ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİ ÜÇÜN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU)
(X-XI
siniflər)
Bakı – 2013
Çağırışaqədərki hazırlıq” fənni üzrə təhsil proqramı (kurikulumu) aşağıdakı
tərkibdə yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır: Sədr: Həbib Ocaqov - Azərbaycan
Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar, Həyat fəaliyyətinin təhlükəsizlılıyi”
kafedrasının müdiri, texinka elmləri doktoru, professor. Ceyhun Məmmədyarov - Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzinin elmi işçisi, kordinator,ehtiyatda olan mayor.
Işçi qrupunun üzvləri:: Əli Bağırov --“Çağırışaqədərki
hazırlıq” fəninin kurikulumunun
hazırlanamsı üzrə milli məsləhətçi, Əhliman Hüseynov --Təhsil
Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Səyavuş
Gözəlov-Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Bağırov Azər - 158
nömrəli tam orta məktəbin
“Çağırışaqədərki hazırlıq” fənn müəllimi, Qəhrəman Qasımov-Bakı şəhəri 238 nömrəli
tam orta məktəbin “Çağırışaqədərki
hazırlıq” fənn müəllimi, Yəhya Ağayev-Bakı şəhəri 70 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənn
müəllimi, Kərimov Zabit, Qasımov Rövşən - BTİ-nin “Çağırışaqədərki hazırlıq”
fənni üzrə metodistləri.
Mündəricat
Giriş
I. "Çağirişaqədərki haziriiq" təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
1.2. Məzmun xətləri
1.3. Fəaliyyət xətləri və standartları
1.4. Tam orta təhsil pillələri üzrə məzmun xətlərinin təlim nəticələri
1.5. Məzmun standartları
X sinif
XI sinif
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya
II. Təlim
strategiyaları
2.1. "Çağırışaqədərki
hazırlıq" təliminin
təşkilinə verilən əsas tələblər
2.2. Fənnin təlimin
təşkilinin forma və üsulları barədə tövsiyələr
2.3. Müəllimin təlim fəaliyyətinin
planlaşdırılmasına dair nümunələr
2.4.Məzmun standartlarının şərhi
III. Şagird
nailiyyətlərinin qiymətləndirilməsi
Resurslar
Tezaurus
İstifadə olunmuş ədəbiyyat
GİRİŞ
“Çağırışaqədərki
hazırlıq” fənni üzrə təhsil proqramı (kurikulumu)
və onun xarakterik cəhətləri. “Çağırışaqədərki hazırlıq” fənnini üzrə təhsil proqramı
(kurikulumu) ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri
əks etdirən və hər bir şagirdin imkanlarına, qabiliyyət və ehtiyaclarına yönəlmiş
dövlət sənədidir. Bu sənəd
müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin
digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.
“Çağırışaqədərki
hazırlıq” fənnini üzrə təhsil proqramı (kurikulumu):
· dərslik
və tədris vəsaitlərinin tərtib edilməsi, tədris materialiarının planlaşdırılması, təlim üsullarının
müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün
müvafiq təlimatlar formasında işlənməsinin əsasını təşkil
edir;
· nəticəyönümlü
xarakter daşıyır və
standartların mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərindəki (irəliləylşlərin)
inkişafı müntəzəm qiymətləndirilməsini
nəzərdə tutur;
· şagirdlərə
gündəlik həyatda lazım olan bacarıqların aşılanmasını ön plana çəkir;
· şagird
irəliləyişlərinin və inkişaf sürətinin getdikcə artmasını əsas məqsəd kimi
qarşıya qoyur;
· məzmun
standartlarının müəyyənləşdirilməsi prosesində fənn üzrə təlim nəticələrində
fəaliyyətlər (idraki, hissi-emosional və psixomotor) üzrə balansın
gözlənilməsini diqqət mərkəzində saxlayır;
gözlənilməsini diqqət mərkəzində saxlayır;
· şagirdlərin "nəyi bilməli", "nəyi
bacarmalı" və “hansı keyfiyyətlərə
yiyələnməri”əsasında malik olduqlarını bilik və fəaliyyətlərin
inteqrasiyası formasında təqdim edir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Bəşəriyyətin tarixi böyük müharibələr, qarşıdurmalar tarixi olmuş,
insanlar yaşamaq uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə özünün vətənini,
xalqını müdafiəyə qalxan insanlar inamla, qətiyyətlə vuruşmalı olmuşlar. Onlar
ölkəni, dövlət marağını, ərazisini və xalqını qorumağı hər şeydən üstün hesab
etmişlər. Ölkələrdə silahlı qüvvələr məhz bu zərurətdən yaranmışdır.
Müasir dünyada ölkələrin inkişafının səviyyəsi həm
də onların müdafiə qüdrəti, gücü ilə ölçülür. Onun hər bir vətəndaşının əqli,
fiziki və mənəvi cəhətdən bu işə hazır olması ən vacib atributlardan biri kimi
dəyrləndirilir. “Çağırışaqədərki hazırlıq” fənninin Azərbaycanın ümumtəhsil
məktəblərinin tam orta təhsil səviyyəsində tədris olunması bu məntiqdən irəli
gəlir.
Bu fənn aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət
daşıyır.
Xalqına, vətəninə,
tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin
müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunur. “Çağırışaqədərki
hazırlıq” fənninin tədrisi prosesində bu keyfiyyətin formalaşması üçün geniş
imkanlar vardır.
Sülh şəraitində mürəkkəb
və çətin hərbi xidmətin qüsursuz keçməsi, müharibə zamanı isə döyüş
tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən bir sıra
sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılması, ilk növbədə,
isə cəsurluq, düşmənlə mübarizədə davamlılıq, qələbə naminə iradə və təmkinlilik,
mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək yüksək psixoloji keyfiyyətlər hesab
edilir. Bu keyfiyyətlərin yaranmasında “Çağırışaqədərki
hazırlıq” fənninin rolu böyükdür.
“Çağırışaqədərki
hazırlıq” fənninin
həm də təcrübi əhəmiyyəti vardır. Bu fənn şagirdləri Silahlı Qüvvələrin tarixi,
dövlətin müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi
xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün
ibtidai anlayışları ilə tanış etməklə onlarda fiziki, sıra hazırlıqları,
topoqrafiya, insanın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi
üsullarına, eləcə də fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi
yardımın göstərilməsinə dair praktik bacarıqlar formalaşdırmaq imkanına
malikdir.
Fənnin
məqsədi şagirdlərdə
respublikanın müdafiə qüdrəti, Azərbaycan Respublikasının Konstitusiyası və
qanunlarından irəli gələn vəzifələr, Nazirlər Kabinetinin qərarları, Azərbaycan
Silahlı Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və əhəmiyyəti, hərbi xidmətin
vətəndaşlar üçün şərəfli vəzifə olması, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən
irəli gələn vəzifələri, əsgərlərin yerləşməsi, həyat tərzi və xidməti, fövqəladə hallarda
mühafizə qaydaları və tibbə dair bilik və bacarıqlar əsasında təhlükəsizliyi
təmin etmək və müdafiə qabiliyyətini, səhiyyə və ekoloji mədəniyyəti formalaşdırmaqdan
ibarətdir.
Şagirdlər bu məqsəddən
irəli gələn dəyərlərə yiyələnməklə ətraf mühitə qısa zamanda adaptasiya olunur
və qeyri-adi (ekstremal) (böhranlı, fövqəladə) vəziyyətə
düşərkən sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına malik
olurlar.
Bu məqsədin
reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
· Azərbaycanın Silahlı Qüvvələri haqqında ümumi məlumatların,
zəruri hərbi nizamnamə qaydalarının mənimsənilməsi, ordu həyatı ilə tanışlıq,
şagirdlərdə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşması;
· şagirdlərin hərbi xidmətə fiziki və psixoloji cəhətdən
hazır olmaları və topoqrafik vərdişlərə yiyələnmələrinin təmin olunması;
· şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində
xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılması;
· şagirdlərdə vətənpərvərlik, əqidəlilik,
dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin
inkişaf etdirilməsi;
· fövqəladə
hallarda mühafizə vasitələrindən istifadə və zədələnmə ocaqlarında ilk tibbi
yardım göstərmək bacarıqlarının formalaşdırılması.
1."Çağırışaqədərki
hazırlıq" fənni üzrə təlimin məzmunu
·
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi
xidmət barədə qanunun tələblərini şərh edir;
·
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar
haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas
müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına,
topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
·
qeyri-müəyyən (ekstremal) şərait və hallarla əlaqədar yaranmış
vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;
·
mülki müdafiə, sıra
təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası
zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
1.2. Məzmun xətləri və onların əsaslandırılması
"Çağırışaqədərki
hazırlıq"' fənni üzrə məzmun xətləri aşağıdakı kimi müəyyənləşdirilir:
·
dövlət müdafiəsinin tarixi və hüquqi əsasları;
·
həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı;
·
tibbi biliklər və ilk tibbi yardım qaydaları.
Gənclər Azərbaycan
Silahlı Qüvvələrinin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır,
onlarda vətənə sədaqət, Azərbaycan Silahlı Qüvvələrində xidmətin müqəddəs borc
və şərəfli bir iş olmasına inam əmələ gəlir, əqidəlilik, cəsurluq və şəxsi məsuliyyət
hissi kimi mənəvi keyfiyyətlərin formalaşmasına zəmin yaranır. Onlar Azərbaycan
Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının ölkənin
müdafiəsinə aid tələbləri ilə tanış olurlar. Ölkənin müdafiəsinə dair vətəndaşlıq
borcunu və məsuliyyətini başa düşürlər. Ordu
həyatı ilə tanış olur, əsgərin vəzifə, hüquq və məsuliyyətini dərk edirlər.
Bu məzmun xətti üzrə əldə olunmuş bilik və
bacarıqlar gənclərin əvvəlcədən ordu həyatı ilə tanış olmasına imkan yaradır,
şagirdlərin idrak fəallığının yüksəlməsini stimullaşdırır. Şagirdlər öz
ölkəsinin tarixini digər ölkələrin tarixi ilə müqayisə etmək imkanı əldə
edirlər. Onlarda tədqiqat aparmaq, mühakimə yürütmək, qərar qəbul etmək
bacarıqlarının formalaşmasına geniş şərait yaranır.
Həyat fəaliyyətinin
təhlükəsizliyinin təminatı
Azərbaycan dövlətinin müharibə təhlükəsi və
terrorizmlə üzbəüz qaldığı zamanda şagirdlərin bu sahədə biliklərə yiyələnməsi
məzmun xəttinin əsasını təşkil edir. Onlar taktika və müasir silahlar haqqında
biliklərə, topoqafiya üzrə bacarıqlara yiyələnirlər.
Əldə olunan bacarıqlar, ilk növbədə, hərbi xidmətə
gedəcək gənclərin cağırışaqədərki hazırlıq dövrü kimi əhəmiyyət daşıyır. Tez
bir zamanda ümumi hazırlığa yiyələnməyə və ixtisas üzrə hazırlıq üçün daha az
vaxt ayrılmasına imkan yaranır. Digər tərəfdən hərbi xidmət keçməyən insanlar
üçün bu bilik və bacarıqlar müharibə (terrorizm) şəraitində özünü mühafizə
etmək üçün faydalı olur. Şagirdlər tədqiqat aparmaq, mühakimə yürütmək və qərar
qəbul etməklə yanaşı, ünsiyyət qurmaq, öyrəndiklərini əlaqələndirmək və tətbiq
etmək bacarıqlarına yiyələnirlər. Müxtəlif xarakterli fövqəladə halların
meydana çıxması insanların həyat və sağlamlığına, genetik fonduna ciddi təhlükə
yaradır. İnsanlar öz həyatlarını qorumaq məcburiyyəti qarşısında qalırlar. Bu
məzmun xətti üzrə bacarıqlar baş verə biləcək təbii fəlakətlərə və texnogen
qəzalara insanların tam orta təhsil səviyyəsində hazırlanmasına şərait yaradır.
Tibbi biliklər və ilk
tibbi yardım qaydaları
Nəzərdə tutulan məzmun xətti istər müharibə, istərsə
də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı xəsarət alanlara
və zərər cəkmişlərə göstəriləcək ilk tibbi yardım kimi dəyərləndirilir,
şagirdlərin sağlam həyat tərzinin təşkili haqqında bilik və bacarıqlara
yiyələnməsinə, əqli və fiziki cəhətdən inkişaf etdirilməsinə geniş imkanlar
yaradır. Onlarda xəstələrə (yaralılara) humanistcəsinə yanaşmaq, əsl
vətəndaşlıq mövqeyi nümayiş etdirərək təmənnasız tibbi yardım göstərmək
keyfiyyətləri tərbiyə edir.
1.3. Fəaliyyət
xətləri və standartları
“Çağırışaqədərki
hazırlıq” fənni üzrə aşağıdakı fəaliyyət xətlər müəyyənləşdirilir:
·
problemin
müəyyənləşdirilməsi və həlli;
·
ünsiyyətqurma;
·
əlaqələndirmə;
·
mühakiməyürütmə və
əsaslandırma;
·
təqdimetmə.
Fəaliyyət
xətləri məzmun xətlərinin hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə
biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları
realizə etmək məqsədi daşıyır və şagirdlərə istiqamətləndirilir.
Şagird
“Çağırışaqədərki hazırlıq” fənnindən yiyələnəcəyi məzmuna müxtəlif fəaliyyətlər
vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı problemləri həll etmək üçün
çağırışaqədərki hazırlıq məsələlərinin müzakirəsində iştirak edir, əldə etdiyi
məlumatları əlaqələndirir, mühakimə yürüdür, fikirlərini əsaslandırır,
biliklərini müxtəlif yollarla təqdim edir.
