Gənclərin
çağırışaqədərki hazırlıq fənninə aid
suallar və cavablar.
Əsgəri intizam nə deməkdir? Hərbi İntizam
nədir?
-Əsgəri intizam
bütün hərbi xidmətçilərin dövlət qanunları, əsgəri nizamnamələr və
komandirlərin əmrlərilə müəyyən edilmiş qayda qanunu (nizam-intizamı) ciddi və
dürüst yerinə yetirmək deməkdir.
Əsgəri intizam nəyə əsaslanır?
-Əsgəri intizam
hər bir hərbi xitmətçinin əsgəri vəzifəsini və öz Vətəninin müdafiəsi üçün
şəxsicavabdehliyini dərk etməsinə əsaslanır.
-Komandirin (rəisin) əmri tabelikdə olan üçün
qanundur. Əmr danışıqsız, dürüst, vaxtında yerinə yetirilməlidir.
Əgər əsgər əmrlə komandaya başçı təyin
edilibsə, onun nə (hansı) inzibati səlahiyyətləri olur?
-Əgər Əsgər əmrlə
komandaya başçı təyin edilibsə, o, komandanın hər hansı bir üzvü barədə bölük
starşinasının hüquqlarına malik olur.
Manqa komandirinin hansı fərqləndirmə (təşviq)
hüquqları var?
-Manqa
komandirinin hüquqları aşağıdakılardır:
-təşəkkür elan
etmək;
-əvvəl verilmiş
cəzanı üzərindən götürmək;
-hissədən kənara
bir növbədən əlavə buraxılma vermək;
Starşina ilə taqım komandiri müavinin
şirnikləndirmə hüquqlarında nə fərq var?
-Bölük starşinası
əsgər və çavuşları 1 (bir) sutka müddətə qədər növbədən əlavə buraxa bilər,
taqım komandiri müavini isə, bunu edə bilməz.
Şirnikləndirmə növünü təyin edərkən nələr
nəzərə alınmalıdır?
-Şirtnikləndirmə
növünü seçərkən hərbi xidmətçinin ləyaqəti və onun fərqlənməsinin
xüsusiyyətləri, habelə onun xidmətə əvvəlki münasibəti nəzərə alınır.
Cəzası olan əsgər necə təşviq olunur?
-Götürülməmiş cəzası
olan hərbi xidmətçilər bir qayda olaraq əvvəldən verilmiş cəzanın götürülmçəsi
ilə təşviq olunurlar.
Əsgər bir kəs cinayət etmişsə, o, nə cəza
alacaq?
-Cinayət törətmiş
hərbi xidmətçi inzibati tənbeh çəkib, sonra cinayət cəzası da ala bilər.
İnzibati cəza almaq onu cinayət cəzasından azad etmir.
Məzuniyyət və ya ezamiyyətdə olan hərbi
xidmətçiyə qəbahətinə görə kim cəza verə bilər?
-Məzuniyyətdə
yaxud ezamiyyətdə olanlara qəbahət və pozuntularına görə şəhər komendantı,
stansiya, port komendantları və rayon, vilayət hərbi komissarları cəza verə
bilərlər.
Buraxılmada olan əsgəri kim və nəyə görə
həbs edə bilər?
-İntizamı, İctimai asayışı, yaxud əsgəri salam
qaydalarını pozan əsgəri əgər ona verilən göstərişdən sonra da pozuntu davam
edərsə, zabit və generallar həbsə ala bilətlər.
Komandir tabeliyində olana cəza verərkən nəyi
nəzərə almalıdır?
-Cəza tədbirinin
ölçü və növünü seçərkən komandir qəbahətin xüsusiyyətini, qəbahətin törədilməsi
şəraitini və onun nəticələrini, həm də təqsırkarın əvvəlki davranışı, onun
xidmətdə olduğu müddəti nəzərə almalıdır.
Cəza verərkən nə qadağandır?
-Eyni qəbahətə
görə bir neçə cəza vermək, yaxud bir cəzanı o birisi ilə birləşdirmək, bütün
şəxsi heyyətə cəza vermək, müddətini müəyən etmədən inzibati həbsə almaq
qadağandır.
Cəza verərkən nələr cəzanı ağırlaşdırıcı hal
sayılır?
-Qəbahət təkrarən
yaxud dəfələrlə, dəstə ilə, xidmət vəzifəsini yerinə yetirərkən, döyüş
növbəsindən, sərxoş halda edildiyi və bu qəbahət asayışın ciddi pozulmasına
səbəb olduğu hallarda törədildikdə cəzanın ağırlaşdırıcı halları sayılır.
Xəta edildikdən nə qədər sonra cəza vermək
olar?
-İnzibati cəza
xəta haqda komandirə məlum olduqdan sonrakı 10 gün müddətində verilməlidir;
əgər istintaq gedirsə, cəza istintaq qurtarandan sonrakı 10 gün müddətində
verilməlidir.
Cəza verilməsi necə elan olunur?
-Əsgərlərə
inzibati cəza sıra qarsısında, yaxud şəxsən elan olunur; cavuşlara cəza ya
şəxsən, yaxud cavuşların iclasında və ya cavuşların sırası qarşısında elan
olunur.
Təşviq
etmə və inzibati cəzaları uçotu necə aparılır?
-Cəza və
şirnikləndirmələrin uçotu bütün bölmələrdə aparılır. Onlar hər bir hərbi
xidmətçinin xidmət kartasına 7 gün müddətdə yazılmalıdır.
Xidmət kartası necə göstərilir?
-Hərbi xidmətçinin
yeri dəyişildikdə, yaxud onu keçirdikdə xidmət kartası yeni xidmət yerinə
göndərilir.
Nələr haqda məlumat vermək hər bir hərbi
xidmətçinin borcudur?
-Hərbi əmlakın
oğurlanması, ya xarab olmasında, pul vəsaitinin qeyri-qanunu sərf edilməsindən,
qoşun təchizatında sui-istifadədən, silah və texnikanın saxlanmasındakı
əyər-əskikdən, müəyyən edilmiş təminat normaları qaydalarının yerinə
yetirilməsindən xəbər tutan hər bir hərbi xidmətçinin bu barədə xəbər vermək
borcudu.
Hərbi xidmətçi nədən şikayət edə bilər?
-Hərbi xidmətçi
onun barəsində komandirlərin qeyri-qanunu hərəkətlərindən, müəyyən edilmiş
hüqüq və üstünlüklərinin pozulmasından, yaxud hərbi xidmətçinin müəyyən edilmiş
təminatının ödənilməməsindən şikayət edə bilər.
Nədən şikayət etmək qadağandır?
-Əgər komandir ona
verilmiş inzibati səlahiyyəti aşmayıbsa, cəzanın şiddətliyindən şikayət etmək
qadağandır.
Şikayət kimə və necə verilir?
-Şikayət kimdən
şikayət edilirsə onun rəisinə, yaxud komanda ilə verilir.
Tağımla şikayət etmək olarmı?
-Hərbi xidmətçinin ancaq öz adından şikayət
etməyə ixtiyarı var. Qurupla şikayət etmək, yaxud başqasının adından şikayət
etmək qadağandır. Tağımla şikayət etmək olmaz.
Hərbi xidmətçilərin şikayət və təkliflərinə
nə qədər müddətdə baxılmalıdır?
-Hərbi
xidmətçilərinin verdikləri şikayət və təkliflərə onların verildiyi gündən
alayda 7 gündən gec olmayaraq baxılmalıdır. Yuxarı qərargahlarda ən çoxu 15
sutka vaxt qoyulub.
Həbsi kim və necə icraya yetirir?
-Əsgər və
çavuşların həbsinin icrası bölük starşinasına həvalə edilir.
Həbs vərəqəsinin məzmunu nədir?
-Həbs vərəqəsində
həbs olunmuş hərbi xidmətçinin bölüyü, vəzifəsi, adı atasının adı və familiyası,
onu kimin və və nəyə görə, neçə sutqalıq həbsə aldığı, saxlanacağı kamera
göstərilir.
Həbsə alınmışdan nələr alınır və nələr
saxlanıla bilər?
-Həbsə alınmışdan
silah, sursat, pul və həbsxanada olmamalı şeylər alınır. Onun dəsmalı, gündəlik
libas paltarı, cib yaylıqları, yaxalıqları və tualet ləvazimatı saxlanılır.
Məzuniyyət və ezamiyyət vaxtı verilmiş həbs
necə icraya yetirilir?
-Belə halda həbsə
alan böyük həbsə alınanı qarnizon komendantının yanına göndərir və bu barədə
özü komendanta da xəbər verir. Həbsə alınan komendantın yanına gəlib kimin
tərəfindən və nə üçün həbsə alındığını xəbər verir. Komendant həbsi
rəsmiləşdirir və bu barədə həbsə alınanın komandirinə xəbər verir
Sıra nədir (nə deməkdir)?
-Sıra –Hərbi
xidmətçilərin və bölmələrin birgə hərəkəti üçün nizamnamə ilə müəyyən edilmiş
düzülüşdür.
Döyüşçülər sıra təlimi məşğələlərində nə
öyrənirlər?
-Sıra təlimi
məşğələlərində əsgərlər silahla və silahsız sıra üsullarının icrasının, döyüş
çölündə hərəkət etməyi, piyada sıralarda və maşınla da birgə hərəkətlər etməyi
öyrənirlər.
Sıra təlimi məşğələlərində əsgərlərdə hansı
keyfiyyətlər tərbiyə olunur?
-Sıra təlimi
məşğələlərində əsgərlər, əsasən, yoldaşlıq ruhunda tərbiyə olunurlar.
Cinah nədir?
-Sıranın kənarları
cinah adlanır.
Sırada neçə cinah olur? Onların adlarını
deyin.
-Sırada iki cinah
olur, -sağ cinah və sol cinah. Sıra döndükdə cinahlar dəyişmir.
“Ön” sözünün hansı mənalarını bilirsiniz?
-Bu sözün
mənalarından biri sıranın baxdığı tərəfidir. İkinci mənası isə döyüş gedən xətdir.
Kolon ilə cərgənin fərqi nədir?
-Cərgədə əsgərlər
bir –birinin yanında bir düzz xətt üzrə, kolonda isə biri o birinin arxasınca
dururlar.
Kolonda birinci duran döyüşçü necə adlanır?
-Səfər sırasında
(kolonda) birinci duran döyüşçü yönəldici adlanır. Kolonda axırıncı duran döyüşçü necə adlanır?
-Kolonda axırıncı dayanan
döyüşçü tamamlayıcı adlanır.
Sıra duruşuna hansı komanda ilə keçilir?
-Sıra duruşuna
“Düzül”komandası ilə keçirlər. Əgər döyüşçü sıradan kənardadırsa, o “Farağat” komandası
ilə sərbəst sıra duruşu vəziyyətinə keçir.
Hansı hallarda döyüşçü sıra duruşuna komandasız keçir?
-Döyüşçü əmr
alarkən, ya verərkən, məlumat və ya əsgəri salam verərkən, habelə biri –birinə
müraciət edərkən komandasız sıra duruşuna keçir .
Döyüşçünün “Farağat” və “Azad” komandalarında hərəkətləri nə
ilə fərqlənir?
