25 Aralık 2013 Çarşamba

İsmayıllı rayonunda Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı müzakirə keçirilmişdir.




     Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan  Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı İsmayıllı rayonunda  keçirilmiş dəyirmi masada İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Çağrışaqədərki hazırlıq fənn müəllimi Manafov Əsgər Əmirxan oğlunun                      
                                                     təklifləri.
Təhsil üzrə dövlət strategiyasında  kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasıni mən bəyənirəm  və hal –hazırda “Gənclərin Çağrışaqədərki hazırlıq “ dərsliyi  fənn üzrə standartlara cavab vermir .Dərslikdə  olan mövzular  və məktəblərdə  təlim –tədris bazasının zəif olması, silah-sursat, mexaniki nişanalma,atəş  tapşırıqlarının  yerinə-yetirilməsi üçün tirin olmaması, təlim patronlarının olmaması biz  çağrışaqədərki hazırlıq fənn müəllimlərini  narahat edir və biz tədris proqramlarını tam  şagirdlərə çatdıra bilmirik buda dərsalanla dərsverəni qane etmir. Yuxarıda göstərilən səbəblərə görə “Silahlar və atəş hazırlığı”, “Atəşin əsasları və qaydaları” X siniflərdə 15 saat  mövzular, XI siniflərdə də - 11 saat demək olar ki əməli dərs kimi  tədris olunmur.
1.Təklif edərdim bu boşluğu doddurmaq üçün kurikuluma əsaslanan dərsliklər və fənn standartları yenidən hazırlansın.
2. Müharibə şəraitində olan dövlətimizdə    hərbi vətənpərvərlik məsələsi öndə durmalıdır . Azərbaycan Respublikası Müdafiə Sənayə Nazirliyinə  təlim üçün silah və sursatlar  sifariş verilsin.
3.Yeniyetmələrin hərbi vətənpərvərlik təlimləri daha erkən yaşlarda 7-8 –ci siniflərdən başlansın.
4.hərbi hissələrin  yanında yay hərbi vətənpərvərlik düşərgələri salınsın. Bu düşərgələrə  daha erkən yaşda ,yəni VII vəVIII siniflərdə oxuyan şagirdlər  cəlb olunsun. Düşərgə  bir bölük  səviyyəsində (100-110 nəfər), qısa müddətli(14 gün)  təşkil olunsun. Düşərgəyə gələn gənclər cadırlarda qalmaqla  xüsusi  uniforma ,yeməklə   təmin olunsun. Düşərgədə  həyatı dərketmə mərhələsində olan gənclər vətəndaşlıq, vətənpərvərlik ,hərb tarıximizi ,ordu quru-culuğu,taktiki hazırlıq,atəş hazırlıq, topoqrafiya ,ilkin tibbi biliklərə yiyələnməsi, zabit olmaqı sevdirmək, əsgəri həyatla yaxından tanışlıq və s. vərdişlərə yiyələnməsinə  nail olmaq. Düşərgəyə  yay mövsümdə 6-7  dəfə (axın) qəbul edilə bilər.



Hiç yorum yok:

Yorum Gönder