30 Ocak 2017 Pazartesi

Vətən mənə oğul desə nə dərdim, Mamır olun qayalarında bitərdim. (Məməd Araz)



         Doğma ordumuzun sıralarında xidmət edən Yaşar kimi hər bir gəncə  həsəd  aparıram, çünki bizim gəncliyimizdən fərqli olaraq  Yaşar və yaşıdları xoşbəxtdirlər.Axı  taleyimizə müstəqil Azərbaycana xidmət etmək,
öz ordumuzun əsgəri olmaq qisməti yazılmayıb.SSRİ adlı bir ittifaqda cəmləşməyimizə baxmayaraq,Vətən anlayışı nisbi idi.Dilinə,adətinə bələd olmadığımız komandirlər bir yana, yadmillətdən olan”yaşlı-starik”əsgərlərdə kobud davranışlar da bəzən bizləri  xidmət etməkdən bezdirirdi.Lakin bütün bunlara baxmayaraq valideyinlərimizin  nigaran qalmaması üçün  vəziyyətimiz  “lap yaxşıdır” deyə məktub  yazırdıq .
İndi isə qürur duyuruq ki, müasir gəncliyimizə doğma ordumuzun sıralarında xidmət etmək nəsib olub. Müstəqil ölkənin vətəndaşı olmaq böyük səadət olduğu kimi ,bu vətənin keşiyində dayanmaq  və hər qarış torpağımızı düşmənlərdən göz bəbəyi kimi qorumaq da şərəfli və məsuliyyətli vəzifədir. Vətən həm də ona görə müqəddəsdir ki, onuYaşarın timsalında qəhrəmanvə igid oğullar qoruyur.Ölkəmizdə yüz minlərlə gənc işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın-  İlham Əliyevin əmirini gözləyir.Azərbaycan ordusunun hərbiçisi olmaq ,hər bir gəncimiz  üçün  fəxr ediləsi bir qürur hissidir.Çünki hərbiçini hərbiçi edən mətnliyinin  arxasında əsl vətən ruhu, xalq sevgisi ,torpaq məhəbbəti  durur.Xalqın qəhrəmanı olmaq böyük xoşbəxtlikdir və belə xoşbəxtlik ancaq qeyrətli, cəsarətli oğullara qismət olur.”Kişinin ayağı altında azad Vətən torpağı olmalı, başı üzərində istiqlal bayrağı dalğalanmalıdır”-deyən  böyük inqilabçı Şeyx Məhəmməd Xiyabaninin  bu fikrini daim  müəllimlərimiz bizə  xatırladırdılar.
Yaşar Təvəkkül oğlu Ağayev Vətən,torpaq məhəbbətinin  ona hər  şeydən əziz və uca olduğunu sübuta yetirərək hamıya örnək  ola biləcək bir nümunə göstərdi.2016- ci ilin aprel döyüşlərində qəhrəmanlıqla döyüşən yüzlərlə qəhrəmanlardan biri olan ,onlarla düşməni məhv  edən gizir  Yaşar Təvəkkül oğlu Ağayev  işlədiyim məktəbin məzunu  olumuşdur. Lakin Yaşar döyüşlərin birində ağır yaralandığı  üçün Mərkəzi Hərbi Hospitalda müalicə olunur. Mən onunla şagirdlərin   görüşünü təşkil etmək istəyirdim. Düzün desəm,  Qəhrəmanımızla görüşü məktəbimizdə , yəni mənim təzə təmir olunmuş çağırışaqədərki hazırlıq kabinetində keçirməli idim, lakin Yaşarın müalicəsi hələdə  davam etdiyinə  görə  onunla görüşü Hospitalda  nəzərdə tutmalı  olduq. Bu fikrimi İsmayıllı Təhsil Şöbəsinə və Birinci Qarabağ müharibəsinin veteranı , İsmayıllı Rayon Təhsil Şöbəsinin çağrışaqədərki  hazırlıq fənni üzrə metodisti  İlham Vahabova bildirdim.Məktəbimizin şagirdlərində o qədər yüksək vətənpərvərlik hisləri var ki,hansını  və neçə nəfəri  görüşə aparacağımı qərar verə bilmirdim. Belə qərara aldım ki ,elə qəhrəmanımızın sinif  rəhbəri Şayəstə  Abdulovanın sinfini , “Şahin” və Gənc xilasedənlər” komandalarını  aparım. Digər şagirdlər isə  öz düşüncələrini və qəhrəmana arzularını məktub yazaraq bildirmələrin təklif etdim. Şagirdlərimiz yüzə qədər məktub  yazdılar.