Problemin
müəyyənləşdirilməsi və həlli
Şagird:
·
çağırışaqədərki
hazırlıqda problemləri görür və yeni biliklər əldə edir;
·
problemlərin həlli üçün
müvafiq yanaşmalardan və strategiyalardan istifadə edir;
·
problemlərin həlli
prosesinə nəzarət edir və bu barədə mülahizə yürüdür.
Ünsiyyətqurma
Şagird:
·
ünsiyyət vasitəsilə
mülahizələrini bölüşür və ümumiləşdirir;
·
mülahizələri barədə
yoldaşlarına, müəllimə və başqalarına məlumat verir;
·
başqalarının
mülahizələrini və strategiyalarını təhlil edir və dəyərləndirir;
·
hərbiyə aid məsələləri
dəqiq ifadə etmək üçün hərbi terminlərdən istifadə edir.
Əlaqələndirmə
Şagird:
·
hərbi biliklər,
hadisələr arasındakı əlaqələri görür və onlardan istifadə edir;
·
hərbi sahədə bilikləri
və təklifləri bir-biri ilə ardıcıl əlaqələndirir və onları əsaslandırır;
·
hərbi bilikləri digər
sahələrdə tətbiq edir.
Mühakiməyürütmə
və əsaslandırma
Şagird:
·
mühakiməyürütmə və
əsaslandırmanı əsas üsul kimi qəbul edir;
·
fərziyyələr irəli
sürür;
·
müxtəlif tip mühakimə
və əsaslandırma üsullarını seçir, onlardan istifadə edir.
Təqdimetmə
Şagird:
·
təklifləri
formalaşdırmaq, yazmaq və əlaqələndirmək üçün təqdimatlardan istifadə edir;
·
problemlərin həlli üçün
hərbi təqdimat formaları seçir və tətbiq edir;
·
hərbi və həyati
məsələləri modelləşdirmək və təsir etmək üçün təqdimatlardan istifadə edir.
1.4. Məzmun xətləri üzrə təlim nəticələri
Tam orta təhsil səviyyəsində
məzmun xətləri üzrə təlim nəticələri
1. Dövlət müdafiəsinin
tarixi və hüquqi əsasları
Şagird:
·
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi, strukturu və başqa
silahlı birləşmələr haqqında məlumatları şərh edir;
·
hərbi xidmət haqqında qanunun və nizamnamələrin tələblərini şərh edir.
2. Həyat
fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
·
Azərbaycan
Silahlı Qüvvələrinin silahlandırılmasında olan hərbi texnika, silah və
sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir;
·
topoqrafik
vərdişlərə yiyələndiyini nümayiş etdirir;
·
sıra
təlimi elementlərinə və fiziki hazırlıq üzrə normativlərə uyğun bacarıqlar nümayiş
etdirir;
·
kütləvi
qırğın silahlarının törətdiyi və müxtəlif xarakterli fövqəladə hadisələrlə
əlaqədar yaranmış vəziyyətlərdə üsul və vasitələrdən qaydalara uyğun istifadə
edir;
·
mülki
müdafiəyə aid normativləri yerinə yetirir.
3. Tibbi biliklər və ilk tibbi
yardım qaydaları
Şagird:
·
yaralanma və zədələr zamanı
zəruri olan ilk tibbi yardım vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
1.5. Siniflər üzrə təlim nəticələri və məzmun
standartları
X sinif
Х sinfin sonunda şagird:
·
Azərbaycan
Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı
birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər
qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir;
·
daxili
xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi
müddəalarını şərh edir;
·
müasir
ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları,
atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki
xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə
qaydalarını şərh edir;
·
ərazidə
xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
·
fövqəladə hadisələr zamanı mülki müdafiə
dair biliklər nümayiş etdirir.
·
sağlam
həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə
dair bilik və bacarıqlar nümayiş edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin
yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1.
Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2.
Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri
barədə biliklər nümayiş etdirir.
1.2.1.
Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi
xidmətə aid müddəalarını şərh edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri
tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.
Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2.
Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını
şərh edir.
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1.
Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2.
Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini
nümayiş
etdirir.
2.2.1.
Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat
edir.
2.2.2.
Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir.
2.2.3.
Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş
etdirir.
2.3.1.
Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4.1.
Fövqəladə hadisələri təsnif edir.
2.4.2.
Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3.
Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh
edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1.
Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2.
Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş
etdirir.
3.1.1.
Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1.
Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2.
Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3.
Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
XI sinif
ХI sinfin sonunda şagird:
·
Azərbaycan
Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növləri, vəzifələri,
hərbi nizamnamələrin ümumi müddəalarının, (qarnizon qarovul xidməti, sıra, intizam,
daxili xidmət nizam namələrinin) tələblərinin
tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir;
·
müasir
ümumqoşun döyüşünün təşkili, döyüş təminatı, motoatıcı tağımın təşkili və döyüş
imkanları haqqında biliklərini şərh edir;
·
atıcı
silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə, mühəndis
maneələr haqqında, mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi
üsullarını izah edir, zirehli döyüş texnikaları ilə mübarizə üsulları
barədə təqdimat edir;
·
topoqrafik
xəritələr və onlardan istifadəyə dair
təqdimatlar edir;
·
fövqəladə hadisələr zamanı mülki müdafiənin
təşkilinə dair təqdimat
edir;
· müxtəlif
fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan
istifadə bacarıqları nümayiş etdirir;
· sağlamlığın
mühafizəsi haqqında təqdimat edir;
· ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
·
radiasiya
şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir;
·
yolxucu xəstəliklərin
profilaktikası və onlarla mübarizəyə dair bilik və bacarıqlar nümayiş etdirir.
Məzmun xətləri üzrə
əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin
yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat
edir.
1.1.2.
Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə
təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri
üzrə biliklər nümayiş etdirir.
1.2.1.
Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri
tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.
Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini
yerinə yetirir.
2. Həyat fəaliyyətinin
təhlükəsizliyinin təminatı
Şagird:
2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş
təminatı (kəşfiyyat, mühəndis təminatı) haqqında təqdimat edir.
2.1.2.
Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və
bacarıqlar nümayiş
etdirir.
2.2.1.
Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2.
Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını izah edir.
2.2.3.
Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş
etdirir.
2.3.1.
Topoqrafik xəritələrdən istifadə edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin
təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1.
Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2.
Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3.
Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji)
dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1.
Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat
cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş
etdirir.
3.1.1.
Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik
və bacarıqlar nümayiş etdirir.
3.2.1.
Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım
qaydalarına əməl edir.
3.2.2.
Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3.
Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
1.6. Fəndaxili
və fənlərarası inteqrasiya
Təhsilin məzmununa daxil
edilən fənlərarası və fəndaxili əlaqələr Təhsil Sektorunun inkişaf layihəsi
çərçivəsində inteqrativ kurikulumun əsas tərkib hissələrindən biridir.
Təcrübəli müəllimlərin
fikrincə, inteqrativ təlim bacarığı olmadan hər hansı bir fənnin tədrisində
müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanıqlı və kompleks şəkildə
biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün
inkişafında tədqiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik
olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında inteqrativ
kurikulumun əhəmiyyəti əvəzedilməzdir.
Cəmiyyətdə və təbiətdə
daima inteqrasiya mövcud olmuşdur. Məsələn, hər hansı peşə sahibi müəyyən işin
həyata keçirilməsində müxtəlif bacarıqlardan istifadə edir və ya görəcəyi işin
digər məsələlərə təsirini müəyyənləşdirə bilir.
“Çağırışaqədərki hazırlıq” fənninin tədrisində
təbiət, ictimai və texniki fənlərlə əlaqələrin qurulması inteqrativlik
baxımından onun didaktik əhəmiyyətini artırır, müxtəlif fənlərlə qarşılıqlı
fəaliyyətin təmin olunmasına imkan yaradır.
“Çağırışaqədərki hazırlıq” fənninin inteqrativ təlimi
şagirdlərdə:
· sərbəst
düşünməyə;
· qruplarda
işləməyə;
· müzakirələrdə
öz mövqeyini
bildirməyə;
· layihələr hazırlamağa;
· mövzunun
aktuallığını əsaslandırmağa;
· mövzunun
əhəmiyyətinə, digər sahələrə tətbiq edilməsinə və s. imkan yaradır.
“Çağırışaqədərki
hazırlıq” fənninin inteqrativ
təlimi müəllimin də fəaliyyətini mahiyyət etibarı ilə dəyişir. Onun aşağıdakı
istiqamətlərdə imkanlarını genişləndirir:
· məsələlərin
həllinə kompleks yanaşmaq;
· mövzular
arası əlaqələri yaratmaq;
· şagird
bacarığının inkişafına diqqət yetirmək;
· şagirdlərə
hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını müşahidə etmək;
·
təlim prosesini qiymətləndirmək
və s.
Fəndaxili və fənlərarası inteqrasiya cədvəli
X sinif
|
XI
sinif
|
1.1. Azərbaycan
Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar
nümayiş etdirir.
|
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmas və
inkişafını barədə bilik və bacarıqlar nümayiş etdirir.
|
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
Az.tarix:2.1.1;3.1.1; 3.1.2;4.1.2.
İnf.: 3.3.1; 3.3.2; (IX sinif)
Hb.: 2.3.1. (II sinif)
|
1.1.1 Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və
inkişafı haqqında təqdimat edir.
Az.tarix.: 3.1.1; 3.1.2; 4.1.1; 4.1.2.
İnf.: 3.3.1; 3.3.2. (XI sinif)
|
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə
təqdimat edir.
İnf.: 3.3.2.
|
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin
struktru və vəzifələri barədə təqdimat edir.
İnf.: 3.3.2.
|
1.2. Vətənin
müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
|
1.2. Vətənin
müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
|
1.2.1.Azərbaycan Respublikası Konstitusiyası və digər
qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2
|
1.2.1.Hərbi nizamnamələrin müddəalarının yerinə
yetirilməsinə dair təqdimat edir.
H-b.
2.4.1;2.4.2.(IV sinif)
|
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin
tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
|
1.3.
Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin və icrası üzrə bilik
və bacarıqlar nümayiş etdirir.
|
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi
müddəalarını şərh edir.
H-b.
2.4.1;2.4.2;3.1.1(IVsinif)
|
1.3.1. Daxili xidmət nizamnamələri haqqında təqdimat
edir.
Fiz.tərb.:
2.1.1; 2.3.11.3.2.
|
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin
ümumi müddəalarını şərh edir.
H-b.
2.4.1; 2.4.2; 3.1.1 (IVsinif)
|
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini
yerinə yetirir.
H-b.
2.4.1; 2.4.2 (IVsinif)
|
2.1.
Müasir ümumqoşun döyüşü üzrə
bilik və bacarıqlar nümayiş etdirir.
|
2.1.
Müasir ümumqoşun döyüşü üzrə
bilik və bacarıqlar nümayiş etdirir.
|
2.1.1. Müasir ümumqoşun döyüş növlərini və döyüş təminatı növlərini
izah edir.
İnf.:
3.3.1; 3.3.2
|
2.1.1.Müasir ümümqoşun döyüşünün təşkili və döyuş
təminatı (kəşfiyyat,mühəndis təminatı) haqqında təqdimat edir.
İnf.: 3.3.1; 3.3.2
|
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş
etdirir.
İnf.: 3.3.1; 3.3.2.
|
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2.
|
2.2.
Müasir döyüş vasitələri üzrə bilik və
bacarıqlar nümayiş etdirir.
|
2.2.
Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
|
2.2.1. Atıcı
silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimatlar
edir.
F.: 2.2.2;
İnf.: 3.3.1; 3.3.2.
|
2.2.1.Atıcı silahlardan istifadə və onlara
texniki xidmət qaydalarına edir.
|
2.2.2.Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər
nümayiş etdirir.
İnf.: 3.3.1; 3.3.2.
|
2.2.2.Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi
üsullarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2.
|
2.2.3.Zirehli döyüş texnikaları haqqında biliklərini
şərh edir.
|
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə
üsulları barədə təqdimatlar edir.
|
2.3.
Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
|
2.3.
Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
|
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq
edir.
C.2.1.2.,
H-b. 1.2.2.
|
2.3.1.Topoqrafik xəritlərdən istifadə edir.
C.
2.1.2., H-b. 1.2.2.
|
2.4.
Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
|
2.4.
Fövqəladə hadisələr zamanı mülki müdafinin dair bilik və bacarıqlar nümayiş
etdirir.
|
2.4.1. Fövqəladə
hadisələri təsnif edir.
İnf.: 3.3.1; 3.3.2
H-b. 4.3.1; 4.3.2; 4.3.3
|
2.2.4.1.Fövqəladə
hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
İnf.: 3.3.1; 3.3.2
H-b. 4.3.1; 4.3.2; 4.3.3 (IVsinif)
|
2.4.2.Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
C.2.1.1.
|
2.4.2.Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə
təqdimat edir.
C.1.1.1.
|
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri
haqqında biliklərini şərh edir.
|
2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və
bioloji bakterioloji) dağıdıcı vastələri və onlardan mühafizə üsullarını şərh
edir.
|
2.5.
Mühafizə vasitələrindən istifadə edir.
|
2.5.
Mühafizə vasitələrindən istifadə edir.
|
2.5.1. Fərdi
mühafizə vasitələri haqqında biliklərini şərh edir.
|
2.5.1.Fərdi
mühafizə vasitələrindən istifadə edir.
|
2.5.2.
Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
|
2.5.2. Radiasiya
nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə
edir.
|
3.1. Sağlam
həyat tərzi üzrə biliklər nümayiş etdirir.
|
3.1.
Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
|
3.1.1. Sağlam həyat
tərzini təşkil edən amillər haqqında bilikləri nümayiş etdirir.
F. 1.1.1; 1.1.2; 3.1.1;3.1.2
İnf.: 3.3.1; 3.3.2
|
3.1.1.Sağlamlığın mühafizəsi
haqqında təqdimatlar
edir.