-“Farağat” komandasında döyüşçü düz, gərginliksiz durur; dabanlar bir
yerdə, pəncələr ön xətti üzrə bir pəncə enində aralı olur, qıçlar dizdən düz,
fəqət gərgin olmur, döş azca qalxır, bütövlükdə isə bədən bir qədər qabağa
verilir,qarın yığılır, çiyinlər sallanmır, qollar elə sallanır ki, ovuc içəriyə
çevrilmiş, biləklər ombanın ortasına düşür, baş yuxarı tutulur və düz
saxlanılır, çənə qabağa çıxmır, döyüşçü düz qabağa baxır. “Azad” komandasında
hərbi xidmətçi sol ayağını çiyninin bərabərində aralanır.
Yeriş hansı komanda
ilə başlayır?
-Yeriş “Addımla –Marş”, yaxud “Qaçaraq Marş” komandaları ilə başlayır.
Döyüşçü xəbərdarlıq
komandasında nə edir?
-Xəbərdarlıq komandasında döyüşçü “Farağat” vəziyyəti tutub icra
komandasında hərəkəti yerinə yetirməyə hazırlaşır.
Xəbərdarlıq və icra
komandaları necə verilir?
-Sırada dayananların komandirin onlardan nə hərəkətlər tələb etdiyini yaxşı
başa düşməsi üçün xəbərdarlıq komandası bərkdən, aydın və uzadılaraq verilir.
İcra komandası pauzadan sonra ucadan qüvvətli və kəskin verilir.
Döyüşçülər sırada
hansı hallarda səfər addımları ilə yeriyirlər?
-Döyüşçülər yerişin başlanğıcında “Addımla –Marş” komandasında və yeriş
vaxtı “Farağat” komandasından sonra verilən “Azad” komandasında səfər addımları
ilə yeriyirlər.
Sıra addımı nə üçün
tətbiq olunur?
-Sıra addımı bölmələr təntənəli marşla keçdikdə, yerişdə əsgəri salam
verdikdə, rəisə yaxınlaşanda və ondan aralananda, sıradan cıxanda və sıraya
qayıdanda və habelə sıra təlimi məşğələlərində tətbiq olunur.
“Azad” komandasında döyüşçüyə nəyə
içazə verilir?
-“Azad” komandasında döyüşçüyə sərbəst durub sağ, ya sol qıçını çiyninin
bərabərində aralamağa icazə verilir, lakin o, diqqətini azaltmamalı və yerini
dəyişməməlidir.
Hansı komandalarda
yerişin sürəti dəyişdirilir?
-Yerişin sürətini dəyişmək üçün “Yarım Addım”, “Tam Addım”, “Qısa Addım”,
“Sey-rək”, “Tez-Tez” Addım” və “Gen Addım” komandalarından biri verilir.
Hərəkətin
istiqamətini dəyişdirmək üçün hansı komandalar verilir?
-Hərəkətin istiqamətini dəyişdirmək üçün belə komandalar verilir:
- “Manqa (tağım, bölük), sağ (sol) çiyin irəli – MARŞ !”;
- “Manqa (tağım, bölük), arxamca –
MARŞ !”;
- “Bölük (manqa, tağım), geriyə -
MARŞ !”;
- “Sıravi Sarxanov, sağa (sola) –
DÖN !”;
Sıradan çıxmaq üçün
hansı komandalar verilir?
-Hərbi xidmətçinin sıradan çıxması üçün komanda verilir, “Sıravi Əliyev,
sıradan (filan qədər) addım çıx”, yaxud “Çavuş Mahmudov, yanıma (qacaraq
yanıma)”.
“...sıradan 3 addım
çıx” komandasında nə etmək lazımdır?
-Bu komanda ilə sıranın birinci cərgəsindən sayaraq sıra addımları ilə 3
addım qabağa çıxıb, sıranın qabağında dayanmaq və sonra üzü sıraya tərəf dönmək
lazımdı.
Rəisə necə
yaxınlaşmaq lazımdı?
-“Yanıma” komandası ilə döyüşçü sıranın 1-ci cərgəsindən 2-3 addım qabağa
çıxıb, dayanmadan rəisə tərəf dönüb və qısasına addımları ilə (qacaraq) rəisə
yaxınlaşır və gəldiyini xəbər verir.
Sıravi Məmmədova
komanda verin ki, o sıradan çıxsın, sola dönsün, sağa dönsün, geriyə donsün və
sıraya dursun.
-“Sıravi Məmmədov, sıradan 5 addım çıx”, “Sıravi Məmmədov, sola – DÖN”,
“Sıravi Məmmədov, sağa – DÖN”, “Sıravi Məmmədov, geriyə - DÖN”, “Sıravi
Məmmədov – SIRAYA DUR”.
Hansı sıralar olur?
-Açıq sıra və səfər sıraları olur. Sıra üzü istənilən tərəfə çevrılmiş cərdələrdən
ibarətdir; onlar bir və ikicərgəli olur. Səfər üçün düzülmüş kolonlar bir-bir,
iki-iki, üç-üç və s. olur.
Manqanın açıq sıraya
düzülməsi üçün hansı komandalar verilir?
-Manqanın açıq sıraya düzülməsi üçün “Manqa, bir cərgə (iki cərgə) –DÜZÜL
!” komandası vermək lazımdır.
Manqanın açıq
sırasını səfər sırasına çevirmək üçün hansı komanda verilir?
-Bunun
üçün “Manqa, sağa –Dön!” komandası verilir.
“Maşınların Yanına” komandasında
əsgərlər nə edirlər?
-“Maşınların Yanına” komandasında şəxsi heyyət, əgər minmə yan
bortlardandırsa, sıranın başı dal təkərlər tuşunda maşının yanında düzülür;
minmə dal bortlardan olduqda isə sıranın başı dal bortun yanında düzülür.
Hansı komanda ilə
əsgərlər MAŞINDA öz yerlərini tuturlar?
-“HƏR KƏS ÖZ YERİNƏ” komandası (işarəsi) ilə bölmələr cəld maşınlarda öz
yerlərini tuturlar. Minmə arxa bortdan, yaxud sağ, sol və arxa bortlardan eyni
vaxtda ola bilər. Minmədə təkərlərdən və pillələrdən istifadə etmək olar.
Hansı komanda ilə
düşmək icra olunur?
-Düşmə üçün “Maşınların Yanına” komandası verilir.
Əsgərin sıradakı
vəzifələrini danışın?
-Sırada duran əsgərin borcudur: icazəsiz danışmasın, öz komandirinin
komandalarına (işarələrinə) diqqətli olsun onları başqalarına mane olmadan tez
və düzgün icra etsin; komandaları (işarələri) və əmrləri təhrifsiz, bərkdən və
aydın ötürsün.
Sıranın yerində
döndərmək üçün hansı komandalar yadınızdadır?
-Sıranı, məsələn manqanı, yerində döndərmək üçün bu komandalar yadımdadır:
“Manqa, sağa –Dön”, “Manqa sola –Dön”, “Manqa geriyə -Dön”, “Manqa yarım sağa
–Dön”, “manqa yarım sola –Dön”.
Əsgərin
düzülmədən qabaq borcu nədir?
-Düzülmədən qabaq əsgərin borcudur: öz silahının, ona tapşırılmış hərbi və
digər texnikanın, sursatın, kimya əleyhinə fərdi mühafizə vasitələrinin, qazıma
alətlərinin paltar və ləvazimatının sazlığını yoxlasın; paltarını səliqəli
geyinsin, ləvazimatı düzgün geyib uyğunlaşdırsın, yoldaşlarında olan
çatışmamazlıqları düzəltməyə kömək etsin; sırada öz yerini bilsin və onu
təlaşsız cəld tuta bilsin.
“Düzül” komandası nə
üçün verilir?
-“Düzül”komandası bölmələri (manqa, taqım v. s) düzmək üçün verilir.
Xəbərdarlıq komandasında kimin və hansı sıraya düzülməsi tələb olunduğu
göstərilir.
Sırada döyüşçülər
“Düzlən” komandasında nə edirlər?
-“Düzülən” komandasında sıranın bütün döyüşçüləri (sağ cinahda durandan
başqa) başlarını sağa döndərirlər (sağ qulaq soldan bir
qədər yuxarı, çənə bir az qaldırılıb) və elə düzlənirlər ki, hər kəs
özündən sonrakı dördüncü yoldaşının döşünü görsün. Düzlənən döyüşçülər bir
qədər yana, irəli və geriyə tərpənə bilərlər. Ayaq yanında olan karabinlə
düzlənəndə icra komandası ilə süngünü özünə tərəf çəkib sağ böyürə sıxırlar.
Hansı sıraya açıq
sıra deyilir?
-Açıq sıra elə sıradır ki, onda bölmələr bir cərgə, yaxud iki cərgə
sıralarda bir xətt üzrə, yaxud Nizamnamə və ya komandirin əmri ilə müəyyən ara
saxlamaqla kolonlar xəttində düzülür.
İki cərgə düzülmə
üçün komanda verin.
-“Manqa, iki cərgə -Düzül”
Avtomabildən düşmə
vaxtı silahı necə tutmaq lazımdır?
-Avtomabildən düşərkən silahı necə rahatdırsa, elə də tutmaq olar;
pulemyotları isə qabaqcadan düşmüş yoldaşa vermnək lazımdır.
Açıq sıralar hansı
hallarda tətbiq edilir?
-Açıq sıralar yoxlamalar, baxışlar, rəsmi –keçidlərdə və başqa lazım olan
hallarda tətbiq olunur.
Kolonun tərifini
verin.
-Kolon elə sıradır ki, hərbi xidmətçilər bir-birinin arxasında dururlar,
bölmələr və ya maşınlar isə biri o birini ardınca düzülür. Kolonlar
bir-bir, iki-iki, üç-üç, dörd-dörd və s. olur. Kolon bölmələri və hissələri açıq sıraya, yaxud səfər
sırasına düzmək üçün tətbiq edilir.
İcranı ləğv etmək,
yaxud sıranı əvvəlki vəziyyətə qaytarmaq üçün hansı komanda verilir?
-Hər hansı icranı dayandırmaq, yaxud geriyə qaytarmaq üçün “Olmadı”
komandası verilir. Bu komandada icradan qabaqkı vəziyyətə qayıdırlar.
Hərbi xidmətçi
şəxsən nəyə cavabdehdir?
-Hərbi xidmətçi öz Vətəninin müdafiəsi üçün şəxsən cavabdehdir.
Hərbi xidmətçi öz
şəxsi cavabdehliyini yerinə yetirmək üçün nə etməlidir?
-Bu cavabdehliyini yerinə yetirmək üçün o öz dövlətinin mənafeyini
qorumalı, onun qüdrətinin və hörmətinin artmasına kömək etməli, Konstitutsiyaya
müqəddəscəsinə və pozulmaz riayət etməli, hərbi andı yerinə yetirməlidir;
komandir və rəislərə danışıqsız itaət etməli və onları döyüşdə qorumalıdır;
hissənin Döyüş Bayrağını fədakarcasına Mühafizə etməlidir.
Hərbi xidmətçi nəyi
möhkəm bilməli və ciddi yerinə yetirməlidir?
-Hərbi xidmətçi nizamnamələrin tələblərini və öz vəzifələrini mükəmməl
bilməli, bacarıqla və vicdanla yerinə yetirməlidir.
