi qurula bilər.
Tank əleyhinə maneələr LAYİHƏ
92
Tikanlı məftillə hörülmüş tank əleyhinə dirəklər eyni zamanda piyada əleyhinə
maneə funksiyasını yerinə yetirir.
Metal (dəmir-beton) kirpiciklər yollarda, yaşayış məntəqələrində, həmçinin maneələrdəki
keçidlərin tez bir zamanda bağlanması üçün tətbiq olunur. Kirpiciklərin daha
da möhkəm olması üçün onlar öz aralarında bir-birlərinə tirlərlə və ya şalbanlarla
bərkidilə bilər.
Dar dərələrdən (ensiz yerlərdən) keçən yollarda, yaşayış məntəqələrinin küçələrində
yerli materiallardan istifadə edərək barrikadalar hazırlanır.
Piyada əleyhinə partlamayan maneələrə az nəzərə çarpan məftil maneə (MZP),
məftil spirallar, tikanlı və hamar məftillərdən tez hazırlanan zəncirvari hörgülər,
payacıqlarda məftil torlar, hasarlar, kirpiciklər və çəpərlər aiddir.
Az nəzərə çarpan məftil maneələr sənaye üsulu ilə qalınlığı 0,5–0,9 mm olan
hamar məftildən hazırlanmış paket şəklində hərbi hissələrə göndərilir. Bir paketdən
hündürlüyü 1,2 m, eni və uzunu 10 m olan maneə hazırlanır.
Az nəzərə çarpan məftil maneələr həm də tank əleyhinə effektli maneələr
hesab olunur, yamaclarda qurulduqda onların effektliliyi daha yüksək
olur.
Tikanlı məftilin əraziyə səpələnməsi vaxtın olmaması və ya başqa maneələrin
hazırlanmasına şərait olmadıqda tətbiq olunur. Səpələnmiş tikanlı məftilin hündür
otlarda, kolluqlarda, bataqlıq ərazidə, meşədə, kötüklər arasında, eləcə də dağlıq
ərazidə tətbiq olunması daha məqsədəuyğundur.
Məftil çəpərlər bir cərgə payacıqlarda 5 qat tikanlı məftil hörülməklə hazırlanır.
Tikanlı məftilli daşınan çəpərlər və kirpiciklər ağac karkaslarda hazırlanır və
tikanlı məftillə hörülür, yollarda, səngərdə, maneələrdə keçidlərin bağlanmasında
istifadə olunur. LAYİHƏ
93
Su maneələri
Su maneələri ərazinin su ilə basılması və ya bataqlıqlaşdırılması ilə yaradılır.
Onlar qoşunların manevr etməsini və su əngəllərindən keçmələrini çətinləşdirir.
Kombinə edilmiş maneələr – əsasən, mina-partlayış, partlamayan, su
maneələrindən ibarətdir. Kombinəedilmiş maneələr ön xəttin qarşısında
düşmənin tank və piyadalarının hücum istiqamətində, hücumun qarşısının
alınması üçün əlverişli şərait yaratmaq və ona maksimum itki vermək
məqsədilə yaradılır. Öz tərkibinə və təyinatına görə kombinə edilmiş
maneələr tank əleyhinə, piyada əleyhinə və qarışıq ola bilər.
1. Mühəndis maneəsi dedikdə nə başa düşürsünüz?
2. Sizcə, tarixən piyadalara qarşı hansı maneələrdən istifadə olunub?
3. Piyada əleyhinə minalar mənfur qonşularımız tərəfindən dinc əhaliyə qarşı
necə istifadə olunur?
4. Siz tanklara qarşı hansı maneələri tətbiq edərdiniz?
5. Kombinə edilmiş maneə dedikdə nə başa düşürsünüz?
6. Maneələr haqqında təqdimat hazırlayın.
7. təbii süni
– çaylar
– tank əleyhinə xəndəklər
– qayalıq
– qarışıq mina sahəsi
– bataqlıq
– az nəzərəçarpan məftil maneələr
8. Mətndə adı çəkilən partlayan və partlamayan mühəndis sursatları olmadıqda
manqanın mövqeyinin mühəndis təminatını necə təşkil edərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
94
2.4.1. 7,62 mm-lik VƏ 5,45 mm-lik KALAŞNIKOV
AVTOMATLARI VƏ ƏL PULEMYOTLARI
Gecə vaxtı təbii işıqlandırma şəraitində atəş aparmaq üçün qısa şərti adlarının
axırında “N” hərfi olan (AKN, AK74N, RPK74N və s.) avtomatların və əl pulemyotlarının
üzərində müxtəlif növ (NSP-2, NSPU və s. tipli) gecə atış nişangahları
qurulur.
Avtomatlardan (əl pulemyotlarından) avtomatik və ya tək-tək atəş aparılır. Avtomatik
atəş əsas atış növü sayılır və qısa (5 atışa qədər), uzun (avtomatlardan 10 atışa
qədər, əl pulemyotlarından isə 15 atışa qədər), qatarlarla və fasiləsiz atəşlə aparıla bilər.
Eyni çaplı avtomatların və əl pulemyotlarının maqazinləri qarşılıqlı əvəz olunur.
7,62 mm-lik AKM və 5,45 mm-lik AK74 tipli Kalaşnikov avtomatları
fərdi, 7,62 mm-lik RPK və 5,45 mm-lik RPK74 tipli Kalaşnikov
əl pulemyotları isə atıcı manqanın silahı olaraq düşmənin
canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün
nəzərdə tutulmuşdur.
Avtomat silah dedikdə nə başa düşürsünüz?
Fəsil 4. Atəş hazırlığı
AK74
RPK74N
RPK74
AKMN
AKM RPK
LAYİHƏ
95
5,45 mm-lik və 7,62 mm-lik Kalaşnikov avtomatlarının və əl pulemyotlarının
avtomatik iş prinsipi lülə kanalından qaz kamerasına ötürülən barıt qazlarının
enerjisindən istifadəyə əsaslanmışdır.
7,62 mm-lik Kalaşnikov avtomatları AK 1949-cu ildə, AKM isə 1959-cu ildə Sovet
dönəmində silahlanmaya qəbul olunmuşdur.
7,62 mm-lik Kalaşnikov avtomatının və əl pulemyotunun
taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətlər AKM RPK
1 Nişangah məsafəsi, m 1000 1000
2 Güllənin başlanğıc sürəti, m/san 715 745
3 Güllənin məhvetmə qabiliyyətini saxlama
şərti ilə uçuş məsafəsi, m 1500 1500
4 Güllənin maksimal uçuş məsafəsi, m 3000 3000
5 Çapı, mm 7,62 7,62
6 Yivlərin sayı, ədəd 4 4
7 Atış tezliyi, atış/dəqiqə ~600 ~600
8 Maqazinin tutumu, patron 30 75 /40
9 Çəkisi, kq 3.6 5.0
5,45 mm-lik Kalaşnikov avtomatının və əl pulemyotunun əsas
taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətlər AK74 AKS74U RPK74
1 Nişangah məsafəsi, m 1000 500 1000
2 Güllənin başlanğıc sürəti, m/san 900 735 960
3 Güllənin məhvetmə qabiliyyətini saxlama
şərti ilə uçuş məsafəsi, m 1350 1100 1350
4 Güllənin maksimal uçuş məsafəsi, m 3150 2900 3150
5 Çapı, mm 5,45 5,45 5,45
LAYİHƏ
96
6 Yivlərin sayı, ədəd 4 4 4
7 Atış tezliyi, atış/dəqiqə ~600 650 /700 ~600
8 Döyüş atış tezliyi, atış/dəqiqə:
tək-tək atəş apardıqda 40 40 50
qatarla atəş apardıqda 100 100 150
9 Maqazinin tutumu, patron 30 30 45
10 Çəkisi, kq:
boş plastmas maqazinlə 3,3 2,7 5,0
dolu plastmas maqazinlə 3,6 3,0 5,46
Ümumi quruluşu 7,62 mm-lik AK və AKM, 5,45 mm-lik AK74 və AK74M tipli
avtomatlar, aşağıdakı əsas hissə və mexanizmlərdən ibarətdir:
AK74 tipli avtomatın əsas hissə və mexanizmləri və onların ləvazimatları
1 – lülə, nişangah tərtibatı, qundaq, tapança dəstəyi və zərbə-tətik mexanizmi
ilə lülə qutusu, 2 – lüləağzı əyləc – kompensator; 3 – lülə qutusunun qapağı; 4 – qaz
porşenli
çaxmaq çərçivəsi; 5 – çaxmaq; 6 – qaytarıcı mexanizm;
7 – lülə örtüyü
ilə qaz borusu; 8 – əl qundağı; 9 – maqazin; 10 – süngü-bıçaq; 11 – sünbə;
12 – penal. LAYİHƏ
97
RPK74 tipli əl pulemyotunun əsas hissə və mexanizmləri,
onların ləvazimatları
1 – lülə, nişangah tərtibatı, qundaq, ikiayaq, tapança dəstəyi və zərbə-tətik
mexanizmi
ilə lülə qutusu; 2 – alovsöndürən; 3 – lülə qutusunun qapağı; 4 – qaz
porşenli çaxmaq çərçivəsi; 5 – çaxmaq; 6 – qaytarıcı mexanizm; 7 – lülə örtüyü
ilə qaz borusu; 8 – əl qundağı; 9 – qutuvarı maqazin; 10 – sünbə; 11 – penal.
Avtomatın (pulemyotun) hissələrinin, mexanizmlərinin,
ləvazimatlarının təyinatı və quruluşu
Lülə – güllənin uçuşunu istiqamətləndirmək və onun sabit uçuşunu təmin etmək
məqsədilə gülləyə fırlanma hərəkəti vermək üçün nəzərdə tutulub. Lülə kanalının
daxilində soldan yuxarı sağa burulan dörd ədəd yiv açılmışdır. Yivlər gülləyə fırlanma
hərəkəti vermək üçün nəzərdə tutulub. Yivlərarası məsafələr sahə adlanır.
İki qarşılıqlı sahə arasındakı məsafə lülə kanalının çapı adlanır.
Lülənin xəzinə hissəsində lülə kanalı hamardır və gilizin formasını təkrar edir.
Kanalın bu hissəsi patronu yerləşdirmək üçün nəzərdə tutulub və patron yuvası
adlanır. Lülənin yivli hissəsi patron yuvası ilə konusvarı keçid vasitəsilə birləşir. Bu
keçid güllə girişi adlanır və güllənin yivlərə rəvan daxil olmasını təmin etmək üçün
nəzərdə tutulub.
5,45 mm-lik AK74 (AKS74), AK74M tipli avtomatın lüləağzı əyləci – kompensatoru
atəş sıxlığını artırmaq və təpmə enerjisini azaltmaq üçün nəzərdə tutulub .
5,45 mm-lik RPK74 (RPKS74), RPK74M tipli pulemyotun alovsöndürəni atəş
zamanı əmələ gələn alov şüasını azaltmaq üçün nəzərdə tutulub.
Lülə qutusu – avtomatın (pulemyotun) hissə və mexanizmlərini birləşdirmək,
lülə kanalının çaxmaq tərəfindən bağlanmasını və açılmasını təmin
etmək üçün nəzərdə tutulub.
LAYİHƏ
98
Nişangah tərtibatı – müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş aparma
zamanı avtomatı (pulemyotu) hədəfə tuşlamaq üçün nəzərdə tutulub. Nişangah
tərtibatı
arpacıq və nişangahdan ibarətdir.
Lülə qutusunun qapağı – lülə qutusunda yerləşən hissə və mexanizmləri
çirklənmədən qorumaq üçün nəzərdə tutulub.
Qundaq və tapança dəstəyi avtomatı (pulemyotu) rahat istifadə etmək
üçün nəzərdə tutulub.
Pulemyotun ikiayağı atəş zamanı dayaq rolunu oynayır.
Qaz porşenli çaxmaq çərçivəsi çaxmağı və zərbə-tətik mexanizmini hərəkətə
gətirmək üçündür.
Çaxmaq patronu patron yuvasına ötürmək, lülə kanalını bağlamaq, patronun
kapsulunu
partlatmaq və patron yuvasından gilizi* (patronu) çıxarmaq
üçün nəzərdə tutulub.
Qaytarıcı mexanizm – çaxmaq çərçivəsini çaxmaqla birlikdə ön vəziyyətə
qaytarmaq
üçün nəzərdə tutulub.
Lülə örtüyü ilə qaz borusu – qaz porşeninin hərəkətini yönəltmək, atəş
aparma zamanı atıcının (pulemyotçunun) əllərini yanmadan qorumaq üçün
nəzərdə tutulub.
Əl qundağı – avtomatın (pulemyotun) rahat istifadə edilməsini təmin etmək
və atıcının (pulemyotçunun) əllərini yanmadan qorumaq üçün nəzərdə tutulub.
Maqazin – patronları yerləşdirmək və onları lülə qutusuna ötürmək üçün
nəzərdə tutulub.
Süngü-bıçaq – avtomata hücumdan əvvəl birləşdirilir və düşməni əlbəyaxa
döyüşdə
məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, mişar (metal
kəsmək üçün) və qayçı (məftil kəsmək üçün) rolunda istifadə olunur.
5,45 mm-lik AK74 tipli avtomatların və
RPK74 tipli əl pulemyotlarının ləvazimatları:
1 – sünbə; 2 – silgi; 3 – fırça; 4 – vintaçan;
5 – milçıxaran; 6 – penalın gövdəsi;
7 – penalın qapağı; 8 – yağqabı
Döyüş sursatları
5,45 mm-lik AK74, AK74M tipli avtomatlardan və 5,45 mm-lik RPK74 tipli əl pulemyotundan
atəş aparmaq üçün 5,45 × 39 mm-lik PS, T, X patronlardan, 7,62 mm-lik
AK, AKM tipli avtomatlardan və 7,62 mm-lik RPK tipli əl pulemyotundan atəş apar*
Giliz (“gilza” alman sözü) alt hissəsində barıt və yandırıcı maddə, yuxarı hissəsində isə güllə və ya
mərmi yerləşən altı bağlı silindrik borucuq. LAYİHƏ
99
maq üçün isə 1943-cü il nümunəli 7,62x39 mm-lik PS, T-45, BZ, Z, X patronlardan
istifadə olunur.
Bundan başqa, səsboğucu dəstləşdirilmiş 5,45 mm-lik və 7,62 mm-lik avtomatlardan
atış aparmaq üçün sürəti azaldılmış US gülləli patronlardan istifadə olunur.
Patronların konstruktiv xüsusiyyətləri avtomatların (əl pulemyotlarının) nişangahının
eyni qurmalarında müxtəlif növ gülləli patronlarla atəş aparmağa imkan verir.
5,45 mm-lik AK74 tipli avtomatın və onun modifikasiyalarının bir döyüş
dəsti 450, 7,62 mm-lik AK tipli avtomatın və onun modifikasiyalarının isə 400
patrondur.
5,45 mm-lik RPK74 tipli əl pulemyotunun və onun modifikasiyalarının bir
döyüş dəsti 1500, 7,62 mm-lik RPK tipli əl pulemyotunun və onun modifikasiyalarının
bir döyüş dəsti isə 1000 patrondur.
Avtomatdan (pulemyotdan) izburaxan gülləli patronlarla atəş aparma zamanı
izburaxanın izi atıcının yerləşdiyi mövqeyi bildirir. Təkmilləşdirilmiş güllələrin
izburaxan
qurğularında aparılan dəyişikliklər nəticəsində izburaxanın
izi lülənin ağız kəsiyindən
bir qədər kənara çıxarılmışdır. Təkmilləşdirilmiş
5,45 mm-lik və 7,62 mm-lik izburaxan güllələrin izini lülənin ağız kəsiyindən
50 m məsafədən başlayaraq müşahidə
etmək olar. Bundan başqa, güllələrin
izburaxma məsafəsi 850 m-ə qədər artırılmışdır.
Avtomatın (pulemyotun) hissə və mexanizmlərinin işi
Tətiyi çəkərkən vurucu iynə patronun kapsul-alışdırıcısının dibinə zərbə endirir.
Patronun kapsulunun zərbə tərkibi gilizin zindanında sıxılaraq alışır və əmələ gələn
alov şüası gilizin dibindəki alovötürücü deşiklərdən onun daxili hissəsinə
keçərək
barıt atımını alışdırır. Atəş baş verir.
Güllə barıt qazlarının təsiri altında lülə kanalı ilə hərəkət edir. Güllə lülə kanalındakı
qazötürən deşiyi keçən kimi barıt qazlarının bir hissəsi bu deşikdən qaz kamerasına
dolaraq qaz porşeninə təsir göstərir və çaxmaq çərçivəsini arxaya hərəkət
etməyə məcbur edir.
Çaxmaq çərçivəsi geriyə çəkilərkən:
– çaxmaq öz oxu ətrafında sola fırlanır;
– lülə kanalı açılır;
LAYİHƏ
100
– ekstraktorun qarmağı gilizi lülənin patron yuvasından çıxarır;
– çaxmaq çərçivəsinin çıxıntısı avtomatik qoruyucunun qolunu azad edir və avtomatik
qoruyucunun tutqacı çaxmaq dabanının müstəvisinə sıxılır.
Bu vaxt ərzində güllə lülə kanalını tərk edir.
Çaxmaq çərçivəsi çaxmaqla birlikdə ətalət qüvvəsinin təsiri altında arxaya hərəkətini
davam etdirir. Ekstraktorun** qarmağı ilə saxlanılan giliz lülə qutusundan kənara
atılır.
Bundan sonra hissə və mexanizmlərin işi, çaxmaq dabanı və ləngidici istisna
olmaqla, avtomatı (pulemyotu) doldurma zamanı görülən işi təkrar edir.
Atəşi dayandırmaq üçün tətiyi buraxmaq lazımdır.
Avtomatla (pulemyotla) düzgün davrandıqda və ona lazımi qaydada qulluq
etdikdə onun hissə və mexanizmləri uzun müddət etibarlı və dayanmadan
işləyir. Lakin mexanizmlərin çirklənməsi, hissələrin yeyilməsi və avtomatla
(pulemyotla) səliqəsiz davranma səbəblərindən, həmçinin patronlar nasaz
olduğu hallarda atəş zamanı müxtəlif növ ləngimələr yarana bilər.
Atəş zamanı yaranmış ləngiməni avtomatı (pulemyotu) yenidən doldurmaqla
aradan qaldırmaq lazımdır. Bunun üçün çaxmaq çərçivəsini yenidən
doldurma dəstəyindən sürətlə geriyə çəkib buraxdıqdan sonra atışı davam
etdirmək lazımdır. Ləngimənin bu üsulla aradan qaldırılması mümkün olmadığı
halda, onun baş vermə səbəbini aşkar edib aradan qaldırmaq lazımdır.
1. 5,45 mm-lik RPK74 və 7,62 mm-lik RPK tipli əl pulemyotlarındakı ikiayaq
nəyə xidmət edir?
2. Avtomatın (pulemyotun) ləvazimatlarının təyinatını müstəqil araşdırın və
onlar haqqında təqdimat hazırlayın.
3. Patronların təyinatı və quruluşu haqqında təqdimat hazırlayın.
4. Respublikamızda istehsal olunan AK-74M tipli avtomatı M-16 avtomatik
tüfəngi ilə müqayisə edin.
5. Siz səsboğucu ilə dəstləşdirilmiş 5,45 mm-lik avtomatdan
atəş açmaq
üçün hansı patronu seçərdiniz? (Seçiminizi əsaslandırın.)
• 5,45 mm-lik ×39 PS
• 7,62 mm-lik × 39
• 5,45 mm-lik US
• 7,62 mm-lik –T-46
Sual və tapşırıqlar
** Ekstraktor – atışdan sonra boş gilizi (atış baş vermədikdə isə nasaz patronu) çölə tullayan hissədir.
LAYİHƏ
101
2.4.2. 7,62 mm-lik VƏ 5,45 mm-lik KALAŞNIKOV
AVTOMATLARININ VƏ ƏL PULEMYOTLARININ
NATAMAM SÖKÜLMƏSI VƏ YIĞILMASI
Avtomatın (pulemyotun) sökülməsi natamam və tam ola bilər.
Natamam sökülmə avtomatı (pulemyotu) təmizləmək, yağlamaq və baxışdan
keçirmək məqsədilə aparılır.
Tam sökülmə – avtomat (pulemyot) çox çirkləndikdə, yağış və ya qar
altında qaldıqda, təzə yağ növünə keçdikdə və təmir zamanı aparılır.
Qoşunlarda avtomatın (pulemyotun) yalnız natamam sökülməsinə icazə
verilir, onların yalnız hərbi hissənin təmir emalatxanasında silah təmiri
ustası tərəfindən tam sökülməsinə icazə verilir.
Avtomatın (pulemyotun) hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq
məqsədilə tez-tez sökülməsinə yol verilmir.
Əl pulemyotunu sökməzdən əvvəl onu ikiayaq üzərində qurmaq, yığma əməliyyatının
axırında pulemyotun ikiayağının ayaqlarını yığmaq lazımdır.
Avtomatın (pulemyotun)
natamam sökülmə qaydası
Maqazini ayırmaq üçün avtomatı
(pulemyotu) sol əllə əl qundağından
saxlayaraq
sağ əlin baş barmağı
ilə
rəzəni sıxaraq maqazinin aşağı hissəsini
irəli verib onu avtomatdan
(pulemyotdan) ayırmaq lazımdır.
Bundan sonra patron yuvasında
patronun olub-olmaması yoxlanılmalıdır.
Silahın sökülməsinə və yığılmasına ehtiyac varmı?
LAYİHƏ
102
Penalı qundağın yuvasından çıxarmaq
– sol əllə avtomatı (pulemyotu) qundağın ön tərəfindən tutaraq, sağ əlin baş
barmağı ilə yuvanın qapağını elə sıxmaq lazımdır ki, penal yayın təsiri altında
yuvadan çıxsın;
– penalın qapağını açıb içindən silgini, fırçanı, vintaçanı və milçıxaranı çıxarmaq
lazımdır.
Sünbəni ayırmaq üçün avtomatı qundağı ilə masaya
dirəyib sol əllə lüləsindən şaquli vəziyyətdə saxlayaraq,
sünbəni ucundan tutub lülədən kənara elə çəkmək
lazımdır ki, onun başlığı lüləağzı əyləcin – kompensatorun
arxasından çıxsın. Sonra sünbəni yuxarı çəkərək
avtomatdan
ayırmaq lazımdır.
Əl pulemyotundan sünbəni ayırma zamanı sünbəni
ucundan tutub aşağı elə çəkmək lazımdır ki, onun başlığı
arpacığın yatağındakı dirəyin altından çıxsın. Sonra
sünbəni kənara çəkərək pulemyotdan ayırmaq lazımdır.
Sünbə çətinliklə ayrıldıqda milçıxarandan istifadə etmək
olar. Bunun üçün milçıxaranı sünbənin başlığındakı
deşiyə keçirib sünbənin ucunu lülədən kənara çəkərək
avtomatdan (pulemyotdan) ayırmaq lazımdır.
Lüləağzı əyləci – kompensatoru
(alovsöndürəni) ayırmaq üçün:
– vintaçanla lüləağzı əyləcin – kompensatorun
(alovsöndürənin) fiksatorunu
batırmalı;
– lüləağzı əyləci – kompensatoru
(alovsöndürəni) saat əqrəbinin
əks istiqamətində fırladaraq arpacığın
yatağının (lülənin) yivli hissəsindən
açıb çıxarmaq lazımdır.
LAYİHƏ
103
Lülə qutusunun qapağını ayırmaq üçün
avtomatı (pulemyotu) sol əllə qundağın
qabaq hissəsindən saxlayaraq, bu əlin baş
barmağı ilə qaytarıcı mexanizmin yönəldici
milinin çıxıntısına sıxıb sağ əllə lülə qutusunun
qapağının arxa hissəsini qaldırıb
qapağı ayırmaq lazımdır.
Qaytarıcı mexanizmi ayırmaq üçün avtomatı
(pulemyotu)
sol əllə qundağın qabaq hissəsindən
saxlayaraq, sağ əllə qaytarıcı mexanizmin
yönəldici
milini, onun dabanı lülə qutusunun uzununa
yuvasından çıxana qədər irəli çəkmək,
yönəldici
milin arxa ucunu bir qədər yuxarı qaldırıb
arxaya çəkərək qaytarıcı
mexanizmi çaxmaq
çərçivəsinin kanalından çıxarmaq lazımdır.
Çaxmaqla çaxmaq çərçivəsini lülə qutusundan
ayırmaq üçün avtomatı (pulemyotu)
sol əllə qundağın qabaq hissəsindən
saxlayaraq, sağ əllə çaxmaq çərçivəsini arxaya
axıra qədər çəkib çaxmaqla birlikdə
yuxarı qaldırıb lülə qutusundan ayırmaq
lazımdır.
Çaxmağı çaxmaq çərçivəsindən ayırmaq üçün:
– çaxmaq çərçivəsini sol əllə elə tutmaq lazımdır
ki, çaxmaq yuxarı tərəfdə olsun;
– sağ əllə çaxmağı arxaya çəkib öz oxu ətrafında
elə fırlatmaq lazımdır ki, onun aparıcı çıxıntısı çaxmaq
çərçivəsinin fiqurlu kəsiyindən çıxsın. Sonra
çaxmağı irəli çəkib çaxmaq çərçivəsindən ayırmaq
lazımdır.
LAYİHƏ
104
Lülə örtüyü ilə qaz borusunu ayırmaq üçün:
– avtomatı (pulemyotu) sol əllə lülə qutusundan
saxlayaraq, sağ əllə ləvazimatın penalının
düzbucaqlı deşiyini qaz borusunun
qapayıcısının
çıxıntısına keçirib qapayıcını
irəli
və yuxarı şaquli vəziyyətə qədər çevirməli;
– qaz borusunun arxa ucunu yuxarı qaldırıb
arxaya çəkərək, onun ön ucunu qaz kamerasının
çıxıntısından çıxarmaq lazımdır.
Avtomatın (pulemyotun) natamam sökülmədən sonra
yığılma qaydası
Avtomatın (pulemyotun) natamam sökülmədən sonra yığılması əks qaydada
aparılır.
Lülə örtüyü ilə qaz borusunu birləşdirmək. Bunun üçün:
– avtomatı (pulemyotu) sol əllə lülə qutusundan saxlayaraq, sağ əllə qaz borusunun
ön ucunu qaz kamerasının çıxıntısına keçirib arxa ucunu lüləyə sıxmalı;
– penalın köməyi ilə qapayıcını arxaya, onun fiksatoru nişangahın bünövrəsindəki
yuvaya keçənə qədər çevirmək lazımdır.
Çaxmağı çaxmaq çərçivəsinə birləşdirmək. Bunun üçün:
– çaxmaq çərçivəsini sol əldə saxlayaraq, sağ əllə çaxmağı silindrik hissəsi ilə
çaxmaq çərçivəsinin kanalına ön tərəfdən keçirməli;
– çaxmağı oxu ətrafında elə çevirmək lazımdır ki, onun aparıcı çıxıntısı çaxmaq
çərçivəsinin fiqurlu kəsiyinə keçsin. Sonra çaxmağı irəli axıra qədər çəkmək lazımdır.
Çaxmaqla çaxmaq çərçivəsini lülə qutusuna birləşdirmək. Bunun üçün:
– çaxmaq çərçivəsini sağ əllə elə götürmək lazımdır ki, sağ əlin baş barmağı
çaxmağı ön vəziyyətdə saxlasın;
– sol əllə qundağın qabaq hissəsindən tutaraq, sağ əllə qaz porşenini nişangahın
bünövrəsindəki boşluğa keçirib, lülə qutusunun bükük hissələri çaxmaq
çərçivəsinin yuvalarına keçənə qədər irəli çəkməli;
– çaxmaq çərçivəsini lülə qutusuna bir qədər sıxıb irəli çəkmək lazımdır.
LAYİHƏ
105
Qaytarıcı mexanizmi birləşdirmək. Bunun üçün:
– avtomatı (pulemyotu) sol əllə qundağın qabaq hissəsindən tutaraq, sağ əllə
qaytarıcı mexanizmi çaxmaq çərçivəsinin kanalına keçirməli;
– qaytarıcı yayı sıxaraq yönəldici mili irəli verib bir qədər aşağı salaraq milin
dabanını lülə qutusunun uzununa yuvasına keçirmək lazımdır.
Lülə qutusunun qapağını birləşdirmək. Bunun üçün
– lülə qutusunun qapağının qabaq ucunu nişangahın bünövrəsindəki yarımdairəvi
kəsiyinə keçirməli;
– qapağın arxa ucunu sağ əlin ovucu ilə irəli və aşağıya doğru elə sıxmaq
lazımdır ki, qaytarıcı mexanizmin yönəldici milinin çıxıntısı lülə qutusunun qapağındakı
düzbucaqlı deşiyə keçsin.