Şagirdlərə bildirildi ki, məktubların   ən yaxşı və məzmunulu olanını  Yaşar özü oxyandan sonra bizə qaytaracaq  və biz o şagirdi mükafatladıraraq  yerli qəzetdə həmin məktubu  çap edəcəyik. Çətin hava şəraitinə baxmayaraq  İlham Vahabov,Şayəstə Abdulova və  mənimlə bərabər 25 şagirddən  ibarət bir qrup təşkil olundu.Əvvəlcədən Yaşarın valideynlərinə  bu görüş barədə məlumat verildiyinə görə onlarda bizimlə bərabər getmək  istədiklərini bildirdilər.Görüş 28 yanvar gününə təşkil edilmişdi,lakin hava şəraiti ilə əlaqədar görüşü təxirə salmaq  istədik.Amma şagird və valideynlərin istəyi və səyi nəticəsində uzaqda olsa başqa yolla Bakıya qəhrəmanımızla  görüşə yollandıq.Yolların qar və buz olması heç kəsi qorxutmadı və kollektiv sürətdə alternativ yolla getməyi  qərara aldıq.Hospitala çatandan sonra məlum oldu ki, oranın qayda- qanuna əsasən şagirdlərin qrup şəklində içəri keçməsinə və şəkil,vidio çəklişə icazə verilmir.Buda təbiidir, anlaşılandır.Çünki mənfur düşmənlərimiz məlumatları təhrik edərək özlərinin məkirli  niyyətləri üçün istifadə edə bilərlər.MüdafiəNazirliyindən  xüsusi icazə aldıqdan sonra şagirdlər iki-iki  igid,mərd, cəsur, dəyanətli  vətən oğlu Yaşarla görüşdülər.Görüş çox səmimi və düşündürücü   keçdi.Axı onlar qəhrəmanları kitablardaoxuyub  vəfilimlərdə görmüşlər. İndi isə başqa. Canlı onunla ünsiyyətdə olaraq öz fikirlərini bildirirdilər.Mən  məktəbimiz haqqında və şagirdlər barədə Yaşara və onundöyüş yoldaşlarına məlumat verdim. Şagirdlər isə Yaşar kimi cəsur döyüşcü ilə fəxr etdiklərini  və ona  tezliklə sağalaraq  sağlam həyat arzuladılar.       X sinif şagirdi Sabrina Yolçiyevanın  vətənpərvərlik mövzusunda söylədiyi  şeir  Yaşarın çox xoşuna gəldi və ona öz təşəkkürünü bildirdi.Mənim gözümün qabağından  keçən bir görüntü heç vaxt yadda çıxmayacaq.Yaşarın sinif rəhbəri Şayəstə  müəllimə başını Yaşarın dizinə qoyduğu vəziyyət- onun qəhrəmanlığı qarşısında baş əydiyinə görə Yaşarın anası  Xavər xanımın  qürurverici sevinc olaraq sifətində təbəsümünü gördüm.Ana öz övladı ilə fəxr edirdi. Çünki bilirdi ki, Yaşarıngörüşünə gələn  gənclər onun hünər işini davam edəcəklər və yağı düşməndən torpaqlarımızı azad edəcəklər.Biz Hospitala gəlib gedənə qədər Yaşarın atası Təvəkkül qardaş bir neçə dəfə zəng etməklə   gəlməyimizi müşahidə edərək  salamat Bakıdan qayıtmağımızı  gözləyirdi.
Təvəkkül qardaş və Xavər bacı bizim bu görüşü təşkil etdiyimizə görə təşəkkürlərini bildirdilər.Biz isə deyirik ,Yaşar təkcə sizin övladınızyox, aprel döyüşlərdən sonra Vətən övladıdır.Biz sizə təşəkkür edirik ki, bucür vətənpərvər, igid övlad böyütmüsünüz.



Hiç yorum yok:

Yorum Gönder