Əsgəri yoldaşlıq
barədə hərbi xidmətçinin vəzifələri hansılardır?
-Hərbi xidmətçi əsgəri yoldaşlığın qədrini bilməli, öz həyatını əsirgəmədən
yoldaşlarını çətinlikdən xilas etməli, onlara işi əməli ilə kömək etməlidir;
onların milli təkəbbürünə hörmət bəsləməli, yoldaşlar barədə lovğalığa,
kobudluğa, rişxəndə yol verməməli, onları pis əməllərdən saxlamalıdır.
Şəxsi və xidmət
məsələləri haqda hərbi xidmətçi kimə müraciət etməlidir?
-Hərbi xidmətçi xidmət məsələləri haqda özünün bilavasitə rəisinə müraciət
etməlidir və onun icazəsi ilə tabelik prinsipi üzrə daha yuxarı rəisə müraciət
edə bilər. Yazılı surətdə hərbi xidmətçi rəislərə ancaq tabeçilikdə pillələri
ilə müraciət edə bilər.
Xidmət vəziyyətinə
görə öz yoldaşlarınıza nisbətən hansı mövqedə ola bilərsiniz?
-Xidmət vəziyyətinə və hərbi rütbəsinə görə hərbi xidmətçilər bir –birinə
münasibətdə ya rəis, yaxud tabelikdə olurlar. Rəislər tabelikdə olanlara əmr
vermək hüququna malikdirlər, tabelikdə olanlar isə rəislərə sözsüz tabe
olmalıdırlar.
Rəislər və tabelikdə
olanlar haqında nə bilirsiniz?
-Hərbi xidmətçinin xidmətə görə müvəqqəti də olsa, tabe olduğu rəislər
birbaşa rəislər adlanırlar. Tabelikdə olana yaxın birbaşa rəis bilavasitə rəis
adlanır.
(Öz) hərbi rütbəsinə
görə kimlər əsgərlər üçün rəisdirlər?
-Hərbi rütbələrinə görə bütün generallar və zabitlər, habelə öz hissəsinin
çavuşları əsgərlər üçün rəisdirlər.
Silahlı Qüvvələrdə
üstünlük barəsində nə bilirsiniz?
-Bir –birinə xidmət vəziyyəti və hərbi rütbəsinə görə rəis və ya tabe
olmayan hərbi xidmətçilər böyük, yaxud kiçik olurlar. Böyük –kiçiklik hərbi
xidmətçilərin hərbi rütbələrinə görə müəyyən edilir.
Əmr verməyin qaydası
necədir?
-Əmrlər, bir qayda olaraq, tabeçilik qaydasında verilir. Müstəsna hallarda
böyük rəis tabeliyində olana onun bilavasitə rəisini ötərək əmr verə bilər.
Əmr almış hərbi
xidmətçi nə edir?
-Əmr alan hərbi xidmətçi “Baş üstə” deyir və sonra aldığı əmri yerinə
yetirir. Alınmış əmri yerinə yetirdiyi haqda hərbi xidmətçi əmri vermiş rəisə,
yaxud öz bilavasitə rəisinə xəbər verməlidir.
Əmri yerinə yetirmək
haqda İntizam nizamnaməsinin hansı müddəasını bilirsiniz?
-Əmr düzgün, sözsüz və vaxtında yerinə yetirilməlidir.
Hərbi xidmətçi
kimlərə əsgəri salam verməlidir?
-Hərbi
xidmətçilər bir-birilə qarşılaşanda (bir-birini ötəndə) Sıra Təlimi
Nizamnaməsinin qoyduğu qaydalara ciddi əməl edərək bir-birinə əsgəri salam
verirlər.
Birinci kim salam
verir?
-Tabelikdə olan və rütbəsinə görə kiçiklər salamı birinci verirlər.
Hərbi xidmətçilər
nələrə əsgəri salam verməlidirlər?
-Hərbi
xidmətçilər aşağıdakılara salam verirlər.
- hərbi hissələrin Döyüş Bayraqlarına;
- bölmələrin müşayiət etdikləri dəfn mərasimlərinə.
Sinif məşğələlərində
rəsmi təzim etmək üçün neçə dəfə “Farağat” komandası verilir?
-Sinif məşğələlərində “Farağat”, “Qalx Farağat”, yaxud “Yoldaş Zabitlər”
komandası hər məşğələnin başlanğıcında və sonunda verilir.
Azərbaycan
Respublikasının Dövlət himhi çalınarkən sıradan kənarda olan hərbi xidmətçilər
nə etməlidirlər?
-Azərbaycan
Respublikasının Dövlət himni ifa olunanda hərbi xidmətçilər komandasız
“Farağat” vəriyyəti alırlar, başında örtüyü olanlar əlini ona yapışdırırlar.
Hansı hallarda
bölmələrlə rəsmi təzim etmək üçün “Farağat” komandası verilmir?
-Təntənəli iclaslarda, konfraslar, tamaşalar, konsert və kinolarda rəsmi
təzim üçün komanda verilmir.
Hansı iclaslarda
rəsmi təzim üçün komanda verilir?
-Şəxsi heyətin ümumi iclaslarında rəsmi təzim üçün “Farağat”, yaxud “Qalx,
Farağat” komandası və komandirə məlumat verilir.
Hərbi xidmətçilər
bir –birinə necə müraciət edirlər?
-Hərbi xidmətçilər bir –birinə müraciət edərkən nəzakət gözləməli və
təmkinli olmalıdırlar. Həmişə “Siz” deyə müraciət edirlər. Şəxsən müraciət
edərkən hərbi rütbə qoşun xidmət növü göstərilmədən deyilir.
Tabelikdə olanlar
rəislərinə necə müraciət edir və rəislər onlara daha necə müraciət edə
bilərlər?
-Tabelikdə olanlar və kiçiklər rəislərə və böyüklərə müraciət edərkən
onların hərbi rütbələrini deyir, rütbənin önünə “yoldaş” sözü əlavə edirlər.
Rəislər və böyüklər bundan başqa tabeliklərində olanlara və
kiçiklərə onların hərbi rütbəsi və familiyasını deyib, yaxud rütbəsinin
önünə “yoldaş” əlavə edib müraciət edə bilərlər.
Komandirin (böyüyün)
yanındakı şəxsə necə müraciət etmək lazımdır?
-Komandirin (rəisin), eləcə də böyüyün yanındakı şəxsə müraciət etmək üçün
komandirdən (rəisdən, böyükdən) icazə almaq lazımdır.
Rəisin rəğbətinə
necə cavab vermək lazımdır?
-“Azərbaycan Respublikasına xidmət edirəm”.
Rəisin bölmənin
təbrikinə necə cavab vermək lazımdır?
-Hissə (bölmə) onu təbrik edən komandirə (rəisə) “Sağ ol!” ilə cavab verir.
Əsgəri nəzakət və
davranış qaydaları hərbi xidmətçidən ictimai yerlərdə və nəqliyyatda olarkən nə
tələb edir?
-İctimai yerlərdə, habelə tramvayda, avtobusda, trolleybusda, metro və
şəhərətrafı qatar vaqonunda və s. yerlərdə boş yer olmadıqda hərbi xidmətçi
rəisə (böyüyə) öz yerini təklif etməlidir. Nəqliyyat vasitəsindən çıxarkən
hərbi xidmətçi forma geyinmiş olmalıdır. Mülki əhaliyə bədbəxt hadisələrdə
kömək etmək hərbi xidmətçinin borcudur.
Nəzakət və davranış
qaydaları hərbi xidmətçiyə nələri qadağan edir?
-Hərbi xidmətçiyə əllərini ciblərində saxlamaq, eləcə də rəisin (böyüyün)
yanında ondan icazəsiz papiros çəkmək, ya oturmaq qadağandır. Hərbi xidmətçi
şəhər küçələrində, habelə icazə verilməyən yerlərdə papiros çəkməkdən özünü
saxlamalıdır.
Müddəti xidmətdə
olan əsgər, ya çavuş mülki paltar nə vaxt geyə bilər?
-Müddəti xidmətdə olan əsgər və çavuşlar öz yaşadıqları yerdə qısa müddətli
məzuniyyət dövründə mülki paltar geyə bilərlər.
Əsgərin ümumi
vəzifələri hansılardır?
-Əsgərin ümumi vəzifələri aşağıdakılardı:
-özünün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüşçüsü
vəzifəsini dərindən dərk etsin, dövlət qanunlarına müqəddəs və pozulmazcasına
riayət etsin, hərbi andı yerinə yetirsin; namuslu və sadıq olsun, öz dövlətinin
mənafeyinə sadiq olsun, onun uğrunda mübarizədə öz gücünü və hətta həyatını
əsirgəməsin;
-hərbi işi vicdanla öyrənsin, komandirlərin (rəislərin) ona
öyrətdiklərini mənimsəsin; öz xidməti vəzifəsini fəal və təşəbbüskarlıqla
yerinə yetirsin; əsgəri nizamnamələrin tələblərini bilsin və səylə yetinə
yetirsin;
-komandirlərin (rəislərin) əmirlərini sözsüz, düzgün və vaxtında yerinə
yetirsin;
-qocaq və intizamlı olsun; özü nalayıq hərəkətlər etməsin və yoldaşlarını
belə hərəkətlərdən yayındırsın;
-hərbi və dövlət sirlərini ciddi qorusun;
-komandirlərə (rəislərə) və böyüklərə hörmət etsin, öz xidmət yoldaşlarının
şərəf və ləyaqətinə hörmət etsin; hərbi nəzakət, davraniş və rəsmi təzim
qaydalarına ciddi riayət etsin;
-silah və texnikanı mükəmməl bilsin, onları həmişə saz, təmiz və döyüşə
hazır saxlasın;
-həmişə forma ilə və səliqəli geyinmiş olsun;
-özünün divizya komandirinə qədər olan bütün birbaşa rəislərin vəzifə,
rütbə və familyasını bilsin;
-hərbi və ictimai əmlakı qorusun, paltar ayaqqabını qayğı ilə geysin,
onları vaxtlı-vaxtında təmir etsin, təmizləsin və göstərilən yerdə saxlasın;
-şəxsi və ictimai gigitena qaydalarına riayət etsin
-silahla, texnika ilə işlədikdə və başqa hallarda təhlükəsizlik qaydalarına
riayət etsin, yangın təhlükəsizliyi qaydalarına əməl etsin; alayın daxilində
bir yerə gedəndə manqa komandirindən icazə alsın və qayıdanda ona xəbər versin;
-alaydan kənarda olanda özünü ləyaqət və şərafətlə aparsın, ictimai
qaydaları pozmağa və mülki əhali barəsində ləyaqətsiz hərəkətlərə yol verməsin.
Hər bir bölüyün
yerləşməsi üçün hansı yerlər nəzərdə tutulur?
-Hər bir bölüyün yerləşdirilməsi üçün aşağıdakılar nəzərdə tutulur:
-bölük dəftərxanası;
-yataq otağı;
-silah (saxlama) otağı;
-silah təmizləmə otağı (yaxud yeri);
-məişət xidməri otağı;
-anbar;
-idman otağı (yaxud yeri);
-papiros çəkmə otağı (yaxud yeri);
-yuyunma otağı;
-qurutma yeri;
-ayaqyolu;
Bunlardan əlavə hər
bir taborda hansı otaqlara rast gəlmək olar?