Çaxmaq dabanını döyüş vəziyyətindən azad etmək və avtomatı (pulemyotu)
qoruyucuya qoymaq üçün tətiyi çəkib keçiricini yuxarı axıra qədər qaldırmaq
lazımdır.
AK74 (AKS74) tipli avtomatda lüləağzı əyləci – kompensatoru və RPK74
(RPKS74) tipli əl pulemyotunda alovsöndürəni birləşdirmək.
– Lüləağzı əyləci – kompensatoru (alovsöndürəni) lülənin (arpacığın bünövrəsinin)
yivli hissəsinə saat əqrəbi istiqamətində fırladaraq axıra qədər bağlamaq
lazımdır. Əgər lüləağzı əyləcin – kompensatorun (alovsöndürənin) rəzə üçün yuvası
rəzə ilə uyğun gəlmirsə, onda lüləağzı əyləcin – kompensatorun (alovsöndürənin)
yuvasını rəzə ilə uyğunlaşana qədər (bir dövrədən çox olmayaraq) açmaq lazımdır.
Sonda sünbə birləşdirilir.
Penalı qundağın yuvasına keçirmək. Bunun üçün:
– silgini, vintaçanı, fırçanı və milçıxaranı
penalın içində yerləşdirib
penalın qapağını
bağlamalı;
– avtomatı (pulemyotu) sol əllə
qundağın qabaq hissəsindən saxlayaraq,
sağ əllə penalı dib tərəfi ilə
qundağın yuvasına elə keçirmək lazımdır
ki, qundağın yuvası qapaqla
örtülsün;
– AKS74 (AKS74U) tipli avtomatda
penalı maqazinlər üçün çantanın
cibinə qoymaq lazımdır.
LAYİHƏ
106
Maqazini avotomata (pulemyota) birləşdirmək.
Bunun üçün avtomatı (pulemyotu)
sol əllə qundağın qabaq
hissəsindən və ya əl qundağından
saxlayaraq, sağ əllə maqazinin
qabaq tərəfindəki çıxıntısını lülə
qutusunun
pəncərəsinə keçirib
maqazini özünə tərəf elə çevirmək
lazımdır
ki, maqazinin
rəzəsi
onun
dayaq çıxıntısının
arxasına
keçsin.
Süngü-bıçağın birləşdirilməsi və ayrılması.
Süngü-bıçağın birləşdirilməsi
– süngü-bıçağı qınından çıxarmalı;
– sol əllə avtomatı lülə örtüyündən və əl
qundağından
şaquli vəziyyətdə elə tutmaq
lazımdır ki, arpacıq
sol tərəfdə olsun;
– süngü-bıçağı sağ əllə dəstəyindən tutaraq,
onun dəstəyindəki oyuqları arpacığın
yatağındakı dirəyin yönəldici çıxıntılarına, halqasını
isə lüləağzı əyləcin
– kompensatorun
ağız hissəsindəki dairəvi çıxıntıya (AKM tipli
avtomatda ağız muftasının və ya kompensatorun
üzərinə) elə keçirmək lazımdır ki,
rəzə tam bağlansın.
a – süngü-bıçağın birləşdirilməsi;
b – süngü-bıçağın ayrılması
Süngü-bıçağın ayrılması
– avtomatı sol əllə götürüb şaquli vəziyyətdə tutmalı;
– süngü-bıçağın dəstəyini sağ əlin şəhadət və orta barmaqları ilə saxlayaraq,
bu əlin baş barmağı ilə rəzəni sıxıb süngü-bıçağı yuxarı çəkərək avtomatdan ayırmaq
və onu qınına keçirmək lazımdır. LAYİHƏ
107
Döyüş avtomatlarında (pulemyotlarında) sökülüb-yığılma qaydalarını öyrənməyə
yalnız istisna olunan hallarda, hissə və mexanizmlərlə olduqca ehtiyatla
davranma şərtilə icazə verilir.
Hissə və mexanizmləri sökmə zamanı onlara artıq qüvvə tətbiq etmək və ya
zərbə endirmək qadağandır.
Avtomatı (pulemyotu) yığma zamanı onun hissələrinin nömrələrini tutuşdurmaq
lazımdır.
1. Döyüş avtomatlarında (pulemyotlarında) sökülüb-yığılma qaydalarını
öyrənməyə
niyə yalnız istisna olunan hallarda icazə verilir?
2. Sizcə, hissə və mexanizmləri sökmə zamanı onlara artıq qüvvə tətbiq etmək
nə ilə nəticələnər?
3. Avtomatı (pulemyotu) yığma zamanı onun hissələrinin dəyişik düşməsi nə
ilə nəticələnər?
4. Sizcə, Kalaşnikov avtomatlarını və pulemyotlarını dünyada bu qədər populyar
edən nədir?
5. Avtomatın sökülüb yığılmasını praktiki olaraq yerinə yetirin.
5,45 mm-lik avtomatla 5,45 mm-lik pulemyotun natamam sökülməsində və
yığılmasında hansı fərqi görürsünüz?
Avtomatın natamam sökülməsi – 19 saniyə
Əl pulemyotunun natamam sökülməsi – 21 saniyə
Avtomatın natamam sökülməsindən sonra yığılması – 32 saniyə
Əl pulemyotunun natamam sökülməsindən sonra yığılması – 34 saniyə
Maqazinin 30 patronla doldurulması – 43 saniyə
Sual və tapşırıqlar
LAYİHƏ
108
2.4.3. ATIŞIN ƏSASLARI
Atəş hazırlığı hərbi qulluqçuya öz ştat silahını tətbiq etməklə döyüşdə düşmənin
müxtəlif hədəflərini məhv etməyi öyrətmək məqsədilə keçirilir. Atəş hazırlığında
silahın material hissələrinin, atışın əsas üsul və qaydalarının, əl qumbaralarının
atılmasının üsul və qaydalarının, hədəflərin kəşfiyyatının aparılmasının və onlara
qədər olan məsafənin müəyyən edilməsinin, eyni zamanda atəşin aparılmasının
öyrədilməsi nəzərdə tutulur.
КЯ-83 komandir qutusunun köməyilə düzgün nişanalmanın öyrədilməsi
Atışın əsasları atış zamanı baş verən
prosesləri başa düşmək, atışın üsul və
qaydalarını mənimsəmək üçün zəruri olan nəzəri bilikləri özündə birləşdirir.
Atışın qaydalarına – atışa hazırlıq və atışın aparılması daxildir.
İstənilən şəraitdə
minimum döyüş sursatı sərfi ilə atəş tapşırıqlarını müvəffəqiyyətlə
yerinə yetirmək üçün bu müddəaları və tövsiyələri
bilmək lazımdır.
Atəşin mahiyyəti
Atəş – barıt atımının alışması zamanı yaranan barıt qazlarının enerjisinin
təsiri ilə güllənin lülə kanalından tullanılmasına deyilir.
Barıt qazlarının enerjisi güllə 4-6 sm irəli hərəkət edən anda pik həddə (280 Pa)
çatır. Bundan sonra güllənin sürətinin artması nəticəsində gülləarxası həcm artır,
Atış nədir?
LAYİHƏ
109
təzyiq isə azalmağa başlayır. Güllə lülə kanalını tərk etdiyi anda təzyiq 30-90 Pa
olur. Bununla belə, lülə kanalında güllənin sürəti artmaqda davam edir, çünki qazlar
fasiləsiz təsir göstərir və onu lülə kanalının oxu istiqamətində irəli sıxır.
Güllənin ardınca lülə kanalından çıxan qızmış
qazlar hava ilə qarşılaşarkən
alov və zərbə dalğası əmələ gətirir ki, bu da atəş zamanı səsin yaranmasına
səbəb olur.
Güllənin havada uçuşu ətalətlə davam edir və əhəmiyyətli dərəcədə onun
başlanğıc
sürətindən asılı olur.
Güllənin başlanğıc sürəti
Güllənin başlanğıc sürəti onun lülə kanalını tərk etdiyi andakı sürətidir, o, silahın
ən əsas döyüş xüsusiyyətinin göstəricilərindən biridir. Başlanğıc sürətin artması
güllənin uçuş məsafəsini, deşici və öldürücü təsirini artırır, kənar şəraitlərin (yağış,
külək və s.) onun uçuşuna təsirini isə azaldır.
Güllənin başlanğıc sürəti lülənin uzunluğundan, güllənin kütləsindən, barıt atımının
kütləsindən və digər amillərdən asılıdır. LAYİHƏ
110
Silahın lüləsi nə qədər uzun olarsa (məlum hədlərə qədər), barıt qazları gülləyə
bir o qədər çox təsir edər və onun başlanğıc sürəti də çox olar.
Silahın təpməsi
Lülə kanalında barıt qazlarının təzyiqi hər tərəfə eyni qüvvə ilə təsir göstərdiyi
üçün o, atəş zamanı nəinki gülləni irəli aparır, həm də silahı geriyə itələyir. Atəş
anında silahın geriyə hərəkəti təpmə adlanır. Silahın təpməsi çiyinə, ələ, yaxud
torpağa təsiri təkan formasında hiss olunur. Silahın təpmə təsiri onun geriyə hərəkəti
zamanı aldığı sürətin və enerjinin kəmiyyət göstəricisidir. Təpmə enerjisi avtomatda
2 kqq m təşkil edir və atıcı üçün ağrı effekti yaratmır.
Güllənin ağırlığı silahın ağırlığından neçə dəfə azdırsa, silahın təpmə sürəti də
güllənin başlanğıc sürətindən bir o qədər az olur. Bunu aşağıdakı formulla ifadə
etmək olar:
M1V1 = M2V2
Burada M1 – güllənin kütləsi, V1 – güllənin başlanğıc sürəti, M2 – silahın kütləsi,
V2 – təpmədir.
V2 =
M1V1
M2
Atəş açılarkən silahın lüləsi silkələnir. Güllə lülədən çıxarkən belə titrəmə nəticəsində
istənilən tərəfə sapa bilər. Atış üçün dayaqdan düzgün istifadə edilmədikdə,
silah çirkli olduqda və s. bu cür sapmalar daha da artır.
Lülənin titrəməsi, silahın təpməsi və s. amillər lülə kanalı oxunun atəşəqədərki
istiqaməti ilə güllə lülə kanalından çıxan andakı istiqaməti arasında müəyyən bucaq
yaradır. Bu bucaq uçma bucağı adlanır. Uçma bucağını eyni cür saxlamaq
üçün atış üsullarına və silahın saxlanması qaydalarına ciddi riayət etmək lazımdır.
LAYİHƏ
111
Trayektoriyanın yaranması
Güllə havada düz xətt üzrə uçuşa başlayır. Bu xətt güllə kanaldan çıxan andakı
vəziyyətdə lülə kanalı oxunun davamıdır. Həmin xətt tullama xətti adlanır. Havada
uçarkən gülləyə ağırlıq qüvvəsi və havanın müqavimət qüvvəsi təsir göstərir. Ağırlıq
qüvvəsi gülləni get-gedə tullama xəttindən aşağı endirir. Havanın müqavimət
qüvvəsi isə güllənin uçuş sürətini azaldır, onun uc hissəsini geriyə döndərməyə
çalışır. Bu qüvvələrin təsiri nəticəsində güllə havada tullama xəttindən aşağıda
yerləşən əyri üzrə uçmaqda davam edir.
Fəzada uçarkən güllənin kütlə mərkəzinin cızdığı əyri xətt trayektoriya adlanır.
Güllənin deşici və öldürücü təsiri
Güllənin deşici təsiri onun müəyyən sıxlıq və qalınlıqlı maneəni deşmə qabiliyyətidir.
Güllənin deşici təsiri
Maneənin adı Güllənin növü Atış məsafəsi Deşib keçmə faizi,
deşmə dərinliyi
7 mm qalınlıqlı zireh
Qarşılaşma bucağı 90 dər. Zirehdələn-yandırıcı 300 m
200 m
50 %
90 %
Tapdanmış qar sipəri Bütün növ 500 m 79-80 sm
Dəbilqə Polad özəkli
Zirehdələn-yandırıcı
900 m
100 m-dən çox
80-90 %
80-90%
Qumlu torpaqdan
hazırlanmış maneə Bütün növ 500 m 25-30 sm
LAYİHƏ
112
20 x 20 sm quru şam
ağacından hazırlanmış
ştabel
Polad özəkli
Zirehdələn-yandırıcı
500 m
150 m
25 sm
30-40 sm
Kərpic hörgü Eynilə 100 m 12-15 sm
Güllənin öldürücü təsiri – onun canlı orqanizmə təsir göstərərək sıradan
çıxarmasıdır. Bu zaman bədənin qoruyucu toxumaları və həyat üçün vacib
orqanları
deşilib zədələnir.
Güllənin deşici və öldürücü təsiri onun kütləsindən, sürətindən və hədəflə
qarşılaşma
anındakı formasından asılıdır.
1. Müxtəlif tipli silahlarda təpmənin müxtəlif olduğunu əsaslandırın.
2. Güllənin trayektoriyasına daha hansı amillər
təsir edir? fikrinizi əsaslandırın.
3. Güllənin öldürücü təsiri insan üçün müəyyən məsafəyə qədərdir, deyə bilərikmi?
4. AK-74 avtomatının təpməsini hesablayın. Güllənin çəkisi 3,2 q-dır.
Sual və tapşırıqlar
LAYİHƏ
113
2.4.4. 7,62 mm-lik SVD TIPLI SNAYPER TÜFƏNGI
Snayper tüfəngindən atəş aparmaq üçün 7,62 × 54R mm-lik adi, izburaxan,
zirehdələn-yandırıcı gülləli tüfəng patronları və snayper tüfəng patronlarından istifadə
olunur. Snayper tüfəngindən effektiv atış məsafəsi 800 m-dir, atəş tək-tək atışlarla
aparılır. Snayper tüfənginin avtomatik iş prinsipi lülə kanalından qaz porşeninə ötürülən
barıt qazlarının enerjisindən istifadəyə əsaslanır.
7,62 mm-lik SVD tipli snayper tüfəngi
7,62 mm-lik SVD tipli snayper tüfəngi 1963-cü ildə Sovet dönəmində silahlanmaya
qəbul olunmuşdur.
Snayper tüfənginin əsas taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətlər SVD
1. Nişangah məsafəsi, m:
optik nişangahla 1300
mexaniki (açıq) nişangahla 1200
2. Düzünə atış məsafəsi, m:
baş fiqura (hündürlüyü 30 sm) 350
sinə fiquruna (hündürlüyü 50 sm) 430
qaçan fiqura (hündürlüyü 150 sm) 640
3. Güllənin başlanğıc sürəti, m/san. 830
4. Güllənin məhvetmə qabiliyyətini saxlama şərti ilə uçuş məsafəsi, m 3800
5. Tüfəngin çapı, mm 7,62
6. Tüfəngin uzunluğu, mm:
süngü-bıçaqsız 1225
birləşdirilmiş süngü-bıçaqla 1370
7. Yivlərin sayı, ədəd 4
8. Maqazinin tutumu, patron 10
9. Döyüş atış tezliyi, atış/dəqiqədə 30
10. Tüfəngin süngü-bıçaqsız, optik nişangah, boş maqazin və qundağın yanağı
ilə çəkisi, kq 4,3
11. Maqazinin çəkisi, kq 0,21
7,62 mm-lik Draqunov snayper tüfəngi (SVD) snayperin fərdi silahı
olaraq müxtəlif növ görünən, hərəkət edən, açıq və maskalanmış tək
hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur.
Snayper nədir?
LAYİHƏ
114
7,62 mm-lik SVD tipli snayper tüfəngi aşağıdakı əsas hissə və
mexanizmlərdən
ibarətdir:
1. mexaniki (açıq) nişangah, qundaq və lülə ilə lülə qutusu;
2. lülə qutusunun qapağı;
3. qaytarıcı mexanizm;
4. çaxmaq çərçivəsi;
5. çaxmaq;
6. tənzimləyici ilə qaz borusu, qaz porşeni və yayla itələyici;
7. lülə örtükləri (sağ və sol);
8. zərbə-tətik mexanizmi;
9. qoruyucu;
10. maqazin;
11. qundağın yanağı;
12. PSO-1 tipli optik snayper nişangahı;
13. süngü-bıçaq.
Snayper tüfənginin sökülməsi natamam və tam ola bilər.
Natamam sökülmə tüfəngi təmizləmək, yağlamaq və baxışdan keçirmək məqsədilə
aparılır.
Tüfəng çox çirkləndikdə, yağış və ya qar altında qaldıqda, uzunmüddətli saxlanmaya
qoyduqda, anbardan alınma zamanı, mövsümi xidməti keçirdikdə və təmir
zamanı yalnız hərbi hissənin təmir emalatxanasında artilleriya ustası tərəfindən tam
sökülməsinə icazə verilir.
LAYİHƏ
115
Tüfəngin hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq məqsədilə teztez
sökülməsinə yol verilmir.
Nişangah qurğuları tüfəngi müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş
aparma zamanı tuşlamaq üçün nəzərdə tutulub.
Snayper tüfənginin nişangah qurğuları PSO-1 (PSO-1M, PSO-1M2, PSO-3) tipli
optik və mexaniki (açıq) nişangahlardan ibarətdir.
PSO-1, PSO-1M və PSO-1M2 tipli optik snayper nişangahları 7,62 mm-lik SVD
tipli snayper tüfənginin əsas nişangahlarıdır.
PSO-1 optik snayper nişangahı
PSO-1 tipli optik snayper nişangahı SVD tipli snayper tüfəngi ilə birlikdə 1963-cü
ildən Sovet ordusunda istifadə olunmuşdur.
Mexaniki (açıq) nişangah – optik nişangah sıradan çıxdığı halda istifadə olunur.
Nişangah arpacıq və nişangahdan ibarətdir.
Nişangah – nişangahın bünövrəsi, təbəqəvarı yay, məsafə lövhəsi və sürgüdən
ibarətdir.
Arpacıq və nişangah:
1 – nişangahın bünövrəsi; 2 – məsafə lövhəsi; 3 – sürgü; 4 – sektor; 5 – çəngəlvarı çıxıntılar;
6 – məsafə lövhəsinin nişanalma hissəsi; 7 – nişangahın yarığı.
Məsafə lövhəsinin üzərinə bölgüləri 1-dən 12-yə qədər rəqəmlənmiş məsafə
şkalası vurulmuşdur. Rəqəmlər yüz metrlərlə atış məsafələrini işarələyir. Bundan
başqa, nişangahın “4” qurğusuna uyğun nişangahın daimi qurğusunu əks edən “П”
(daimi) hərfi vurulmuşdur.
Arpacıq qoruyucuya bağlanmışdır. Arpacığın vəziyyətini müəyyən etmək üçün
qoruyucunun ön tərəfinə nəzarət işarəsi, arpacığın bünövrəsinin ön tərəfinə isə
LAYİHƏ
116
şkala vurulmuşdur. Tüfəngi normal döyüş vəziyyətinə gətirdikdə arpacığın qoruyucusunu
şkalanın bir bölgüsü qədər sağ və ya sol istiqamətdə çəkdikdə 100 m atış
məsafəsində orta dəymə nöqtəsi 10 sm-ə bərabər məsafədə yerini dəyişir.
Maqazin – patronları yerləşdirmək və onları
lülə qutusuna ötürmək üçün nəzərdə
tutulub.
Snayper tüfəngində 5,45 mm-lik və 7,62 mm-lik Kalaşnikov avtomatlarında tətbiq
olunan süngü-bıçaqlardan istifadə olunur.
Nişangahın toru nişan almaq üçün nəzərdə tutulub. Torun mərkəzində 1000 m-ə qədər
məsafəyə atış aparma zamanı nişan almaq üçün nəzərdə tutulmuş əsas (yuxarı)
nişanalma işarəsi (üçbucağı) yerləşir. Əsas işarənin altında üç əlavə nişanalma
işarələri və şaquli xətt yerləşir. Əlavə nişanalma işarələri 1100, 1200 və 1300 m məsafəyə
atış aparma zamanı nişan almaq üçün istifadə olunur.
PSO-1 tipli optik snayper nişangahın
toru:
1 – 1000 m-ə qədər məsafəyə atış aparmaq üçün
əsas nişanalma işarəsi (bucağı); 2 – yan düzəlişlər
şkalası; 3 – üfüqi xətt; 4, 5 və 6 – 1100, 1200 və 1300 m
məsafəyə atış aparmaq üçün əlavə nişanalma işarələri;
7 – şaquli xətt; 8 – məsafəölçmə şkalası.
Əsas nişanalma işarəsinin sağ və sol tərəflərində yan düzəlişlər şkalası yerləşir.
Şkalanın bir bölgüsünün qiyməti bir minliyə (0–01) bərabərdir. Şkalanın ±0–05 bölgülərinə
uyğun xətlər uzadılmışdır, ±0–10 bölgülərinə uyğun xətlər isə əlavə olaraq “10”
rəqəmi ilə işarələnmişdir.
Torun sol tərəfində yerləşən məsafəölçmə şkalası 1,7 m (insanın orta boyu) hündürlüyündə
olan hədəf üçün hesablanmışdır. Hədəfin hündürlüyünün parametri üfüqi
xəttin altında göstərilmişdir. Yuxarı punktirli (qırıq-qırıq əyri) xəttin üzərində bölgüləri
olan şkala çəkilmişdir. Şkalanın bölgülərinin arasındakı məsafə 100 m-ə bərabərdir.
Şkalanın 2, 4, 6, 8, 10 rəqəmləri ilə işarələnmiş bölgüləri hədəfə qədər olan 200,
400, 600, 800 və 1000 m məsafəyə uyğundur.
LAYİHƏ
117
Hədəfə qədər olan məsafəni müəyyən etmək üçün:
– hədəfin təsvirini məsafəölçmə şkalası ilə elə uyğunlaşdırmaq lazımdır ki,
hədəfin bünövrəsi şkalanın üfüqi xəttinin üstündə, yuxarı nöqtəsi isə boşluq olmadan
şkalanın yuxarı (qırıq-qırıq) xəttinə toxunsun;
– hədəfin yuxarı nöqtəsinin şkalanın toxunma nöqtəsində məsafənin qiyməti
müəyyən edilir. Məsələn: şəkildə göstərilən misalda hədəfə qədər olan məsafə
400 m-dir.
Okulyar müşahidə olunan obyektin təsvirinə düz və böyüdülmüş şəkildə baxmaq
üçün nəzərdə tutulub.
Məsafəölçmə şkalası ilə hədəfə qədər olan məsafənin
təyin edilməsi
Döyüş sursatları
7,62 mm-lik SVD tipli snayper tüfəngindən atəş aparmaq üçün polad özəkli gülləli
tüfəng patronu 7,62 LPS, 7,62 mm-lik snayper tüfəng patronu 7,62 SN, 7,62 mm-lik
zirehdələn-yandırıcı gülləli tüfəng patronu 7,62 B-32, 7,62 x 54R mm-lik döyüş tüfəng
patronlarından istifadə olunur.
7,62 mm-lik SVD tipli snayper tüfənginin bir döyüş dəsti 100 patrondur.
Patronların konstruktiv xüsusiyyətləri snayper tüfəngindən nişangahın eyni
qurmalarında müxtəlif növ gülləli patronlarla atış aparmağa imkan verir.
LAYİHƏ
118
Patronların quruluşu
Döyüş tüfəng patronu güllə, giliz, barıt atımı və kapsul-alışdırıcıdan ibarətdir.
Tüfənglə düzgün davrandıqda və ona lazımi qaydada qulluq
etdikdə snayper
tüfənginin hissə və mexanizmləri onun uzunmüddətli
etibarlı və fasiləsiz işini təmin
edir. Lakin mexanizmlərin
çirklənməsi, hissələrin
yeyilməsi və
tüfənglə səliqəsiz davranma
səbəbindən, həmçinin patronlar
nasaz olduğu hallarda atış zamanı müxtəlif növ ləngimələr
yarana bilər.
Atış zamanı yaranmış ləngiməni tüfəngi yenidən doldurmaqla
aradan qaldırmaq
lazımdır. Bunun üçün çaxmaq çərçivəsini
yenidəndoldurma dəstəyindən sürətlə arxaya çəkib
buraxdıqdan sonra atışı davam etdirmək lazımdır. Ləngimənin
bu üsulla aradan qaldırılması mümkün olmadığı halda, onun
başvermə səbəbini aşkar edib aradan qaldırmaq lazımdır.
1. Sizcə, 7,62 mm-lik SVD tipli snayper tüfənginin təyinatında “açıq və maskalanmış
tək hədəflər” dedikdə kimlər nəzərdə tutulur? Fikrinizi əsaslandırın.
2. Snayperlərin fəaliyyətindən bəhs olunan hansı filmi izləmisiniz, bu filmdə
snayperin fəaliyyətini necə qiymətləndirirsiniz?
3. Sizcə, 7,62 mm-lik SVD tipli tüfəngin uzun müddət silahlanmada qalmasının
səbəbi nədir?
4. Respublikamızda istehsal olunan “İstiqlal”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı”
snayper tüfəngləri haqqında təqdimat hazırlayın.
5. Döyüşdə snayper olsaydınız, hədəfin vacib olduğunu necə müəyyənləşdirərdiniz?
Sual və tapşırıqlar
► 7,62 mm-lik snayper tüfəng patronu və onun gülləsi:
a – döyüş patronu; b – snayper patronunun gülləsi;
1 – güllə; 2 – giliz; 3 – barıt atımı; 4 – kapsul-alışdırıcı.
LAYİHƏ
119
2.4.5. PK, PKM VƏ PKT PULEMYOTLARI
7,62 mm-lik PK, PKM və PKT tipli Kalaşnikov pulemyotları düşmənin canlı
qüvvəsini məhv etmək, atəş vasitələrinə və alçaqdan uçan hava hədəflərinə zərər
vurmaq üçün nəzərdə tutulub.
7,62 mm-lik PK və PKM tipli pulemyotlardan atəş ikiayaqdan aparılır.
7,62 mm-lik təkmilləşdirilmiş Kalaşnikov pulemyotu (PKM)
PKT tipli pulemyot elektrik tətiyi olan və tankda, piyadaların döyüş maşınında,
zirehli transportyorda, özüyeriyən artilleriya qurğularında və digər növ döyüş maşınlarında
qurulan Kalaşnikov tank pulemyotudur.
Gecə vaxtı təbii işıqlandırma şəraitində atəş aparmaq üçün qısa şərti adlarının
axırında “N” hərfi olan PKN, PKMN tipli pulemyotların üzərində PN-3, NSPU növ
gecə atış nişangahları qurulur.
Kalaşnikov pulemyotu döyüşdə nə məqsədlə istifadə olunur?
Onun avtomatik iş prinsipini necə təsəvvür edirsiniz?
NSPU tipli gecə nişangahlı
7,62 mm-lik təkmilləşdirilmiş
Kalaşnikov pulemyotu
(PKMN)
LAYİHƏ
120
Pulemyotdan atəş qısa (10 atışa qədər), uzun (30 atışa qədər), qatarlarla və
fasiləsiz aparıla bilər. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu
100, 200 və 250 patron olan patron qutusuna yığılmış metal lent vasitəsilə ötürülür.
Pulemyotdan yerüstü və hava hədəflərinə ən effektli atəş 1000 m-ə qədər məsafədə
aparılır. 7,62 mm-lik PK pulemyotu 1961-ci ildə, PKM pulemyotu 1969-cu ildə,
PKT pulemyotu
isə 1962-ci ildə Sovet dönəmində silahlanmaya qəbul olunmuşdur.
Pulemyotun lüləsi hava ilə soyudulur. PK və PKT tipli pulemyotlardan 500 atışa
qədər, PKM tipli pulemyotdan isə 400 atışa qədər fasiləsiz atəşin aparılmasını təmin
edir. Pulemyotdan fasiləsiz atəş rejimində aparılan atəş zamanı göstərilən atış sayı
keçdikdən sonra qızmış lülə ehtiyat lülə ilə əvəz olunur, ehtiyat lülə olmadığı halda
isə qızmış lülə su (qar) vasitəsilə (lüləni bütövlükdə suyun (qarın) içinə salmaqla)
soyudulur. Bundan başqa, PKM tipli pulemyotdan 800 (PK, PKT tipli pulemyotlardan
1000) fasiləsiz atış rejimində aparılan atışdan sonra (lüləni dəyişməklə)
pulemyotu tam soyutmaq (pulemyotu bütövlükdə suyun içinə salmaqla)
lazımdır.
Pulemyotun avtomatik iş prinsipi lülə kanalından çaxmaq çərçivəsinin qaz
porşeninə ötürülən barıt qazlarının enerjisinin istifadə olunmasına əsaslanmışdır.