İnf.: 3.3.1; 3.3.2
|
3.2. İlk
tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
|
3.2. İlk
tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
|
3.2.1. Yaralanma
və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2
|
3.2.1. Fövqəladə
hadisələrdə zədələnmələrin profilaktikasını və ilk tibbi yardım qaydalarına əməl
edir.
|
3.2.2.Radioaktiv
və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2
|
3.2.2.
Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr
zamanı ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2 F. 3.1.1
|
3.2.3.Bioloji
vasitələrdən və yolxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
F-t.: 1.1; 1.2.3.
B.: 3.2.1; 3.2.2.
|
3.2.3.
Yolxucu xəstəliklərin
profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
F-t.: 1.1; 1.2.3.
B.: 3.2.1; 3.2.2.
H-b.4.1.1; 4.1.2
|
II. Təlim strategiyaları
2.1. “Çağırışaqədərki hazırlıq” təliminin təşkilinə verilən tələblər:
Müasir dövrdə təlim daha
çox fəal xarakter daşıması ilə izah olunur. Orada şagirdlərin marağına səbəb
olmaqla onu təmin etmək, idraki fəaliyyətin inkişafını stimullaşdırmaq vacib
hesab edilir.
Fəal təlimi ilk növbədə,
demokratik təhsil mühitinin yaradılmasını şərtləndirir. Demokratik təhsil
mühiti öz növbəsində müəllim və şagirdin yaradıcı fəaliyyətinə imkan yaradır.
Demokratik mühit müəllim
və şagirdlərlər qarşısında eyni tələblər
qoyur. Onlar aşağıdakılardan ibarətdir.
Müəllimi
|
Şagirdlər
|
· Fikirlərini
şifahi, yazılı ifadə etmək, diskussiya aparmaq öz rəyini müdafiyə etmək.
· Nəzərdə
tutulduğu ideya, təklif və yeniliyi həyata keçirmək, onların şagirdlərin
əqli, psixoloji durumuna müsbət təsirini əsaslandırmaq
· Hər
hansı qərarın qəbul edilməsində məktəb rəhbərliyindən kömək gözləmək
· Digər
fənn müəllimlərinin fəaliyyətinə hörmətlə yanaşmaq
|
· Özlərini
şəxsiyyət saymaq, fikirlərinin diqqətlə dinlənilməsini tələb etmək.
· Qrup
halında birləşərək hər hansı məsələnin həllində birgə qərar çıxarmaq, onu müdafiə etmək,
məktəb rəhbərliyi qarşısında təqdim etmək
· İnsan
(uşaq) hüquqları haqqında təlimatları əldə etmək və öz hüquqlarını qorumaq
· Müstəqil
və yaradıcı fəaliyyətlərinə görə həvəsləndirilmək.
|
Fəal təlimin prinsipləri
“Çağırışaqədərki
hazırlıq” fənni üzrə təlim aşağıdakı
xüsusiyyətləri ilə fərqlənir:
“Çağırışaqədərki hazırlıq” fənni:
a) şagirdyönümlüdür - belə ki, əqli
qabiliyyətindən asılı olaraq şagirdin imkanları nəzərə alınır, dərs şagirdlərin
maraq və tələbatlarına
uyğunlaşdırılır,
dərsdə şagirdi həvəsləndirən ştrixlər maraqlı hərbi məlumatlar(la əsaslandırılır) qabarıqlaşdırılır;
b) tədqiqatyönümlüdür - şagirdlər özlərinə lazım olan
məlumatları
müxtəlif mənbələrdən, sxem, diaqram, cədvəl və xəritələrdən əldə edir,
onları ümumiləşdirir, müqayisə
edir, eləcə də yaşadığı mühitə dair məlumatları əlavə edir;
c) inkişafyönümlüdür – təlim şagirdin
özünün müstəqil olaraq məlumat əldə etməsinə, onları ümumiləşdirməsinə, alınan
materialı sərbəst şəkildə təqdim edə bilməsinə əsaslanır;
d) proqnoz vermək - təlim şagirdlərin
dərsin məzmununa dair əldə etdiyi məlumatlar əsasında gələcək üçün fəaliyyət
proqramı verə bilməsinə,
müharibələr, ölkənin
müdafiəsi, hərbi məlumatlar əsasında (sosial) ekoloji, iqtisadi və torpaqların azad edilməsi haqqında proqnozlar
verməsinə əsaslanır;
e) çeviklik– cəldlik - şagird əldə
etdiyi hərbi
bilikləri daha tez tətbiq etmək, (məsələn, xəritə üzərində torpaqların azad edilməsi haqqında obyektlərin
yerini göstərmək və yaşadığı yer ilə müqayisə etmək), şərti işarələrə əsasən
kartoqrafik təsvirlər üzərində marşrut seçmək qabiliyyətinə yiyələnir;
t) «müəllim- şagird» «şagird-şagird» münasibətininin
qurulması -şagirdlər dərsin məzmununu zənginləşdirmək üçün «komanda» vermək, müşahidəçi(komandir kimi) olaraq hazırlığı yoxlamaq,
sıra
monitorinqi (baxışı) keçirmək bacarıqlarını
(vərdişlərini) inkişaf etdirirlər;
2.2. Təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr
“Çağırışaqədərki
hazırlıq” fənnin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: fərdi iş, cütlərlə
iş, qruplarla iş və kollektivdə iş,. Hər bir
təlim forması dərsin məqsədindən asılı olaraq seçilir və şagirdlərin
fəaliyyətləri bu forma üzərində qurulur. Hər bir təlim
forması nəzərdə tutulan nəticənin alınması istiqamətində dərsin məqsədindən
asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.
Fərdi iş - Şagirdin fəaliyyətini izləmək, potensial
imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi
üçün real imkanlar yaradır.
Cütlərlə iş - Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa,
məsuliyyəti bölüşməyə(formalaşdırşağa) optimal
imkan yaradır.
Qruplarla iş - şagirdlər müəyyən problemi həll etmək üçün
qrupda birləşirlər. Bu prosesdə onların
müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və
birgəfəaliyyət bacarıqları inkişaf edir.
Kollektivdə işləməklə, kollektiv fəaliyyət bacarığının
bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Tədris prosesini aktiv
şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə
qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa olan həvəsi artırmaq hər bir ”Çağırışaqədərki
hazırlıq” müəlliminin fəaliyyətinin əsas məqsədinə çevrilməlidir. Sadalanan
məqsədləri həyata keçirməyi qarşıya qoyan hər hansı bir müəllim şagirdləri fəal
təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından tanış olmalı, iş prosesində qarşıya çıxan çətinlik və
çatışmazlılıqları aradan qaldırmaq yollarını bilməli, habelə tətbiq olunan
metodların əhəmiyyətini başa düşməlidir. Fəal təlim metodları ilə
işləmək üçün müəllimin şəxsi keyfiyyətləri: təşkilatçılıq qabiliyyətləri, hərbi
hazirlıq üzrə bilik ( bu zaman həm də digər fənlərə dair biliklər də nəzərdə
tutulur) səviyyəsi və s. əsas şərtlərdəndir.
Hərbi rəhbərin pedaqoji
ustalığı tək öz fənnini mükəmməl bilməsindən ibarət deyil, həm də metodlardan, üsullardan
və təlim vastələrindən müstəqil və inamlı istifadə bacarığından ibarətdir.Təlim
metodu dedikdə təlim prosesində müəllimlə (hərbi rəhbərlə) şagirdlər arasında
birgə işin necə təşkil edilməsi nəzərdə tutulur.Təlim metodu təlimin ümumi məqsədi və tapşırığı əsasında
təşkil olunur. Hər bir metod əlaqəli təlim üsullarından (priyomlardan)
ibarətdir. Təlim üsulu təlim metodunun detalları kimi özünü göstərir. Nəql
təlim metodu, yəni nəql planının çatdırılması şagirdlərin diqqətinin müəyyən
istiqamətdə yönəldilməsi üsuludür. Hərbi rəhbər müxtəlif təlim vasitələrindən
istifadə etməklə təlim metodunun seçilməsində geniş imkana malik olur.Təlim
vasitələri- təlim kitabları və başqa təlim məlumat mənbələri vasitəsilə hərbi rəhbər təlim prosesini təşkil edir, şagirdlər isə bilik və
bacarıq əldə edirlər.
Təlim vasitələrinə
aşağıdakılar aiddir: hərbi rəhbərin sözləri, kitab və dərsliklər, əyani
vasitələr, hərbi təlim vəsaitləri, təlim üzrə slaydlar, radio, televiziya,
kompyutor və. s. Çağırışaqədərki hazırlıq təlimi prosesində müxtəlif təlim
metodlarından istifadə olunur, onlar üç qrupa bolünür: sözlü, göstəri və
prktik. Əsas təlim metodu məlumatın
şifahi şərhi nəql, izah, mühazirə), müsahibə,
göstərmə, çalışmalar, müstəqil iş.
1. ŞİFAHİ ŞƏRH nəql, izah, mühazirə üsulları vasitəsilə şagirdlərə
yeni materialın çatdırılmasında ən
üstün metod kimi istifadə olunur.
İzah dedikdə ayrı-ayrı
fikirlərin, qanunların, qaydaların, hadisələrin, silah və sursatların iş
prinsiplərinin sözlə çatdırılması nəzərdə tutulur. Hər hansı bir silahın iş prinsipini çalışma yolu ilə oyrətməzdən
əvvəl, müəllim (hərbi rəhbər) onun əsaslarını izah etməlidir.
Nəql yeni məlumatın hekayə, rəvayət üslubunda şərhi
deməkdir o, tez-tez müsahibə və izahla birləşdirilir. Çağırışaqədərki hazırlıq
fənninin bölmələrinin çoxunda yeni məlumatların şərhi nəql metodu ilə həyata
keçirilir.
Mühazirə yeni məlumatların şərhi metodu kimi böyük
mövzularda istifadə olunur məsələn, Azərbaycan Silahlı Qüvvələrinin yaranması
və inkişafı. Mühazirə, nəql və izahdan daha uzunmuddətlidir. Bu, müasirliklə
əlaqəli əlavə məlumatlardan istifadə etməklə mövzunun tam izah edilməsilə
fərqlənir. Mühazirə zamanı şagirdlərdən dərsə ciddi diqqət yetirmək. Hərbi
rəhbərdən isə səlist danışıq tələb olunur.
2. MÜSAHİBƏ sual-cavab təlim metodudur və təlim prosesinin
bütün mərhələlərində həyata keçirilə bilər. Müsahibənin dörd əsas növü vardır:
yeni biliklərin verilməsi, biliyin möhkəmləndirilməsi, biliyin yoxlanılması və
qiymətləndirilməsi, keçilən mövzuların təkrarı.Yeni biliyin verilməsində
müsahibə induktiv və ya deduktiv yolla aparıla bilər. Müsahibə mürəkkəb təlim metodlarından
biridir. Müsahibənin gedişində suallar ciddi və məntiqi ardıcıllıqla qoyulmalı
və araşdırılmalıdır. Hərbi rəhbər müsahibənin məzmun və məqsədinə uyğun əsas
sualları şagirdlərin bilik səviyyəsinə uyğun hazırlamalı, cavablar birbaşa
deyilməməli, suallara hə və ya yox kimi qısa cavablar məhdudlaşdırılmalıdır.
Müsahibə elə məqsədyönlü təşkil olunmalıdır ki, bütün şagirdlər cavab üçün
hazırlaşsın. Elə bu məqsədlə də sual bütün sinfə verilir, müəyyən fasilədən
sonra şagirdlərdən biri cavab üçün çağırılır və beləliklə, çağırışla cavabvermə
ilə öz istəyilə cavabvermə uyğunlaşdırılır, əsas cavaba əlavələr istifadə
sagirdlərin təşəbbüskarlığı artırılır. Yeni məlumatın şifahi şərh formasında
olmasından asılı olmayaraq o, məzmunun etibarlılığı ilə fərqlənməlidir (elmi
baxımdan faktların dəqiqliyi və məzmun aydınlığı).Taktiki məlumatların
bacarıqla seçilməsi, dəqiq və dəlillərlə zəngin, məntiqi ardıcıllıqlı,
əyanilik,məzmunlu, emotsional, səlis və aydın danışıq müsahibə metodunun əsas
əlamətləridir. Yeni məlumatların şərhi, müvafiq ümumləşdirmələr, nəticələrlə,
qiymətləndirmə və sagirdlərə tövsiyyə ilə yekunlaşdırılır.
Nümayiş
bir çox üsul və hərəkətləri özündə cəmləşdirir ki, bunların köməyilə
şagirdlərdə öyrəndikləri məsələ barədə əyani təsəvvür yaradır silahlar, sursatlar, döyüş texnikaları, mülki
müdafiə cihazları haqqında dolğun təsəvvür yaradır. Çağırışaqədərki hazırlıq
dərslərində nümayiş metodundan daxili və qaravul xidmətinin aparılması, sıra
hazırlığı elementlərinin(silahlı, silahsız) öyrənilməsi, ərazidə taktiki
hazırlıq dərslərində, çox geniş istifadə olunur. Şifahi şərh prosesində və
eləcədə ballastika elementlərinin təcrübəsinin öyrənilməsində, təsviri, qrafiki
və həcmli əyanilik kimi müxtəlif vasitələr nümayişin çox növlülüyünə xidmət
edir. Üsul və hərəkətlərin şəxsən hərbi rəhbər tərəfindən izahı
təlimatlandırılmış manqa komandirləri və dərs əlaçıları tərəfindən göstərilə,
yerinə yetirilə bilər. Hərbi rəhbərin şəxsən göstərdiyi sıra üsulları, silahla
hərəkətlər, və taktiki hazırlıq üzrə elementlər şagirdlər üçün bilik mənbəyi və
təqlid nümunəsi ola bilər. Bu dərs metodunun gedişində usul və hərəkətlər
hissə-hissə göstərilir və qısa
izahatlarla müşayiət olunur. Bu dərslərdə hərbi rəhbərin düzgün hərbi geyimi
davranışı,səliqəliliyi, intizamlılığı şagirdlərdə Azərbaycan Silahlı
Qüvvələrində xidmətə və zabit peşəsinə yiyələnməyə marağını artıracaq.