-Hər bir taborda bunlardan əlavə tabor komandirinin kabineti, taborun
qərərgahı, tabor komandiri müavinləri otağı və zabitlər üçün istirahət, vətənpərvərlik
otaqları (qəhrəman guşəsi) iclaslar otaqları olur.
Çarpayıyanı dolabça
nə üçündür?
-Çarpayıyanı dolabça tualet ləvazimatı, yaxaaltı ağlar, cib yaylıqları,
kitab, dəftərlər və xırda şəxsi istifadə əşyalarını saxlamaq üçündür.
Hər bir əsgərin
yorğan –döşək dəstəsinə nə daxildir?
-Hər bir əsgərin kazarmada yatacaq dəsti yorğandan, 2 döşəkağından, döşək,
balış, balışüzü və sərmədən ibarətdir.
Silah otağının qapı
və pəncərələri necə düzəldilibdir?
-Silah saxlama otağının pəncərələrinə dəmir şəbəkə düzəldilib, qapısında
kiçik nəzarət pəncərəsi var; qapı və pəncərələrində muhafizə siqnalizasiyası
qoyulur.
Piramidalarda nələr
saxlanılır?
-Piramidalarda pulemyotları, avtomat və karabinləri, qumbaraatanları,
süngüləri və əleyhqazları saxlayırlar.
Piramidaları kim
bağlayır və möhürləyir?
-Silah
olan piramidaları, silah otağını bölük baş növbətçisi bağlayır, möhürləyir və
açır.
Hər piramidada nə
asılır və piramida özü necə tərtib olunur?
-Piramidalarda onlarda olan silahların sayı və növünün siyahısı asılır. Hər
bir oyuqda silahın və əleyhqazın nömrələrini və bunların sahibinin familiyasını
göstərən birka yapışdırılır.
Məişət xidməti
otağında əsgər üçün nələr ola bilər?
-Məişət xidməti otağında paltar ütüləmək stolu, ütü, ayaqqabı və paltarı
təmir etmək üçün iynə, sap, alətlər və həm də hərbi libasları geyməyə dair
plakatlar tapa bilər.
Çağırışçının şəxsi
şeyləri hara verilir?
-Çağırışçının şəxsi şeyləri (alt və üst paltar, ayaqqabı) təmizləndirilib
bağlanılır və hərbi hissədən çağırışçı göstərən ünvana göndərilir.
Yataq otaqlarında
hansı sənədlər asılır?
-Yataq otaqlarında xüsusi lövhələrdə dərs cədvəli, naryadlar vərəqəsi və
şəxsi heyətin yerləşməsi sxemi asılır.
Bölüyün otaqlarını
kim və necə silib süpürür?
-Otaqları hər gün bölük baş növbətçisinin rəhbərliyi altında növbətçi
süpürgəçilər silib –süpürürlər.
Kazarma binasında
sıralara sıra addımları ilə yerimək olarmı?
-Kazarma binalarında sıralara say (sıra) addımları ilə yerimək olmaz.
Qışda yataq
otaqlarında temperatur nə qədər olmalıdır?
-Qışda yaşayış binalarında temperatur ən azı 18 dərəcə olmalıdır.
Qışda otaqların
qızdırılması ilə kim məşğul olur?
-Sobaları hissə üzrə əmrlə mövsümi təyin edilmiş əsgərlər –ocaqçılar
qalayırlar.
Bölüyün otaqlarının
havası necə dəyişdirilir?
-Binaların havasını baş növbətçilərin rəhbərliyi altında növbətçilər
dəyişdirirlər, yataq otaqlarında yuxudan əvvəl və sonra, sinif otaqlarında
–məşğələlərdən əvvəl və tənəffüslərdə.
Gecə bölüyün
otaqları necə işıqlandırılır?
-Yataq otaqları yuxu vaxtı zəif işıqlandırılır, kazarmanın girişi, silah
otaqları, pilləkanlar, dəhlizlər və ayaqyolu qaranlıq düşəndən işıqlanana qədər
tam işıqlandırılır.
Hissənin gündəlik
nizam qaydalarında nələr nəzərdə tutulur?
-Gündəlik nizam qaydalarında səhər gimnastikası, səhər baxışı, axşam
yoxlaması, axşam gəzintisi, yemək vaxtı, yeməkdən qabaq yuyunmaq, tədris
məşğələləri, silah və texnikaya qulluq, səhər və axşam tualeti, kütləvi və
idman işləri, həm də hərbi xidmətçilərin şəxsi təlabatı və istirahət (yatmaq)
üçün vaxt nəzərdə tutulur.
Yeməklər arasında nə
qədər vaxt olmadır?
-Yeməklər arasındakı vaxt 6 – 7 saatda artıq olmamalıdır.
İclas və müşavirələr
nə vaxt keçirilir?
-İclas, müşavirə, habelə teatr, kino və başqa tədbirlər axşam yoxlamasına
qədər qurtarmalıdır.
Səhər gimnastikası
hər günmü keçirilir?
-İstirahət və bayram günləri səhər gimnastikası olmaya bilər.
Səhər baxışları necə
aparılır?
-Bölük baş növbətçisi komanda verir: “Bölük, səhər baxışına – Düzül”. Sonra
bölüyü düzlədib starşınaya bölüyün baxışa hazır olduğunu xəbər verir.
Starşınanın əmri ilə taqım komandirlərinin müavinləri və manqa komandirləri
səhər baxışını keçirirlər.
Səhər baxışlarında
nələr yoxlanılır?
-Səhər baxışında adamların mövcudluğu, zahiri görünüşü və onların şəxsi
gigiyena qaydalarına riayət etmələri yoxlanılır. Tibbi yardıma ehtiyacı
olanları bölüyün baş növbətçisi tibb məntəqəsinə göndərmək üçün xəstələr
qeydiyyatı dəftərinə yazır.
Əsgərlərin ayaqları,
corabları və alt paltarı nə vaxt yoxlanılır?
-Əsgərlərinin
ayaqlarının, corablarının və alt paltarının vəziyyəti vaxtaşırı, adətən
yatmamışdan qabaq yoxlanılır.
Əsgərlər axşam
gəzintisində nə edirlər?
-Əsgərlər axşam gəzintisində bütün bölmə ilə sıra mahnıları oxuyurlar.
Axşam yoxlaması necə
aparılır?
-Bölüyün baş növbətçisi “Bölük, axşam yoxlamasına Düzül” komandası verir.
Taqım komandirlərinin müavinləri taqımları düzürlər. Bölük baş növbətçisi
bölüyü düzüb, axşam yoxlamasına hazır olduğunu starşinaya xəbər verir.
Axşam yoxlamasında
nə yoxlanılır və nə edilir?
-Axşam yoxlamasında əvvəlcə starşina bölüyün şəxsi heyətini adlar siyahısı
ilə yoxlayır.Sonra starşina əmr və sərəncamları, sabahkı günə naryadı elan edir
və yanğın, həyəcan halı üçün döyüş dəstələrini dəqiqləşdirir.
Məşğələ və təlimlər
qurtarandan sonra kim və nəyi yoxlayır?
-Məşğələ və təlimlər qurtarandan sonra bölük komandiri bütün silah və
texnikanın, atıcı silahların və cihazların mövcudluğunu yoxlayır. Silah və
mağazin çantalarını manqa komandirləri yoxlayırlar.
Müddəti xidmət hərbi
xidmətçilərinin yeməkxanaya getmək qaydası necədir?
-Əsgər və çavuşlar yeməkxanaya təmizlənmiş paltar və ayaqqabıda
starşinanın, yaxud çavuşun komandası altında sıra ilə gəlirlər. Yeməkxanada
yemək vaxtı müəyyən edilmiş qayda gözlənilməlidir. Yeməkxanaya iş paltarında
gəlmək qadağandır.
Bölüyün heyətin nə
qədəri və nə vaxta qədər hissədən kənara buraxıla bilər?
-Eyni vaxtda bölmənin şəxsi heyətinin ən çoxu 30 % -i buraxıla bilər.
Buraxılış “Yat” siqnalına qədər olur; şənbə, bayramqabağı günlər –saat 24 - ə qədər.
Əsgər hərbi hissənin
mövqeyindən 1 sutka müddətinə hansı hallarda və necə buraxıla bilər?
-Əsgər və çavuşlar hissənin mövqeyindən 1 sutka müddətinə şirnikləndirmə
kimi şənbə və bayramqabağı günlərdə buraxıla bilərlər.
Birinci xidmət
ilində əsgər nədən sonra buraxılma ala bilər?
-Birinci xidmət ilində siravilər “Hərbi Andı” qəbul etdikdən sonra hissədən
kənara buraxılırlar.
Növbəti
buraxılmaların uçotunu kim aparır?
-Buraxılışların növbəsini taqım komandirinin müavini aparır.
Bölükdə buraxılma
necə gedir?
-Təyin edilmiş saatda bölüyün baş növbətçisi buraxılanları düzür və
starşinaya xəbər verir. Starşina buraxılanları gözdən keçirir, onların başının
və üzünün yaxşı qırxılmasını, paltar və ayaqqabılarının vəziyyəti və
uyğunlaşdırılmasını, hərbi salam vermə qaydalarını, özünü küçədə və ictimai
yerlərdə aparma qaydalarını bilmələrini yoxlayır. Sonra starşina buraxma
vərəqələrini paylayır. Bölüyün baş növbətçisi buraxılanları dəftərə yazır,
onların siyahısını tərtib edir, buraxılanları və siyahını alay növbətçisinə təqdim
edir.
Buraxılmış əsgər və
çavuşun əllərində hansı sənədlər olmalıdır?
-Hissədən kənara buraxılmış əsgər və çavuşlar özləri ilə buraxılma
vərəqəsindən başqa, hərbi biletlərini götürməlidirlər.
Əsgər buraxılmadan
qayıdıb kimə məlumat verməlidir?
-Buraxılmadan qayıdan hərbi xidmətçilər alay növbətçisinin yanına gəlib
qayıtdıqlarını xəbər verirlər; sonra bölməyə gəlib baş növbətçiyə buraxılma
vərəqəsini təhvil verir və özünün bilavasitə rəisinə qayıtdığını xəbər verir.
Döyüş növbəsinə
kimləri təyin etmək qadağandır?
-Döyüş növbəsinə hərbi and içməmişlər, müvafiq proqramın müəyyən həcmini
mənimsəməmişləri, haqqında istintaq aparılan qəbahətə yol vermişləri və
xəstələri təyin etmək qadağandır.
Növbətçi növbənin
şəxsi heyətinə döyüş növbəsində nə qadağan edilir?
-Döyüş növbəsində növbətçi növbənin şəxsi heyətinə aşağıdakılar qadağandır:
-Növbətçi qüvvələr və vasitələr komandirinin icazəsi olmadan öz döyüş
növbəsi vəzifələrini hər hansı bir kəsə, hətta müvəqqəti də olsa həvalə etmək;
-diqqətini yayındırmaq, döyüş növbəsi vəzifəsi ilə bağlı olmayan işlərlə
məşğul olmaq;
-döyüş növbəsi postundan, yaxud döyüş növbəsinin başqa yerindən özbaşına
getmək;
-silah və texnika ilə onların müəyyən edilmiş hazırlığını zəiflədən iş
aparmaq.