Qeyd etmək lazımdır ki, PK (PKM) tipli pulemyot Bolqarıstanda, PKM tipli pulemyot
isə Çində, keçmiş Yuqoslaviyada, Rumıniyada, İranda və Macarıstanda
istehsal
olunurdu. Bolqarıstanda istehsal olunan PK pulemyotu plastmas qundağı,
Yuqoslaviyada
istehsal olunan PKM pulemyotu möhkəm ağac növlərindən
hazırlanmış pəncərəsiz qundağı, Çində istehsal olunan PKM pulemyotu isə çəkisinin
0,5 kq yüngül olması ilə fərqlənir. Hazırda respublikamızda 7,62 mm-lik UP-
7,62 və HP-7,62 hücum pulemyotları istehsal olunur.
Azərbaycan Müdafiə
Sənayesinin istehsalı
UP-7,62 mm-lik pulemyot
LAYİHƏ
121
7,62 mm-lik PK (PKM) və PKT tipli Kalaşnikov pulemyotlarının
əsas taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətlər PK PKM PKT
1. Nişangah məsafəsi, m 1500 1500 1500
2. Güllənin başlanğıc sürəti, m/san. 825 825 855
3. Güllənin məhvetmə qabiliyyətini saxlama şərtilə
uçuş məsafəsi, m 3800 3800 3800
4. Çapı, mm 7,62 7,62 7,62
5. Yivlərin sayı, ədəd 4 4 4
6. Atış tezliyi, atış/dəq. 650 650–750 700–800
7. Döyüş atış tezliyi, atış/dəq. 250 qədər 250 qədər 250 qədər
8. Pulemyotun çəkisi, kq 9,0 7,5 10,5
9. Lülənin çəkisi, kq 2,6 2,4 3,23
10. Patron qutusunun doldurulmuş 100 patronluq
lentlə birlikdə çəkisi, kq 3,9 3,4 –
11. Patron qutusunun doldurulmuş 200 patronluq
lentlə birlikdə çəkisi, kq 8,0 6,2 –
Ümumi quruluşu
7,62 mm-lik PK (PKM) və PKT tipli pulemyotlar aşağıdakı əsas hissə və mexanizmlərdən
ibarətdir:
– lülə;
– qapaq, qəbuledicinin bünövrəsi və qundaqla lülə qutusu (PKT tipli pulemyotun
qundağı yoxdur);
– qaz porşeni və çıxarıcı ilə çaxmaq çərçivəsi;
– çaxmaq;
– yönəldici millə qaytarıcı-döyüş yayı;
– ikiayaqla qaz porşeninin borusu;
– tətik mexanizmi;
– elektrik tətik (yalnız PKT tipli pulemyotda). LAYİHƏ
122
7,62 mm-lik PK tipli pulemyotun əsas hissə və mexanizmləri:
1 – lülə; 2 – qundaq, qəbuledicinin bünövrəsi və qapaqla lülə qutusu; 3 – qaz
porşeni
çıxarıcı və çaxmaq çərçivəsi ilə; 4 – çaxmaq; 5 – qaytarıcı-döyüş yayı;
6 – yönəldici mil; 7 – ikiayaqla
qaz porşeninin borusu; 8 – lentlə patron qutusu;
9 – ləvazimat; 10 – sünbə.
7,62 mm-lik PKT tipli pulemyotun əsas hissə və mexanizmləri:
1 – lülə; 2 – qəbuledicinin bünövrəsi və qapaqla lülə qutusu; 3 – qaz porşeni
çıxarıcı və çaxmaq çərçivəsi ilə; 4 – çaxmaq; 5 – qaytarıcı-döyüş yayı; 6 – yönəldici
mil; 7 – qaz porşeninin borusu; 8 – tətik mexanizmi; 9 – elektrik tətik. LAYİHƏ
123
Pulemyotun sökülməsi və yığılması
Pulemyotun sökülməsi natamam və ya tam ola bilər.
Natamam sökülmə pulemyotu təmizləmək, yağlamaq və baxışdan keçirmək
məqsədlə aparılır.
Tam sökülmə pulemyot çox çirkləndikdə, yağış və ya qar altında qaldıqda,
təzə yağ növünə keçdikdə və təmir zamanı aparılır.
Pulemyotun hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq məqsədlə
onun tez-tez sökülməsinə yol verilmir. Pulemyotu sökmə və yığma zamanı aşağıdakı
əsas tələblərə riayət etmək lazımdır:
– pulemyotun ayrılmış hissə və mexanizmləri ilə ehtiyatla davranmalı, onları
bir-birinin üstünə qoyarkən, ayırarkən və birləşdirərkən artıq qüvvə tətbiq etmək və
ya zərbə endirmək qadağandır;
– pulemyotu sökmə və yığma zamanı yalnız onun tək EAL dəstinə daxil olan
saz alətlərdən istifadə edilməlidir;
ؘ– pulemyotu yığma zamanı onun hissələrinin nömrələrini tutuşdurmaq lazımdır:
pulemyotun bütün hissələrinin nömrələri onun lülə qutusunun qapağındakı nömrəyə
uyğun gəlməlidir.
Qoşunlarda pulemyotun yalnız natamam sökülməsinə icazə verilir. Tam sökülməni
yalnız hərbi hissənin təmir emalatxanasında artilleriya ustası apara bilər.
Pulemyotun natamam sökülmə qaydası aşağıdakı şəkildə aparılmalıdır.
1. Pulemyotu ikiayaq üzərində qurmaq. Bunun üçün:
– pulemyotu qundağı ilə masaya dirəyib, sol əllə dəstəyindən şaquli vəziyyətdə
saxlayaraq sağ əlin baş barmağı ilə ayaqları yayvarı rəzədən azad etməli;
– ikiayağın ayaqlarını bir qədər aralayıb lülədən kənara elə çəkmək lazımdır ki,
ayaqların yuxarı ucları ikiayağın bünövrəsinin pəncərələrinə keçsin;
– sonra pulemyot ikiayaq üzərində qurulmalıdır.
a) b)
Pulemyotun ikiayağının ayaqlarının açılması LAYİHƏ
124
PKT tipli pulemyot lülənin ağız hissəsi irəli olmaq şərtilə masanın üzərində yerləşdirilməlidir.
2. Lentlə patron qutusunu pulemyotdan ayırmaq və patron yuvasında patronun
olub-olmamasını yoxlamaq üçün:
– sol əllə pulemyotun qundağını bir qədər yuxarı qaldırıb bu vəziyyətdə saxlayaraq,
sağ əlin baş barmağı ilə qutunun
rəzəsini sağa çəkib, qutunun sağ tərəfini
bir qədər aşağı və sola çəkərək lentlə patron
qutusunu pulemyotdan ayırmalı;
– pulemyotu sağ əllə qundağın ön tərəfindən
saxlayaraq, sağ əlin baş barmağı
ilə rəzəni batırıb lülə qutusunun
qapağını
açmalı;
Patron qutusunun pulemyotdan
ayrılması ►
– qəbuledicinin bünövrəsini qaldırıb, qoruyucunun dəstəyini irəli “Atəş” vəziyyətinə
çevirməli;
– sağ əllə yenidəndoldurma dəstəyindən çaxmaq çərçivəsini arxa vəziyyətə
çəkib tutqaca qoyduqdan sonra (b), lülənin patron yuvasını baxışdan keçirməli və
lülənin patron yuvasında patronun olub-olmamasını yoxlamaq lazımdır. Bundan
sonra çaxmaq çərçivəsini yenidəndoldurma dəstəyindən saxlayaraq tətiyi sıxıb,
onu ehtiyatla döyüş vəziyyətindən azad etməli.
a) b)
Lülə qutusunun qapağının açılması və patron yuvasında patronun
olub-olmamasının yoxlanılması
3. Ləvazimatlarla penalı çıxarmaq üçün:
– PKM tipli pulemyotda qundağın çiyinliyini yuxarı qaldırmalı;
– sağ əlin şəhadət barmağı ilə qundağın yuvasının qapağını elə batırmaq lazımdır
ki, yayın təsiri altında penal yuvanın içindən çıxsın; LAYİHƏ
125
– penalın qapağını açıb, onun içindən silgini, fırçanı, vintaçanı və milçıxaranı
çıxarmaq lazımdır.
4. Sünbənin bəndlərini ikiayağın ayağından ayırmaq. Sürgünün düyməsini
sıxıb onu yuxarı çəkərək sünbənin bəndlərini ikiayağın ayağından ayırmaq lazımdır.
a) b)
Sünbənin bəndlərinin ikiayağın ayağından ayrılması
5. Yönəldici millə qaytarıcı-döyüş yayını ayırmaq üçün:
– pulemyotu sol əllə tapança dəstəyindən saxlayaraq, sağ əllə yönəldici mili
irəli elə çəkmək lazımdır ki, onun çıxıntısı qundağın bünövrəsinin yuvasından çıxsın;
– yönəldici milin arxasını yuxarı qaldırıb qaytarıcı-döyüş yayı ilə birlikdə lülə
qutusundan çıxarmalı;
– sonra qaytarıcı-döyüş yayını yönəldici milin üzərindən çıxarmaq lazımdır.
a) b)
Yönəldici millə qaytarıcı-döyüş yayının ayrılması
6. Çaxmaqla çaxmaq çərçivəsini ayırmaq üçün:
– pulemyotu sol əllə tapança dəstəyindən saxlayaraq, sağ əllə çaxmaq çərçivəsini
çıxarıcıdan arxaya axıra qədər çəkməli; LAYİHƏ
126
– çaxmaq çərçivəsinin arxasını qaldırıb çaxmaqla birlikdə lülə qutusundan çıxarmaq
lazımdır.
Çaxmaqla çaxmaq çərçivəsinin ayrılması
7. Çaxmağı çaxmaq çərçivəsindən ayırmaq üçün:
– çaxmaq yuxarıda olmaq şərtilə çaxmaq çərçivəsini sol əllə götürməli;
– sağ əllə çaxmağı arxaya çəkib sağa elə fırlatmaq lazımdır ki, onun aparıcı
çıxıntısı çaxmaq çərçivəsinin fiqurlu kəsiyindən çıxsın (a);
– sonra çaxmağı irəli çəkib sağa fırladaraq çaxmaq çərçivəsindən ayırmaq
lazımdır (b).
a) b)
Çaxmağın çaxmaq çərçivəsindən ayrılması
8. Vurucunu çaxmaqdan ayırmaq üçün
çaxmağı,
vurucu üçün kanalı aşağı olmaq şərtilə
sol əllə götürüb, vurucunu arxaya axıra
qədər çəkməli, sağ əlin barmaqları ilə onun
çıxıntısından irəli çəkərək vurucunu çaxmağın
kanalından çıxarmaq lazımdır.
Vurucunun çaxmaqdan ayrılması ► LAYİHƏ
127
9. PKT pulemyotunda elektrik tətiyini ayırmaq üçün milçıxaranla elektrik tətiyinin
fiksatorunu
batırıb, elektrik tətiyinin yönəldici çıxıntıları lülə qutusunun şaquli
yuvalarından çıxana qədər tətiyi yuxarı çəkmək lazımdır.
10. Lüləni ayırmaq üçün:
– lülənin qapayıcısını sola axıra qədər çəkməli (a);
– pulemyotun dəstəyini əvvəlcə öz oxu ətrafında fırladıb (b), sonra irəli çəkərək
lüləni ayırmaq lazımdır.
a) b)
Lülənin ayrılması
Pulemyotun natamam sökülmədən sonra yığılmasını əks-ardıcıllıqla həyata
keçirmək lazımdır.
Döyüş sursatları
7,62 mm-lik PK (PKM), PKT tipli pulemyotlardan və onların modifikasiyalarından
atəş aparmaq üçün 7,62 × 54R mm-lik 7,62 LPS, 7,62 L, 7,62 T-46, 7,62 B-32
və s. tüfəng patronlarından istifadə olunur: LAYİHƏ
128
7,62 mm-lik PK və PKM tipli pulemyotların və onların modifikasiyalarının bir
döyüş dəsti – 2000 patrondur.
Pulemyotla düzgün davrandıqda və ona lazımi qaydada qulluq etdikdə onun
hissə və mexanizmləri uzun müddət etibarlı və dayanmadan işləyir. Lakin mexanizmlərin
çirklənməsi, hissələrin yeyilməsi və pulemyotla səliqəsiz davranma səbəbindən,
həmçinin patronlar nasaz olduğu hallarda atış zamanı müxtəlif növ ləngimələr
yarana bilər.
Atəş zamanı ləngimə yarandığı halda pulemyotu yenidən doldurmaq lazımdır.
Əgər yenidən doldurmaqla ləngiməni aradan qaldırmaq mümkün deyilsə və ya
aradan qaldırdıqdan sonra ləngimə təkrar olunursa, onda pulemyotu boşaldıb
ləngimənin səbəbini müəyyən etmək lazımdır.
1. Sizcə, lülənin soyudulmasına ehtiyac varmı? Soyudulmasa, nə baş verər?
Fikrinizi əsaslandırın.
2. Sizcə, pulemyotun natamam sökülüb-yığılması zamanı hissə və mexanizmlərin
nömrələrinin tutuşdurulmasına ehtiyac varmı?
3. Milli istehsalımız olan UP-7,62 mm-lik pulemyotu PK pulemyotu ilə müqayisə
edin.
4. 7,62 mm-lik PK və onun modifikasiyaları haqqında təqdimat hazırlayın.
5. Sizcə, pulemyotun sökülməsi və yığılması zamanı artıq qüvvə tətbiq etmək
nə ilə nəticələnər?
6. Hərbi xidmətdə mükəmməl pulemyotçu olmaq üçün nə edərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
129
2.4.6. 40 mm-lik RPQ-7 TIPLI TANK ƏLEYHINƏ
ƏL QUMBARAATANI
Qumbaraların zirehdəlmə qabiliyyəti düşmənin bütün növ müasir tank və özüyeriyən
artilleriya qurğuları ilə mübarizə aparmağa imkan verir.
Hündürlüyü 2 m və daha çox olan tank, özühərəkətedən artilleriya qurğuları
və başqa hədəflərə ən təsirli atəş məsafəsi 330 m-dir.
Tank əleyhinə əl qumbaraatanlarına və onların modifikasiyalarına aşağıdakı
adlar verilmişdir:
40 mm-lik tank əleyhinə əl qumbaraatanı RPQ-7V
40 mm-lik tank əleyhinə əl qumbaraatanı RPQ-7D
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanı və onun
modifikasiyaları düşmənin tank, özüyeriyən artilleriya qurğuları
və digər zirehli vasitələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuşdur.
Bundan başqa, tank əleyhinə əl qumbaraatanı
düşmənin
səhra tipli yüngül sığınacaqlarda və şəhər tipli tikililərdə yerləşmiş
canlı qüvvəsini məhv etmək üçün istifadə oluna bilər.
Qumbaraatana döyüşdə atəş sektorunun verilməməsinin
səbəbi
nədir?
LAYİHƏ
130
PQN-1 tipli gecə nişangahlı 40 mm-lik tank əleyhinə əl qumbaraatanı RPQ-7N.
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanı 15 iyun 1961-ci ildə Sovet
dönəmində silahlanmaya qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
istehsal olunan RPQ-7V2 tipli qumbaraatan TƏQ-7V2 adlanır. Qumbaraatanımız
NQ-7V tipli nişangah qurğusu və QON-1 tipli optik nişangahla dəstləşdirilir.
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanı bir çox dövlətlərdə (Çin,
Pakistan, Rumıniya və s.) istehsal olunur və 50-yə yaxın dövlətin ordusunda istifadə
olunur.
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının və onun modifikasiyalarının
PQ-7V və PQ-7VM tipli mərmilərinin əsas taktiki-texniki xüsusiyyətləri cədvəldə
verilmişdir:
Xüsusiyyətləri Parametri
Nişangah məsafəsi, m 500
Düzünə atış məsafəsi (2 m hündürlüyündə olan hədəfə atəş apardıqda),
m:
– PQ-7V tipli atəş yığımı ilə atış apardıqda 330
– PQ-7VM tipli atəş yığımı ilə atış apardıqda 310
Maksimal nişangah atış məsafəsi, m
– PQ-7VL tipli atəş yığımı ilə 300
– PQ-7VR, TBQ-7V tipli atəş yığımları ilə 200
Qumbaraatanın çapı, mm 40
Döyüş atış tezliyi, atış/dəqiqədə 4-6
Qumbaraatanın optik nişangahla birlikdə çəkisi, kq:
– RPQ-7V 6,3
– RPQ-7D 6,7
LAYİHƏ
131
40 mm-lik RPQ-7 (RPQ-7D) tipli tank əleyhinə əl qumbaraatanı motoatıcı manqanın
(paraşüt-desant manqasının) silahlanması üçün nəzərdə tutulub, ona qumbaraatan
və atıcı-qumbaraatan köməkçisi qulluq edir.
Qumbaraatan tank əleyhinə əl qumbaraatanından atəş aparır, qumbaraatanı,
onun sünbəsini, EAL dəstini və iki ədəd atəş yığımı yerləşən çantanı daşıyır.
Qumbaraatan

atıcı-qumbaraatan
köməkçisinin çantaları
Atıcı-qumbaraatan köməkçisi qumbaraatana atış aparma zamanı kömək edir,
üç ədəd atəş yığımı yerləşən çantanı daşıyır və tələb olunan hallarda qumbaraatanı
əvəz edir. Qumbaraatana bilavasitə kömək lazım olmadığı halda ona təhkim
olunmuş
silahdan atəş aparır.
Qumbaraatan
və atıcı-qumbaraatan köməkçisinin uzanıqlı atış üçün vəziyyəti
Ümumi quruluşu
40 mm-lik RPQ-7, RPQ-7V, RPQ-7D və RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanları
və onların modifikasiyaları aşağıdakı əsas hissə və mexanizmlərdən
ibarətdir:
LAYİHƏ
132
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının əsas hissə və mexanizmləri:
1 – lülə; 2 – zərbə-tətik mexanizmi; 3 – iynə mexanizmi; 4 – PQO-7 tipli optik nişangah.
Bundan başqa, RPQ-7D tipli qumbaraatanın üzərində bloklama mexanizmi,
RPQ-7N (RPQ-7DN) tipli qumbaraatanda isə işığı bloklama mexanizminin bünövrəsi
yerləşir.
Qumbaraatanın sökülməsi və yığılması
Qumbaraatanın sökülməsi natamam və ya tam ola bilər.
Natamam sökülmə qumbaraatanı təmizləmək, yağlamaq və baxışdan keçirmək
məqsədilə aparılır.
Tam sökülmə qumbaraatan çox çirkləndikdə, yağış və ya qar altında qaldıqda,
təzə yağ növünə keçdikdə, sökülmüş vəziyyətdə baxışdan keçirmək məqsədilə və
təmir zamanı aparılır.
Qumbaraatanın hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq üçün
onun tez-tez sökülməsinə yol verilmir.
Qumbaraatanın natamam sökülməsi aşağıdakı qaydada aparılır:
– Qumbaraatanın əvvəlcə xəzinə, sonra isə ağız hissələrindən
örtükləri çıxarılır;
– RPQ-7D tipli qumbaraatandan lülə sökülür.
Qumbaraatanın lüləsinin sökülməsini yalnız qumbaraatanı
desant vəziyyətinə keçirdikdə, borunun xəzinə
hissəsi ilə birləşmə yerini baxışdan keçirmə və təmizləmə
zamanı aparmaq olar.
Gecə nişangahlı qumbaraatanı sökməzdən əvvəl
ikiayağı ondan ayırmaq lazımdır.
RPQ-7D tipli qumbaraatanda lülənin xəzinə hissəsinin lülənin borusundan ayrılması LAYİHƏ
133
– Zərbə-tətik mexanizmi ayrılır.
Zərbə-tətik mexanizminin qapayıcısının çıxarılması
– İynə mexanizmi ayrılır.
İynə mexanizmini qumbaraatandan ayırmaq üçün zərbə-tətik mexanizmini ayırmaq
vacib deyil. Bunun üçün çaxmaq dabanını döyüş vəziyyətinə keçirib qoruyucunu
sağa çəkmək lazımdır.
İynə mexanizminin nippelinin açılması
– Zərbə-tətik mexanizminin gövdəsinin qapağı ayrılır.
Qumbaraatanın natamam sökülmədən sonra yığılması əks qaydada
aparılır.
PQO-7 tipli optik nişangah və onun modifikasiyaları
PQO-7 tipli optik qumbaraatanın nişangahı və onun modifikasiyaları (PQO-7V,
PQO-7V2 və PQO-7V3) 40 mm-lik RPQ-7 tipli tank əleyhinə qumbaraatanın əsas
nişangahıdır, qumbaraatanı 500 m-ə qədər məsafələrdə yerləşən, hərəkət edən və
etməyən hədəflərə tuşlamaq üçün nəzərdə tutulub. LAYİHƏ
134
PQO-7 tipli optik nişangahın və onun modifikasiyalarının
əsas texniki
xüsusiyyətləri
Xüsusiyyətləri Parametri
Böyütmə, dəfə 2,7
Görmə sahəsi, dərəcə 13
Nişangahın nişanalma bucaqları şkalasının bir bölgüsünün qiyməti, m 100
Yan düzəlişləri şkalasının bir bölgüsünün qiyməti 0–10
Yan düzəlişləri şkalasının hədləri ±0–50
Nişangahın nişanalma bucaqları şkalasının hədləri 200 m-dən 500 m-ə
qədər
Nişangahın quruluşu
Optik nişangah kronşteynlə gövdə, optik sistem, nişangahı nizamlama mexanizmi,
gecə (toranda) şəraitində atəş aparmaq üçün toru işıqlandırma sistemi, rezin
gözlük və alınlıqdan ibarətdir.
PQO-7V tipli optik qumbaraatanın nişangahı
Nişangahın torunda – nişangahın şkalası (üfüqi xətlər), yan düzəlişlər şkalası
(şaquli xətlər) və məsafəölçmə şkalası (bütöv üfüqi və qırıq-qırıq əyri xətlər) yerləşir.
Sol tərəfdən nişangahın şkalasının bölgüləri
(xətləri) atış məsafələrinə yüz metrlərə
uyğun olan 2, 3, 4 və 5 rəqəmləri (200, 300,
400 və 500) ilə işarələnmişdir.
Yan düzəlişlər şkalasının bölgüləri (xətləri)
şkalanın aşağı tərəfində 1, 2, 3, 4 və 5
rəqəmləri ilə işarələnmişdir. İki şaquli xətt
arasındakı məsafə bucaqölçənin 0–10 bölgüsünə
bərabərdir. Yan düzəlişlər şkalası ilə sağ
və sol istiqamətlərdə ±0–50 qədər düzəliş
vermək olar.
LAYİHƏ
135
Nişanalma zamanı lazımi bölgülərin seçilməsini asanlaşdırmaq məqsədilə
nişangahın 300 m məsafəyə uyğun olan xətti və yan düzəlişlər şkalasının mərkəzi
xətti iki qat xətlə göstərilmişdir. Bundan başqa, qumbaraatanın yana əyilməsini
aşkar etmək üçün mərkəzi xətlər nişangahın şkalasından aşağı uzadılmışdır.
Məsafəölçmə şkalası 2,7 m hündürlüyündə olan hədəf üçün hesablanmışdır.
Hədəfin hündürlüyünün parametri üfüqi xəttin altında göstərilmişdir. Şkala iki – yuxarı
punktirli (qırıq-qırıq əyri) və aşağı düz xətlərdən ibarətdir. Yuxarı xəttin üstündə
hər 100 m-dən bir bölgüləri olan və hər 200 m-dən bir işarələnmiş şkala çəkilmişdir.
Şkalanın 2, 4, 6, 8 və 10 rəqəmləri müvafiq olaraq 200, 400, 600 və 1000 m məsafəyə
uyğundur.
Hədəfə qədər olan məsafəni müəyyən etmək üçün:
– hədəfin təsvirini məsafəölçmə şkalası
ilə elə uyğunlaşdırmaq lazımdır ki, hədəfin bünövrəsi
şkalanın üfüqi xəttinin üstündə, yuxarı
nöqtəsi isə boşluq olmadan şkalanın yuxarı
punktirli (qırıq-qırıq əyri) xəttinə toxunsun;
– (hədəfin yuxarı nöqtəsinin şkalanın toxunma
nöqtəsində məsafənin qiymətini müəyyən
etməli.) Məsələn: tanka qədər olan məsafə
600 m-dir.
Döyüş sursatları
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanından və onun modifikasiyalarından
atəş aparmaq üçün aşağıdakı qumbaraatan atəş yığımlarından istifadə
olunur:
PQ-7VL tipli tank əleyhinə qumbaralı atəş yığımı
PQ-7VL tipli tank əleyhinə qumbaralı atəş yığımı düşmənin müasir tank, digər
zirehli və zirehsiz texnikası ilə mübarizə aparmaq, binalarda və tikililərdə yerləşən
atəş nöqtələrini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.
OQ-7V tipli qəlpəli qumbaralı atəş yığımı
Məsafəölçmə şkalası ilə hədəfə qədər
olan məsafənin müəyyən edilməsi.
LAYİHƏ
136
OQ-7V tipli qəlpəli qumbaralı atəş yığımı düşmənin açıq ərazidə, binalarda və
səhra tipli sığınacaqlarda yerləşən canlı qüvvəsini (o cümlədən fərdi qorunma vasitələrində
– zirehli jiletlərdə olan) məhv etmək və zirehsiz texnikasına zərər vurmaq
üçün nəzərdə tutulub.
PQ-7VR tipli tank əleyhinə qumbaralı atəş yığımı
PQ-7VR (Rezöme) tipli tank əleyhinə qumbaralı atəş yığımı düşmənin bütün
növ tankları (o cümlədən dinamik qorunma vasitələri ilə təchiz olunmuş), digər
zirehli və zirehsiz texnikası ilə mübarizə aparmaq, binalarda və tikililərdə yerləşən
atəş nöqtələrini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.
Atəş yığımında kumulyativ tandem (bir-birinin arxasında yerləşən iki kumulyativ
qıfa malik olan) tipli döyüş hissəli tank əleyhinə qumbara tətbiq olunmuşdur.
TBQ-7V tipli termobarik qumbaralı atəş yığımı
TBQ-7V tipli termobarik qumbaralı atəş yığımı düşmənin açıq ərazidə, səngərlərdə,
səhra tipli sığınacaqlarda yerləşən canlı qüvvəsinə, yüngül zirehli və zirehsiz
texnikasına zərər vurmaq üçün nəzərdə tutulub.
Atəş yığımında fuqaslı, termobarik (hədəfə yüksək təzyiq və temperaturla təsir
göstərən), qəlpəli və yandırıcı təsirli döyüş hissəli qumbara tətbiq olunmuşdur.
Qumbara səngərdən və ya mazğaldan 2 m-ə qədər məsafədə partlama zamanı
səngərlərdə və bunkerlərdə yerləşən canlı qüvvənin məhv edilməsini təmin edir.
Qumbaranın dəldiyi maneənin qalınlığı: homogen zireh – 0,5 m; kərpic – 1,7 m;
dəmir-beton – 1,2 m; taxta-qum – 2,4 m.
40 mm-lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının bir döyüş dəsti 12 ədəd
tank əleyhinə qumbaralı atəş yığımından ibarətdir.
1. Qumbaraatan və atıcı-qumbaraatan köməkçisinin “döyüşə” komandasını
yerinə yetirmələrini diqqətlə izləyin və fərqi izah edin.
2. Qumbaraatanın vəzifəsi haqqında məruzə edin.
3. Qumbaraatanın köməkçisinin vəzifəsi haqqında məruzə edin.
4. Qumbaraatanın yaranma tarixi haqqında təqdimat hazırlayın.
Sual və tapşırıqlar LAYİHƏ
137
Qumbaralar təyinatına, tətbiqetmə
üsuluna
və hədəfə göstərdiyi təsirə görə təsnif
olunur. Təyinatına görə qumbaralar piyada əleyhinə, tank əleyhinə, yandırıcı
və xüsusi (tüstüburaxan, işıqlandırıcı, kimyəvi və siqnalverici) təyinatlı qumbaralara
bölünür.
Əl qumbaraları hədəfə göstərdiyi təsirə görə qəlpəli və kumulyativ qumbaralara
bölünür.
Qəlpəli qumbaralar düşmənin canlı qüvvəsinə yaxın məsafəli döyüşdə qəlpələrlə
zərər vurmaq üçün nəzərdə tutulmuşdur.
Qəlpələrin yayılma məsafəsindən asılı olaraq qumbaralar hücum (RQ-42,
RQD-5, RQN) və müdafiə (F-1; RQO) qumbaralarına bölünür.
Kumulyativ (RKQ-3, RKQ-3E və RKQ-3EM) qumbaralar düşmənin tank və
digər zirehli hədəfləri ilə mübarizə aparmaq, uzunmüddətli və səhra tipli müdafiə
istehkamlarını dağıtmaq üçün nəzərdə tutulmuşdur.