Çalışma metodu, dəfələrlə düşünülmüş və təkrarı mürəkkəb,
şagirdlərdə bilik və bacarıgı təkmilləsdirici proqramla müəyyənləşdirilmiş üsul
və hərəkətləri özündə cəmləşdirir. Məşqlər çalışmanın növ müxtəlifliyidir,
onlar formalaşmış bilik və bacarıqların təkmilləşdirilməsi və
möhkəmləşdirilməsinə xidmət edir. Onların yerinə yetirilməsində lazımi və
müvafiq pedeqoji tələblərə riayət olunmalıdır. Şagirdlər tərəfindən bu və ya
digər priyom və hərəkətlərin yerinə yetirilməsi mexaniki deyil düşünülmüş
olmalıdır. Əgər şagirdlər çalışmanın və məşqələnin məqsədini və mahiyyətini
yaxşı bilsələr, bu halda onlar
təşəbüskarlıqla, yaradıcılıq və maraqla ona yanaşacaq və dəqiq yerinə
yetirəcəklər.
3. Kitabla (üzərində) iş ən geniş
yayılmış təlim üsulu kimi TƏLM
MATERİALLARININ MÜSTƏQİL ÖYRƏNİLMƏSİ kimi başa düşülür. O, dərin və möhkəm biliyin əldə edilməsində
böyü əhəmiyyətə malikdir. Hərbi rəhbər şagirdlərə müstəqil hazırlıq məqsədilə
sinifdə və ya evdə işləməsindən asılı olmayaraq mənbələr və üsulları göstərməli
təlimatlandırmalıdır. Çqğırışaqədərki hazırlıq ərslərində müstəqil hazırlığa
xüsusi vaxt ayrılır. Müstəqil hazırlığın məlumat mənbələri aşağıdakılardır:
kitab, qəzet, jurnal, radio, televiziya, və ən əsası internet saytlarıdır.
Müxtəlif təlim metodları əsasında birbaşa əlaqə vardır. Metodun müvəffəqiyyətlə
əlaqələndirmək müəllimdən xüsusi pedoqoji ustalıq tələb edir. Bir çox hallarda şifahi şərh metodu nümayişlə,
çalışma göstərmə ilə, göstərmə isə izahla uyğun gəlir. Təlim metodlarının
efektivliyi tək məzmun uyğunluğu və təlim prosesinin formasından deyil, bütün
pedeqoji prinsiplərin düzgün həyata keçirilməsindən asılıdır. Təlim metodunun
seçilməsində şagirdlərin mənsubiyyəti, hazırlıq səviyyəsi, dərsə ayrılan vaxt, təlim tədris bazasının səviyyəsi, əyani
vastələrlə təchizat, təlim yerinin seçilməsi və hazırlanması böyük əhəmiyyət
kəsb edir.
4. Müzakirələr (disskussiyalar) şagirdlərdə məlumat və ideyaların
təşkil olunması, fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və
ideyaların aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair
alternativ fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın
həyati əhəmiyyətinin üzə çıxarılması,
təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s. məqsədi ilə həyata
keçirilən – fikir mübadilələridir.
Müzakirələr və ya
disskussiyalar şagirdlərin dərs prosesində:
a) bir- biri və müəllim ilə qarşılıqlı ünsiyyətinə
yardım göstərir;
b) informasiyanın təhlili üçün açıq mühüt yaradır;
c) məsələnin öyrənilməsində alternativ fikirlər
söyləməyə təkan verir;
d) informasiyaların görünməyən tərəfləri barədə
düşünməyə məcbur edir;
e) şagirdlərin hüquq bərabərliyini təmin edərək
demoktarik mühüt yaradır;
p) şagirdləri passiv dinləyicilərdən aktiv
iştirakçıya çevirir.
Müzakirəni tətbiq etməyə
hazırlaşan müəllim, ilk növbədə, müzakirə qaydalarını şagirdlərə
xatırlatmalıdır.
Şagirdlər diskusiya
mədəniyyətinin vacib və geniş bir məsələ olduğunu dərk etməli, başqalarının
fikirlərinə dözümlü yanaşmanın demokratik ənənələrin əsas sütunu olmasını başa
düşməlidirlər. Müzakirənin təşkil edilməsində aşağıdakıları nəzərdən qaçırmaq
olmaz.
1.İlk növbədə, müzakirə (diskusiya) qaydaları tərtib
edilməlidir. Aşağıdakı tipdə olan bu qaydalar dərs ilinin əvvəlində sinif
şagirdlərinin ümumi razılığı ilə qəbul
edilməlidir:
– eyni vaxda yalnız bir
nəfər danışmalıdır;
– danışanı diqqətlə dinlənilməli,
ona cavabı yalnız nitqi tamamladıqdan sonra verilməlidir;
– tənqid yalnız danışanın
fikirinə yönəlməlidir;
–vaxt nəzərə alınmalıdır;
– söz
üçün icazə istənilməlidir.
Qaydalar iri vərəqdə
yazılmalı və divarda görünən yerdə asılmaldır.
2. Sinifdə şagirdlərin
müzakirə üçün münasib formada oturması (dairəvi, yarımdairəvi, üz-üzə və s.) təmin
olunmalıdır.
3. Müzakirə üçün mövzunun
adı ilk baxışdan sadə, şagirdin başa düşəcəyi şəkildə təqdim edilməlidir.
4. Müzakirə «nə baş verdi?»
«nə üçün baş verdi?» «Bu haqda siz nə düşünürsünüz?», «Başqa cür ola bilərmi?»
və s. kimi inkşafetdirici suallar verməklə başlayır. Diskusiyanı davam etdirmək
üçün şagirdlərin verdiyi cavablar diqqətlə dinlənilməlidir.
Diskussiyanın gedişinin
düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə həyata keçirilməsinə təsir
edən amillərdən biridir.
Müəllim:
– şagirdlərin düzgün,
əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirməlidir.
– fikirləri
ümumiləşdirərkən, yekun vurarkən müzakirələrdə iştirak edən şagirdlərin
fikirindən nümunələr gətirilməli, onlara
diqqətlə yanaşılmalıdır.
_ söylənilən fikirlər səbirlə
dinlənilməli, fikirlər səhv olduqda belə onların sözü kəsilməməli, digər
şagirdlərdən həmin fikrə qarşı hansı münasibətdə olması soruşulmalı və sonda düzgün
mülahizələri söyləməlidir.
5. «Əqli hücum»
Əqli hücum şagirdlərin
fəallığını artırmaq üçün tətbiq olunan ən optimal metodlardan biridir. Bu metod
şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq üçün
yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtəlif vəziyyətlərdən
çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlərini
konkret ifadələrlə söyləmək bacarığını
üzə çxarır.
«Əqli hücum»un şagirdlər arasındakı ünsiyyətin
yaranmasında da rolu böyükdür.
Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd
verilən problemin həlli yollarını müəyyən etməkdir.
Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara
diqqət yetirmək lazımdır:
- şagirdlər nisbətən böyük qruplarda (8-10 nəfərlik)
birləşdirilməli;
- qrupun lideri qoyulmuş problemə dair qrup
üzvülərinin söylədikləri ən bəsit ifadələri qeyd etməli;
- İrəli sürülmüş şərhləri ümumiləşdirmək və yeni
nəticə çıxarmaq üçün, müəllim quruplara vaxt ayırır (10-15 dəq).Verilmiş
ideyaları müzakirə etmək, onları inkişaf etdirmək və təqdim etmədə sistem
yaratmaq üçün qrupların içərisində yarımqruplar ayrılmalıdır. Hər bir yarımqrup
öz ideyalarını (bu, təsvir, səhnəcik, mahnı, rollu oyunlar və s. şəkilində ola
bilər) tam qrupun tərkib hissəsi kimi nümayiş etdirməlidir.
Əqli hücumun aşağı siniflərdə təşkil edilməsi daha
sadə ola bilər. Belə ki, müəllim sualı lövhədə yazır və sinif şagirdlərinə
həmən sualın cavabına dair ideyalarını söyləməyi təklif edir. Şagirdlərin
verdiyi (düşünülmüş, təsadüfü və s.) cavablar heç bir şərh verilmədən lövhəyə
yazılır. Yalnız bundan sonra yazıya alınmış ideyalar təhlil edilir, qruplaşdırılır,
mübahisə doğuran, yaxud orjinal fikirlər ayrılır və sualın cavabını əks etdirən
ideyaların şərhi və müzakirəsi aparılır.
6.BİBÖ
( Biz nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrənməliyik).
Hər hansı mövzunun tədris
edilməsində bu keyfiyyətlərlə yanaşı,
şagirdlərin həmin mövzuya aid sərbəst biliklərinin səviyyəsini müəyyən
etmək çox əhəmiyyətlidir. Bu müəllimə şagirdlərdə keçmiş və yeni biliklər
arasında əlaqə yaratmağa imkan verir. BİBÖ şagirdlərin dərs boyu fəallığını
təmin edir, birgə öyrənmənin yüksək mərhələsini yaradır. Onun birinci «Biz nəyi
bilirik?» mərhələsində şagirdlərin dünyagörüşü, onların müstəqil öyrənmə
qabiliyyəti, mövzuları əlaqələndirmə imkanları və hafizəsi təyin olunur. İkinci
«Nəyi bilmək istəyirik?» mərhələsində isə artıq şagirdlərin təfəkkür tərzi,
onların bu fənn üzrə düşüncə səviyyəsi, elmi fantaziyaları, əqli qabiliyyəti,
arzu və istəklərinin əhatə dairəsi üzə çıxır. Müəllim
şagird ehtiyaclarını nəzərə almaqla onları passiv dinləyicidən aktiv
iştirakçıya,
sadəcə öyrənən obyektdən öyrənmək istəyən subyektə çevirir. Şagirdlərin
öyrənmək istədikləri müəllim və şagirdlərin iştrakı ilə tədqiqat nəticəsində
birgə öyrənilir. Bu metodun sonuncu, daha vacib «Biz nəyi öyrəndik?»
mərhələsinin həyata keçirilməsinə imkan yaradır. Biliklərin möhkəmləndirilməsi,
qoyulmuş sualların cavablandırılması, yeni biliklərin üzə çıxması mövzunun
öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir.
BİBÖ- nun tətbiq edilməsi aşağıdakı mərhələləri həyata keçirməyi tələb
edir:
-Şagirdlər kiçik qruplar və ya cütlər formasında
bölünür və onlar tədris olunan mövzuya dair biliklərin qeydini aparırlar.
- Müəllim lövhədə və ya vatman kağızında üç sütundan
ibarət cədvəl çəkir.
Biz
nəyi bilirik
|
İstəyirik bilək
|
Biz öyrəndik və daha nə öyrənməliyik
|
- qruplar və ya cütlərin yazdığı məlumatlar
sadalanır və müəllim onları cədvəlin sol qrafasında yazır (təkrar olanları
çıxmaq şərti ilə).
- cütlər və ya qruplar mövzuya dair nələri bilmək
istədiklərini müzakirə edir və siyahılaşdırırlar.
Eyni qayda ilə müəllim aşağıdakı istiqamətlərdə qeyd
edir:
- mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən
hazırlanmış) hissə-hissə oxunur, birgə müzakirə edilir, qoyulmuş sualların
cavablarına xüsusi diqqət yetirilir;
- şagirdlərin mövzu ilə bağlı suallara cavabları və
eləcə də digər yeni biliklər cədvəlin üçüncü qrafasında əvvəlki qayda ilə siyahılaşdırır
və müəllim tərəfindən lövhədə qeyd olunur;
- şagirdlər mövzuya dair əvvəlki bilikləri ilə yeni
öyrəndiklərini müqayisə edir, ümumiləşdirirlər.
- şagirdlərin ikinci qrafada verdikləri sualların
bəziləri
cavabsız qala bilər, yəni onların cavabları mətndə olmaya bilər, bu şagirdlərdə
«hələ nələri öyrənmək?» lazımdır sualını yaradır, onların şəxsi tədqiqat
aparması üçün stimul verir.
“Çağırışaqədərkı
hazırlıq” fənni üzrə «Fövqəlada hallar və onların təsnifatı»
mövzusunun tədrisində (X sinif) BİBÖ-dan aşağıdakı kimi istifadə etmək olar. («Fövqəlada hallar və onların təsnifatı»nın
şəkil -sxemi əsasında)
Bildiklərimiz
|
İstəyirik
bilək
|
Öyrəndiklərimiz
|
Fövqəlada hal:
-adət edilməmiş hal
-müxtəlif vəziyyətlər
|
Fövqəlada hallar:
-adət
edilməmiş halda necə hərəkət edək
-müxtəlif
vəziyyətlərdə necə fəaliyyək göstərək
|
Fövqəlada hallar:
-adət
edilməmiş halda qaydalarla hərəkət edək
-müxtəlif
vəziyyətlərə uyğun fəaliyyək göstərək
|
BİBÖ metodu fəal təlim
metodu kimi müasir dövrün tələblərinə cavab verir, «şagird-şagird» «müəllim-
şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir
7.Şaxələndirmə
Şaxələndirmə hər hansı
mövzuya dair şagirdləri açıq və müstəqil düşüncəyə istiqamətləndirən metoddur.