Sutka naryadı nə
üçün təyin edilir?
-Sutka naryadı daxili nizam qaydalarını saxlamaq, silahları, texnika və
döyüş sursatını, binaları və əmlakı qorumaq, bölmələrdəki vəziyyəti bilmək və
nəzarət etmək, pozuntuların qarşısını almaq üçün ölçü götürmək və vaxtında
bunların hamısı haqda komanda ilə məlumat vermək üçün təyin edilir.
Bölük növbətçisi nə
ilə silahlanır və o bu silahı necə gəzdirir?
-Bölük baş növbətçiləri qınında olan süngü –bıçaqla silahlanırlar; süngü
–bıçaq bel kəmərində sol tərəfdə toqqadan bir əl aralı gəzdirilir.
Kim kimlərin
naryadının uçotunu aparır?
-Naryad vərəqələri hər ay üçün ayrı yazılır; əsgərlər üçün taqım
komandirinin müavini, çavuşlar üçün isə starşina yazır.
Sutka naryadı
yerbəyer üçün necə düzülür?
-Sutka naryadı yerbəyer üçün belə düzülür: sağ cinahda –qarovullar; sonra
sağdan sola: park baş növbətçisi, növbətçi feldşer, nəzarət –buraxılış
məntəqəsinin növbətçisi, alay qərargahı növbətçisi, bölmələrin sırası ilə bölük
baş növbətçilərin, ayaqçılar, yeməkxana naryadı və siqnalçı. Bölük növbətçiləri
öz baş növbətçilərinin arxasında düzülürlər. Günün nizam qaydaları ilə
dəyişilmə üçün qoyulan vaxta 10 dəq. qalmış zabitlərdən olan yeni alay
növbətçisinin köməkçisi sutka naryadını düzməyə başlayır.
Komandaların öz
təyinat yerlərinə kömək qaydası necədir?
-Üç nəfər və çox olan komandalar təyin edilmiş yerə başçının komandası
altında sıra ilə gedirlər.Gecə vaxtı bədbəxt hadisələr baş verməsin deyə piyada
gedən sıralar kolonun başında və arxasında siqnal fənəri aparmalıdırlar. Gündüz
fənər əvəzinə siqnal bayraqçıları olmalıdır.
Bölük baş növbətçisi
nə vaxt və nə qədər dincəlir?
-Bölük baş növbətçisinə qoyulmuş vaxtda soyunmadan və ləvazimatını
çıxartmadan ayaqqabılarını çıxardıb 4 saata qədər uzanaraq dincəlmək (yatmaq)
icazə verilir.
Bölük növbətçisi nə vaxt
dincəlir?
-Bölük
növbətçilərinin bekar (azad) növbəsinə soyunmuş halda “Yat” siqnalından “Qalx”
siqnalına qədər növbə ilə dörd saata kimi
dincəlməyə icazə verilir.
Bölük baş növbətçisi
nəyə cavabdehdir?
-Bölüyün
baş növbətçisi bölükdə daxili nizam qaydaları saxlanılmasına və günün nizam
qaydalarının düzgün yerinə yetirilməsinə, silahların, sursat qutularının,
bölüyün əmlakının, əsgər və çavuşların şəxsi şeylərinin qorunmasına bölük
növbətçilərinin düzgün xidmət aparmalarına cavabdehdir.
Bölük baş növbətçisi
silahları necə qəbul edir?
-Bölük baş növbətçisi silahları ədədlə, nömrələri və dəsti ilə qəbul edir.
Bu zaman qıfılların, siqnalizasiyanın, şkafların, möhürlərin və başqa
avadanlığın sazlığını da yoxlayır.
Həyəcan elan
edilərkən bölüyün baş növbətçisi nə etməlidir?
-Həyəcan elan ediləndə bölük baş növbətçisi bölüyün şəxsi heyətini qaldırır
(oyadır), zabitləri gizirləri və müddətdən artıq qulluq edənləri xəbərdar edir,
onlar gələnə kimi alay növbətçisinin göstərişlərini yerinə yetirir.
Bölük baş növbətçisi
silahı necə təhvil verir və qəbul edir?
-Bölük baş növbətçisi silahı bölük komandiri, yaxud starşinanın əmrinə
əsasən verərək, bu barədə silahvermə dəftərində qeyd edir: silahı qəbul edərkən
onların nömrələrini və dəstliyini yoxlayır.
Bölük baş növbətçisi
yanğın baş verdikdə nə edir?
-Yanğın baş verdikdə bölük baş növbətçisi yanğın komandasını çağırır, onu
söndürmək üçün ölçü götürür və dərhal alay növbətçisinə və bölük komandirinə
xəbər verir, eyni zamanda adamları, silah və əmlakı yanğın təhlükəsi olan
otaqlardan çıxartmaq tədbirləri görür.
Bölük baş növbətçisi
növbə vaxtı neçə dəfə alay növbətçisinin yanına gəlir və nə barədə məlumat
verir?
-Bölük baş növbətçisi öz növbəsi vaxtı alay növbətçisinə məlumat vermək
üçün iki dəfə gəlir. Birinci dəfə axşam yoxlamasından sonra starşinadan
qaiblərin siyahısını alıb alay növbətçisinə xəbər verir. İkinci dəfə səhər
baxışından sonra şəxsi heyətin mövcudluğu və məsrəfi, gecə olmuş hadisələr
haqda məlumat verir, buraxılmadan gecikmişlərin və özbaşına getmişlərin
siyahısını təqdim edir.
Bölük növbəti
növbətçisinin vəzifəsi nədir?
-Bölük növbətçisi onun nəzarəti altında olan silah, tapançalar qutusu
(şkafı), döyüş sursatı qutuları, bölüyün əsgər və çavuşların əmlakının
qorunmasına cavabdehdir.
Bölük növbəti
növbətçisinə nə qadağandır?
-Növbəti bölük növbətçisinə oturmaq, üstünün ləvazimatını çıxartmaq və
yaxasını açmaq qadağandır.
Bölük bekar
növbətçisinin vəzifəsi nədir?
-Bekar (azad) bölük növbətçisi bölüyün otaqlarında təmizlik və qaydanı
saxlamalı, baş növbətçidən icazəsiz heç yerə getməməli, ona əsgər və çavuşlar
arasında nizamnamələrlə qoyulmuş münasibətlər pozuntularını qaydaya salmaqda
kömək etməlidir. O, baş növbətçinin əvəzinə qalanda onun vəzifələrini yerinə
yetirməlidir.
Park növbətçisi nəyə
cavabdehdir?
-Park növbətçisi parkda müəyyən edilmiş qaydaların yerinə yetirilməsinə
maşınların bayıra –içəri buraxılmasının düzgünlüyünə cavabdehdir.
Əsgərlərə necə saç
saxlamağa icazə verilir?
-Əsgərə qısa, səliqəli saç saxlamağa icazə verilir.
Əsgərlər üçün neçə
dəfə əsaslı tibbi müayinə aparılır?
-Əsgər və çavuşların əsaslı tibbi müayinəsi ildə 2 dəfə aparılır: yay və
qış təlim dövrlərindən əvvəl .
Hərbi xidmətçi
xəstələndikdə nə etməlidir?
-Hərbi xidmətçi xəstələndiyini gizlətməməlidir, dərhal bilavəsitə rəisinə
xəbər verməli və onun icazəsi ilə tibbi yardım üçün alayın tibb məntəqəsinə
müraciət etməlidir.
Əsgərlər neçə dəfə
hamamda çimməlidirlər?
-Əsgər və çavuşlar həftədə 1 dəfədən az olmayaraq hamamda çimməlidirlər.
Əsgərlərin yorğan
–döşək ağı, alt paltarı, dəsmalları, dolaqları və corabları neçə gündən bir
dəyişdirilir?
-Döşəkağı,
alt paltarı, dəsmal, dolaqlar və corablar həftədə 1 dəfədən az olmayaraq,
adətən hamamda çimmə günlərində dəyişdirilməlidir.
Əsgər və matroslar
nə vaxt “Hərbi And” içirlər?
-Komplektləşdirmə üçün gələn əsgərlər münasib proqramı keçdikdən və əsgərin
əsas vəzifələrini mənimsədikdən, hərbi andın, hissənin, Döyüş Bayrağının və
hərbi intizamın mənasını mənimsədikdən sonra, fəqət hissəyə gəldiklərindən bir
ay yarımdan gec olmayaraq “Hərbi And” içirlər.
Bölük baş
növbətçisinin hansı sənədləri yadınızda qalıb?
-Mənim yadımda bu sənədlər qalıb:
-növbətçilərin verdikləri komanda və siqnalların siyahısı;
-bölüyün kazarmadan kənarda yaşayan hərbi xidmətçilərinin ünvanlarını,
telefonlarını, onların çağırma yolları və çaparlarını göstərən siyahı;
-bölüyün ona təhkim edilmiş təmizləmə sahəsinin sxemi;
-silah və döyüş sursatının buraxılış dəftəri;
-xəstələrin qeydə alınması dəftəri;
-buraxılanlar dəftəri;
Qarovul nəyə deyilir?
-Vacib əhəmiyyətli hərbi obyektləri qorumaq və mühafizə etmək üçün təyin
edilmiş silahlı bölmə qarovul adlanır. Qarovul xidmətində fasilə yoxdur.
Saatlar postlarında həmişə sayıq olmalıdırlar.
Qarovul heyətinə
kimlər təyin edilir?
-Qarovul heyətinə qarovul rəisi, postların və onların növbələrinin sayına
münasib qarovulçular, dəyişdiricilər, lazım olanda qarovul rəisinin köməkçisi,
çıxarıcı və nəqliyyat vasitəsinin sürücüsü təyin edilir.
Kimi qarovula rəis
təyin edirlər?
-Obyektdə 5 –dən çoxt post olarsa, qarovul rəisi zabit, az olduqda, - çavuş
təyin edilir.
Qarovullarda
dəyişdiricilərin və qarovulçuların sayı nədən asılıdır?
-Dəyişdiricilərin sayı postların sayından və onların dəyişdirilməsi üçün
yarım saatdan çox vaxt sərf olunmamasından asılıdır. Sutkalıq postlar üçün 3
nəfər, gecə postlarına isə, 2 nəfər qarovulçu lazımdır. Qarovulun heyəti
xidmətin başlanğıcına ən azı bir gün qalmış təyin edilir.
Əsgərlərin qarovulda
vəzifələrini yerinə yetirməyə hazırlıq necə keçir?
-Qarovul heyətinin öz vəzifəsini yerinə yetirməyə hazırlığını bölmə
komandiri şəxsən özü aparır. O, hər bir əsgərə onun öz postuna münasib
vəzifələrini aydınlaşdırır. Müəyyən edilmiş vaxtda qarovullar yerbəyer olur və
dəyişdirilir.
Qarovulların
yerbəyeri nədən ibarətdir?
-Qarovulların yerbəyeri qarovul heyətlərinin xidməti yerinə yetirməyə hazır
olduqlarını yoxlamaq üçündür. O, yerbəyerdə qarovul rəislərinə parol yazılmış
kağız verib öz yerlərinə yol salır.
Qarovullar
yerbəyerdən sonra haraya gedirlər?