Əl qumbaralarının əsas taktiki-texniki xüsusiyyətləri
Qumbaranın
qısa
şərti işarəsi
Qumbaranın
tam hazır
vəziyyətdə
çəkisi, kq
Partladıcının
markası
Partladıcının

vaxtı (ləngidici
tərkibin yanma
vaxtı), san.
Qəlpələrin
məhvetmə
radiusu
Qumbaranın
orta atılma
məsafəsi,
m
Hücum əl qumbaraları
RQ-42 0,4 (0,42)1 UZRQM və ya
UZRQM-2 3,2–4,2 25 m-ə qədər 30–40
RQD-5 0,32 (0,31)1 UZRQM və ya
UZRQM-2 3,2–4,2 25 m-ə qədər 40–50
RQN 0,31 UDZ ani və ya 3,2–4,2 95–96 m2 40–50
Müdafiə əl qumbaraları
F-1 0,56 (0,60)1 UZRQM və ya
UZRQM-2 3,2-4,2 200 m-ə
qədər 35–45
RQO 0,53 UDZ ani və ya 3,2–4,2 213-286 m2 35–45
Kumulyativ əl qumbaraları
RKQ-3 1,07 (1,115)2 – ani 20 m-ə qədər 15–20
2.4.7. ƏL QUMBARALARI
Hərbçi döyüşdə əl qumbaraları ilə hansı tapşırıqları yerinə
yetirir?
Qumbara latınca “granatus” sözündən
olub, dənəvarı deməkdir.
LAYİHƏ
138
Qəlpəli əl qumbaraları
RQD-5 tipli əl qumbarası məsafəli iş prinsipli qumbara olaraq, düşmənin canlı
qüvvəsinə hücumda və müdafiədə zərər vurmaq üçün nəzərdə tutulub.
Qumbaranı döyüş texnikasından və piyada hərəkət etdikdə müxtəlif vəziyyətlərdən
atmaq mümkündür.
RQD-5 tipli qəlpəli əl qumbarası partladıcı üçün boru ilə gövdə, dağıdıcı atım
və partladıcıdan (zapaldan) ibarətdir.
RQD-5 tipli qəlpəli əl qumbarası:
a – ümumi görünüşü;
b – qumbaranın eninə kəsiyi;
1 – gövdə; 2 – dağıdıcı atım;
3 – partladıcı; 4 – partladıcı üçün
boru; 5 – qalpaq; 6 – qalpağın içliyi;
7 – manjet; 8 – altlıq;
9 – altlığın içliyi; 10 – yiv.
Dağıdıcı atım qumbaranın gövdəsini qəlpələrə parçalamaq, UZRQM tipli partladıcı
isə dağıdıcı atımını partlatmaq üçün nəzərdə tutulub.
Partladıcı zərbə mexanizmi və partladıcı hissələrdən ibarətdir.
Zərbə mexanizmi partladıcının kapsulalışdırıcısını alışdırmaq üçün nəzərdə
tutulub.
RQO və RQN tipli qəlpəli əl qumbaraları
partladıcısız qumbara və UDZ tipli
partladıcıdan
ibarətdir.
RQN tipli əl qumbarası düşmənin canlı
qüvvəsinə
hücumda və müdafiədə, RQO
tipli əl qumbarası düşmənin canlı qüvvəsinə,
əsasən, müdafiə döyüşündə zərər vurmaq
üçün nəzərdə tutulub.
UDZ tipli partladıcı qumbara hədəfə
dəymə zamanı partlayıcı birləşməni partlatmaq
üçün nəzərdə tutulub. Zərbə mexanizmi
işləmədiyi halda partladıcı 3,2–4,2
saniyə müddətindən sonra məsafəli qurğudan partlayır.
RQO və RQN tipli
qəlpəli əl qumbaraları
LAYİHƏ
139
F-1 tipli qəlpəli əl qumbarası düşmənin canlı qüvvəsinə, əsasən, müdafiə
döyüşündə zərər vurmaq üçün nəzərdə tutulub, müxtəlif vəziyyətlərdən və yalnız
sığınacaqdan və döyüş texnikalarından atmaq mümkündür.
F-1 tipli qəlpəli əl qumbarası:
a – ümumi görünüşü; b – eninə kəsiyi:
1 – gövdə; 2 – dağıdıcı atım;
3 – UZRQM tipli partladıcı; 4 – karton giliz
F-1 tipli qəlpəli əl qumbarası gövdə, dağıdıcı atım və UZRQM (UZRQM-2) tipli
partladıcıdan ibarətdir.
Qumbaranın gövdəsi dağıdıcı atımı, partladıcını yerləşdirmək və qumbara
partladıqda
qəlpələrin əmələ gəlməsini təmin etmək üçün nəzərdə tutulub. Qumbaranın
gövdəsi çuqundan tökülmüşdür. Gövdənin üzərində olan eninə və uzununa
yarıqlar partlayış zamanı gövdənin qəlpələrə parçalanmasını təmin etmək üçün
nəzərdə tutulub.
Qumbaranın istifadə olunma qaydası:
a – plastmas tıxacın açılması; b, c – partladıcının bağlanılması; d – qumbaranın əldə
tutulma qaydası; e – qoruyucu milin uclarının düzəldilməsi; f – qoruyucu milin çıxarılması
Qumbara partlayarkən 730 m/san sürətlə uçan 290–515 ədəd məhvedici qəlpə
əmələ gəlir. Qəlpələrin orta çəkisi 0,25 q-dır. Beləliklə, qumbaranın gövdəsinin
38%-i qəlpələrin əmələ gəlməsinə sərf olunur, qalan hissəsi isə metal toza çevrilir.
LAYİHƏ
140
Kumulyati̇v əl qumbaraları
Kumulyativ əl qumbaraları hədəfə 30° bucaq altında dəydikdə 170–220 mm
qalınlığında zirehi dəlir.
RKQ-3E tipli tank əleyhinə
kumulyativ əl qumbarasının
ümumi görünüşü:
1 – gövdə; 2 – partladıcı;
3 – dəstək; 4 – dağıdıcı atım
Qumbaraları müxtəlif vəziyyətlərdən və yalnız sığınacaqdan atmaq mümkündür.
Qumbaranı atmaq üçün onu sağ əllə dəstəyindən elə götürmək lazımdır ki,
atılan qapaq əlin barmaqları ilə dəstəyə kip sıxılsın. Qumbaranı bu vəziyyətdə
saxlayaraq,
qoruyucu milin uclarını düzəldib, sol əlin şəhadət barmağı ilə halqanı dartıb
dəstəkdən ayırmalı və qumbaranı hədəfə atıb dərhal sığınacaqda gizlənmək lazımdır.
1. Sizcə, əl qumbaralarını hücum və müdafiə əl qumbaralarına bölməyə
ehtiyac varmı?
2. Sizcə, F-1 və PQO tipli əl qumbaralarını nə üçün səngərdən (zirehli texnikadan)
atmaq lazımdır?
3. Sizcə, RQO və RQN tipli əl qumbaralarının hədəfə dəymə anında partlamasına
nə ehtiyac var?
4. Sizcə, PKQ-3 tipli əl qumbarasında stabilizatorun əhəmiyyəti nədir?
5. Əl qumbarasının tullanılmasını praktiki yerinə yetirin.
Sual və tapşırıqlar
LAYİHƏ
141
2.4.8. 9 mm-lik MAKAROV TAPANÇASI (PM)
9 mm-lik Makarov tapançası (PM) fərdi hücum və müdafiə silahı olaraq
düşmənin canlı qüvvəsinə qısa məsafələrdə zərər vurmaq üçün nəzərdə
tutulmuşdur.
Tapançanın effektiv atış məsafəsi 50 m-dir. Güllə 350 m-ə qədər məsafədə
məhvetmə qabiliyyətini saxlayır.
Tapançadan atəş aparmaq üçün 9×18 mm-lik adi gülləli tapança patronlarından
istifadə olunur. Bir döyüş dəstinə 24 patron daxil olur.
Tapançanın avtomatik iş prinsipi sərbəst çaxmağın təpmə enerjisinin istifadə
olunmasına əsaslanmışdır.
Tapançaya və onun modifikasiyalarına aşağıdakı adlar və indekslər verilmişdir:
9 mm-lik Makarov
tapançası (PM)
9 mm-lik səssiz
tapança (PB)
9 mm-lik təkmilləşdirilmiş
Makarov tapançası
(PMM)
PM 1993-cü ildə təkmilləşdirilmişdir və hal-hazırda PMM adı altında istehsal
olunur.
Təşkilati-ştat mənsubiyyətinə görə 9 mm-lik PM zabit və gizir heyətini
silahlandırmaq
üçün nəzərdə tutulmuşdur. Bundan başqa, tapança
ştat cədvəli əsasında sıravi heyətin silahlanmasında (sürücü-mexanikləri,
xüsusi təyinatlı
dəstələrin sıravi heyətini və s.) istifadə olunur.
Digər silahlar olduğu halda döyüşdə tapança nəyə lazımdır?
LAYİHƏ
142
9 mm-lik PM, PMM, PB tapançalarının əsas taktiki-texniki xüsusiyyətləri
Xüsusiyyətlər PM PMM PB
1. Nişangah məsafəsi, m 25 25 50
2. Güllənin məhvetmə qabiliyyətini saxlama şərti
ilə uçuş məsafəsi, m 350 415 350
3. Güllənin başlanğıc sürəti, m/san 315 420 290
4. Çapı, mm 9 9 9
5. Lülənin uzunluğu, mm 93 93 105
6. Yivlərin sayı, ədəd 4 4 4
7. Tapançanın uzunluğu, mm 161 169 170
8. Döyüş atış tezliyi, atış/dəq. 30 30 30
9. Maqazinin tutumu, patron 8 12 8
10. Tapançanın boş maqazinlə birlikdə çəkisi, kq 0,73 0,76 0,97
Ümumi quruluşu
9 mm-lik PM aşağıdakı əsas hissə və mexanizmlərdən ibarətdir:
1 – lülə və tətik bəndi ilə çərçivə; 2 – qoruyucu, ekstraktor və vurucu ilə çaxmaq;
3 – qaytarıcı yay; 4 – zərbə-tətik mexanizmi; 5 – vintlə dəstək; 6 – çaxmaq
saxlayıcısı; 7 – maqazin. LAYİHƏ
143
Təchiz olunma dəsti
9 mm-lik PM-in təchiz olunma dəsti ehtiyat maqazindən, silgidən, dəri və ya kirz
qoburdan və dəri qayışdan ibarətdir.
Tapançanın təchiz olunma dəstinə daxil olan ləvazimatlar:
1 – dəri qobur; 2 – ehtiyat maqazin; 3 – silgi; 4 – tapança qayışı
Tapançanın sökülməsi və yığılması
Tapançanın sökülməsi natamam və tam ola bilər.
Natamam sökülmə tapançanı təmizləmək, yağlamaq və baxışdan keçirmək
məqsədilə aparılır.
Tam sökülmə tapança çox çirkləndikdə, yağış və ya qar altında qaldıqda, tapançanın
deqazasiyasını və dezaktivasiyasını apardıqdan sonra, təzə yağ növünə
keçdikdə (mövsümi xidməti keçirmə zamanı) və təmir zamanı aparılır.
Tapançanı sökmə və yığma zamanı aşağıdakı əsas tələblərə riayət etmək lazımdır:
– tapançanın sökülməsi və yığılması masa, səhra şəraitində isə təmiz döşəmə
üzərində aparılmalıdır;
– tapançanın hissə və mexanizmlərini sökülmə ardıcıllığında düzməli, ayrılmış
hissə və mexanizmlərlə ehtiyatla davranmalı, onları bir-birinin üstünə qoymağa və
sökmə zamanı onlara artıq qüvvə və zərbələrin tətbiq olunmasına icazə verilmir;
– tapançanı yığan zaman onun hissələrini digər tapançaların hissələri ilə qarışdırmamaq
üçün yığılan hissələrin nömrələrinə fikir vermək lazımdır. Tapançanın
çaxmağının və başqa hissələrinin nömrələri tapançanın çərçivəsindəki nömrəyə
(nömrə çərçivənin sol tərəfinə vurulmuşdur) uyğun gəlməlidir.
Tapançanın hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq üçün tapançanın
tez-tez sökülməsinə yol verilmir.
“Восток” gəmisində hər kosmonavtın
əşya və ləvazimatlarının
içərisinə PM tipli tapança
qoyulmuşdu. Yəni kosmosda
olan ilk silap məhz PM tapançasıdır.
Bunu bilmək maraqlıdır
LAYİHƏ
144
Qoşunlarda tapançaların yalnız natamam sökülməsinə icazə verilir.
Tapançanın tam sökülməsini yalnız tam sökülmə qaydasını yaxşı bilən
zabit (gizir) heyəti və artilleriya ustaları apara bilər.
Tapançanın natamam sökülməsini aşağıdakı qaydada aparmaq lazımdır:
Maqazin dəstəyin bünövrəsindən çıxarılmalıdır.
Bunun
üçün tapançanı sağ əllə dəstəyindən saxlayaraq,
sol əlin baş barmağı ilə maqazinin rəzəsini arxaya
axıra qədər çəkib, eyni zamanda sol əlin şəhadət
barmağı ilə maqazinin qapağının qabaq çıxıntılı hissəsindən
aşağı çəkərək, maqazini dəstəyin bünövrəsindən
çıxarmaq
lazımdır.
Maqazinin dəstəyin bünövrəsindən çıxarılması ►
Lülənin patron yuvasında patronun olub-olmaması yoxlanılmalıdır.
Çaxmağı çərçivədən ayırmalı. Bunun üçün:
– tapançanı dəstəyindən sağ əldə saxlayaraq, sol əlin baş və şəhadət barmaqları
ilə tətik bəndini aşağı çəkib sola əyərək çərçivəyə elə dirəmək lazımdır ki, bənd
bu vəziyyətdə qalsın. Tapançanın sökülməsini davam etdirən zaman tətik bəndini
göstərilən vəziyyətdə sağ əlin şəhadət barmağı ilə saxlamaq lazımdır;
– sol əllə çaxmağı arxaya axıra qədər çəkib, arxa ucunu bir qədər qaldırıb onun
irəli, qaytarıcı yayın təsiri altında hərəkət etməsinə imkan verilməlidir;
– çaxmaq çərçivədən ayrılıb tətik bəndi öz yerinə qaytarılmalıdır.
Tətik bəndinin aşağı çəkilməsi Çaxmağın çərçivədən ayrılması
LAYİHƏ
145
Qaytarıcı yayı lülənin üzərindən çıxarmaq üçün sağ əllə çərçivəni dəstəyindən
saxlayıb qaytarıcı yayı sol əllə özünə tərəf fırladaraq lülənin üzərindən
çıxarmaq lazımdır.
Tapançanın natamam sökülmədən sonra yığılma qaydası
Tapançanın natamam sökülmədən sonra yığılması əks qaydada aparılır.
Qaytarıcı yayı lülənin üzərinə keçirmək üçün sağ əllə çərçivəni dəstəyindən
saxlayıb sol əllə qaytarıcı yayı kiçik diametrli tərəfi ilə lülənin üzərinə keçirmək
lazımdır.
Çaxmağı çərçivəyə birləşdirmək üçün:
– çərçivəni dəstəyindən sağ əldə, çaxmağı isə sol əldə saxlayaraq, qaytarıcı
yayın azad ucunu çaxmağın kanalına keçirib (a), çaxmağı axıra qədər arxaya elə
çəkmək lazımdır ki, lülənin ağız hissəsi çaxmağın kanalından kənara çıxsın (b);
Qaytarıcı yayın azad ucunun
çaxmağın kanalına keçirilməsi (a)
Çaxmağın çərçivəyə birləşdirilməsi
(tətik bəndini aşağı çəkmədən) (b)
– çaxmağın arxa ucunu aşağı salaraq çərçivəyə elə oturtmaq lazımdır ki,
çaxmağın uzununa çıxıntıları çərçivənin yönəldici yarıqlarında yerləşsin;
– çaxmağı çərçivəyə sıxaraq buraxmaq lazımdır. Çaxmaq qaytarıcı yayın təsiri
altında ön vəziyyətə qayıtmalıdır;
– qoruyucunun dəstəyini yuxarı qaldırıb, tapançanı qoruyucuya qoymaq lazımdır.
Qeyd. Çaxmağı çərçivəyə birləşdirmək üçün tətik bəndini aşağı çəkib əymək
vacib deyil. Bunun üçün çaxmağı arxa vəziyyətə çəkib arxa ucunu yuxarı axıra
qədər elə qaldırmaq lazımdır ki, çaxmağın ön aşağı divarı onun arxaya hərəkətini
məhdudlaşdıran tətik bəndinin çıxıntısının üstünə çıxsın (b) və bu zaman çaxmağı
çərçivəyə sıxaraq buraxmaq lazımdır.
Maqazini dəstəyin bünövrəsinə keçirmək üçün:
– tapançanı sağ əldə saxlayaraq, sol əlin baş və şəhadət barmaqları ilə maqazin
dəstəyin bünövrəsinin aşağı pəncərəsindən keçirilməlidir; LAYİHƏ
146
◄ Maqazinin dəstəyin bünövrəsinə keçirilməsi
– sol əlin baş barmağı ilə maqazinin qapağını elə sıxmaq
lazımdır ki, rəzə (döyüş yayının aşağı ucu) maqazinin arxa
divarındakı çıxıntısının arxasına keçsin. Maqazinin rəzəyə
oturması şıqqıltı səsi ilə müşahidə olunur. Əlin ovucu ilə
maqazinə zərbə endirmək qadağandır.
Tapança ilə düzgün davrandıqda və ona lazımi qaydada qulluq etdikdə onun
hissə və mexanizmləri uzun müddət etibarlı işləyir. Lakin mexanizmlərin çirklənməsi
və tapança ilə səliqəsiz davranma səbəblərindən, həmçinin patronlar nasaz
olduğu hallarda atış zamanı müxtəlif növ ləngimələr yarana bilər.
Əgər atış zamanı ləngimə baş verərsə, onda ləngiməni tapançanı yenidən doldurmaqla
aradan qaldırmaq lazımdır. Əgər yenidən doldurmaqla ləngiməni aradan
qaldırmaq mümkün deyilsə, onda ləngimənin səbəbini araşdırıb aradan qaldırmaq
lazımdır.
1. Sizcə, 9 mm-lik PM tipli tapança nə üçün düşmənin canlı qüvvəsinə qısa
məsafədə zərər vurmaq üçündür? Fikrinizi nümunələrlə əsaslandırın.
2. Respublikamızda istehsal olunan tapançalar haqqında təqdimat hazırlayın.
3. PM tipli tapança ilə respublikamızda istehsal olunan “Zəfər”, “İnam”
tapançalarını müqayisə edin.
4. Sizcə, sürücü-mexanikləri 9 mm-lik PM tipli tapança ilə silahlandırmaq
nə qədər məqsədəuyğundur?
5. Tapançanın hissə və mexanizmlərinin uzun müddət etibarlı işləməsi üçün,
sizcə, nə etmək lazımdır?
Sual və tapşırıqlar
LAYİHƏ
147
2.5.1. HƏRBİ TOPOQRAFİYA
Ərazinin relyefi və coğrafi obyektlər haqqında məlumatların əsas mənbəyi topoqrafik
xəritələr və aerofotoşəkillərdir. Bunlarla yanaşı, ərazi həmçinin bilavasitə baxış
keçirilməklə və çöl ölçmələrini yerinə yetirməklə də öyrənilir. Çöl ölçmələri çox
zaman səmtlənmə, hədəflərin və digər obyektlərin yerinin təyinində, atəşin aparılmasında
və s. hallarda yerinə yetirilir.
Hərbi topoqrafiyanın əsas vəzifəsi döyüşün aparılması, qoşunların idarə edilməsi,
silah və texnikadan səmərəli istifadə olunması və mürəkkəb döyüş şəraitində
şəxsi heyətin səmtləndirilməsi məqsədilə ərazinin öyrənilməsidir.
Hərbi topoqrafiyanın vəzifələrindən biri də topoqrafik təminatdır. Xəritə, plan,
aerofotoşəkil və digər kartoqrafik materialların hazırlanması, onların vaxtında qoşunlara
çatdırılması topoqrafik təminatın mahiyyətini təşkil еdir.
Hərbi topoqrafiya bir mənbə olaraq geodeziya elminə söykənir və coğrafiya,
astronomiya, fizika, mexanika kimi elmlərin nailiyyətlərindən bəhrələnir.
Çoxsaylı müharibələrin təcrübəsi belə deməyə əsas verir ki, ərazinin dərindən
öyrənilməsi, gecə və gündüz istənilən hava şəraitində hərəkətetmə və səmtlənmə
bacarığı, xəritələrdən bacarıqla istifadə edilməsi döyüşdə uğur qazanmaq üçün
başlıca şərtlərdən biridir.
Ərazi dedikdə Yerin fiziki səthinin bir hissəsi və üzərindəki obyektlər nəzərdə
tutulur. Hərbi termin olaraq ərazi dedikdə – döyüşün aparılacağı
və döyüş tapşırığının yerinə yetiriləcəyi planlaşdırılan sahə nəzərdə
tutulur. Ərazi döyüş şəraitinin elementlərindən biri olmaqla döyüş əməliyyatlarının
təşkilinə və aparılmasına böyük təsir göstərir.
Yеrin fiziki səthindəki qırışlar – relyef, üzərindəki təbii və insan fəаliyyəti
nəticəsində yаrаdılmış obyektlər (çaylar, meşələr, yaşayış məntəqələri və s.)
isə yerli əşyalar və ya ərаzi оbyеktləri adlanır.
Topoqrafik biliklər orduda şəxsi heyətin döyüş hazırlığında mühüm
rol oynayır. Məlumdur ki, ərazi döyüş şəraitinin əsas və ayrılmaz
amillərindən biri olmaqla qoşunların döyüş fəaliyyətinə əhəmiyyətli
dərəcədə təsir edir.
Döyüş tapşırığının uğurla yerinə yetirilməsi nə zaman mümkündür?
Fəsil 5. Hərbi topoqrafiya
LAYİHƏ
148
Ərazinin xüsusiyyətləri
Dünyada baş verən müharibələrin, eləcə də ölkəmizdə Dağlıq Qarabağ uğrunda
gedən döyüşlərin təcrübəsi əyani şəkildə göstərir ki, ərazi faktorundan bacarıqla
istifadə edərək silah və texnikanı səmərəli tətbiq edən tərəfin uğur qazanmaq şansı
daha çoxdur.
Döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının
tətbiqi imkanlarına görə ərazi bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə
onun keçilmə imkanı, qoruyucu xüsusiyyətləri, səmtlənmə şəraiti, müşahidə şəraiti,
maskalayıcı xüsusiyyətləri, atəşaçma şəraiti, mühəndis təchizatı şəraiti daxildir.
Ərazinin keçilmə imkanı qoşunların, əsasən, döyüş texnikası və nəqliyyat vasitələrinin
ərazidə hərəkətinə təsir edən xüsusiyyətdir.
Qoruyucu xüsusiyyətlər adi və kütləvi qırğın silahlarının öldürücü amillərinin
təsirini zəiflədən, qoşunların mühafizəsinin təşkilini аsаnlаşdırаn ərazi xüsusiyyətləridir.
Bu xüsusiyyətlər relyefin və bitki örtüyünün, eləcə də ərazidə müxtəlif təbii
və süni sığınacaqların mövcudluğu ilə müəyyən edilir.
Ərazinin qoruyucu xüsusiyyətlərindən bacarıqla istifadə edilməsi müasir döyüşün
təşkilinə qоyulаn əsas tələblərdən biridir.
Səmtlənmə şəraiti cəhətlərə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza
və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin
təyin edilməsini asanlaşdıran xüsusiyyətlərdir.
Müşahidə şəraiti düşmənin mövqеyi, onun qüvvə və vasitələri haqqında məlumatların
əldə еdilməsinə yardım edən xüsusiyyətlərdir. Bu хüsusiyyətlər ərazinin
görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir və relyefin, bitki örtüyünün,
yaşayış məntəqələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən,
еləcə də meteoroloji şəraitdən asılıdır.
Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə
qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar.
Maskalayıcı xüsusiyyətlər şəxsi heyətin və döyüş texnikasının mövqеyini və
yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir.
Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün
əlverişli şərait yаrаtmаqlа yаnаşı, həm də onların gizli hərəkət etməsinə və arxa
cəbhə ilə əlaqə saxlamasına imkаn yаrаdır.
Ərazinin maskalayıcı хüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava
şəraitindən asılıdır. Belə ki, enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü
müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası
qar örtüyü fonunda asanlıqla seçilir.
LAYİHƏ
149
Atəşaçma şəraiti atəş vasitələrinin düşməndən gizli olaraq yerləşdirilməsini, toplardan
və atıcı silahlardan mümkün qədər uzaq məsafələrin atəşə tutulmasını təmin
edən ərazi xüsusiyyətləridir.
Mühəndis təchizatı şəraiti torpağın tipindən, qrunt sularının səviyyəsindən, tikinti
materiallarının mövcudluğundan, həmçinin təbii və süni daldalanacaqların, maneələrin
xarakterindən asılıdır. Bir çox hallarda səngərlərin, xəndəklərin qazılması, şəxsi
heyət və hərbi texnika üçün sığınacaqların tikilməsi zаmаnı görüləcək işlərin həcmi,
əsаsən, torpağın tipi, оnun vəziyyəti ilə müəyyən edilir.
Topoqrafik xəritə haqqında ümumi anlayış
Topoqrafik xəritə – yer səthinin tamamilə və ya hər hansı bir hissəsinin
istənilən miqyasda kiçildilmiş və xüsusi şərti işarələrlə müstəvi üzərində
cızılmış təsviridir.
Müasir kompüter texnologiyaları ilə tərtib edilmiş rəqəmsal xəritələr topoqrafik
səthin təsvirini yüksək dəqiqliklə əks etdirmək qabiliyyətinə malikdir. Topoqrafik xəritələr
əsas döyüş sənədi kimi yer səthi haqqında dəqiq məzmunu və təfsilatı şərti
işarələrlə əks etdirir.
Topoqrafik (rəqəmsal) xəritələrdən yer səthinin öyrənilməsində və qiymətləndirilməsində,
müxtəlif məsələlərin həllində – məsafələrin, koordinatların, bucaqların, LAYİHƏ
150
sahənin, yüksəkliklərin, nisbi yüksəkliyin, qarşılıqlı görünmənin, dikliyin, yamacların
tiplərinin və s. ölçülməsi və təyinində geniş istifadə edilir. VI sinfin coğrafiya dərsliyində
topoqrafik xəritələr haqqında geniş məlumat verilmişdir.
Topoqrafik xəritələrdə obyektlərin təsviri – şərti işarələr
Yer səthinin quruluşu və səth üzərindəki obyektlər və bitki örtüyü şərti işarələrlə
göstərilir. Şərti işarələr üç qrupa bölünür – xətti (yollar, çaylar, boru və su, neft kəmərləri,
elektrik xətləri və s.), miqyassız kiçik obyektlər (quyular, qüllələr, kurqanlar
və s.), sahəvi (meşələr, əkin sahələri və s.). Bütün şərti işarələrin uyğun olaraq obyektə
görə xüsusiyyətləri xəritədə öz əksini tapır, məs., meşələrin təsvirində ağaclar
haqqında məlumat, çayın eni, dərinliyi, axma sürəti və s.
1. Müşahidə etdiyiniz ərazinin krokisini hazırlayın.
2. Müşahidə şəraiti hansı imkanlar yaradır?
3. 149-cu səhifədə verilən şəkildə (məktəbdə imkan varsa, ərazini özünüz
təyin edin) ərazinin maskalayıcı, qoruyucu xüsusiyyətləri, müşahidə və atəşaçma
şəraiti barəsində məruzə edin.
4. Hərbidə istifadə olunan topoqrafik xəritələr, əsasən, hansılardır?
5. Topoqrafik xəritələrdə şərti işarələrin mənasını izah edin.
Sual və tapşırıqlar
LAYİHƏ
151
91.6 Dövlət geodeziya şəbəkəsinin məntəqəsi
qaz
Neft və qaz qüllələri
neft
Neft və qaz mədənləri (qülləsiz)
Yanacaqdoldurma məntəqəsi
Transformator köşkü
Külək mühərrikləri
Qüllə tipli əsaslı tikili
Yüngül tipli qüllələr (müşahidə qülləsi və s.)
İynəyarpaqlı meşə
Enliyarpaqlı meşə (fıstıq, palıd, vələs və s.)