Beyin həmləsinin qeyri-səlis xətt üzrə işləmə vəziyyətidir. Şaxələndirmə
əsasən fərdi, cütlər və kiçik qruplar formasında aparılmalıdır. Mövzunun
öyrənilməsindən əvvəl şagird təfəkkürünə təkan vermək onu düşünməyə cəlb etmək,
onlarda mövzuya dair maraq yaratmaq, digər fənlər və ya şagirdin dünyagörüşünün
hüdudlarını üzə çıxarmaq, biliklər arasında əlaqə yaratmaq və s. fəaliyyətlərə
xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə şagird təfəkkürünü də inkişaf
etdirmək mümkündür.
Şaxələndirməni tətbiq
etmək üçün, ilk növbədə, aşağıdakılar tələb olunur:
- şaxələndirmə üçün uyğun
gələn münasib mövzu seçilməldir;
- şagirdlərə şaxələndirmə
prosesi aydın şəkildə təsvir edilməldir;
- mövzunu açmaq üçün onun
daxilindəki ikinci dərəcəli materialların qrup daxilində fərdlərə paylanması
təmin edilməlidir;
- iştirakçıların qrup
daxilində hazırladığı şaxələndirmələri qrupda birləşdirilməsinə nəzarət
edilməlidir.
Şaxələndirmə prosesinin
mərhələləri sadə və asan yadda qalır.
1. Mövzunun adı mərkəzdə
(yazı müstəvisinin ortasında) yazılır.
2. Mövzu ilə əlaqəli yadınıza düşən bütün sözlər mərkəz
sözün ətrafında yazılır.
3. Bir-biri ilə əlaqəli
olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.
4. Bütün fikirlərin
yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur. (5-10 dəqiqə)
5. Şagirdlər mümkün qədər
daha çox fikirlər və əlaqəli ifadələr yazmağa həvəsləndirilir (bu onların
dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini göstərən meyardır).
Şaxələndirmə üçün
“Çağırışaqədərki hazırlıq” fənninin son dərəcə geniş imkanları vardır. Çünki bu
fənnin mövzularının əksəriyyəti şagirdlərin real həyatda gördüyü hadisə və
proseslərlə əlaqədardır.
«Sıra hazırlığı» mövzusu
nümuunəsində şaxələndirmə aşağıdakı kimi ola bilər (nəzərə alın ki, söz və
ifadələrə heç bir məhdudiyyət qoyulmur).
Şaxələndirmə fərdi olaraq
tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri mövzu olduqda onlar bu
problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.
8.Venn diaqramı
Hər hansı iki mövzunun
(informasiyanın, hərbi məlumatın, anlayışın, obyektin və s.) müqayisəli
səciyyəsini əks etdirən «Venn diaqramı»nın tətbiq edilməsi tədris baxımından
çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətlərinin üzə çıxarılmasına
həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə cəlb edir, onlarda
qoyulmuş məsələnin çoxcəhətli müzakirəsini tələb edir.
"Çağırışaqədərki
hazırlıq” fənni
üzrə təlimin təşkili formaları tədris prosesi üçün seçilmiş metodların sayını
artırmaq olur. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal təlim
metodunu dərs prosesinə tətbiq edərkən yaradıcı şəkildə onu zənginləşdirmək və
ya sinfin səviyyəsindən asılı olaraq sadələşdirmək və eləcə də mövzu seçimində
tam sərbəst olmaq hüququna malikdirlər.
2.3. Müəllimin təlim fəaliyyətinin
planlaşdırılmasına dair nümunələr
Perespektiv
planlaşdırma
Hara getdiyini, nə
istədiyini, məqəsədinin nədən ibarət olduğunu təlimin sonunda nəyə nail
olacağını və bunu hansı yollarla həyata keçirəcəyini, nail olub-olmadığını necə
qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmə bacarığı olan bir müəllim uğurlu
və nəticəyönümlü təlim təşkil edə bilər. Uğurlu və nəticəyönümlü
təlim əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır.
Hər bir sinfin "Çağırışaqədərkı hazırlıq” kursu məzmunu və keçirilmə ardıcıllığı tədris
proqramı ilə müəyyən edilən bir sıra mövzulardan ibarətdir. Mövzular dərslərə
bölünür; proqramda hər mövzu üzrə dərslərin təxmini miqdarı göstərilir ki, bu
da kursun planlaşdırılması zamanı müəllim üçün müəyyən yol göstərir. Müəllim bu
və ya digər sinfin "Çağırışaqədərkı
hazırlıq” kursu üzrə illik planlaşdırmanın tərtibinə
başlayarkən, hər şeydən əvvəl, bu kursun məqsəd və vəzifələrini özü üçün aydın
etməlidir.
Müəllim mövzular üzrə
saatların bölgüsünü mexaniki surətdə proqramda verildiyi kimi planlaşdıra
bilməz. Yaşadığı ərazinin və vətənin fiziki və sosial-iqtisadi vəziyyətini,
təbiətini, maddi və mənəvi dəyərlərini, dinini, döyüşlərdə iştirak edən
ata-babalarımızın tarixi adət-ənənlərini şagirdlərin hərtərəfli öyrənməsi, tədqiqat
aparması, təqdimatlar etməsi, referatlar, statistik diaqramlar hazırlaması üçün
müəllim düzgün perespektiv və gündəlik dərs planları hazırlamağı bacarmalıdır.
Perespektiv planlaşdırma
hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması vacibdir. Tədris vahidi və
mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan
biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır. Təbii ki, birinci prinsip
məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Məsələn, X sinifdə əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin yaradilma
tarixi, sonra nizamnamələr, sira
hazırlığı və sairə bu ardıcıllıqla planlaşdırma aprılmalıdır. Əvvəlcə, elə
anlayışlar öyrədilməlidir ki, sonrakı mərhələlərdə onlardan istifadə edilə
bilsin.
Təlim nəticələrinin təqdim olunan ardıcıllığı tədris prosesi üçün
mütləq deyil. Müəllim hər hansı təlim nəticəsinin əldə edilməsində ayrılan vaxt
ərzində, proqram materiallarının tədris edilməsindəki ardıcıllığa əməl
edilməsində sərbəstdir.
Müəllim tədris
vahidlərini (dərslər bloku) və mövzuların ardıcıllığını planlaşdırarkən
aşağıdakıları nəzərə almalıdır.
·
Fəndaxili inteqrasiyanı.
·
Fənlərarası
inteqrasiyanı (bəzi tədris vahidləri digər fənlər üçün ilkin şərt ola bilər;
bəzi nəticələr iki fənnin tədris vahidləri ilə əlaqəli inteqrasiya etdirilə
bilər).
·
Ardıcıllığın qurulması
prinsiplərini:
1) məntiqi ardıcıllıq;
2) psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, istiqamət, tətbiq etmə, layihələrin tərtibi, yaxından uzağa
prinsipi);
3) xronoloji ardıcıllıq (tarixi-hərbi ardıcıllıq);
4) tematik ardıcıllıq-səbəb-nəticə əlaqələri), hər
sinif üzrə tədris vahidlərinin (dərslər blokunun) ümumi təlim nəticələrinin
əsasında tərtib edilməsini.
·
Tədris və təlim
prinsiplərini:
1) şagirdyönümlülük;
2) aktiv, müstəqil və birgə təlim üçün
imkanların yaradılması;
3) məqsədyönümlülük;
4)
məktəbdən sonrakı və ictimaiyyətlə bağlı
fəaliyyətlərlə əlaqəlilik;
5)
il ərzində keçiriləcək kiçik summativ
qiymətləndirmələrin vaxtının müəyənləşdirilməsi.
Planlaşdırma aparmaq üçün
müəllimə lazım olan bacarıqlardan ikincisi mövzuların tədrisi zamanı
inteqrasiya imkanlarını müəyyən etməkdir. "Çağırışaqədərkı hazırlıq” fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. “Çağırışaqədərkı hazırlıq” fənn müəllimi planlaşdırma apararkən tədris
etdiyi mövzunun digər fənlərdəki bu və ya digər mövzu ilə inteqrasiya
imkanlarını müəyyən etməlidir. Məsələn, “Sıralar və onların idarə edilməsi” mövzusu fiziki
hazırlıqla və biologiya, “Fövqəlada hallar və onların təsnifatı” bəhsi kimya, biologiya, fizika, “Müasir ümumqoşun
döyüşü” mövzusu riyaziyyat, fizika, kimya,
biologiya, “KQS işlədilərkən və atəş hazırlığına başlayarkən müdafiə olunma
qaydaları” bəhsi kimya, biologiya, fizika ilə əlaqəli öyrədilərkən müsbət
nəticələr verir.
Perespektiv planlaşdırma
aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biri də mövzuya uyğun
resursların seçilməsidir. "Çağırışaqədərkı
hazırlıq” fənni
şagirdlərdə müxtəlif, heç bir zaman heç bir fənnin yarada və formalaşdıra
bilmədiyi vətən müdafiəçisi üçün zəruri olan əməksevərlik, qəhrəmanlıq və
qoçaqlıq kimi keyfiyyətləri tərbiyə edir. Şagirdlərə görmədikləri hadisələri
yalnız quru sözlərlə aydın və düzgün təsəvvür etdirmək olduqca çətindir.
Müxtəlif silah və texnika sxemləri, şəkilləri, nümunələri, planşet, kompas,
termometr, radiasiyaya nəzarət, kimyəvi kəşfiyyat cihazları və digər əyani
vəsaitlər "Çağırışaqədərkı
hazırlıq” fənninin tədrisində mühümdür. "Çağırışaqədərkı
hazırlıq” fənnin
tədrisində ən mühüm əyani vəsait isə müxtəlif məzmunlu sira hazırlığı sxemləri,
sılah və texnika nümunələridir.
Mühüm
bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaqdır. Müəllim kursun ümumi məqsədlərinə məzmun etibarı
ilə daha müvafiq olan mövzu və məsələlərə çox, quru faktların və ya şərti-işarələrin
öyrənilməsindən ibarət olan mövzulara
isə, təbii ki, az vaxt ayırmalıdır. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş
vaxtı artırıb, azaltmamaq şərti ilə müəllim mövzuların çətinlik dərəcəsinə görə
onlara verilən vaxtı özü müəyyənləşdirmə bacarığına malik olmalıdır.
Sinifdə
perespektiv planlaşdırma nümunəsi:
Tədris vahidi
|
Məzmun
|
Standartlar
|
İnteqrasiya
|
Resurslar
|
Saat
|
Azərbaycan
Respublikası Silahlı Qüvvələri nizamnamələri
|
1. Azərbaycan
Respublikası Silahlı Qüvvələri nizamnamələri
|
1.3. Silahlı
Qüvvələrin ümumqoşun nizamnamələri tələblərin tədbiqi və icrası üzrə bilik və
bacarıqlarını nümayiş etdirir.
|
Az.tar.1.1.1.; 2.1.1.,
H-b.1.1.1.
|
dərslik, iş vərəqləri, müxtəlif şəkillər
|
1
|
2. Hərbı hissənin döyüş bayrağı. Hərbi and
|
Tektonik xəritə, dərslik, iş vərəqləri
|
1
|
|||
3. Hərbi xidmətə çağırış
|
Kompyuter, proyektor. Dərslik, iş vərəqləri
|
1
|
|||
4. Sıravi əsgərin vəzifələri
|
Dərslik, iş vərəqləri,
|
1
|
|||
5. Hərbi qulluqçuların rütbələri
|
Dərslik, iş vərəqləri
|
1
|
|||
6. Rəislər və tabe olanlar, böyüklər və kiçiklər
|
Dərslik, iş vərəqləri
|
1
|
|||
7. Əmr və sərəncamların verilmə qaydası, onların icrası
|
nizamnaməsi Dərslik, iş vərəqləri
|
1
|
|||
8.Hərbi intizam, rəğbətləndirmə və intizam cəzaları
|
Intizam nizamnaməsi,
Dərslik, iş vərəqləri
|
1
|
|||
Gündəlik
planlaşdırma
Müəllim gündəlik dərs planı hazırlayarkən dərsin
mərhələlərinə fikir verməlidir. Dərs aşağıda göstərilən mərhələlərlə
planlaşdırılmalıdır:
•
Mövzu:
•
Məqsəd:
•
İş forması:
•
İş üsulu
•
Resurslar:
•
Dərsin mərhələləri:
– Motivasiya, problemin qoyuluşu
– Tədqiqatın aparılması
– Məlumat mübadiləsi
– Məlumatların müzakirəsi
– Nəticələrin çıxarılması
– Ev tapşırığı
•
Qiymətləndirmə
Artıq öyrənilən mövzuya
uyğun məqsəd yazılarkən məqsəd müəllimə deyil, şagirdə yönəlməlidir. Əgər
müəllim dərsin məqsədini şagirdin maraqları üzərində qurarsa, uğurlu və
nəticəyönümlü təlim təşkil edə bilir.
Şagirdi təlimə cəlb
etməyin bir yolu mövzuya və məqsədə
uyğun fəal təlim forma və üsullarından yerində istifadə edilməsidir.
Müəllim dərsin birinci və
ən mühüm mərhələsi olan motivasiyanı elə qurmalıdır ki, şagirdi təlimə cəlb edə
bilsin. Bu mərhələdə müəllim məsələdəki ziddiyyətləri qabartmaqla müxtəlif
baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual
qoyaraq şagirdləri düşünməyə hazırlayır. Motivasiya, ilk növbədə, tədqiqat üçün
həm mümkün, həm də şagirdin öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə
imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.
İkinci
mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra tədqiqat işinə başlamaq olar. Tədqiqat
müxtəlif formalarda – bütün siniflə birlikdə, kiçik qruplarda, cütlərdə və ya
fərdi qaydada təşkil oluna bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif
variantlardan, həm də özündə yeni suallar və yeni informasiyalar daşıyan iş
vərəqlərindən istifadə olunur. İş
vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həlli üçün “açar” rolunu
oynayır.