-Qarovullar yerbəyerdən sonra mühafizə edəcəkləri obyektlərə, yaxud
dəyişdirəcəkləri qarovulların otaqlarının yanına gedirlər.
Post nədir?
-Post –saatdara mühafizə və müdafiə üçün tapşırılmış bütün obyektlər,
habelə saatdarın vəzifəsini yerinə yetirdiyi yerdir.
Saatdar kimdir?
-Saatdar –ona tapşırılmış obyekti, yəni postu qorumaq və müdafiə etməklə
döyüş vəzifəsini yerinə yetirən silahlı qarovulçudur.
Qarovul geyim
forması nədən ibarətdir?
-Qarovul geyim forması şinel (yarımkürk), bir dəst təmiz və səliqəli geyim,
ayaqqabı, baş örtüyü, bel kəməri və sandıqlar çantasından ibarıtdir. Bunlardan
əlavə xüsusi post paltarı da var.
Post paltarının
adını deyin.
-Post paltarına daxildir:
-Qışda –kürk və keçə çəkmə;
-Yayda –plaş –çadr.
Saatdarın vəzifələri
nədir?
-Saatdarın vəzifələri aşağıdakılardır:
-öz postunu sayıqlıqla qorusun və mətanətlə müdafiə
etsin;
-həvəslə xidmət etsin, diqqətini yayındırmasın,
silahını əlindən qoymasın və heç kəsə, hətta tabe olduğu şəxslərə belə,
verməsin;
-göstərilmiş yol ilə hərəkət edərək, postunun yaxınlıqlarını
və hasarını diqqətlə gözdən keçirsin, siqnalizasiyanın sazlığına nəzər
yetirsin;
-dəyişilməyincə, yaxud posdan götürülməyincə, həyatı
üçün təhlükə olsa belə, postdan getməsin;
-postda vəzifəsini yerinə yetirərkən silahını dolu və
həmişə işə salmağa hazır saxlasın;
-qarovul rəisi, onun köməkçisi və özünün
dəyişdiricisindən və onların müşaiyət etdikləri şəslərdən başqa heç kəsi
postuna postlar cədvəlində göstərilmiş məsafədən yaxına buraxmasın;
-postda olan cihazları və yanğınsöndürmə alətlərini
tətbiq etməyi bacarsın;
-müəyyən edilmiş qaydalarla əsgəri salam versin;
-postun özündə, ya onun hasarında nasazlıq tapsa,
habelə postunun, ya qonşu postun yaxınlığında qaydalar pozuntusu olduqda
qarovul rəisini çağırsın;
-qarovul itinin hürdüyünü eşidəndə bu barədə müəyyən edilmiş işarə ilə
qarovul otağına xəbər versin.
Hər bir saatdarın onun qoruduğu obyektə münasib xüsusi vəzifələri vardır.
Saatdar öz postunu
nə vaxt tərk edə bilər?
-Saatdar
öz postundan ancaq tabe olduğu rəislərdən biri dəyişdirəndən, yaxud postdan
götürəndən sonra gedə bilər.
Saatdar hansı
hüquqlar verilir?
-Saatdar nizamnamədə göstərilən hallarda silah tətbiq etmək ixtiyarı
verilir.
Saatdar kimə
tabedir?
-Saatdar qəti müəyyən edilmiş sayda şəxslərə, -qarovul rəisinə, onun köməkçisinə
və saatdarın özünün dəyişdiricisinə tabedir.
Posta girərkən
saatdar nələri nəzərdən keçirir?
-Saatdar posta yerini tutarkən onu gətirmiş rəisin və əvəz edəcəyi
saatdarın yanında postlar cədvəli ilə qəbul etməli olduğu bütün şeylərin
tamlığını və sazlığını yoxlayır; məhbusları qoruma postunu qəbul edəndə,
qıfılların, məhəccərlərin sazlığını və kameralarda məhbusların sayını yoxlayır.
Saatdar döyüş
patronları ilə necə təmin olunur?
-Saatdar avtomatla silahlanmışsa 60 (iki doldurulmuş sandıq) patronla,
karabinlə silahlanmışsa – 30 patronla təmin olunur.
Obyektlərin
mühafizəsi yolları haqda danışın. Postda silah nə vəziyyətdə gəzdirilir?
-Saatdarın silahı süngü taxılmış olmalıdır. Silah gecə vaxtı ayaq üstündə
atəşə hazır vəziyyətində, gündüz –“qayışa al” vəziyyətində gəzdirilir
(saxlanılır).Sandıqlar, yaxud daraqlar olan çantanın qapağı açıq olmalıdır.
Saatdar kimləri öz
postuna buraxır?
-Saatdar postlar cədvəlində müəyyən edilmiş məsafədən yaxına ancaq onun
tabe olduğu şəxsləri –qarovul rəisini, onun köməkçisini və öz dəyişdiricisini
və onların müşayiət etdikləri şəxsləri buraxır.
Saatdar postuna
yaxınlaşanları necə dayandırır?
-Posta, yaxud qadağan xəttinə yaxınlaşan bütün başqa şəxsləri saatdar
“Dayan, geriyə”,yaxud “Dayan, sağdan (soldan) keç” hayı ilə saxlayır.
Saatdar onun
komandasını yerinə yetirməyəndə necə hərəkət edir?
-Posta, yaxud qadağan xəttinə yaxınlaşan şəxs saatdarın komandasını yerinə
yetirməzsə o, pozucunu “Dur, vurdum” qışqırtısı ilə xəbərdar edir və dərhal
qaravul rəisini, yaxud dəyişdiricini cağırır. Pozucu tələbi yerinə yetirməzsə,
onda saatdar silah işlədir.
Qaranlıq, ya duman
olanda saatdar necə hərəkət edir?
-Pis görünüş (gecə, duman) şəraitində postlar cədvəlimdə göstərilən
məsafədə posta, ya qadağan xəttində yaxınlaşanı görmək olmursa, onda saatdar
pozucunu “Dur, gələn kimdir?” hayı ilə saxlayır. Əgər pozucu dayanmırsa, posta
(obyektə) soxulmaq istəyirsə, yaxud qacırsa, saatdar silah işlədir.
Saatdar nə vaxt
xəbərdarlıqsız silah işlədir?
-Özünə, ya da onun qoruduğu obyektə açıq-açığına basqın olanda saatdar
xəbərdarlıqsız silah işlədi.
Saatdara posta nə
qadağandır?
-Saatdara yatmaq, oturmaq, kitab və mahnı oxumaq, yazmaq, danışmaq, yemək,
içmək, papiros çəkmək, ayaqyoluna (çölə) çıxmaq, kimdənsə şey almaq və kiməsə
şey vermək qadağandır.
Nə üçün qarovul
xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirməyə bərabər tutulur?
-Qarovullarda müdafiə, yaxud dövlət əhəmiyyətli obyektlər qorunduğu üçün
qaravul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirməyə bərabər
tutulur.
Qarovul otağı nə
üçündür?
-Qarovul otağı qaravulun heyətini və onun silahlarını yerləşdirmək üçündür.
Qarovul otağında
silahlar haraya və necə qoyulur?
-Qarovul otağında avtomatlar piramidaya sandığsız qoyulur.
Qarovul heyətinə
necə dincəlməyə icazə verilir?
-Yaxanı açib, bel kəmərini boşaldıb, lakin ləvazimatı çıxarmadan və
soyunmadan uzanaraq dincəlməyə (yatmağa) icazə verilir: qarovulçuların bir
növbəsinə; - posta girəndən əvvəl, amma əvəz edilmiş növbənin qayıdıb qarovul
otağına gələndə və qarovulda döyüş heyəti elan ediləndən sonra;
-ancaq gecə keşik çəkən qarovulçuların növbəsi – hər dəfə postdan
qayıtdıqdan posta yenidən getməyə qədər
Qarovulçu hansı
andan sonra saatdar olur və tərsinə, hansı anda saatdar qaroluçu olur?
-“...nömrəli postu təhvil aldım” deyib, xəbər vermə anından qarovulçu
saatdar vəziyyətinə keçir, “...nömrəli postu təhvil verdim” deyib, saatdar
saatdardan qarovulçuluğa keçir.
Saatdarın
dəyişdirilməsində kimlər iştirak edir?
-Saatdarın dəyişdirilməsində onların rəisləri, - dəyişdiriçilər iştirak
edirlər; qarovul rəisi və onun köməkçisi də dəyişdirilmədə iştirak edə bilər.
Postun şifahi
təhvili nə deməkdir?
-Postun şifahi təhvili ondan ibarətdir ki, saatdar postunun nömrəsini deyib
posta girən qarovulçuya postlarcədvəli üzrə bütün qorulası şeyləri sadalayır,
öz növbəsi vaxtı post yaxınlığında gördüklərini də söyləyir.
Qarovul otağında
olan şəxsi heyətə nə tələblər verilir?
-Qarovul otağında qayda və sakitlik saxlanılmalıdır. Radioya qulaq asmaq,
oxumaq və musiqi alətlərində çalmaq qadağandır. Kitab oxumağa, yazmağa və
şahmat və dama oynamağa icazə verilir. Papiros çəkmək müəyyən edilmiş yerdə
olar. Piramidadan silahı yalnız qarovul rəisinin, yaxud onun köməkçisinin
icazəsi ilə götürmək olar. Soyunmaq və ləvazimatı çixartmağa (asmağa) icazə
verilmir.
Saatdarın postu
qoyub getməsi necə qiymətləndirilir?
-Saatdarın postunu qoyub getməsi cinayətdir. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsin nəzərdə tutulur.
Qarovulda olarkən
silah nə vaxt doldurulur?
-Silah qarovul otağında hər dəfə postları dəyişmək, yaxud postları
yoxlamaq, məhbusları çıxartmaq, yaxud onları müşayiət etmək üçün doldurulur.
Silahları
doldurarkən hansı təhlükəsizliq tədbirlərinə əməl edilməlidir?
-Silahı
doldurarkən onların lülələri təhlükəsiz səmtə (yuxarı) yönəldilməlidir, silah
qoruyucuya qoyulmalıdır.
Növbəti qarovul
xidmətinə hazırlıq tədbirlərini sayın.
-Qarovulun heyəti 1 sutka qabaqdan təyin və elan edilir. Qarovula getmək
günü bölükdə hər posta dair münasıb konkret təlimat aparılır. Yerbəyerdə hər
kəsin vəzifəsini mənimsəməsi yoxlanılır, posta yola düşməmişdən qabaq qarovul
rəisi qarovulçulara vəzifələrini yadlarına salır.
Dəyişdiricinin
vəzifələrini danışın.
-Dəyişdiricinin borcudur:
-öz postlarının sayını, onların yerləşdiyi yerdə mühafizə və müdafiə
şəraiti və şərtlərini və saatdarların hər postdakı xüsusi vəzifələrini bilsin.