Qarışıq meşə
1,8  Mayak LAYİHƏ
152
2.5.2. ƏRAZİDƏ XƏRITƏSIZ SƏMTLƏNMƏ
Səmtlənmənin mahiyyəti və üsulları
Bir şəxsi hər hansı istiqamətə yönləndirmək üçün, adətən, sağa, sola, irəliyə, geriyə
kimi sözlərdən istifadə edilir. Hərb işlərində isə dünyanın hər bir yerində başa
düşülən 4 əsas cəhət – şimal, cənub, şərq, qərb (səmtləri) tətbiq edilir. Başlanğıc
kimi, əsasən, şimal istiqaməti, həqiqi (coğrafi), maqnit və ox meridianları qəbul edilir.
Cəhətlərə uyğun olaraq dayanma nöqtəsinin və digər yer səthi obyektlərinin
(oriyentirlərin),
hərəkət istiqamətinin, düşmənin mövqeyinin, mühəndis qurğularının
və s.
vəziyyəti təyin edilir.
Səmtlənmə ümumi və müfəssəl (daha dəqiq) olaraq həyata keçirilir.
Ümumi səmtlənmədə təxmini tərtib edilmiş sxem (yaşayış məntəqələrinin
siyahısı, digər oriyentirlər) əsasında aparılır.
Müfəssəl səmtlənmə dayanma nöqtəsi, istiqamət üzrə hərəkət daha dəqiq
təyin edilir.
Səmtlənmədə geniş tətbiq edilən azimut bucağı meridianın şimal ucundan başlayaraq
saat əqrəbinin hərəkəti boyu verilmiş istiqamətə qədər ölçülən bucaqdır,
0º-dən 360º-ə arasında dəyişir.
Həqiqi (coğrafi) meridianın şimal ucundan başlayan və saat əqrəbinin hərəkəti
boyu ölçülən bucaq həqiqi azimut (Ahəq.) uyğun olaraq maqnit meridianı üzrə isə
maqnit azimutu (Amaq.) adlanır.
Yer səthində bütün hallarda səmtlənmə işləri ümumi vəziyyəti nəzərə almaqla,
kompasla, səma cisimlərinin müşahidəsi nəticəsində və digər əlamətlərə görə
həyata keçirilir.
Oriyentirlər yerli obyektlərdən, relyefin elementlərindən, hədəflərin vəziyyətinə
görə seçilir. Oriyentir rənginə, formasına görə asanlıqla döyüşçülər tərəfindən müşahidə
edilən olmalıdır. Onlar sahəvi (meşə, göl, bataqlıq), xətti (yollar, çaylar, kanallar,
elektrik xətləri və s.), nöqtəli (qüllələr, dirəklər, zirvələr və s.) olmaqla döyüş zamanı
çox dəyərli obyektlər sayılır.
Oriyentirlərin təbii şəraitdən (gecə zamanı, qışda) asılı olaraq müşahidə əlamətləri
dəyişir (məs., rəngləri və s.)
Döyüşdə atəşin və bölmələrin idarə olunmasında səmtlənmənin
rolu nədən ibarətdir?
LAYİHƏ
153
Gecələr müşahidə üçün xüsusi cihazların tətbiqində oriyentirlərin rəngi dəyişir,
qara-ağ təsvir bu halda üstünlük təşkil edir.
Cəhətlərin təyinində ən çox tətbiq edilən cihaz kompasdır və işçi vəziyyətdə
onun maqnit əqrəbi Şimal və Cənub istiqamətlərinə yönəlmiş olur.
Kompasın köməyi ilə maqnit azimutu təyin
edilir. Kompaslar, əsasən, üç cürdür: maqnit, hirokompas,
elektron kompas. Hərbi əməliyyatlarda
hərəkət istiqamətini, səmtlənməni təyin etmək
üçün sadə maqnit kompasları daha geniş tətbiq
edilir. Müasir cib telefonlarında cəhətlərin təyini
üçün xüsusi (çox sadə) proqram mövcuddur.
Səmtlənmədə əsrlər boyu göy cisimlərindən
– Günəşdən, Aydan, Qütb ulduzundan
və s. ulduzlardan
geniş istifadə edilib. Bir çox döyüş
əməliyyatlarında yer səthindəki təbii və ya süni
obyektlərin əlamətlərindən istifadə edərək cəhətləri
tapmaq mümkündür. Məsələn:
• Ağacların, kötüklərin, daşların şimal hissələri mamırla örtülü olur (nəmişlik
çoxdur).
• Ağacın gövdəsinin səthi (qabığı) şimaldan kobud, cənubdan isə hamar olur.
• Şimal yamaclarda ot bitkisi daha sıx olur.
• Qarışqa yuvalarının şimalı dik, cənubu isə hamar olur (müxtəlif fəsillərdə, məsələn,
qışda bu əlaməti görmək çətinləşir). LAYİHƏ
154
• Yazda cənub yamaclarda qar daha tez əriyir.
• Dumanlı havada ağacların, yer səthindəki müəyyən əşyaların (daşların) şimal
hissəsi yaş olur, cənub hissəsi isə quru. Bu əlamət həmçinin qayalıqlarda müşahidə
olunur – torpaq örtüyü şimalda nəm, cənubda isə quru olur.
Qarışqa yuvasına, kəsilmiş ağacların yaş halqalarına və
budaqlardakı qarın miqdarına görə cəhətlərin təyin edilməsi.
Azərbaycan ərazisindən təxminən cənub – qiblə, yəni Məkkə şəhərinin istiqamətinə
görə cəhətləri təyin etmək olar. Müsəlmanlarda qiblənamə adlanan kompasa
bənzər cihaz tətbiq edilir. Xristian ölkələrində kilsələrin üzərində bərkidilmiş
xaça, qəbiristanlıqda qəbirlərin vəziyyətinə və digər əlamətlərə görə səmtlərin təyini
mümkündür.
Səmtlənmə zamanı hədəf göstərmədə istiqamətlər arasında üfüqi (şaquli) bucaqları
ölçürlər. Bu halda bucaqölçən cihazlar və ya gözəyarı ölçmə işləri tətbiq edilir.
Bucaqların ölçülməsində müxtəlif qurğular, cihazlar (durbin), xətkeşlər, kompas və s.
tətbiq edilə bilər.
İstiqamətlərin hədəfə doğru üfüqi bucağının – maqnit azimutunun təyinində kompas
tətbiq edilir.
Məsafələrin təyinində tətbiq edilən sadə üsullar aşağıdakılardır:
• Gözəyarı;
• Spidometrlə;
• Yerli obyektlərin bucaq və xətti ölçülərinə görə;
• İşığın sürəti və səsin nisbi eşidilməsi ilə;
• Səsin eşidilməsi ilə (hənirti və digər səslərin qəbulu);
• Hərəkət sürəti və vaxtla;
• Yer səthində həndəsi ölçmələrlə;
• Addımlarla (addımölçənlə);
• Müasir aparatlarla (cib telefonu, GPS və s.) LAYİHƏ
155
Yer səthində xəritə üzrə səmtlənmə
Xəritə – yer səthində səmtlənmə üçün əsas vasitədir.
Topoqrafik xəritə yer səthində, tanış olmayan ərazidə ən etibarlı sənəddir. Onun
köməyi ilə çevik və dəqiq mövqeyi, hərəkət istiqamətini təyin etmək mümkündür.
Xəritə xətti obyektlərə, oriyentirin istiqamətinə, kompasla, səma cisimlərinə görə
səmtlənir.
Xəritə üzrə səmtlənmədə yer səthində olan obyektlər (oriyentirlər) xəritə ilə
tutuşdurulur, dayanma nöqtəsi təyin edilir, uzaqda yerləşən obyektlər uzlaşdırılır
(zirvələr, şiş qayalıqlar və s.)
Xəritəni səmtləndirmək onu üfüqi vəziyyətdə şimal istiqamətinə yönəltmək deməkdir.
Bu halda şərti işarələrlə yer səthindəki obyektlər asanlıqla müşahidə edilir
ki, bu da səmtlənmənin əsasını təşkil edir.
● Xətti oriyentirlərə görə səmtlənmədə xəritədəki xətti obyekt yer səthindəki
obyektlə tutuşdurulur. Bu səmtlənmə təxmini və ya dəqiq həyata keçirilə bilər. Təxmini
səmtlənmə obyektlə şərti işarənin tutuşdurulmasından, dəqiq isə xəritədə xətti
obyekt boyu vizir xətkeşinin yerləşdirilməsi və tuşlanması ilə aparılır. Bütün hallarda
sağda və solda yerləşən obyektlərin (zirvə, tək ağac, göl və s.) yerləri dəqiqləşdirilir.
● Oriyentir istiqamətində səmtlənmədə həmçinin xətti oriyentir nəzərə alınır. Bu
halda fərqli olaraq uzaqda yerləşən oriyentirin istiqaməti vizir xətkeşi və ya karandaşın
tuşlanması ilə başa çatır.
● Topoqrafik xəritədə dayanma nöqtəsi naməlum və oriyentirlərin görünmədiyi
zaman kompasla səmtlənmə həyata keçirilir. Təxmini səmtlənmədə əvvəlcə şimal
istiqaməti kompasla müəyyən edilir, sonra bu istiqamətdə hər hansı bir oriyentir
seçilərək xəritə həmin səmtə çevrilir.
Dəqiq səmtlənmə kompasın hesab
göstəricisi əsasında aparılır.
İnhiraf ərəb sözü olub,
mənası yayınma
deməkdir.
LAYİHƏ
156
Xətti oriyentirlərə görə səmtlənmə
Səma cisimlərinə (Günəşə, Qütb ulduzuna,
Aya) görə xəritəni təxmini səmtləndirmək
olur. Bu cisimlərə görə şimal istiqaməti,
sonra isə səthdə olan obyektlərə (oriyentirlərə)
uyğun olaraq xəritə şimala səmtlənir.
Xəritənin
yer səthi ilə uzlaşdırılmasında
ən müasir texnologiyalar
– GPS qurğuları,
yəni mövqe təyinetmə sistemləri
daha geniş
istifadə edilir. Bütün hallarda təyin olunan
koordinatlar son nəticədə xəritə üzərində
qeyd edilir, əhatə olunan obyekt və
oriyentirlərlə səmtləşdirilir.
1. Maqnit əqrəbinin inhirafı nədir?
2. Topoqrafik xəritələrdə düzbucaqlı koordinatları təyin edin (x və y).
3. Topoqrafik xəritələrdə yüksəklikləri horizontallara görə təyin edin.
4. Meyilliyin – yamacın dikliyini təyin edin.
5. 1:25000 miqyaslı xəritədə iki obyekt arasında məsafə 25 mm-dir. Ərazidə bu
məsafə nə qədərdir?
Sual və tapşırıqlar
Kölgənin vəziyyətinə görə səmtlənmə LAYİHƏ
157
2011-ci il üçün inhiraf şərqə doğru 6°12ˊ(1-03). Meridianların orta yaxınlaşması qərbə doğru 2°24ˊ(0-40).
Bussol koordinat şəbəkəsinin şaquli xətlərilə üst-üstə qoyulduqda maqnit əqrəbinin orta inhirafı şərqə
doğru 8°36ˊ(1-43). İnhirafın illik dəyişməsi 0°02ˊ (0-01).Maqnit azimutuna keçərkən direksion bucağına
təshih mənfi (1-43).
Qeyd: Mötərizədə bucaqölçən alətin bölgüləri göstərilmişdir (bir bölgü =3ˊ, 6).
2011-ci ildə plana alınıb və
çapa hazırlanmışdır.
SQ Hərbi Topoqrafiya Xidməti.
Redaktor : b/l-t Məmmədov T.Z.
2°24ˊ
6°12ˊ
–(1–43)
şəbəkə xətti
həq.merid.
maq. merid.
Bütov horizontlar 2 metrdən bir keçirilmişdir.
Baltik yüksəklik sistemləri
Həsmə yüksəkliyi
2 m
Həsmə yüksəkliyi
10 m
1 santimetrə 250 metr
LAYİHƏ
158
2.5.3. AZİMUT İSTİQAMƏTİNDƏ HƏRƏKƏT
Tanış olmayan ərazidə yollardan kənarda – meşə, çöl, səhra və oriyentirlərin az
olduğu digər rayonlarda, həmçinin gecə vaxtı, dumanda və digər məhdudgörmə
şəraitində hərəkət istiqaməti kompasın və ya naviqasiya cihazlarının köməyi ilə
düzgün saxlanılır. Məsafələr isə addımla və ya spidometrlə ölçülür. Bunun üçün
əvvəlcədən xəritəyə əsasən hərəkət marşrutu seçilir, yolun hər bir hissəsinin ayrıayrılıqda
uzunluğu və maqnit azimutu təyin edilir. Zəruri hallarda xəritə olmadıqda
azimutla hərəkətə müraciət edirlər. Azimutla hərəkət, əsasən, piyada yürüşdə tətbiq
edilir.
Azimutu təyin etmə vasitələri – Adrianov kompası
Adrianov kompası ilə maqnit azimutunu
təyin etmək üçün üzü yerli obyektə (hədəfə)
doğru dayanmaq, kompası əldə üfüqi vəziyyətdə
tutmaq, əyləci buraxaraq əqrəbi sərbəst
vəziyyətə gətirmək, kompası üfüqi müstəvidə
döndərərək limbin sıfır bölgüsünü əqrəbin şimal
ucunun qarşısına gətirmək, fırlanan
qapağı
çevirərək gəz və arpacıqdan yerli obyekti
(hədəfi) nişan almaq, arpacığın qarşısındakı
hesab göstəricisinə əsasən şkala üzərində uyğun
gələn bölgünün qiymətini oxumaq lazımdır.
Bölgünün qiyməti verilmiş istiqamətin maqnit
azimutudur.
Şəkildə tək ağaca olan istiqamətin maqnit
azimutu 330°-dir.
Adrianov kompası ilə işləyərkən onu göz
səviyyəsindən 10–12 sm aşağıda saxlamaq
lazımdır. Dəqiq nişan almaq məqsədilə onu göz səviyyəsinə qaldırmaq məsləhət
görülmür. Çünki bu zaman kompasın səmti pozulur (limb və əqrəb görünmür).
Kompasın köməyi ilə azimut bucağının təyinində dəqiqlik 2-3°-dir.
Adrianov kompası ilə maqnit
azimutunun təyini
Azimutla hərəkətin mahiyyəti kompas vasitəsilə verilmiş istiqaməti
tapmaq, onu saxlamaq və ya təyin edilmiş istiqamət üzrə qeyd
edilmiş məntəqəyə dəqiq çatmağı bacarmaqdan ibarətdir.
Maqnit azimutu nədir?
LAYİHƏ
159
Dayanma nöqtəsindən yerli obyektə olan istiqamətin azimutu düz azimut
adlanır. Bəzi hallarda, məsələn, yolu geriyə qayıtmaq üçün tərs azimutu
hesablamaq
lazım gəlir.
Düz azimut 180°-dən az olduqda tərs azimutu tapmaq üçün onun üzərinə 180°
əlavə edilir, çox olduqda isə 180° çıxılır. Verilmiş şəkildə tərs azimut
(tək ağacdan
dayanma nöqtəsinə) gəzin qarşısındakı hesaba, yəni 150°-yə bərabərdir.
Azimut üzrə hərəkətetmə qaydası
Azimutla hərəkət üçün lazım olan məlumatlar (marşrutun dönmə nöqtələri
arasındakı istiqamətlərin maqnit azimutları və məsafələr) böyükmiqyaslı topoqrafik
xəritədən əldə edilir.
Marşrutun istiqamətləri ərazinin xarakterik formasından, oriyentirlərin sayından
və qarşıdakı hərəkət şəraitindən asılıdır. Əsas məsələ – tez bir zamanda təyin olmuş
rayona (obyektə) gətirib çıxara bilən marşrutun seçilməsidir. Еyni zamanda çalışmaq
lazımdır ki, marşrutda döngələrin sayı az olsun. Marşrutun döngə nöqtələri
ərazidə asanlıqla seçilən və yaddaqalan oriyentirlərin yanında nəzərdə tutulmalıdır
(qülləvarı tikililər, yol ayrıcları, körpülər, geodeziya məntəqələri və s.).
Oriyentirlər arasındakı məsafələr gündüz vaxtı piyada hərəkət üçün 1-2 km-dən
artıq olmamalıdır. Gecə vaxtı hərəkət üçün məsafələr daha qısa, oriyentirlərin sayı
daha çox olmalıdır.
Seçilmiş oriyentirlər dairə içinə alınır və düz xətlərlə birləşdirilir.
Azimutla hərəkət üçün marşrutun seçilməsi
Marşrutun başlanğıc nöqtəsi, döngə oriyentirləri və son nöqtəsi xəritədən təmiz
kağız vərəqinə köçürülür. Oriyentirlərin sxemdəki qarşılıqlı yerləşməsi və şərti işarələri
xəritədəki kimi olmalıdır. Oriyentirləri nömrələdikdən sonra onlar düz xətlərlə
birləşdirilir. Hər xəttin qarşısında hərəkət üçün ilkin məlumatlar kəsr şəklində yazılır:
surətdə – maqnit azimutu, məxrəcdə – məsafə. Əgər azimutla hərəkət piyada yerinə
yetiriləcəksə, onda metrlər cüt addım sayına çevrilərək mötərizədə yazılır. Bundan
LAYİHƏ
160
sonra sxemdə şimal-cənub oxu və hərəkət zamanı istifadə oluna biləcək marşrut
boyu və marşrutdan kənar əlavə və köməkçi oriyentirlər göstərilir.
Ərazidə, xüsusilə qapalı sahələrdə
düzxətt
üzrə hərəkət etmə bacarığı
böyük
əhəmiyyət
kəsb edir. Açıq və yarıqapalı
ərazilərdə
bu məqsədlə uzaqdan
yaxşı görünən
oriyentirlərdən
(qülləvarı
və tək tikililər, relyef
formaları və s.) istifadə
olunur. Yarıqapalı
ərazidə oriyentirlərin
gözdənitmə
ehtimalını nəzərə alaraq,
göstərilmiş,
yaxud seçilmiş oriyentirin
(yerli obyektin) yanına dəqiq gəlib çatmaq
üçün onunla başlanğıc nöqtə arasında
yol boyu görünən oriyentir təyin
edilir. Ona çatdıqdan sonra gedilən istiqamətdə
yeni oriyentir seçilir. Belə oriyentirlərə
aralıq oriyentirlər deyilir. Hərəkət
istiqamətini
həmçinin köməkçi oriyentirlər
sayılan səma cisimlərinə görə – gündüzlər
Günəşə, gecələr Aya və parlaq
ulduzlara görə saxlamaq
olar. Qapalı
ərazidə uzunmüddətli
hərəkət zamanı
Günəşin və Ayın səmada saatda 15°
yerlərini dəyişmələrini
nəzərə almaq
lazımdır.
Hərəkət
zamanı yaxşı seçilən
yüksək dağ zirvələri də köməkçi oriyentir
kimi istifadə oluna bilər.
Başlanğıc nöqtədə kompasla tələb olunan hərəkət istiqaməti müəyyən edilir,
sonra bu istiqamətdə yеrləşən aralıq oriyentir seçilir və kompasın əqrəbini əyləcə
qoyaraq mümkün qədər düz xətt üzrə hərəkətə başlanılır. Aralıq oriyentirə çatdıqda
yеnidən kompasla hərəkət istiqaməti təyin edilir, növbəti aralıq oriyentir seçilir və
ona doğru hərəkət davam еtdirilir. Beləliklə, marşrutun birinci döngə nöqtəsinə qədər
məsafə bu ardıcıllıqla qət edilir. Bu qayda ilə bütün aralıqlarda hərəkətlər təkrarlanır.
Aralıq oriyentirlər görünmədikdə
hərəkət istiqaməti kompasla saxlanılır. Hərəkət
istiqamətini saxlamaq üçün həmçinin xətti oriyentirlərdən və izlərdən istifadə edilir.
Açıq ərazidə hərəkət istiqamətini düz saxlamaq üçün özündən arxada müəyyən
intervallarla payalar basdıraraq qapayıcı xətt üsulundan istifadə etmək olar. Geridə
buraxılmış nişanlara hərdənbir baxaraq hərəkət istiqamətini onlara görə tənzimləyirlər.
Azimutla hərəkət sxemi
LAYİHƏ
161
Əgər həmin marşrutla geriyə qayıtmaq zərurəti yaranarsa, onda bütün sahələr
üzrə hərəkət istiqamətinin azimutunu tərs azimutlara çevirmək lazımdır. Geriyə yolu
asan tapmaq üçün tək və daha çox diqqəti cəlb edən yerli obyektləri yadda saxlamaq,
yaxud yol ayrıclarında, meşə mərzlərinin kəsişmələrində, kolluqlarda işarələr
qoymaq lazımdır.
Azimutla hərəkətdə diqqəti cəlb edən bəzi xüsusiyyətlər
Marşrut üzrə hərəkət zamanı bəzi ərazi хüsusiyyətlərini nəzərə alaraq marşruta
düzəlişlər еtmək lazım gəlir:
- insanın bir ayağı ilə atdığı addım digər ayağın addımından kiçik olduğu üçün
özündən asılı olmayaraq hərəkət istiqamətindən kənara çıxır;
- bir qayda olaraq, ərazidəki məsafələr xəritədə ölçülmüş məsafələrdən böyük
olur. Dərəli-təpəli ərazidə bu fərq xüsusilə böyükdür. Ona görə də relyefə uyğun
olaraq məsafələrə düzəlişlər edilməlidir;
- hər bir şəxs öz addımının uzunluğunu bilməlidir. Bunun üçün uzunluğu dəqiq
məlum
olan bir məsafə irəli və geri addımlanır və addımın orta uzunluğu hesablanır.
Addımın orta uzunluğuna bir çox amillər təsir edir: insanın boyu, yamacların mailliyi,
küləyin sürəti və istiqaməti, torpaq örtüyü, yağıntılar, geyim, fiziki və mənəvi vəziyyət;
- sıx meşədə, dumanda və digər məhdudgörmə şəraitində kompası əldə tutaraq
hərəkət etmək lazımdır;
- kompasla iş zamanı onu metal əşyaların və elektromaqnit sahəsinin təsirinə
məruz qoymaq olmaz.
Kompasla işləyərkən zirehli texnikalardan (tanklardan, piyadanın döyüş maşınlarından,
zirehli transportyorlardan və s.) 50–60 m, radiostansiyalardan, mobil telefonlardan
və s. 10–15 m aralı olmaq tövsiyə olunur. Bu məsafələr ərazinin relyefinə
görə dəyişir.
1. Səmtlənmə bucaqları necə istifadə edilir?
2. Ərazidə iki obyekt arasındakı məsafə 1150 metrdir. 1:50 000 miqyaslı xəritədə
bu məsafə nə qədərdir?
3. İnsanın bir ayağı ilə atdığı addım digər ayağın addımından kiçik olduğu
üçün özündən asılı olmayaraq hərəkət istiqamətindən kənara çıxır. Bunu əməli
olaraq məktəbin həyətində öz üzərinizdə sınaqdan keçirin.
4. Zirehli texnikaların və radiostansiyaların kompasın işinə təsirinin ərazidən
asılı olmasını necə izah edə bilərsiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
162
2.6.1. FÖVQƏLADƏ HALLARIN TƏSNIFATI
Fövqəladə halların mənbəyi – təhlükəli təbii hadisələr, qəza, yaxud təhlükəli
texnogen hadisə, geniş yayılmış infeksion xəstəlik, müasir kütləvi qırğın silahlarının
tətbiq edilməsi ola bilər. Tez-tez kütləvi informasiya vasitələri eyni hadisəni qəza,
yaxud fəlakət adlandırır. İlk baxışda elə bir fərq yoxdur. Hər şeyin aydınlaşdırılması
üçün dəyən ziyana və insan itkisinə baxmaq yetər.
Qəza – avtomobilin, enerji təminatı sisteminin,
avadanlığın, binanın, yaxud qurğunun
xəsarət almasıdı. Sənaye müəssisələrində
onlar, bir qayda olaraq, partlayışla,
zəhərli maddələrin dağılması ilə, yanğınla
və s. müşayiət olunur. Bu hadisələr kiçik
hadisələr hesab olunur.
Fəlakət – faciəli şəkildə çoxsaylı insan itkisi ilə nəticələnən qəza hadisəsidir.
Fəlakətləri aşağıdakı növlərə bölürlər:
Ekolo ji fəlakət – flora və faunanın kütləvi məhvinə səbəb olan, ətraf mühitə,
torpağa, atmosferə və s. əhəmiyyətli dərəcədə ziyan vuran
istehsalat və nəqliyyat qəzalarıdır.
Texno gen fəlakət – qəflətən mexaniki, kimyəvi, termiki, radioaktiv və s.
enerjinin
ətrafa yayılmasıdır.
Təbii fəlakət – əhalinin həyat fəaliyyətini qəflətən alt-üst edən, maddi dəyərləri
məhv edən hadisə və proseslərdir.
Təcrübə göstərir ki, tam təhlükəsizliyə nail olmaq mümkün
deyil. Bu səbəbdən istənilən fəaliyyəti potensial olaraq təhlükə
mənbəyi hesab etmək olar.
Fövqəladə hal nədir?
Fəsil 6. Mülki müdafiə
LAYİHƏ
163
Fövqəladə hadisə – insan tələfatına, insanların sağlamlığına və ya ətraf mühitə
ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti
şəraitinin
pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar,
qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə
digər əlamətlərinə görə təsnif edilir. Əgər ehtimal olunan bütün fövqəladə hadisələri
cəm halında götürsək, onda onları iki növə ayırmaq olar.
• Münaqişəli;
• Münaqişəsiz.
Münaqişəli fövqəladə hadisələrə aiddir:
• hərbi toqquşmalar;
• ekstremist siyasi mübarizə;
• sosial partlayışlar;
• milli və dini zəmində olan münaqişələr;
• terrorizm;
• tüğyan edən cinayətkarlıq və s.
təbii texnogen ekoloji
Münaqişəsiz fövqəladə hadisələrə aiddir:
LAYİHƏ
164
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox
əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin başvermə ehtimalı
mövcuddur.
Obyekt
miqyaslı
(səciyyəli)
Dövlət
əhəmiyyətli
(milli)
Yerli Qlobal
xarakterli
Təsir dairəsinə
(miqyasına)
və nəticələrinin
ağırlığına görə fövqəladə
hadisələr
Lokal
(qismən) Regional
 Lokal (qismən) hadisələr – iş yerindən (iş sahəsindən), mənzildən kənara
çıxmır. Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
 Obyekt miqyaslı hadisələr – sənaye obyektində, bina və ya qurğu hüdudlarında
məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı
100-dən 1000-ə qədərdir.
 Yerli hadisələr – ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd
təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən
1000 nəfərə qədər, zərərçəkən əhalinin sayı 10 000-dən 125 000-ə qədərdir.
 Regional fövqəladə hadisələr – bir neçə sənaye və ya kənd təsərrüfatı
rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı
1 000-dən 25 000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 125 000-dən 500 000-ə
qədərdir.
 Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın
xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan
hadisələrə deyilir. Həlak olanların sayı 25 000-dən 1 000 000 nəfərə qədər, zərər
çəkən əhalinin sayı 500 000-dən 20 000 000-a qədərdir.
 Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisi ilə məhdudlaşmır, qonşu
dövlətlərin ərazilərinə də yayılır.
Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr insan tələfatının
miqdarına, zədələnmiş əhalinin sayına, habelə dəymiş zərərin miqyasına
görə də təsnif edilir. LAYİHƏ
165
1. Təbii xarakterli fövqəladə hadisələr:
• Meteoroloji təhlükəli hadisələr (fırtına, qasırğa, tufan, burulğan, iri
dolu, leysan
yağışı, güclü qar və s.);
• Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);
• Hidroloji təhlükəli hadisələr (subasmalar, daşqınlar) və s.;
• İnsanların yoluxucu xəstəliklərə tutulması;
• Kortəbii yanğınlar (meşə yanğınları, zəmi və çöl yanğınları);
• Ziyanvericilərin təsirinə məruz qalmaq;
• Təhlükəli geoloji hadisələr (sürüşmə, torpaq uçqunları);
• Tropik qasırğa, sunami.