Məlumat
mübadiləsi üçüncü
mərhələdə aparılır. Qoyulmuş
tədqiqat sualının cavabını tapmaq
istiqamətində görülən işlər tədqiqat iştirakçılarını bir-birinin dəlillərini
dinləmək zərurəti qarşısında qoyur.
Dərsin
dördüncü mərhələsində məlumatın
müzakirəsi prosesi başlayır. Bu
ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin
səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını
yerinə yetirir. Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkara
çıxarılır.
Beşinci
mərhələ nəticələrin çıxarılması mərhələsidir.
Müəllim qazanılmış biliklərin
ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar
əsasında biliklər və informasiyalar sistemləşdirilir. Şagird əldə etdiyi
bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.
Dərsin
altıncı mərhələsində qiymətləndirmə və
ya refleksiya prosesi başlayır.
Bir
neçə dərs nümunəsinə baxaq:
X sinif
Mövzu:
Müasir ümumqoşun döyüşü.
Standart: 2.1.2. Müasir ümumqoşun döyüş taktikası
üzrə biliklərini nümayiş etdirir.
Məqsəd: Müasir ümumqoşun döyüş yollarını izah edir.
İş üsulu: anlayışların çıxarılması, BİBÖ
İş forması: kollektivlə iş
Resurslar: dərslik, nizamnamələr
Dərsin gedişi: Müəllim sinifə daxil olub salamlaşır,
lövhədən bir sxem asıb, anlayışların çıxarılması üsulundan istifadə edərək
sualın cavabını tapmağı tapşırır.
Müzakirələrdən sonra
məlum olur ki, sxemdə gizlənən söz ümumqoşun
döyüş dür.
Tədqiqat sualı: ümumqoşun döyüşü nədir?
Müəllim lövhəyə BİBÖ
cədvəlini çəkib şagirdlərə külək haqqında bildiklərini soruşur. Küləyi necə
hiss edirik? Uşaqların cavabları Bildiklərimiz sütununa yazılır. Sonra müəllim
“Külək haqqında daha nəyi bilmək istərdiniz?” Cavablar “İstəyirik bilək”
sütununa yazılır. Sonra müəllim şagirdlərə dərslikləri açıb “Külək” mövzusunu
oxumağı tapşırır. Əlavə olaraq müəllim onlara “Ayna uşaq ensiklopediyası” toplusundan
“Okean bəşərin beşiyidir” kitabını da
verir külək barədə məlumatlar tapmağı tapşırır və müəllim şagirdlərə oxuduqca
öyrəndiklərimiz sualına cavab axtarmalı olduqlarını nəzərlərinə çatdırır.
Nəticədə aşagıdakı BİBÖ cədvəli doldurulur.
Cavabı tapılmayan
sualları evdə araşdırmaq tapşırılır.
X sinif
Mövzu:
Fövqəlada hadisələr zamanı əhalinin davranış qaydaları-(təbii hadisələr)
Standart: 3.1.1. Fövqəlada hadisələr zamanı əhalinin mühafizəsi qaydaları
Məqsəd: Təhlükəli təbii hadisələri haqqında məlumat
toplayır və onları fərqləndirir.
İş üsulu: klaster
İş forması: kollektiv və qruplarla iş
Resurs: dərslik, iş
vərəqləri
Dərsin gedişi:
Motivasiya:
Müəllim: Fövqəlada
hadisələr, demək olar ki, hər gün müxtəlif hallarla baş verir. Bunların çoxu
dağıntı və insan tələfatı ilə müşayiət olunur. Biz artıq küləyin, atmosfer
yağıntılarının, buludların yaranmasına dair biliklərəcoğrafiya fənnindən malikik. Bu hava hadisələrinin əhəmiyyətini də
öyrənmişik. Lakin külək,yağıntı və s. normadan artıq olduqda onlar qorxulu
təbiət- atmosfer hadisəsinə çevrilirlər. İndi gəlin araşdıraq: Hansı təbii
xarakterli hallar ola bilər?
Müəllim klaster üsulundan
istifadə edir.Şagirdlər təbii xarakterli hadisələrini sadalayırlar:
Tədqiqat sualı: Bu hadisələr necə yaranır?
Tədqiqatın aparılması.
Müəllim hər hansi bir
üsulldan istifadə edərək şagirdləri qruplara bölür və adlandırır. Onlara iş
vərəqləri paylayır.
I
Qrup - İldırım- Şimşək və qar uçqunları
II
Qrup – Quraqlıq və tornado
III
Qrup – Qasırğa və havanın çirklənməsi
IV
Qrup - Leysan və turşu yağışları və Torpaq sürüşmələri
Məlumat mübadiləsi:
Tədqiqat işi başa
çatdıqdan sonra görülən işin nəticələrini şərh etmək və alınmış qərarı
əsaslandırmaq üçün qrup öz nümayəndəsini
seçir. Qruplar iş vərəqələrini lövhədən asır və təqdimatlarını keçirirlər. Qrup
nümayəndələri çıxış edir və sinifi öz qrup işinin nəticələri ilə tanış edir.
I qrup:
İldırım- topa
yağış buludları ilə əlaqədar baş verir.İki bulud topası və ya bulud topası ilə
Yer səthi arasındakı elektrik boşalmalarıdır. Şimşək xəttinin uzunluğu 2-3km-ə çatır,güclü səslə müşayiət olunur
və hava xətti 25000-30000ºC qıza bilir.bu isə “ildırım vurması” hadisəsi ilə
müşayiət olunur. Ozon deşiyi- atmosferdə
20-25km yüksəklikdə yerləşən ozon qatında yaranır. Bu qat Günəşdən Yerə düşən,
bitki və canlılar üçün məhvedici sayılan
ultrabənövşəyi şüaları udur.
Hazırda atmosferin çirklənməsi üzündən ozon təbəqəsi nazikləşmiş, bəzi yerlərdə
isə hətta deşiklər əmələ gəlmişdir. Ilk baxışdan qorxulu görünməyən bu atmosfer
hadisəsi əslində Yerdə həyatın məhv olmasına səbəb ola bilər.
II Qrup: Quraqlıq- atmosferdə qorxulu hadisədir. Bəzən ilin isti
dövründə 1-2 ay müddətində yağıntı düşmür, havada rütubətin miqdarı xeyli aşağı
olur, bitkilər quruyur, canlılar məhv olur, hər tərəf səhraya çevrilir, torpaq
öz münbitliyini itirir, əhali aclığa məruz qalır. Tornado- Şimali Amerika üçün səciyyəvi olan dağıdıcı külək növüdür.
Hündürlüyə doğru burulğan kimi uzanan sürəti saatda 400 km-ə çatan tornado
hərəkət edərək, qarşısına çıxan nə varsa dağıdır, güclü fəlakət törədir.
III qrup: Tayfun- isti dənizlər üzərində yaranan, 500km diametrə
malik rütubətli hava burulğanıdır. Tayfun burulğanının kənarlarında küləyin
sürəti saatda 120km-ə çatır. Havanın
çirklənməsi- atmosferdə qorxulu hadisələr yarada bilən prosesdir.
Insanların təsərrüfat fəaliyyəti
artdıqca, zavod və fabriklərin eləcə də avtomobillərin sayı çoxaldıqca,
atmosferə daxil olan zəhərli qazların miqdarı da artır. Xüsusilə, şəhərlərdə
havanın təbii qaz tərkibi dəyişir.
IV Qrup: Turşulu yağışlar-xüsusilə zavod və fabriklərin daha çox olduğu
ərazilərdə baş verir. Zavod borularından havaya qalxan kimyəvi toz
hissəciklərinə yapışan su buxarı səthə qayıdarkən zəhərli su damcısına çevrilir
və son illərdə ətraf mühitə güclü təsir edən qorxulu atmosfer hadisəsi kimi
diqqəti cəlb edir. Leysan yağışlar-
aramsız yağdıqda dağıdıcı təsirə malik olur. Yer səthinə tökülən sular hər
tərəfi basır, daşqın əmələ gətirir.
Nəticə və
ümumiləşdirmə:
Atmosferdə baş verən
qorxulu təbiət hadisələrinin bəzilərini yüngünləşdirmək mümkündür.
Insan təsiri ilə baş
verən bu hadisələrin əksəriyyətinin qarşısını almaq mümkün və vacibdir:
-
zavod
və fabrik borularında toz tutucu qurğular yerləşdirmək;
-
avtomobil
mühərriklərini təkmilləşdirmək;
-
tullantısız yanacaq
növü tapmaq;
-
hər yerdə yaşıllığı
artırmaq və s.
Qiymətləndirmə:
Qruplar
Meyarlar
|
I Qrup
|
II Qrup
|
III Qrup
|
IV Qrup
|
Hadisələri
sadalama
|
||||
Məlumat
toplama
|
||||
Fərqləndirmə
|
||||
Təqdim
etmə
|
||||
Əməkdaşlıq
|
X sinif
Mövzu: Təbii fələkətlər və onların qısa
xarakteristikası
Standart: 2.1.3. Atmosferdə baş verən hadisə və
proseslərin materik və okeanlara təsirini izah edir.
Məqsəd: Zəlzələ zamanı davranış qaydalarını izah edir.
İş üsulu: Klaster, müzakirə
İş forması: Kollektivlə iş
Resurslar: Domino daşları
Dərsin gedişi: Müəllim mərüzəni qəbul edir: Yoldaş Müəllim sinifdə 25 şagirddən 23 iştirak edir, 2 nəfər
üzürlü səbəbdən iştirak etmir. Məruzə etdi taqım komandiri – vüqar Gözəlov.
Müəllim salam! Azad - əyləşin.
Müəllim şagirdlərə müraciət edir: Siz,
təssəvür edin ki, indi zəlzələ baş verir. Siz bu vaxt nə edərsiniz? Harada gizlənərdiniz? Şagirdlər hamısı bu oyunda iştirak edirlər.
Sonra oyunu daha dəqiq, düzgün yerinə yetirən şagirdlər müəyyənləşdirilir və
qalib hesab olunurlar. Sonra müəllimə lövhədə klaster üsulundan istifadə edərək
şagirdlərlə birgə zəlzələ zamanı nə etməli sualına cavab axtarırlar.
Sonra müəllim partanın
üstündə domino daşlarından “ev” düzəldir və partanı azacıq tərpədir. “Ev”
tərpənir, amma dağılmır. Müəllim sual verir: “Ev” niyə dağılmadı? Şagirdlər
partanın zəif tərpəndiyini bildirirlər. Sonra müəllim partanı bayaqkından bir
az güclü tərpədir. Domino daşlarından 1-2-si düşür. Müəllim bunun səbəbini
soruşur. Şagirdlər tərpənişin bayaqkına nisbətən güclü olduğunu bildirirlər.
Müəllim bu dəfə partanı daha güclü tərpədir və “evin” iki mərtəbəsi dağılır.
Beləliklə, müəllim təpənişi getdikcə gücləndirir və “ev” təmamilə dağılır.
Müəllim sinfə sual verir: “Bu təcrübədən nə başa düşdünüz?” şagirdlər tərpənişin
gücünün əvvəlcə zəif, sonra getdikcə gücləndiyini gördüklərini deyirlər.
Müəllimə zəlzələnində belə baş verdiyini və 12 ballıq cədvəllə qiymətləndirildiyi barədə məlumat verir.
Nəticə.
1.
Zəlzələ
təbii fəlakətdir, təhlükəli hadisədir.
2.
Zəlzələ
zamanı davranış qaydalarına əməl etməlidir.
Müəllim refleksiya vərəqələri
paylayır:
1)
Özünüzü
necə hiss edirsiniz?
2)
Dərs
sizdə hansı hissləri yaratdı?
3)
Bu
gün nə öyrəndiniz?
4)
Öyrəndiyinizin
sizin üçün əhəmiyyəti nədir
XI sinif
Mövzu: Fərdi mühafizə vasitələri və onlardan
istifadə edilməsi
Stabndart: 3.1.2. Obyektlərdə mühafizə qaydaları
təşkilini şəhr edir.
Məqsəd: Fərdi mühafizə vasitələrindən istifadə edir.
İş forması: Kollektiv və qruplarla iş
İş üsulu: Anlayışın çıxarılması, müzakirə
Resurslar: Azərbaycan Respublikasının xəritəsi, iş vərəqləri,
internet materialları, kompyuter, proyektor, əlehqazlar, respiratorlar.
Dərsin gedişi:
Motivasiya:
Müəllim lövhədən bir sxem asır. Sualın cavabını tapmağı tapşırır.
Şagirdlər öz fərziyyələrini söyləyirlər və bu
sualın açmasının Azərbaycanın sərhədləri
olduğu açıqlanır.
Tədqiqat
sualı: Azərbaycan sərhədlərində yerləşən ölkələrdə kütləvi qırğın halları
yarada biləcək vasitələr hansılardır?
Tədqiqatın aparılması.
Müəllim hər hansi bir
üsulldan istifadə edərək şagirdləri qruplara bölür və adlandırır. Onlara iş
vərəqləri paylayır.
I iş vərəqi: Qərbdə Ermənistan,
Şimalda Rusiyada Atom elektik stansiyaları movcuddur?
II iş vərəqi: Azərbaycanda və Gürcüstanda böyük kimya zavadları
mövcuddur?
III iş vərəqi:
Xəritəyə
baxmaqla müəyyənləşdirin daha hansı ərazidə fövqəladə hadisə yarada bıləcək
mənbələr ola bilər?
IV iş vərəqi : Göstərilən rayonlar arasında hansıları bədnam
qoşularımız tərəfindən işğal olunub: Xocavənd, Ağdam, Beyləqan, Zərdab,
Biləsuvar, Kəlbəcər, Laçın, Ağstafa, Tovuz, Gədəbəy, Qubadlı, Bərdə, Zəngilan, Tərtər, Xocalı, Füzuli, Ağcabədi, Cəbrayıl, Xankəndi, Şuşa, Yevlax,
Ağdaş, Göyçay, Kürdəmir, Hacıqabul.