-köhnə qarovulun dəyişdiricisindən möhürlərin və plombların üzünü alsın,
saatdarları postlara qoyarkən onlarla postları və onlarda olan obyektləri qəbul
etsin və bu barədə qarovul rəisinə məlumat versin;
-postlara yola düşməmişdən qarovulçuların öz vəzifələrini bilməsini
yoxlasın; onların papiros çəkmə və yandırma ləvazimatlarını qarovul otağında
qoymalarına göz yetirsin;
-postlara gedərkən qarovulçuların silahlarını düzgün doldurmalarına və
postdan qayıdandan sonra silahlarını düzgün boşaltmalarına göz qoysun;
-hər növbənin qayıtması vaxtı dəyişilmə, postların vəziyyəti,
çatışmamazlıqlar və onları ləğv etmək üçün görülmüş tədbirlər haqda qarovul
rəisinə məlumat versin;
-qarovul rəisinin icazəsi ilə ona tabe olan saatdarın xidmətini yoxlasın.
Məhbusları gözləyən
saatdarının vəzifələri nədir?
-Qaupvaxtda həpsə alınmışları qoruyan saatdarın borcudur:
-qoruduğu məhbusların sayını bilsin;
-kameraların qapılarının bayırında olsun və nəzarət pəncərələrində göz
qoysun ki, məhbuslar onlar üşün müəyyən edilmiş qaydaları pozmasınlar,
pəncərələrin çərçivə və məhəccərlərini, divar və döşəməni xarab etməsinlər
-qarovul pəisinin, onun köməkçisinin və öz dəyişdiricisinin şəxsən icazəsi
olmadan məhbuslardan heç kimi bayıra buraxmasın və onların yanına heç kəsi
buraxmasın;
-gecə vaxtı məhbusların kameralarında işıq olmasına göz qoysun;
-məhbuslarla danışmasın, onlardan heç bir şey almasın və onlara heç bir şey
verməsin;
-məhbusların yoldan kecənlərdən şey almasın, pəncərələrdən kağız
tullamasına və kənar adamlarla danışmasına yol verməsin.
Motoatıcı manqa
kimlərdən ibarətdır (PDM-nda olan)?
-Motoatıcı manqa komandirlərindən, tuşlayıcı operatordan,
sürücü-mexanikdən, iki pulemyotçudan, atıcı- qumbaraatançidan böyük atıcı və
atıcıdan ibarətdir.
Şimalın təqribə
harada olduğunu müəyyən etmək imkanı verən yer obyektləri əlamətlərini
sadalayın.
-Bu əlamətlər aşağıdakilardır:
-ağacların coxunun qabığı şimal tərəfdən cənubundakından qalın və qaba
olur;
-mamır və şibyə ağacların gövdələrini, köyükləri və daşların şimal tərəfdən
bürüyür;
-qarışqa yuvaları ağacların, kötüklərin və kolların cənubunda olur;
-isti günlərdə şam ağaclarında qətranın çoxu onların cənub tərəfində
yığılır;
-meyvə və giləmeyvə cənub tərəfində daha tez yetişir;
-yay vaxtı ağaclar, kötüklər və kolların cənubunda torpaq daha quru olur;
-dağ və təpələrdə qar cənub tərəfdə daha tez əriyir;
Şimalı tapandan sonra cənubu tapmaq
çətin deyil – Şimalın qarşı tərəfində
Üfüqün səmtlərindən
biri məlumdursa, o biri səmtləri necə tapmalı?
-Yadda saxlanılmalıdır ki, düzgün səmtləşdikdə qabaq tərəfdə şimaldırsa,
onda arxada cənub, sağda – şərq və solda qərb olacaq. Bunu nəzərdə saxlayıb
üfüqün məlum səmtinə bədənin müvafiq tərəfi ilə dursaq bədənin o biri
tərəflərində üfüqün müvafiq səmtini tapmaq olur.
Səngər yerini necə
seçmək lazımdır?
-Səngər yerini elə seçmək lazımdır ki, oradan ətraf yaxşı görünsün, atəş
açmaq rahat olsun, əsgər düşmənə daha az görünsün.
Təşəbbüs göstərmək
nə deməkdir?
-Bu, sərbəst, öz mülahizəsi ilə hərəkət etmək deməkdir.
Döyüş şəraitində nə
vaxt təşəbbüs göstərmək lazımdır?
-Döyüş şəraitində heç bir əmr və komanda olmadıqda, yaxud həm əmr var, həm
də komanda var, lakin gözlənilməz vəziyyət yarandıqda təşəbbüs göstərmək
lazımdır.
Döyüşdə döyüşçü necə
hərəkət etməlidir: əmrə komandaya görə, yoxsa öz təşəbbüsü ilə?
-Döyüşçü şəraitdən asılı olaraq həm əmrə, həm komandaya münasib və həm də
öz təşəbbüsü ilə hərəkət etməlidir.
Döyüşçünün döyüşdə
məqsədi nədir?
Hər bir döyüşçünün döyüşdə məqsədi düşmənə qalib gəlməkdir.
Hücüm necə keçir?
-Çox hallarda əvvəlcə atəş hazırlığı aparılır, ondan sonra bizim bolmə və
hissələrin həmləsi başlayır.
Üz – üzə döyüşü nə vaxt baş verir?
-Üz – üzə döyüşü o vaxt baş verir ki, eyni zamanda biz də hücum edirik,
düşmən də.
Hansı hallarda
müdafiə döyüşü aparılır?
-Müdafiə döyüşü o vaxt aparılır ki, düşmən əsgərlərinin və silahlarının
sayına görə bizdən xeyli üstündür.
Müdafiə döyüşündə
düşmənə qalib gəlmək nə deməkdir?
-Düşməni irəliləməyə qoymamaq, onun həmləsini pozmaq, onu geriyə oturtmaq
–bunlar düşmənə bu döyüşdə qalib gəlmək deməkdir.
Dairəvi müdafiə nə
deməkdir?
-Dairəvi müdafiə elə müdafiədir ki, onda mövqelər çevrə üzrə yerləşir.
Hansı hallarda
bölmələr dairəvi müdafiəyə keçirlər?
-Bölmə
dairəvi müdafiəyə düşmən onu dövrələyib mühasirəyə aldıqda keçir.
Ehtiyyat mövqelər
nəyə lazımdır?
-Vəziyyətə
görə düşmən üstün olub cinahları ötüb keçirsə və dairəvi müdafiəyə keçib
vuruşmağa qüvvəmiz az olanda bölmələr ehtiyat mövqeyə geri çəkilirlər və döyüş
oradan aparılır.
Üz –üzə döyüşündə
kim qalib gəlir?
-Üz –üzə döyüşündə silahını yaxşı bilən, döyüş üçün birinci düzülən,
təşəbbüsü ələ alıb qələbə əzmi ilə vuruşan qalib gəlir.
Səfər mühafizəsi
nədir və onun vəzifəsi nədir?
-Səfər vaxtı düşmənin kolonumuza qəfil basqın etməməsi üçün kolonu qorumağa
səfər mühafizəsi göndərilir. O, kolonu qoruyur, kəşfiyyat aparır, eyni zamanda
yol və düşmən haqda məlumatı siqnallarla bölmə komandirinə yetirir.
Manevr nədir?
-Döyüş vaxtı tez və düşmən üçün gözlənilməz hərəkət (yerdəyişmə) manevr
adlanır.
Siz hansı manevr
növləri tanıyırsınız?
-Manevr bölmələrlə və atəşlə olur: bölmələrlə manevrin növləri yanından
ötüb keçmə və dövrələmədir.
Əsgərlərə döyüş
tapşırığını kim verir?
-Əsgərlərə döyüş tapşırığını manqa komandiri verir.
Döyüşdə hansı
hallarda qaçaraq keçməklə irəliləmək lazımdır?
-Əgər ərazi açıq yerdirsə, deməli, düçmən burada onu yaxşı görür və ona
görə də qaçaraq keçmək (yerini dəyişmək) lazımdır.
Sürünərək yerimək hansı hallarda münasibdir?
-Sürünmə (iməkləmə) açıq yerdə, düşmənin güclü atəşi altında, düşmən
mövqeyinin yaxınlığında hərəkət etmək üçün lazımdır.
Siz hansı sürünmə
üsulları bilirsiniz?
-Dirsəklər ilə iməkləyərək və böyrü üstə.
Hansı halda
dirsəklərlə, hansı hallarda böyrü üstə sürünmək lazımdır?
-Bitkisiz, yaxud alçaq otlu düz yerdə dirsəklərlə sürünmək, zəminin içi,
yaxud hüdür otlu yerdə isə, böyrü üstə sürünmək lazımdır.
Kütləvi qırğın
vasitələrinə (silahlarına) nələr aiddir?
-Kütləvi
qırğın vasitələrinə nüvə silahı, kimyəvi və bakterioloji silahlar daxildir.
Nə üçün bu vasitələr
kütləvi qırğın silahı adlanır?
-Ona görə ki, bu vasitələr çoxlu insanı böyük ərazidə sıradan çıxarır.
Nüvə silahı nəyə
deyilir?
-İnsanları bəzi maddələrin (uran və s.) kiçicik hissələrinin (atomlarının)
parçalanmasından əmələ gələn partlayışla zədələyən silaha nüvə silahı deyilir.
Kimyəvi silah nəyə
deyilir?
-Müxtəlif
zəhərləyici maddələr (qazlar, mayelər) və onları tətbiq etmə vasitələri
(mərmilər, minalar, bombalar və s.) kimyəvi silaha məxsusdur.
Bakterioloji silah
nəyə deyilir?
-Düşmən tərəfindən yayılan müxtəlif xəstəliklər əmələ gətirən mikroblar
bakterioloji silah adlanır.
Şəxsi heyətin hansı
fərdi mühafizə vasitələrini tanıyırsınız?
-Ordunun şəxsi heyətinin fərdi mühafizə vasitələrinə aiddir:
Ümumi əleyhqaz;
Xüsusi geyim (ümumqoşun mühafizə dəsti);
Fərdi aptekçə və fərdi paket .
Ölkənin əhalisini
kütləvi qırğın vasitələrindən necə qorumaq olar?
-Bunun üçün qabaqcadan əhali kiçik hissələrlə yerlıəşdirilir; mühafizə üçün
sığınacaqlar hazırlanır və əhali fərdi mühafizə vasitələri ilə təmin olunur.
Hər hansı şeyə
(hədəfə) qədər məsafəni təyin edərkən nəyi nəzərə almaq lazımdır?
-Hər hansı bir şeyə (hədəfə) qədər məsafəni təyin edərkən nəzərə almaq
lazımdır ki:
-uzaqda yerləşən şeylər uzaq olduqca kiçik görünür;
-əgər
obyektə qədər yolda dərə və çaylar varsa, onda onlardan o biri tərəfdə olan
obyektə qədər məsafə həqiqətdə olduğundan yaxın görünür;
-dağlıq yerdə şeylər həqiqətdə olduğundan yaxın görünür;
-kiçik şeylər (kollar,daşlar, düşmənin tək –tək əsgəri) iri şeylərdən
(meşələr, dağlar, əsgərlər dəstəsi) uzaq görünür;
-paltar (ağ, narıncı) şeylər tünd (qara,göy, qəhvəyi) şeylərə nisbətən daha
yaxın görünür;
-yağışlı, çisginli günlər yerdə olan şeylər uzaq, açıq günəşli günlərdə isə
yaxın görünür.
Döyüşdə silah əsgərə
nə üçün lazımdır?
-Döyüşdə silahsız əsgər əlsiz –ayaqsız kimidir.
Əgər birdən əsgər
döyüşdə silahsız olarsa, nə baş verə bilər?