2. Texnogen xarakterli fövqəladə hadisələr:
Texnogen xarakterli fövqəladə hadisələr dedikdə, ümumlikdə, insanın sənaye
və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur. Elm
və texnika inkişaf etdikcə ortaya çıxan texnogen mənşəli fəlakət və hadisələrin
sayı da artmış olur. Son illərdə sayı bir neçə dəfə artan texnogen mənşəli qəzalar
nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. Dünyada
baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş
verən qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye
və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen
fəlakətlər təşkil edir. Texnogen xarakterli fövqəladə hallara yanğınlar, partlayışlar
bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin
tullantısı ilə əlaqədar qəzalar və s.hadisələr daxildir. Belə qəza və faciələr böyük
insan tələfatına yol açır və sosial gərginliklər yaradır. Çernobıl və Fukusima
AES-lərində baş verən qəzalar buna əyani misaldır. LAYİHƏ
166
3. Ekoloji xarakterli fövqəladə hadisələr:
• Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə
əlaqədar fövqəladə hadisələr;
• Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar
fövqəladə
hadisələr (iqlimin kəskin dəyişməsi, şəhərlərdə kəskin
oksigen azlığı, azon qatının pozulması və s.);
• Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə
hadisələr
(su mənbələrinin quruması, çirklənməsi və su
ehtiyatlarının kəskin surətdə azalması);
• Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr
(yaşayış mühitinin dəyişməsinə həssas olan heyvan və bitki növlərinin
yox olması, yerin bitki örtüyünün məhv olması və s.).
1. Sizcə, avtomobil qəzalarının sayının artmasının səbəbi nədir?
2. Mənfur qonşularımızın soydaşlarımızı doğma yurd-yuvalarından didərgin
salmasını hansı fövqəladə hadisələrə aid edərdiniz?
3. Respublikamızda baş verən təbii xarakterli fövqəladə hadisələr haqqında
danışın.
4. Ekoloji xarakterli fövqəladə hadisələr insan sağlamlığına nə kimi ziyan
vurur?
5. Ekoloji xarakterli fövqəladə hadisələrin qarşısını almaq üçün nə təklif
edərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
167
2.6.2. TEXNOGEN VƏ SOSIAL XARAKTERLI
FƏLAKƏTLƏR
Texnogen xarakterli fövqəladə vəziyyət başvermə şəraitinə və miqyasına
görə olduqca müxtəlifdir:
– Kommunal təsərrüfat obyektlərində qəzalar;
– Nəqliyyatda qəzalar;
– Hidrotexniki qurğularda qəzalar;
– Yanğından və partlayışdan təhlükəli obyektlərdə qəzalar;
– Kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar.
Kommunal təsərrüfat obyektlərində qəzalar partlayışlarla, yanğınlarla müşayiət
olunur və binaların uçması, kommunal təsərrüfat obyektlərində fəaliyyət göstərən
sistemlərin pozulması ilə nəticələnir. Ən çox qəzalar su təchizatı və kanalizasiyada
baş verir.
Nəqliyyatda qəzalar:
Bu gün istənilən nəqliyyat növü potensial
təhlükə mənbəyidir. Komfortlu

sürətli
texniki proqres insanın həyat və
fəaliyyətinin
təhlükəsizlik dərəcəsini
aşağı salıb.
XXI əsrin əvvəllərində fövqəladə texnogen situasiyalı iqtisadi
və sosial ziyanlar geniş vüsət alıb. Həyat fəaliyyətinin
təhlükəsizliyinin
təminatı dünya ictimaiyyətinin vacib probleminə
çevrilib.
Fövqəladə texnogen vəziyyət insan fəaliyyəti ilə necə
bağlıdır?
LAYİHƏ
168
Hidrotexniki qurğularda qəzalar:
Suyun kinetik enerjisini istifadə etmək
məqsədilə
su elektrik stansiyaları inşa
edilir. Bu tipli inşaat qurğuları meliorasiya,
sahilyanı ərazilərin qorunması
(bəndlər), suyun səviyyəsinin
tənzimlənməsi,
su nəqliyyatının təhlükəsiz
fəaliyyətini
və s. təmin etməlidir. Lakin inşaat
işləri zamanı təbii faktorların tam nəzərə
alınmaması, səhlənkarlıq və s. bu tələblərin
yerinə yetirilməsini bəzən təmin
etmir.
Yanğın və partlayış təhlükəsi olan obyektlərdə
qəzalar:
Yanğın və partlayış təhlükəsi olan obyektlər partlama
və müəyyən şəraitlərdə alışma təhlükəsi olan
maddə və materiallar istehsal olunan, saxlanılan,
daşınan obyektlərdir. Alışma ehtimalı yüksək olan
maddələrin istehsalı, daşınması, eləcə də maye,
qaz və başqa partlama təhlükəsi olan yüklərin
daşındığı (nəql edilməsi) boru kəmərləri bu obyektlərə
aid edilir.
Bütün tikinti materialları və konstruksiyaları üç qrupa bölünür:
– yanmayan;
– çətin yanan;
– yanan.
Yanmayanlar – alovun, yaxud yüksək temperaturun təsirindən alışmayan, kömürləşməyən
materiallardır.
Çətin yanan – alovun, yaxud yüksək temperaturun təsiri ilə çətinliklə alışır,
alovsuz yanan və kömürləşən materiallardır.
Yanan – alovun, yaxud yüksək temperaturun təsiri ilə alışan, hətta alovun mənbəyini
ayırdıqdan sonra yanmağa davam edən materiallardır.
LAYİHƏ
169
Ətraf mühitin çirklənməsilə fövqəladə vəziyyət, texnogen sənaye müəssisələrindəki
radioaktiv, kiməvi və bioloji təhlükəli maddələrin tullanması ilə ətraf mühitin
çirklənməsi aiddir.
Radioaktiv maddələrin tullanması ilə bağlı olan qəzalara Atom Elektrik Stansiyalarında,
nüvə silahı istehsal edən müəssisələrdə baş verən qəzalar aiddir. Çernobl
AES-dəki, Yaponiyada sunami nəticəsində AES-də baş vermiş qəza və s.
Kimyəvi maddələrin tullanması ilə müşayiət olunan qəzalara kimyəvi maddələrin
istehsal olunduğu və saxlanıldığı obyektlərdə rast gəlinir.
Bioloji təhlükəli istehsalat müəssisələrinin tullantıları, bakterioloji maddələrin
hazırlanması,
emalı, daşınması zaman baş verən qəzalar aiddir.
Radiasiya təhlükəli obyektlərdə qəzalar: Müasir dövrdə praktiki olaraq elmin
və təsərrüfatın bütün sahələrində radioaktiv maddələr istifadə olunur. Nüvə elmi və
texnikası iqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət kəsb edir, eyni zamanda
ətraf mühit və insanlar üçün böyük təhlükə mənbəyidir.
Radioaktiv maddələrin tullanması, yaxud tullanma təhlükəsi olan qəzalara AESdə,
atom qurğularında, nüvə enerjisi ilə işləyən qurğularda və s. baş verən qəzaları
aid etmək olar.
Radioaktiv qəzalar üç qrupa bölünür:
– lokal;
– yerli;
– ümumi.
Heyətə və əhaliyə radioaktiv zəhərlənmə zonasında radiasiya təsiri insanların
xarici və daxili şüalanma miqdarı ilə xarakterizə edilir. LAYİHƏ
170
Xarici şüalanma dedikdə insanın öz bədənində olmayan mənbədən birbaşa
şüalanmasıdır.
Daxili şüalanma – insanın daxilində olan mənbədən şüalanmasıdır. Bu maddələr
insanın kritik orqanlarında, dərisində əmələ gəlir.
İşçi heyətin və əhalinin daha yaxşı mühafizəsi üçün radiasiya təhlükəli obyektlərin
ətrafı əvvəlcədən zonalara ayrılır. Növbəti üç zona müəyyənləşdirilir:
Təcili mühafizə tədbirləri zonası – bütün bədənin daxili şüalanması təxliyə
üçün müəyyən edilmiş yuxarı son həddi aşan ərazidir.
Xəbərdaretmə tədbirləri zonası – bütün bədənin, yaxud daxili orqanların şüalanması
sığınacaq və yod profilaktikasının yuxarı son həddi aşan zonadır.
Məhdudiyyət zonası – bütün bədənin, yaxud ayrı-ayrı orqanların il ərzində
aşağı son həddi aşan ərazidir (il ərzində texniki şüalanma təxminən 0,09 ber təşkil
edir). İnsanın ümumi xarici şüalanması 150-400 rad. olduqda yüngül və orta ağırlıqlı
şüa xəstəliyi inkişaf edir. 600 rad-dan çox olduqda profilaktika və müalicə tədbirləri
görülməzsə,
ölümlə nəticələnir.
Kimyəvi təhlükəli obyektlərdə qəzalar: Bu tipli obyektlərə aiddir:
– Kimyəvi, neftayırma qurğuları;
– Dezinfeksiya məqsədilə xlor istifadə edilən təmizləyici qurğular;
– zəhərli maddələrin saxlanma yolları olan dəmir yolu stansiyaları;
– zəhərli maddələrin saxlandığı baza və anbarlar.
Kimyəvi cəhətdən təhlükəli maddələr – kənd təsərrüfatında və sənayedə istifadə
olunan toksiki-kimyəvi maddələrdir. Dağılması, yaxud tullanması zamanı ətraf
mühiti çirkləndirir, bitkilərin, heyvanların və insanların məhvinə səbəb ola bilir. LAYİHƏ
171
Kimyəvi çirklənmənin ətraf mühitə və əhaliyə təsiri.
Kimyəvi istehsalatda, daşınmada, eləcə də kimyəvi silah tətbiq edildikdə onun
təsir dairəsinə görə təhlükə miqyası müəyyənləşdirilir. Yayılma zonasının ölçüsü
maddənin fiziki-kimyəvi təsirindən asılıdır.
Obyektin kimyəvi təhlükəsinin müəyyən edilmə meyarı kimyəvi zəhərlənmə zonasına
düşən əhalinin sayıdır. Kimyəvi təhlükənin dörd dərəcəsi mövcuddur:
1-ci dərəcə – Kimyəvi zəhərlənmə zonasına 75 mindən çox insan düşür.
2-ci dərəcə – Kimyəvi zəhərlənmə zonasına 40-75 min insan düşür.
3-cü dərəcə – Kimyəvi zəhərlənmə zonasına 40 mindən az insan düşür.
4-cü dərəcə – Zəhərləndiyi ehtimal olunan kimyəvi zəhərlənmə ərazisindən
kənarda yerləşir.
Sosial mənşəli fövqəladə vəziyyət.
Sosial təhlükə – insanların həyatını və sağlamlığını təhlükə altına atan neqativ
təsirin əsasının cəmiyyətdə geniş vüsət alan əsas qrupudur. Bu təhlükənin mövcudluğu
demoqrafik proseslərdən asılıdır. Sosial təhlükələr özündə müharibələri,
hərbi konfliktləri, cəmiyyətin kriminallaşmasını, narkomaniyanı, alkoqolizm, xəstəlikləri,
intiharları və s. birləşdirir.
Respublikamızda əhalinin həyat tərzini daha da yüksəltmək üçün yeni-yeni iş yerləri
açılır. Regionlarda aqrar sektorun inkişafı üçün əməli tədbirlər görülür. Naxçıvan
MR-də, Gəncə şəhərində, Qazax, Gədəbəy, Daşkəsən, Oğuz, Masallı və s. rayonlarda
iri istehsal müəssisələri, zavodlar, fabriklər istifadəyə verilir. Bunun nəticəsidir
ki, ölkəmizdə işsizliyin səviyyəsi günü-gündən azalır.
Sosial təhlükənin xüsusi qrupuna insanın sağlamlığını məhv edən maddələrin
qəbul edilməsini aid etmək olar. Buna narkomaniyanı, toksikomaniyanı, alkoqolizmi
aid etmək olar. Narkomaniya ən qorxulu sosial təhlükədir.
Terrorizm – cəmiyyətdə iğtişaş yaratmaq, hakimiyyəti zəiflətmək məqsədilə
qeyri-hökumət zorakılığı, yaxud təhlükəsidir. O, hökumət rejiminin destabilləşməsinə
yönəlir.
LAYİHƏ
172
Müasir terrorizmin formaları bunlardır.
– beynəlxalq (beynəlxalq miqyaslı terror aktları)
– daxili siyasi (hökumətə qarşı yönəlmiş, yaxud daxili sabitliyi pozmaq məqsədilə
təşkil olunmuş);
– cinayət terrorizmi (sırf mənfəət məqsədi güdən).
Müasir terror qruplaşmaları elm və texnikanın müasir nailiyyətlərindən geniş istifadə
edir, müasir texnologiyalara və məlumatlara yol tapırlar.
Terrorizm müasir şəraitdə dövlətin siyasi, iqtisadi, hüquqi institutlarına, insanların
hüquq və azadlıqlarına qlobal miqyaslı təhlükədir. Terrorizmə qarşı mübarizə
prinsiplər üzərində qurulduqda səmərəli olur.
1. Atom elektrik stansiyalarında baş verən qəzalar barədə nə bilirsiniz?
2. Mənfur qonşularımızın təcavüzü nəticəsində baş verən sosial təhlükə haqqında
danışın.
3. Sizcə, müasir terrorizmin cəngindən insan hüquq və azadlıqlarını necə
xilas etmək olar?
4. Ermənilərin respublikamızda törətdikləri terror aktları haqqında
nə bilirsiniz?
5. Fövqəladə texnogen vəziyyətin qarşısını almaq üçün nə təklif edərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
173
2.6.3. TƏBII FƏLAKƏTLƏR
Son vaxtlar təbii mənşəli fəlakətlərin artması müşahidə olunur. Vulkanlar aktivləşir,
tez-tez dağıdıcı zəlzələlər baş verir və getdikcə onların dağıdıcı gücü artır.
Subasma halları müntəzəm xarakter alır.
Təbii mənşəli fövqəladə hallar olduqca müxtəlifdir.
Şəraitindən, yaxud səbəbindən
asılı olaraq onları
aşağıdakı qruplara ayırmaq olar:
geofiziki geoloji meteoroloji hidroloji kütləvi
xəstəliklər
təbii
yanğınlar
Təbii fəlakətlər haqqında danışarkən onların intensivləşməsində insanın rolunu
da qeyd etmək lazımdır.
Statistik məlumatlara əsasən, torpaq sürüşmələrinin 80%-i insan fəaliyyəti ilə
bağlıdır. Meşələrin qırılması nəticəsində sellərin, daşqınların fəallığı dəfələrlə artmışdır.
Təbiət sanki onun möhtəşəm, ahəngdar, dinamik qanunauyğunluqlarına kobud
müdaxiləyə görə insanlardan qisas alır. Təbii tarazlığa riayət etmək bu cür fəlakətlərin
baş verməsinin və təsir gücünün azalmasının zəruri profilaktik tədbirlərindən
ən vacibidir.
Təbii fəlakətlər arasında bir-birinə bağlı qarşılıqlı əlaqə mövcuddur. Zəlzələ
və sunami, tropik siklonlarla subasmalar, uzunmüddətli leysan yağışları daşqınlara,
torpaq sürüşmələrinə (eyni zamanda qrunt sularının çirklənməsinə, su quyularının
zəhərlənməsinə, infeksiyalara, xəstəliklərin yaranmasına), zəlzələlər yanğına, qaz
Təbii mənşəli fəlakətlər planetimizin sakinləri üçün ən təhlükəli
hadisələrdən hesab olunur. Onları təhlükəli edən qəfil baş
vermələridir. Qısa vaxt ərzində onlar əraziləri viran qoyur, yaşayış
binalarını, əmlakı, kommunikasiya və infrastrukturun başqa elementlərini
məhv edir. Güclü fəlakətdən sonra aclıq, infeksiya,
yoxsulluq, soyğunçuluq və başqa bu kimi hadisələrin baş verməsi
mümkündür. Hesablamalara görə, dünyada hər yüz mininci insan
təbii fəlakətlərin qurbanı olur.
Təbii fəlakət nədir?
LAYİHƏ
174
partlayışlarına, bəndlərin dağılmasına, vulkan püskürmələri isə örüşlərin zəhərlənməsinə,
mal-qaranın tələf olmasına səbəb olur.
Geoloji xarakterli fövqəladə vəziyyət geoloji təbii hadisələrlə əlaqəli aşağıdakı
təbii fəlakətlərə bölünür: zəlzələ, vulkan püskürmələri, torpaq sürüşmələri, sel,
qar uçqunları, torpaq səthinin çökməsi.
Zəlzələ yeraltı təkanlar nəticəsində yerin üst qatının titrəməsidir.
Yer kürəsində il ərzində yüz minlərlə zəlzələ qeydə alınır. Onların əksəriyyəti
zəif zəlzələlərə aid edilir və biz onları hiss etmirik. Hal-hazırda zəlzələnin gücünü
ölçmək üçün Rixter şkalasından istifadə olunur.
Zəlzələ baş verərkən dəyəcək ziyanı və insan tələfatını azaltmaq məqsədilə
seysmik zonada məskunlaşan əhalinin aşağıdakı tədbirləri həyata keçirməsi məqsədəuyğundur:
– hər bir ailə zəlzələ baş verəcəyi hal üçün fəaliyyət planı tərtib etməli, zəlzələdən
sonra ailə üzvlərinin harada toplaşacaqlarını müəyyənləşdirməlidir;
– elektrik, qaz və su xətlərinin saz vəziyyətdə olmasına nəzarət edilməli, ailənin
hər bir üzvü onların haradan və necə söndürülməsini bilməlidir;
– vacib əşyalar hazırlamalı və bütün ailə üzvlərinin bildiyi yerdə saxlanmalıdır;
– otaqlardakı mebellər elə yerləşdirilməlidir ki, zəlzələ baş verən zaman onlar
yatağın üzərinə aşmasın, çıxış və keçidləri bağlamasın; LAYİHƏ
175
– evdə, otaqlarda ən təhlükəsiz yer əvvəlcədən müəyyənləşdirilməli, təkanlar
səngiyənə qədər orada gözləməli, təkanlar dayanan kimi küçəyə çıxmaq lazımdır.
Zəlzələ əlamətləri hiss olunduqda cəld, soyuqqanlı və təlaşsız davranmaq lazımdır.
Evi tərk etməzdən öncə qızdırıcı cihazları və qazı söndürərək, zəruri əşyaları,
sənədləri götürərək küçəyə çıxmaq lazımdır. Küçədə binalardan mümkün qədər tez
uzaqlaşaraq parklara, meydanlara, tikili olmayan yerlərə gedilməlidir.
Zəlzələ zamanı şüşə qırıqlarından, ağır əşyalardan özünü qorumaq üçün binaların
pəncərələrindən uzaq, daxili əsaslı divara isə yaxın durmaq lazımdır.
Zəlzələ baş verəndən sonrakı ilk bir neçə saat ən təhlükəli vaxt hesab olunur.
Ona görə də təkanlardan sonra ən azı 2-3 saatdan tez binaya girmək qadağandır.
Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən,
yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin
daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi
ilə müşayiət olunur.
İnsan üçün təhlükəli hallar aşağıdakılardır:
– sürəti 100 km/saata çatan isti lava axınının onlarla km yol qət edərək yüzlərlə
km2 ərazini bürüyüb, öz yolunda hər şeyi yandırması;
– temperaturu 700°-dən yüksək olan,
tərkibi qaya parçalarından, qumdan, küldən
və s. ibarət qaynar lavanın yüksək
sürətlə
yamacla aşağı axaraq kilometrlərlə
məsafəni
qət etməsi;
– partlama dalğası və qırıntıların tullanması;
1883-cü ildə İndoneziyada Karakatau
vulkanının püskürməsi zamanı tarixdə ən
güclü gurultu əmələ gəlmişdir. Gurultu
vulkandan 4800 km məsafədə eşidilmişdir.
Vulkanın gücü Xerasima və Naqasakiyə
atılan atom bombasından 10 min
dəfə güclü olmuşdur. Püskürmədən sonra
30 m hündürlüyündə sunami baş verir.
Bu zaman 295 şəhər və kənd yer üzündən
silinmişdir. 36 min insan həlak olmuşdur.
Bunu bilmək maraqlıdır
LAYİHƏ
176
– 15–20 km hündürlüyə yüksələn qaz və kül buludu;
– yüksək sürətlə axan, yüz kilometrlərlə yol qət edən, yüzlərlə km2 sahəni bürüyən
su və daşlı lil axını.
Vulkan püskürərkən lavanın dilinin yaxınlığında qalmaq olmaz, başı, bədəni
küldən, daşdan qorumaq, su quyularını örtmək, ağız və burunu tənzif sarğı ilə bağlamaq
lazımdır. Vulkan püskürmələrindən ən etibarlı qorunma – yaşayış yerini
fəaliyyətdə olan vulkanlardan uzaqda seçməkdir.
Sürüşmə torpaq kütləsinin dağ süxurlarının ağırlıqlarının təsiri ilə
yamac-dərə, çay və dəniz sahili boyu sürüşərək axmasıdır.
Sürüşmə qrunt sularının çoxalmasından,
bitki örtüyünün dəyişməsindən və ya
məhv edilməsindən, aşınmadan, silkələnmədən
baş verə bilər.
Axma sürətinə görə sürüşmələr üç kateqoriyaya bölünür: zəif, orta, sürətli. Sürətli
sürüşmələr böyük fəlakətlərə səbəb olur.
Sel dağ çaylarının yatağında intensiv yağış yağması, buz və qarın əriməsi
nəticəsində
gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır.
Selin yaranmasına
ərazinin fiziki-coğrafi şəraiti, iqlim, torpaq, bitki örtüyü və s.
amillər səbəb ola bilər. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan
şiddətli yağışlar və ya temperaturun artması, qarın sürətlə əriməsi ilə əmələ gələn
sular, zəlzələ və vulkanlar hesabına yaranır.
LAYİHƏ
177
Əsas təhlükə sürəti 15 km/saata çatan sulu-palçıqlı axının böyük dağıdıcı kinetik
enerjisidir.
Sellər gücünə görə zəif güclü, orta güclü və güclü olmaqla üç qrupa bölünür.
Sellər qəflətən baş verir və təxminən 3 saata qədər davam edir.
Uçqun dağ süxurlarının ağırlıq qüvvəsinin təsiri altında sərt yamaclarla
diyirlənməsi
və parçalanmasıdır.
Uçqunlar dağlarda, dəniz sahillərində və çay vadilərində baş verir. Uçqun təhlükəsi
gözlənildikdə əhalinin, kənd təsərrüfatı heyvanlarının təhlükə zonasından
təxliyəsi həyata keçirilir. İnsanların təxliyəsi üçün təbii təhlükəsiz yerlər sel və sürüşmə
zonasından kənarda olan dağların yamacları, təpələrdir.
Qar uçqunları dağların yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir.
Qar uçqunlarının əmələ gəlməsinin səbəbləri uzunmüddətli qar yağması,
qarın intensiv əriməsi, zəlzələ, partlayışlar, hava mühitinin titrəməsidir.
Qar uçqunu intensiv baş verən rayonlarda qarlı və pis hava şəraitində dağlara
çıxmamaq, dağlarda olarkən havanın dəyişməsinə diqqət yetirmək, uçqun ehtimalı
olan sahələrdən, dik yamaclardan kənar gəzmək lazımdır.
Qar uçqununa qarşı tədbirlər passiv və aktiv olur. Passiv tədbirlər istinad qurğularının,
bənd, dirək, ağac, kolluqların istifadə olunmasıdır. Aktiv üsula müəyyən
vaxtlarda
təhlükəsizliyin təmin olunması ilə əlaqədar qar uçqunu yaratmaq üçün
əvvəlcədən hazırlanmış süni partlayışlar aiddir.
LAYİHƏ
178
Qar uçqunu yaratmaq məqsədilə mütəxəssislər qar kütləsinin zəif yerlərini və
təsir növünü müəyyənləşdirirlər. Oranı atəşə tutur, xüsusi minalar (mərmilər) partladaraq
səs dalğaları yaradırlar.
Bəzən vertolyotların manevri
nəticəsində əmələ gələn gurultu nəhəng qar kütləsini
hərəkətə gətirə bilir.
Meteoroloji xarakterli fövqəladə vəziyyətlər
Ekstremal meteoroloji şəraitlə bağlı fəlakətlər külək, o cümlədən boran, tufan,
qasırğa və s., güclü yağış və irihəcmli doluyağma, çovğun, ayazvurma,
güclü şaxta,
yaxud isti səbəbindən baş verə bilir.
Qasırğa təbii fəlakətlərdən ən güclüsüdür. Elektrik naqillərini qoparır, dirəkləri
yıxır, yüngül tikililəri aparır, digərlərini isə dağıdır. Qasırğa tez-tez güclü yağışlarla
müşayiət edilir. Bu isə qasırğanın özündən də təhlükəlidir. Çünki bu yağışlar sellərə,
sürüşmələrə səbəb olur.
Tufan sürəti 20 m/san.-dən çox olan uzunmüddətli, güclü küləkdir. Adətən, siklon
keçərkən baş verir, dənizdə güclü təlatümlə, quruda dağıntılarla müşayiət olunur.
Güclü tufanı hərdən fırtına adlandırırlar.
Hidroloji xarakterli fövqəladə vəziyyət
Bu növ fövqəladə hallara suyun səviyyəsinin yüksək, yaxud aşağı olması aid edilir.
Subasma ərazinin uzunmüddətli yağışlar, qarın sürətlə əriməsi nəticəsində su
ilə örtülməsidir. Nəticədə insanlara maddi ziyan dəyir, sağlamlığına və həyatına təhLAYİHƏ
179
lükə yaranır. Subasma zamanı suyun səviyyəsi sürətlə qalxır və ətraf ərazilər suyun
altında qalır.
Sunami təhlükəli təbii hadisədir. Sualtı, yaxud sahilboyu zəlzələ nəticəsində
əmələ gələn dalğalardır. Formalaşmış sunami 1000 km/saat sürətlə bir neçə min km
qədər genişlənir. Başvermə ərazisində dalğaların hündürlüyü 5 m-ə çatır. Dayaz
yerlərdə dalğaların hündürlüyü 50 m-ə qədər yüksələ bilir. Nəhəng su kütləsi sahilə
çırpılır, subasma, dağıntılar meydana gəlir.
Sunami təhlükəsi haqqında məlumat aldıqda təlaşlanmadan dərhal yaxınlıqdakı
dağlara, təpələrə və başqa hündür yerlərə getmək lazımdır. Əgər hündür yerlər
yoxdursa, sahildən 2-3 km uzağa getmək lazımdır.
Təbii yanğınlar
Meşə yanğınları meşə ərazisində qeyri-mütəşəkkil yayılan bitki örtüyünün nəzarətsiz
yanmasıdır. Meşə yanğınlarının baş verməsinin əsas səbəbkarı insandır.
İstirahət, yaxud iş vaxtı meşədə odla ehtiyatsız davranma meşə yanğınları ilə nəticələnir.
İldırım nəticəsində əmələ gələn yanğınlar ümumi sayın 10%-ni təşkil edir.
Meşə yanğınları zamanı yaxın ərazilərdəki evlər, taxta körpülər, işıq və telefon
xətləri və dirəkləri alışıb yanır, insanlar, eləcə də heyvanlar zərər çəkirlər.
Yanğın mövsümündə meşədə qadağandır:
– yanan kibrit çöpünü, papiros kötüyünü yerə tullamaq;
– benzinlə isladılmış, yağ hopdurulmuş materialları meşədə qoyub getmək;
– otları yandırmaq;
– ocaq qalamaq.
LAYİHƏ
180
Əgər siz meşədə yanğının mənbəyinə yaxınsınızsa və öz imkanlarınızla onu söndürə
bilmirsinizsə, dərhal yaxınlıqdakıları xəbərdar edin. Onların yola, cığıra, geniş
talaya çıxmalarını təşkil edin. Təhlükəli zonadan tez, yanğına əks istiqamətdə çıxmaq
lazımdır. Açıq ərazidə, yaxud talada torpağa sıxılaraq, ağız-burunu tənzif sarğı, yaxud
əsgi ilə örtərək nəfəs almaq lazımdır. Yanğın zonasından çıxdıqdan sonra yaşayış
məntəqəsinin rəhbərliyinə onun yeri və miqyası barədə məlumat vermək lazımdır.
Ekoloji fövqəladə halların əsas səbəbləri təbii, antropogen və texnogen faktorlardır.
Antropogen və texnogen proseslər insanın fəaliyyəti ilə bağlıdır. XXI əsrdə
təbiətə insanın təhlükəli müdaxiləsi kəskin artıb və bu müdaxilənin həcmi genişlənib,
indi bəşəriyyət üçün qlobal təhlükəyə çevrilir.
1. Son vaxtlar Respublikamızın ərazisində baş verən subasma, torpaq sürüşməsi,
zəlzələlər, onların vurduğu zərər və hökumətimizin onların aradan qaldırılması
istiqamətində gördüyü tədbirlər haqqında təqdimat hazırlayın.
2. Sizin ailədə zəlzələ anı üçün fəaliyyət planı tərtib edilibmi?
3. Qar uçqunlarına Respublikamızın ən çox hansı bölgəsində rast gəlinir və
hansı təhlükəsizlik tədbirləri görülür?
4. Son illərdə İndoneziyada, Yaponiyada baş verən sunamilər haqqında təqdimat
hazırlayın.