V iş vərəqi:
Fərdi mühafizə vasitələrindən istifadə edilməsi işğal olunmuş rayonların azad edilməsində rolunu
və əhəmiyyətini əsaslandırın?
Məlumat mübadiləsi:
Tədqiqat işi başa
çatdıqdan sonra görülən işin nəticələrini şərh etmək və alınmış qərarı
əsaslandırmaq üçün qrup öz nümayəndəsini seçir. Qruplar iş vərəqələrini
lövhədən asır və təqdimatlarını keçirirlər. Qrup nümayəndələri çıxış edir və
sinifi öz qrup işinin nəticələri ilə tanış edir.
Təqdimatların sonunda
müəllim kompyuter və proyektorun köməyi ilə aşağıdakı şəkili şagirdlərə göstərib
Azərbaycan ərazilərindən kənarda və ərazisində olan zədələmə ocaqlarını qeyd
edir və fərdi mühafizə vasitələrindən istifadə edilməsi texnologiyasına
yiyələnmə hər insanın və əsgərin mənəvi-döyüş keyfiyyətlərinin və psixoloji
hazırlığını yüksəldir işğal olunmuş
torpaqların azad olunmasının əsasıdır.
2.4. Məzmun standartlarının şərhi
X
sinif
|
||||
Standart
|
Məzmun
|
Açar
sözlər
|
||
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və
inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
|
Azərbaycan
Respublikasının dövlət atributları olan bayraq, gerb və himni, hərbi
atributlar olan hərbi and və hərbi hissələrin döyüş bayrağı, onların rəmzi mənaları.
|
Dövlət atributu, hərbi
atribut, bayraq, gerb, himn, hərbi and, döyüş bayrağı.
|
||
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr
barədə təqdimat edir.
|
Azərbaycan
Respublikasının dövlət müstəqilliyi, Silahlı
Qüvvələr və başqa silahlı birləşmələrin strukturu, təyinatı, milli təhlükəsizliyin
təmin olunmasında rolu cəmiyyətdə yeri, ölkənin hərbi doktorinası,hərbi kadrların hazırlığı, səfərbərlik,
gənclərin əcdadlarımızın qəhrəmanlıqları və SQ-nin adət-ənənələri ruhunda
tərbiyəsi.
|
Silahlı Qüvvələr, Silahlı
Qüvvələr, silahlı birləşmələr, struktur, hərbi
doktrina, hərbi kadr, səfərbərlik.
|
||
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə
biliklər nümayiş etdirir.
|
||||
1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər
qanunvericilik aktlarının hərbi xidmətə aid maddəalarını şərh edir.
|
Azərbaycan
Respublikasının Konstitusiyasının müvafiq qanunverici aktlarına əsasən
23 sentiyabr 1994- cü il, 887 saylı qanunu ilə
təstiq edilmiş daxili xidmət, intizam,
qarnizon qaravul xidməti və sıra
nizamnamələrinin ümumi müddəaları. Azərbaycan Respublikası Nazirlər
kabinetinin “Hərbi vəzifə və səfərbərlik haqqında qanunu, çağırışaqədərki
hazırlığın təşkili.
|
Konstitusiya, qanunvericilik, akt, xidmət, maddə,daxili
xidmət, qaravul qarnizon, intizam, sıra,
nizamnamə, nazirlər kabineti, hərbi vəzifə, səfərbərlik.
|
||
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin
tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
1.3.1. Sıra və İntizam nizamnamələrinin ümumi
müddəalarını şərh edir.
|
İntizam nizamnaməsinin tapşırığı,əhəmiyyəti, hərbi nizam intizama
riayət üzrə hərbi qulluqçuların vəzifələri.
Sıra nizamnaməsinin tapşırığı, əhəmiyyəti müddəaları, silahsız və
silahlı sıra hərəkətləri, hissə və bölmələrin düzülüşü.
|
Intizam, nizamnamə, hərbi qulluqçu, sıra, bölmə,düzülüş.
|
||
1.3.2. Daxili xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh
edir.
|
Daxili xidmət nizamnaməsinin ümümi müddəaları, tapşırığı
və əhəmiyyəti. Hərbi qulluqçuların vəzifə borcları,onlar arasında qarşılıqlı
münasibət, daxili qayda-qanun, vəzifəli şəxslərin vəzifə borcları, bölmələrin
həyat tərzi, Himn, Hərbi And, hərbi hissələrin döyüş bayrağı. Qarnizon və
qaravul xidməti nizamnaməsinin ümümi müddəaları, tapşırığı, əhəmiyyəti.
Qarnizon qaravul xidmətinin təşkili qaydaları, xidməti təşkil edən və aparan
vəzifəli şəxslrin vəzifə borcları.
|
Daxili xidmət, qarşılıqlı münasibət, daxili
qayda, vəzifəli şəxs, döyüş bayrağı, Hərbi And, Himn, Qarnizon, qaravul,
qaravul xidməti.
|
||
2.1. Müasir ümumqoşun döyüşü üzrə
bilk və bacarıqlar nümayiş etdirir.
|
||||
2.1.1.Müasir ümumqoşun döyüş növlərini və döyüş təminatı
növlərini izah edir.
|
Müasir ümumqoşün döyüşünün məqsədi, tapşırığı və
xarakteri, hücum, müdafiə, qarşı-qarşıya
döyüş növləri, bütün qoşun növlərinin birgə apardığı döyüş, ən müsir
silahlardan istifadə.
|
Müasir, ümumqoşun,
döyüş, döyüş növləri, qoşun növləri, müasir
silah.
|
||
2.1.2.Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş edir
|
Motoatıcı manqanın təşkili, döyüş imkanları,
hücumda və müdafiədə, manqanın döyüş tapşırığı yürüş, döyüşqabağı və döyüş
düzülüşləri.
|
Motoatıcı, manqa, təşkil,
döyüş imkanları, hücum,
müdafiəyürüş, döyüşqabağı düzülüş, döyüş düzülüşü.
|
||
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
|
||||
2.2.1.
Atıcı silahların
və əl qumbaralarının taktiki-texniki
xassələri barədə təqdimat edir.
|
Atıcı
silahlar və əl qumbaraları ilə
tanışlıq. Avtomatın, pulemyotun, snayper tüfənginin, qumbaraatanın və əl
qumbaralarının , ümumi quruluşu (natamam sökülüb yığılması), hissə və
mexanizmlərinin işi. döyüş xüsusiyyətləri, təyinatı, onlardan atəş üsulları, atəş
mövqelərinin seçilməsi, texniki təhlükəsizlik qaydaları.
|
Atıcı silah,döyüş xassələri, Avtomat, pülemyot, snayper,
qumbaraatan, hissə və mexanizm, texniki təhlükəsizlik.
|
||
2.2.2.Manqanın
mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdirir.
|
Manqanın mövqeyinin mühəndis təminatı tək əsgər,manqa və döyüş
texnikaları üçün səngər. Mina-partlayış sədlər. Tank və piyada əleyhinə mina
sahələri.
|
Manqa, mühəndis təminatı, mina partlayış, tank, piyada, səd.
|
||
2.2.3.Zirehli döyüş texnikaları haqqında biliklərini
şərh edir.
|
Azərbaycan Silahlı Qüvvələrinin və başqa dövlətlərin
silahlanmasında olan tank, BMP, BTR və s. döyüş texnikalarınin
taktiki-texniki göstəriciləri
|
Tank, döyüş texnikası, taktika, BMP, BTR,
|
||
2.3. Topoqrafiya üzrə bacarıqlar
nümayiş etdirir.
|
||||
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və
azimutlarla hərəkəti tətbiq edir.
|
Xəritəsiz ərazidə səmtləşmə üsulları,oriyentir əsasında səmtləşmə, azimut
haqqında anlayış, azimutla hərəkət qaydaları, kompasla iş, qütblərin müəyyən
üsullarla təyin edilməsi.
|
Səmtləşmə,səmtləşmə üsulları,azimut, kompa, qütb
|
||
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə
dair biliklər nümayiş etdirir.
|
||||
2.4.1.Fövqəladə hadisələri təsnif edir.
|
Mülki müdafiənin
stukturu və təşkili, fövqəladə hadisələrin xarakterinə əsasən təsnifatı. Kütləvi qırğın silahları, nüvə, kimyəvi, bioloji,
təbii fəlakətlər; meşə yanğınları, zəlzələ, sel, subasma, yanğın, qar uçqunu.
Nüvə dağıntı ocaqlarında xilasetmə işləri, bakterioloji bioloji silahın məhvedici
təsiri, kimyəvi silahın məhvedici xassələri, onlardan mühafizə üsulları.
|
Fövqəladə hadisə, təsnifat,
kütləvi qırğın, silah, təbii fəlakət
|
||
2.4.2.Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
|
Təbii fəlakətlər zəlzələ,
subasma, sel, sürüşmə, qar uçqunu, meşə yanğınları onların xarakteristikası,
mümkün nəticələri, xəbərdaredici siqnallar, əhalinin hərəkəti, xilasetmə işləri.
|
Təbii fəlakət, zəlzələ,
subasma, qar uçqunu, xəbərdaredici siqnal, xilasrtmə.
|
||
2.4.3. Kütləvi qırğın
silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
|
Mülki müdafiənin təşkili,
məqsədi, vəzifələri, Kütləvi qırğın silahları nüvə, kimyəvi, bioloji. Nüvə
silahının dağıdıcı amilləri onlardan
mühafizə, xilasetmə tədbirləri, tibbi yardımın tapşırığı, növləri, kimyəvi
silahların əsasları işlədilmə prinsipləri, bioloji silahların əsasları, növləri
xüsusiyyətləri, sanitar dəstələrin zədələnmə ocaqlarında işi.
|
Kütləvi, qırğın
silahlar, kimyəvi, bioloji, nüvə, mülki müdafiə, zədələnmə ocaqları.
|
||
2.5.Mühafizə vasitələrindən istifadə
edir.
|
||||
2.5.1.Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
|
Fərdi mühafizə vasitələri,
onlardan istifadə qaydaları, onlara texniki qulluq, fərdi mühafizə vasitılərindən
istifadə üzrə xüsusi normativlər.
|
Fərdi, mühafizə,
vasitə,texniki qulluq, normativlər.
|
||
2.5.2.Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş
etdirir.
|
Kollektiv mühafizə
vasitələri, sığınacaqlar və orada olan otaqların təyinatı, radiasiya əleyhinə
daldalanacaq, sadə tipli daldalanacaqlar, təbii daldalanacaqlar, xilasetmə tədbirlərinin
təşkili, təhlükəsizlik qaydaları
|
Kollektiv, mühafizə,
vasitələri, radiasiya, daldalanacaq, xilasetmə, təhlükəsizlik.
|
||
3.1. Sağlam həyat tərzi üzrə biliklər
nümayiş etdirir.
|
||||
3.1.1. Sağlam həyat tərzini
təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
|
Sağlam həyat tərzi, əhəmiyyəti,
sağlamlığın mühafizəsi, orqanizmin möhkəmləndirilməsi, xəstəliklərin
profilaktikası, səmərəli qidalanma, zərərli vərdişlər, təhlükəli yolxucu xəstəliklər.
|
Sağlam həyat tərzi,
sağlamlığın mühafizəsi, orqanizm, profilaktika, zərərli vərdişlər, yolxucu xəstəliklər.
|
||
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım
göstərir.
|
Tibb xidmətinin təşkili
və ilk tibbi yardım növləri,
yaralanmalar, qanaxmalar, boğulma, tok vurma,gün vurma, qapalı və açıq
sınıqlar, zəhərli bitkilərdən, göbələkdən zəhərlənmə, ilan və həşərat dişləmələri
zamanı ilk tibbi yardım. Sarğıqoyma.
|
Tibbi yardım,yaralanma,
bədbəxt hadisə, zərərçəkənlər, açıq və
qapalı sınıq, zəhərli bitkilər, ilan, həşərat, sarğıqoyma.
|
||
3.2.2. Radioaktiv və
kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
|
Radioaktiv və kimyəvi
zədələnmələr, ilk tibbi yardımın məqsədi, qaydaları əhəmiyyəti, təşkili ardıcıllığı, radioaktiv və kimyəvi zədələnmələrin
tibbi profilaktikası, sanitar təmizləmələr hissə-hissə təmizləmələrin,
hissə-hissə diqezasiya, zəhərlənmə əleyhinə paketdən istifadə.
|
Radioaktiv və kimyəvi
zədələnmə, tibbi yardım,
profilaktika, hissə-hissə təmizləmə, diqezasiya, zəhərlənmə
əleyhinə paket.
|
||
3.2.3. Bioloji vasitələrdən və
yolxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
|
Bakterioloji (bioloji)vasitələr, yolxucu və infeksion xəstəliklərin profilaktikası,
karantin və observasiya haqqında məlumat
|
Bakteriyoloji (bioloji) vasitələr, yolxucu xəstəlik,
Infeksion, xəstəlik profilaktika, Karantin,
observasiya.
|
||
XI
sinif
|
||||
1.1.Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və
inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixi və
inkişafı haqqında təqdimatlar edir.
|
Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi, ordu quruculuğu, Silahlı Qüvvələrin
yaranması, tarixi, inkişafı və döyüş yolu.
|
Dövlət müstəqilliyi,Silahlı
Qüvvələr, ordu quruculuğu,döyüş yolu,
|
||
1.1.2. Azərbaycan
Silahlı Qüvvələrinin qoşun növlərinin strukturu və vəzifələri barədə təqdimatlar edir.