-Onda o nə düşməni vura bilər, nə də özünü qoruya bilər.
Əsgərlərin
əksəriyyətinin silahı nədir?
-Əsgərlərin əksəriyyətinin silahı avtomatlar və pulemyotlardır.
Atəş hazırlığından
əsgər nəyi bilməlidir?
-Əsgər silahın quruluşunu, ondan atmağı, ondan döyüşdə istifadə etməyi,
qumbara atmağı bilməlidir.
Müasir avtomat nə
üçün kalaşnikov avtomatı adlanır?
-Ona görə ki, onu yaradan konstruktor M. T. Kalaşnikovdur.
Kalaşnikov
avtomatının təyinatı nədir.
-7.62 çaplı kalaşnikov avtomatı fərdi silahdır və düşmənin canlı qüvvəsini
məhv etmək üçündür. Düşməni Əlbəyaxa döyüşdə vurmaq üçün avtomata süngü –bıçaq
taxılır.
Kalaşnikov avtomatı
hansı hissə və mexanizmlərdən ibarətdir?
-Kalaşnikov avtomatı aşağıdakı hissə və mexanizmlərdən ibarətdir:
-lülə qutusu, nişangah və qundaqla birlikdə olan lülə;
-qaz porşeni ilə olan çaxmaq çərçivəsi;
-çaxmaq;
-qaytarma mexanizmi;
-örtülü qaz borusu;
-zərbə -tətik mexanizmi;
-qundaq yatağı;
-sandıq;
-süngü –bıçaq.
Kalaşnikov
avtomatının natamam sökülməsi qaydası necədir?
-Kalaşnikov avtomatının natamam sökmək üçün aşağıdakı kimi hərəkət edirlər:
-sandığı
avtomatdan ayırmalı;
-ləvazimat penalını ayırmalı (çıxartmalı);
-sümbəni ayırmalı;
-lülə qutusunun qapağını ayırmalı;
-qaytarma mexanizmini ayırmalı;
-çaxmağı çaxmaq çərçivəsi ilə birlikdə ayırmalı;
-çaxmağı çaxmaq çərçivəsindən ayırmalı;
-qaz borusunu lülə örtüyü ilə birlikdə ayırmalı;
Avtomatın lüləsi nə
üçündür?
-Lülə gülləyə istiqamət, surət və fırlanma hərəkəti vermək üçündür.
Avtomatın nişangahı
nəyə lazımdır?
-Nişangah atəşin sərrastlığını təmin edir. Onun köməyi ilə atıcı nişan
alır.
Avtomayın lülə
qutusu nə üçündür?
-Lülə qutusunda lülə özü və avtomatın başqa hissələri bərkidilir.
Qundaq (lülə
qutusunun qapağı, süngü –bıçaq, sümbə) nə üçündür?
Qundaq atəşdə avtomatın dayağı olur (süngü –bıçaq soyuq silahdır, - kəsir
və deşir, sümbə lüləni təmizləmək üçündür).
Avtomatın ləvazimatı
nələrdən ibarətdir?
-Avtomatın ləvazimatına mil, pərçimaçan, penal qapağı, yağqabı, silgi,
şotka və sünbə daxildir.
Sökülmüş avtomatın
yığılması qaydasını danışın.
-Avtomatın natam sökülməsindən sonra onun yığılması tərsinə gedir, fəqət
lülə qutusunun qapağını birləşdirəndən sonra tətiyi buraxıb keçiricini “P” -yə
(qorucuya) qoymaq lazımdır.
-lülə örtüyü ilə bitlikdə qaz borusunu birləşdirməli;
-çaxmaq çərçivəsi ilə çaxmağı birləşdirməli;
-çaxmaqla birlikdə çaxmaq çərçivəsini lülə qutusuna birləşdirməli;
-qaytarma mexanizmini birləşdirməli;
-lülə qutusunun qapağını birləşdirməli
-tətiyi buraxıb keçiricini “P” vəziyyətinə keçirməli;
-sümbəni birləşdirməli;
-penalı ləvazimatla qundaqdakı yuvaya qoymalı;
-sandığı avtomata birləşdirməli.
Avtomatdan necə atəş
açmaq olar?
-Avtomatdan avtomatik atəş və tək –tək atımlarla atəş açmaq olar. Avtomatik
atəşi isə qısa və uzun qatarlarla açmaq olar.
Hər bir uzun və qısa qatar neçə atımdan ibarətdir?
Qısa qatar 5 -ə qədər, uzun qatar isə 6 –dan 10 –a qədər atımlardan
ibarətdir.
Kalaşnikov avtomatı
ilə hansı patronlarla atmaq olar?
-Kalaşnikov avtomatından 1943 –cü il nümunəli patronlarla adi, izburaxan və
zirehdələn –izburaxan güllələr ilə atəş açmaq olar.
Nişangahla
avtomatdan hansı məsafələrə atmaq olar?
-Nişangahla avtomatdan 1000 metrə qədər məsafəyə atmaq olar.
Avtomatdan atəş
hansı məsafələrdə daha təsirlidir?
-Avtomatdan daha təsirli atəş 400 metrə qədər məsafədə olur.
Avtomatlar olduğu
halda nə üçün əl qumbaraları da saxlanılır?
-Qumbara yaxın məsafə silahıdır, onlar düşmən lap yaxın olanda, məsələn,
düçmən həmləsini dəf edəndə, sığınacaqda, küçələrdə lazımdır.
Atəş açmaq üçün yeri
necə düzgün seçməli?
-Avtomatdan
atəş açmaq üçün elə yer seçmək lazımdır ki, ora ən yaxşı görüş sahəsi və atəşə
tutanı təmin etsin, avtomatçını düşmən müşahidəsindən və atəşindən qorusun və
atəş üsulunu rahat yerinə yetirməyə imkan versin.
Avtomatdan atəşin
hansı üsullarını bilirsiniz?
-Avtomatçı olduğu yerdən atmaq üçün ərazi şəraitindən və düşmənin atəşindən
asılı olaraq ayaq üstündə, diz üstündən və uzanaraq atma vəziyyətlərindən
birini tutur.
Atəş yerini harada
seçmək lazımdır?
-Şəraitdən asılı olaraq atəş yeri xəndəkdə, səngərdə, mərmi çalasında, daş
və kötük arxasında və başqa yerlərdə seçilir. Xüsusilə gözəçarpan tək yer
cisimləri yaxınlığında və yüksəkliklərin təpəsində atəş yeri tutmaq lazım
deyil.
Nə üçün dayaqlanıb
atmaq daha rahatdır?
-Ona görə ki, dayaqlanıb atdıqda avtomatın vəziyyəti daha davamlı və ona
görə atəş sərrast olur.
Hərəkət vaxtı
avtomatdan necə atəş açmaq olar?
-Hərəkət vaxtı avtomatdan atəş “ayaqüstə” vəziyyətində dayanaraq, yaxud
dayanmaqdan açılır.
Atəş yerini hansı
hallarda sürünərək dəyişmək lazımdır?
-Açıq yerlərdə düşmənin şiddətli atəşi altında sürünərək atəş yerini
dəyişmək lazımdır.
Yüyürərkən, iti adddımlarla yeriyəndə və
sürünərkən avtomatı necə tutmaq lazımdır?
-Yüyürəndə,
iti addımlarla yeriyəndə və qaçaraq keçərkən avtomat bir, ya iki əl ilə necə
rahatdırsa, elə də tutulur. Sürünərkən avtomatı sağ əllə yuxarı bilərzik
yanında qayışdan, yaxud qundaq yatağından tuturlar.
Haraya tuşlamaq
lazımdır?
-Adətən avtomatçı tuşlama nöqtəsini sərbəst seçir, belə ki, orta
trayektoriya düşmənin ən zəif yerindən keçsin. Tuşlama nöqtəsini komandir də
göstərə bilər.
Necə nişan almaq
lazımdır?
-Nişan almaq üçün sol gözü yummaq lazımdır. Sağ gözlə nişangahın yarığından
arpacığa elə baxmaq lazımdır ki, arpacıq yarığın ortasında və arpacığın təpəsi
yarığın üst xətti ilə bir səviyyədə olsun, yəni düz arpacıq götürmək lazımdır.
Nəfəsi vermədən (saxlayıb) dirsəklərini əgər lazım gələrsə, bədənin ayaqların
yerini dəyişməklə düz arpacığı nişanalma nöqtəsinə tuşlamalı. Eyni zamanda sağ
əlin şəhadət barmağının birinci buğumu ilə tətiyi basmalı. Nişan alarkən
gözləmək lazımdır ki, nişangahın plankasının yalı üfüqi vəziyyətdə olsun.
Avtomata nə etmək
lazımdır ki, təsadüfü atəş olmasın?
-Bunun üçün avtomatı qoruyucuya qoymaq, yəni keçiricini “P” keçirmək
lazımdır.
Atış əsnasında
avtomatda nə kimi nasazlıqlar baş verə bilər?
-Atış
əsnasında aşağıdakı nasazlıqlar baş verə bilər:
-patronun verilməməsi;
-patronun sancılması;
-açılmama;
-gilizin çıxmaması;
-gilizin qaytarılmaması;
Atəş açmaq nədən
ibarətdir?
-Atəş açmaq nişangah qoyma, keçiricini atəş növünə qoyma, qarovula götürmə,
nişanalma, dabanı buraxma və avtomatı atəş vaxtı saxlamaqdan ibarətdir.
Komandir atəş üçün
verdiyi komandasında nə göstərir?
-Komandir atəş açmaq üçün verdiyi komandasında kimin, hansı hədəfə, necə
nişangahla və haraya tuşlayıb atmasını göstərir.
Əl qumbaralarının
hansı növləri olur?
-Təyinatlarına görə qəlpələnən və tank əleyhinə əl qumbaraları bardır.
Qəlpələnən qumbaralar hücum üçün və müdafiə üçün olur.
Hansı qumbaralar qəlpələnəndir?
-Bizim Ordunun Silahlar siyahısında RQD – 5, RQ – 42 və F – 1 qəlpəli
qumbaralar var. Onlardan F – 1 müdafiə üçündür.
Bəs hansı qumbara
tank əleyhinə qumbaradır?
-Kumulyativ əl qumbarası RKQ – 3 tank əleyhinə qumbaradır.
Tank əleyhinə
qumbara qəlpəli qumbaradan nə ilə fərqlənir?
-Tank əleyhinə qumbara zərbədən ani partlayır, qəlpəli qumbaralar isə
məsafə təsirlidirlər. Tank əleyhinə qumbaranın partlayış qüvvəsi qəlpəlinin
partlayış qüvvəsindən xeyli çox olur.
Əl qumbaraları hansı
hissələrdən ibarətdir?
-Əl qumbaraları alışdırıcı (zapal) üçün borusu olan gövdədən, alışdırıcıdan
(zapaldan) , partladıcı atımdan ibarətdir.
Qumbaraatan nə
üçündür?
-Qumbaraatan tankları və başqa zirehli maşınları qırmaq və əsgər qruplarını
məhv üçündür.
Qumbaraatandan atəş
açmaq üçün hansı qumbaralar tətbiq olunur?
-Qumbaraatandan atəş açmaq üçün xüsusi tank əleyhinə qumbaralar tətbiq
olunur.
Hiç yorum yok:
Yorum Gönder