5. Təbii fəlakətlərin vura biləcəyi ziyanı azaltmaq üçün nə təklif edərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
181
2.6.4. KÜTLƏVI QIRĞIN SILAHLARI VƏ ONLARIN FƏSADLARI
Naqasakini məhv edən bomba Yaponiyanın Kokura şəhərinə atılmalı imiş, lakin bulud
və duman Kokuradakı ilkin hədəf olan sursat zavodunu tamamilə “gizlədib”. Bu səbəbdən
bombardmançı ehtiyat hədəf olan Naqasakiyə yollanıb.
1626-cı ildə əkilmiş bonsai ağacı Xirosimadakı partlayışa tab gətirib. Hazırda həmin
ağac ABŞ-da muzeydə saxlanılır.
Xirosimanın bombardmana məruz qalmasından bir ay sonra şəhər 2000 nəfərin həyatına
son qoyan sunami ilə üzləşib.
Bunu bilmək maraqlıdır
Nüvə silahı – dağıdıcı xüsusiyyətinə görə ən güclü silahdır. O, qısa müddət
ərzində geniş ərazidə çoxlu sayda insanı məhv etmək, binaları və qurğuları
dağıtmaq imkanına malikdir. Nüvə silahının kütləvi tətbiqi bütün bəşəriyyət üçün
böyük fəlakətlə nəticələnər. Ona görə də bütün xalqlar onun tətbiqinin, sınaqdan
keçirilməsinin, istehsalının tam qadağan olunması və ehtiyatlarının məhv
edilməsi üçün israrla mübarizə aparır.
1894-cü ildə Böyük Britaniyanın ovaxtkı baş naziri Britaniyanın
Elmi Tərəqqiyə Yardım Cəmiyyətinə müraciətində elmin
həll olunmayan problemlərini sadaladı, nüvə problemi
üzərində
dayandı: o, həqiqətən də, mövcuddurmu? Onun quruluşu (strukturu)
necədir? Müxtəlif illərdə Rezerford və Eynşteyn
bu istiqamətdə
kəşflər etdilər.
1940-cı illərin əvvəllərində isə ABŞ-ın bir qrup alimi tərəfindən
nüvə partlayışının fiziki prinsipi kəşf edildi. İlk partlayış
16 iyul 1945-ci ildə həyata keçirildi. 1945-ci ilin avqustunda
20 kt-luq iki atom bombası Yaponiyanın Naqasaki və Xirosima
şəhərlərinə atıldı. Bombaların partlayışı çoxlu insan itkisinə və
misli görünməyən
dağıntılara səbəb oldu.
Kütləvi qırğın silahı nədir?
Xirosimaya atılan bomba –
“Balaca Oğlan” (Little Boy)
Naqasakiyə atılan bomba –
“Kök Kişi” (Fat Man)
LAYİHƏ
182
Nüvə partlayışlarının növləri
Nüvə sursatlarının tətbiqi ilə yerinə yetirilən tapşırıqdan
asılı olaraq nüvə partlayışları aşağıdakı növlərə bölünür:
Göydə
(yüksək, alçaq)
Yerüstü
(suüstü)
Yeraltı
(sualtı)
Nüvə silahının
əsas məhvetmə
faktorları:
– Zərbə dalğası (50%)
– İşıq şüalanması (35%)
– Nüfuzedici radiasiya (4%)
– Yer səthinin radioaktiv zəhərlənməsi (10%)
– Elektromaqnit impuls (1%)
Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə yüksək sürətlə yayılan güclü
sıxılmış hava, torpaq, su qatından ibarətdir. Onun zədələyici təsirini xarakterizə edən
əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, havanın sürət təzyiqi və izafi
təzyiqin təsir müddətidir. İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram qüvvə
ilə ifadə edilir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın
növündən
və partlayış mərkəzindən olan məsafədən, yerin relyefindən və s. asılı olur.
Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar
insanları
zərbə dalğasının təsirindən qoruyur. Zərbə dalğası özünün yayılması
istiqamətində
rast gəldiyi binaları, başqa yerüstü tikililəri dağıdır və zədələyir.
Zərbə dalğasının yayılma sürəti LAYİHƏ
183
İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı
gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti
nüvə yükünün gücündən asılı olaraq 10–20 saniyə olur. İşıq impulsunun ölçü vahidi
kal/m² qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranmış işıq impulsunun kəmiyyəti
nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur.
Təsirin qısa müddətdə olmasına baxmayaraq, işıq şüalanması xeyli məsafədə bədənin
yanıqlarına, gözlərin korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsi
və əriməsinə, yaşayış məntəqələrində, meşələrdə yanğına səbəb olur. İşıq
şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq
şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar
onun təsirini 10–20 dəfə azaldır. Sığınacaq və daldalanacaqlar işıq şüalanmasının
təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
Nüfuzedici radiasiya nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözə
görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiya,
tərkibindəki qamma şüalanma da nəzərə alınmaqla, nüvə partlayışı vaxtı cəmi 10–25
saniyə təsir edir. Lakin bu qısa müddət ərzində mühafizə edilməmiş insanlar şüa
xəstəliyinə tutulurlar. Radiasiyanın təsiri ondan ibarətdir ki, qamma şüalar və neytronlar
canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə orqanizmdə maddələr
mübadiləsinin pozulmasına, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin
zəifləməsinə səbəb olur. Şüalanmış şəxs bunu hiss etmir. Əlamətləri müəyyən
müddətdən sonra aşkara çıxır. Xəstəliyin gedişi orqanizmin aldığı şüanın
LAYİHƏ
184
dozasından asılı olur. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir
və Qrey (Qr), Rentgen (R), rad ölçü vahidləri ilə ölçülür. Müxtəlif sıx və qalın materiallardan
keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın 2,7 sm,
betonun 10 sm, torpağın 14 sm, suyun 23 sm, ağacın 30 sm qalınlığı nüfuzedici
radiasiyanı 2 dəfə zəiflədir. Bunlara yarımzəiflətmə qatı deyilir. Radiasiya dozasını
üstüörtülü xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.
Radioaktiv zəhərlənmə. Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda
radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə tüstüyə və buxara
bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə
qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla
birlikdə aparır. İri radioaktiv toz hissələri bilavasitə partlayış rayonunda yerə çökür.
Qalan hissələr isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən
yüzlərlə kilometr uzağa aparılır. Radioaktiv zəhərlənməni digər amillərdən
fərqləndirən cəhət onun geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi,
çətin aşkar olunmasıdır. Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi,
iyi və s.) yoxdur. Zəhərlənməni ancaq xüsusi dozaölçən (dozimetrik) cihazlar vasitəsilə
aşkar etmək mümkündür. İnsanları radioaktiv zəhərlənmədən mühafizə etmək
üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri
səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə
keçməsinin qarşısını almaq lazımdır.
1 – mülayim zəhərlənmə zonası;
2 – güclü zəhərlənmə zonası;
3 – təhlükəli zəhərlənmə zonası;
4 – fövqəladə zəhərlənmə zonası.
Elektromaqnit impulsu. Nüvə partlayışı anında ətrafa külli miqdarda qammakvantlar
və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı əlaqəyə girəLAYİHƏ
185
rək elektromaqnit sahələri yaradır, nəticədə hava və yeraltı rabitə, kabel xətlərində,
siqnal, elektrik xətlərində, radiostansiyaların antenlərində və s. qısamüddətli, lakin
çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir.
Elektromaqnit impulsları radioelektron cihazları sıradan çıxarır, xarici xətlərə qoşulmuş
elektrik qurğularının işini pozur, yarımkeçirici və vakuum cihazlarını, kondensatorları
da sıradan çıxarır. Bu cihazlarla işləyən insanlar da müxtəlif xəsarət alırlar.
Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan
istifadə olunur.
Kimyəvi silah bəzi kimyəvi maddələrin zəhərləyici xüsusiyyətlərinə əsaslanan
kütləvi qırğın silahıdır.
Kimyəvi silah ilk dəfə geniş miqyasda Birinci Dünya müharibəsi zamanı tətbiq
edilib. Bu yeni silah təsir xarakterinə görə digər silahlardan prinsipial olaraq fərqlənirdi.
Buna görə də tezliklə vacib döyüş vasitəsinə çevrildi. 1899-cu il Haaqa bəyannaməsini,
1907-ci il Haaqa konvensiyasının tələblərini pozaraq Almaniya döyüşdə
kimyəvi silahın tətbiqinin təşəbbüskarı oldu.
1921-ci ildə Vaşinqtonda ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiya zəhərli qazların
tətbiq edilməsini qadağan edən razılaşma imzaladı. 1925-ci ildə Cenevrədə
zəhərli maddələrin tətbiqinin qadağan olunması barədə protokol tərtib edildi. Amma
heç bir ölkə öz arsenalından kimyəvi silahı kənarlaşdırmadı.
Zəhərləyici maddələr tətbiqi zamanı müdafiə olunmayan canlı qüvvəni məhv
edən, yaxud onun döyüş qabiliyyətini azaldan kimyəvi birləşmədir. Digər döyüş vasiLAYİHƏ
186
tələrindən fərqi odur ki, hava ilə birlikdə qurğulara, döyüş texnikalarına nüfuz edir
və orada olan insanları məhv edir. Öz məhvetmə qabiliyyətini havada, ərazidə,
müxtəlif qurğularda uzun müddət saxlayır, külək vasitəsilə uzaq məsafələrə yayılır.
Zəhərləyici maddə toksiki kimyəvi maddələrdən və onları hədəfə çatdıran,
tətbiq edən vasitələrdən ibarətdir.
Toksiki kimyəvi maddələr tətbiq edildikdə insanları və heyvanları böyük ərazidə
məhv edən, müxtəlif qurğulara nüfuz edən, su hövzələrini və əraziləri zəhərləyən
kimyəvi birləşmələrdir. Onlar damcı-maye, qaz (buxar) və aerozol (duman, tüstü)
halında olur. Nəfəs, həzm orqanları, dəri və gözdən nüfuz edərək insanı məhv edir.
Dayanıqlı kimyəvi sursatlar öz məhvetmə qabiliyyətlərini bir neçə saatdan bir
neçə günə qədər saxlayır. Onlar asta-asta buxarlanır, atmosferin və rütubətin təsirinə
məruz qalmır.
Fizioloji təsir
Zəhərli maddələrin
insan orqanizminə
təsiri
psixokimyəvi
sinir-iflicedici
qıcıqlandırıcı
dəri-yara
ümumi zəhərli
boğucu
Sinir iflici orqanizmə tənəffüs yolları, dəri vasitəsilə təsir edir. Yayda onlar sutkadan
çox, qışda isə həftələrlə, bəzən aylarla təsir edir. İnsanın məhvi üçün onların
cüzi miqdarı yetərlidir. Zəhərlənmənin əlamətləri
ağız suyunun axması, göz bəbəyinin
daralması, tənəffüsün çətinləşməsi, ürəkbulanma, qusma, qıcolma, iflicdir.
Zəhərlənənə ilkin tibbi yardım göstərmək üçün birinci əleyhqaz geyindirilir, zəhər
əleyhinə zərdab vurulur. Sinir iflici tərkibli kimyəvi maddə dəriyə, yaxud paltara
düşdükdə zəhərli yer fərdi mühafizə paketindəki
maye ilə təmizlənir.
LAYİHƏ
187
Boğucu təsirli toksiki kimyəvi maddə orqanizmə tənəffüs yolları ilə təsir göstərir.
Zəhərlənmənin əlamətləri ağızda xoşagəlməz kəmşirin dad, öskürək, başgicəllənmə,
ümumi halsızlıqdır. Zəhərlənmə mənbəyindən çıxdıqda bu əlamətlər keçir, zərərçəkən
özünü 4–6 saat ərzində normal hiss edir. Bu müddət ərzində ciyərləri şişir, sonra
tənəffüs kəskin pisləşir, bəlğəmli öskürək başlayır, başağrısı, yüksək temperatur,
təngnəfəslik baş verir, ürək döyüntüsü artır. Zərərçəkənə ilkin tibbi yardım göstərmək
üçün ona əleyhqaz geyindirilir, zəhərlənmə
zonasından çıxarılır, üstü basdırılır
və sakitlik təmin edilir. Zərərçəkənə süni nəfəs vermək olmaz.
Toksiki kimyəvi maddənin ümumi zəhərli təsiri onun buxarı (dumanı) ilə nəfəs
alanda özünü göstərir. Zəhərlənmənin əlaməti ağızda metal dadı, boğazın qıcıqlanması,
başgicəllənmə, zəiflik, ürəkbulanma, qıcolma, iflicdir. Onlardan qorunmaq
üçün əleyhqaz geyinmək yetər. Zərərçəkənə ilkin tibbi yardım göstərmək üçün zəhər
əleyhinə maddəni əleyhqazın
şlem-maskasının altına daxil etmək lazımdır. Ağır
hallarda zərərçəkənə süni nəfəs verilir və tibb məntəqəsinə göndərilir.
Toksiki kimyəvi maddə dəri-yara təsirli (iprit) geniş təsir dairəsinə malikdir. Damcımaye
və buxar vəziyyətində onlar dərini və gözü, onların buxarı ilə nəfəs aldıqda
tənəffüs yollarını, ciyərləri, suya və qidaya düşdükdə mədə-bağırsağı məhv edir.
Zəhərlənmənin əlamətləri dərinin qızarması, kiçik suluqların əmələ gəlməsi ilə
müşayiət olunur (sonradan onlar böyük suluqlara çevrilir). Bu suluqlar partlayır və
çətinsağalan yaralara çevrilir, temperatur yüksəlir.
Qıcıqlandırıcı təsirli zəhərləyici maddə gözlərin, burun-udlağın (burun-boğaz)
güclü qıcıqlanmasına səbəb olur. Döyüş konsentrasiyasında (qatılıq dərəcəsində)
ölümcül deyil.
Toksiki kimyəvi maddənin psixokimyəvi təsiri spesifik olaraq mərkəzi sinir sisteminə
təsir edir (qarabasma, qorxu, ruh düşkünlüyü). Fiziki olaraq karlıq, korluq yaranır.
Bədənin zəhərlənmiş hissəsini sabunlu su ilə təmizləmək, göz, burun-udlağı
(burun-boğaz) təmiz su ilə əsaslı şəkildə yumaq, paltarı isə silkələmək,
yaxud şotka
ilə təmizləmək lazımdır. Zərərçəkəni zəhərli zonadan çıxartmaq və ilkin tibbi yardım
göstərmək lazımdır.
Bioloji silah və onun xüsusiyyətləri
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub, bakteria, virus və ya kif kimi
mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə
edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik
törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda
ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir.
Bioloji silahlarda, əsasən, taun, vəba, Sibir yarası, brüselyoz, qarın yatalağı, qrip,
malyariya, dizenteriya və s. törədiciləri olan viruslardan, bakteriyalardan, göbələklərdən
istifadə olunur.
LAYİHƏ
188
Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya,
mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini,
qida anbarlarını yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş
ərzaq ixrac etmək, ayrı-ayrı təşkilatlara bu maddələrlə yoluxdurulmuş məktub göndərmək
və s. yollarla çatdırılır.
Bioloji silahın ilk tətbiqi faktı 1763-cü ildə hindu tayfalarına qarşı çiçək xəstəliyinin
kütləvi yayılması hesab olunur. Amerikan müstəmləkəçiləri onların düşərgələrinə
çiçək xəstəliyi törədən virus hopdurulmuş adyallar göndərdilər və hindular arasına
çiçək epidemiyası yayıldı.
XX əsrin əvvəllərində biologiya elminin nailiyyətlərindən istifadə edərək bioloji
silahın sistematik
və məqsədyönlü işlənib hazırlanmasına başlandı. Birinci Dünya
müharibəsi zamanı kimyəvi və bioloji silahın tətbiqi bütün dünyada etiraz dalğası ilə
qarşılandı. 1935–1939-cu illərdə Yaponiyada bioloji silah hazırlamaq üçün xüsusi
laboratoriyalar
hazırlandı. Eksperimentlər hərbi əsirlərin və Çinin dinc əhalisinin üzərində
aparılırdı. Nəticədə bir sıra rayonlarda taun və başqa təhlükəli xəstəliklər baş
qaldırdı.
Bütün dünyanın mütərəqqi qüvvələrinin böyük qələbəsi 1972-ci ildə bioloji və
toksiki silahların hazırlanması, istehsalı və toplanmasının qadağan olunması haqqında
konvensiyanın qəbul edilməsi oldu. Buna baxmayaraq, silahlı konfliktlərdə
qalib gəlmək üçün bioloji silahın tətbiqi aktual olaraq qalır.
1. Sizcə, ilk dəfə Yaponiyaya atılan atom bombası dünyada böyük güclər arasındakı
münasibətlərə necə təsir etdi?
2. Sizcə, nüvə silahı olan ölkələrin bütün strateji əhəmiyyəti olan şəhərlərində
çoxsaylı yeraltı sığınacaqlar nə məqsədlə tikilib?
3. Kimyəvi silahın təsirinə məruz qalmış insanların müalicəsini, təbiətin
bərpasını uzunmüddətli edən faktorlar hansılardır?
4. Zəhərləyici silahların, zəhərlərin, boğucu və öldürücü qatqıların qadağası
haqqında bəyannamə və konvensiyalara münasibətinizi bildirin.
Sual və tapşırıqlar
LAYİHƏ
189
2.6.5. FƏRDI VƏ KOLLEKTIV MÜHAFIZƏ VASITƏLƏRI
Fərdi mühafizə vasitələri (FMV) tənəffüs orqanlarını, gözləri və dəri örtüyünü
buxarlardan,
damcılardan və zəhərləyici maddələrin damcılarından,
eləcə də radioaktiv
küldən, xəstəlik törədən mikroblardan və zəhərlərdən qoruyur.
FMV-yə tənəffüs orqanlarını və dərini qoruyan vasitələr aiddir.
Tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri orqanizmin zərərli
və təhlükəli istehsalat faktorlarından müdafiəsini təmin edən insanın daşıdığı texniki
vasitədir. Tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələrinə əleyhqazlar,
respiratorlar, toz əleyhinə parça maska və pambıq-tənzif sarğısı aiddir. Bu
vasitələr olmadıqda dəsmaldan, bir neçə qat parçadan və s. istifadə etmək olar.
Tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri iki yerə: süzücü və
izoləedici vasitələrə bölünür.
Böyüklər ГП*-5 və ГП-7 tipli süzücü əleyhqazlardan istifadə
edirlər. Bu əleyhqazlar
əsas etibarilə üzün, gözlərin və tənəffüs
orqanlarının zəhərləyici maddələrdən
qorunması üçün
nəzərdə tutulub. Əgər ehtiyac olarsa, onlardan radioaktiv maddələrdən
və zəhərləyici
vasitələrdən qorunmaq üçün də istifadə
etmək olar.
Rusiyada kömür süzgəcli əleyhqaz 1915-ci ildə N.D.Zelinski tərəfindən
icad edilmişdir. 1916-cı ildə bu əleyhqaz Antanta ordusunun
silahlanmasına qəbul edilib.
Bunu bilmək maraqlıdır
ГП-5 və ГП-7, eləcə də ПДФ**-7 və ПДФ-3 xlor, hidrogen sulfid, sulfid qazı, boya
turşusu, tetraetil
qurğuşunu, nitrobenzol, fenol, fosgen,
xloretan kimi bərk təsir edən
zəhərli maddələrdən
tənəffüs orqanlarını qoruyur.
Tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə
vasitələrinin iş prinsipi havanın
zərərli maddələrdən
süzgəcin köməyi ilə təmizlənməsinə əsaslanır. Təcridedən
tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri insanın tənəffüs orqanlarını
ətraf mühitdən mühafizə edir. Nəfəs almaq üçün hava, yaxud oksigen təmiz
zonadan və ya başqa mənbədən daxil olur.
Kütləvi qırğın silahlarından mühafizə vasitəsi dedikdə nə başa
düşürsünüz?
* Гражданский противогаз – mülki əleyhqaz
** Противогаз детский филтирующий – süzücü uşaq əleyhqazı LAYİHƏ
190
Təcridedici tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri oksigenin
həcmi az olduqda, eləcə də naməlum tərkibli zərərli maddələr zamanı istifadə olunur.
Sıxılmış oksigenli təcridedici
əleyhqazlarda
qaz halında olan
oksigen balonda
yüksək
təzyiq
altında olur (КИП*-8, КИП-14 və
s.). Belə КИП üz hissəsindən,
tənəffüs və oksigenötürən
sistem
və cod arxa çantadan
ibarətdir.
Qurğunun cod çantasında bərpaedici
silindr, sıxılmış oksigen
balonu, siqnal qurğusu yerləşdirilib.
Cihaz oksigen
ehtiyatına
nəzarət üçün manometrlə
təchiz
edilib.
Ətraf mühitdə zərərli, tənəffüs üçün yararsız maddələr olduqda istifadəçilər
geyinərək iş yerlərində öz vəzifələrini yerinə yetirirlər. Qəza-xilasetmə, bərpaetmə
və təmir işləri zamanı, eləcə də yanğınsöndürmə və s. xüsusi xidmətlərdə də bu
əleyhqazlardan istifadə olunur.
Təcridedici tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri
ətraf
mühitdə oksigenin tərkibindən, eləcə də zərərli maddələrin tərkibindən və miqdarından
asılı olmayaraq istifadə oluna bilir.
Tənəffüs orqanlarının radioaktiv tozdan, zərərli qazlardan, buxarlardan və aerozollardan
qorunması üçün sadə respiratorlar, toz əleyhinə parça maskalar və
pambıq-tənzif sarğısı istifadə olunur.
Respiratorların iki tipi mövcuddur. Birincilərin yarımmaskaları
və süzücü elementi eyni vaxtda əleyhqazın üz hissəsini
təşkil edir, ikincilərin süzücü silindri yarımmaskaya
birləşdirilir.
Toz əleyhinə parça maska – iki
hissədən, gövdədən və dayaqdan
ibarətdir. Gövdə 4–5 qat parçadan
tikilir. Gövdəyə tikilmiş parça zolaqlar
dayaq rolunu oynayır.
Maskanı
sifətin hündürlüyünə
uyğun hazırlayırlar.
Gözlər üçün dəlikləri kiçik şəffaf
əşyalarla bağlamaq lazımdır.
* Кислородный изолирующий противогаз – oksigenli izoləedici əleyhqaz LAYİHƏ
191
Pambıq-tənzif sarğı hazırlamaq
üçün 50 × 100 sm ölçüsündə
tənzif götürülür, masanın üzərinə
sərilir, üzərinə 30 × 20 sm ölçüsündə,
qalınlığı 1-2 sm olan pambıq
(pambıq yoxdursa, əvəzinə 5-6
qat tənzif istifadə edilə bilər) qoyulur.
Tənzifin kənarlarını
hər iki
tərəfdən pambığın üstünə qatlayırlar.
Kənarlarında 30–35 sm
uzunluğunda
yarıq kəsilir. Geyilmiş
sarğı ağzı və burunu yaxşı
bağlamalıdır. Gözlərin mühafizəsi
üçün xüsusi eynək geyilməlidir.
Dərinin mühafizə vasitələri
Təyinatına görə dərinin mühafizə vasitələri xüsusi və əlaltı olur.
Xüsusi mühafizə vasitələrindən Mülki Müdafiə bölmələri istifadə edir.
Dərinin mühafizəsinin əlaltı vasitələri – xüsusi
vasitələr
olmadıqda bütün əhali,
eləcə də birləşmənin şəxsi heyəti tərəfindən istifadə olunur.
Dərinin mühafizəsini təmin edən təcridedici vasitələr
Təcrid edən materialların mühafizə təsiri onun üzərinə
düşən zəhərli maddənin
bir neçə müddət
ərzində saxlanmasından
ibarətdir.
L-1 yüngül mühafizə kostyumu
rezinləşdirilmiş
parçadan
hazırlanıb
və başlıqlı köynək, uzunboğaz
corablı
şalvar, ikibarmaqlı əlcəklər
və dəbilqə altlığından ibarətdir.
Bundan başqa, kostyumun və ehtiyat
bir cüt əlcəyin daşınması
üçün çanta verilir.
Ümumqoşun mühafizə kostyumu
– rezinləşdirilmiş
parçadan
hazırlanıb,
şalvar, gödəkcə
(başlığı ilə birlikdə), beşbarmaqlı
rezin əlcəklər və rezin çəkmələrdən
ibarətdir.
LAYİHƏ
192
Dərinin mühafizəsinin süzgəc vasitələri. Süzgəc materiallarının müdafiə
fəaliyyəti zəhərlənmiş hava, zəhərli maddələrin buxarı süzücü materiallardan keçərkən
parçaya hopdurulmuş xüsusi maddələr tərəfindən saxlanılır.
Dərinin mühafizəsinin əlaltı vasitələri. Bədənin açıq hissələrinin və paltarın
qorunması üçün adi rezinləşdirilmiş materialdan
olan plaşdan istifadə etmək məqsədəuyğundur.
Hətta damcı-maye-zəhərləyici
maddədən belə, qısa müddətə də olsa,
onlar qoruya bilir. Başlıq mütləq olmalıdır, yoxdursa, polietilen plyonkadan istifadə
etmək olar. Ayaqların mühafizəsi üçün rezin çəkmələr, əlləri qorumaq üçün isə dəri
və parça materialdan olan əlcəklərdən istifadə etmək olar. Şalvarın ətəklərini
sıx
bağlamaq lazımdır.
Tibbi mühafizə vasitələri. Mülki müdafiənin həyata keçirdiyi kompleks müdafiə
tədbirlərində əhalini xüsusi profilaktika tədbirləri və ilk tibbi yardım vasitələri ilə
təmin etmək böyük əhəmiyyət daşıyır. Düşmənin kütləvi qırğın silahları tətbiq etməsi
zamanı tənəffüs orqanlarının və dərinin müdafiəsi üçün fərdi tibbi vasitələrin fərdi
mühafizə vasitələri ilə birlikdə istifadəsi müdafiənin əsas üsullarındandır.
Fərdi tibbi mühafizə vasitələri
Bunlar havada zəhərlənməni, yaxud xətəryetirən amillərin təsir effektini azaltmaq
üçün nəzərdə tutulan tibbi preparatlar, materiallar və xüsusi maddələrdir. Fərdi
tibbi mühafizə vasitələrinə fərdi dərman qutusu, radiasiya təhlükəli ərazilərdə əhali
üçün universal aptek, fərdi tibbi paketlər, fərdi tibbi sarğı paketi aiddir.
Kollektiv mühafizə vasitələri
Sığınacaqlar insanların kütləvi qırğın silahları, zəhərli qazlar, uçqun və çökmələrin
zədələyici faktorlarından qorunmasını təmin edir. Yaşayış məntəqələrində
sığınacaqlar, adətən, binaların dərin hissələrində düzəldilir və ya ayrıca inşa edilir.
Metropoliten stansiyaları, yeraltı qarajlar və dərinlikdə yerləşən digər tikililər də sığınacaq
kimi istifadə edilə bilir.
Qeyri-sabitlik zamanı insanlar yaşayış yerlərinə yaxın olan sığınacaqların yerini
bilməli və bu barədə məlumatlı olmalıdırlar. Hər bir sığınacaq sığınma otağından,
filtr-ventilyasiya kamerasından, sanitar qovşağından və digər otaqlardan ibarət olur.
Sığınacağa daxil olan hava zərərli maddələrdən təmizlənərək içəriyə verilir. Girişçıxışları
hermetik-qoruyucu qapılarla təchiz edilir. Bundan başqa, sığınacaqlarda su
təchizatı, kanalizasiya, istilik və işıqlandırma sistemləri qurulur və telefon çəkilir.
Burada olan əsas otaqlar skamya və yataq taxtları ilə təchiz olunur.
Sülh dövründə bütün sığınacaqlardan xalq təsərrüfatı və mədəni-məişət tələbatlarına
uyğun faydalanmaq olar. Bina daxilində olan istilik, ventilyasiya, su təchiLAYİHƏ
193
zatı, kanalizasiya, işıqlandırma, rabitə sistemləri insanların həyat təminatı məqsədilə
istifadə edilir.
Radiasiyaya qarşı sığınacaqlar insanı radioaktiv zədələnmədən, işıq şüalanmasından
qoruyaraq, zərbə dalğasının təsirini xeyli zəiflədir. Daşdan tikilmiş binaların
birinci mərtəbələri radiasiya təsirini 10 dəfə, zirzəminin orta hissəsi isə 500-1000 dəfə
azaldır.
Ətraf ərazilərin qoruyucu xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi
bacarmaq lazımdır. Ensiz, dərin, girintili-çıxıntılı yarğanlar və yeraltı mədən yerləri
kütləvi qırğın silahlarından yüksək dərəcəli qorunma vasitəsidir. Meşə massivləri də
nüvə partlayışının zədələyici amillərinin təsirini zəiflədir. Onlar zərbə dalğasının təsirini,
radioaktiv zədələnməni azaldır, işıq şüalanmasını isə xeyli dərəcədə aşağı salır.