|
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin qoşun növləri olan quru qoşunları, hərbi
hava qüvvələri və hərbi dəniz qüvvələri, onların strukturu, vəzifələri, təyinatı
|
Silahlı Qüvvələr,
struktur, vəzifələr,qoşun növləri
|
||
1.2.Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə
biliklər nümayiş etdirir.
|
||||
1.2.1.Hərbi nizamnamələrin müddəalarının yerinə
yetirilməsinə dair bilikləri
nümayiş etdirir.
|
Azərbaycan Respublikası Silahlı Qüvvılərinin
Ümumqoşun nizamnamələri, ayrı-ayrılıqda müddəaları onların tapşırığı, mahiyyəti
və əhəmiyyəti.
|
Hərbi nizamnamələr
|
||
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin
tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
1. 3. 1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat
edir.
|
Daxili xidmət nizamnaməsinin ümumi müddəalar: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının
ümumi vızifələri, onlar arasında qarşılıqlı münasibət hərbi hissələrdə və
bölmələrdə daxili qayda-qanun və əsas vəzifəli şəxslərin vəzifə borcları.
|
Daxili, xidmət, nizamnamə, ümumi vəzifələr, qarşılıqlı
münasibət, vəzifə borcu.
|
||
1.3.2.Sıra təlimi nizamnaməsinin tələblərini yerinə
yetirir.
|
Sıra və onların idarə olunması, silahsız sıra
üsulları və yeriş, silahsız hərbi salamvermə, sıradan çıxma və rəisə
yaxınlaşma, silahlı sıra hərəkətləri, manqanın düzülüşü, hərbi qulluqçuların
maşına minmədən öncə və maşında hərəkəti.
|
Sıra, təlim, nizamnamə, silahlı hərəkət, salamvermə,
düzülüş, manqa.
|
||
2.1.Müasir ümumqoşun döyüşü üzrə
bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
2.1.1. Müasir mumqoşun döyüşünün təşkili və döyüş təminatı (kəşfiyyat, mühəndis
hazırlığı) haqqında təqdimat edir.
|
Müasir döyüşün ümumi xarakteristikası, atəş
sistemi, döyüşdə manevr, qarşılıqlı əlaqə, atış və bölmələrlə idarə, kəşfiyyatın
aparılma üsulları və təşkili, mina partlayış maniələri, partlamayan mühəndis
maneələrinin təyinatı və növləri.
|
Müasir döyüş, atəş sistemi, manevr, kəşfiyyat, mühəndis,
min-partlayış, maneələr.
|
||
2.1.2
Motoatıcı
tağımın təşkili və döyüş imkanlarını
şərh edir.
|
Motoatıcı tağımın təşkili, döyüş imkanları,
hücumda və müdafiədə, tağımın döyüş tapşırığı yürüş, döyüşqabağı və döyüş
düzülüşləri.
|
Motoatıcı, tağım, döyüş imkanı, döyüş tapşırığı, yürüş, döyüş
düzülüşü.
|
||
2.2.Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
2.2.1.Atıcı silahlardan istifadə və onlara
texniki xidmət qaydalarına əməl edir.
|
Atıcı silahlar,onlardan istifadə qaydaları, atəşin
əsasları, döyüş xüsusiyyətləri, təyinatı, atəş
mövqelərinin seçilməsi,
texniki təhlükəsizlik qaydaları,silahlara texniki xidmət.
|
Atıcı silahlar, istifadə qaydaları, döyüş, atəş
mövqeyi, təhlükəsizlik qaydaları, texniki xidmət.
|
||
2.2.2. Mina-partlayış qurğularının ümumi
quruluşunu, tətbiqi üsullarını şərh edir.
|
Mina-partlayış qurğuları, ümumi quruluşu və
qurulma qaydalarını, tank və piyada əleyhinə minaların taktiki-texniki xassələri.
|
Mina, partlayış, qurğular, quruluş, tank, piyada.
|
||
2.2.3.Zirehli döyş texnikaları ilə
mübarizə üsulları barədə təqdimatlar edir.
|
Zirehli döyüş texnikaları Tank, BMP, BTR, taktiki-texniki
məlumat, döyüş imkanları, onlarla mübarizə üsulları.
|
Zireh, texnika, döyüş imkanı, Tank, BMP,BTR.
|
||
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
|
||||
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir.
|
Topoqrafik xəritələrin
əhəmiyyəti,oxunması,təyi-natı, xəritələrin miqyası və böyümə prinsipləri,
coğrafi və düzbucaqlı koordinatların təyin edilməsi və xəritənin köməyi ilə ərazidə
hərəkət.
|
Topoqrafik xəritə,
xəritənin oxunması, xəritənin təyinatı, xəritənin miqyası, böyümə
prinsipi,coğrafi koordinat, düzbucaqlı koordinat,
|
||
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
|
||||
2.4.1. Fövqəladə
hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat
edir.
|
Mülki müdafiənin strukturu,
təşkili, müxtlif növ fövqəladə hadisələr zamanı əhalinin
mühafizəsi qaydalarının ardıcıllığı və uyğun tədbirlər, xəbərdarlıq
siqnalları, əhalinin köçürülməsi, sığınacaqlar, radiasiya, kimyəvi və
bakterioloji kəşfiyyatın təşkili və s.
|
Fövqəladə hadisələr,
mühafizə, köçürülmə, xəbərdarlıq, radiasiya, kimyəvi, bakterioloji, kəşfiyyat.
|
||
2.4.2. Təbii fəlakət
zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
|
Təbii fəlakətlər, ərazilərə görə xarakterikliyi, nəticələrin
təqribi proqnozlaşdırılması, təbii fəlakətlərin əhaliyə çatdırılma
ardıcıllığı, əhalinin davranış qaydaları, xilasetmə tədbirləri, xilasetmə
tədbirlərində əhalinin hərəkəti.
|
Təbii fəlakətlər, xilasetmə tədbirləri.
|
||
2.4.3.Kütləvi
qırğın silahlarının növlərinin (nüvə, kimyəvi, bioloji) dağıdıcı vasitələri və
onlardan mühafizə üsullarını şərh edir.
|
Kütləvi qırğın silahlarının növləri, dağıdıcı amilləri, törətdiyi
fəsadlar, mülki müdafiənin təşkili ardıcıllıqları.
|
Kütləvi qırğın, fəsadlar, mülki müdafiə.
|
||
2.5.Mühafizə
vasitələrindən istifadə edir.
|
||||
2.5.1.Fərdi mühafizə vasitələrindən istifadə etdir.
|
Fərdi mühafizə vasitələri,
növləri istifadə qaydaları
|
Fərdi mühafizə vasitələri
|
||
2.5.2. Radiasiya nəzarət və
kimyəvi kəşfiyyat cihazlarindan istifadə etdir.
|
Radiasiyaya nəzarət,
dozimetrik cihazlar, kimyəvi kəşfiyyat, cihazlarindan istifadə qaydaları.
|
Radiasiya, nəzarət,
dozimetrik, kimyəvi, kəşfiyyat, cihaz
|
||
3.1. Sağlam həyat tərzi üzrə biliklər
nümayiş etdirir.
|
||||
3.1.1.Sağlamlığın mühafizəsi
haqqında təqdimat edir.
|
Sağlam həyat tərzi, rejimlə yaşama həyat fəaliyəti, yüksək iş qüvvəsinin
təminatı, insanın həyat fəaliyətinin əsas elementləri (zehni, və fiziki yük, fəal
istirahət, yuxu, qidalanma və s.).Yüksək yaşayış tərzini əhatə edən həyat fəliyəti
elementlərinin səmərəli əlaqələndirilməsi, fiziki aktivlik, pis vərdişlərin
sağlamlığa zərəri, şəxsi gigiyena.
|
Sağlamlıq, mühafizə, həyat tərzi, fiziki aktivlik, şəxsi gigiyena, zərərli vərdiş.
|
||
3.2.İlk tibbi yardımın göstərilməsinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
|
||||
3.2.1.Fövqəladə hadisələrdə
zədələnmələrin profilaktikası və ilk
tibbi yardım qaydalarına əməl edir.
|
Fövqəladə hadisələr,
tibb xidmətinin təşkili zədələnmələrin xarakteri, müvafiq ilk tibbi yardımın
göstərilməsi.
|
Fövqəladə hadisələrdə
zədələnmələr, profilaktika
|
||
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk
tibbi yardım göstərir.
|
Radioaktiv və kimyəvi
zədələnmələr, ilk tibbi yardım qaydaları, onun təşkili ardıcıllığı, radioaktiv və kimyəvi zədələnmələrin
tibbi profilaktikası, sanitar təmizləmələr,
hissə-hissə təmizləmələr, hissə-hissə diqezasiya, zəhərlənmə əleyhinə
paketdən istifadə, xəstələrə xidmət.
|
Radiasiyaya
şüalanmalar, kimyəvi zədələnmələr. Dezinfeksiya.
|
||
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
|
Yolxucu xəstəliklər, onların profilaktikası və onlarla mübarizə, yayılma və keçmə
mexanizmləri, karantin və opservasiya haqqında məlumat.
|
Yolxucu, xəstəliklər, profilaktika, karantin observasiya.
|
||
Resurslar
1.
Kartlar
2.
Mulyaj
3.
Fiqur
4.
Plakat(izahedici
materiallar).
5.
İşçi
vərəqləri
6.
İKT
materialları
7.
Kompyuter
8.
Proyektor
9.
Müxtəlif
məzmunlu şəkillər
10.
Marker
11.
Flipçat
12.
Ensiklopediyalar
13.
X-XI siniflər üzrə "Çağırışaqədərki
hazırlıq" dərslikləri
14.
MIMIO lövhə
15. Təlim minaları.
16. Təlim əl qumbaraları
17. AKM silahının maketi
18. Təlim xəritələri
19. Kompas
20. Transportir
21. Binokl
22. Təlim nişanalma qutusu
23. Bel
26. Dozaölçən cihazlar
27. Mühafizə geyimləri
28.
Əlehqazlar
29. Respiratorlar
30. Süngü bıçaq maketləri
31. Saniyəölçən
Tezaurus
Təlimin
məzmunu-
şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin
(təlim standartlarının) məcmusudur.
Təlim
nəticəsi- müəyyən
bir mərhələdə mənimsənilməsi nəzərdə tutlan və əvvəlcədən müəyyənləşdirilmiş
təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti- fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını
təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
Məzmun
standartı-
dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət
tələbdir.
Qiymətləndirmə
standartı-
təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Təlim
strategiyası-
təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur.
Kurrikulum- təhsilin
məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Dərslik- dövlət təhsil standartları əsasında hazırlanmış
kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq
vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün formalaşmasına imkan
yaradan, onları düşünməyə sövq edən, məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi
xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.
İnteqrasiya-müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin
təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf
və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun
komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi
tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi
olmaqla onun iki növündən istifadə edilir.
Milli
kurrikulum- ölkə
miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin həyata keçirilməsinə
imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir.
Fənn
kurrikulumu- fənn
üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir.
Pedaqoji
innovasiya-
təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və şagirdlərin
fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində,
idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən
yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam
etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.
Nəticəyönümlülük- yeni kurrikulumların hazırlanmasında nəzərə
alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən
olunmuş bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir.
Taksonomiya- yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun
deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi
termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi
orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə
psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük
– Milli
Kurrikulumun hazırlanması zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir.
Onun tələbinə görə, kurrikulumların tərkibində
olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri
şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan
keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar
(səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə
edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya
bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun
səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun
səviyyənin) əldə edilməsidir.
Təhsildə
qiymətləndirmə sistemi- beynəlxalq milli və məktəb səviyyələrində aparılan qiymətləndirməni
əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin
(test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini və onların
reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim-
şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin digər iştirakçıları
ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.
Mulyaj-mumdan, gipsdən və s. dən model, tökmə.
İdrak
fəaliyyəti-
idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların fikrincə, idrak
fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və dəyərləndirmək
əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə, şagirdin təlim
fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir. Ona
görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim
stanadartları hazırlanarkən onlar əsas götürülür.
İstrifadə olumuş
ədəbiyyat
1.
Azərbaycan
Respublikasının Təhsil Sahəsində İslahat Proqramı, Bakı, 1999.
2.
Azərbaycan
Respublikasının Konstitusiyası.
Bakı, 2003.
3.
“Təhsil haqqında Azərbaycan Respublikasının
qanunu”. Bakı, 2009.
4.
“Ümumi
təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”. Bakı, 3
iyun 2010-cu il, 27 səh.
5.
Abbasov
Ə. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri, “Kurikulum jurnalı”, №1.
6.
Kərimov
F., M.Əhmədova, G.Varella və b. İnteqrativ kurrikulum: mahiyyət və nümunələr,
Bakı, 2006
7.
Azərbaycan
Respublikası Silahhlı Qüvvələrinin Ümumqoşun Nizamnamələri. Bakı Hərbi
Nəşriyyat, 2007, 488 səh.
8.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru
Qoşunlarının Döyüş Nizamnamələri (Tağım, Bölük, Tabor).
9.
Mülki
Müdafiə haqda Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997.
10.
Veysova
Z. Fəal təlim metodları. Bakı, 2007.
11.
Аверин
А.И., Ендовцкий Н.К., Лонопляник В.М. и др. Учебно методическое пособие по
начальной военной подготовке. М.: Просвещение, 1882, 270 с.
12.
Аверин А.И., Выдрин Н.К., Ендовцкий Н.К. и др.
Начальная военная подготовка. М.: Воениздат, 1985, 255 с.
13.
Брысин П.М. Учебно–материальная база начальной
военной подготовки в школе. М.: Просвещение, 1989, 191 с.
Çox sağ olun Hörmətli müəllim! Elminizə bərəkət Halal edin Əvvəldə verdiyiniz mövzu hissədən məktəbə hazirladigim yazıda istifadə etdim Təşəkkrlər
YanıtlaSil