Yadda saxlamaq lazımdır ki, işıq şüalanması meşədə yanğına səbəb olduğundan
sığınmaq üçün gec alışan yarpaqlı ağaclardan ibarət sahələrdə daldalanmaq məqsədəuyğundur.
1. Siz yaşayış yerinizə yaxın olan kollektiv mühafizə vasitəsinin yerini bilirsinizmi?
2. Təbii daldalanacaqlarda radioaktiv zəhərlənmədən qorunmağı necə təsəvvür
edirsiniz?
3. Pambıq-tənzif sarğı hazırlayın.
4. Əleyhqaz və respiratorun geyinilməsini əməli olaraq yerinə yetirin.
5. Sizcə, Antanta ordusunun əleyhqaza tələbatı nədən irəli gəlirdi?
Sual və tapşırıqlar
LAYİHƏ
III BÖLMƏ. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Fəsil 7. Hərbi tibbi hazırlıq
3.7.1. Sağlam həyat tərzi
3.7.2. Müxtəlif növ xəsarətlər zamanı ilk tibbi yardım qaydaları
LAYİHƏ
195
3.7.1. SAĞLAM HƏYAT TƏRZI
İnsan özü özünün həkimi olmalı, öz sağlamlığının qeydinə qalmalıdır. Yaşının
erkən çağından sağlam həyat tərzi sürməli, orqanizmi möhkəmləndirməli, idmanla
məşğul olmalı, fərdi gigiyena qaydalarına riayət etməli, bir sözlə, sağlam yaşamağa
nail olmalıdır.
Sağlamlıq – insan həyatının harmonik inkişafını təmin edən, əmək qabiliyyətini
müəyyənləşdirən birinci və ən vacib tələbatdır.
Əgər sağlam və uzun ömür sürmək istəyiriksə, insan sağlamlığını müəyyənləşdirən
əsas meyarları bilməliyik:
– Tam mənəvi, fiziki, əqli və sosial rifah;
– “İnsan-ətraf mühit” sistemində orqanizmin normal fəaliyyəti;
– Həmişə dəyişən həyat tərzinə alışmaq bacarığı;
– Xəstəliyin olmaması;
– Əsas sosial fəaliyyəti yerinə yetirmə bacarığı.
Ümumdünya Səhiyyə Təşkilatının nizamnaməsində “sağlamlıq fiziki qüsurun
və xəstəliyin olmaması deyil, fiziki, mənəvi və sosial rifahın vəziyyətidir” kimi qeyd
olunmuşdur.
Sağlamlığa təsir edən faktorlar:
– ideoloji faktor (irsiyyət) – 20%;
– ətraf mühit (təbii, texnogen, sosial) – 20%;
– Sağlamlıq xidməti – 10%;
– Fərdi həyat tərzi – 50%.
Buradan belə nəticəyə gəlmək olar ki, hər bir insanın sağlamlığı 90% fərdi olmaqla,
irsilikdən, ətraf mühit faktorundan və əsasən, fərdi həyat tərzindən asılıdır.
Öz sağlamlığını qorumaq hər bir şəxsin başlıca vəzifəsidir
və heç kəsin bu vəzifəni kiməsə həvalə etməyə ixtiyarı yoxdur.
İnsan düzgün qidalanmazsa, yanlış həyat tərzi sürərək zərərli
alışqanlıqlara
yiyələnərsə, səhhətində ciddi problem
meydana
gələ bilər.
Təbiətin insana bəxş etdiyi ən böyük nemət nədir?
Fəsil 7. Hərbi tibbi hazırlıq
LAYİHƏ
196
Sağlamlıq insanın fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə
müəyyən olunur.
Fiziki sağlamlıq orqanizmin bütün orqanlarının normal fəaliyyət göstərməsinin
təbii vəziyyətidir.
Psixoloji sağlamlıq isə kəllə beyninin vəziyyətindən asılıdır. Düşüncə tərzi,
diqqət və yaddaşın inkişafı insani keyfiyyətlərin inkişafı ilə xarakterizə olunur.
Mənəvi sağlamlıq insanın sosial həyatının əsasını təşkil edən mənəvi prinsiplərlə
müəyyənləşdirilir.
Sağlam və ruhən inkişaf etmiş insan xoşbəxtdir. O özünü yaxşı hiss edir, öz
işindən zövq alır, özünü təkmilləşdirməyə can atır. Ruhən özünü cəmləyir, daxili
gözəlliyə nail olur. İnsan o qədər kamil varlıqdır ki, sağlamlığını istənilən vəziyyətdə
bərpa edə bilər.
Sağlamlığı formalaşdıran faktorlar
Sağlamlığı formalaşdıran əsas faktorlar aşağıdakılardır:
– həyat və fəaliyyətin rejimə salınması;
– orqanizmin ümumi gigiyenası;
– rasional qidalanma;
– zərərli vərdişlərdən imtina;
– ətraf mühitin tərkibi.
LAYİHƏ
197
Həyat və fəaliyyətin hər sahəsində müəyyən rejim mövcuddur. Rejim insanın
həyatının müəyyən olunmuş gündəliyidir, özündə əməyi, qidalanmanı, istirahəti və
yuxunu birləşdirir.
Sağlam həyat tərzinin əsas tərkib hissələrindən biri rasional qidalanmadır. Gün
ərzində 4 dəfədən az olmayaraq qida qəbul etmək tövsiyə olunur. Qidanın həzm
olunması üçün təxminən 3 saat vaxt tələb olunur, ona görə də 3-4 saatdan bir qida
qəbul etmək tövsiyə edilir. Çalışmaq lazımdır ki, qida hər gün eyni vaxtda qəbul
olunsun.
İnsan orqanizmi müxtəlif maddələrdən təşkil olunmuşdur. Bunların arasında su,
dəmir, maqnezium, kalium və kalsium çoxluq təşkil edir. Məsələn, baş-beyinin 80%,
əzələlərin 76%, sümüyün 25%-ni su təşkil edir. Məhz buna görə də insana mineral
duzlar və su çox lazımdır. Qidasız insan bir həftə, susuz isə sayılı günlər yaşaya bilir.
Mineral duzlar ən vacib ərzaq məhsullarının: kələm, alma, süd və balığın tərkibində
mövcuddur. Rasional qidalanma düzgün inkişafı, orqanizmin formalaşmasını təmin
edir, sağlamlığın, iş qabiliyyətinin saxlanmasına və ömrün uzanmasına kömək edir.
Sağlam həyat tərzinin tərkib hissəsindən biri də zərərli vərdişlərlə mübarizədir.
Papiros çəkmək gənclər, yeniyetmələr arasında da geniş vüsət alıb. Statistika
göstərir ki, ciyər xərçəngi xəstəliyindən əziyyət çəkənlərin 90%-i çox papiros çəkənlərdir.
Ətraf mühit də sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir. Yer səthinin,
hidrosferin, atmosferin və dənizin çirklənməsi insanların sağlamlıqlarına mənfi təsir
göstərən başlıca meyarlardan biridir.
Zəhərli qazlar və nüvə sınaqları nəticəsində yaranmış «Ozon dəliyi» insanlarda
bədxassəli şişlərin əmələ gəlməsinə, insan ömrünün qısalmasına və s. səbəb olur.
1. Bəs siz öz sağlamlığınızın qeydinə necə qalırsınız?
2. Sağlam həyat tərzinin formalaşdırılması nəyə xidmət edir?
3. Fərdi həyat tərziniz sizi qane edirmi?
4. Sizin zərərli vərdişlərə münasibətiniz necədir? Zərərli vərdişlərin toruna
düşməmək üçün nə edərdiniz?
Sual və tapşırıqlar
LAYİHƏ
198
3.7.2. MÜXTƏLIF NÖV XƏSARƏTLƏR ZAMANI
ILK TIBBI YARDIM QAYDALARI
İlk tibbi yardım fövqəladə vəziyyətdə insan həyatını xilas etmək, yaraların ağırlaşmasının
qarşısını almaq, əzabları yüngülləşdirmək məqsədi ilə ixtisaslı tibb yardımından
əvvəl göstərilən müvəqqəti köməkdir.
İlk tibbi yardım onu göstərən şəxslərin imkan və bacarığından asılı olaraq
ixtisassız, sanitar və xüsusi yardım növlərinə bölünür. Eyni zamanda ilk tibbi yardım
xəsarət alanın özü və başqası tərəfindən də göstərilə bilər.
İlan sancmaları zamanı ilk tibbi yardım
İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan
nöqtədən ibarət olan yara və güclü ağrının
olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir,
göyərmələr yaranır.
Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər,
nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur.
İlan sancması zamanı dərhal “təcili yardım”
çağırın!
“Təcili yardım” gələnə qədər:
– Zərərçəkəni dərhal ayaqları bir qədər yuxarı
olmaqla uzadın və tam sakitliyi təmin edin. Zərərçəkən
heç bir halda hərəkət etməməlidir. “Təcili yardım” maşınına qədər onu
xərəkdə aparmaq lazımdır!
– İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb
çıxarın. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye
çıxsın.
– Sonra yaranı təmiz su ilə yuyub, yod və ya zelyonka ilə dezinfeksiya edin,
üzərinə steril sarğı qoyun. Ətraf şişdikdə sarğını bir qədər boşaldın.
– Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır.
Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa
bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azaldılır.
– Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə buz və ya soyuq
kompres qoyun.
– Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar
verin.
Sizcə, ilk tibbi yardım dedikdə nə nəzərdə tutulur?
LAYİHƏ
199
Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya
çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə
aparılması xeyli təhlükəli ola bilər! Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya
“təcili yardım” briqadası çatdırsın!
İlan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir şeylə və s.), bu
yerdə dərini kəsmək, sıxacla həmin hissəni sıxmaq, zərərçəkənə alkoqollu içkilər
vermək olmaz!
Radioaktiv, kimyəvi zəhərlənmə zamanı davranış
və ilk tibbi yardım qaydaları
Kimyəvi zəhərlənmə zonasında xüsusi göstəriş olmadan sığınacağı tərk etmək
olmaz. Sığınacağın hermetikliyi pozularsa, fərdi aptekçədən antidot dərman qəbul
edilir, sonra əleyhqaz və dərini qoruyan paltar geyinilir. Əgər şəxs açıq sahədə olarsa,
dərhal əleyhqaz və xüsusi qoruyucu paltarlar geyinmək, zəhərlənmə
zonasını tərk
etmək lazımdır.
Xüsusi qoruyucu paltarlar olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini
şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla
bağlayıb kipləşdirmək, üstündən sintetik və ya rezinli parçadan plaş geyinmək
vacibdir. Bütün hallarda zəhərlənmə zonası tez tərk edilməlidir. Zəhərli ərazidən
çıxandan sonra tibbi müayinədən və tam sanitar təmizlənmədən keçməlidir.
Zərərçəkənə
ilk tibbi yardım göstərmək üçün ona dərhal əleyhqaz geyindirilir, zəhərlənmə
zonasından çıxarılır. Sonra üstü isti əşyalarla örtülür və sakitlik təmin edilir.
İlk tibbi yardım göstərmək üçün fərdi aptekçə (İA) və fərdi sarğı paketindən istifadə
olunur.
Təlimat üzrə qəbul etmək
Ağrıkəsici
Zəhərlənməyə qarşı vasitə
Bakteriyaya qarşı
vasitə N 2
Radiasiyaya qarşı vasitə N1
Radiasiyaya qarşı
vasitə N2
Qusmağa qarşı
vasitə
Bakteriyaya qarşı vasitə N1
Fərdi aptekçə
LAYİHƏ
200
Əleyhqazların və digər fərdi mühafizə vasitələrinin vaxtında geyinilməsi şəxsi
heyətin bakterioloji silahın təsirindən tam qorunmasına təminat verir. İlk növbədə,
tənəffüs orqanlarını və gözləri mikroblardan qorumaq üçün əleyhqazları geyinmək
lazımdır.
Zəhərlənmiş ərazidən maşınlarla keçdikdə ən az yoluxdurucu təsirə malik
istiqamətlərdə (bərk örtüklü, yaş torpaqlı və az bitki örtüyü olan yollarla) hərəkət
edilməlidir. Hərəkət maksimal sürətlə və maşınlar arasında böyük ara məsafəsi
saxlamaqla həyata keçirilməlidir.
Ehtiyac olmadan ləngimək, torpaq və bitki örtüyü üzərində uzanmaq, yaxud
oturmaq, yad cismlərə toxunmaq olmaz;
Əleyhqaz və digər mühafizə vasitələrini çıxartmaq, papiros çəkmək, su içmək
və qida qəbul etmək qəti qadağandır;
Zəhərlənmiş zonadan çıxandan sonra döyüş texnikasının və nəqliyyat vasitəsinin
natamam və ya tam dezinfeksiyası aparılır.
Soyuqdan donma zamanı ilk yardım
Donma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Adətən,
bədənin açıq yerləri (burun, qulaq) və ətraflar donmaya məruz qalır.
Donma uzun müddət soyuq temperaturda olduqda baş verir ki, bu zaman insan
orqanizmi bədən temperaturunu tənzimləyə bilmir. Donmaya sıx və ya nəm ayaqqabı,
ayaqların tərləməsi, hərəkətsizlik, nəm paltar səbəb olur.
Donmada ilk tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar
soyumadan qorumaqdır.
Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman aşağıdakı
tədbirlər görülməlidir.
– Zərərçəkəni isti otağa aparın;
– Yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarın;
– Papiros çəkmək, spirtli içki və qəhvə istifadə etmək olmaz;
– Ağır donma zamanı yardım göstərərkən zədələnmiş yerlə ehtiyatlı davranın;
– Donmuş ətrafı əvvəl quru əsgi ilə qurudun;
– Don vurmuş hissəni ehmalca temperaturu 20°C olan suya salın. Təxminən
10 dəqiqə müddətində suyun temperaturunu 38-40°C-ə qədər qaldırın. Zədələnmiş
yer yumşaq, elastik, çəhrayı rəngdə olana və əl vurduqda istilik hiss edilənə qədər
isti suda saxlanılmalıdır. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər.
– Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı sıx olmamalıdır;
– Əl və ya ayaq barmaqları donmuşdursa, onların arasına pambıq və ya tənzif
qoyun;
– Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə icazə verməyin;
– Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin;
– Suluqları deşməyin;
LAYİHƏ
201
– Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin, əllə ovuşdurmayın,
qarla sürtməyin.
– Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən çəkinin (açıq alov,
isidilmiş kərpic və s.);
– Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin;
– Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.
Donmadan qorunmaq mümkündür. Kəskin soyuqda düzgün qidalanmaq, quru
və isti geyinmək lazımdır.
Suda boğulma
Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən
tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər. Batan şəxsə arxa
tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı
nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək
lazımdır.
Suda boğulma zamanı ilk tibbi yardım:
– Dərhal “təcili yardım” çağırın;
– Tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk,
kəmər və s.) çıxarın;
– Zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla yad cisimlərdən
təmizləyin;
– sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə,
dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun; LAYİHƏ
202
– əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü təzyiq etməklə tənəffüs yollarından
suyu xaric edin;
– sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı zaman onun boğulmaması
üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünübdöyünməməsini
yoxlayın;
– əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından
suyu xaric edən kimi ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi
dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı, ürəyin qapalı masajını da icra edin.
Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən
sonra
onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq,
içməyə isti maye vermək, onu isti bir şeyə bürümək (isti quru paltar geyindirmək),
ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Zərərçəkənin
vəziyyəti hətta yaxşı olsa da, o mütləq həkim tərəfindən müayinə olunmalıdır.
Elektrikvurma (cərəyanvurma) zamanı ilk yardım
Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti
vardır. Bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik
cərəyanı ilə
“təmasını” kəsməkdən ibarətdir. Bunu etmək mümkün deyilsə, qalın quru taxta və
ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini quru taxta ilə kənara çəkmək,
yaxud zərərçəkəni kənara itələmək lazımdır.
Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan
istifadə etmək olmaz! Yadda saxlayın ki, zərərçəkən
elektrik xəttindən ayrılmayana
qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də zərər
çəkməmək üçün onun bədəninin açıq yerlərinə toxunmayın! LAYİHƏ
203
Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili
yardım” çağırın.
“Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq,
onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki,
qusma baş verdikdə xəstə boğulmasın), üstünü isti örtmək, içməyə isti çay vermək
lazımdır.
Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə
üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq,
pambığı sirkədə isladıb gicgahlarını sürtmək olar.
Əhali arasında elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən
elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri çox kobud səhvdir və
bu, zərərçəkənin ölməsinə səbəb ola bilər!
Qida zəhərlənmələri
Zəhərlənmənin əsas səbəbləri qida məhsullarının düzgün saxlanılmaması, istifadə
müddəti bitmiş malların qəbulu ola bilər. Zəhərlənmənin əlamətləri ümumi
zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxmasıdır.
Zəhərlənmə zamanı ilkin yardım kimi nə etmək lazımdır?
İlk növbədə, mədə-bağırsaq yuyulmalı (çoxlu miqdarda sodalı və ya marqanesli
su içmək), bağırsaq təmizləyici imalə edilməlidir. Əgər bu mümkün olmazsa, hər 10 kq
bədən çəkisinə 1 tablet olmaqla kömür dərmanını əzib 1 stəkan suda həll edib içmək
lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının
qarşısı alınır.
Qanaxma zamanı ilk tibbi yardım
Qanaxma qan damarı kəsildikdə, yaxud onun divarının keçiricilik qabiliyyəti
pozulduqda baş verir. Travmatik qanaxmalarda qan damarları zədələnir. Zərbə, kəsilmə,
deşmə damarların divarını zədələyir və nəticədə qanın axması baş verir.
İstənilən güclü qanaxma zamanı əsas təhlükə orqanizmdə qanın kəskin azalması
nəticəsində ürək fəaliyyətinin pisləşməsi, bütün həyati vacib orqanların (qara
ciyər, böyrəklər, xüsusən də baş beyinin) oksigen çatışmazlığından zərər çəkməsidir.
Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər.
Güclü qanaxma zamanı, ilk növbədə, yaradan hansı qanın axdığını müəyyən
etmək lazımdır. Qanaxmalar 3 cür olur:
1. Kapilyar qanaxmalar. Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi
zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.
2. Venoz qanaxmalar. Bu zaman işlənmiş
qanı orqanlardan ürəyə daşıyan damarlar
zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan
və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla
yavaş axır.
LAYİHƏ
204
3. Arterial qanaxmalar. Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar
zədələnir.
Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə
qanaxma zamanı yaradan qan güclü şəkildə axır, qan ürək nəbzinə uyğun olaraq
vurur.
Güclü arterial qanaxma olduqca təhlükəlidir!
Güclü venoz və kapilyar qanaxmalar,
adətən, daha az təhlükəlidir. Ancaq istənilən halda zədə almış şəxsə tibbi
yardım göstərilməsi
dərhal baş verməlidir.
Zəif dərəcədə olan kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi
sarğı qoymaqla asanlıqla dayandırmaq olur.
Venoz,
güclü kapilyar, həmçinin kiçik arteriyalardan
olan qanaxmalar zamanı
yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur. Yaranı təmizlədikdən
sonra (əvvəl təmiz
su ilə, sonra hidrogen peroksidlə yuyulur) üzərinə steril tənzif salfet (furasilin məhlulunda
islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha
sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.
Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır!
Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış
kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci,
lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz
və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı
dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı
xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!
Güclü arterial və qarışıq qanaxma zamanı tez yaradan təxminən
5 sm yuxarıda
olmaqla ətrafa qanaxmanı saxlayan sıxac qoymaq tələb olunur. Sıxacı ətrafa
yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün
olmadıqda qoymaq lazımdır!
Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan
dartılmış sıxacı bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Sıxac düzgün
qoyularsa, ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır.
Eyni zamanda qoyulan sıxacdan aşağı hissədə ətraf damarlarında nəbz də yox
olur. Sonda sıxacın kənarlarını bir-birinə bağlayırlar. LAYİHƏ
205
Ətrafa bağlanmış sıxacı yay aylarında 1 saat ərzində, qış aylarında isə 30 dəqiqədən
artıq saxlamaq olmaz. Zərərçəkənin alnında, yanağında və ya əlində iri
hərflərlə qələmlə (və ya bu kimi digər vasitələrlə) sıxacın dəqiq qoyulma vaxtını və
“sıxac!” sözünü yazmaq lazımdır!
Qoyulan sıxacın üzərini örtmək olmaz – o, mütləq görünməlidir! Zərərçəkəni
dərhal yaxındakı xəstəxanaya çatdırmaq lazımdır!
Qolda və ya ayaqda olan arterial qanaxmanı ətrafın sıx qatlanması ilə də
dayandırmaq olar. Bunun üçün yara nahiyəsindən yuxarıda olan oynağı sıx şəkildə
büküb bint və ya digər vasitələrlə bağlayırlar.
Yarada şüşə və ya hər hansı digər iti əşya gördükdə heç bir halda onu çıxarmağa
cəhd etməyin! Bu zaman siz zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra
bilərsiniz. Qanaxmanı saxlayaraq zərərçəkəni tez bir zamanda həkimə çatdırmaq
lazımdır!
Burun qanaxması
Burun qanaxması zamanı ilk olaraq xəstəni
sakitləşdirib əyləşdirməli,
qanı, mümkünsə,
ləyənə
yığmaq lazımdır,
çünki bu, qan itkisi miqdarını
müəyyən etməyə
imkan verir. Xəstə
başını dala
əyməməlidir,
əks təqdirdə qan burundan axmayaraq
bütünlüklə udular. Əgər özünüzdə baş
veribsə, bunun üçün sakit oturun. Selik və qanı
xaric etmək üçün burnunuzu silin. On dəqiqə və
ya qanaxma dayananadək burunu
möhkəm
sıxın. Əgər bununla qanaxma dayanmırsa, ən
etibarlı vasitə buruna tampon qoyulmasıdır. Bu
məqsədlə 3–5 sm enində steril tənzif, bint və
ya uzun tənzif salfeti pinset vasitəsilə burun dəliyinə
salırlar. Buruna salınan sonrakı bint qatı
əvvəlki qata kip qoyulmalı və beləliklə, burun
boşluğu tamponla tutulmalıdır.
Yaxşı olar ki,
tamponu əvvəlcə hidrogen-peroksidlə isladasınız.
Vazelindən də istifadə etmək olar. Tampon
bütün sutka ərzində burunda qala bilər. Tamponu
burundan
qan dayandıqdan bir neçə saat
sonra çıxartmaq olar.
Tez-tez burnu qanayan şəxs gündə 3 dəfə
burnuna vazelin sürtməlidir. Həmçinin
az miqdarda
duzlu suyu burnuna çəkməlidir. Çoxlu portağal, pomidor və s. meyvələr yemək
venaları möhkəmlədir ki, bu da burun qanaxmasını azaldır.
LAYİHƏ
206
Sınıqlar zamanı ilk yardım
Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin
tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir.
Güllə və ya qəlpə təsirindən də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin pozulması, ətrafların
sınığı zamanı onun qısalması və s. Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya
burundan qanaxma, qabırğaların, döş sümüyünün sınığında tənəffüsün pozulması
müşahidə edilir.
Bəzən sınıqlar arterial qanaxma ilə müşayiət olunur. İlk yardım göstərərkən
birinci
növbədə qanaxma kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış
sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət etməlidir.
Sınıq zamanı yardım göstərərkən, ilk əvvəl, sınığın növünü, dərəcəsini müəyyən
etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır.
Şina* qoyularkən, mümkünsə, hazır şinalardan istifadə edilməlidir. Lakin şina olmadıqda
müxtəlif vasitələrdən – taxta parçası, karton hissəsi, metal lövhə, zərərçəkənin
silahı və s. istifadə edilir. Bunların heç biri olmadıqda isə sınıq ətraflardadırsa,
yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə digər ətrafa bağlamaq lazımdır.
Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə təmizlənir, steril
sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə
hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə ağrıkəsici dərman
verilir. Bütün hallarda xəstəni tez həkimə çatdırmaq lazımdır.
Termik yanıqlar zamanı ilk tibbi yardım
Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş
sahənin soyudulmasından
başlayırlar. Bədənin yanan sahəsini 10–15 dəqiqə
ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib
getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını
alır.
Bu zaman buzdan istifadə etmək olmaz, bu, travmanı artıra bilər! Yanan sahəyə
yağ, yağlı məlhəmlər, vazelin, digər yağlı maddələr və yumurta da sürtmək olmaz!
* Şina – zədələnən sümüyü qonşu sümüklərlə birgə sabit saxlayan vasitədir.
LAYİHƏ
207
Dəri su ilə soyudulandan sonra
yanıq sahəsini steril bint və ya xovu
olmayan, təmiz, yumşaq, təzə ütülənmiş
parça ilə sarımaq lazımdır. Binti
spirtdə islatmaq olar, o, ağrıkəsici
təsir
göstərir və bəzi hallarda suluqların
əmələ gəlməsinin qarşısını alır.
Yanıq sahələrinə heç vaxt yod,
zelyonka, kalium permanqanat
və digər
bu tipli antiseptikləri
sürtmək olmaz.
Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz
döşəkağı ilə bürümək, daha sonra üstünü adyalla örtmək, ona antihistamin, ağrıkəsici
dərmanlar vermək, duz qatılmış su içirtmək (1 litr suya 1 çay qaşığı duz) və
dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu,
təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər.
1. Sizcə, ilan sancması zamanı zərərçəkənin tam sakitliyini təmin etmək nəyə
xidmət edir?
2. Sizcə, soyuqdan donmada ilk tibbi yardım göstərilərkən üzüyün, saatın,
bədəni sıxan paltarların və s. çıxarılması nəyə lazımdır?
3. Sizcə, qida zəhərlənmələrinin qarşısını almaq üçün nə etmək lazımdır?
4. Sizcə, arterial qanaxma venoz qanaxmadan nəyə görə təhlükəli hesab edilir?
5. El arasında burun qanaxması zamanı ilk tibbi yardım kimi başı yuxarı qaldırıb
arxaya tutmaq fikri ilə razılaşırsınızmı?
6. Mətndə göstərilən fövqəladə hallar zamanı ilk tibbi yardım praktik şəkildə
yerinə yetirin.
7. Siz zərərçəkənə ilk tibbi yardım göstərməyə hazırsınızmı?
Sual və tapşırıqlar
LAYİHƏ
208
İstifadə olunmuş ədəbiyyat
1. A.M.Məmmədov, C.S.Əkbərov, Ə.M.Talıbov, E.Q.Həşimov. İlkin tibbi yardım (dərs vəsaiti).
Bakı, 2014.
2. A.Məmmədov. Atəş hazırlığı. I hissə. Bakı, AAHM nəşriyyatı, 2005.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, 2005.
4. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan
Respublikasının
Qanunu. Bakı, 19 iyul 2004-cü il.
5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi. Bakı, 23 sentyabr
1994-cü il.
6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi. Bakı, 23 sentyabr
1994-cü il.
7. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi.
Bakı, 23 sentyabr 1994-cü il.
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi. Bakı, 24 dekabr 2014-cü il.
9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı, 14 may 1999-cu il.
10. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının
Qanunu. Bakı, 10 iyun 1992-ci il.
11. Azərbaycan Respublikasının Hərbi doktrinası. Bakı, 8 iyun 2010-cu il.
12. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 12 noyabr 1995-ci il.
13. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının
Qanunu. Bakı, 9 oktyabr 1991-ci il.
14. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında”
Azərbaycan Respublikasının Qanunu. Bakı, 4 noyabr 1997-ci.
15. “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan
Respublikasının
Qanunu. Bakı, 11 may 2010-cu il.
16. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 9 aprel 2002-ci il.
17. Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi. Bakı, 29 may 1998-ci il.
18. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu. Bakı, 3 oktyabr 1997-ci il.
19. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının
Qanunu. Bakı, 20 may 1997-ci il.
20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 25 dekabr
1991-ci il.
21. Hərbi mühəndis hazırlığı. Bakı, AAHM nəşriyyatı, 2016.
22. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı,
23 dekabr 2011-ci il.
23. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 6 yanvar 1994-cü il.
24. Quru Qoşunlarının döyüş fəaliyyəti. III hissə (Taqım, manqa, tank). Bakı, 2016.
25. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 26 noyabr 1993-cü il.
26. R.F.Əkbərov, R.F.Əkbərova. İlk tibbi yardım. Bakı, Mütərcim, 2010.
27. Военная топография. Москва, 1990. LAYİHƏ

Hiç yorum yok:

Yorum Gönder